Ə d ə b i y y a t
Sarvan Salmanov //
Azərbaycan Sovet Ensiklo-
pediyası [Mətn]: 10 cilddə.-
Bakı.- 1984.- VIII cild.- S.
274.
İ n t e r n e t d ə
http://mingechevir-ih.gov.az
http://bizimasr.media-az.com
21
Energetik
262
Tarix.Din
85
illiyi
CƏMİL QULİYEV
1927
DEKABR
Cəmil Bahadur oğlu Quliyev 1927-
ci il dekabr aynın 16-da Şuşada ana-
dan olmuşdur. 1944-cü ildə Ağdam-
da orta məktəbi bitirmiş, həmin ildə
Azərbaycan Dövlət Universitetinin
Tarix fakültəsinə daxil olmuşdur.
1946-cı ildən təhsilini M.V.Lo-
monosov adına Moskva Dövlət Uni-
versitetində davam etdirmişdir. 1949-
cu ildə Tarix fakültəsini bitirdikdən
sonra aspiranturada saxlanılmış və
1952-ci ildə namizədlik dissertasiyası-
nı müdafiyə edərək xüsusi təqdimatla
Bakıya göndərilmişdir. C.Quliyev
1952-ci ildən BDU-nun Siyasi Tarix
kafedrasında dosent, Partiya Tarixi İns-
titutunda Elmi işlər üzrə direktor mü-
avini (1958-1972-ci illər) işləmişdir.
1971-ci ildə doktorluq dissertasiyasını
müdafiə etmiş, professor adını alaraq
həmin ildən AMEA-da fəaliyyətə baş-
lamışdır.
1972-1978-ci illər ərzində Tarix İns-
titutunun direktoru vəzifəsində çalış-
mışdır. 1976-1990-cı illərdə AMEA-
nın vitse-prezidenti; 1975-1988-ci illər
Azərbaycan Sovet Ensiklopediyasının
baş redaktoru;
1989-1990 illər Azərbaycan Dövlət
Universitetinin rektoru; 1976-1991,
1997-2004-cü illər AMEA-nın Rəya-
sət Heyətinin üzvü olub. Cəmil Quli-
yev 1972-ci ildə AMEA-nın müxbir
üzvü, 1980-cı ildən isə həqiqi üzvü
seçilmişdir.
Akademik C.B.Quliyev bir neçə
sanballı monoqrafiya, 300-dən cox
məqalənin müəllifidir. C.B.Quliyev 7
cildlik “Azərbaycan tarixinin” hazır-
lanmasına rəhbərlik etmiş, onun re-
daktorluğu ilə “Naxçıvan ensiklopedi-
yası” 2002-ci ildə nəşr olunmuşdur.
C.B.Quliyev beynəlxalq forumlar-
da Azərbaycan elmini dəfələrlə təmsil
etmiş, bir sıra hökumət və ictimai
təşkilatların rəhbər orqanlarının üzvü
olmuş, dövlət tərəfindən orden və me-
dallara layiq görülmüşdür. Əməkdar
elm xadimi, Dövlət Mükafati laureatı-
dır. 1997-ci ildə Prezident H.Ə.Əliyev
tərəfindən “Şöhrət” ordeni ilə təltif
edilmişdir.
Ə d ə b i y y a t
Aprel 1920 – iyun 1941
[Mətn] /Cəmil Quliyev .-
Bakı: Elm, 2008.- 567 s.
Elmi-texniki potensial
[Mətn] : əsas inkişaf
meylləri və problemləri /
Cəmil Quliyev.- Bakı: Elm,
2005. – 324s.
Tarix, düşüncələr,
mülahizələr, qeydlər
(1953-2003) [Mətn]/Cəmil
Quliyev.- Bakı: Elm, 2004.-
763 s.
Bünyadov, T. Ürəkdən ürəyə
cığırlar [Mətn] /T.Bünyadov
//Elm.- 2008.- 25 yanvar.-
S.14.
Kərimov, M. Azərbaycan
tarixşünaslığına dəyərli
töhfə verən alim [Mətn]
/M.Kərimov //Azərbaycan. –
2007. – 15 dekabr. – S.6.
Советская Нахичевань /
Джамиль Кулиев [Текст]
. – Баку: Азернешр, 1984.
– 145 с.
16
Akademik
263
Musiqi. Opera. Balet
100
illiyi
AĞABACI RZAYEVA
1912 – 1975
DEKABR
Ağabacı İsmayıl qızı Rzayeva
1912-ci il dekabr ayının 15-də Bakı
şəhərində anadan olmuşdur. 1920-ci
ildə 33 saylı məktəbə, 1927-ci ildə isə
Bakı Pedaqoji Texnikumuna daxil ol-
muşdur.
Ağabacı Rzayeva sənətə gəldiyi
gündən istedadlı gənclərə atalıq qay-
ğısı göstərən dahi bəstəkarımız Üzeyir
bəy Hacıbəyliylə tanış olmuşdur. Kon-
servatoriyada oxuduğu illərdə ölməz
sənətkarımızdan bəstəkarlıq dərsi al-
mış və 20 il A.Zeynallı adına orta ixti-
sas musiqi məktəbində dərs demişdir.
Azərbaycanın ilk qadın bəstəkar-
larından olan Ağabacı Rzayevanın
yaradıcılığında mahnı və romans-
lar mühüm yer tutur. “Neftçi Qur-
ban”, “Çoban Qara”, “Oxuma gözəl”,
“Afəti Cansan”, “Səni sevirəm”,
“Qəlbimdəsən” və s.
A.Rzayevanın
1965-ci
ildə
İ.Quliyevlə birgə yazdığı “Höcət
eləmə” musiqili komediyası da uzun
illər teatrlarımızın repertuarında xüsu-
si yer tutmuşdur.
A.Rzayeva həmçinin, xalq çalğı
alətləri orkestri, həm də simli kvar-
tet ucün pyeslərin müəllifidir. Dahi
Azərbaycan şairi Nəsiminin sözlərinə
7 romans bəstələmişdir. A.Rzayeva
ictimai işlərdə də fəal çalışmışdır. O,
6-cı çağırış Azərbaycan SSR Ali Sove-
tinin deputatı olmuşdur.
40 ildən çox yaradıcılıq illərində,
onun gərgin əməyi hökumətimiz
tərəfindən dəfələrlə orden və medal-
lara, fəxri fərman və təşəkkürlərə la-
yiq görülmüşdür. O, iki dəfə Qırmızı
Əmək Bayrağı ordeni ilə təltif edil-
mişdir.
A.Rzayeva 1975-ci il iyul ayının
4-də Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Rzayeva Ağabacı [Mətn] //
Azərbaycan Qadın Ensik-
lopediyası.- Bakı, 2002.-
S.339.
Xəlilzadə, F. Azərbaycanın
ilk qadın bəstəkarı [Mətn]
/F.Xəlilzadə // Azərbaycan.-
2002.- 15 dekabr.- S.5.
Qəlblərdə qaldı [Mətn] //
Azərbaycan. - 2001.- 26
yanvar.- S.6.
15
Bəstəkar
264
Musiqi. Opera. Balet
65
illiyi
FƏRHAD BƏDƏLBƏYLİ
1947
DEKABR
Fərhad Şəmsi oğlu Bədəlbəyli
1947-ci il dekabr ayının 27-də Bakı
şəhərində görkəmli incəsənət xadimi,
Azərbaycanın və SSRİ-nin Xalq artisti
Şəmsi Bədəlbəylinin ailəsində dünyaya
gəlmişdir.
Fərhad Bədəlbəyli 1965-69-cu illərdə
Azərbaycan Dövlət Konservatoriya-
sının fortepiano ixtisasını bitirmişdir.
1969-71-ci illərdə isə P. Çaykovski adı-
na Moskva Dövlət Konservatoriyasının
aspiranturasında həmyerlimiz professor
B. Davidoviçin sinfində təhsilini davam
etdirmişdir. Fərhad Bədəlbəylinin adı B.
Smetana adına (Çexoslovakiya, 1967,
III mükafat və Smetana əsərinin ən yaxşı
ifaçısı mükafatı) və Viana da Mota adına
(Portuqaliya, 1968, I mükafat) beynəlxalq
müsabiqələrdəki uğurlu çıxışlarından
sonra məşhurlaşmışdır. F. Bədəlbəyli fəal
konsert yaradıcılığı ilə də məşğul olmuş-
dur. Ölkəmizi dünyanın bir çox ölkəsində
təmsil edən Fərhad Bədəlbəylinin qastrol
səfərləri bir çox ölkələri əhatə edir. Bunlar-
dan – Bolqarıstan, Almaniya, Yunanıstan,
Danimarka, İsrail, İtaliya, Kuba, Norveç,
Portuqaliya, Tunis, Türkiyə, Finlandiya,
Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslo-
viya, Yaponiya və b. göstərmək olar.
Fərhad Bədəlbəyli beynəlxalq musiqi
laureatı olmuş ilk azərbaycanlı pianoçu-
dur. Onun fəaliyyətinin bir qolu da musiqi-
təşkilatçılıq və maarifçilik işi ilə bağlıdır.
1986-89-cu illərdə o, Azərbaycan Musiqi
Cəmiyyətinin idarə heyəti sədrinin birinci
müavini olmuşdur. Odur ki, 1989-cı ildə
F. Bədəlbəyli tərəfindən Musiqi Xadimləri
Cəmiyyəti yaradıldı. 1987-1996-cı illər
arasında isə o, elə özü tərəfindən yaradı-
lan Bakı İncəsənət Mərkəzinə rəhbərlik
etmişdir.
F. Bədəlbəyli 1972-ci ildə Azərbaycan
SSRİ-nin Əməkdar artisti, 1978-ci ildə
Azərbaycanın Xalq artisti, 1990-cı ildə
SSRİ-nin Xalq artisti, 1995-ci ildən
“Mədəniyyət dostları” fondunun üzvüdür.
Professor F. Bədəlbəyli 1991-ci ildən Üze-
yir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasın rektorudur.
Ə d ə b i y y a t
Bədəlbəyli, F. Mən nikbinəm və respublikamızın xoş gələcəyinə inanıram [Mətn]
: [Bakı Musiqi Akademiyasının rektoru, professor ilə müsahibə] / Fərhad
Bədəlbəyli; müsah. apardı Zümrüd Bayramova // Səs.- 1995.- 9 mart.
Бадалбейли, Ф. Музыка – это культура: в академии должны учиться люди,
знающие не только спецпредметы [Текст] : [интервю Нар. арт. СССР,
ректора Бакин. Муз. Академии, пианиста] /Фархад Бадалбейли //Каспий.-
2008.- 30 апреля.- С.8.
Бадaлбейли, Ф. “Я всегда выступаю на концертах с маленьким Кораном,
который подарил мне великий маэстро Ниязи [Текст] Бадaлбейли, Ф//Эхо.-
2008.- 26 апреля.- С.23.
Сеидов, Т. Поет фортепиано [Текст]: творческий портрет Ф.Баделбейли:
[о Народном артисте СССР и Азербайджана, ректоре Бак. Муз. Академии
Ф. Баделбейли] /Тарлан Сеидов //Каспии.- 2007.- 1 декабря.- С.6-7.
27
Pianoçu
265
Musiqi. Opera. Balet
80
illiyi
OQTAY KAZIMOV
1932-2010
DEKABR
Oqtay Məmməd oğlu Kazımov 1932-
ci il dekabr ayının 27-də Astara şəhərində
anadan olub. Orta məktəbi Astarada
bitirən O. Kazımov A. Zeynallı adına orta
ixtisas musiqi məktəbinin Xor-dirijorluq
fakültəsinə daxil olur və burada Hacı
Xanməmmədovun sinfində təhsil alır.
Uşaqlıqdan musiqiyə meylli olan bəstəkar
musiqi məktəbində oxuyarkən, “Bəxtəvər
uşaqlar” adlı ilk mahnısını bəstələyir.
Musiqiyə olan məhəbbəti onu 1957-ci ildə
Üzeyir Hacıbəyov adına Konservatoriya-
ya gətirir. Burada Bəstəkarlıq fakültəsinə
daxil olub, Cövdət Hacıyevin sinfində
mükəmməl təhsil alır.
1966-67-ci illərdə Sumqayıt Musiqi
Texnikumunda müəllim, sonra isə dərs
hissə müdiri kimi fəaliyyət göstərmişdir.
Sumqayıtda çalışdığı illərdə o, “Ekspe-
riment” estrada orkestrini yaradır. Son-
ralar filarmoniyada musiqi redaktoru
vəzifəsində çalışır və həm də A. Zey-
nallı adına musiqi məktəbinin Xalq çal-
ğı alətləri fakültəsində dərs demişdir.
Bəstəkarın mahnıları uzun illər “Dan uldu-
zu” ansanblının repertuarında xüsusi yer
almışdır. Görkəmli bəstəkarın mahnılarını
R.Behbudov, Z.Xanlarova, Ş. Ələkbərova,
E.Axundov, F.Kərimova, Y.Rzazadə,
İ.Quliyeva, O. Ağayev, M. Bağırzadə və
digər korifey müğənnilər ifa etmişdilər.
Onun xalq çalğı alətləri üçün konsertləri,
Azərbaycanın Prezidenti H. Əliyevə həsr
etdiyi “Millətin oyaq gecəsi” vokal sim-
fonik poeması, “Qarabağ rapsodiyası”,
təntənəli üverturaları, 60-a qədər teatr
tamaşalarına bəstələdiyi musiqiləri (Aka-
demik Dram Teatrında səhnəyə qoyul-
muş “Büllur sarayda”, “Qılınc və qələm”,
“Fitnə”, “Ümid”, “Ədirnə fəthi” və s.),
Rus Dram Teatrında səhnələşdirilmiş
“Şeyx Sənan”, Kamera Teatrında səhnəyə
qoyulmuş “İtlər”, Musiqili Tamaşa Te-
atrında səhnələşdirilmiş “Qızıl toy”,
“Danabaş kəndinin əhvalatları”, “Dəli
dünya” operettaları dillər əzbəri olmuş,
müxtəlif səpgili mahnıları Azərbaycan
incəsənətinin məzmununa füsunkar töhfə
verməklə yanaşı tarixilik baxımından
əhəmiyyətliliyi ilə fərqlənmişdir.
Oqtay Kazımovun yaradıcılığı dövlət
tərəfindən yüksək qiymətləndirilmişdir.
1992-ci ildə Əməkdar incəsənət xadimi,
2006-cı ildə Azərbaycan Respublikası
Xalq artisti fəxri adı almış və Prezident
təqaüdünə layiq görülmüşdür.
Bütün ömrünü Azərbaycan musiqisi-
nin inkişafına həsr edən Xalq artisti 2010-
cu ilin avqust ayının 9-da 78 yaşında dün-
yasını dəyişdi.
Ə d ə b i y y a t
Süleymanova, R.
O.Kazıminin teatr musiqisi
[Mətn] : [Azərbaycan Res-
publikasının Əməkdar artisti
O. Kazıminin dram tama-
şalarına yazdığı musiqilər
haqqında] /Ruqiyyə Süley-
manova //Mədəni-maarif.-
2006.- №2.- S.51-54.
Агаев, А. До новых песен,
Октай Кязимов [Текст]
: [о композиторе] /Акиф
Агаев //Баку.- 1970.- 16
сентября.- С.3.
27
Bəstəkar
266
Musiqi.Opera.Balet
85
illiyi
NƏRİMAN MƏMMƏDOV
1927
DEKABR
Nəriman Həbib oğlu Məmmədov
1927-ci il dekabr ayının 28-də Naxçı-
van şəhərində anadan olmuşdur. Hələ
kiçik yaşlarından musiqi vurğunu olan
N. Məmmədov Asəf Zeynallı adına
Bakı Musiqi texnikumunun Xalq çalğı
alətləri və musiqi nəzəriyyəsi şöbəsini
bitirmişdir. Elə bu illər xalq çalğı
alətləri üçün “Süita”sını bəstələyir.
Süita görkəmli bəstəkar və dirijor Səid
Rüstəmovun rəhbərlik etdiyi Xalq
Çalğı Alətləri orkestrinin ifasında
səslənib. O, təhsilini davam etdirərək
Ü. Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasının tarix-
nəzəriyyə, sonralar isə bəstəkarlıq
şöbələrini uğurla bitirmişdir. Burada
C. Hacıyevdən dərs almışdır.
N. Məmmədov 7 simfoniyanın
müəllifi olmuşdur. Bunlardan 2-si
proqramlı əsərlərindəndir. 3-cü sim-
foniya orqan üçün yazılmış və Riqa-
da müvəffəqiyyətlə səslənmişdir. 4-cü
simfoniya Hüseyn Cavidə, 7-ci simfo-
niya Xocalı faciəsinə həsr olunmuşdur.
Onun 7 konsertindən 4-ü fortepiano ilə
simfonik orkestr, 7-ci konsert fleyta ilə
orkestr üçün yazılmışdır. Fortepiano
üçün yazdığı konsertlərin ikisi Moskva
radiosunun fondunda saxlanılır. Bun-
dan başqa N. Məmmədov muğamları
instrumental və vokal-instrumental
şəklində nota salmış və çap etdirmiş-
dir.
Nəşr olunan muğamları “Azər-
baycan muğamları Çahargah və Huma-
yun” (Bakı, 1962), “Azərbaycan mu-
ğamları Bayatı-Şiraz və Şur”(Moskva,
1962),
“Azərbaycan
muğamla-
rı Rast və Şahnaz” (Bakı, 1963),
“Azərbaycan muğamları Segah-zabul
və Rəhab” (Bakı, 1965), “Azərbaycan
muğamı Çahargah” (Moskva, 1970),
“Azərbaycan muğamı Rast” (Moskva,
1978) və s. olmuşdur.
Azərbaycan incəsənətində mühüm
yer tutan bəstəkar N. Məmmədov
Azərbaycanın Əməkdar incəsənət xa-
dimi (1982), Azərbaycanın Xalq artis-
ti (2005), Naxçıvan Muxtar Respub-
likasının Əməkdar incəsənət xadimi
(1974), professor (2006) fəxri adları
almışdır.
Bəstəkar ADMM-də, AMEA-
nın Mİİ-da çalışmışdır. O, BMA-nın
Azərbaycan xalq musiqisinin tarixi və
nəzəriyyəsi kafedrasında çalışır.
Ə d ə b i y y a t
Muğamın nota salınması
tarixindən [Mətn] /Nəriman
Məmmədov //Vəfa.- 2004.-
№ 4.- S.9-14.
Bakıxanov, T. İstedad-
lı bəstəkar, qayğıkeş
müəllim [Mətn] : Nəriman
Məmmədov – 75 /Tofik Bakı-
xanov // Respublika.- 2003.-
14 yanvar.- S.5.
Керимов, С. Творческий
поиск, творческая
зрелость [Текст] : [о
композитора Наримана
Мамедова] / С. Керимов //
Баку.- 1984.- 10 апреля.-
С.3.
Садых-заде, Г. Памят
бережет историю
[Текст] / Н. Мамедова
“Умай” по мотивам
“Комсомольской” поемы
С. Вургуна] /Г.Садых-заде
//Советская культура.-
1982.- 27 августа.- С.4.
28
Bəstəkar
267
Musiqi.Opera.Balet
85
illiyi
FİRUDİN MEHDİYEV
1927-2006
DEKABR
Firudin Mehdi oğlu Mehdiyev
1927-ci il dekabr ayının 31-də ana-
dan olub. Dramatik tenordur. 1957-ci
ildən Azərbaycan Dövlət Opera və
Balet Teatrında işləyib. Valideynlərini
erkən itirən F.Mehdiyev Leytenant
Şmidt adına zavodda fəaliyyətə başla-
yıb. Boş vaxtlarını zavod dərnəyində
keçirirdi. Zavodda işlədiyi zaman te-
atr texnikumunda təhsil almağa baş-
layır. Gündüzlər teatr texnikumunda
təhsil alır, axşamlar müxtəlif teatrlar-
da kütləvi səhnələrə çıxmaq və epizo-
dik rollarda oynamaqla təcrübə top-
layırdı. Bu minvalla o, 1943-cü ildən
Əzizbəyov teatrında rollar oynamaqla
böyük səhnəyə addımlayır. F.Mehdiyev
1945-ci ildən texnikumu bitirənə qədər
Musiqili Komediya Teatrında işləyir.
Firudin Mehdiyev yaratdığı bir çox
obrazlarla sevilmişdir. O, C.Verdinin
“Otello”, “Aida” və Bizenin “Karmen”
operalarının tamaşalarında (Otello,
Radames, Xoze), habelə Leonkovallo-
nun “Məzhəkəçi”sində (Kanio), Çay-
kovskinin “Qaratoxmaq qadın”ında
(German), Üzeyir Hacıbəyovun “Ley-
li və Məcnun”unda (Leylinin atası),
M.Maqomayevin “Şah İsmayıl”ında
(Vəzir) və başqa opera tamaşalarında
ustalıqla çıxış etmişdir. Əsas rolla-
rı: Həmzə bəy (“Koroğlu”), Babakişi
(“Sevil”), Xan (“Gəlin qayası”, Şəfiqə
Axundova), Əziz (“Söyüdlər ağla-
maz”), Rəşid bəy (“Xanəndənin tale-
yi”, Cahangir Cahangirov), Van Qoqun
qardaşı (“Van Qoq”, Nevit kodallı),
Spalanitsani (“Hofmanın nağılları”,
Jak Offenbax), Radames (“Aida”),
kanio (“Məzhəkəçilər”), Birinci əsir
(“İnsanın taleyi”) və s. ifa etmişdir.
Aktyor Azərbaycan Respublikası-
nın Əməkdar artisti fəxri adına layiq
görülüb.
F.Mehdiyev 2006 cı ildə vəfat et-
mişdir.
İ n t e r n e t d ə
www.kinozal.az
az.wikipedia.org
31
Opera müğənnisi
268
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura
100
illiyi
SADİQ ŞƏRİFZADƏ
1912-1986
DEKABR
Sadıq Hüseyn oğlu Şərifzadə
1912-ci il dekabr ayının 5-də Cənubi
Azərbaycanın Ərdəbil şəhərində ana-
dan olmuşdur. S.Şərifzadə 1932-ci ildə
Azərbaycan Dövlət Rəssamlıq Texni-
kumunu bitirmişdir. Sonradan təhsilini
artırmaq üçün Kiyev Rəssamlıq İnsti-
tutuna daxil olmuş (1936-1939) və
Moskva Rəssamlıq İnstitutunda (1939-
40) oxumuşdur.
O, Azərbaycan Sovet boyakarı və
teatr rəssamıdır. Böyakarlığın müxtəlif
janrlarında əsərlər yaratmışdır. 1939-cu
il “Üzüm yığımı” əsəri yaradıcılığının
parlaq səhifəsidir. S.Şərifzadə teatr-
dekorasiya sənəti sahəsində fəaliyyət
göstərmiş, Gənc Tamaşaçılar Teatrı ilə
bağlı olmuşdur. “Fitnə”, “Qaraca qız”,
“Bir gəncin manifesti” kimi tamaşa-
lara bədii tərtibat vermişdir. Sonralar
S.Şərifzadənin Azər-baycan Dövlət
Dram Teatrında yaradıcılıq fəaliyyəti
daha müvəffəqiyyətli olmuşdur. “Se-
vilya ulduzu”, “Qaçaq Nəbi”, “Ca-
vanşir”, “Babək” kimi tarixi dramlara
tərtibat vermişdir.
“Üzüm yığımı” (1939), “Babək”
(1944), “Babəkin yürüşü” (1945),
“Gəray Əsgərovun portreti” (1948),
“Göy-Göl” (1948), “Təbrizin mü-
dafiəsi” (1949), “Neftçi Qurban Abba-
sov” (1957), “Füzuli” (1958), “Aprel
səhəri”(1960), “M.Ə.Sabir Balaxa-
nıda” (1962), “Lənkəranda” (1966),
“Novruz” (1967), “Yubiley hədiyyəsi”
(1981), “Quraşdırıcılar”(1972) və
s. tematik tablolar, mənzərələr və
portretlərin müəllifidir.
Bakı teatrlarında “Namus” (1933,
A.Şirvanzadə), “Bir gəncin manifes-
ti” (1950, Mir Cəlal), “Göz həkimi”
(1954, İ.Səfərli), “Qəribə adam”
(1956, N.Hikmət), “Kəndçi qızı”
(1963, M.İbrahimov) və s. tamaşala-
ra bədii tərtibat vermişdir. Antifaşist
mövzüda plakatlar və satirik rəsmlər
çəkmişdir.
Azərbaycan SSR Əməkdar in-
cəsənət xadimi Sadıq Şərifzadə 1986-
cı il yanvar ayının 2-də Bakıda vəfat
etmişdir.
Ə d ə b i y y a t
Qasımova, E. Həyatla
xasiyyətdə [Mətn] /Elmira
Qasımova //Ədəbiyyat və
incəsənət.- 1988.- 30 sent-
yabr.- S.5.
Mehdiyev, İ. Gözləyək
görək... [Mətn]: [rəssam,
Əməkdar incəsənət xadimi
S.Şərifzadənin yaradıcılığı
haqqında] //Ədəbiyyat
və incəsənət.- 1975.- 18
yanvar.- S.9.
Nəsiminin surəti [Mətn] /
Sadıq Şərifzadə //Qobus-
tan.- 1979.- №2.- S.41-44.
Габибов, Н. Садыг
Шарифзаде [Текст]:
[Засл. деят. искусство
Аз.ССР ] Н.Габибов.-
Баку: Азернешр, 1973.- 33
с.
5
Rəssam
269
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura
85
illiyi
ÖMƏR ELDAROV
1927
DEKABR
Ömər Həsən oğlu Eldarov 1927-
ci il dekabr ayının 21-də Dərbənd
şəhərində anadan olmuşdur.
1942-45-ci illərdə Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq
məktəbində təhsil almışdır.
1951-ci ildə isə İ.Y.Repin adına Le-
ninqrad Boyakarlıq, Heykəltəraşlıq və
Memarlıq İnstitutunu bitirmişdir. Mo-
numental heykəltəraşlıq Ömər Elda-
rovun yaradıcılığında mühüm yer tu-
tur. V.İ.Leninin Sumqayıtdakı abidəsi
(T.Məmmədovla birgə, tunc, 1957),
Bakıda X.B.Natəvanın (Tunc, qranit,
1960), M.Füzulinin (T.Məmmədovla
birgə, tunc, qranit, 1962), Zərdabda
H.B.Zərdabinin (tunc, qranit. 1973),
77-ci Azərbaycan diviziyasına (tunc,
qranit, 1975), Düşənbədə S.Ayninin
(tunc, qranit, 1978) abidələrində hey-
kəltəraşlıqla memarlığın sintezinə
nail olmuşdur. Bunlardan başqa
“Gənc qvardiyaçılar” (gips, 1951),
M.F.Axundovun büst-abidəsi (qra-
nit, 1953), Natəvan (mərmər, 1955),
1905-ci il (Xoşbəxt gələcək naminə,
gips, 1955), Xoşbəxtlik (tunc, 1956)
isə Ömər Eldarovun ilk işləri ol-
muşdur. Heykəltəraşlığın müxtəlif
janrlarında
(monumental
abidə,
portret, büst, qorelyef və s.) əsərlər
yaratmışdır. Obrazın dərin psixolo-
ji xarakteristikası, yeni plastik for-
ma axtarışları onun əsərlərinin baş-
lıca xüsusiyyətlərindəndir. Üzeyir
Hacıbəylinin qəbirüstü abidəsi (tunc,
qranit, 1956, Bakı), “Neftçilər” kompo-
zisiyası (ağac, 1963, Tretyakov qalere-
yası, Moskva), S.Bəhlulzadənin port-
reti (ağac, 1966, Azərbaycan İncəsənəti
Muzeyi. İkinci variantı, 1968, Tret-
yakov qalereyası) dərin ifadəliliyi və
dinamikliyi ilə fərqlənmişdir. Onun
“Tələbə qız”, “Gənc oğlan portreti”
(Qalvanoplastika, 1971-72, Azərb.
Şəkil qalereyası), “Bacılar” (Qalva-
noplastika, 1973, müəllifin şəxsi kol-
leksiyası), “Ömrün dörd çağı” (ağac,
1974, Tretyakov qalereyası) və s. port-
ret və kompozisiyaları üçün obrazların
yığcamlığı və milli kolorit səciyyəvidir.
Ölməzlik qorelyefində (Qalvanoplas-
tika, 1977, Azərb. Şəkil qalereyası),
26 Bakı Komissarının qəhrəmanlığı
təcəssüm olunmuşdur. Eldarov Ömər
həm də lirik psixoloji biçimli memo-
rial abidələrin (Heydər Əliyev, Şıxəli
Qurbanov, Zərifə Əliyeva, Vaqif
Mustafazadə, Müslüm Maqomayev,
Fikrət Əmirov, Rəşid Behbudov, Ziya
Bünyadov və s.) müəllifi kimi tanın-
mışdır.
Həyatını Azərbaycanın mədəniy-
yətinə, incəsənətinə həsr edən və
bunlardan böyük zövq alan Ömər El-
darov Azərbaycan incəsənətindəki
fəaliyyətinə görə “Şərəf nişanı” or-
deni ilə təltif olunmuşdur. O, 1962-ci
ildə Azərbaycan SSR-nin Əməkdar
incəsənət xadimi, 1967-ci ildə SSRİ
Rəssamlıq Akademiyasının müxbir
üzvü, 1958-ci ildə SİKP-nın üzvü və
Azərbaycan Milli Elmlər Akademiya-
sının həqiqi üzvüdür.
Dostları ilə paylaş: |