A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

NƏTİCƏ 

 

"Azərbaycan  tarixi"nin  V  cildi  XX  yüzilliyin  ilk  iyirmi  ilini  əhatə  edən, 



Azərbaycan xalqının həyatında mühüm prinsipial əhəmiyyət kəsb edən mürəkkəb və çox 

ziddiyyətli sosial-iqtisadi, ictimai-siyasi və mədəni proseslərlə zəngin olan bir dövrə həsr 

edilmişdir.  Şimali  Azərbaycanın  iqtisadiyyatı  daha  sürətlə  inkişaf  edərək  tam  bazar 

iqtisadiyyatı  xarakteri  almış,  məhsuldar  qüvvələrin  coşqun  inkişafı  zəminində  milli 

şüurun  formalaşması  və  tərəqqisi  yeni-daha  yüksək  pillələrə  qalxmış,  milli  ideyaların 

aparıcısı olan güclü ziyalılar yetişmiş, zəngin milli koloritə malik, özündə Şərq incəliyi 

və Avropa müxtəlifliyini qəribə şəkildə uzlaşdıran rəngarəng mədəniyyət ortaya çıxmış, 

tədricən təşkilatlanan milli siyasi qüvvələr, nəhayət ki, rus müstəmləkə rejimini yıxaraq 

uzunmüddətli  fasilədən  sonra  milli  dövlətçiliyimizi  bərpa  etmiş,  Azərbaycan  Xalq 

Cümhuriyyəti yaratmışdılar. 

Bu,  yeni  demokratik  və  dünyəvi  Azərbaycan  dövlətinin  yaradılması, 

bünövrəsi  hələ  XIX  yüzildə  qoyulmuş,  həmin  əsrin  əsasən  II  yarısından  quzey 

torpaqlarımızda  meydana  çıxan  sosial-iqtisadi  və  ictimai-siyasi  proseslərin  inkişafının 

qanunauyğun nəticəsi olmuşdur. 

XX  yüzilliyin  ilk  iki  onilliyində  Şimali  Azərbaycan  iqtisadiyyatının  sosial-

iqtisadi strukturunda sənaye sahələrinin, ticarət-kapitalist xarakterli sahələrin xüsusi çəkisi 

durmadan  artmış,  bazar  yönümlü  kapitalist  istehsal  münasibətləri  xalq  təsərrüfatında 

müəyyənedici mövqelərə yiyələnərək həlledici amilə çevrilmişdi. 

Bu  dövrdə  də  iqtisadiyyatımızın  ən  mühüm  sahələrindən  biri  olan  kənd 

təsərrüfatında ciddi təkamül prosesləri müşahidə olunur. Çar mütləqiyyətinin bütün ciddi 

cəhdlərinə baxmayaraq, əsas istehsalçıların - kəndlilərin torpaq sahibkarlarına çevrilməsi 

yollarında  xeyli  dəyişikliklər  baş  vermiş,  1900-1903-cü  illərin  qanunları  kənd 

sakinlərimizin  böyük  əksəriyyətini  -  xəzinə  kəndlilərini  öz  pay  torpaqlarının  daimi 

istifadəçisi  elan  etmiş,  nəhayət,  1912-ci  il  20  dekabr  qanunu  isə  bəy-mülkədar 

torpaqlarında  məskunlaşmış  sahibkar  kəndlilərini  pay  torpaqlarının  mülkiyyətçisinə 

çevirmişdi. Bu addımın kənd təsərrüfatının gələcək inkişafı üçün möhtəşəm əhəmiyyəti 

danılmazdır. Hətta torpaq üzərində xəzinə mülkədar sahibkarlığının ağalığı şəraitində kənd 

burjuaziyası  -  qolçomaqlar  müxtəlif  sahələrdə  bütün  təsərrüfatların  10-15  faizini  təşkil 

edərək,  kənd təsərrüfatında bazar  iqtisadiyyatı  münasibətlərinin  başlıca daşıyıcısına,  əsas 

əmtəə  istehsalçılarına,  kənddə  öncül  sosial  qüvvəyə  çevrilməkdə  idilər.  XX  əsrin 

əvvəllərində  kənd  təsərrüfatının  elə  bir  sahəsi  qalmamışdı  ki,  burada  kapitalist  istehsal 

münasibətləri özünə möhkəm yer tutmasın, bu sahə bazar iqtisadiyyatının nüfuz dairəsinə cəlb 

olunmasın.  Lakin  əkinçilik,  xüsusən  də texniki  bitkilər  becərilməsi  və emalı  sahələrində 

əmtəə-kapitalist  münasibətləri  xüsusən  dərin  köklər  atmışdı.  Bununla  yanaşı,  kənd 

təsərrüfatının hətta maldarlıq, taxılçılıq kimi ənənəvi sahələri də getdikcə daha çox bazar 

iqtisadiyyatı çərçivəsinə daxil olur, bazarın tələbatı əsasında qurulurdu. 

