A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN SÜQUTU



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN SÜQUTU 

 

1920-ci  ilin  yazından  müsəlman  partiya  və  qruplaşmaları  -"Müsavat", 



"Əhrar", "İttihad", sosialistlər, kommunistlər, bitərəflər arasında mübarizənin güclənməsi 

respublikada siyasi durumu pozan  və sabitsizliyi  dərinləşdirən  mühüm  amillərdən biri 

idi.  Hakim  "Müsavat"  Partiyasında  üzə  çıxan  ziddiyyətlər,  dövlətin  daxili  və  xarici 

siyasətinin  birmənalı  qarşılanmaması  fraksiya  üzvlərinin  sayına  görə  parlamentdə  ikinci 

yerdə  olan  "İttihad"ın  parlamentin  fəaliyyətinə təsirini  gücləndirir  və  parlamentdə  öz 

şərtlərini diktə etməsi üçün şərait yaradırd ı. 

"Müsavat"  partiyası hələ  1919-cu  ilin dekabrında beşinci  hökumət  kabinetini 

təşkil edərək ittihadçıların müqavimətini neytrallaşdırmaq niyyəti ilə onlara koalisiya təklif 

etmişdi.  Belə  ki,  "Müsavaf‖ın  konkret  məqsədi  "İttihad"  partiyasının  simasında 

parlamentin  sağ  hissəsini  özünə  tərəfkeş  etmək  idi

1

.  Lakin  "İttihad"  hökumətə  daxil 



olmaq  təklifi  müqabilində  üç  şərt  irəli  sürdü:  1)  bütün  müsəlman  partiyalarının 

koalisiyasına  riayət  olunsun;  2)  daxili  işlər  naziri  portfeli  M.H.Hacınskiyə  verilsin;  3) 

dövlət nəzarəti vəzifəsi bu partiyanın nümayəndəsinə həvalə edilsin

la



Dövlət  nəzarəti  vəzifəsini  ələ  keçirən  "İttihad"  bununla  da  hökumətdə  öz 

gələcək  fəaliyyətinin  əsas  istiqamətini  -  dövlət  strukturlarındakı  qanunsuzluqlarla 

mübarizə  aparmaq  adı  altında  "Müsavat"ın  əleyhinə  kampaniyaçılıq  istiqamətini 

müəyyənləşdirdi.  Bu  geniş  miqyaslı  kampaniya daha çox  təbliğat  xarakteri  daşıyırdı. 

Onların  fikrincə, pozuntular və  korrupsiyanın daha çox  baş verdiyi struktur  Ticarət  və 

Sənaye Nazirliy i  idi.  Bu səbəbdən Nazirlik  xüsusi  hücumlara  məruz qaldı.  Nəticədə 

1919-cu  ilin  fevralında  əleyhinə  kampaniya  aparılan  nazir  müavini  Y.A.Əliyev  işdən 

getməyə  məcbur oldu.  Digər  sahələr üzrə  geniş  yoxlamalar  və  tədqiqatlar  aparılmağa 

başlandı.  Bu  kampaniyanın  hökumətdən  daha  çox  "Müsavaf‖a  qarşı  yönəldiyini 

gizlətməyən ittihadçılar hesab edirdilər ki, sui-istifadə məsələlərinə görə müsavatçılar 

daha  çox  məsuliyyət  daşıyırlar.  Hücumlar  o  səviyyəyə  çatmışdı  ki,  "İttihad"  siyasi 

rəqibini dövlət vəsaitini qanunsuz olaraq özünün partiya təbliğatı üçün istifadə etməkdə 

ittiha m edirdi

2



"İttihad"ın  başladığı  kampaniyanı  Daxili  İşlər  Nazirliyində  davam  etdirən 

M.H.Hacınskinin  həyata  keçirdiyi  tədbirlər  nəticəsində  çoxlu  məmur  xidmətdən 

kənarlaşdırıldı.  M.H.Hacınskinin  bu  hərəkətləri,  həmçinin  fəhlə  liderləri  və 

kommunistlərlə  yaxınlaşması  parlamentin  müsavatçılar  və  bitərəflər  fraksiyasında 

etirazlara  səbəb  oldu.  Onu  bolşevizmə  yuvarlanmaqda  ittiham  etməyə  başladılar.  Lakin 

yoxlamalar  bir  sıra  dövlət  orqanlarının  işində  özbaşınalıq  və  korrupsiya  faktları 

olduğunu aşkarladı.  Xarici  işlər naziri  F.X.Xoyskinin  qohumu, hücum  hədəfinə çevrilən 

Qazaxın  general-qubernatoru  Aslan  Xoyski  ittihadçıların  tələbi  ilə,  müsavatçılar  və 

bitərəflər  fraksiyasının  razılığı  olmadan,  M.H.Hacınski  tərəfindən  vəzifədən 

kənarlaşdırıldı.  Bu  hərəkətlər  sonuncunun  nazir  vəzifəsindən  geri  çağırılması  üçün 



 

 

414 



daha bir bəhanə oldu. 

"İttihad"  partiyası  bir  sıra  məsələlərə  münasibətdə  bir  qədər  bolşevikpərəst 

mövqedən  çıxış  edirdi.  Belə  ki,  "İttihad"  qəzeti  o  vaxt  rəğbətlə  yazırdı:  "Bolşevizm 

müsəlmanlardan  kənarda  güclü  qüvvə  olduğuna  və  bütün  bəşəriyyəti,  o  cümlədən 

müsəlmanları əsarət və zülmün bütün formalarından, Avropa kapitalizmi və imperializ-

mindən  azad  etmək  uğrunda  mübarizə  apardığına  görə  partiya  tərəfindən  müdafıə 

edilir"

3



Partiyanın qəzetində islamın - "təkcə dini təlim deyil, həm də müsəlmanların 

siyasi  və  ictimai  həyatının  çıxış  nöqtəsi  olan"  bu  etiqadın  sosializmlə  birliyinin 

mümkünlüyü  haqqında  məqalələr  dərc  olunurdu

4

.  "İttihad"ın  bu  fəaliyyəti  Azərbaycan 



xalqının  dövlət  müstəqilliyinə  qarşı  çevrilmiş  siyasət  -  Azərbaycan  Cümhuriyyətinin 

varlığına qəsd idi və yalnız hökumət böhranı deyil, həm də bütün  dövlət hakimiyyəti 

böhranını dərin ləşdirirdi. 

"İttihad"  kommunizmin  Qərb  imperializminə  qarşı  mübarizədə  müsəlman 

dünyasına göstərdiyi  köməyi  onun  ateist  xarakterindəki  günahı  yuyub təmizləyən əvəz 

sayaraq  kommunistlərlə  ittifaqa  çağırır,  Rus  Sovet  ordusunun  Antantaya  qarşı  mübarizə 

aparan Türkiyə ilə birləşməsi üçün Azərbaycana buraxılmasını tələb edirdilər. Bir-birinə əks 

cəbhələrə parçalanmış Türkiyənin özündə də müəyyən qüvvələr belə mövqe tuturdu. Bu 

hadisələrlə bağlı olaraq, müharibədən sonra Azərbaycanın Türkiyə ilə münasibətləri yeni 

şəkildə qurulurdu. 

Türkiyə qoşunları Mudros müqaviləsinin şərtinə görə Azərbaycandan çıxarılsa da, 

burada Türkiyə amili qalmaqda idi. Mustafa Kamal müttəfiqlərə qarşı çıxdıqdan sonra 

Türkiyənin nüfuzu Azərbaycanda yenidən yüksəldi, "gənc türklər" də sovet Rusiyası ilə 

əməkdaşlıqda Qərb imperializminə qarşı mübarizə aparmaq üçün mü mkün üstünlüklər 

görürdülər.  Buna görə də həm  onlar,  ham  də  kamalçılar sovet  Rusiyası  ilə  sıx  əlaqə 

yaratmağa çalışırdılar. Azərbaycan  isə bu əlaqələrin yaradılması  üçün  ən  əlverişli  yer 

hesab olunurdu, çünki sovet köməyi müharibə edən Anadoluya Azərbaycandan keçərək 

çatdırıla  bilərdi.  Buna  görə  də  Mustafa  Kamal  müttəfıqlər  tərəfindən  Cənubi  Qafqaz 

respublikalarının tanınmasını  çox  narahatlıqla qarşıladı.  Buna baxmayaraq,  Türkiyənin 

azadlıq  müharibəsi  Azərbaycanda  cəmiyyətin  ən geniş təbəqələrindən getdikcə  daha 

çox tərəfdar qazanırdı. 

Azərbaycan  cəmiyyətindəki sabitliyə ciddi təsir  edən  amillərdən  biri  də "Müsavat" 

partiyasının  sıralarındakı  qeyri-müəyyənlik  idi.  Partiyanın  sol  qanadı  kifayət  qədər 

guclü  şəkildə  ondan  ayrılmağa  meyillənmişdi.  Bu  qanad  hökumətin  daxili  və  xarici 

siyasətini  kəskin  şəkildə  tənqid  edirdi.  Bitərəflər  qrupunun  lideri  Behbud  Xan 

Cavanşir və "Müsavat" partiyasının üzvü M.H.Hacınski də Sovet Rusiyası ilə dostluq 

münasibətləri yaradılmasına tərəfdar idilər

5

. Azərbaycanın siyasi xadimlərinin dövlət 



idarəçiliyi və siyasət-diplomatiya təcrübəsinin olmaması da özünü göstərirdi. Bu amillər 

kommunistlərin  uğurlarına  əhəmiyyətli  dərəcədə  kömək  edirdi.  Onların  sonrakı 



 

 

415 



fəaliyyəti üçün  zəruri şərt  -  bütün  kommunist, sosialist qruplarının yalnız  bir partiyada 

birləşmələri çatışmırdı. 

Birləşmədən  bir  qədər  əvvəl  "Hümmət"  Partiyasında  parçalanma  baş  verdi. 

Parçalanmadan  sonra  sol  hümmətçilər  R.A.Axundovun  başçılıq  etdiyi  Azərbaycan 

eserlər  partiyası  ilə  birləşməyə  cəhd  göstərdilər.  Təşəbbüs  uğursuzluqla  nəticələndi. 

Müsəlman eserlərin kommunistlərlə əlaqə yaratmaq cəhdi də baş tutmadı, çünki eserlərin 

fikrincə,  formalaşmaqda  olan  Azərbaycan  Kommunist  Partiyasının  tərkib inə  yalnız 

azərbaycanlılar daxil olmalı idi. 

Ədalətçilərin fəaliyyəti kommunistlərin rəhbərliyi altında geniş ləndi,   1919-cu ilin  

əvvəllərində    keçirilən  konfransda  onların  B.D.Ağayev,  M.D.Ağayev,  R.Kərimov, 

I.Basir,  S.Ç.Cavadzadədən  (Pişəvəridən)  ibarət  RK(b)P  Bakı  təşkilatı,  "Hümmət"  və 

"Ədalət" MK seçildi

6



Azərbaycan kommunist təşkilatlarının 1920-ci il fevralın 11-12-də Bakı şəhərində 



keçirilən I qurultayında Azərbaycan Kommunist Partiyası yaradıldı

7

. Bu vaxtdan etibarən 



kommunistlərin silahlı üsyana hazırlığı başlandı.  Onlar  Bakıda silahlı çıxışlarının uğurunu 

Qızıl  Ordunun  Şimali  Qafqazda  qələbələri,  Xəzər  gəmiçiliyinin  bərpa  edilməsi  və 

Həştərxan-Xəzər  Donanmasının  göstərə  biləcəyi  köməklə  bağlayırdılar.  Həştərxan-

Xəzər  Donanmasının  komandanlığı  isə,  öz  növbəsində,  Bakıda  sonrakı  əməliyyat 

hərəkətlərini  genişləndirməyi  sovet  qoşunları  tərəfındən  Petrovsk  limanı  tutulduğu 

halda planlaşdırırdı

8



Respublikada  siyasi  vəziyyətin  sabit  olmaması  parlamentin  və  hökumətin 



işində  də öz  əksini  tapdı.  Yeni  hökumətdə  əmək  və əkinçilik  naziri  vəzifəsini  tutmuş 

Ə.Pepinov  1919-cu  il  dekabrın  28-də  həmkarlar  təşkilatlarının  iştirakı  ilə  fəhlə 

məsələsinə  dair  müşavirə  keçirdi.  Nazir  həmkarlar  təşkilatlarının  işlərinə  nazirliyin 

qarışmayacağını vurğulayaraq, fəhlələri əmin etdi ki, fəhlə klubuna və fəhlə təşkilatlarına 

polis  basqınları  dayandırılacaq,  Bakı  hərbi  general-qubernatorluğu  ləğv  ediləcək, 

yığıncaq  azadlığı  məhdudlaşdırılmayacaq  və  əmək  haqqı  artırılacaqdır.  Nazir 

fəhlələrdən  ona  kömək  göstərmələrini  xahiş  etdi  və  fəhlələr  isə  onun  verdiyi  bütün 

vədlərə əməl edildikdən sonra kömək göstərəcəklərini bildirdilər

9



Sosialist  nazirin  fəhlə  klubları  ilə  bağlı  bəyanatı  təsadüfi  xarakter  daşımırdı. 



Hökumət Mərkəzi Fəhlə Klubunu bağlamaq üçün dəfələrlə cəhd göstərmişdi. İlk dəfə 

1919-cu  il  dekabrın  9-da  MFK-nın  binası  möhürlənmişdi

10

.  Buna  cavab  olaraq,  Fəhlə 



Konfransının  Rəyasət  heyəti  ertəsi  günə nəzərdə tutulan  etiraz  tətilinə  çağırışla  çıxış 

etmiş və hökumət orqanlarını Mərkəzi Fəhlə Klubu binasını açmağa məcbur etmişdi. 

Fəhlə sinfinin mənafeyini müdafiə etmək şüarı ilə kommunistlər milli hökumətə 

qarşı  mübarizə  aparırdılar.  Respublikanın  əsil  mənafelərinə  zidd,  Azərbaycan 

müstəqilliyinə  təhlükə  olan  bu  siyasəti  əslində  Moskva  diktə  edirdi.  Kommunist 

təbliğatçıları  fəhlələrin öz hüquqları uğrunda  mübarizəyə  qarşı  Daxili  İşlər  Nazirliyinin 

mane olması barədə fəhlələr içərisində kampaniya aparırdılar. Respublikanın daxili işlər 

naziri  M.Vəkilov  bununla  əlaqədar  olaraq  bəyanat  verərək  Nazirliyin  fəhlələrin  öz 



 

 

416 



iqtisadi  və  hüquqi  vəziyyətini  yaxşılaşdırmaq  uğrunda  mübarizəsinə  qarışmayacağını 

bildirdi, eyni zamanda qeyd etdi ki, dövlətə qarşı yönələn bütün çıxışları yatırmaq  üçün 

hər vasitədən istifadə ediləcəkdir

11



Bununla  əlaqədar  olaraq,  1920-ci  il  martın  15-də  polis  kommunist 

təbliğatçıları  D.Bünyadzadə,  K.İsmayılov.  S.Fətəlizadə  və  başqalarını  həbs  etdi,  Fəhlə 

Klubunu da yenidən bağladı

12



Bakı möhkəmləndirilmiş rayonunun general-qubernatoru Murad-Girey Tlexasın 

məlumatından aydın olurdu ki, keçirilmiş həbslər "bolşevik qəsdinə" qarşı yönəldilmişdir, 

silahlı  üsyan  hazırlamağa  və  qanuni  hakimiyyəti  devirməyə  çalışanların  fəaliyyət 

mərkəzi fəhlə klublandır. Tlexas qeyd etdi ki, hökumət fəhlələrin həqiqətən də ağır olan 

maddi  vəziyyətini  yüngülləşdirmək  üçün  qəti  tədbirlər  görəcəkdir.  Hökumət  hesab 

edirdi  ki,  bu  məsələlər qanlı  döyüşlər,  hətta  xaricdən  düşmən qüvvələri  cəlb  etməklə 

deyil,  bütövlükdə  cəmiyyətin  qanunlara  riayət  edəcəyi  və  bütün  münaqişələri  dinc 

yolla niza mlayacağı şəraitdə həll o luna bilə r.  

Parlamentdə  çoxsaylı  siyasi  partiyaların olması  və  onların  arasındakı  daimi 

mübarizə  Azərbaycan  Cümhuriyyətinin  mövcud  olduğu  bütün  müddət  ərzində 

hökumətin vəziyyətini ağırlaşdırırdı. Şəxsi və partiyalararası çəkişmələrdən irəli gələn 

daimi  və  uzunmüddətli  hökumət  böhranları,  hamını  öz  iradəsinə  tabe  edə  bilən 

qətiyyətli  rəhbərlərin  başçılıq  etdiyi  nizamlı  siyasi  qrupların  olma ması,  hökumətə  öz 

inzibati aparatını möhkəmləndirməyə və dövlət işi, xüsusən ölkənin müdafiəsinə hazırlıq 

kimi ən mühüm məsələ ilə cidd i məşğul olmağa imkan vermirdi. 

Ələmli  28  aprel  günündən  düz  4  ay  əvvəl  "Müsavat"  Partiyasının  görkəmli 

üzvləri  və  parlamentin  bitərəflər  qrupu  -  cəmi  12  nəfər  F.Xoyskinin  kabinetində 

toplaşdılar.  Toplantıda  baş  nazir  N.Yusifbəyli  başda  olmaqla  müsavatçı  nazirlər  də 

iştirak  edirdilər.  Bu  tarixi  müşavirədə  ölkədə  vəziyyətin  son  dərəcə  ciddi  olması 

yekdilliklə  etiraf  olundu  və  dərhal  təxirəsalın maz  tədbirlər  görülməsi  tələb  edildi. 

Hökumətə aşağıdakı tədbirlərdən ibarət təklif verildi.  

1. M.H.Hacınskini daxili işlər naziri vəzifəsindən kənarlaşdırmaq və onun yerinə 

kommunistlərlə mübarizə aparmağa qabil olan adam təyin etmək; 

2.

 



M.H.Hacınski ilə birlikdə digər sosialist nazirlərin gedəcəyi halda onları 

dərhal başqaları ilə əvəz etmək;  

3.

 

Parlamenti  buraxmaq  və  höku mətə  xarici  siyasət  və  ölkənin  müdafiəsi 



işində ən geniş səlahiyyətlər vermək;  

4.6 aydan sonra Müəssislər Məclisinə seçkilər keç irmək

13

.  


Lakin   hadisələrin  sonrakı  gedişi  nəzərdə  tutulan  bu  tədbirləri   həyata 

keçirməyə imkan verməd i. Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna 

görə də 1920-ci  il yanvarın  2-də RSFSR Xalq Xarici İşlər  ko missarı Q.V.Çiçerin in 

ağqvardiyaçı Denikin ordusuna qarşı hərbi  ittifaq bağlamaq təklifi  ilə

14

 xa ric i  işlər 



naziri  F.X.Xoyskiyə  göndərdiyi  nota  Azərbaycanı  Rusiyanın  daxili  müna-

qişələrinə  cəlb  etmək  və  bununla  da  gələcəkdə  A zərbaycanı  işğal  etmək  üçün 

nəzərdə  tutulan  siyasi  manevrdən  başqa  bir  şey  deyildi.  Çiçerin  notasının  əsas 


 

 

417 



məqsədini  düzgün  başa  düşən  Azərbaycan  xarici  işlər  naziri  F.Xoyski  onun 

təklifini  rədd  etdi.  F.Xoyski  özünün  1920-ci  il  yanvar  tarixli  cavab  məktubunda 

məh z bu  faktı vurğulayırdı ki, Den ikin  məsələsi  Rusiya dövlətinin daxili işid ir və 

Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə  müdaxiləyə 

yol  verə  bilməz.  Bununla  da  nazir  müstəqil  A zərbaycanın  daxili  işlərinə 

qarışmamağı tələb etdi. 

Bolşevik  təhlükəsinin  real  olduğunu  nəzərə  alan  F.Xoyski  höku mətdən 

respublikada  fövqəladə  vəziyyət  tətbiq  etməy i,  parlamentin  buraxılmasını,  yaxın 

vaxt ərzində Müəssislər Məclisinə seçkilər keçirilməsini tələb etdi

15



Sovet  Rusiyasına  münasibət  məsələsi  A zərbaycanın  siyasi  partiyaları 

arasında  əsas  ziddiyyət  nöqtəsinə  çevrildi.  Sovet  Rusiyası  höku məti  ilə  qarşılıq lı 

münasibətlər  yarad ılması  məsələsində  partiyanın  mövqelərində  kəskin  qütbləşmə 

baş  verdi.  1920-ci  il  yanvarın  15-də  A.Səfikü rdski  sosialist  fraksiyası  adından 

xarici  işlər  naziri  F.Xoyskiyə  sovet  Rusiyasının  notasına  hökumətin  münasibəti 

barədə  sorğu  göndərdiyini  bildirdi  və  Azərbaycan  hökumətinin  cavabını 

fraksiyaların nü mayəndələri ilə b irlikdə mü zakirə etməyi təklif etdi. Bu təklif qəbul 

olunmadığ ı  halda,  höku məti  yaran mış  problemin  həllindən  uzaqlaşdıracağını  və 

parlamentin  fəaliyyətində  ixtilaflar  törədəcəyini  nəzərə  alan  ço xluq  sorğunun 

parlamentdə müzakirəsini rədd etdi və höku məti müdafiə etməyi qərara ald ı

16



Bu  fakt  göstərdi  ki,  partiya  fraksiyaları  arasında  Denikin  təhlükəsinə 



münasibətdə  mövcud  olan  birlik  bolşevik  Rusiya  ilə  bağlı  məsələdə  artıq  yoxdur. 

Sosialistlər və ittihadçılar Çiçerinin notasına müsbət cavab vermək tərəfdarı idilər. 

Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də mü xalifətçi  mövqe tutdular. 

Əsas  mübahisə  Sovet  Rusiyasına  loyal  münasibətin  tərəfdarı  daxili  işlər  naziri 

M.H.Hacınski  ilə  Rusiya təzyiqinə qarşı  radikal tədbirlər görülməsinin tərəfdarı olan 

xarici  işlər  naziri  F.Xoyski  arasında baş verdi.  Radikallar qalib gəldilər  və  1920-ci  il 

fevralın 18-də M.H.Hacınski daxili  işlər naziri vəzifəsindən getdi, lakin ticarət, sənaye 

və ərzaq naziri vəzifəsini tutdu

17



Martın ortalarında müsavatçılar və bitərəflər fraksiyasının birgə  iclasında bu 



məsələ tam kəskinliyi ilə qoyuldu. M.H.Hacınski öz baxışlarını şərh etdi. F.X.Xoyski 

başda olmaqla d igər qrup M.H.Hacınskinin  məruzəsini  mənfi qarşıladı.  F.X.Xoyski 

qeyd  edirdi  ki,  "heç bir  rus partiyası, heç bir  Rusiya  hökuməti heç vaxt  Zaqafqaziya 

respublikasının müstəqilliyini tanımayacaq və yalnız Qafqaz  xalqlarının güclü ordusu 

və  əldə  silah  müstəqilliyini  qorumaq  əzmi  olduğu  zaman  Qırmızı  Moskva  bizimlə 

hesablaşacaq  və  bizim  sərhədlərimizi  keçməyəcəkdir"

18

.  Buna  görə  də  sərt  xəttin 



tərəfdarları respublikanı müdafiə etmək üçün bütün zəruri tədbirləri görməyə və ölkəni 

kommunist  ünsürlərindən və onlara  rəğbət bəsləyənlərdən təmizləməyə  çağırırdı.  Bu 

tədbirləri həyata keçirmək üçün onlar hökumətə fövqəladə səlahiyyətlər verməyi və vaxt 

itirmədən  qonşu  respublikaları  Qafqazın  birgə  müdafiəsinə  çağırmağı  təklif  etdilər. 

Lakin sərt kurs tərəfdarlarının təklifləri qəbul edilmədi

19



Azərbaycan hökumətində daxili  mübarizənin davam  etdiyi bütün  dövr  ərzində 

 

 

418 



Sovet Rusiyası tərəfindən təzyiq hiss olunurdu. Xarici işlər naziri F.X.Xoyskinin Rusiya 

ilə hərbi ittifaqdan imtina etməsinə cavab olaraq, 1920-ci il yanvarın 23-də Q.V.Çiçerin 

ikinci  notanı  göndərdi və Azərbaycanı  Rusiyadakı  hərbi  münaqişəyə  cəlb  etmək üçün 

yenidən  təşəbbüs  göstərdi.  Yeni  notada  Azərbaycan  hökumətinin  müstəqil  siyasətindən 

Rusiya  Xalq  Xarici  İşlər  Komissarlığının  açıq  narazılığı  ifadə  edilmişdi.  Nazir 

Azərbaycan hökuməti tərəfindən "onun notası‖nın səsinə səs verən hər hansı bir əks -

səda doğurmamasından şikayətlənir və "onun atdığı addımın uğursuz olmayacağına" ümid 

bəslədiyini bildirirdi

20



Sovet  Rusiyasının  Azərbaycan  Cümhuriyyətinə  münasibətində  göstərdiyi  bu 



diplomatik  fəallıq  həm  iqtisadi,  həm  də  siyasi  amillərlə  izah  olunurdu.  1920-ci  ilin 

əvvəllərində Rusiyanın özündə vətəndaş müharibəsi qurtardıqdan sonra sovet hökuməti 

qarşısında dağılmış xalq təsərrüfatını bərpa etmək kimi çox çətin və mürəkkəb vəzifənin 

yerinə yetirilməsində neft amili  mühüm əhəmiyyət kəsb  edirdi. 1920-ci ilin yanvar-mart 

aylarında iki ölkə arasında baş vermiş diplomatik qarşıdurmanın əsasında məhz bu problem 

dayanırdı.  1920-ci  il  martın  17-də  V.İ.Leninin  Qafqaz  cəbhəsi  Hərbi-İnqilabi  Şurası 

adından  göndərdiyi  teleqram  sovet  hökumətinin  Azərbaycana  münasibətindəki  gizli 

niyyətlərindən  xəbər verir: "Bizim  üçün  Bakını ələ  keçirmək son dərəcə vacibdir. Bütün 

səyləri bu istiqamətə yönəldin, həm də bəyanatlar sırf diplomatik olmalıdır,  möhkəm 

yerli Sovet hakimiyyətinin hazırlanmasında maksimum yəqinlik əldə edilməlidir"

21



F.X.Xoyski  Q.V.Çiçerinin  yeni  notasını  cavabsız  qoymadı  və  1920-ci  il 



martın  7-də Azərbaycan  xarici  işlər naziri daha qətiyyətli şəkildə  tərtib olunmuş üçüncü 

notasını göndərdi.  F.X.Xoyski  rus və Azərbaycan  xalqları  arasında  mehriban qonşuluq 

münasibətlərinin yaradılmasının vacibliyini  etiraf  edərək bildirdi  ki, danışıqlar  məhz bu 

istiqamətdə aparıla bilər. Notada xüsusən o fikir vurğulanırdı ki,  RSFSR tərəfindən heç 

bir  qeyd-şərt  qoyulmadan  Azərbaycan  Cümhuriyyətinin  suverenliyinin  tanınması  bu 

danışıqların başlanmasının  şərti ola bilər

22

.  F.X.Xoyski qeyd edirdi  ki,  mehriban qonşuluq 



münasibətlərinin yaradılması yalnız  hər  iki  tərəfin suverenliyi  əsasında  həyata  keçirilə 

bilər  və  məhz  bu  cəhətdən  Azərbaycan  hələ  sovet  Rusiyası  tərəfindən  heç  bir 

həmrəylik görməmişdir

23



Siyasi dairələrdə Rusiya ilə əlaqələr yaratmağın vacibliyi yaxşı başa düşülürdü. 

Bu  əlaqələrin  pozulması  nəticəsində  Azərbaycan  iqtisadiyyatı,  xüsusən  neft  sənayesi 

ağır böhran  keçirirdi.  1920-ci  il  yanvarın  əvvəllərində  Bakı  anbarlarında neft  ehtiyatları 

(250 milyon puddan çox) şəhərin adi ehtiyac normasından üç dəfə çox idi. Nəticədə hasil 

edilən  neftin  miqdarı  ixrac edilən neftin  miqdarına  uyğun gəlmirdi.  Bakıda  orta hesabla 

ayda 18-19 milyon pud neft çıxarılır, a mma onun cəmi 5-6 milyon pudu ixrac edilirdi

24



Buna  görə  də  sovet  Rusiyası  ilə  iqtisadi  əlaqələr  yaradılması  və  əmtəə 



mübadiləsinin  başlanması  qaçılmaz  zərurətə  çevrilmişdi.  Lakin  belə  əmtəə  mübadiləsi 

yalnız  xalqların hüquqi bərabərliyi və suverenliyi prinsipləri əsasın da mümkün idi. 

Deməli,  obyektiv   reallığın   özü   Rusiya  ilə  münasibət  məsələsinin  həllini  irəli 

sürürdü. Maraqlıdır  ki, hətta Antanta hökumətləri  müttəfiqlərin  sovet hakimiyyəti 

və  bolşeviklərə  münasibətdə siyasətində  dəyişiklik  etməyərək  1920 -ci  il  yanvarın 


 

 

419 



16-da  Rusiyaya  qarşı  iqtisadi  blokadanı  dayandırmaq  və  onunla  ticarətə  icazə  

vermək haqqında qərar qəbul etdilər. 

Belə  şəraitdə  sərt  siyasət  kursunun  tərəfdarları  öz  xətlərini  davam 

etdirməkdə  getdikcə  daha  çox  çətinlik  çəkird ilər.  Sovet  Rusiyası  xeyrinə  çıxışlar 

getdikcə daha tez-tez səslənirdi. 

"Müsavat‖ın  M.H.Hacınskin i  daxili  işlər  naziri  vəzifəsindən  geri 

çağırmaq  niyyətindən  xəbər  tutan  "İttihad"  hökumət  koalisiyası  haqqında  öz 

razılaşmasını  ləğv etmək və höku mətdəki nü mayəndəsini geri çağırmaq haqqında 

qərar qəbul etdi

25



Da xili işlər naziri və zifəsinə yeni na mizəd  məsələsində "Müsavat" heç bir 

güzəştə getmək istəmədi və bu vəzifəyə yalnız "Müsavat" Partiyasının üzvünü irəli 

sürəcəyini  bildirdi.  Bu,  höku mətin  tərkib i  haqqında  partiyalar  arasında  bağlanmış 

müqavilənin pozu lması demək idi, lakin bu addım bo lşeviklərin və d igər qüvvələrin 

dövlətə  zidd  fəaliyyətinə  qarşı  qətiyyətli  mübarizə  aparmaq  əzmi  və  zərurətindən 

irəli gəlirdi.  Ko mpro misə  meyli o lan M.H.Hacınski bu vəzifənin  öhdəsindən gələ 

bilmirdi, Daxili İşlər Nazirliyi isə digər dövlət təşkilatları,  xüsusən ordudan fərqli 

olaraq,  bolşevik  təbliğatına  məruz  qalmamış  yeganə  orqan  idi.  Daxili  İşlər 

Nazirliyin i  gücləndirmək  üçün  "Müsavat"  Partiyası  fevralın  23-də  bu  vəzifəyə 

hökumətin ən gənc üzvü olan M.Vəkilovu, onun müavini v əzifəsinə isə partiyanın 

radikal  mövqeli  liderlərindən olan Ş.Rüstəmbəyovu məsləhət gördü. Məhz onların 

səyi ilə dövlətə  zidd ünsürlərə qarşı fəal  mübarizə başlandı, bolşeviklər  içərisində 

həbslər  keçirildi,  fəhlə  klubları  və  ən  irticaçı,  ciddi  mü xalifət  mövqeyində  olan 

qəzetlər " Yedinaya Rossiya", "Novıy mir" və s. bağlandı.  

Amma  bu  tədbirlər  digər  parlament  fraksiyalarının   kəskin  narazılığ ına 

səbəb  oldu.  Yen i  təyinatlardan  razı  qalmad ığın ı  bildirən  "İttihad"  Partiyası  Baş 

nazir  Yusifbəyliyə  partiya larla  məsləhətləşməy i  və  Hac ınskini  nazir  və zifəsində 

saxlamağı təklif etdi

26



Lakin   partiya  fraksiyaları  arasında  danışıqlar  heç  bir  müsbət  nəticə 



verməd i.  "İttihad"  Partiyası  "Müsavat‖ı  hakimiyyəti  zorla  ələ  keçir məkdə  ittiham 

etməkdən  də  çəkinməyərək  bildirdi  ki,  "Müsavat"  parlamentdə  çoxluğu  təsadüfən 

qazandığından onun  iqtidarda olması qanunsuzdur. "İttihad"  Partiyasının  mətbuat orqanı 

yazırdı:  "Yalnız  xalqın  öz  iradəsini  sərbəst  bildirməsi  şəraitində  keçirilən  seçkilər 

nəticəsində  çoxluq  qazanan  partiya  özünü  hakim  partiya  hesab  edə  bilər.  "Müsavat" 

Partiyası isə özünün say çoxluğunu Tiflisdən gətirmiş və polis satraplarının şallaqları ilə 

artırmışdır

27

.  Bu  qəbil  antimüsavat  təbliğatı  ilə  ko mmunistlərin  rəğbətini  qazanmağa 



çalışan  "İttihad"  hökuməti  onlara  qarşı  hakimiyyət  tədbirlərinin  də  əleyhinə  çıxır  və 

bildirirdi  ki,  kommunistlərlə  qamçı  ilə  yox,  kökə  dilində  danışmaq olar  və  lazımdır

28



Martın 20-də sosialist-nazir Ə.Pepinov parlamentin iclasında Fəhlə Klubunun bağlanması 



və  keçirilmiş  həbslərlə  bağlı  etiraz  bəyanatı  verdi.  Onun  bu  bəyanatını  təcili  müzakirə 

etmək təklifı hökumət üzvlərinin əksəriyyəti tərəfındən rədd edildi. Parlamentin sonrakı 

iclasında Ə. Pepinov öz partiyasının qərarına əsasən istefaya getdiyini bildirdi

29

 və martın 



 

 

420 



23-də  nazir  səlahiyyətlərindən  əl  çəkdi

30

.  Bu  hadisə  vəziyyəti  mürəkkəbləşdirdi. 



Ə.Pep inovun  ardınca  aprelin  9-da  digər  sosialist-nazir  Cəmo   Hacınski  də  istefa 

verdi


31

.  Sosialistlərin  və  "İttihad"  nümayəndələrinin  getməsi  hökumət  böhranını 

kəskinləşdirdi.  Hökumətdə  qalan  müsavatçılar  artıq  Nazirlər  kabinetinin  süqutunun 

qarşısını  almaq  iqtidarında  deyildilər.  Sosialist  fraksiyası  radikal-sosialist  hakimiyyəti 

yaradılmasını  təkid  edirdi.  Baş  nazir  kimi  M.Y.Cəfərov,  M.H.Hacınski, 

M.Ə.Rəsulzadənin  adları çəkilirdi.  Əhrarçılar  da yeni  iqtidarın yaradılması  mövqeyində 

dururdular. Onlar göstərirdilər ki, "...hadisələr hökumət üzvlərinin əksəriyyətinin nəinki 

radikallaşma yolunu tutmaq istəmədiyini, hətta onların vəziyyəti daha da kəskinləşdirdi-

yini və pisləşdirdiyini sübut edir"

32

. 1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov "Əhrar" 



fraksiyası  adından  koalisiyadan  çıxdığını  və  öz  nümayəndələrini  hökumətdən  geri 

çağırdığını bəyan etdi

33



Beləliklə,  müstəqillik  mövqeyində  duran  bütün  siyasi  qüvvələrin  səmərəli 



işbirliyi  quracağına  bəslənən  ümidlər  özünü  doğrultmadı.  Sovet  təhlükəsinə  qarşı 

mübarizə  üçün  ümumi  platforma  hazırlamaq  mümkün  olmadı,  nəticədə  sovet 

qoşunlarının  Azərbaycan  sərhədlərinə  yaxınlaşması  haqqında  alınan  ilk  xəbərlər 

hökumətin dağılmasına gətirib çıxartdı. 

N.Yusifbəyli kab ineti ü zvlərinin  istefası vəziyyəti dəyişdirməd i. Yaran mış 

vəziyyətdən  üç  çıxış  yolu  görünürdü:  1)  höku mət  yaln ız  "Müsavat"  Partiyası 

üzvlərindən  təşkil  olunur;  2)  birgə  yaradılmış   platforma  əsasında  bütün  siyasi 

fraksiyaların  -  koalisiyası  yaradılır;  3)  "Müsavat"  hakimiyyətdən  gedir  və  digər 

partiyalar  höku mət  təşkil  ed ir.  Lakin  bu  variantlar  icra  hakimiy yətinin  sabitliy inə 

təminat  vermird i.  "Müsavat‖ı  siyasi səhnədən  çıxarmağa  çalışan  "İttihad" üçüncü 

varianta  nail  o lmağa  çalışır,  əks  halda  höku mətdə  iştirakdan  imtina  edəcəyi  ilə 

hədələyirdi

34



Birpartiya lı höku mət  mövcud şəraitdə qeyri-mü mkün idi. Çünki ən  böyük 



fraksiyada  -  müsavatçılar  və  bitərə flə r  fraksiyasında  parçalanma  baş  vermişdi. 

Parçalan man ı  aradan  qald ırmaq  və  yaradılan  kab inetdə  liderliyi  saxlamaq  üçün 

hakim  partiya  yeni  hökumətin  təşkilini  M.H.Hacınskiyə  tapşırdı  və  ona  bütün 

parla ment fraksiyala rı ilə danışıq larda hərə kət sərbəstliyi verdi.  

Höku mət  başçısı  vəzifəsini  tutmaq  imkanı  olmayan  "Əhrar"  və  "İttihad" 

partiyaları  müsavatçıların   ən  loyal  nü mayəndəsi  saydıqları  M.H.Hacınskin in 

namizədliyi  ilə  razılaşdılar.  Sosialistlər  üç  nazir  vəzifəsini  tələb  edir,  daxili  işlər, 

xarici  işlə r  və  hərbi  nazir  vəzifə lərinə  C.Hac ınski,  A.Səfikürdski  və  B.Rzayevi 

təklif ed ird ilər. 

M.H.Hacınski  bu  vəzifələri  verməkdən  imtina  etdiyinə  görə  sosialistlər 

nazir vəzifələrinin  konkret bölüşdürülməsin i mü zakirə etmədən gələcək höku mətin 

ümu mi p latformasını hazırlamağ ı təklif etdilər

35



Yeni  höku mətin   təşkili  prinsipləri  ilə  razılaş mayan  "Müsavat"  Partiyası 



üzvlərinin bir hissəsi M.H.Hacınskinin yaratdığı  höku mətə daxil o lmaq təklifindən 

imtina etdilər. Müsavatçıların  mövqelə rin in zəifləməsi nəticəsində hakimiyyəti ələ 



 

 

421 



keçirmək  üçün  fəal  şəkildə  silahlı  üsyana  hazırlaşan  ko mmunistlərin  nüfu zu 

güclənirdi. 

Azərbaycan  ko mmunist  təşkilatları  əsas  gücü  fəhlələrin  və  döyüş 

dəstələrin in  silahlan masına  sərf  edir,  silahlı  üsyanın  hazırlan masını  ö zlərinin  ən 

yaxın  məqsədləri  hesab  edirdilər.  A zərbaycan  ko mmunistlərinin   Həştərxanla 

əlaqəsi  bu  sahədə  işi  yüngülləşdirdi.  Həştərxan   vasitəsilə  Moskvadan  göstərişlər 

daxil olur, bolşevik fəa lla rı, silah ehtiyatları və pul vəsaiti gətirilirdi.  

Bakıdan  Həştərxana  ço x  böyük  təhlükə  altında  benzin,  neft  və  s.  aparan 

qayıqlar  göndərilirdi.  Bakı  radiostansiyası  orada  işləyən  ko mmunistlərin  vasitəsilə 

Həştərxan,  Moskva,  Krasnovodsk  və  s.  ilə  əlaqə  yaratmışdı

36

.  1920-ci  ildə  Xəzərdə 



naviqasiya başladıqdan sonra Bakı limanı ərazisinin güclü nəzarət altında saxlanılmasına 

baxmayaraq  silah  gətirilməsi  daha  da  gücləndi

37

.  Bu  dövrdə  V.İ.Leninin  göstərişilə 



RK(b)P-nin  Bakı  Ko mitəsinin sərəncamına  "hərbi  məqsədlər üçün"  15  milyon  manat 

pul göndərilmişdi

38

. Silah Həştərxandan başqa Orta Asiyadan da gətirilirdi. 1920-ci ilin 



mart  ayı  ərzində  Türküstan  cəbhəsi  komandanlığının  köməyi  ilə  Krasnovodskdan 

Bakıya  qayıqlarla  2  minə  yaxın  tüfəng,  çoxlu  döyüş sursatı  və  pul  vəsaiti  gətirilmiş, 

bunlar Qaraşəhərdə və Bayılda düzəldilmiş xüsusi anbarlarda gizlədilmişdi

39



Qızıl ordunun durmadan cənuba irəliləməsi və Qərb ölkələrindən kömək almağa 

ümidlərin getdikcə azaldığı bir şəraitdə Azərbaycanda yaranmış vəziyyət nikbinlik üçün 

heç bir əsas vermirdi. Yeni hökumət təşkil etmək cəhdləri  müxtəlif partiyalar arasında 

kəskin siyasi mübarizə fonunda baş verirdi. 

Yeni  hökumət  kabineti  yaratmaq  səlahiyyəti  almış  M.H.Hacınski  Azərbaycan 

kommunistləri ilə danışıqlara girərək, onlara nazir vəzifələri təklif etdi. Lakin kommunistlər 

bu  təklifə  razı  olmadılar.  Həmin  dövrdə  artıq  kommunist  partiya  təşkilatının  üzvü  olan 

Ə.H.Qarayev bəyan etdi ki, "...Siz Azərbaycanda kommunist hərəkatına münasibətdə fəal 

siyasət  yeritməsəniz,  biz  yaxın  vaxtlarda  sizin  hökumətinizin  əleyhinə 

çıxmayacağıq"

40



Həmin  Ə.H.Qarayev  1920-ci  il  martın  30-da  Dağıstanda  Sovet qoşunlarının 



komandanı  B.  Şeboldayevə  tamamilə  başqa  məzmunda  teleqram  göndərdi:  "Ən  yaxın 

günlərdə  Bakıda  çevrilişə  hazırlaşırıq.  Hərəkat  başlanandan  əvvəl  öz  yürüşümüzün 

məqsədləri haqqında Azərbaycan fəhlələrinə və kəndlilərinə müraciətnamə buraxacağıq"

41



1920-ci il aprelin 15-də F.X.Xoyskinin Q.Çiçerinə sonuncu notasında göstərilirdi 

ki,  "...Azərbaycan  Cümhuriyyəti  sərhədləri  yaxınlığında  Dərbənd  rayonunda  Rusiya 

Sovet  hökumətinin  xeyli  hərbi  qüvvələrinin  cəmlənməsi  müşahidə  olunur.  Sovet 

hökumətinin  niyyətlərindən  xəbərsiz  olan Azərbaycan  hökuməti  göstərilən  rayonlarda 

qoşunların  cəmlənməsinin  səbəb  və  məqsədləri  haqqında  təcili  xəbər  verməyi  xahiş 

edir"


42

. Bu nota cavabsız qaldı. Yaxınlaşan "bolşevik təhlükəsinin" bütün ciddiliyini başa 

düşən  F.X.Xoyski  özünün  həmkarı  Y.  P.  Gegeçkoriyə  hələ  1919-cu  il  iyunun  27-də 

Gürcüstanla  Azərbaycan  arasında  general  Denikinə  qarşı  yönəlmiş   birgə  müdafiə 

taktikasın ın şərtlərini reallaşdırmaq üçün zəruri tədbirlər görməyi təklif etdi. 

Lakin  A zərbaycanla  hərbi  əlaqələrin  belə  konkretləşdirilməsi  artıq  o 



 

 

422 



dövrdə  Gürcüstan  hökumətin in  mənafeyinə  uyğun  gəlmirdi.  Həmin  dövrdə 

Gü rcüstan  nümayəndəsi  Uraqadze  Moskvada  öz  hökuməti  adından  Çiçerinlə 

Gü rcüstanın Sovet Rusiyası tərəfindən tanınması barədə danışıqlar aparırdı. 

Təcili  hərbi  tədbirlər  barədə  F.X.Xoyskinin   konkret  təkliflərinə 

Gü rcüstanın  xarici  işlər  naziri  Y.P.Gegeçkorinin  d iplo matik  cavabı  Gürcüstan 

hökumətin in  real  şəraiti  və  ö z  mənafeyin in  Azə rbaycan  xalq ının  taley i  ilə 

bağlılığın ı  başa  düşməkdən  nə  qədər  uzaq  olduğunu  göstərdi.  Y.P.Gegeçko ri 

bildirdi  ki,  A zərbaycan  hökuməti  xüsusi  bəyanatla  Batuma  və  Batu m  əyalətinə 

Gü rcüstanın  tam  hüquqların ı  tanıd ığı  halda,  Gürcüstan  hökuməti  bu  məsələni 

mü zakirə  edə  b ilər.  Əlbəttə,  F.X.Xoyski  ö z  təklifilə  Y.P.Gegeçkori  qaldırd ığı 

məsələ arasında heç bir əlaqə görmürdü,  la kin  bununla belə öz höku məti adından 

Azərbaycanın  Batuma  və  Batu m  əyalətinə  heç  b ir  ərazi  iddiası  olmad ığı  barədə 

bəyanat verməyə hazır olduğunu bildird i.  Lakin bu cavab  Gürcüstan nazirin i qane 

etmədi.  Hər  iki  respublikan ın  üstünü  almış  təhlükə  qarşısında  Gürcüstan  və 

Azərbaycan hərbi qüvvələrin i real əlaqələndirmək cəhdləri nəticəsiz qald ı.  

1920-c i il aprelin əvvəllərində Tiflisdə keç irilən Zaqafqa ziya konfransında 

Azərbaycanın  konfederasiya  yaratmaq  və  onun  sərhədlərini  birgə  müdafiə  etmək 

haqqında  təklifinə  cavab  olaraq  Ermənistan  nümayəndəsi  A.  Aqoranyan  açıq 

şəkildə b ild ird i: "Ermənistan İrəvan qəzasından ibarət o lan  müstəqil  Ermənistanın 

indiki sərhədlərilə razılaşa bilməz"

43



1920-c i  ilin  yazında  Qızıl  ordunun  Qafqaza  ç ıxmasının  Ya xın  və  Orta 



Şərqdə İngiltərənin  mənafeyinə cidd i təhlü kə törətməsinə baxmayaraq, Lloyd Corc 

hökuməti  Sovet  Rusiyası  ilə  ticarət-iqtisadi  əlaqələri  qaydaya  salmaq   xətti 

götürürdü.  Eyni  zamanda  1920-ci  ilin  aprelində  Cənubi  Qafqaz  respublikalarına 

hərbi  kö mək  plan larını  mü zakirə  edən  Antanta  liderləri  belə  nəticəyə  gəldilər  k i, 

onların bu kö məy i göstərmək imkanları yo xdur

44



Öz  müstəqilliy i  uğrunda  Qərb   dövlətləri  ilə  mübarizə  aparan  və  sovet 

Rusiyasının hərbi və dip lo matik yard ımına ehtiyacı olan  Tür kiyə isə şima l qonşusu 

ilə sıx əlaqələr yaratmağa çalışırdı. Ankara  hökumətinin RSFSR hökumətinə ilk rəsmi 

müraciətində  -  Mustafa  Kamal  Atatürkün  V.İ.Leninə  1920-ci  il  26  aprel  tarixli 

məktubunda  qeyd  edilirdi  ki,  "...Sovet  qüvvələri  Gürcüstana  qarşı  hərbi  əməliyyata 

başlamaq  və  ya  diplomatik  yolla,  öz  nüfuzu  vasitəsilə  Gürcüstanı  ittifaqa  daxil  olmağa 

məcbur  etsə,  ingilisləri  Zaqafqaziyadan  qovmağa  çalışsa,  Türkiyə  imperialist 

Ermənistana qarşı hərbi əməliyyatları öz üzərinə götürür və Azərbaycan  Cümhuriyyətini 

Sovet  dövləti  dairəsinə  girməyə  məcbur  etməyi  öhdəsinə  alır"

45

.  Bunun  müqabilində 



Türkiyə  sovet  Rusiyasından  ilk  yardım  kimi  qızılla  5  milyon  türk  lirəsi,  həcmi  və 

miqdarı  danışıqlar  zamanı  müəyyən  ediləcək  silah  və  sursat,  həmçinin  bəzi  hərbi-

texniki vasitələr, tibb-sanitariya materialları və ərzaq xahiş edirdi

46

. Tərkibində keçmiş 



Türkiyə hərbi əsirlərindən təşkil olunmuş hərbi hissələr olan XI  Ordunun Bakıdan yan 

keçməklə, Antanta qoşunlarına qarşı mübarizə aparmaq üçün Qarabağ və Ermənistandan 

keçərək Anadoluya gəlməsi  nəzərdə tutulurdu

47

.  Buna  görə  də Azərbaycanın sovetləş-



 

 

423 



məsi  xəbəri  Ankarada  böyük  razılıq  hissilə  qarşılandı.  Uzağa  gedən  geosiyasi 

məqsədlərini həyata keçirməyə çalışan sovet Rusiyası isə, öz növbəsində, hər vasitə ilə 

hərbi-strateji cəhətdən çox mühüm olan regionu, ilk növbədə, Bakı neft sənaye rayonunu 

ələ keçirməyə, Yaxın və Orta Şərqin qapısında möhkəmlən məyə çalışırdı. 

Eyni  za manda  RSFSR  Silahlı  Qüvvələri  Baş  komandanlığının  V.İ.Leninə 

göndərilmiş  20  mart  tarixli  məktubunda göstərilirdi  ki,  cənub  istiqamətində  fəal hücum 

əməliyyatları  keçirmək  üçün  Qafqaz  cəbhəsi  qoşunlarının  kifayət  qədər  hazırlığı 

olmaması ilə əlaqədar, həmçinin "Gürcüstanla Azərbaycanın inadlı mübarizəyə hazırlaş-

dıqları halda, bizim hücumların ilk mərhələsi məğlubiyyətlə qurtara bilər"

48

. Daha sonra 



sənəddə qeyd edilir ki, "bizim əlimizdə Gürcüstan və Azərbaycanın və ya heç olmazsa bu 

respublikalardan  birinin  daxili  vəziyyəti  haqqında  dəqiq  məlumatlar  olmalıdır"

49

.  "Əgər 



sovet  Rusiyası  qoşunlarının  bu  ölkələrin  sərhədlərində  görünməsi  daxildə  inqilabi 

hərəkata səbəb olacaqsa, o  zaman  uğurlu hücum  imkanı  istisna  edilmir.  Başqa sözlə, 

əgər  Gürcüstan  və  Azərbaycanda  inqilabi  vəziyyət  varsa,  Qafqaz  cəbhəsinin 

vəziyyətindən  asılı  olmayaraq,  bizim  hücumumuzu  ləngitmək  doğru  olmazdı"

50

.  Artıq 



martın  23-də  Baş  komandan  S.S.Kamenev  Qızıl  Ordunun  Qafqazda Bakı  istiqamətində 

əməliyyatlarının  genişlənməsi  barədə  hökumət  direktivinin  həyata  keçirilməsinə 

başladığı haqda Fəhlə-Kəndli Müdafiə Şurasına məlumat verirdi

51

. 1920-ci il aprelin 8-də 



RK(b)P Mərkəzi  Komitəsinin plenumu RK(b)P MK-nın Qafqaz Bürosunun yaradılması 

haqqında  qərar  qəbul  etdi.  Büronun  tərkibinə  S.M.Kirov,  A.M.Nazaretyan, 

N.N.Nərimanov, Q.K.Orconikidze, Y.D.Stasova və b. daxil oldular

52



Bakıda  üsyan  başladığı  halda,  birgə  hərəkəti  əlaqələndirmək  məqsədilə 

RK(b)P  Qafqaz  Diyar  Komitəsinin  bürosu,  AK(b)P  və  Kirovun  XI  Ordunun 

komandanlığı  ilə  yazışmaları  bütün  aprel  ayı  ərzində  davam  edirdi.  XI  Ordunun 

komandanlığı, RK(b)P Qafqaz Diyar Komitəsi və AK(b)P nümayəndələrinin iştirakı ilə 

aprelin  22-də  Bakıda  vo  aprelin  25-də  Port-Petrovskda  keçirilən  müşavirələrdə 

qarşıdakı  birgə  əməliyyatlar  planını  təfsilatı  ilə  müzakirə  etdi.  Bu  plan  aprelin  27-də 

Bakıda kommunistlərin silahlı çıxışını və həmin gün XI Ordunun Azərbaycan sərhədini 

keçməsini nəzərdə tuturdu. AK(b)P  rəhbərliyi  dövlət çevrilişi  planının  reallaşdırılması 

üçün  vaxtın  yetişdiyini  qət  etdi.  Aprelin  25-də  bütün  partiya  komitələri  hərbi 

komandanlığın tabeliyinə keçirildi və xəbərdarlıq olundu ki, komandanlığın əmrinə tabe 

olmayanlara ölüm cəzası veriləcəkdir. 

Aprelin  27-də   səhər  tezdən  ko mmunistlərin  silahlı  dəstələri  həm  şəhər 

daxilində, həm də onun kənarlarında ən mühüm obyektləri: dəmir yol vağzalını, poçtu, 

teleqrafı,  radiostansiyanı, polis  məntəqələrini,  iri  neft  mədənlərini, sənaye  müəssisələrini, 

hərbi və ticarət limanını və s. yerləri ələ keçirməyə başladılar. Təxribatçı qruplar  Bakı, 

şimal sərhədi və Gəncə arasında telefon və teleqraf əlaqəsini kəsdilər, bu da hökumətə 

əyalətlərdə  yerləşən  özünə  sadiq  hərbi  hissələri  vaxtında  köməyə  çağırmağa  imkan 

vermədi. Bakı qarnizonu  isə əslində Azərbaycan  İnqilab  Komitəsinin tərəfinə  keçdi.  Eyni 

zamanda hərbi nazir S.Mehmandarov zabitlərə yeni hökumətə tabe olmağı əmr etdi. 

1920-ci  ilin aprelində Bakıda hərbi çevrilişin hazırlanması və  keçirilməsində 



 

 

424 



burada olan  Türkiyə hərbi  xidmətçiləri  və  kommunistləri  fəal  rol  oynayırdılar.  Məhz 

onların  kö məyi  nəticəsində  şəhərdə  bir  çox  mühüm  obyektlər,  o  cümlədən  dəmiryol 

vağzalı tutuldu, şəhərin hərbi qubernatoru M.Q.TIexas həbs edildi

53

. Məhz Türkiyə zabitləri və 



əsgərləri hökumətin Bakını tərk etmək cəhdinin qarşısını ald ılar

54



Bakıda baş verən aprel hadisələrində Xəzər Hərbi Donanması əhəmiyyətli rol 

oynadı.  Donanma  gəmilərinin  heyəti  bu  dövrdə  kommunistlərdən  və  onlara  rəğbət 

bəsləyən  matroslardan  ibarət  idi.  Hakimiyyətin  iki  saat  ərzində Azərbaycan  İnqilab 

Komitəsinə təhvil verilməsini ultimatumla tələb edən hərbi gəmilər sahildə düzüldülər və 

öz toplarını hökumət orqanları binalarına tuşladılar. 

Aprelin 27-də günorta, artıq hərbi drujinaların faktiki olaraq şəhərdə vəziyyətə 

tam  nəzarət  etdiyi  və  XI  qızıl  ordunun  ön  hissələrinin  Azərbaycan  Cümhuriyyəti 

ərazisində  olduğu  bir  vaxtda  Azərbaycan  İnqilab  Komitəsi  qanuni  hökuməti  devirib 

hakimiyyəti qəsb etməsinə qanuni don geydirməyə çalışırdı. Bu məqsədlə aprelin 27-də saat 

11-də  başda  H.Sultanov  olmaqla  kommunistlərin  nümayəndə  heyəti  AK(b)P  MK, 

RK(b)P  Qafqaz  Diyar  Komitəsinin  Bakı  Bürosu və Mərkəzi  Fəhlə  Konfransının  adından 

hakimiyyəti N.Nərimanovun başçılıq etdiyi sovet fəhlə-kəndli hökumətinə təslim etmək 

barədə Ç.İldırım tərəfındən tərtib olunmuş ultimatumu parlamentə təqdim etdi. Cavab 2 

saat ərzində verilməli idi, əks-halda bolşeviklər atəş açmaqla hədələyirdilər

55



Həmin  ultimatumu  müzakirə  etmək  üçün  parlament  iclasından  əvvəl 



M.H.Hacınski,  M .Ə.Rəsulzadə,  Q.Qarabəyov,  A.Səfikürdski,  A.Qardaşov,  Ağamalı 

oğlundan  ibarət  komissiya  yaradıldı.  Komissiya  ultimatuma  cavab  olaraq  öz şərtlərini 

hazırladı və bu şərtlər parlamentin mü zakirəsinə verildi

56



N.Yusifbəylinin 

yanında 


məhdud 

dairədə 


keçirilmiş 

müşavirədə 

Ş.Rüstəmbəyov bəzi deputatlara qan tökülməsinə yol verməmək üçün Bakıdan çıxmağı 

və  bolşeviklərə qarşı  mübarizəni  təşkil  etmək  üçün  Gəncəyə  keçməyi  təklif  etdi.  Lakin 

onun  təklifıni  toplantı  iştirakçıları  qəbul  etmədilər

57

.  Saat  20.45-də  Azərbaycan 



parlamentinin  təcili  ic lası  açıldı.  Gündəlikdə  bir  məsələ  -  Azərbaycan  İnqilab 

Komitəsinin  hakimiyyəti  təhvil  vermək  barəsində  ultimatumu  məsələsi  dururdu. 

Müzakirə başlamazdan əvvəl çıxış edən hərbi nazir S.Mehmandarov silahlı müqavimətin 

mümkün  olmadığını bildirdi. M.Ə.Rəsulzadənin  təkidi  ilə,  "xalqdan  xəbərsiz  qərarlar 

qəbul  olunmaması  və  xalqın  bizim  hansı  vəziyyətdə  olduğumuzu  bilməsi  üçün" 

parlamentin açıq iclasını keçirmək qərara alındı

58



Ultimatumun mətnini oxuyan və öz təslimçilik mövqeyini bir daha nümayiş etdirən 



M.H.Hacınski ultimatumun şərtlərini qəbul etməyi təklif etdi və deputatları inandırmağa 

çalışdı ki, qızıl ordu Bakıya girmədən Türkiyəyə köməyə keçmək niyyətindədir

59

. Qızğın 



müzakirələrin  gedişində  çıxış  edən  müxalif  parlament  fraksiyalarının  nümayəndələri: 

S.Ağamalıoğlu  ("Hümmət"),  Q.Qarabəyov  ("İttihad"),  A.Səfikürdski  (Sosialist  bloku), 

A.Qardaşov  ("Əhrar")  M.H.Hacınskinin  hakimiyyəti  təhvil  vermək  təklifini  müdafıə 

etdilər. 

"Müsavat"  fraksiyası  adından onun sədri  M.Ə.Rəsulzadə  çıxış  edərək dedi: 

"Bizə kobud ultimatum verilmişdir. Bizim  xilaskarımız hörmət etdiyimiz Türkiyədir. Biz 



 

 

425 



öz  müstəqilliyimizin  tapdalanmaması  şərtilə  Türkiyəyə  köməyə  gedən  qüvvələri 

müdafiə  edirik.  Lakin,  cənablar,  bizim  razılığımızı  soruşmadan  sərhədlərimizi  keçən 

qüvvələr bizə dost deyil, düşməndir! Bu ultimatumun qəbul edilməsi hakimiyyəti dost 

maskası geymiş düşmənə  vermək  deməkdir!  Biz  buraya  millətin  iradəsi  və arzusu  ilə 

gəlmişik  və  bizi  buradan  yalnız  güc  və  süngü  ilə  çıxarmaq  olar"

60

.  Bununla  belə, 



vətəndaş  müharibəsi  təhlükəsini  nəzərə  alan  "Müsavat"  fraksiyası  Azərbaycanın 

müstəqilliyinin saxlanacağı şərtilə  kommunistlərin ultimatumunu  qəbul  etmək  haqqında 

çoxluğun fikrinə qoşulmağa məcbur oldu. 

1920-ci  il  apre lin  27-dən  28-nə  keçən  gecə  parla ment  hakimiyyəti 

Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi. Komitənin tərkibi onun qiyabi seçilmiş sədri 

N.Nərimanov,  A.Alimov,  D.Bünyadzadə,  M.Hüseynov,  Ə.Qarayev,  Q.Musabəyov  və 

H.Sultanovdan  ibarət  idi.  Komitə  radio  vasitəsilə  RSFSR  hökumətinə  "Qızıl  ordu 

hissələrini  göndərmək  yolu  ilə  dərhal  real  kömək  göstərmək"  haqqında  rəsmi  xahişlə 

müraciət  etdi

61

.  Müraciət  əslində  formal  xarakter  daşıyırdı.  Səsvermə  nəticəsində 



(əleyhinə  -  1,  bitərəf qalanlar  -3,  səsvermədə  iştirak  etməyənlər-  3  nəfər)  1920-ci  il 

aprelin  27-də  axşam  saat  11  radələrində  parlament  hakimiyyətin  Azərbaycan  İnqilab 

Komitəsinə  verilməsi  haqqında  qərar  qəbul  etdi.  Parlament  sədrinin  müavini 

M.Y.Cəfərov və  İşlər  İdarəsinin direktoru  M.Vəkilov  tərəfindən  imzalanmış  sənəddə 

hakimiyyətin  verilməsi  şərtləri  göstərilirdi:  "Nəzərinizə  çatdırırıq  ki,  biz  aşağıdakı 

şərtlərlə hakimiyyəti təhvil veririk: 

1.

 

Sovet hakimiyyəti tərəfindən idarə edilən Azərbaycanın tam müstəqilliy i 



saxlan ılır; 

2.

 



Azərbaycan  Kommunist  Partiyasının yaratdığı hökumət  müvəqqəti orqan 

olacaqdır; 

3.

 

Hər cür  xarici təzyiqlərdən asılı olmayaraq, Azərbaycanın qəti  idarə formasını 



Azərbaycan  Fəhlə,  Kəndli  və  Əsgər  Deputatları  Soveti  simasında  Azərbaycanın  ali 

qanunvericilik orqanı müəyyən edəcəkdir;  

4.

 

Hökumət  idarələrinin  bütün  qulluqçuları  öz yerlərində qalır  və  yalnız  məsul 



vəzifə tutan şəxslər dəyişdirilir;  

5.

 



Yeni  təşkil  olunan  müvəqqəti  kommunist  hökuməti  parlament  üzvlərinin 

həyatının və əmlakının toxunulmazlığına təminat verir; 

6.

 

Hökumət  qızıl  ordunun  döyüşlə  Bakıya  girməsinin  qarşısını  almaq  üçün 



tədbirlər görəcəkdir; 

7.

 



Yeni  hökumət  kimin  tərəfindən  təşkil  edilməsindən  asılı  olmayaraq, 

Azərbaycanın müstəqilliyinə son qoymaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı 

qəti tədbirlərlə və bütün vasitələrlə mübarizə aparacaqdır". 

Qərarın yekun hissəsində göstərilirdi: "Azərbaycan parlamenti özünün fövqəladə 

iclasında səs çoxluğu ilə bu şərtləri qəbul etmişdir və onu sizin nəzərinizə çatdırırıq"

62



Lakin  XI  ordunun  ön  dəstələri  artıq  aprelin  27-nə  keçən  gecə,  Bakıda 

kommunistlərin  çıxışlarının  başlanmasına  qədər,  planı  əvvəlcədən  Q.K.Orconikidzenin 

fəal  iştirakı  ilə  M.Q.Tuxaçevski  və qərargahın  rəisi  S.A.Puqaçovun  rəhbərliyi  altında 


 

 

426 



Qafqaz  Cəbhəsi  Qərargahı  tərəfındən  hazırlanmış  Bakı  əməliyyatının  həyata  keçi-

rilməsinə  başladı.  Qafqaz  cəbhəsi  Komandanlığının  490  saylı  1920-ci  il  21  aprel 

tarixli  direktivinə  əsasən,  XI  ordunun  komandanı  M.K.Levandovski  aprelin  27-də 

Azərbaycan sərhədini keçməli və ən qısa müddətdə Bakı quberniyası ərazisini tutmalı idi. 

Gürcüstandan  və  ya  Şimali  İran  ərazisində  yerləşən  ingilis  qoşunları  tərəfindən 

Azərbaycan Cümhuriyyətinə göstərilə biləcək köməyin qarşısını almaq üçün əməliyyatı 

5  gün  müddətində başa  çatdırmaq  nəzərdə  tutulurdu.  Volqa-Xəzər  Hərbi  Donanmasının 

komandanı  F.F.Raskolnikova XI ordunun hissələri yaxınlaşarkən Bakı Neftdaşıma Do-

nanmasını  ələ  keçirmək  və  neft  mədənlərinin  dağıdılması  imkanını  aradan  qaldırmaq 

üçün Ələt stansiyası rayonuna hərbi-dəniz desantı çıxarmaq əmri verilmişdi. Azərbaycan 

Cümhuriyyətinin bütün ərazisini ələ keçirmək aprelin 23-də, 490 saylı direktivə əlavə 

olaraq, XI orduya son vəzifə kimi tapşırıld ı

63



Hələ  aprelin   ortalarında  XI  ordunun  birləşmələri  və  hissələrin in 



Azərbaycan sərhədində cəmləşməsi başlandı. Gələcək əməliyyatlarda iştirak etmək 

üçün 20,  28 və  32-ci atıcı div iziyaları  (20  minə yaxın süngü), sonralar 2-ci süvari 

korpusunda  birləşdirilən  7  və  8-ci  süvari  d iviziyaları  və  Taman  süvari  briqadası 

(cəmi 7  min qılıncla) ayrılmışdı. Dərbənddə yerləşən 5 zirehli qatar, həmçinin b ir 

neçə  aviasiya  dəstəsi  də  XI  ordunun  sərəncamında  id i

64

.  Ordu  ko mandanı 



M.Levandovski 25 aprel tarixli əmrlə hərbi h issələrə konkret tapşırıqlar verdi: 2-ci 

korpus  özünün  əsas  qüvvələri  ilə  aprelin  30-na  qədər  Şamaxı-Ağsu  ərazisini  ələ 

keçirməli  və  Kürdəmir  stansiyasında  Bakı-Gəncə  dəmir  yolunu  bağlamalı  idi. 

Qızılburuna  çatdıqda  atıcı  div iziyalarla  birgə  Bakıya  hücum  etmək  üçün  öz 

qüvvələrinin bir h issəsini ayırmalı id i.  Üç atıcı diviziyası öz növbəsində dəmir yol 

xətti  boyunca  Bakıya  hücum  etməli  və  1920-ci  il  mayın  1-dək  bütün  Bakı 

rayonunu ələ keçirməli idi. 

Nəzərdə tutulan əməliyyatda ordunun tərkib inə daxil olan  zirehli qatarlar 

qrupuna  xüsusi  əhəmiyyət  verilirdi.  Dəmir  yol  döyüş  məntəqəsinin  rəisi 

M.Q.Yefremova  4  zirehli  qatar  və  28-ci  d iviziyanın  299-cu  atıcı  alayın ın  2 

rotasından  ibarət  desantla  birlikdə  (cəmi  350  əsgər)  sürətli  hərəkətlə  Bakıya 

soxulmaq   tapşırığı  verilmişdi.  Qızılburun,  Giləzi  və  Su mqayıt  stansiyaları 

ərazisində dəmir yolunun dəniz sahilinə  lap yaxın və top atəşi  mənzilində o lduğu 

nəzərə alınsa, Azərbaycan donanmasının bir döyüş gəmisi dəmir yol  xəttin i dağıt-

maq   və  sovet  zirehli  qatarlarının   irəliləməsinin   qarşısın ı  almaq  üçün  tamamilə 

kifayət  idi.  Gəmilərdə  3  u zaqvuran  sahil  artilleriyası  topu  qoyulmuşdu.  Lakin 

donanma Azərbaycan İnqilab  Ko mitəsinin tərəfinə  keçdiy inə görə döyüş gəmilə ri 

reyddə görünmədilər. 

Samur  sərhəd  körpüsünün  minalan ması  barədə  sovet  komandanlığın ın 

narahatçılığ ı  əbəs  idi,  çünki  bu  ço x  mühü m  obyekti  cəmi  b ir  tağımın  əsgərləri 

qoruyurdular.  Şimal  sərhədindən  Bakıya  qədər  Azərbaycan  Ordusunun  çox  az 

qüvvələri  -  cəmisi  3  min  nəfərlik  n izami  qoşun  dəstələri  və  ehtiyat  batalyonu 

(onlara  verilmiş  zirehli  qatarlarla  b irlikdə  cəmi  5  min   süngü  və  qılınc) 


 

 

427 



yerləşdirilmişdi.  Yalama  -Xudat rayonunda həmçinin  iki cərgə çəkilmiş  məftil çə-

pərlə  möh kəmləndirilmiş  2  məntəqə,  Bakı  yaxınlığında  isə  3  cərgə  tikanlı  çəpər 

səddi qoyulmuşdu

65



Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş, Azərbaycan parlamentinə ultimatum 

verilməsindən  12  saat  əvvəl,  A.Mikoyan,  Q.Cəbiyev  və  Q.  Musabəyovu  gətirən  "III 

Beynəlmiləl"  zirehli  qatarı  Samur  körpüsündən  keçdi və yol  boyu qəflətən  yaxalanmış 

azsaylı və pərakəndə ordu hissələrinin müqavimətini qırmaqla Bakıya doğru hərəkət etdi. 

İki saatlıq qanlı vuruşmadan sonra  zirehli qatar  Yalama stansiyasını ələ keçirdi.  Stansiyanı 

Quba  alayının  2  bölüyü,  süvari  divizionu  (360-ə  qədər  qılınc),  jandarm  dəstəsi  (200 

nəfərə yaxın) qoruyurdu. Bu döyüşdə sovet əsgərlərinin 6 nəfəri öldürüldü və 8 nəfəri 

yaralandı. 

Süvari-dağ  divizionu,  kürd  taborunun  2  bölüyü  ilə  mühafizə  olunan  Xudat 

stansiyası  yaxınlığında  1  saylı  zirehli  qatarın  sovet  zirehli  qatarının  irəliləməsini 

dayandırmaq  üçün  yeni  cəhdi  uğur  qazanmadı.  Qırmızıların  hərəkətini  gecikdirmək 

məqsədilə geri çəkilən əsgərlər Xaçmaz stansiyası yaxınlığında körpünü yandırdılar və 

yol  dəyişdiricisini  sıradan  çıxartdılar.  Lakin  yanğın  tezliklə  söndürüldü,  dəyişdirici 

düzəldildi və bundan sonra zirehli qatarlar elə bir ciddi müqavimətə rast gəlmədən Bakı 

istiqamətində  hərəkətlərini  davam  etdirdi.  Sonuncu  qısamüddətli  döyüş  Xırdalan  və 

Biləcəri stansiyaları arasında baş verdi və bundan sonra Azərbaycan zirehli qatarı Keşlə, 

sonra  isə  Bakı  stansiyalarından uzaqlaşdı

66

.  Aprelin  27-də  axşam  saat  21-də  Biləcəri 



stansiyası  sovet  zirehli  qatarları  tərəfindən  tutuldu,  səhər  saat  4-də  isə  "III 

Beynəlmiləl" zirehli qatarı Bakı stansiyasına gəldi. 

Aprelin  30-da  XI  Ordunun əsas hissələri şəhərə daxil  oldu.  Onların  irəliləməsi 

zamanı  başda  Xəlil  paşa  olmaqla  yerli  əhali  içərisində  təbliğat  aparan  və  əhalini  XI 

orduya müqavimət göstərməməyə çağıran Türkiyə zabitləri qrupu sovet qoşunlarına fəal 

kömək  edirdi

67

.  Həmin  gün  7-ci  süvari  diviziyanın  hissələri  Şamaxı  və  Ağsuya  daxil 



oldular,  mayın  1-də  isə  Azərbaycan  hissələrinin  müqavimətini  aradan  qaldıran  Sovet 

zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər. 

Mayın 1-də Volqa-Xəzər Hərbi Donanmasının gəmiləri Bakı  liman ına daxil 

oldu. Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantı çıxarıldı. 1920-ci 

il mayın ortalarında XI Ordu Azərbaycan Cümhuriyyətinin, demək olar ki, bütün ərazisini 

nəzarət  altına  aldı.  Beləliklə,  bolşevik  Sovet  Rusiyasının  hərbi  müdaxiləsi  ilə 

suverenliyini  bəyan  etmiş  Azərbaycan  Xalq  Cümhuriyyəti  süqut  etdi,  hakimiyyət 

ko mmunistlərin əlinə keçdi. 

Aprel  hadisələrinin  bilavasitə  icraçılarından  biri  -  milli  hökumətə 

hakimiyyəti bolşeviklərə vermək barədə ultimatum təqdim etmiş Həmid Sultanov 1920-

ci  ilin  oktyabrında  keçirilmiş  AK(b)P-nin  II  qurultayındakı  çıxışında  göstərirdi  ki, 

hakimiyyətin devrilməsi üçün MK  heç bir  fəhlə, heç bir  kəndliyə göstəriş verməmişdi. 

"Biz  bilirdik  ki,  indi  də olmasa, sabah, ya birisi  gün qırmızı  süngü  burada  olacaqdır. 

Belə  də  oldu,  biz  sovet  hakimiyyətini  hazır  formada  aldıq,  onu  bizə  boşqabda 

gətirdilər"

68



 

 

428 



AXC  hakimiyyətinin  devrilməsi  ciddi  daxili  və  xarici  səbəblərin  nəticəsi  idi. 

1920-ci  ilin  yazında  Respublikada  getdikcə  dərinləşən  siyasi  sabitsizlik  ölkədə 

fəaliyyət  göstərən  müsəlman  partiyaları  "Müsavat",  "Əhrar",  "İttihad",  sosialistlər, 

bitərəflər qrupu və b. arasında gedən mübarizənin qızışması ilə müşayiət olunurdu. İki ilə 

yaxın bir  müddətdə beş hökumət kabinetinin bir-birini əvəz etməsi həmin mübarizənin 

nəticəsi  idi.  Azərbaycanın  rus-sovet  ordusu  tərəfındən  istilası  ərəfəsində  siyasi 

partiyaların  qarşıdurması  o  qədər  kəskinləşmişdi  ki,  həmin  ərəfədə  yeni  hökumət 

kabineti təşkil etmək heç cür mümkün olmadı. Parlament fraksiyalarının demokratiya adı 

ilə  pərdələnən qarşılıqlı  düşmənçiliyi  tamamilə  bürokratik  xarakter  daşıyırdı.  Bütün bu 

çəkişmələrin arxasında  bir tərəfdən  müsavatçılar, digər  tərəfdən  isə  ittihadçılar  dayanırdı. 

Yerdə qalan digər partiyaların təmsilçiləri isə gah bu, gah da o biri tərəfə qoşulur, məhz 

bununla da öz aralarında daha böyük cəncəl və qalmaqal törədirdilər. Siyasi  partiyaları 

çulğamış dartışmalar ayrı-ayrı partiyaların daxili durumuna da sirayət edirdi. Ölkənin ən 

böyük partiyası olan "Müsavat" da həmin ərəfədə iki qanada haçalanmış, sosialistləri də 

belə bir  tale haqlamışdı.  Beləliklə,  partiyaların və  onların parlament  fraksiyalarındakı 

təmsilçilərinin bir-biri ilə apardığı mübarizəni Azərbaycanın 1920-ci  ilin aprelində istila 

edilməsinə münbit şərait yaratmış daxili səbəblərdən biri saymaq o lar. 

Respublikada vəziyyəti mürəkkəbləşdirib dərinləşdirən digər  ciddi amil o idi 

ki,  hökumət  dövlət  ərazisinin  bütövlüyünü  təmin  etmək  üçün  erməni  daşnakları  ilə 

mübarizəyə  həddindən  artıq  iqtisadi  və  hərbi  ehtiyatlar  cəlb  etmək  məcburiyyətində 

qalmışdı. 

Lakin bu vaxt, dərinləşməkdə olan siyasi və iqtisadi böhranın mövcudluğuna 

baxmayaraq, Azərbaycanda "inqilabi şəraitin yetiş məsi" deyilən bir vəziyyət yox idi. O 

zaman  Azərbaycan  xalqı  üçün aşkarda  olan  ən  vacib  məsələ  müstəqilliyin  nəticələri 

idi. 

N.Nərimanov çevrilişdən bir neçə ay öncə Moskvaya Azərbaycandakı vəziyyət 



barədə  məlumat verərkən  ərzaq  məsələsinin yaxşı  vəziyyətdə olduğunu, Azərbaycana 

gediş-gəlişin  sərbəstliyini,  hər  istiqamətdə  qəzet  nəşrini,  mətbuat  azadlığını, 

çoxpartiyalı  parlament  fəaliyyətini,  əmək  birjasının  mövcudluğunu,  ziyalı  əməyinin 

yaxşı qiymətləndirildiyini (onlara yaxşı əmək haqqı verildiyini), 5 may və 14 avqustda 

uğursuz tətillərdən sonra fəhlələrin nüfuzunun qismən enməsini, yalnız müsəlmanlardan 

ibarət nizami ordunu, onun başında təcrübəli generalların durduğunu, əsgərlərin normal 

təminatını ətraflı şərh etmişdi

69



Müstəqil  dövlət  quruculuğu  üçün  əlverişli  olan  belə  bir  şəraiti  arzulayan 

Moskvadakı kommunist mərkəzi yerli kommunist hərəkatı təşkilatların öz güclərini və 

səylərini vahid Azərbaycan Kommunist Partiyasında birləşdirməyə nail oldu. Beləliklə, 

Azərbaycanı qəsb etmək üçün daha bir ciddi zəmin yarandı, yerli kommunistlər istilanın 

iştirakçıları və Mərkəzin arxalandığı əsas qüvvə oldu. Yerli partiya təşkilatlarından birinin 

28  apreldən  sonrakı  hesabatında  deyilirdi:  "Əgər  inqilab  qansız  keçibsə,  Müsavat 

hakimiyyəti devrilməyibsə, bu o demək deyil ki, bizim partiyamız güclü idi. Bu ona görə 

belə oldu ki, XI qızıl ordu güclü idi"

70



 

 

429 



Beləliklə,  aprel  çevrilişi  xarici  qüvvənin  "ildırım  sürətli  öldürücü"  yürüşü 

nəticəsində  həyata  keçdi.  Daxili  səbəblər  isə  (hökumət  böhranı,  Qarabağ  münaqişəsi, 

silahlı  üsyana  hazırlıqda  yerli  kommunistlərin  fəal  iştirakı,  Türkiyə  hərbi  qulluqçularının 

köməyi) qızıl ordunun ö lkən i istila etməsin i yaln ız asanlaşdırdı. 

Cümhuriyyətin yaradılması, uğursuzluğuna baxmayaraq, onun 23 aylıq fəaliyyəti 

Azərbaycan  xalqının  tarixi  taleyində  çox  mühüm  hadisə  idi.  O,  qısa  müddətdə  öz 

parlamenti,  hökuməti,  ordusu  və  pul  vahidi  olan  demokratik  respublikaya  çevrildi. 

Azərbaycan Cümhuriyyəti demokratik respublika kimi bərqərarlaşırdı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

430 



Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin