Ə d ə b i y y a t
Xəlilzadə, F. Tamaşaçı
sarıdan korluğu olma-
yan mədəniyyət ocağı
[Mətn]: [Bakı Dövlət Sirki]
/F.Xəlilzadə //Azərbaycan.-
2006.- 6 avqust.- S.6.
İbrahimov, E. Fokus [Mətn]:
Bunu siz də bacarırsınız
/ E.H.İbrahimov; red.
R.İsmayılov.- Bakı: Altun
Kitab, 2008.- 127 s.
Sirk [Mətn] //Azərbaycan
Milli Ensiklopediyası.- Bakı,
2007.- S.817-819.
286
Siyasət. Hərbi iş
1100
illiyi
YUSİF İBN ƏBU
SAC DİVDAD
912- 927
2012
Yusif ibn Əbu Sac Divdad 1100 il
əvvəl Sacilər dövlətinin başçısı olmuş-
dur. IX əsrin II yarısında Azərbaycanda
yaradılmış feodal dövlətləri arasında
ən möhtəşəmi Sacilər dövləti idi.
Bu dövlətin təməlini Sacilər
sülaləsinin banisi “Afşin” ləqəbli
Əbu Sac Divdad qoymuş, böyük oğlu
Məhəmməd ibn Əbu Sac Divdad
isə onun iqtisadi inkişafını təmin et-
mişdir. Əbu Sacın kiçik oğlu Yusifin
hakimiyyət illəri Sacilər dövlətinin ən
parlaq illəri sayılır.
Güclü ordu hesabına xilafətdən
asılılığı ləğv etmiş, Bizans qoşunları-
nı geri atmış Yusif bütün Azərbaycanı
öz hakimiyyəti altında birləşdirmişdir.
Azərbaycandan kənarda olan bir
çox ərazilər də onun dövlətinə
birləşdirilmişdir.
Sacilər dövlətinin ən parlaq dövrü
Məhəmməd ibn Əbu Sacın qardaşı Yu-
sif ibn Əbu Sacın adı ilə bağlıdır.
Qardaşının
vəfatından
sonra
hakimiy-yətə gələn Yusifin ordusu re-
gionun ən qüdrətli ordusu hesab edilir-
di. Sacilər dövlətinin hərb təşkilatı öz
sadəliyi ilə seçilirdi.
Dövlət başçısı baş komandan vəzi-
fəsini icra edir, sərləşkər titulunu da-
şıyan sərkərdə əsgəri qoşun və isteh-
kam qarnizonlarına, hacib ol-xass
titulunu daşıyan sərkərdə isə qvardi-
ya dəstələrinə başçılıq edirdi. Sacilər
dövlətinin hərb sənəti bir tərəfdən
regionun iqtisadi, sosial və siyasi in-
kişafından asılı olmuş, digər tərəfdən
isə ümum-müsəlman-ümumtürk hərb
sənəti ilə sıx bağlı olmuşdur.
Buna baxmayaraq Sacilər ordusun-
da bu dövr Azərbaycan hərb sənətinə
xas olan xüsusiyyətlər də vardı. Türk
və ərəb hərb sistemlərinin on yaxşı
cəhətlərini öz qoşunlarında tətbiq edən
Yusif döyüşlərdə parlaq qələbələr qa-
zanırdı. Yusif ibn Əbu Sac qısa müddət
ərzində Azərbaycan ərazisində keçirdi-
yi əməliyyatlar nəti-cəsində iri feodal
hakimlərini özünə tabe edir, dövlətin
birləşdirilməsinə maneçilik törədənlər
öldürülürdü. Beləliklə, Yusif ibn Əbu
Sac Azərbaycan torpaqlarını ilk dəfə
vahid Azərbaycan dövləti hüdudların-
da birləşdirən hökmdar olur.
Şimali və Cənubi Azərbaycan
əvvəllər vahid şəkildə yalnız ya-
delli dövlətlərin (Sasanilər, Ərəb
xilafəti) tərkibində olmuşdur. Bütün
Azərbaycanı özündə birləşdirən ilk
yerli dövlət isə Sacilər dövləti ol-
muşdur. Öz qüdrətli ordusu ilə Yusif
Azərbaycan sərhədlərinə yaxınlaş-
mağa cəhd göstərən Bizans xristian
dövlətinin qoşunlarını geri oturdur.
Azərbaycan kimi əhəmiyyətli coğ-
rafi mövqeyə malik və böyük gəlir
gətirən ölkənin əllərindən çıxmasından
hiddətlənən və Yusifin güclənməsindən
ehtiyat edən ərəb xəlifələri Sacilər
dövlətini dağıtmağa çalışırlar.
Onlar müxtəlif təxribatlar törədir,
quldur dəstələri, sui-qəsdlər yolu ilə
Yusifi aradan götürməyə çalışırlar. Bü-
tün bu səylər puça çıxdıqda onlar hərbi
gücə əl atmaq qərarına gəlirlər. Ərəb
qoşunları Azərbaycan sərhədlərinə
toplanmağa başlayır.
Bu xəbər Yusifə çatan kimi sürətlə
hərəkət edərək Rey, Zəncan, Əbhər və
Qəzvin şəhərlərini tutur. O, sərkərdəlik
Dövlət başçısı
287
məharəti göstərərək 7 minlik ordu ilə
xəlifə Xaqan əl-Müflihinin 20 minlik
qoşununu məğlub edir. Xəlifə yeni
ordu toplayır və Yusifə qarşı ikinci
ordu göndərir.
Cənubi Azərbaycanın Sərab şəhəri
yaxınlığında ağır döyüş baş ve-
rir. Bu döyüşdə də Yusif qalib gəlir.
Qələbələrdən arxayınlaşan Yusif ordu-
nu buraxır və xırda dəstə ilə Ərdəbilə
yollanır, lakin 919-cu ildə ərəblər
tərəfindən əsir götürülür. Sacilər
dövlətinin başsız qalmasından istifadə
edən xəlifə sərkərdə Məhəmməd
əl-Fariqini böyük ərəb qoşunu ilə
Azərbaycanın üzərinə göndərir.
Yusifin əsir düşməsi xəbərini alan
Bizans imperatoru da Azərbaycan
üzərinə qoşun çəkir. Azərbaycan bö-
yük təhlükə ilə üzləşir. Lakin Yusi-
fin sadiq silahdaşlarından Subuk adlı
sərkərdə Sacilər dövlətinin bütün qo-
şunlarını toplayır və əl-Fariqini dar-
madağın edir. Daha sonra o, sürətli yü-
rüş edərək Dvin istiqamətindən hücum
edən Bizans qoşunlarına həmlə edir və
onları geri oturdur.
Xəlifə Azərbaycanı tuta bilməyə-
cəyini görüncə Yusiflə düşmən de-
yil, müttəfiq olmaq istəyir. O, Yusifi
həbsxanadan azad edir. Onu müstəqil
Sacilər dövlətinin başçısı kimi tanıyır.
Yusif Rey, Qəzvin, Əbhər və Zəncanı
öz dövlətinə birləşdirir.
Daha sonra o, Van gölündən qərbdə
yerləşən Ərməniyyə vilayətini tutur.
Əslində, son erməni dövləti 387-ci
ildə ləğv edilmişdi. Bu ərazilər isə gah
Sasanilər, gah Bizans, gah da Ərəb
xilafəti tərkibinə daxil olurdu. 921-
ci ildə Yusif Ərməniyyəni ərəblərin
əlindən alır.
Bu dövrdə islamın müqəddəs
şəhərlərinə qarşı böyük təhlükə yaran-
mışdı. Ərəbistanda, Bəhreyn ərazisində
qərmətilər adı ilə tanınan təriqət mey-
dana gəlmiş və qərmətilər islamın
müqəddəs şəhərləri və ziyarətgahlarına
hücum etməyə başlamışdılar.
Onlar xəlifənin qoşunlarını məğlu-
biyyətə uğradırlar. Yusif bilirdi ki, bir
zamanlar onun atası və böyük qar-
daşı Məkkə və Mədinə şəhərlərinin
təhlükəsizliyini can-başla təmin
etmişlər.
Odur ki, qərməti hücumu təhlükəsi
yarananda o, öz qoşunlarının bir qis-
mi ilə cənuba doğru yürüş edir. Bir
neçə döyüşdə qərmətiləri geri atan
Yusif 927-ci il dekabrın sonunda Kufə
şəhərinin qarşısında baş verən döyüşdə
ağır yaralanır və islam amalları uğrun-
da şəhid olur.
929-cu ildən başlayaraq Sacilər
dövlətini qulamlar arasından çı-
xan sərkərdələr idarə etməyə baş-
layır. Beləliklə, Yusif ibn Əbu Sac
Azərbaycan tarixinə bütün Azərbaycan
torpaqlarını
ilk dəfə vahid Azərbaycan
dövləti hüdudlarında birləşdirən hökmdar,
görkəmli sərkərdə və islamın müqəddəs
yerləri uğrunda şəhid olmuş döyüşçü kimi
daxil olur.
Ə d ə b i y y a t
Əhmədov, S.
Yusif ibn
Əbu Sac Divdad//
Azərbaycan tarixindən yüz
böyük şəxsiyyət [Mətn]
/S.Əhmədov.- Bakı: Ayna,
2006.- 267 s.
İ n t e r n e t d ə
http://az.wikipedia.org
288
Siyasət. Hərbi iş
445
illiyi
ORUC BƏY BAYAT
1567-1605
2012
Azərbaycanlı türklərindən olan dip-
lomat, səyyah, sərkərdə, tarixçi Oruc
bəy Bayat (Don Juan) Sultanəli bəy oğlu
1567-ci ildə İranda anadan olmuşdur.
Azərbaycan xalqının tarixində elə
şəxsiyyətlər var ki, onlar öz həqiqi adla-
rı ilə deyil, daha çox sonradan götürülmə
adları ilə tanınırlar. Bu və ya digər
səbəblərdən vətəndən ayrı düşən belə
şəxsiyyətlərdən bəziləri hətta dünya
elminə, mədəniyyətinə böyük töhfələr də
vermişlər.
Belə taleli insanlardan biri də bayat tay-
fasından olan Oruc bəydir ki, öz dövründə
o, “Don Xuan ( Juan ) Persidski” kimi ta-
nınmışdır. Azərbaycan tarixinə Oruc bəy
Bayat sərkərdə, diplomat, səyyah, dövlət
xadimi, tarixçi kimi daxil olub.
Oruc bəyin atası Sultanəli bəy tay-
fanın başçılarından biri olmuş və
Azərbaycan Səfəvilər dövlətinin görkəmli
sərkərdələrindən sayılmışdır.
1585-ci ildə Təbriz uğrunda gedən
döyüşlərdə Sultanəli bəy həlak olur.
Oruc bəy qoşun komandirinin əmri ilə
bayat tayfasının döyüşçülərindən ibarət
dəstəyə başçı təyin edilir. Hərb meydanın-
da mərdliklə vuruşan Oruc bəy dəfələrlə
təltif olunur.
I Şah Abbas osmanlılara qarşı
yürüşə hazırlaşmağa başlayır və Avropa
dövlətləri ilə ittifaq yaratmaq qərarına
gəlir. Bu məqsədlə Avropa ölkələrinə
səfirlik göndərilməli idi və şah səfirliyin
tərkibinə Oruc bəyi də daxil edir. Avro-
paya göndərilən səfirliyə Hüseynəli bəy
başçı, Oruc bəy isə birinci katib təyin edi-
lir. İngilis diplomatı Entoni Şerli səfirliyin
bələdçisi olur.
Baş səfirlik Lissabona yollanır. Lis-
sabondan yola düşəndə səfirin dörd
katibindən üçü – Əliqulu bəy, Bünyad
bəy, Oruc bəy Avropada qalıb xristianlı-
ğı qəbul edəcəklərini bildirir. Oruc bəy
Bayat xristianlığı qəbul edərkən kraliça
Marqarita onun xaç anası olmuş və “ Don
Xuan ( bəzi mənbələrdə Don Juan) Per-
sidski” adını da Oruc bəyə o vermişdir.
Səfəvi dövlətini ümumən “ İran
dövləti” adlandıran avropalılar onun
vətəndaşlarına da fars kimi baxırdılar. La-
kin Oruc bəy haqqında qalmış sənədlərdə
onun “ türk” olması xüsusi qeyd edilmiş-
dir. Kral III Filippin əyanları sırasına da-
xil edilən Oruc bəy Don Xuan ən yüksək
dairələrdə hörmətlə qarşılanırmış.
Avropada Səfəvi dövləti haqqında olan
mənfi təsəvvürləri təkzib etmək məqsədi
ilə Oruc bəy “Oruc bəyin kitabı ” adlı ta-
rixi əsər yazmışdır. Kitabda onun iştirak
etdiyi səfirlik haqqında, fəaliyyətlərinin
məqsədi barədə söhbət açılır. Azərbaycan
və İranın ən qədim dövrlərdən başlamış
tarixi qısa və parlaq formada nəql edi-
lir, sonra isə Səfəvilər dövləti, onun tari-
xi, quruluşu, iqtisadiyyatı, etnik tərkibi,
adət- ənənələri, ordusu haqqında geniş
məlumatlar verilir.
Avropada Azərbaycana münasibətin
müsbət tərəfə dəyişilməsində bu kitabın
böyük rolu olmuşdur. Don Juanın İspani-
yada sonrakı həyatı barədə heç nə məlum
deyil. Bircə o məlumdur ki, 1605-ci ilin 15
mayında Səfəvi səfiri ilə mübahisə etmiş
və qılınc döyüşündə onu öldürmüşdür.
Ə d ə b i y y a t
Əhmədov, S.Oruc bəy Bayat
// Azərbaycan tarixindən
yüz şəxsiyyət [Mətn]
/S.Əhmədov.- Bakı: Ayna
mətbu evi, 2006.- S.76.
Hüseynbəyli, E.
Azərbaycanlı Don Juan
[Mətn] : [roman-ekskurs]
/E.Hüseynbəyli.- Bakı: Vek-
tor nəşrlər evi, 2009.- 259 s.
Эфендиев, О.
Азербайджанское
государство Сефевидов
в XVI веке [Текст]
/О.Эфендиев.- Баку, 1981.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
Diplomat
289
Siyasət. Hərbi iş
100
illiyi
100
illiyi
SALAM AYDINBƏYOV
1912-1967
BAĞIR SEYİDZADƏ
1912-1968
2012
Salam Müqtədir oğlu Aydınbəyov
1912-ci ildə anadan olub. 1931-ci
ildə Dərbənd Pedaqoji Texnikumunu
bitirdikdən sonra müəllim işləyib.
Komsomol və partiya orqanlarında ça-
lışan S. Aydınbəyov 1946-cı ildə Ali Par-
tiya Məktəbini bitirdikdən sonra Dağıstan
Vilayət Partiya Komitəsinin katibi, 1948-
ci ildən Dağıstan MSSR Nazirlər Soveti-
nin sədri vəzifələrində işləyib.
1951-ci ildə Azərbaycana qayıdan
ictimai dövlət xadimi S. Aydınbəyov
Azərbaycan KP MK-da şöbə müdirinin
müavini, Azərbaycan SSR-nin ticarət na-
ziri olub.
Siyasi-iqtisada dair 40-dan cox elmi
əsərin, 2 monoqrafiyanın müəllifi olan
Aydınbəyov Salam Müqtədir oğlu 1954-
cü ildən ömrünün sonunadək Azərbaycan
Tibb İnstitutunun siyasi-iqtisad kafedrası-
nın müdiri vəzifəsində çalışıb.
O, SSRİ Ali Sovetinin (III çağırış) de-
putatı olmuş, Lenin ordeni, Qırmızı Əmək
Bayrağı ordeni və medallarla təltif edilib.
Dövlət xadimi, alim Aydınbəyov Salam
Müqtədir oğlu 1967-ci ildə Bakı şəhərində
vəfat edib.
Seyidzadə Bağır Qasım oğlu 1912-ci
ildə İrəvan quberniyasında anadan olub.
1918-ci ildə atası II gildiya taciri Mirqa-
sım ailəsini erməni millətçilərinin vaxtaşı-
rı törətdiyi qırğından xilas etmək məqsədi
ilə Tiflisə köçürüb.
Tiflisdə yaşayan Bağır Seyidzadə 1931-
ci ildən öz həyatını Bakı ilə bağlayıb. O,
əmək fəaliyyətinə Zeynalabdin Tağıyevin
toxuculuq kombinatından başlayıb. Neft
və kimya institutunda, Sov. İKP MK ya-
nında Ali Partiya Məktəbində təhsil alıb.
Jurnalistika sahəsində ilk addımla-
rını hələ tələbəlik illərində atan Bağır
Seyidzadə, sonralar “Gənc işçi” qəzetinin
redaktoru, Mədəniyyət Nazirliyinin Po-
liqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri,
Azərbaycan radiosunda, Azərbaycan
Tədris-Pedaqoji ədəbiyyat nəşriyyatında,
Azərbaycan
Teleqraf
Agentliyində
işləyib. Onun respublikada tərcümə işi-
nin inkişafında, gənc tərcüməçi kadrların
yetişməsində də xidmətləri olub. Müxtəlif
illərdə Azərbaycan SSR Kinematoqrafi-
ya naziri, Mədəniyyət nazirinin müavi-
ni vəzifəsində çalışan Bağır Seyidzadə,
xaricdə diplomatik fəaliyyətlə də məşğul
olub. Qırmızı Əmək Bayrağı, “Şərəf ni-
şanı” ordenləri və medallarla təltif edilib.
Dövlət xadimi, jurnalist Bağır Qasım oğlu
Seyidzadə 1968-ci ildə Bakıda vəfat edib.
Ə d ə b i y y a t
Salam Aydınbəyov [Mətn]
//Fəxri Xiyaban .- Bakı,
2007.- S.23
Ə d ə b i y y a t
Bağır Seyidzadə[Mətn]//
Fəxri xiyaban .- Bakı,
2007.- S.188
Əliyeva, E. Yaxşı ad qoyub
gedənlər unudulmur [Mətn]
/E.Əliyeva //Xalq qəzeti.-
2007.- 24 iyul.- S. 4.
Dövlət xadimi
Dövlət xadimi
290
Siyasət. Hərbi iş
90
illiyi
QAFUR MƏMMƏDOV
1922-1942
2012
Məmmədov Qafur Nəsir oğlu 1922-
ci ildə Bakıda anadan olmuşdur. 1941-
ci ildə sovet ordusuna çağırılmışdır.
Qara dəniz donanmasında xidmət et-
mişdir.
Qafur Məmmədov Sovet İtti-
faqı Qəhrəmanıdır. Böyük Vətən
müharibəsi başlamazdan bir neçə ay
əvvəl - 1941-ci ildə Qafur Məmmədov
ordu sıralarına çağırılıb.
Qara dəniz donanmasında xidmət
edib, Sevastopolun müdafiəsinin iş-
tirakçılarındandır. Zaqafqaziya cəb-
həsində 56-cı ordu tərkibində 323-cü
dəniz piyada batalyonunda rabitəçi
vəzifəsində xidmət edən matros Qa-
fur Məmmədov Tuapse şəhəri ya-
xınlığında aparılan ağır döyüşlərdə
qəhrəmanlıqlar göstərmişdir. 1942-
ci ilin 19 oktyabrında faşist ordusu
hissələrinin hücumlarını dəf edərkən
Qafur Məmmədov şəxsən düşmənin
13 avtomatçısını və bir minomyot
heyətini məhv etmişdi. Qafurun xidmət
etdiyi batalyon Tuapse uğrunda qanlı
döyüşlərdə iştirak edir. Döyüşlərdən
birində Q.Məmmədov öz sinəsini sipər
edərək, komandiri düşmən gülləsindən
qoruyur. Özü həlak olsa da, bu addı-
mı ilə əməliyyatın uğurlu keçməsini
təmin edir. Qəhrəmanlığına görə Qafur
Məmmədov ölümündən sonra – 1943-
cü ildə Sovet İttifaqı qəhrəmanı adına
layiq görülüb.
Qafur Məmmədovun adına küçə və
tanker var. Bakı Dənizçilik məktəbi Q.
Məmmədovun adını daşıyır.
Qafur Məmmədov haqqında əsər-
lər, poemalar, o cümlədən Süleyman
Rüstəmin “ Qafurun ürəyi ” poeması
yazılmışdır.
Ə d ə b i y y a t
Qafur Məmmədov [Mətn] //Azərbaycan Milli Ensiklo-
pediyası.- Bakı: Azərbaycan, 2007.- S.310.
Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədov [Mətn] .-
Bakı: Azərnəşr, 1943.- 11 s.
Zeynalov, R. Sovet İttifaqı Qəhrəmanı Qafur
Məmmədov [Mətn] /R.Zeynalov .- Bakı : Gənclik,
1975.- 24 s.
Hərbçi
291
Mədəniyyət. Elm. Maarif
130
illiyi
ŞƏFİQƏ ƏFƏNDİZADƏ
1882-1959
2012
Şəfiqə
Məhəmmədəmin
qızı
Əfəndizadə 1882-ci ildə Gürcüs-
tanın Axaltsixi rayonunun Ağşuri
kəndində anadan olub. Onun ata-
sı Məhəmmədəmin Şeyxzadə döv-
rünün tərəqqipərvər ziyalılarından
idi. Hələ kiçik yaşlarından atası ona
Azərbaycan, fars və ərəb dillərindən
dərs verər, yazmağı öyrədər, oxuduğu
kitablardan danışardı.
Gələcəyin yazıçı, publisist, maarif-
pərvər qadını müəllim olmaq istəyirdi.
Onda eyni zamanda hekayə, şeir yaz-
mağa böyük həvəs olduğunu hiss edən
atası yeri gəldikcə Şəfiqəyə inşalar yaz-
dırır, onları yoxlayıb öz məsləhətlərini
verirdi.
O zaman Tiflisdə, Bakıda, Krımda
nəşr edilən “Kəşkül”, “Tərcüman”,
“Kaspi” kimi qəzet və məcmuələri
mütaliə edən Şəfiqənin “İki yetim” adlı
ilk kitabı 1914-cü ildə çap olunub.
Şəfiqə xanımın bir pedaqoq kimi
fəaliyyətə başlamasında Nəriman
Nərimanovun atasına göndərdiyi
məktub böyük rol oynayıb. Nəriman
Nərimanov M.Şeyxzadədən qızını
Bakıda açılacaq müsəlman məktəbinə
müəllim hazırlamasını xahiş edirdi.
Şəfiqə xanım Əfəndizadə müəllimlik
həyatına Bakı birinci rus-müsəlman qız
məktəbindən (1901-1910) başlayaraq,
ikinci rus-tatar şəhər qız məktəbində
(1910-1920), iki illik pedaqoji kurs-
da (1915-1916), darülmüəllimatda
(1920-1926), Azərbaycan partiya və
sovet məktəbində (1923-1927) davam
etdirib.
“Şərq qadını” jurnalı redaksi-
ya heyətinin üzvü, Zaqafqaziya
müsəlman-larının qurultayında çıxış
edən Azərbaycan MİK-in (III çağırış)
üzvü seçilmiş Şəfiqə xanım Əfəndizadə
təkcə Azərbaycanda deyil, bütün
Şərq dünyasında ilk azərbaycanlı qa-
dın müəllim, fəal ictimai xadim kimi
şöhrət qazanıb.
Vətənpərvər müəllim, jurnalist
Şəfiqə xanım Əfəndizadə öz mənalı
ömrünü 1959-cu ildə başa vurub.
Ə d ə b i y y a t
Məmmədov, S.
Azərbaycanın maarifpərvər
qadınları [Mətn]
/S.Məmmədov .- Bakı :
Azərnəşr, 1960.- 140 s.
Gəncəli, S. Ömürlərdən
səhifələr [Mətn] /S.Gəncəli
.- Bakı : İşıq, 1973.- 125 s.
Əfəndizadə Şəfiqə
Məhəmmədəmin qızı //
Azərbaycan qadını ensik-
lopediyası [Mətn] .- Bakı ,
2002.- S. 97.
Publisist
292
Mədəniyyət.Elm.Maarif
170
illiyi
AĞA MUSA NAĞIYEV
1842-1919
2012
Azərbaycan
tarixində
elə
şəxsiyyətlər olub ki, onlar yaşadıqla-
rı dövr ərzində xalq, millət üçün çox
böyük işlər görüblər. Uzun illər adı-
nın çəkilməsi yasaq olan, amma hər
zaman tarixin və qədirbilən insanların
yaddaşlarında yaşayan Musa Nağıyev
kimi.
Ağa Musa Hacı Nağı oğlu Nağı-
yev 1842-ci ildə Bakı quberniyasının
Biləcəri kəndində olduqca kasıb bir
ailədə anadan olub. İbtidai təhsilini
kənd mollaxanasında alan Musa uşaq
yaşlarından əzab-əziyyətlə, sıxıntılar-
la üzləşir. 10-11 yaşından işləməyə
başlayır. Əlinin qabarı, ayaqlarının
döyənəkləri hesabına qazandığı pulu
qəpik-qəpik toplayaraq kiçik bir tor-
paq sahəsi alır. Amma o zaman ağlına
da gəlmirdi ki, bu bir parça torpaqda
qazdırdığı quyudan su əvəzinə neft
fontan vuraraq və bir müddət sonra
onu Bakının ən iri neft maqnatların-
dan birinə çevirəcək. Tale doğrudan
da onun üzünə bəxt qapılarını açırdı.
Bibiheybət mədənlərində bir-birinin
ardınca fontan vuran neft quyula-
rı onu milyonçu edir. Çox keçmir ki,
Qaraşəhərdə Neft emalı zavodu tikdi-
rir.
Ağa Musa varlanandan sonra çox
işlər gördü. Elə təkcə tikdirdryi 98
binanı yada salmaq kifayətdir ki, bu
insanın millət üçün nə qədər xeyi-
xah işlər gördüyünün fərqində olaq.
Məşhur “İsmailiyyə” binasını və Ba-
kının yaraşığı olan digər binaları kim
görməyib? Musa Nağıyev Bakının
ilk mülk sahiblərindın biri idi. Onun
başqa milyonçulardan fərqi də məhz
köhnə Bakının memarlıq simasına ən
çox töhfə verməsidir.
Maraqlıdır ki, onun tikdirdiyi
dörd xəstəxana binasının inşası za-
manı antibakterial materiallardan,
gümüş tozundan, xüsusi kafellərdən
istifadə olunub. Həmin xəstəxanalara
yolu düşənlər diqqət etsələr görərlər
ki, tavanın hündürlüyü indiki bina-
lardan fərqli olaraq 5 metrə yaxındır.
Həmçinin enli və hündür pəncərələr
havanın təmizlənməsi üçün nəzərdə
tutulub və bir növ indiki kondisioneri
əvəz edir.
Musa Nağıyev xeyriyyəçiliklə də
məşğul olurdu. O, Realnı məktəbin
hamiliyini öhdəsinə götürmüşdü. Hər
il hazırlıq sinfinə 25 müsəlman uşağı-
nı əlavə qəbul etdirməyə nail olmuş-
du. Bunun nəticəsində az bir zamanda
məktəbdə müsəlman şagirdlərinin sayı
əlli faizə çatmışdı.
Ömrünün son illərində bir çox ağrı-
acılar yaşayan Musa Nağıyev 1919-cu
ilin mart aynda 67 yaşında vəfat edir.
Ə d ə b i y y a t
Mahmudov, C. Bakı nefti,
neft milyonçuları və Nobel
qardaşları [Mətn]: elmi-
publisistik monoqrafiya
/C.Mahmudov.- Bakı : Nur-
lan, 2006.- 335 s.
Nağıyeva, D. Xalq üçün
ömrünü şam kimi əridən
[Mətn] : [Nağıyev haqqında
xatirələr] /D.Nağıyeva.-
Bakı , 2007.- 248 s.
Nağıyeva, D. Ömrün
səhifələri [Mətn]: hər
dövranın öz gərdişi
/D.Nağıyeva.- Bakı : Şur,
2010.- 159 s.
Süleymanov, M. Azərbaycan
milyonçuları [Mətn]
/M.Süleymanov.- Bakı:
Gənclik, 1994.- 40 s.
Dostları ilə paylaş: |