H.Z.Tağıyev,  M.Nağıyev,  Ş.Əsədullayev,  A.Quliyev  kimi  iri  sahibkarların 

meydana  çıxıb  formalaşması, ölkənin  iqtisadi həyatında  mühüm  rol oynamağa başlamaları 



 

 

431 



Şimali  Azərbaycanda  kökləri  XIX  yüzilliyə  gedib  çıxan  bazar-kapitalist  iqtisadiyyatı 

cəmiyyətinin inkişafın ın qanunauyğun yekunu idi. 

Kənd  təsərrüfatında  azad  muzdlu  əməyin  tətbiqi,  ilkin  emal  müəssisələri 

şəbəkəsi getdikcə daha sürətlə genişlənmiş,  Bakıda bu  sahə  ilə birbaşa  bağlı  olan, hazır 

yeyinti  məhsulu  verən  iri  sənaye  müəssisələri,  Şimali  Azərbaycanda  müasir  toxuculuq 

sənayemizin ilki sayıla biləcək, əsası görkəmli sənayeçi və xeyriyyəçi H.Z.Tağıyev tərəfindən 

qoyulmuş fabrik işə düşmüşdü. 

Sənaye  sahəsində  XX  əsrin  ilk  iki  onilliyində  istehsalın  mərkəzləşməsi  və 

təmərküzləşməsi  prosesləri  getdikcə  güclənmiş,  Nobel,  "Şell",  "Oyl"  kimi  sənaye 

nəhəngləri neft sənayesi və onunla bağlı olan sahələrin əsl ağalarına çevrilmişdi. Sənayedə 

hakim  mövqelərə  yiyələnmiş  inhisar  birlikləri  saysız-hesabsız  mədənlərə,  zavod  və 

tərsanələrə, nəqliyyat vasitələrinə və satış şəbəkələrinə, o cümlədən dünya bazarlarında 

uğurla fəaliyyət göstərən satış şəbəkələrinə malik id i. 

Hələ XIX əsrin sonuncu onilliyində neft hasilatının həcminə görə ABŞ-a çatmış və 

onu ötüb keçmiş Bakı neft sənayesi rayonu XX yüzilliyin əvvəllərində də dünyanın ən 

mühüm yanacaq sənayesi mərkəzlərindən biri kimi planetin iqtisadi xəritəsində özünə 

layiq  yer  tuturdu.  Avropa  və  Asiya  bazarlarında  Şimali  Azərbaycanın  təkcə  nefti  deyil, 

şərabı, xalçası, tütünü, taxılı və s. məhsulları da güclü  rəqabətə uğurla dözüm gətirirdi. 

Azərbaycan sənayesi və kənd təsərrüfatının onlarla məhsulu Avropanın müxtəlif sərgi və 

yarmarkalarında onlarla fə xri mü kafata lay iq görülmüşdü. 

XX  yüzilliyin  başlanğıcında  Şimali  Azərbaycanın  nəqliyyat  şəbəkəsi  də  xeyli 

genişlənmişdi.  Əsrin  lap  başlanğıcında  Biləcəri-Port-Petrovsk  xətti  ilə  Ümumrusiya 

dəmir  yolları  şəbəkəsinə  çıxış  əldə  olunması,  şose yolları  şəbəkəsinin genişlənməsi, 

dəniz nəqliyyatı imkanlarının yeni mərhələyə yüksəlməsi bir tərəfdən, ölkənin əyalətləri 

ilə sənaye mərkəzlərinin əlaqələrini xeyli sıxlaşdırmış, ümummilli bazarların formalaşması 

prosesini yekunlaşdırmış, digər tərəfdən isə daxili və  xarici ticarətin dövriyyə imkanlarını 

görünməmiş dərəcədə artırmış, dünya bazarlarına çıxışları rəngarəng etmişdi. 

Şəhərlərimizin həyatında da ciddi dəyişikliklər baş verməkdə idi. XIX yüzilliyin 

son  rübü ərəfəsində  xırda  əyalət şəhərlərindən  heç  də  fərqlənməyən  Bakı  artıq  XX 

əsrin əvvəllərində əsl ümu mmilli mərkəzə, Rusiya imperiyasının ən möhtəşəm sənaye 

və  ticarət  nəhənglərindən  birinə çevrilmişdi.  İri  yanacaq energetika sənayesi  mərkəzi 

kimi  Bakı təkcə Azərbaycan və Cənubi Qafqazın deyil, həmçinin Rusiya, imperiyasının 

iqtisadiyyatına, dünyanın neft bazarına böyük təsir gücünə malik idi.  

Yüz minlərlə əhalinin cəmləşdiyi Bakı sənaye rayonu ilə yanaşı, İrəvan, Gəncə, 

Dərbənd, Şuşa, Nuxa, Şamaxı  kimi ticarət və sənətkarlıq  mərkəzləri də getdikcə daha 

çox  sənaye  şəhəri  xarakteri  almağa  başlayırdı.  Özü  də  Bakıdan  fərqli  olaraq,  digər 

quberniya və qəza mərkəzlərində milli kapitalın mövqeyi xüsusən qüvvətli idi. 

Şəhərlərlə yanaşı, bir sıra kənd yaşayış məskənlərinin -Kürdəmir, Ağdam, Ləki, 

Salyan,  Cavad,  Əylis,  Uluxanlı  və başqalarının  tədricən sənaye  və ticarət  mərkəzlərinə 

çevrilməsi ölkənin sosial-iqtisadi həyatında yeni, mütərəqqi hadisə idi. 

XX əsrin əvvəllərində Şimali Azərbaycan əhalisinin tərkibinin rəngarəngliyi 


 

 

432 



daha  da  güclənmişdi.  Bütün dövrlərdə Azərbaycan  əhalisi  üçün səciyyəvi  olan,  XX 

yüzilliyin əvvəlində bir qədər də güclənmiş milli etnik rəngarəngliyə sosial müxtəlifliyin 

daha da güclənməsi əlavə olunmuşdu.  Kənddə  və şəhərdə  muzdlu əməklə dolanan sosial 

elementlərin  xüsusi çəkisi durmadan artır, ö z təsərrüfatlarını bazar  iqtisadiyyatının 

tələblərinə  müvafiq  şəkildə  quran  sərmayədarların  ölkənin  iqtisadi  həyatında 

nüfuzu  və  rolu   gündən-günə  güclənirdi.  Sosial  qütbləşmə  prosesi  getdikcə  geniş 

miqyas alırd ı.  Bu dövrdə Bakı,  Gəncə, İrəvan,  Dərbənd, Şuşa, Nu xa, Şamaxı kimi 

şəhərlərimizin  əhalisi  içərisində  sənaye  fəaliyyəti  ilə  bağlı  olanların  xüsusi  çəkisi 

durmadan artırdı. 

Məhsuldar  qüvvələrin   in kişafı,  iqtisadiyyatın  ümu mi  tərəqqisi  fonunda 

milli burjuaziyanın təşəkkü lü və getdikcə güclən məsi,  milli şüurda yeni mey llərin 

ortaya  çıxması  milli  mədəniyyətin  yeni,  daha  yüksək  mərhələyə  qalxması  ilə 

nəticələnird i.  Milli  şüurun  inkişafın ın  yeni  mərhələsinə  xas  olan   bu  meyillər 

əvvəllər  ancaq  qeyri-azərbaycanlı  etnik  kütlələrə  yönəlmiş  (RSDFP -nin  Bakı 

Ko mitəsi),  bir  qədər  sonra  bununla  bağlı  olan  "Hü mmət"  tipli  təşkilatın  ardınca, 

xüsusən  də  1905-ci  ildən  başlayaraq,  milli-siyasi  və  b.  ictimai  təşkilatların 

meydana  çıxmasına  gətirib  çıxardı.  Məh z  "İttifaqi  müslimin",  "Difai",  "Müdafiə" 

kimi  ilk  siyasi  partiya  və  qruplar  1911-ci  ildə  yaranan,  Birinci  dünya  müharibəsi 

dövründə  xey li  fəallaşaraq  çarizmin  devrilməsindən  az  so nra  usubbəyçi  ədəmi-

mərkəziyyətçilərlə  b irləşib  ü mu mmilli  siyasi  partiyaya  çevrilmiş  "Müsavat" 

Partiyasının ortaya çıxıb  ərsəyə gəlməsi üçün zəmin yaratmışdı.  

Milli-siyasi  qüvvələrin  fəallaşması  rus  müstəmlə kəçilərin i  b ərk  narahat 

etmiş,  onlar  ö z  ağalıq larını  qorumaq  üçün  əvvəlkitək  "kökə"-dən  "dəyənəyə"dək 

mü xtəlif  üsullara  əl  atmışdılar.  Çar  höku məti  günü-gündən  güclənən  inqilabi 

hərəkatın vüsətini yatırmaq üçün ermənilərlə azərbaycanlılar arasında milli ədavət  

- q ırğın  törət miş,  inqilabi qüvvələrə qarşı küt ləvi repressiyalara ə l at mış, bunlarla  

yanaşı, "Zemstvo müşavirələri", Du ma kampan iyaları kimi tədbirlə ri  işə salmışdı. 

Çar  höku mətinin   niyyətlərinə  baxmayaraq,  bu  kampaniyalar,  xüsusən  də  I-IV 

Rusiya  duma larındakı 

fəaliyyət  XX  əsrin  əvvəlləri  dövrü  Azərbaycan 

siyasətçilərinin, Topçubaşov, Xoyski,  Xasməmmədov,  Cəfərov və b. ibarət bütöv 

bir  siyasətçilər  nəslin in  təşəkkülündə,  onların   zəruri  dövlətçilik  təcrübəsi 

qazanmasında  əvəzed ilməz  ro l  oynadı  ki,  bu  təcrübə  də  milli-siyasi  qüvvələrin 

təşəbbüskarlığ ı  ilə  birlikdə  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  yaradılması  və 

idarəsində  əvəzedilməz  əhəmiyyətə  malik  o lmuşdur.  Bu  siyasi  təcrübənin 

qazanılması  prosesində,  milli  qüvvələrin  daha  da  fəallaşmasında  xüsusən də  I  Dünya 

müharibəsi dövrü müstəsna rol oynamışdır. 

XX  yüzilliyin  əvvəlləri  Şimali  Azərbaycanda  elm  və  mədəniyyətin  inkişafı 

baxımından da əlamətdar bir dövr olmuşdur. Bu dövrdə mədəni-maarif müəssisələrinin 

şəbəkəsi,  xüsusən də şəhərlər və kəndlərdə  ilkin  və  ruhani  təhsili  verən  məktəb və 

mədrəsələrlə  yanaşı,  dünyəvi  təhsil  verən  müxtəlif  çeşidli  tədris  müəssisələrinin 

şəbəkəsi  xeyli  genişlənmişdir.  Abşeron,  Naxçıvan,  Şəki-Zaqatala,  İrəvan  və  s. 



 

 

433 



bölgələrin kəndlərində belə xeyli dünyəvi məktəblər fəaliyyət göstərirdi. Lakin başlıca 

olaraq  rus təhsili  verən  bu  məktəblər əhalinin tədris  müəssisələrinə olan tələbatını  az-

çox ödəməkdən çox-çox uzaq idi.  Eyni sözləri  miqyası bir qədər genişlənmiş səhiyyə 

müəssisələri haqqında da demək o lar. 

Haqqında danışdığımız  dövrdə  ibtidai  və orta təhsil  müəssisələrinin şəbəkəsi 

bir  qədər  genişlənsə  də,  Qori  Müəllimlər  Seminariyasının  müsəlman  şöbəsi 

Azərbaycana  köçürülsə  də,  seminariya  və  orta  ixtisas  təhsili  verən  bəzi  müəssisələr 

meydana  gəlsə  də,  onlar  tələbatı  qətiyyən ödəmirdi.  Uzun  müzakirələrə  baxmayaraq, 

çarizm  Cənubi  Qafqazda,  o  cümlədən  Şimali  Azərbaycanda  ali  təhsil  müəssisəsinin 

yaradılmasına  imkan  verməmişdi.  İlk  ali  məktəbi  də  məhz  XX  əsrdə  ilk  milli 

dövlətimiz yaratdı. 

Lakin bütün bunlara baxmayaraq, hələ XIX yüzilliyin II yarısından etibarən 

Rusiya imperiyasının ali  məktəblərində təhsil alan azərbaycanlı gənclərinin sayı  ilbəil 

artırdı. XX yüzilliyin əvvəlləri də daxil olmaqla bu dövr ərzində həmin məktəbləri 200 

nəfərdən  çox  gənc  bitirmişdi.  Həmin  nəsil  Azərbaycanın  təkcə  sosial,  iqtisadi  və 

mədəni  həyatında  deyil,  ictimai-siyasi  mühitində  də  çox  mühüm  qüvvəyə  çevrilə 

bildi.  Bunların  içərisində  elə  C.Hacıbəyli,  M.Hacınski,  Z.Əhmədbəyov,  C.Hacınski, 

X.Məlikaslanov, A.Səfikürdski, R.Xoyski, H.Ağayev, M.Vəkilov, M.Cəfərov, Ə.Pepinov, 

F.Xoyski,  M.Mirqasımov,  H.Şahtaxtinski,  X.Sultanov,  N.Usubbəyli,  N.Nəri manov, 

X.Rəfibəyov, T.Şahbazi, Y.V.Çəmənzəminli, S.Axundova və onlarla başqalarının adlarını 

çəkmək mü mkündür. Onlardan hər biri XX yüzilliyin əvvəllərində Şimali Azərbaycanın 

həyatında mühüm rol oynamış görkəmli simalard ır. 

Əsrin əvvəllərində milli  mətbuat keyfiyyətcə yeni inkişaf mərhələsinə qalxaraq, 

nəinki sosial-iqtisadi və  ictimai  həyatın  operativ güzgüsünə  çevrilmiş,  həmçinin  bir  çox 

baxımdan  milli  ideyaların  geniş  kütlələrin  malına  çevrilməsi  sahəsində,  müstəmləkə 

əsarətinə  qarşı  milli-azadlıq  hərəkatında  kəsərli  silah  rolunu  oynamışdır.  Görkəmli 

mütəfəkkir  Cəlil  Məmmədquluzadənin  "Molla  Nəsrəddin"  jurnalının  başçılıq  etdiyi 

Şimali Azərbaycan milli mətbuatı bütün müsəlman və türk dünyası mətbuatının şəksiz və 

şəriksiz liderinə çevrilmişdi. 

Ü.Hacıbəyov,  C.Məmmədquluzadə,  Ə.Hüseynzadə,  Ə.Ağayev,  N.Vəzirov, 

Ə.Haqverdiyev,  M.Ə.Sabir  və  bir  çox  başqa  dahilərimiz  Şərq  və  Qərb  mədəniyyəti 

qaynaqlarından bəhrələnməklə özünəməxsus məziyyətlərə  malik elə bir özünəməxsus 

mədəniyyət yaratdılar  ki,  onun dəyəri bu gün də, yüz  ildən sonra da,  nəinki  azalmışdır, 

əksinə, bir çox sahələrdə əlçatmaz zirvə rolunu oynamaqdadır. 

Rusiyada çarizm devrildikdən sonra keçmiş imperiyanın ucqarlarında yaranmış 

müstəqil dövlətlərdən biri  olan  Azərbaycan  Xalq  Cümhuriyyəti  ölkədəki  bütün siyasi 

partiyaları,  milli  azlıqları  və  az-çox  əhəmiyyətli  ictimai  təşkilatları  öz  strukturlarında 

təmsil  etdirən,  öz  fəaliyyətini  onların  rəyi  əsasında  quran  və  məhz  bununla  da 

demokratik prinsipləri həyata keçirən bir siyasi qurum idi. O,  milli  şüur və demokratik 

hərəkatın  inkişafında  ən  yüksək  nöqtə  olmuş,  hər  işdə  Azərbaycanın  və  Azərbaycan 

xalqının bütövlüyü qayəsini, xalq mənafeyinin aliliyin i əsas meyar tutmuşdu. 


 

 

434 



1918-1920-ci illər Azərbaycan xalqının həyatında çox böyük əhəmiyyət kəsb 

edən  bir  dövrdür.  Azərbaycan  məhz  bu  taleyüklü  dövrdə  ilk  dəfə  olaraq  dövlət 

suverenliyini  qazanaraq  dünya  birliyində  layiqli  yer  tutmağa  çalışmışdır.  Bu  dövr 

millətin  həyatında  mühüm  mərhələ  olmaqla  yanaşı,  onun  gələcəyinin  və  istiqlalının 

bünövrəsini qoymuşdur. 

1918-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin yaranması  XIX  əsrin sonu  - 

XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin 

məntiqi  nəticəsi  olmuşdur.  Beşiyi  başında  H.Zərdabinin,  Ə.Hüseynzadənin, 

Ə.Ağaoğlunun,  Ə.Topçubaşovun,  C.Məmmədquluzadənin,  Ü.Hacıbəyovun  və 

başqalarının  durduğu  milli-demokratik  hərəkat  Azərbaycan  Cümhuriyyətini  doğurdu. 

Onlar öz ictimai-siyasi, ədəbi, maarifçilik fəaliyyəti ilə xalqımızda  milli şüurun oyanıb 

inkişaf et məsinə böyük təsir göstərmişlər. 

Azərbaycan  Cü mhuriyyəti  həm  də  bu  dövrdə  genişlənən  və  Avropada 

toplanmış  bütün  nəzəri  və  əməli  təcrübəni  ö zündə  cəmləşdirən  milli-azadlıq 

hərəkatının b ilavasitə nəticəsi idi. 

Eyni  zamanda  Azərbaycan  Cü mhuriyyətinin  yaran ması  həmin  ərəfədə 

Rusiyada  və  bütün  dünyada  baş  verən  ictimai-siyasi  hadisələrin  məntiq i  inkişafı 

nəticəsində yaranmış əlverişli şəraitin məhsulu idi. 

Birinci  dünya  müharibəsinin  doğurduğu  böhran  Rusiyada  köklü  inqilabi 

dəyişikliklərə gətirib çıxard ı.  Fevral inqilabı çar  monarxiyasını devirməklə yanaşı, 

"xalqlar  həbs xanası"  sayılan  Rusiyada  milli-azad lıq  hərəkatının  genişlən məsinə 

səbəb  oldu.  Rusiyada  baş  verən  sonrakı  hadisələr,  xüsusilə,  Oktyabr  çevrilişi 

tərkib ində Azərbaycan nümayəndələrinin də olduğu Zaqafqaziya seyminin  Rusiya-

dan ayrılmaq qərarı ilə nəticələndi. 

1917-c i  ilin  mart ından  1918-ci  ilin  may ına  qədər  cənubi  Qafqa zda 

yaradılmış  mü xtəlif  idarəçilik  qurumları  bölgənin  xalqları  arasında  ciddi 

ziddiyyətlərin  o lduğunu  üzə  çıxardı.  1918-ci  ilin  yazında  azərbaycanlıların 

mənafey inə  zidd  olaraq  Cənubi  Qafqaz  höku mətinin  Os manlı  dövlətilə  müharibə 

etməsi,  onların  erməni-bolşevik  soyqırımına  məru z  qalması  milləti  xilas  etmək 

üçün müstəqil dövlətin  yaradılmasını zəruri edird i. Qanlı mart hadisələrin i yaşamış 

Azərbaycan  xalqının  qabaqcıl  ziyalıları  indi  millətin  xilasın ı  mu xtariyyətdə deyil, 

müstəqillikdə görürdülər. 

Bölgədə  baş  vermiş  hadisələr  son  nəticədə  Zaqafqaziya  dövlətçiliyin in 

ləğvi  və  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  elan  edilməsi  ilə  n əticələndi. 

Cü mhuriyyətin  yarad ılmasını  elan  etməklə  Azərbaycan  Milli  Şurası  millət 

qarşısında  çox  böyük  bir  tarixi  missiyanı  yerinə  yetirdi.  Azərbaycan  milli 

dövlətinin  yaradılması  xalqın  taleyində  tarixi  hadisə  idi.  M.Ə.Rəsulzadə  28  May 

bəyannaməsinin  siyasi  mənasını  yüksək  q iy mətləndirir  və  bunu  bir  nö v 

Azərbaycan  millətin in  varlığının   təsdiqi  hesab  edirdi.  Bu,  Rusiyada  və  dünyada 

gedən sosial-siyasi proseslərin tərkib h issəsi olmaq etibarilə, həmçin in beynəlxalq 

əhəmiyyətli hadisə id i. 


 

 

435 



May ayının 28-də Azərbaycanın istiqlal bəyannaməsini elan etməklə Milli 

Şura  A zərbaycan  xalqının   şərəf  və  namusunu,  onun  məhv  olmaq  təhlükəsi  ilə 

qarşılaşmış  fiziki  mövcudluğunu  xilas  etdi.  Milli  müstəqilliyin i  elan  etməklə 

Azərbaycan  xalqı  ilk  növbədə  itirilmiş  dövlətçiliyini  bərpa  etdi  və  XX  yü zillik 

üçün səciyyəvi olan milli dövlət quruculuğuna başladı. 

İki  il  tarix  üçün  o  qədər  də böyük  zaman  kəsiyi  deyil.  Lakin  bu  iki  ildə 

Azərbaycan  Cü mhuriyyətin in  gördüyü  işlərin  miqyası,  əhə miyyəti  və  mənası 

Azərbaycan xalq ının həyatında olduqca böyük hadisədir.  

Azərbaycan Cü mhuriyyəti ço x  mü rəkkəb tarixi və coğraf i-siyasi şəraitdə 

mövcud  olmuşdur.  Məhz  əlverişli  coğrafi-strateji  əhəmiyyətinə,  təbii-iqtisadi 

sərvətlərinə görə o, dünyanın iri dövlətlərin in marağ ını ö zünə cəlb etmişdi.  

Gənc  Respublikan ın  müstəqilliyinə  və  ərazi  bütövlüyünə  real  təhlükə, 

onun milli mənafeyin in qorunması təsirli tədbirlər görü lməsini tələb edirdi.  

Məhz  1918-1920-ci  illərdə  ermənilərin  A zərbaycanın  əzəli  torpaqların ın 

işğalına  yönəlmiş  siyasəti  daha  həyasız  xarakter  almış,  bu  isə  Azərbaycan 

dövlətçiliy inin  möhkəmləndirilməsi üçün ən cidd i maneəyə çevrilmişdi. Buna görə 

də  ölkənin   ərazi  bütövlüyünü  qorumaq  üçün  Azərbaycan  rəhbərliy i  ço x  böyük 

qüvvə sərf etməli olurdu. 

Bolşevik-erməni  talanlarından  milləti  xilas  etmək  üçün  milli  ordunun 

yaradılması  Azərbaycan  Cü mhuriyyətinin  ən  böyük  xid mətlərindən  biri  hesab 

edilməlidir.  Məhz  qısa  vaxtda  formalaşdırılan   güclü  n izami  o rdu  1919-cu  ildə 

Qarabağda Azərbaycanın suverenliyin i və ərazi bütövlüyünü bərpa etməyə  imkan 

verdi. 

Az  b ir  vaxtda  A zərbaycan  Cü mhuriyyəti  parlamenti,  höku məti,  ordusu, 



gömrük  və  hüquq  mühafizə  orqanları  olan,  milli  rəmzlərə  və  dövlət  atributlarına 

malik,  vətəndaş  haqlarını  və  hüquqlarını  hər  şeydən  uca  tutan  demokratik  b ir 

respublikaya  çevrild i.  A zərbaycanda  milli,  din i,  s iyasi,  sinfi  mənsubiyyətinə  görə 

fərq qoyulmadan vətəndaş ların hüquq və azad lıq ları təmin  edilmişdi. Bu, XX əsrin 

əvvəllərində  yalnız  monarxiya  hərbi-feodal  rejimlərin in  hökm  sürdüyü  Şərqdə 

tarixi feno men id i. Çünki ilk dəfə A zərbaycanda vətəndaş həmrəyliyinə əsaslanan 

demokratik, dünyəvi, unitar dövlət qurulmuşdu. 

İlk  Cü mhuriyyətin  yaradıcılarından  biri  M.Ə.Rəsulzadə  yazırdı: 

"Azərbaycan  Cü mhuriyyətinin   əsas  iradəsi  bütün  vətəndaşların  bərabər  hüquqda 

yaşaması  üzərində  qurulmuşdu.  Burada  hər  bir  insanın  möhtərəm  şəxs,  Azərbaycan 

vətəndaşı  olduğu  üçün  hüququ  saxlanılırdı.  Xoşbəxt  həyatın  ancaq  hürriyyətlə  hasil 

olacağını Azərbaycan Cümhuriyyəti hökuməti ona  izn verilməsini  istəmişdi.  Burada söz azad-

lığı, mətbuat azadlığı, vicdan azadlığı yüksək dərəcəyə çatmışdı". 

Azərbaycan  Cümhuriyyətinin  Parlamenti  hakimiyyət  bölünməsi  və  plüralizm 

prinsiplərinin hökm sürdüyü bir tribuna oldu. Azərbaycanın bütün siyasi qüvvələrinin və 

millətlərinin  təmsil  olunduğu  Parlament  Cümhuriyyətin  demokratik  xüsusiyyətlərini 

güzgü kimi özündə əks etdirirdi. Azərbaycan Parlamenti xalqın milli şüurunun inkişafında 


 

 

436 



mühüm  rol  oynamaqla  bərabər, siyasi və hüquqi  dəyişikliklərin  həyata  keçirilməsində 

mühüm addımlar atmışdı. Parlament əslində ölkədə çoxpartiyalı siyasi sistemin təşəkkül 

tapması  üçün  ilk  meydan  oldu.  Qısa  müddət  ərzində  Parlament  Azərbaycanın  siyasi, 

iqtisadi və mədəni həyatı ilə bağlı çox işlər gördü. 

Cəmiyyətin  siyasi  sisteminin  mühüm  tərkib  hissəsi  olan  partiyalar  dövlətin 

daxili  və  xarici siyasətinin  formalaşdırılmasında aparıcı rol  oynayırdılar,  onların  ictimai-

siyasi  fəaliyyəti,  dövlət  quruculuğunda  tamhüquqlu  iştirakı  üçün  hər  cür  şərait 

yaradılmışdı. 

Azərbaycan  rəhbərliyi  çox  çətin şəraitdə  fəaliyyət  göstərdiyindən  iqtisadiyyatı 

əsaslı surətdə bərpa etmək üçün zəruri vaxt və vəsaitə malik olmamışdı. Bununla bərabər, 

bu  istiqamətdə  bir  sıra  addımlar  atılmış,  birinci  növbədə  sosial-iqtisadi  islahatların 

keçirilməsi  üçün  hüquqi  baza  olan  iqtisadi  qanunlar  qəbul  edilmiş,  dövlətin  iqtisadi 

siyasətini  həyata  keçirən strukturlar,  o  cümlədən vergi  və  maliyyə  orqanları,  Dövlət 

Bankı formalaşdırılmışdı. 

Azərbaycan  mədəniyyətinə  və  xalq  maarifinin  inkişafına  milli  hökumət  və 

parlament xüsusi qayğı göstərmişdir. Belə bir qayğı Azərbaycan demokratik ziyalılarının 

uzun  illərdən bəri  milli  məktəb  və  mədəniyyət  uğrunda apardıqları gərgin  mübarizənin 

bilavasitə təzahürü idi. 

Bütün  məktəblərdə  təhsilin  icbari  qaydada  ana  dilində  qurulması,  maarif 

sahəsində  ruslaşdırma  siyasətinin  nəticələrinin  aradan  qaldırılması,  müxtəlif  səviyyəli 

təhsil  müəssisələrinin,  mədəniyyət  ocaqlarının təşkili,  xüsusən  1919-cu  ildə  Bakı  Dövlət 

Universitetinin  açılması  Azərbaycan  Cümhuriyyətinin  ən  mühüm  xidmətlərindən  biri 

idi. 

AXC höku məti  xarici siyasət sahəsində də müəyyən uğurlar əldə etmişdi. 



Qərbi  Avropanın  və  Asiyanın  bir  sıra  ö lkələrində  Azərbaycan  Cümhuriyyətinin 

diplomatik  missiyası  təsis  edilmiş,  Paris  Sülh  Konfransında  isə  respublikamız  öz 

müstəqilliy inin de-fakto tanın masına nail olmuşdu. 

Hələ  XX  əsrin  əvvəllərində  Azərbaycan  demo kratiyasının  baniləri  insan 

hüquqlarına  hörmət  prinsipini,  dövlətlər  arasında  bərabər  hüquqlu  və  sərfəli 

münasibətlərə  riayət  etməy in  zəruriliy ini,  zor  işlətməyin  yolverilməzliy ini, 

dövlətlərin  ərazi  bütövlüyünə  hörmət  və  daxili  işlərinə  qarış mamaq  prinsipini  öz 

fəaliyyətində əsas tutur və bu prinsiplərə dönmədən əməl edirdilər. 

Artıq  indi,  biz  onların  qəbul  etdikləri  fəaliyyət  prinsiplərin in  nə  qədər 

həyati olduğunu daha aydın dərk edirik. 

1918-1920-c i  illərin  kəsiyində  Azə rbaycan  Cü mhuriyyətin in  da xili 

vəziyyəti  sovet  Rusiyası  və  daşnak  Ermənistanın  bölgədə  yerit diyi  siyasət,  iri 

dövlətlərin   öz  maraqlarını  həyata  keçirmək  üçün  apardıqları  rəqabət,  həmçin in 

ölkədaxili  ziddiyyətlərin  ciddiləşməsi  nəticəsində  daha  da  kəskinləş mişdi. 

Cü mhuriyyətin  mövcudluğunun  son  dövründə  Azərbaycanın  daxilində  çox 

ziddiyyətli  proseslər  gedird i.  Parlamentdə  və  ondan  kənarda  mü xtəlif  siyasi 

qüvvələr bir-b iri ilə  rəqabət, hakimiyyət uğrunda mübarizə aparırdı.  Bütün bunlar 


 

 

437 



isə Xalq Cü mhuriyyətinin fəaliyyətini zəiflədird i.  

Belə bir şəraitdə Azərbaycanın müstəqilliy inə qarşı çıxan  xarici və daxili 

qüvvələrin  təzyiqi  altında  fəaliyyət  göstərən  milli  dövlətimiz  son  nəticədə  süquta 

uğradı. 


Nəticədə  Azərbaycan  Cü mhuriyyətinin  Parlamenti  son  dərəcə  mürəkkəb 

və  ziddiyyətli  şəraitdə  özünün  sonuncu  iclasında  hakimiyyəti  Azərbaycan 

ko mmunistlərinə verərək ö z fəaliyyətini dayandırdı. 

Uğursuz  nəticəyə  baxmayaraq,  A zərbaycan  Cü mhuriyyətinin  iyirmi  üç 

aylıq  fəaliyyəti  xalq ımızın  yaddaşına  əbədi  həkk  olundu.  Azərbaycan  SSR  70  ilə 

yaxın bir dövrdə ko mmunist ideologiyasının hökmran olduğu SSRİ -nin tərkibində 

olmuşdur.  Mürəkkəb,  ziddiyyətli  hadisələrlə  dolu  bu  76  il  müddətində  xalqımız 

böyük  məhru miyyətlərə  uğramış,  soyqırımına  məruz  qalmış,  böyük  itkilər  ver-

mişdir.  Eyni  zamanda bu  müddətdə bütün məhru miyyətlərə baxmayaraq,  xalqımız 

yaşamış, yaratmış, inkişaf etmişdir. Bu 70 il ərzində itkilərimizlə yanaşı, Azərbaycan 

xalqı  böyük  nailiyyətlər  qazanmış,  iqtisadi,  elmi,  mədəni  yüksəlişə  nail  olmuşdur. 

Azərbaycan  bu  dövrdə  öz  müstəqilliyini  faktik  olaraq  itirsə  də,  müstəqil  dovlətin 

atributları olan konstitusiyaya, əraziyə, sərhədlərə formal olaraq malik id i. 

Məhz  dövlətçilik  ənənələrinin,  mədəni,  elmi,  iqtisadi,  kadr  potensialının 

mövcudluğu Azərbaycan xalqına öz varlığını, mədəniyyətini, milli  mənliyini qorumağa 

və  yenidən  dirçəlib  1991-ci  ildə  milli  dövlət  -  Azərbaycan  Respublikası  kimi  tarix 

səhnəsinə çıxmağa imkan verdi. 

1918-1920-ci  illərdə  Azərbaycan  Cümhuriyyətinin  topladığı  böyük  tarixi 

təcrübə,  əsasını  qoyduğu  demokratiya,  demokratik  dövlət  quruculuğu  bu  gün  onun 

hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında dönmədən həyata keçirilir və 

inkişaf  etdirilir.  Tam  əsasla  demək  olar  ki,  varis  öz sələfinin  müstəqillik  və suverenlik 

prinsipini hər şeydən əziz və uca tutur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

438 



Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin