§ 5. AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ RUSİYANIN
DÖVLƏT DUMALARINDA
1905-ci il dekabrın 11-də Rusiyada Dövlət Dumasına seçkilər haqqında
yeni qanun nəşr olundu. Seçki hüquqlarının genişləndiyini bəyan edən bu qanun
fəhlələrə q ismən, kəndlilərə cüzi seçki hüquqları verilməsin i nəzərdə tuturdu.
Azərbaycan quberniyaları da Dövlət Dumasında təmsil olunmaq hüququ
qazandı. Lakin höku mət milli ucqarların əhalisinin Du mada təmsil olun masını
məhdudlaşdırmaq və maksimu m surətdə azaltmaq məqsədilə ucqarlarda seçkilər
haqqında qaydaların tətbiq edilməsi məsələsini öyrənmək adı altında bir sıra
ko missiyalar yaratdı. Uzun bürokratik hazırlıqdan sonra 1906-cı il fevralın 2-də çar
"Qafqazda seçkilər haqqında əsasnamə"ni təsdiq etdi. "Əsasnamə" kəndlilə rin
seçkilərini torpaq sahiblərinin seçkiləri ilə ü mumi bir quberniya seçki məclisində
birləşdirərək, Qafqaz kəndlilərini dumada müstəqil təmsil olun maqdan məhru m
etdi.
Can işinə
seçkilərin
vaxtını
Qafqaz
quberniyaları
"əhalisin in
sakitləşdirilməsindən" asılı olaraq müəyyən etmək hüququ həvalə edilmiş və
bununla da Qafqa z duma seçkilərini qeyri-müəyyən müddətə ləngitmə k imkanı
vermişdi. Lakin, buna baxmayaraq, Bakı qəzası və quberniyasında seçkilər 1906-cı
il mayın 31-də, Yelizavetpol quberniyasında isə mayın 16-da, yəni aprelin 27-də
açılmış I Dövlət Du ması artıq fəaliyyətə başladıqdan sonra keçirildi. Əliyev
Məmmədtağı, Haqverdiyev Əbdürrəhman bəy, Bahadurov Xristofor İvanoviç, Ziyadxanov
İsmayıl xan Əbülfət xan oğlu, Muradxanov Əsədulla bəy və Topçubaşov Əlimərdan bəy
Dövlət Du masına deputat seçildilər
125
.
Dumada təmsil olunmuş ən müxalifətçi siyasi qurum kadetlər partiyası idi. Onlar
fəal seçkiqabağı təşviqat aparmaq və əhalinin əksər təbəqələrinin mənafeyini mövcud
şəraitdə çox dolğun əks etdirən platformalarını geniş təbliğ etmək hesabına seçkilərdə
qalib gəlmişdilər. Onlar "Rusiyanın birliyinə və bölünməzliyinə yalnız tərəfdar olduqlarını
söyləmir, həm də ona nail olmaq yollarını hər vasitə ilə asanlaşdırmağa çalışırdılar. Hökuməti
buna güclə nail olmaqda təqsirləndirən kadetlər bildirirdilər ki, "süngülər və güllələrlə Rusi-
yanın birliyinə nail olmaq olmaz" və "hər bir tabe xalqın adət-ənənələri, dili və dininə"
hörmət bəyan edilməlidir
126
. Daha sonra bu xalq azadlığı partiyası seçiciləri inandırırdı ki, o,
özünəməxsus milli həyat keçirən bütün yerlərdə geniş özünüidarənin, muxtar quruluşun,
"ümumi, pulsuz, məcburi təhsilin" və s. tərəfdarıdır. Bütün bunlar müsəlman
ucqarlarında, o cümlədən də Azərbaycanda bütün yuxarı sosial təbəqə nümayəndələri
üçün kifayət qədər cəlbedici idi. Onlar öz ümidlərini məhz kadetlərə bağlayırdılar.
Dumada ən iri fraksiyaya malik olan kadetlər şöbələrə, daimi və müvəqqəti komissiyalara
başçılıq edir, bununla da bütovlükdə siyasi mühitin müəyyənləşdirilməsində iştirak
edirdilər. Buna dumanın iclaslarında şəxsiyyətin toxunulmazlığı, ölüm hökmünün ləğvi,
vətəndaş bərabərliyi, siyasi azadlıqlar və i.a., yəni kadetlərin proqramında əks olunan
bütün məsələlərin mü zakirələri tutarlı sübut idi.
Azərbaycanlı deputatlar imperiyanın müsəlman ucqarlarının 36 deputatını
121
birləşdirən Müsəlman parlament fraksiyasına daxil oldular. O, öz sayına görə, dumada
Ukrayna qrupu, Polyak polosu və b.dan böyük, ən iri fraksiyalardan biri idi. Ə.Topçubaşov
kadetlər fraksiyasının bürosuna daxil oldu. Fraksiya kadetlər partiyası ilə birgə hərəkət
etmək barədə qərar qəbul etdi. Ə.Topçubaşov bu barəd ə P.N.Milyukova məlumat
verdi
127
. Kadet partiyası komitəsinin iclasında bu təklif qəbul edildi və qərara alındı ki,
fraksiyanın; nümayəndəsinə dərhal kadetlərin fraksiya komitəsinə daxil olmaq və Kadet
partiyası MK-na seçilmək hüququ verilsin
128
.
Fraksiyanın b ir neçə iclası o ldu. Birinci iclasda qərara alındı Du maya
təqdim olunan bütün qanun layihələri və sorğular haqq ında ətraflı məruzələr
dinlənilsin. Lakin qarşıya qoyulmuş vəzifələrdən heç b iri yerinə yetirilmədi.
Fraksiyanın bütün məsələləri baxılmamış, onun özü, tərkibi və vəzifələri haqqında
Ə. Topçubaşovu Dumanın 14 iyul tarixli iclasına olan məlu matı da din lənilməmiş
qaldı, çünki həmin vaxtadək Du ma artıq buraxılmışdı. Rusiya imperiyası
qanunlarında müsəlmanlara aid məhdudiyyətlərin müyyənləşdirilməsi üzrə
deputatlardan Axtyamov, Alkin və Topçubaşov tərəfindən başlanmış iş də başa
çatdırılmadı
129
.
Sonrakı Döv lət dumalarında olduğu kimi, I Döv lət Du masında da
mü zakirələrin başlıca mövzusu aqrar-kəndli məsələsi id i. Bütün partiya və qrup
mövqelərin in də məh z bu məsələdə daha dəqiq surətdə aşkara çıxması təsadüfi
deyildi.
Mayın 8-də kadetlər tərəfindən müzakirəyə aqrar qanunu layihəsi təqdim
olundu.
Burada
mülkədar
torpaqların ın
məcburi
şəkildə
qis mən
özgəninkiləşdirilməsi nəzərdə tutulurdu. Ona trudoviklərin cavab olan layihəsində
isə mülkədar torpaq sahibliy inin tammilə "ü mu mxalq torpaq fondu"nun
yaradılması, yəni torpaqların milliləşdirilməsi təklif ed ilird i.
Müsəlman fraksiyası aqrar islahatın əsas müddəalarını müzakirə edərək,
müsadirə o lunan torpaqların "ədalətli qiy mətlə" haqqı ödənilməsi şərti ilə xüsusi
sahibkar torpaqlarının özgəninkiləşdirilməsi təklifinə tərəfdar çıxdı. Fraksiya üzvləri
eyni zamanda vəqf torpaqlarının özgəninkiləşdirilməsini yolverilməz sayır və hesab
edirdilərki, kəndli pay torpaqları "udel, kabinet və monastır torpaqları hesabına"
artırılmalıd ır. Layihə köçürmələrin dayandırılmasını tələb edirdi
130
.
Aqrar
ko missiyanın
məruzəsin in
mü zakirəsində
iştirak
edən
Ə.Topçubaşov hesab edirdi ki, aqrar ko missiyanın məlu matını g eniş şəkildə nəşr
etmək zəruridir və bir "ucqarlı" "qafqazlı" kimi təklif edird i ki, məlu mat təkcə
dövlət dilində deyil, həm də imkan daxilində tərcü mə olunaraq "yerli dillərdə" də
dərc edilsin. "Bütün rus təbəələrinin hüquq bərabərliyi, v icdan azadlığı, söz
azadlığ ı, şəxsiyyətin toxunulmazlığı, kəndlilərə torpaq verilməsi kimi məsələlərin
işlənib hazırlan masında, bu qəbildən olan ü mu mi dövlət məsələlə rində milli
xarakterli elə bir məsələyə yol verilə bilməz. Rusiyanın bütün xalqların ın
mənafeləri buna yol vermir, dövrün bütün şəraiti bunun əleyhinədir"
131
.
Azərbaycanlı deputatlar Du man ın işində - həm onun iclaslarında, həm də
122
şöbə və komissiyalarında əməli surətdə yaxından iştirak edirdilər.
İrəvan və Yelizavetpol quberniyalarında millətlərarası toqquşmalar
barəsində daxili işlər nazirinə ünvanlanan sorğu üzrə İ.Ziyad xanov çıxış etdi. Onun
kifayət qədər ətraflı bəyanatında Azərbaycan cəmiyyətinin XX əsrin əvv əllərindəki
ərizə və petisiyalarında olan, demək olar ki, bütün tələbləri ö z əksini tapmışdı. O,
bir daha imperiya çərç ivələri hüdudlarınd a siyasi hüquqsuzluq vəziyyətindən
narahatlığını bildirib, qeyri millətlərin hakim siniflərinə də rus burjuaziyası və
mü lkədarları ilə eyni hüquq verilməsinə tərəfdar çıxd ı. İ.Ziyad xanov Du ma
tribunasından inzibati o rqanların özbaşınalığı, müsəlman ruhanilərinin mənafeyin in
tapdalanması haqqında mə lu mat verd i. O, aqrar məsələdə başlıca bəlan ı çarizmin
köçürmə siyasətində görürdü. "Mərkəzi Rusiya kimi b izim də torpağa ehtiyacımız
var, biz də həmçin in aztorpaqlılıq və torpaqsızlıqdan əziyyət çəkirik. Lakin in zibati
orqanlar bu məsələni başqa cür hə ll etdi", deyə köçürmə lərə qarşı et ira z edirdi.
İ.Ziyad xanovun məru zəsində zemstvonun olmamasına, şəhər özünüidarə
orqanlarında yerli millətlərin nümayəndələrindən olan qlasnıların sayının
məhdudlaşdırılmasına da diqqət yetirilird i. Ali təhsilli azərbaycanlıların dövlət
müəssisələrindəki vəzifələrə buraxılmaması, bəzi ali məktəblərin azərbaycanlılar
üçün bağlı olması onu narahat edirdi
132
.
Azərbaycan nümayəndələrini əhalin in şəxsi və mülki təhlü kəsizliyi
məsələləri də maraqlandırırdı. Dövlət dumasın m 31 nəfər üzvü 1906-cı il iyunun
26-da da xili işlər nazirinə əsas qanunların nəş rinə qədər (1906-c ı ilin apreli) bir sıra
yerlərdə gücləndirilmiş mühafizən in elan olun ması barəsində narahatlıq bildirən
sorğu təqdim etdi. Ə.Haqverdiyev də sorğunu imzalayanların sırasında id i. Du ma
üzvləri xəbərdarlıq ed irdilər ki, İrəvan və Yelizavetpol quberniyalarında bir ildən
çox davam edən bu vəziyyət " min lərlə insan həyatının itkisi və diyarın tam iqtisadi
dağıntısı ilə nəticələn mişdir". Du ma bu məsələni mü zakirə etməyə tələs mədi.
İyunun 14-də bu sorğu Nazirlər Şurasının sədrinə göndərildi. İyulun 7-də, yəni
Duman ın bura xılması ərə fəsində, Na zirlər Şurasınm sədri Qore mıkin Du manın
sədrinə cavabında bildirdi ki, "canişinin vəzifəsi və hakimiyyəti ümumi nazirlik
quruluşuna münasibətdə tam, müstəqil şəkildə qoyulmuşdur və buna görə də Nazirlər
Şurası Dövlət Dumasının Qafqaz diyarına aid sorğularına cavab vermək üçün qanuni
səlahiyyətlərə və lazımi məlumatlara malik deyildir"
133
. Beləliklə, Nazirlər Şurası
Qafqaz millətlərinin taleyinə tamamilə laqeydlik göstərərək, bu sorğuya cızmaqara ilə
cavab verdi və formal olaraq sorğunun müəlliflərini canişinin üstünə göndərdi. 1906-cı
ilin hadisələri, millətlərarası toqquşmaların güclənməsi sübut edirdi ki, canişin heç bir
diyarda şəxsiyyətin toxunulmazlığının təmin olunması üçün tədbirlər görmək
fikrində deyil.
Ə.Topçubaşov, İ.Ziyadxanov, M.T.Əliyev və A.Muradxanov bir sıra
deputatlarla birlikdə sədrə müraciət edib, Qafqaz hökumət orqanlarının "dinc rus
vətəndaşlarının talançıları" kimi hazırladıqları Ter vilayəti dağlılarından ibarət
strajniklərin dərhal geri qaytarılmasını tələb etdilər
134
. Bununla da onlar çar hökumətinin
123
Rusiya imperiyası xa lqları içərisində canfəşanlıqla apardığı düşmənçilik to xu mla rı
səpmək siyasətinə etiraz bildirdilər.
Azərbaycan deputatları vəzifəli şəxslərin məsuliyyəti, qayda-qanun
yaradılması barəsində, qanunsuzluq və zorakılıq əleyhinə, inzibati orqanların
özbaşınalıqları haqqında müxtəlif sorğular verilməsi müzakirəsində iştirak edirdilər. Krım
tatarları Ə.Topçubaşovdan öz hüquqsuz vəziyyətləri barədə petisiyanı çar hökumətinə
çatdırmağı xahiş etmişdilər. Lakin Dumanın buraxılması onların bu xahişini yerinə
yetirməyə imkan vermədi.
Dumanın bütün müsəlman fraksiyasının, o cümlədən Azərbaycan deputatlarının
siyasi amalı Ə.Topçubaşov tərəfindən "Müsəlman parlament fraksiyası" məqaləsində çox
dəqiq şəkildə ifadə olunmuşdur: "Müsəlman proqramı ciddi surətdə konstitusiya əsasları
üzərində dayanaraq, torpaqların milliləşdirilməsi, d in məsələlərində tam muxtariyyət,
bütün imperiya ərazisində özünü idarə edən kiçik vahidlər və vilayət məclislərinin təsis
edilməsi ilə yerlərdə geniş muxtar idarəçilik prinsipini irəli sürür"
135
. O, Dumada milli
zəmində bir dənə təzahürün də müşahidə edilmədiyini böyük məmnun luqla qeyd edir,
"xalq nümayəndəliyinin ilk addımlarının Rusiyanın bütün xalqları üçün ümumi olan
ictimaidövlət quruculuğu məsələlərinə yönəldilməli olduğunu başa düşən millət
nümayəndələrini" xüsusilə tərifləyirdi
136
.
La kin müsəlman xalq ları deputatlarının böyük ü mid lər bəslədikləri I
Dövlət Dumasının fəaliyyəti uğursuzluqla başa çatdı. Çar höku məti "nümayəndəli
qanunvericilik orqanı" ilə məsələni b itirmək barəsində qəti qərar qəbul edərək,
iyunun 9-da Duma deputatlarının ic lasları keçirilən Tavriya sarayının bütün
qapılarını bağlı saxladı. Bu, deputatlar üçün gözlənilməz id i. Kadet fraksiyasının
təşəbbüsü ilə hökumətə etiraz bildirildi və iclasları Vıborqda keçirmək qərara alındı.
Sosial-de mokratla r və trudoviklər də kadetlərlə hə mrəy idilər. İyunun 9-u və 10-da
Vıborqdakı iclaslarda Azərbaycan deputatları da iş t ir a k edirdilər. Ə.Topçubaşov
və İ.Ziyadxanov kadetlər tərəfindən tərtib olunmuş və Vıborq iclaslarının bütün
iştirakçıları tərəfindən bəyənilmiş "Xalq deputatlarından xalqa" müraciətini
imzaladılar. Onlar Rusiyanın bütün əhalisini Dumanın buraxılması əleyhinə etiraz
çıxışlarına (vergiləri ödəməkdən, rekrut mü kəlləfiyyətindən, istiqrazları
tanımaqdan imtina etməyə və s.) çağırırdılar.
Bakı qubernatoru 1906-cı il iyulun 15-də bütün yerli qəzetlərin
redaktorlarına və mətbəələrə "Dövlət dumasının keçmiş deputatlarının müraciətini"
çap etməyin qadağan olduğu barədə sərəncam göndərərək, onları inzibati qaydada ən
sərt cəzalar veriləcəyi ilə hədələdi
137
.
Vıborq iclasların ın iştirakçılarına d ivan tutuldu. Onlar barəsində cinayət
işi qaldırıld ı. Deputatlar məhkəməyə verildi. On ları xalqa ünvanlanmış xüsusi
müraciətlə "Rusiya əhalisini itaətsizliyə və qanun əleyhinə çıxmağa qızışdırmaq
niyyətində olmaqda və bu müraciətin ço xsaylı nüsxələrin i Rusiya hüdudlarında
yaymaqda" təqsirləndirirdilər
138
.
1907-c i ilin dekabrında keç irilmiş məhkə mənin hökmünə görə, onlara
124
üçaylıq həbs cəzası verilir, 167 nəfər, o cümlədən də Ə.Topçubaşov və
İ.Ziyadxanov Dövlət Dumasının tərkibinə seçilmək hüququndan məhrum
edilirdilər
139
. Ə. Topçubaşov "Kaspi" qəzetinə rəhbərlikdən uzaqlaşdırıldı və Bakı
şəhər dumasının tərkibindən çıxarıldı.
Höku mət I Du manı qovaraq, II Du maya seçkilər elan etdi. Seçkilər 1907-
ci ilin yanvar-fevral aylarında keçirildi. Seçkilərdən bir qədər əvvəl "Partiyasız
müsəlman blo ku" meydana çıxdı. Bu blok əhali içəris ində izahat işi apararaq, onu
dumaya
"müsəlmanların
mənafelərin in
müdafiəçilərin i"
seçməyə
istiqamət ləndirird i. Ba kı bolşevikləri sol blo k yarat mağa cəhd göstərirdilə r. 1906-cı
il noyabrın ortalarında RSDFP Bakı təşkilatı, "Hümmət" və Erməni sosial-demokrat
təşkilatının ("Spesifiklər") Bakı Komitəsi arasında saziş bağlandı.
Bu təşkilatların nümayəndələrindən birləşmiş sosial-demokrat seçki
komissiyası təşkil olundu. Bu komissiyanın nəşr edib yaydığı bir sıra müraciətlərində seçki
kampaniyasında məqsəd və vəzifələri, bolşeviklərin taktiki xətti, kütlələr qarşısında duran
vəzifələrin həllində duman ın gücsüzlüyü izah o lunurdu.
Bu bloka qarşı meydana çıxan "Torpaq və azadlıq"da eserlərin, daşnakların və
"mütərəqqi" istiqamətli bəzi partiyasız burjua nümayəndələrinin mənafeləri üst-üstə
düşürdü.
Bakı ərazisində seçkilərin gedişində sosial-demokrat bloku, daşnak və eserçi
"Torpaq və azadlıq", kadetçilər və "Partiyasız müsəlman bloku" arasında mübarizə gedirdi.
Yelizavetpol quberniyasında seçki kampaniyasının gedişini yuxarı sosial təbəqələrin
nümayəndələri müəyyənləşdirirdilər. RSDFP-nin Yelizavetpol təşkilatı əhaliyə seçkilərdə
milli deyil, sinfi prinsipləri rəhbər tutmaq barəsində müraciətlə kifayətlənərək,
seçkilərdə iştirak etmird i.
Seçkilər nəticəsində Fətəli İsgəndər oğlu Xoyski, İsmayıl Zeynalabdin oğlu
Tağıyev, Məmməd ağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtinski, Mustafa Hacımusa oğlu
Mahmudov, Zeynal Eynal oğlu Zeynalov Azərbaycandan II Dövlət Dumasına deputat
seçildilər.
Azərbaycan cəmiyyəti yeni Dumaya böyük ümid bəsləyərək belə hesab edirdi
ki, məhz, 20 fevralın "qismətinə ölkədə eyni dövrün hücum günü olmaq nəsib
olmuşdur"
140
. Azərbaycan cəmiyyəti inanırdı ki, rus deputatları I Dumada, xüsusilə Vıborq
müraciətinin imzalanmasında Azərbaycan deputatlarının həmrəyliyini nəzərə alaraq
bundan sonra onları daha yaxşı başa düşəcək və daha yaxından kö mək edəcəklər
141
. Bakı və
Yelizavetpol dumalarının qlasnıları II Dumanı təbrik edərək, onun ölkədə azadlıq və
qayda-qanunların möhkəmlənməsi üçün zəruri təminatları yaratmaq sahəsində I Du -
manın başladığı işi başa çatdıra bilməsini istəyirdilər
142
.
Azərbaycan deputatları müsəlman parlament fraksiyasına, F.Xoyski və
X.Xasməmmədov isə onun bürosuna daxil oldular. Fraksiyanın əməli işlərində onun
keçmiş lideri Ə. Topçubaşov fəallıq gös tərirdi. O, dəfələrlə Peterburqa getmiş, bəzən
isə müsəlman parlament fraksiyası və Ümumrusiya Müsəlman İttifaqı MK üzvlərinin
Dumada müzakirə və qəbul olunan qanun layihələri, həmçinin sorğular üzrə fraksiyanın
125
ümumi mövqeyini işləyib hazırlayan ümumi iclaslarına sədrlik etmişdi. Fraksiya Müsəlman
İttifaqının göstərişlərini yerinə yetirərək, I Duma fraksiyasının siyasətini davam etdirərək, öz
fəaliyyətində əsasən kadetlərin mövqeyində dayanmışdı.
Fraksiyanın ayrıca kitabça şəklində buraxılmış proqramında vətəndaşların
hüquqları müəyyənləşdirilir, dövləti və dini quruluş, yerli özünüidarə, məhkəmə, xalq
maarifi, maliyyə və dövlət iqtisadiyyatı, kəndli və fəhlə məsələsi üzrə müddəalar,
fraksiyanın siyasi məqsəd və vəzifələri şərh olunurdu. Fraksiya Rusiyanın bütün müsəlman
vətəndaşlarını, siyasi əqidə üzrə həmfikirlərini Rusiya imperiy as ın ın idarəçilik quruluşunu
yenidən qurmaq üçün səy göstərməyə çağırırdı. Ali dövlət hakimiyyətinin hüquqları
konstitusiya ilə məhdudlaşdırılmış monarxa və "ümumi, birbaşa və gizli səsvermə" yolu ilə
seçilmiş xalq nümayəndələrindən ibarət birpalatalı xalq nümayəndəliyi orqanına -
Ümu mrusiya Dövlət Dumasına və ya Ümumrusiya Palatasına verilən konstitusiyalı
parlament monarxiyası məqbul dövlət forması sayılırdı. Fraksiya Rusiyanın müsəlman
əhalisinin sayını müəyyənləşdirmək, Dumada onlara verilən yerlərin sayını, müsəlman
əhalinin sayını müvafiq olaraq təyin etmək məsələsini qoyurdu. Proqramda həmçinin
Azərbaycan cəmiyyətinin dəfələrlə təqdim etdiyi petisiyaların müddəalarına müvafiq gə-
lən tələblər - siyasi və mülki hüquqlar baxımından müsəlmanların Rusiya imperiyasının
qalan əhalisi ilə bərabərləşdirilməsi, bu hüquqların imperiyanın əsas qanunlarına daxil
edilməsi, icbari, ümumi və pulsuz ibtidai təhsil tətbiq olunması, ana dilində təhsilin təmin
edilməsi, seçkili hakimlər və andlı iclasçılar məhkəməsi institutu nun yaradılması, dövlət
dili ilə yanaşı, imperiyanın mövcud vilayətində üstünlük təşkil edən xalqın dilinin bütün
yerli nümayəndəli orqanların və ümumi məhkəmələrin dili kimi tanınması və s. tələblər var
idi. Proqram aqrar siyasət sahəsində sahibkarlara ədalətli qiymətlərlə haqq verilməsi şərti
ilə torpaqların özgəninkiləşdirilməsi haqqında kadetçi tələbi də özündə əks etdirirdi.
Məhz elə bu tələb müsəlman deputatları arasında da mübahisə obyektinə çevrildi. Özlərini
kəndlilərin nümayəndələri sayanlar ilk növbədə fraksiyanın başlıca məsələni - aqrar
məsələnin müzakirəsini ləngitməsindən, konkret olaraq "torpaqların məcburi surətdə
özgəninkiləşdirilməsinə" tərəfdar çıxmağa tələsməsindən narazı idilər. Fraksiyanın
Z.E.Zeynalov da daxil olmaqla bir neçə üzvü bildirirdilər ki, "aşkar kadetlər" və kadet
proqramına qoşulan deputatların sosialistlərlə birgə işinin məhsuldarlığına inanmırlar
143
.
Onlar əməkçi müsəlman fraksiyasından ayrılmaq və Dumanın əməkçi qrupuna birləşmək
qərarına gəldilər. 1907-ci ilin aprel-may aylarında Z.Zeynalov vs T.Xasanov
Peterburqda "Duma" adında qəzet buraxaraq, oxucularını fraksiyanın Dumada müzakirə
olunan məsələlərə münasibəti ilə mümkün qədər ətraflı surətdə tanış etməyə cəhd
göstərmişdilər.
Özlərini "Sol gənc türk partiyası"na mənsub elan etmiş F.Xoyski və X.Xasməmmədov
da fraksiyanın proqramını bütövlüklə qəbul etmədilər. Belə şəraitdə Müsəlman İttifaqının
Mərkəzi bürosu müsəlman fraksiyası üzvlərinə ünvanladığı müraciətində "proqramı
müəyyən çatışmazlıqlarını etiraf edərək, bütün müsəlmanları onun müddəalarını əldə
rəhbər tutmağa çağırırdı"
144
.
Azərbaycanlı deputatlar Xalq azadlığı Partiyasından da Dumanın müxtəlif komissiyalarına
126
seçildi. Məsələn, bu partiyanın duma fraksiyasının üzvü olan M.Şahtaxtinski milli-dini
bərabərlik, yerli özünüidarəçilik, zemstvo idarələrinə seçkilər haqqında qanun layihəsinin
hazırlanması, aqrar və kəndli məsələləri, kəndlilərin hüquq bərabərliyi, xalq təhsili və şəhər
özünüidarəsi üzrə komissiyaların tərkibinə daxil olmuşdu
145
. X.Xasməmmədov və F.Xoyski
milli-dini bərabərlik komissiyasının üzvləri idilər. Ən müxtəlif məsələlər üzrə a zərbaycanlı
deputatların çıxışları konkret təkliflərin hazırlanmasında onların iştirakının sübutudur.
Məsələn, aclıqçəkənlərə və işsizlərə kömək haqqında məsələnin müzakirəsi zamanı
Z.Zeynalov "trudovik"ləri müdafiə edən məruzə ilə çıxış etdi. O, aclıqçəkənlər və işsizlərə
yardım göstərmək üçün vahid komissiya yaradılmasını təklif edərək, Dumaya bildirdi ki,
seçicilər onu yola salarkən belə tapşırıq vermişdilər: "Bizə torpaq lazımdır, azadlıq
lazımdır, çörək lazımdır, bizə iş lazımdır"
146
. Tətilçiləri çörəklə təmin etmədən,
aclıqçəkənlərə to x olmaq imkanı vermədən tətillərin qarşısını almağ ın qeyri-
mü mkünlüyü barəsində konkret dəlillərlə zəngin olan bu çıxış kadetlərin ancaq "sənaye
böhranından" zərər çəkmiş işsizlərə kömək göstərilməsi təklifinə qarşı çıxan sosial-
demokratların açıq-aşkar müdafiəsi kimi səslənirdi. Duma bu məsələ barəsində kadet
qətnaməsinə düzəliş edərək, "sənaye böhranından zərər çəkənlərə" qeyd-şərtini oradan
çıxardı
147
. İşsizlərə kömək komissiyasının üzvü seçilmiş M.Mahmudov "Proqress"
qəzetində seçicilərə mü raciət edərək, onları işsizlər və onlara zəruri olan kö məyin
miqyası barəsində məlu mat verməyə çağ ırırdı.
Du mada deputatların torpaq məsələsi ü zrə mövqeyi sinfi və ziddiyyətli
xarakter daşıyırdı. Bu məsələnin mü zakirəsinə böyük əhəmiyyət verən müsəlman
fraksiyası aqrar ko missiyanın fəaliyyətində iştirak etmək üçün Bakıdan
Ə.Topçubaşov, Q.Qarabəyov və B.A xundovu dəvət etmişdi
148
. Müzakirədə F.
Xoyski bütün fraksiya adından çıxış edərək bildirdi ki, ö zgəninkiləşd irilmiş
torpaqlar ümu mdövlət torpaq fondunu deyil, hər bir konkret vilayətin hüdud -
larında vilayət torpaq fondunu təşkil etməli, torpaqların bö lünməsi və əhalin in
seyrəldilməsi "ən demokratik prinsiplər ü zrə təşkil olun muş vilayət özünüidarə
orqanların ın" ixtiyarına verilməlidir
149
.
Aqrar məsələnin mü zakirəsində Z.Zeynalov torpaq məsələsi ü zrə
müsəlman əməkçi fraksiyasının tələblərini irəli sürdü. O, Bakı quberniyası
kəndlilərinin vəziyyətindən ətraflı danışaraq, bildirdi ki, kəndlilərin torpağı ən ucuz
qiymətə də satın a lmaq imkanla rı yo xdur, torpağı onlara əvəzsiz, xüsusi sahibkar
və s. torpaqlarını " məcburi özgənin kiləşdirərək bütün Rusiya vətəndaşlarına payla-
nacaq xalq fondu vasitəsilə vermək lazımdır". O, xüsusi mülkiyyətə, hər cür pulla
alqı-satqıla ra qarşı ç ıxış etdi.
Müsəlman fraksiyasında qadınların hüquq bərabərliyi haqqında da məsələ
qaldırılırdı. Fraksiya mo llalar şurası və müsəlman d inin in mü xtəlif instansiyaları
ilə ço xlu razılaşdırmalardan sonra belə b ir nəticəyə gəld i: qadınlara seçki hüququ
verilsin, ancaq seçkiqabağı yığ ıncaqlar ayrıca keçirilsin
150
. Peşəsi müəllim olan
127
M.Mahmudov Duman ın xa lq təhsili üzrə ko missiyasının üzvü kimi xalq maarifi
naziri tərəfindən təqdim ed ilmiş qanun layihəsi ü zrə çıxış edərək diqqəti müsəlman
müəllimlərin hüquqsuz vəziyyətinə yönəltdi. O qeyd etdi ki, müsəlman müəllimlər
insan ləyaqətindən, xalq təhsili üzrə bu və ya digər vəzifəni tut maq hüququndan
məhru m edilmiş xüsusi bir təbəqəyə ayrılıblar, onların ana d ilində danış maq
hüququ yoxdur, buna görə də onlar sıxışdırılır. M.Mah mudbəyov icbari ümu mi
ibtidai təhsil tələbi əlavə olun maqla, qanun layihəsinin ko missiyaya verilməsi
barəsində kadetlərin təklifini müdafiə etdi.
Du ma ko missiyasının yerli məhkəmə haqqında məru zəsi peşəkar
hüquqşünaslar F.Xoyski və X.Xasməmmədovun xüsusi marağına səbəb oldu. Onlar
Rusiyanın bütün guşələrində məhkəmə islahatı olması, məhkəmənin yerli əhalinin dilində
aparılması zəruriliyinə tərəfdar çıxdılar
151
.
II Dumanın buraxılmasından sonra III Dumaya seçkilər haqqında qanun verildi.
Bu qanun Rusiya ucqarlarının Dumaya nümayəndələr göndərmək hüququnu xeyli
məhdudlaşdırdı. Belə ki, əgər Bakı, Yelizavetpol və İrəvan quberniyalarının hər birinin
əvvəlki dumada 3 nümayəndəsi var idisə, indi bütün quberniyalar birlikdə ancaq iki
nümayəndə seçə bilərdi, Tiflis quberniyası isə əvvəlki 4 deputat əvəzinə bir nümayəndəyə
malik idi. Bütövlükdə isə Qafqazdan əvvəlki 28 deputatın əvəzinə 10 nümayəndə seçilməsi
nəzərdə tutulurdu.
Məhdudiyyətlər cəmiyyətdə narahatlığa səbəb oldu. "Kaspi" qəzeti yazırdı: "Elə
eləmək lazımdır ki, Dumaya gedəcək on deputat əvvəlki 28 nəfərə bərabər olsun..."
152
.
1907-ci il iyunun 3-də Dövlət Dumasına seçkilər haqqında təsdiq edilmiş
"Əsasnamə"nin 25-ci maddəsində göstərilirdi ki, Bakı, Yelizavetpol və İrəvan quberniyaları
üçün ümumi olacaq seçki məclisində seçkilərin keçirilməsinə nəzarət Yelizavetpol
qubernatoruna həvalə edilir, seçki məclisi isə Yelizavetpol şəhərində çağırılır. Seçkilər
nəticəsində yuxarıda sadalanan quberniyaların müsəlman əhalisindən III Dövlət Dumasına
seçilən deputat Xəlil bəy Xasməmmədov oldu. Erməni əhalisini İ.Saqatelyan, rus əhalisini
isə özünün xəbəri olmadan prikazçik şəhadətnaməsinə görə qafqazlıya dönmüş təsadüfi
"həştərxanlı" Timoşkin təmsil etdi
153
.
III Dövlət Duması 1907-ci il noyabrın 1-də açıldı. Onun bütün rəhbərliyi
oktyabristlərdən ibarət id i.
N.A.Xomyakov sədr seçildi, sonralar bu vəzifədə növbə ilə A.İ.Quçkov və
M.V.Rodzyanko oldular. Bu, III Dumanın özündən əvvəlki dumalara nisbətən daha sağ
mövqe tutacağını göstərirdı. X. Xasməmmədov dumanın səkkiz daimi komissiyasından bir
neçəsinin - imperatora müraciətlər hazırlamaq, sorğular, köçürmə məsələsi və məhkəmə
islahatları üzrə komissiyaların tərkibinə daxil idi.
X.Xasməmmədovun Duma fəaliyyəti, çıxışları, sorğuları, müxtəlif duma
materialları hazırlanmasında iştirakının təhlili sübut edir ki, o, yorulmadan Azərbaycan
cəmiyyətinin müxtəlif imperiya instansiyalarına göndərilən petisiya, xahişnamə və
müraciətlərindən toplanmış tələb və istəklərin həyata keçirilməsinə çalışırdı.
X.Xasmə mmədovun 1907-c i il noyabrın 13-dəki iclasda II Niko laya
128
ünvanlanmış iki h issədən ibarət müraciətinə dair çıxışında qeyd edilirdi: "Mən,
siyasi əqidəsi konstitusiyalı monarxiya olan qrupa mənsub bir adam kimi,
bütünlüklə bu mü raciətin birinci hissəsinə
qoşuluram. Burada b iz öz monarxımıza
sədaqət və sevgi hissimizi b ild irməliyik və əslində də bild irmişik, siyasi hissə haq -
qında isə mən eyni şeyi deyə bilmərəm". X.Xasməmmədov "Zaqafqaziya
müsəlman ları" adından mü lahizə yürütmək məsuliyyətini öz üzərinə götürərək
deputatlara bildirdi ki, "Bizim dövlətimizin siyasi quruluşunun bu və ya digər adı
qətiyyən vacib deyildir, bizim üçün daha vacibi bu siyasi quruluşun bizim tələbləri,
bizim peşələri ödəyə biləcək məzmunudur"
154
. Bununla 1905-ci il 17 Oktyabr
man ifestinin
müddəalarının
həyata
keçirilməsi
nəzərdə
tutulurdu.
X.Xasməmmədovun fikrincə, müraciətdə "köhnə Rusiya ilə yeni Rusiya arasında
aydın deportasiya xətti qoyulmuşdur". Manifestdən sonrakı iki il ərzində "özgə
millətlərin istəkləri aşağıdakılardan ibarət idi: tam vətəndaş azadlığı, bütün
vətəndaşların siyasi və mülki hüquq bərabərliyi, əsl xalq nümayəndəliyi,
hakimiyyətin qanuniliy i və xalq nü mayəndələrin in dövlət qanun vericiliyi işlərində
tam iştirakı". X.Xas məmmədov iki il ərzində müsəlmanların hüquqların ın rus
əhalinin hüquqları ilə bərabərləşdirilməsi, onların maarifləndirilməsinin in kişafı və
maddi rifah halın ın yüksəldilməsi üçün elə bir iş görü lmədiy i ü zərində də dayandı.
O, ö z çıxış ında köçürmə məsələsinə toxunaraq, Du ma deputatlarını əmin etməyə
çalışdı ki, "uzun müddət ərzində aztorpaqlılıqdan əzab çəkən" yerli kəndlilər
torpaqla təmin olunduqları təqdirdə, "kim o lursa olsunlar və harada yaşayırsa
yaşasınlar, bütün Rusiya oğullarını ö z ağuşlarına qəbul edəcəklər".
III Dövlət Du masında Rusiya imperiyasının müsəlman ucqarlarından olan
deputatlar vahid parlament fraksiyasında birləş mişdilər. Fraksiya 8 nəfərdən ibarət
idi, onun xüsusi bürosu Duma deputatı olmasa da, fraksiyanın və bu duma n ın
fəaliyyətində, qanun layihələrin in hazırlanıb təqdim ed ilməsində çox yaxından
iştirak edən Ə.Topçubaşovun başçılığı altında işləyirdi.
Fraksiya xüsusi iclasların ı ana dilində ibtidai təhsil, Qafqazda zemstvo
idarələrin in təsis edilməsi kimi məsələlər ü zrə öz münasibət və mövqeyini işləy ib
hazırlamağa həsr etmişdi. Müsəlman fraksiyası dini etiqad, v icdan azadlığı
məsələsinə böyük əhəmiyyət verərək, bu məsələ üzrə özünün xüsusi məruzəsini
Dumanın mü zakirəsinə təqdim etdi. Fraksiyanın fəaliyyəti bütün qanun
layihələrinin mü zakirəsində iştirak etmək, duma iclaslarında vahid hərəkət xəttini
işləyib hazırlamaq, məqsəd isə islahatlara nail olmaq idi.
X.Xas məmmədov öz çıxışlarında dəfələrlə vətəndaş azadlıqları və siyasi
hüquqlar verilməsi, köçürmə məsələsinin qaydaya salınması, təhsil və məhkəmən in ana
dilində aparılması, zemstvoların tətbiqi və s. ən vacib məsələlər ü zərində dayanırdı.
Onun çıxışlarından ən mühümü "Qafqaz sorğusu" adlandırılmış sorğuya aid
olmuşdu. Qafqaz sorğusu ifrat sağların təşəbbüsü ilə Du maya təqdim olun muş, sağ
oktyabrist çoxluğunun təkidi ilə gündəlikdən çıxarılmışdır.
X.Xasməmmədov, ilk növbədə, Qafqazda mövcud olan xalqların bir-birinə
129
qarşı qoyulması hallarına diqqət yetirir, diyarda maarifin vəziyyəti ü zərində
dayanaraq qeyd edirdi ki, mövcud məktəblər yerli əhalini təmin etmir, çünki
bunlarda təlim ana d ilində aparılmır. Belə məktəblərin özü də son dərəcə az idi.
Müsəlmanların yaşadığı yerlərdə hər 14 min nəfər sakinə, xristianların
məskunlaşdıqları ərazilərdə isə hər 4 min nəfər sakinə bir ibtidai məktəb düşürdü.
Alitəhsilli müsəlmanlar orta tədris müəssisələrində pedaqoji fəaliyyətə
buraxılmır, nazirin icazəsi olmadan vəkillik edə bilməzdilər. Şəhər əsasnaməsinin 44-
cü maddəsi şəhər özünüidarə orqanlarında müsəlmanların sayını məhdudlaşdırırdı.
Müsəlman ruhaniləri də məhdudiyyətlərə məru z qalırd ılar. X.Xasməmmədov izah
edirdi ki, bütün bunların nəticəsində müsəlmanla r mədəni ba xımdan öz
qonşularından geri qalmışlar
135
.
Diyarda
ali
hakimiyyət
məsələsinə öz münasibətini bildirərkən
X.Xasməmmədov belə hesab edirdi ki, hakimiyyət əhaliyə xeyirxah olmalı, millətləri
ayırmaq yox, birləşdirməklə dövlətə məhəbbət toxumu səpməlidir. O, çarizmin
köçürmə siyasəti barəsində dəfələrlə bəyan etmişdi ki, ancaq yerli əhali torpaqla təmin
edildikdən sonra qalan torpaqlar köçürülmə üçün ayrıla b ilər
156
.
X.Xasməmmədov bəzi qərarlara dəyişikliklər və əlavələr üzrə qanun
layihəsi barədə torpaq komissiyası məru zəsinin müzakirəsin dəki çıxışında kəndli
torpaq sahibliyi, Rusiya imperiyasının qərb quberniyalarında zemstvoların yaradılması
məsələsinə toxunaraq, Qafqazda da zemstvo tətbiq olun masını təklif etdi.
X.Xasməmmədov ibtidai məktəbdə ana dilində təhsillə əlaqədar olaraq, müəllimlərin
hazırlanması problemi üzərində, onların təhsil ala bildiyi Qori və İrəvan seminariyalarının
ucqarda yerləşməsi, bunlardakı vakansiya məhdudlugu üzündən müsəlmanların ehtiyaclarının
ödəyə bilməməsi üzərində dayandı. Müəllimlərin Azərbaycandan kənarda hazırlanması ona
gətirib çıxarır ki, gələcək müəllimlər nə milli ənənələrdən, nə tarixdən, nə adətlərdən
xəbərdar olur, nə də əhali ilə ünsiyyətə girə bilirlər. Ona görə də o, Xalq Maarifi Nazirliyi
qarşısında Zaqafqaziya seminariyasının türk-müsəlman şöbəsinin Gəncəyə köçürülərək,
onun müstəqil seminariyaya çevrilməsi barəsində vəsatət qaldırır, müsəlmanlar üçün qadın
müəllim seminariyasının açılması məsələsini irəli sürür, bir sıra məhdudiyyətlərə-ruhani
müəssisələrinin lüzumsüz inzibati himayəsinə, məktəb şurası sədrinin və şura üzvlərinin
yarıdan çoxunun mütləq xristianlardan olmasına qarşı etiraz edirdi. X Xasməmmədov
dini etiqad azadlığını ən mühüm məsələ elan edərək, cümə günlərində və islam
bayramlarında müsəlmanlara tam istirahət verilməsi barəsində də vəsatət qaldırırdı.
Parlaq zəkası və dərin hüquqi təhsili X.Xasməmmədova qanun layihələrinin
geniş dairəsi üzrə, yerli məhkəmə islahatı, hərbi mükəlləfiyyətlər və s. haqqında layihələrin
müzakirəsində çıxış etmək imkan verirdi. "Vətənin hər yerində bütün vətəndaşlar eyni
hüquqlara malik olmalıdırlar" - bu onun bütün çıxışlarının leytmotivini təşkil edirdi. Onun
arzu və ümidləri ancaq Dövlət Dumasının protokolları və stenoqrafik hesabatlarında qaldı.
Belə ki, 1912-ci il iyunun 9-da çarın senata verdiyi fərmanına görə dumanın iclasları
dayandırıldı.
"Prikaz" ("Əmr") qəzeti III Dumanın fəaliyyətini əvvəlki dumalarla müqayisə
130
edərək yazırdı: "III Duma xalqa heç nə vermədi və verməyəcəkdir. O, bürokratiyanın
əlində ancaq şirma (pərdə) idi. Əvvəlki dumalarda məna, fikir var idi. Hərçənd ki, o,
müstəsna qüvvələrə malik deyildi, fikrin özü isə var idi".
IV Dövlət Duması 1912-ci ildə noyabrın 15-dən çağırıldı. Azərbaycanda
seçkiqabağı kampaniya genişlənir, deputatlığa namizədlərə tapşırıqlar verilird i.
IV Dövlət Dumasına seçkilər 1912-ci ilin sentyabr və oktyabrında keçirildi. III
Dumaya seçkilərdə olduğu kimi, kuriyalar üzrə seçilmiş seçicilər öz içərilərindən iki deputat
(quberniyaların müsəlman və erməni əhalisinin hər birindən bir deputat) seçdilər.
1912-ci il oktyabrın 20-də M.Cəfərov və M.İ.Papacanov IV Dövlət dumasının deputatı
oldular. Rus əhalisinin Tiflisdə seçilmiş deputatı L.İ.Skobelev kimi onların da hər ikisi
Bakı şəhərində yaşayırdı.
Bakı şəhərin in sakini Məmməd Yusif Hacıbaba oğlu Cəfərovun 27 yaşı
var idi. Bakı Aleksandr gimnaziyasını, 1912-ci ildə Moskva Universitetinin hüquq
fakültəsini bitirmişdi, andlı vəkilin kö məkçisi işləy irdi.
IV Dövlət Du ması 1912-ci il noyabrın 15-də fəaliyyətə başladı.
M.V.Rodzyanko Du manın sədri seçildi. O, oktyabrist-kadet ço xluğunun təmsilçisi
olduğu üçün dərhal özünü konstitusiyalı quru luşun tərəfdarı elan etdi.
M.Cəfərov IV Du manın büdcə və köçürmə ko missiyasına üzv seçild i və 7
deputatdan ibarət müsəlman fraksiyasına daxil oldu. "Kaspi" qəzeti onların partiya
mənsubiyyətini səciyyələndirərək qeyd edirdi ki, fraksiyanın ilk beş üzvü mütərəqqi
inamları rəhbər tutur, tərəqqipərvərlər partiyasına qoşulurlar; Samaranın nümayəndəsi
sağçı, Dağıstanın nümayəndəsi isə oktyabristdir
157
.
IV Dövlət Du masının fəa liyyəti, müsəlman ucqarla rı deputatların ın
burada iştirakı, tərkibinə M.Cə fərovun da daxil olduğu müsəlman fra ksiyasının
iclasları A zərbaycan dövri mətbuatında geniş əks etdirilird i. Cə miyyətin siyasi
mədəniyyətinin yüksəlişinə dair, Rusiyanın parlament həyatında baş verən
hadisələr barəsində mətbuata geniş məlumatlar çatdırılmasına şərait yaradan, həmin
dövrdə Peterburq Universitetində təhsil alan Ceyhun bəy Hacıbəyov özü mün-
təzəm olaraq Du man ın iclaslarında iştirak edir, Bakıya ətraflı və yüksək
peşəkarlıq la in formasiya verirdi. Sonralar məşhur ictimai-siyasi xadim kimi
tanınan C. Hacıbəyovun "Kaspi" qəzetində çıxmış yazıları içərisində "Dağıstani"
ləqəbi ilə imzalan mış "Peterburq məktubları", "Müsəlman fraksiyasında",
"Müsəlmanın qeydləri" silsilə yazıları xüsusi yer tutur. O, o xucuları Tavriya
sarayında hökm sürən ab-hava ilə tanış edir, müsəlman fraksiyasının uğur və
müvəffəqiyyətsizliklərin i, təhlil ed ir, onun üzvlərini kifayət qədər dəqiq
səciyyələndirird i və i.a.
M.Cəfərov həm Du manın, həm də fraksiyanın işində yaxından iştirak ed ir,
seçicilərlə görüşərək, verilən tapşırıqlar və onların yerinə yetirilməsi sahəsində
görülmüş işlər barəsində onlara məlumat verir, səmimi şəkildə fraksiyanın ağır maddi və
mənəvi vəziyyətindən danışırdı. O, əksər Duma deputatlarının, xüsusilə sağların fraksiyaya
yekəxana, təkəbbürlü münasibətini, onun haqq səsinə heç kəsin qulaq asmadığını,
131
müsəlmanlara hüquqlar verilməməsindən danışan natiqlərə hər cür maneçilik törədildiyini
qeyd edirdi.
Müxtəlif çətinliklərə baxmayaraq, müsəlman fraksiyasının az-saylı üzvləri, o
cümlədən də M.Cəfərov vaxtı çatmış problemlərin həlli üçün Dumanın tribunasından, onun
çoxsaylı komissiya və yarımkomissiyalarından istifadə edirdi. O, seçicilərinin və öz diyarı-
nın mənafeyini müdafiə etməklə yanaşı, IV Dövlət Dumasında təmsilçi olmayan ucqarların
müsəlman əhalisinin də mövqeyini müdafiə etməyi öz üzərinə götürmüşdü. Məsələn,
qırğızlar onları seçki hüquqlarından məhrum etmiş 1907-ci il 3 iyun qanununun ləğvini
xahiş edir, ən yaxşı torpaqlarını köçürülən gəlmələrin tutmalarından narazılıqlarını
bildirir, təhsillə bağlı bir sıra vacib məsələləri qaldırırdılar. M.Cəfərov bütün duma
fəaliyyəti dövründə, həmçinin qırğızları müdafiə çıxışına hazırlaşarkən materialları
diqqətlə öyrənir və təhlil edirdi.
1912-ci il dekabrın 10-da M.Cəfərov fraksiyanın adından hökumət
bəyannaməsinə cavab nitqi ilə çıxış etdi. O, Qafqaz müsəlmanlarını maraqlandıran
məsələlər (zemstvo özünüidarəsi; bəyannamədə bu məsələdən söhbət getməsə də,
zemstvo əsasnamələrinin yenidən nəzərdən keçiriləcəyi bölgələr sadalanırdı) barədə
müsəlman fraksiyasının tələblərini konkretləşdirdi. O, maarif məsələləri üzərində də
dayandı: "Biz xalq maarifinə, ilk baxışda siyasətə heç bir yer olmadığı bu müqəddəs işə
hökumətin qərəzli müsibətini acı təəssüflə qeyd edirik. İndiyədək hökumət müsəlman-
ların maarifləndirilməsi adı altında onların ruslaşdırılmasına yönələn tədbirləri həyata
keçirməyə çalışmışdır". M.Cəfərov xeyriyyəçilik və maarifçilik cəmiyyətlərinin, onların
yanındakı məktəblərin bağlanması hallarının mövcud olduğunu qeyd edərək, bunları "rus
həyatına, rus mədəniyyətinə qovuşdurmaq cəhdlərinin" hökumət tərəfindən təqib
olunması, xalqa qarşı inamsızlığın təzahürü kimi qiy mətləndirirdi
158
.
1916-cı ilin martında o, Dumanın iclasında maarif nazirliyinin smetasına aid
çıxışında müsəlman fraksiyasının proqramını elan etdi. Bu proqrama maarif sahəsində
müsəlmanların hüquqlarını məhdudlaşdıran qanıınvericilik aktları və inzibati normaların
ləğvi, şagirdlərin ana dilində təhsilinin tətbiqi (bu zaman ibtidai məktəb proqramında rus
dilinin öyrənilməsinə müəyyən yer ayrılırdı), ayrı-ayrı şəxslər və cəmiyyətlərə ana dilində
məktəblər açmaq hüququ verilməsi arzusu daxil idi. Proqram həmçinin anadilli məktəblərin
müvafiq pedaqoji heyətini hazırlamaq üçün zəruri tədbirləri, müsəlmanlara son dərəcə vacib
olan bu işdən ötrü büdcədən zəruri vəsait ayrılmasını nəzərdə tuturdu. Duma, fraksiyanın
razılığı ilə, bu məsələnin iclasda çətin həll ediləcəyini nəzərə alaraq, onu xalq təhsili komis -
siyasına verməyi qərara aldı.
1916-cı il noyabrın 3-də IV Dumanın iclasında bir sıra deputatlar hökumətə
etimadsızlıq elan etdilər. M.Cəfərov fraksiyanın adından müxalifət tərəfindən hökumətin
işinə verilmiş bu qiymətlə razılaşmadığını bildirərək dedi ki, "nifrətamiz milli zülm təcrü-
bəsi heç vaxt belə miqyas almamışdır. Heç vaxt mərkəzləşdirilmiş qəlbsiz bürokratik aparat
Rusiyanın digər xalqlarının milli hisslərinə belə ələ salmamışdır və onların məişət və mənəvi
xüsusiyyətlərini, hazırkı dövrdə olduğu kimi, şikəst etməmişdir"
159
.
Fraksiyanın sədri K.B.Tevkelov və M.Cəfərov Nazirlər Şurasının sədrinə
132
məktubla müraciət edərək, qeyri-rus xalqlarının orduya çağırılması işinin qaydaya
salınmasını xahiş etmişdilər. Bununla birlikdə onlar belə hesab edirdilər ki, tarla işlərinin
qızğın çağında kəndlilərin məşğulluğu mütləq nəzərə alınmalı, onların ailələri də orduya
çağırılmışların ailələri kimi dövlət payları ilə təmin olunmalı, tibbi və yaş yoxlanılması
diqqətlə aparılmalı, fəhlə drujinalarına rəislər təyin edilərkən rəislərin yerli dili bilməsi
nəzərə alınmalıdır
160
. Fraksiya və onun bürosunun səyi nəticəsində qeyri-rus əhalinin
səfərbər edilməsi sentyabrın 15-dək təxirə salındı. "Açıq söz" qəzeti bu xidməti qeyd
edərək yazırdı ki, "Qafqaz müsəlmanları fraksiyanın və büronun xeyrini gördülər, hərçənd
ki, bizdən onlara bir xeyir yo xdur".
Ölkədə ümummilli böhran güclənirdi. Dumada təmsil olunmuş bütün siyasi
qüvvələr dumadan narazı olduqlarını gizlətmirdilər, Çarizmə olan bütün ümidlər özünü
doğrultmadı, vəd olunmuş islahatlar kağız üzərində qaldı. Tədricən aydınlaşdı ki, islahatlar
keçirilməyəcək. Ümid məyusluqla əvəz olundu, bu da, demək olar ki, bütün Du manı bürüyən
əsəbiliyə çevrildi. Əsəbi Duma çar üçün də əlverişli oldu. 1917-ci il martın 1-də senata
veriləcək çar fərmanları dərc olundu. Bu fərmanlara görə, Dumanın iclasları fevralın 26-
da dayandırılmalı və 1917-ci ilin aprelindən gec olmayaraq başlamalı idi. Lakin nə hökumət
fərmanını, nə də çarın yeni duma çağırmaq ümidlərini həyata keçirmək nəsib olmadı.
Fevralın 26-da Dövlət Dumasının ağsaqqallar şurası dumanın buraxılması haqqında fərmanla
tanış olaraq qərara aldı ki, "Dövlət Duması dağılmır, bütün deputatlar öz yerlərində
qalsınlar".
133
III FƏSİL
AZƏRBAYCAN VƏ BİRİNCİ DÜNYA MÜHARİBƏSİ
Dostları ilə paylaş: |