NAĞI bəy ƏLİZADƏ (ƏLİYEV)
(1897 – 1920)
Nəsli-kökü bakılı olan Nağı bəy
Əlizadə (Əliyev) 1897-ci ildə Bakıda
doğulmuĢdu... Podpolkovnik rütbəsində
olan Nağı bəy Azərbaycan Xalq
Cümhuriyyəti yarandıqda onun uğrunda
çalıĢmıĢdı...1919-cu il fevralın 18-də
Azərbaycan Parlamenti öz iclasında
“Parlamenti Mühafizə Polisinin təĢkili”
məsələsini müzakirə etmiĢdi. Müzakirə-
nin gediĢində belə bir strukturun yara-
dılması zəruri hesab edilmiĢ, 4 maddə-
dən ibarət qanun layihəsi təsdiq olun-
muĢdu. Yeni qanuna görə 200 nəfərlik
polis dəstəsinin yaradılması məqbul sayılmıĢdı. M.Ə. Rəsulzadənin
təklifi ilə yeni yaradılan polis strukturu “Parlamenti Mühafizə
Dəstəsi”
adlandırılmıĢdı.(Sənədlərdə “Parlamentin Qoruyucu
Bölüyü” də yazılmıĢdır...). Yeni strukturun təĢkilinə dövlət xəzinə-
sindən 2.200000 manat ayrılmıĢdı. Parlamenti Mühafizə Dəstəsinin
komanda (idarə) heyəti 6 Ģtat vahidi üzrə təsis olunmuĢdu.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin
rəisi podpolkovnik Nağı bəy Əlizadə (Əliyev) təyin edilmiĢdi. Onun
aylıq məvacibi 4500 rublidi.Köməkçisi rotmistr HaĢımbəyov təyin
olunmuĢdu. Məvacibi 3.800 rubl idi. Parlamenti Mühafizə Dəstəsi
Parlamentin Rəyasət Heyətinə tabe olub, onun tərəfindən də
formalaĢdırılır və vazxtaĢırı ona hesabat verirdi. Lakin o bəzi
məsələlərdə... Azərbaycan Cümhuriyyəti DĠN-ə də tabe idi və zəruri
289
hallarda onun tədbirlərinə də cəlb olunurdu...
...Azərbaycan Cümhuriyyəti Parlamentini Mühafizə Polisi-
nin ilk rəisi Nağı bəy Əliyev Azərbaycanda sovet hakimiyyəti elan
olunduqdan sonra bolĢeviklər tərəfindən həbs edilərək, elə 1920-
ci ildə güllələnmiĢdi... Böyük M.Ə. Rəsulzadə özünün “Azərbaycan
Cümhuriyyəti” kütabında qaimməqam Nağı bəy Əlizadəni “Ġstiq-
lal ġəhidi” adlandırmıĢdır...
290
GENERAL-QUBERNATORLAR
MURAD GƏRAY bəy TLEXAS
(1874-1920)
Bakının general-qubernatoru,
general-mayor Murad Gəray bəy
Tlexas milliyyətcə çərkəz idi (çər-
kəzlərdə müsəlmandır).O, 21 oktyabr
1874-cü ildə Kuban vilayətində,
Yekaterinodar (indiki Krasnodar)
Ģəhərində hərbçi ailəsində doğul-
muĢdu. Sankt-Peterburqdakı Mixay-
lovsk Artilleriya Məktəbini bitirdik-
dən sonra, 1904 -1905-ci illər rus-
yapon müharibəsində və Birinci
Dünya müharibəsində (1914-1918)
döyüĢlərdə bərkimiĢ, özünü nümu-
nəvi döyüĢ zabiti kimi göstərərək, Ģöhrət qazanmıĢdı... Murad
Gəray bəy çar Rusiyası ordusunda nümunəvi xidmətinə görə
general-mayor ali hərbi rütbəsinə layiq görülmüĢdü...
...Azərbaycan Xalq Cümhuriyyətinin Murad Gəray bəy kimi
peĢəkar kadrlara ehtiyacı vardı. O cümlədən Daxili ĠĢlər Nazirliyini
də belə kadrlarla möhkəmləndirmək son dərəcə vacib idi. Odur ki,
Azərbaycan hökumətinin baĢçısı və eyni zamand daxili iĢlər naziri
olan N.Yusifbəylinin 1919-cu il 4 dekabr tarixli əmri ilə general-
mayor Murad Gəray bəy Tlexas Bakının general-qubernatoru vəzi-
fəsinə təyin edilmiĢdi. O, Birja küçəsi (indiki Üzeyir Hacıbəyov) 8
nömrəli ünvanda otururdu. M. Tlexas bu vəzifədə AXC-nin süqu-
tuna qədər qətiyyətlə və sədaqətlə xidmət göstərmiĢdi...
291
...General M.Tlexas kabinet məmuru deyildi. Məsul dövlət
vəzifəsində çalıĢan general M. Tlexas gözəl baĢa düĢürdü ki, ona
tapĢırılan çətin vəzifənin öhdəsindən layiqincə gəlməlidir. Əvvəlllər
döyüĢlərdə sınaqdan çıxmıĢ M. Tlexas cinayətkarlıqla mübarizədə
və müstəqil, milli dövlətimiz əleyhinə çalıĢan qüvvələrə qarĢı
barıĢmaz və amansız idi. General M. Tlexas Bakı qradonaçalnikinə,
Bakı və Sabunçu polismeysterliklərinə pristavların, digər polis
məmurlarının və qorodovoyların xidməti fəaliyyətində qanunçuluğa
riayiət etmələrinə həmiĢə ciddi nəzarət edir,nizam-intizamı diqqətdə
saxlayırdı. O, Bakı Ģəhərində və bütövlükdə Bakı quberniyasının
hər yerində qayda-qanunun möhkəm olması, asayiĢin mühafizəsi,
cinayətkarlıq və onun növləri ilə, xüsusilə, bolĢeviklərin Azərbay-
can hökuməti əleyhinə gizli fəaliyyətinə qarĢı tədbirlər görürdü.
Cinayət hadisəsi baĢ verəndə general-qubernator dərhal orada görü-
nərdi. General Murad Gəray bəyin Milli Ordumuzun formalaĢması,
inkiĢafında da xidmətləri vardı. Buna görə Azərbaycan Xalq
Cümhuriyyətinin hərbi naziri S. Mehmandarov DĠN-ə göndərdiyi
iki məktubda ona xüsusi minnətdarlığını yazmıĢdı...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolĢevik-
lər general-mayor M. Tlexası bağıĢlamadılar və onu dərhal elə
1920-ci il aprelin 28-də həbs etdilər. Onu güya inqilabçı bolĢevik
Əli Bayramovun qəsdən qətlə yetirilməsinin təĢkilatçısı ittihamı ilə
mühakimə esdərək, iĢgəncələr verdilər. Güya Bakı Polismeysterli-
yinin Xəfiyyə ġöbəsinin rəisi Əbdül Məcid Reburov və onun
əməliyyatçıları, Bakının 4-cü polis sahə pristavının müavini
Süleyman bəy Sübhanverdixanov bolĢeviklər Əli Bayramov və
Həbib Cəbiyevin Azərbaycan Parlamentinin üzvü Ə.H. Qarayevin
evində gizləndiyini bilib evi mühasirəyə alanda əməliyyata general
M. Tlexas özü Ģəxsən rəhbərlik etmiĢdir... Məhkəmədə bu iĢin polis
tərəfindən təĢkil olunması irəli sürülmüĢdü. Murad Gəray bəyin
istintaqını 11-ci ordunun Siyasi Ġdarəsinin Xüsusi ġöbəsinin keçmiĢ
rəisi, həmin vaxt isə Azərbaycan SSR Fövqəladə Komissiyasının
(FK) sədri vəzifəsini tutmuĢ, cəllad Semyon Pankratovun rəhbəri
olduğu FK-nın baĢ müstəntiqi Adamyan aparırdı. 10 gün ərzində
isintaq və mühakimə olunan General M.Tlexas Ali Ġnqilabi
Tribunalın 28 may 1920-ci il tarixli 1 nömrəli hökmü ilə ölüm
292
cəzasına məhkun edilmiĢdi. Hökmü Ali Ġnqilabi Tribunalın sədri
Teymur Əliyev imzalamıĢdı.
BolĢevik Əli Bayramovun qətlində günahı sübut olunmama-
sına baxmayaraq, general Murad Gəray bəy Tlexas 1920-ci il mayın
29-da Bakıda gecə saat 2-də güllələnmiĢdi. Bu zaman onun cəmi 46
yaĢı vardı. Böyük Məhəmməd Əmin Rəsulzadə özünün “Azərbay-
can Cümhurlyyəti” kitabında Murad Gəray bəy Tlexası (kitabda
Dəlxas yazılıb) “Ġstiqlal ġəhidi” adlandırmıĢdır...
TEYMUR bəy MƏLİK-ASLANOV
(1889 - 1920)
Teymur bəy Ağa bəy oğlu Məlik-
Aslanov 1889-cu ildə Qarabağda, ġuĢa
qəzasının Dizaq sahəsinin (indi Hadrud-
dur, 1939-cu ilədək Dizaq adlanırdı) Tuğ
kəndində əsilzadə ailədə anadan olmuĢ-
du. Onun özündən 10 yaĢ böyük qardaĢı,
Azərbaycanın görkəmli ictimai-siyasi xa-
dimi Xudadat bəy Məlik-Aslanov (1879-
1935) Azərbaycan Xalq Cümhuriyyətinin
ilk yollar, poçt və teleqraf naziri olmuĢ,
repressiyayaya məruz qalmıĢdır...Teymur
bəy özü isə Peterburq Yol Mühəndisliyi
Ġnstitutunu bitirmiĢ, AXC dönəmində
Azərbaycan Dəmir Yol Ġdarəsinin rəisi
və Bakı Dəmir Yolunun general-
qubernatoru olmuĢdu...
...Teymur bəy Məlik-Aslanov Azərbaycanda sovet hakimiy-
yəti qurulduqdan sonra milli qüvvələrimiz tərəfindən Gəncə üsya-
nında (24 may-4 iyun 1920-ci il) bolĢevik-rus-daĢnak qüvvələrinə
qarĢı fəal iĢtirak etmiĢdi. Odur ki, üsyan qan içində yatırıldıqdan
sonra Azərbaycan FK əməkdaĢları tərəfindən həbs edilmiĢdi. Azər-
baycan SSR Ġnqilabi Hərbi Səhra Məhkəməsi 1920-ci il iyulun 17-
293
də 14 nəfər kommunistin Ģahidliyi və qondarma ifadələr əsasında
keçmiĢ müsavatçı, Azərbaycan Cümhuriyyəti Dəmir Yolunun və
Bakı Dəmir Yolu üzrə general-qubernator Teymur bəy Məlik-As-
lanovun edam olunması haqqında hökm çıxarmıĢ (orada deyilirdi
ki, hökmdən kassasiya Ģikayəti vermək olmaz), onun evindən 28
min 340 rubl dəyərində əĢyası müsadirə olunmuĢdu. Hökm elə
həmin ay yerinə yetirilmiĢdi...
MƏHƏMMƏD KOVXA
(1859 – 1933)
Məhəmməd Mahmud oğlu Kovxa
(Mahmudov) (xalq arasında Məmməd
Koxa kimi məĢhur olmuĢdur) Azərbay-
can Xalq Cümhuriyyəti dövründə türklə-
rin köməyə gəliĢi zaman (1918-ci ilin
iyununda) Qazaxın general-qubernatoru
olmuĢdu. Bu zaman ay yarım idi ki, hə-
min vəzifədə Hacı Kərim Sanılı (1878-
1937) idi. H. Sanılı sol menĢevik idi və
general-qubernator
vəzifəsinə
gürcü
menĢevik hökumətinin köməkliyi ilə...
gəlmiĢdi. Onun M. Kovxa ilə köhnədən
düĢmənçiliyi vardı. Lakin nüfuzlu mül-
kədar nəslindən olan M. Kovxanı yerli əhali müdafiə edirdi və
onların tələbiylə H. Sanılı vəzifədən kənarlaĢdırılmıĢ və Azərbaycan
Cümhuriyyəti hökumətinin qərarı ilə general-qubernator vəzifəsinə
təyin edilmiĢdi.
M. Kovxa öz xeyirxah əməlləri ilə hələ general-qubernator
vəzifəsinə təyin edilməmiĢdən əvvəl el-oba arasında böyük hörmət
qazanmıĢdı . M. Kovxa hələ 1914-cü ildə Avey dağından camaata
bulaq çəkdirmiĢdi. Qeyrətli Ģəxsiyyət olub. Xalqın xeyir-Ģərində
yaxından iĢtirak edib, onlara dayaq durub, əl tutub... M. Kovxa
1914-1920-ci illərdə erməni-daĢnak dəstələrinə zərbə vuranlardan
294
biri idi.General-quberator iĢlədiyi dövrdə (1919-cu ilin oktyabrı-
nadək) Qazaxda ciddi qayda-qanun yaratmıĢdı...Böyük milli qürura
malik Ģəxsiyyət idi Məhəmməd Kovxa. Oğlu Həmid bəy də Gəncə
hərbi məktəbinin ilk məzunlarından biri kimi sovet hakimiyyətinə
qarĢı mübarizə aparmıĢdı...
Təəssüf ki, Məhəmməd Kovxada repressiya qurbanlarından
biri olan Ģəxsiyyətlərimizdən, milli istiqlal fədailərimizdəndir. M.
Kovxa Qazax qəzasında “Həqiqət ordusu” adlı antisovet təĢkilatı-
nın fəal üzvü olmuĢdu... M. Kovxa acı tale yaĢamıĢdır. 1926-cı il-
dən baĢlayaraq, sovet hakimiyyət orqanları onun ailəsini də repres-
siyaya baĢlamıĢdılar. Özü oğlu Həmid ilə bir müddət Türkiyədə-
SarıqamıĢda yaĢasa da, ailəsinin repressiya edilməsinə dözməyərək,
Qazaxa qayıtmıĢdı...1929-cu il sentyabrın 14-də 70 yaĢlı qocanı
sovet hakimiyyətinin düĢməni kimi BaĢ Dövlət Siyasi Ġdarəsinin
(BDSĠ) müstəntiqi Revaz Xaçikyan dindirmiĢdi... M. Kovxa 1929-
1933-cü illərdə sürgün həyatı yaĢayıb. Vəfatından əvvəl artıq huĢu
da getmiĢdi. Qazaxın sabiq general-qubernatoru Məhəmməd Kovxa
1933-cü ilin payızında 74 yaĢında sürgündə ürəyi partlamaqla
dünyasını dəyiĢmiĢdir...
XOSROV bəy SULTANOV
(1879 – 1947)
Qarabağın general-qubernatoru olmuĢ Xosrov bəy Sultanov
1879-cu il mayın 10-da Zəngəzur qəzasının Hacısamlı bəyliyinin
(Hacısamlı-Qaraçorlu bölgəsinin də yazılır) QasımuĢağı obasında
Qurdqajı (Qurdhacı da deyilir) kəndində mülkədar ailəsində anadan
olmuĢdu. Bu kənd yaĢayıĢ məntəqəsi, yurd yeri kimi çox qədimlərə
gedən tarixə malikdir. Kəndin ilk adı Qurdgəzi olmuĢdur. Qurdqajı
(Qurdhacı) çayının sahilində yerləĢirdi (kənd hazırda Laçın rayonu-
nunun ərazisinə daxildir). Xosrov bəyin atası böyük nüfuza və var-
dövlətə sahib, müdrik kəlamlar ustadı, millətpərvər Əli PaĢa bəy
295
(1837-ci ildə doğulmuĢdu) Xanmurad
bəy
oğlunun ailəsində dünyaya
gəlmiĢdi.
Əli PaĢa bəy Kəbirli mahalın-
dan, Pərioğulular obasından Abbas-
qulu bəyin qızı Bəyim xanımla ailə
həyatı qurmuĢdu. Bu izdivacdan Sul-
tan bəy (1871-1955), Xosrov bəy
(1879-1947), Ġsgəndər bəy (1897-
1923) və Rüstəm bəy oğulları (1875),
Aftab xanım (1867) adlı qızı dünyaya
gəlmiĢdi. Əli PaĢa bəyin ikinci arvadı
Seyidlər obasından Hacı Mir Əziz
ağanın qızı idi. Həmin nikahdan da
Zülfüqar bəy, Bahadur bəy, Ġsrafil bəy
adlı oğulları, Ziba xanım və Məhbub xanım adlı qızları doğul-
muĢdu. Beləliklə, Əli PaĢa bəyin 11 övladı vardı.
Əli PaĢa bəyin böyük oğlu Sultan bəy (əsl adı Əli PaĢa bəyin
ana babasının adını qoyduğu Əsəd Sultan idi) və qardaĢ-bacıları
PaĢa bəyin əsas kəndi Qurqajı olsa da, onlar bir müddət Nağdalı
kəndində yaĢamıĢdılar... Böyük mülkədar olan Əli PaĢa bəy və
övladlarının dədə-baba peĢələri qoyunçuluq və maldarlıqla məĢğul
olmaq idi.Onlar yayda Qurdqjl kəndinin ən uca yeri olan Qarapalçıq
dağının zirvəsində tikdikləri “Dağ evi”ndə yaĢayırdılar. Əli PaĢa
bəy və həyat yoldaĢı, Qarabağ xanlarının nəslindən olan Dilrüba
xanım oğlanları Xosrov bəyin həkimlik və Sultan bəyin isə hərb
sənətinə yiyələnmələri üçün heç nələrini əsirgəməmiĢdilər. Beləki,
onlar Sultan bəy Sankt-Peterburq Hərbi Akademiyasına, Xosrov
bəyi isə Odessadakı “Novorossiysk” Universitetinə oxumağa
göndərmiĢdilər.Rüstəm bəy isə Sankt-Peterburq Texnologiya
Ġnstitutunu bitirib ali təhsilli neft mühəndəsi kimi çalıĢmıĢdı.
QardaĢlardan Bahadur bəy hələ cavan ikən naməlum adamlar
tərəfindən qətlə yetirilmiĢdi. Sonralar Sultan bəy qardaĢının qisasını
qatillərdən almıĢdı... Əli PaĢa bəy ermənilərin Zəngəzur qəzasına,
hətta ġuĢa Ģəhərinə hücumlarının qarĢısını alanda baĢçılıq etdiyi
296
dəstəsilə hünərlər göstərəndə, ona ən yaxın yardımçı xalq
qəhrəmanına çevrilmiĢ böyük oğlu Sultan bəy idi.
... Xosrov bəy ilk təhsilini Gəncə Klassik Gimnaziyasında, ali
tibb təhsilini isə Ukraynannın Odessa Ģəhərindəki “Novorossiysk
Universitetində” və Xarkov Ģəhər Universitetində (1903) almıĢdı.
O, Odessa Universitetində xalqımızın böyük oğlu N. Nərimanovla
birlikdə oxumuĢ və onunla dostluq etmiĢdi. Tarixi ədəbiyyatda yazı-
lana görə, hələ tələbə olarkən nadinc bir rus oğlan Ģəhərin mərkə-
zində, Xosrov bəyin yaĢadığı küçənin yaxınlığında bir qızla kobud
davrandığına görə Xosrov bəy həmin oğlanın yumruq və təpiklə
dərsini vermiĢdi. Buna görə həmin rus oğlan Xosrov bəyi duelə
çağırmıĢdı. ”Dueli” qəsdən elə təĢkil etmiĢdilər ki, ilk gülləni rəqib-
atmalı olmuĢdu. Rəqib ilk atəĢdə Xosrov bəyi sol gözündən yarala-
mıĢdı. Lakin yaralı və həyəcanlı olmasına baxmayaraq, Xosrov bəy
sərrast cavab atəĢilə rəqibini biryolluq yarə sərmiĢdi. ĠĢ elə gətirir
ki, sonralar həmin qızla Xosrov bəy ailə qurur və bu evlilikdən
onların bir oğlu dünyaya gəlir. Xosrov bəy babası Xanmuradın
Ģərəfinə oğluna Murad adını qoyur.Lakin Murad azyaĢlı ikən
xəstələnir və dünyasını dəyiĢir. Bu, Xosrov bəyə dərd olmuĢdu.
...Xosrov bəy Sultanov Tiflisdə Azərbaycan Xalq Cümhuriy-
yəti elan olunan zaman ona imza atmıĢ 24+2 nəfər görkəmli ictimai-
siyasi xadimlərdən biri idi. 1918-ci il mayın 28-də F. Xoyskinin təĢkil
etdiyi Azərbaycan Cümhuriyyətinin 1-ci hökumət kabinetində
müsavatçı X. Sultanov Azərbaycanın ilk hərbi naziri olmuĢdu (2-ci
və 3-cü hökumət kabinetlərində isə əkinçilik naziri kimi fəaliyyət
göstərmiĢdi). O, hökumətin qərarı ilə N.Yusifbəyli və ġ. Rüstəmbəyli
ilə birlikdə Gəncəyə əmin-amanlığı bərpa etməyə göndərilmiĢdi.
Azərbaycan milli-azadlıq hərəkatının fəal iĢtirakçısı olan X.
Sultanov hələ 1917-ci ildə “Müsavat” partiyasına daxil olmuĢ, Ru-
siya Müəssisələr Məclisinə deputat seçilmiĢdi... Vaxtıilə Müsəlman
fraksiyasının tərkibində Zaqafqaziya Seyminin üzvü olmuĢ X. Sul-
tanov sonra “Ġttihad” partiasına keçmiĢdi... Azərbaycan Parlamenti
təsis olunanda - 1918-ci il dekabrın 7-də onun tərkibinə daxil
edilmiĢdi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ertəsi gün,
1918-ci il mayın 29-da Cənibi Qafqazda sülh və əmin-amanlıq yara-
297
nacağını zənn edən Azərbaycan hğkuməti özünə paytaxt tapa bilmə-
yən daĢnak Ermənistanı Respublikasına qədim türk yurdu Ġrəvanı
güzəĢtə getmiĢdi. Bu, ciddi səhv idi və ermənilər ĢirnikləĢərək, ərazi
iddialarını davam etdirirdilər...
1918-ci il iyulun 22-də Qarabağın dağlıq hissəsindədəki
ermənilər “müstəqil” olmaq cəhdi göstərərək, xalqımızın qatı düĢ-
məni, Türkiyədən qulağı kəsilməklə qovulmuĢ general Andronik
Ozanyan (general rütbəsini ona türkləri sataraq rus ordusuna tərəf
keçdiyi üçün Rusiya vermiĢdi) həmin qiyamçılara kömək məqsədilə
silahsız azərbaycanlılara qarĢı qırğınlar törədərək Zəngəzurdan
ġuĢa qəzasına keçmiĢdi. Odur ki, Zəngəzur qəzasının mərkəzi
Gorusdan Qubadlının Dondarlı kəndinə köçürülmüĢdü. Andronik
isə Gorusu tutaraq azərbaycanlılara qarĢı soyqrımını davam
etdirirdi... Belə Ģəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin daxili
iĢlər naziri X.Xasməmmədov Azərbaycan hökumətinə məruzə
təqdim edərək, Qarabağda müvəqqəti general-qubernatorluq yara-
dılması təklifiylə çıxıĢ etdi. Təklif qəbul olundu və 1919-cu il yan-
varın 13-də Gəncə quberniyasından ayrılmaqla ġuĢa, CavanĢir, Cəb-
rayıl və Zəngəzur qəzaları əsasında Qarabağ General-Quberna-
torluğunun təsis edilməsi haqqında qərar çıxardı.
1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin növbəti
iclası oldu. Ġclasda daxili iĢlər naziri X. Xasməmmədovun Qarabağ-
dakı vəziyyətə dair məruzəsi dinlənildi. ”Azərbaycan hökumətinin
qərarlar” jurnalından aydın olur ki, həmin iclasda razılaĢdırılmıĢdı
ki, məruzədə göstərilən hüquq və vəzifələrlə müvəqqəti general-
qubernator vəzifəsi təsis olunsun. DĠN-ə tapĢırılsınki, hökumətin
növbəti iclasınadək general-qubernator vəzifəsinə namizəd göstərsin
və onun sərəncamına nə qədər məbləğdə vəsait buraxılmasının
zəruriliyi barədə öz mülahizələrini təqdim etsin. Məruzədə adları
çəkilən dörd qəzadan ibarət vahid müvəqqəti general-qubernatorlu-
ğun zəruriliyi hüquqi əsaslar, dəlillərlə və real situasiyaya əsasən
izah olunmuĢdu. Məruzədə həmçinin general-qubernatorun dəqiq
və konkret vəzifələri də müəyyənləĢdirilmiĢdi. Buraya erməni
separatçı hərəkatına qarĢı mübarizə və onun tamamilə ləğv edilməsi,
yuxarıda göstərilən qəzalarda qəti qayda-qanun yaradılması, yerli
hakimiyyətin təĢkili, qaçqınların ərzaqla təchiz olunması, onlara
298
köməklik göstərilməsi və əvvəlki yaĢayıĢ yerlərinə qaytarılması
daxil idi. Bu iĢlərin həyata keçirilməsi məqsədilə general-
qubernatorun yanında ona kömək üçün Xosrov bəyin sədrliyi ilə
xüsusi ġura yaradılması nəzərdə tutulmuĢdu. ġuranın tərkibinə
hərbi, ərzaq, himayəçilik və səhiyyə nazirliklərinin məĢvərətçi səsi
olan nümayəndələri daxil olmalı idi.
Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il tarixli icla-
sında Qarabağın general-qubenatoru vəzifəsinə namizəd də təklif
olunmuĢdu. Daxili iĢlər naziri X. Xasməmmədov tərəfindən irəli
sürülmüĢ namizəd Bakının polismeysteri və qradonaçalniki (quber-
nator hüququna bərabər vəzifə,Ģəhər rəisliyi idi) vəzifələrində
çalıĢmıĢ Quda Əliyeviç Qudiyevi (bəzi ədəbiyyatda Puda, Qud
yazılıb.Quda düzdür) Daxili ĠĢlər Nazirliyi təcrübəli, hərbi xidmətin
müxtəlif pillələrini bit-bir keçmiĢ məmur kimi xarakterizə edərək,
namizədliyini müdafiə edirdi. Lakin Q. Qudiyevin yeganə və həmdə
əsas çatıĢmayan cəhəti Azərbaycan dilini bilməməsiydi. Üstəlik, o,
Qarabağ bölgəsinə də yəqinki, çox yaxından bələd deyildi. Çünki,
Q. Qudiyev Dağıstanda Ter Vilayətinin Nazran Dairəsində anadan
olmuĢ milliyyətcə inquĢ idi (bu faktı ilk dəfə dövriyyəyə BDU-nun
professoru, tarix elmləri doktoru Ġsmayıl Musayev daxil etmiĢdir...).
Beləliklə, görkəmli ictimai-siyasi xadim, Qarabağı yaxĢı
tanıyan Xosrov bəy Sultanov Azərbaycan Parlamenti və Höku-
mətinin 1919-cu il 15 yanvar tarixli iclasının birgə qərarı ilə yeni
təsis olunan müvəqqəti Qarabağ General-Qubernatorluğunun baĢçısı
təyin edilmiĢdi. Bakıda təçkilati iĢlərini baĢa vuran X. Sultanov
1919-cu il fevralın 10-da general-qubernatorluğun mərkəzi ġuĢa
Ģəhərinə gəlmiĢ, səhərisi günü Ģəhər baĢçısı Q. ġahnazarovu, yepis-
kop Vahanı yanına çağırtdırıb vəziyyətin stabilləĢdirilməsi üçün
onlarla danıĢıq aparmıĢdı. X. Sultanov fevralın 12-dən əməli olaraq
vəsifəsinin icrasına baĢlamıĢdı.
...Ermənilərin Azərbaycan torpaqlarına və əhalisinə qarĢı təca-
vüzkarlıqları, fitnə-fəsadları səngimək bilmirdi.Odurki, Qarabağ
General-Qubernatorluğu ilə yanaĢı, 1919-cu il fevralın 28-də Azər-
baycan hökumətinin qərarı ilə erməni-daĢnakların hücumlarını mü-
təĢəkkil surətdə dəf etmək və bölgədə qayda-qanunu yaxĢılaĢdırmaq
məqsədilə paytaxtı Naxçıvan olan Cənub-Qərbi Azərbaycan Gene-
299
ral-Qubernatorluğu yaradılmıĢ, Bəhram xan Naxçıvanski general-
qubernator vəzifəsinə təyin edilmiĢdi...
...X. Sultanov vəzifəsinin icrasına baĢlamasından 3 gün sonra,
1919-cu il fevralın 15-də qəza rəislərinin və ictimai xadimlərinin ilk
müĢavirəsini keçirmiĢdi. MüĢavirədə əsasən kəskinləĢmiĢ erməni və
Azərbaycan münasibətləri müzakirə olunmuĢdu. Ġclasda ġuĢanın
qəza rəisi AbıĢ bəy Qalabəyov, Zəngəzurun qəza rəisi Camal bəy
Sultanov, CavanĢir qəzasının rəisi Bəhram bəy Məlik-Abbasov və
baĢqaları çıxıĢ etmiĢdilər. Zəngəzur qəzasının rəisi Camal bəy Sul-
tanov öz çıxıĢında qəzada olan ağır vəziyyəti, ABġ-ın, Böyük Brita-
niyanın, Rusiyanın və digər ölkələrin Andronikə həm hərbi, həm
pul, həm də ərzaq yardımları etməsindən danıĢmıĢdı. Müzakirədə
qeyd edilmiĢdi ki,Andronikin qaniçən, quldur dəstəsində 1000 nəfər
vardır və bu dəstənin təcavüzü nəticəsində təkcə Zəngəzur qəzasın-
da 166 kənd talan edilmiĢdir... Fevralın 17-də general-qubernator-
luqda növbəti müĢavirə olmuĢdu. MüĢavirədə iĢtirak edən ingilis
qoĢunlarının ġuĢadakı nümayəndəsi kapitan Seyral bildirmiĢdiki,
Andronikin dəstəsinin ləğvi ilə onlarda məĢğuldur... ġuĢadakı Brita-
niya missiyası adından çıxıĢ edən mayor Monk-Mezon isə Qarabağ
Erməni Milli ġurasına müraciətlə bütün erməniləri hökumət orqanı-
na tabe olmağa çağırmıĢdı. O, bildirmiĢdi ki, Zəngəzur, ġuĢa, Ca-
vanĢir və Cəbrayıl qəzalarının müvəqqəti general-qubernatorluğu
Briyaniya komandanlığının razılığı ilə təsis edilmiĢdir. Qubernator-
luğun mülki hissə üzrə müavini də ermənidir... Britaniya missiyası
əhaliyə bəyan edirki,Qarbağ General-Qubernatorluğunun bütün gös-
təriĢ və sərəncamları hamı üçün məcburidir və hər hansı itaətsizlik
göstərilməsinə qarĢı ən qətiyyətli tədbirlər həyata keçiriləcəkdir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökumətinin
1919-cu il 13 və 15 yanvar tarixli birgə qərarı ilə Gəncə quberniya-
sından ayrılaraq birbaĢa DĠN-ə tabe olmaqla təĢkil edilən Müvəq-
qəti Qarabağ General-Qubernatorluğuna məhz X. Sultanovun rəhbər
təyin olunması (rəsmi surətdə 29 yanvar 1919-cu ildən) separatçı
ermənilərin, daĢnakların, DaĢnak Ermənistanının, hətta ikiüzlü si-
yasət yeridən ingilislərin narazı qalmasına səbəb olmuĢdu. Belə ki,
Xosrov bəyin Qarabağın genera-qubernatoru təyin edilməsini
Bakıdakı müttəfiq qoĢunların komandanlığı rəsmən yalnız 1919-cu
300
il aprelin 3-də tanımıĢdı. Sonrakı hadisələr sübut etmiĢdi ki, ingilis-
lər heç də Azərbaycan hökumətinin Qarabağdakı tədbirlərinə səmi-
mi olmamııĢlar. X. Sultanov Azərbaycan hökumətinə göndərdiyi
məlumatlarda real faktlarla bildirirdi ki,”Qarabağ və Zəngəzur
məsələlərinin həllində ingilis köməyindən qətiyyətlə imtina etmək
lazımdır, onlar bu iĢdə bizə yalnız maneçilik törədirlər”.
Azərbaycan Cümhuriyyəti Nazirlər ġurasının 1919-cu il 29
yanvar tarixli iclasında müəyyən məsləhətləĢmələrdən sonra
“CavanĢir, ġuĢa, Cəbrayıl və Zəngəzur qəzalarına general-quberna-
tor təyin edilməsi haqqında“ DĠN-in məruzəsi dinlənilmiĢdi. Ġclasda
X.Sultanovun general-qubernator təyin edilməsi,Nazirliyin 20
milyon manatlıq fondundan general-qubernatorun ehtiyacları üçün 5
milyon manat ayrılması, həmin məbləğdən 1 milyon manatın gene-
ral-qubernatorun sərəncamına indi buraxılması,ondan isə 728.300
manatın qubernatorluğun Ģtatının saxlanması, 600 nəfərlik süvari
dəstəsinin təĢkili və 1 ay müddətində təmin olunmasına, 271 ma-
natın isə gözlənilməz, təcili tədbirlərə xərclənməsi, yuxarıda qeyd
olunan dəstənin sayının 3000 min nəfərə qaldırılmasının mümkün-
lüyünü etiraf etməklə hökumətin xüsusi göstəriĢi ilə həyata keçiril-
məsi qərara alınmıĢdı. Ġclasın qərarı ilə general-qubernatorluğun
müavinliyinə (hərbi məsələlər üzrə) əslən Qubadlıdan olan Çingiz
Ġldırım (10 iyul, 1890 Qubadlı- 1938, Moskva, Suxanovka,
güllələınib) təyin olunmuĢdu.
X. Sultanova tapĢırılmıĢdı ki, Dağlıq Qarabağda ermənilərin
separatçı çıxıĢlarına son qoyub orada qayda-qanun yaratsın. X.
Sultanov tapĢırılan vəzifənin öhdəsindən layiqincə gəlmiĢdi. O,
böyük qardaĢı, məĢhur xalq qəhrəmanı Sultan bəylə ermənilərə
qarĢı həmiĢə sərt mövqedə durmuĢ, onlara dəfələrlə sarsıdıcı
zərbələr endirmiĢdı...Ermənilərin müstəqil Xalq Cümhuriyyətimizin
ərazi bütövlüyünə və varlığına qarĢı mənfur niyyətlərini Xosrov
bəy puç etmiĢdi. 1919-cu il martın 21-dən 30-dək davam edən Əs-
kəran döyüĢlərində X Sultanov general-mayor Həbib bəy Səlimo-
vun (1881-1920) komandanlıq etdiyi Azərbaycan Ordusunun qüv-
vələrini də cəlb etməklə Ġrəvandan Qarabağa göndərilmiĢ daĢnak
generalı Dro (Drostamat) Kanayanın və “Dəli Qazar”ın quldur-
terrorçu dəstələrini darmadağın etmiĢdi. DüĢmənlərə qarĢı vahid və
301
mərkəzləĢdirilmiĢ qüvvələrin yaradılmasını zəruri hesab esdən
Xosrov bəy 1919-cu il aprel ayının 2-də Bakıya Nazirlər ġurasının
sədrinə göndərdiyi məktubunda yazırdı ki, ağır anda qanuna görə
general-qubernatorluğun hakimiyyəti BaĢ komandanın hakimiyyə-
tinə bərabər tutulur və general-qubernatorluğun ərazisindəki silahlı
qüvvələr onun tabeliyinə keçməlidir.Çünki bunu mövcud vəziyyət
tələb edir...
1919-cu il aprelin 5-də Xosrov bəy general-qubernatorluğun
fəaliyyəti ilə xalqı tanıĢ etmək üçün rəsmi dövlət qəzeti olan
“Azərbaycan” ın müxbirinə olduqca maraqlı müsahibə vermiĢdi...
X. Sultanov 1919-cu il aprelin 6, 7 və 14-də Azərbaycan
hökumətinə yeni məktublar ünvanlamıĢdı. Azərbaycan hökumətinin
baĢçısına ünvanladığı 14 aprel tarixli məktubunda bildirirdi ki, Qa-
rabağ General-Qubernatorluğuna aid ərazilərin məsələsini qəti həll
etmək üçün kifayət qədər hərbi sursatlı 2 min nəfər əsgər bəs edər
və bu məqsədlə də bölgələrdəki hərbi hissələrin onun tabeçiliyinə
keçməsini xahiĢ edir. Əks təqdirdə, istefaya buraxılmasını xahiĢ
edir. ”Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
19 aprel 1919-cu il tarixli iclasında Nazirlər ġurasının sədri N.Yu-
sifbəyli X. Sultanovun rəhbərlik etdiyi generai-qubernatorluqdakı
hərbi hissələrin ona tabe olması haqqında əlavə vəsadətinə dair
məruzə ilə çıxıĢ etmiĢdi. Ġclasda Qarabağ General-Qubernatorluğu-
nun hüdudlarında yerləĢən hərbi hissələrin Xosrov bəyin icazəsi və
razılığı ilə hərəkət etməsi və onun məsul olması qərara alınmıĢdı.
Hökumət baĢçısı N.Yusifbəyli bu qərara uyğun olaraq Hərbi
Nazirliyə X. Sultanovun vəsadətini yerinə yetirməyi və həmin
sahədə ona kömək göstərmək barədə sərəncam vermiĢdi.
Xosrov bəy baĢ nazir N.Yusifbəyliyə göndərdiyi məktubda
yazırdı: ”XahiĢ edirəm, xəzinəyə birdəfəlik 200 min manatdan az
olmayaraq, pulun (daha yaxĢı olardı ki, mənim vasitəmlə) köçürül-
məsi haqqında sərəncam verəsiniz ki, mən bu pulu ehtiyac olan hal-
larda xəzinəyə buraxım.Bu, ermənilərin xəzinədəki pulları ələ
keçirə bilmək imkanı ilə izah olunur. Tezliklə, Andronikin “məsə-
ləsi”ni ləğv etmək üçün gördüyümüz fəal və qəti hərəkətlər
haqqında məruzə hazırlanacaqdır. Bir ay ərzində ermənilərlə və
ingilislərlə apardığımız dinc, ehtiyatlı siyasət heç bir nəticə vermə-
302
yərək, məsələni yubadır. Ermənilərin hər yerdə hərəkətlərindən
görünür ki, onlar güclü hazırlığa malikdir. XahiĢ edirəm, hərbi
nazirə sərəncam verəsiniz ki, əvvəlcə geyim ləvazımatı hazırlığı
olmadan orduya çağırıĢ keçirilməsin. Dünən yerli batalyonun his-
sələri içərisində ayaqqabı, geyim çatıĢmazlığı ucbatından narazılıq
olmuĢdur. Mən iĢə qarıĢmasaydım, bu, kəskin xarakter alardı. Dörd
qəzada hazırda sakitçilikdir. Vəd olunmuĢ patronları almamıĢam”.
X. Sultanov Qarabağda ingilis siyasəti ilə əlaqədar yaranmıĢ
vəziyyəti aradan qalırmaq üçün 1919-cu il iyun ayının 4-də saat
10-da ġuĢada general-qubernatorluğun binasında müttəfiq qoĢunla-
rın nümayəndəsi polkovnik D. ġatelvortla görüĢüb söhbət aparmıĢ-
dı... Onun da razılığı əsasında gizli yolla ġuĢaya silah gətirən Ermə-
ni Milli ġurasının fəal separatçı üzvləri, ġuĢa keĢiĢləri Ter-Ovanes-
yan, Mirzəbekov, Vartapetovlar, həmçinin E. ĠĢxanyan, Avetisyan
və Tumanyansı həbs edib, iyunun 5-də səhər saat 9-da ingilis ko-
mandanlığının nümayəndəsi Azərbaycan məmurlarının müĢayiəti və
ingilis əsgərlərinin mühafizəsi alyında onların Qarabağ hüdüdların-
dan çıxarılmasına, əvvəl Tiflisə, oradan da Ermənistana ötürülməsi-
nə nail olmuĢdu. Ġyunun 5-də X. Sultanovun yanına gələn R.N. Mə-
lik-ġahnazarov ġuĢada baĢ verən faciəli hadisələrin dayandırılma-
sında gördüyü təsirli tədbirlərə görə onunla həmrəy olduğunu
bildirmiĢdi.
General-qubernator X. Sultanov ġuĢanın müdafiə olunması
haqqında gördüyü tədbirlər barədə Nazirlər ġurasının sədri N.Yusif-
bəyliyə göndərdiyi növbəti məktubunda bildirirdi : ” Köçəri maldar-
ların hərəkəti ilə əlaqədar mənim tərəfimdən Əskərandan TurĢsuya
qədər 40 kilometrlik məsafədə və xüsusilə, köçərilərin keçdiyi ən
mühüm məntəqə olan ġuĢa ətrafında xalq milisindən və piyadalar-
dan ibarət gücləndirilmiĢ gözətçi məntəqələri qoyulmuĢdur. Milliy-
yətindən asılı olmayaraq, ġuĢaya kənardan silahlı dəstələrin gəlmə-
sinə mane olmaq üçün ġuĢa ətrafında bütün məntəqələr mənim
əmrimlə tutulmuĢdur. Bunlar Erməni Milli ġuraasının (bu ġuranın
üzvləri Qarabağda millətlərarası və etnik münaqiĢələri qəsdən qızıĢ-
dırmaqla Xosrov bəyin iĢini mürəkkəbləĢdirirdilər) rəhbərlik etdiyi
erməni əhalisindən olan bəzi ünsürlərin xoĢuna gəlməmiĢdir,onlar
bizim əsgərlərin tutduğu 1-ci məntəqəyə - “Üçmıxa”-a 4 iyunda
303
hücum etmiĢ, bunun nəticəsində bizim postda olan 6 nəfər əsgərdən
3 nəfəri öldürülmüĢdür və bütün bunlar əhalinin, qoĢunun hiddətinə
səbəb olmuĢ, atıĢma baĢlamıĢdır. Mən böyük çətinlikə ġuĢa Ģəhəri-
nin ermənilər yaĢayan birinci hissəsinin əhali və qoĢun tərəfindən
darmadağın edilməsinin qarĢısını almıĢam.Hadisənin ikinci günü
atıĢma dayandırılmıĢdır. MünaqiĢənin ləğv olunması bütün Qarabağ
üzrə aparılmıĢdır...”.
Qarabağda düĢmənlərə qarĢı mübarizədə fərqlənənlərin qiy-
mətləndirilməsi də bir general-qubernator kimi X.Sultanovun diqqə-
tində idi və buna mühüm əhəmiyyət verirdi. Bu mənada onun 1919-
cu il iyulun 14-də Azərbaycan Cümhuriyyətinin hərbi naziri
S. Mehmandarova göndərdiyi teleqram xarakterikdir:
“Cənab hərbi naziri, Zati-Aliləri!
Qarabağın xalq milisi sıralarında Moskva Ġnstitutunun tələ-
bələri Ġsgəndər bəy Sultanov və keçmiĢ Qarabağ Süvari Alayının
əsgəri XankiĢi Nuru oğlu xidmət edirlər. Onlardan birinə - ləzgi
alayı ilə birlikdə bolĢeviklərə qarĢı döyüĢlərdə iĢtirak etmiĢ Ġsgəndər
bəy Sultanova Türkiyə hərbi ordeni “Məcidiyyə”, ikincisi - XankiĢi
Nuru oğluna axırıncı müharibənin “Georgi Kavaleri” ordeni veril-
miĢdir.
Axırıncı Qarabağ hadisələri zamanı onlar böyük bacarıq və
Ģücaət göstərmiĢlər. Bu haqda Zati-Alilərinə məlumat verərək, xa-
hiĢ edirəm ki, Siz onların birinci zabit rütbəsinə təqdim olunmaları
haqqında sərəncam verəsiniz”.
1919-cu il iyulun 29-da Qarabağın həyatında əlamətdar bir
gün idi. Həmin gün Azərbaycan Cümhuriyyətinin baĢ naziri və eyni
zamanda daxili iĢlər naziri N.Yusifbəyli Gəncənin general-quberna-
toru X. Rəfibəylinin və hərbi nazir S. Mehmandarovun müĢaiyəti
ilə əvvəlcə Xankəndinə (Qarabağ xanlığı Rusiyaya birləĢdirildikdə
(14 may 1805) Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın
arvadı Pəricahan bəyimə bağıĢlanmıĢdı...), iyulun 30-da isə ġuĢaya
gəlmiĢ, Qarabaq General-Qubernatorluğunun iqamətgahında onu
Xosrov bəy və bütün ĢuĢalılar səmimi və duz-çörəklə qarĢılamıĢ-
dılar...
X. Sultanovun gördüyü tədbirlər nəticəsində 16 avqust 1919-
cu ildə ġuĢada keçirilən Qarabağ ermənilərinin 7-ci qurultayında
304
onlar Azərbaycan hökumətini tanıdıqları barədə qərar çıxarmıĢdılar.
Avqustun 20-də isə ġuĢada erməni nümayəndələri ilə “Dağlıq
Qarabağ ermənilərinin Azərbayacan hökuməti ilə müvəqqəti mü-
qaviləsi” imzalanmıĢdı. Ġyirmi altı maddədən ibarət müqavilənin 5-
ci maddəsinə əsasən Qarabağ General-Qubernatorluğu yanında 6
nəfərdən ibarət (3 azərbaycanlı və 3 erməni olmaqla” ġura yaradıl-
mıĢdı. Ümumiyyətlə, 1919-1920-ci illərdə daĢnakların Qarabağdan
və Zəngəzurdan təmizlənməsində Xosrov bəy qardaĢı Sultan bəylə
birgə böyük xidmətlər göstərmiĢdi...
Xosrov bəy Qarabağın və Zəngəzurun müdafiəsində mühüm
rol oynayacaq hərbçi kadrların hazırlanması ilə də məĢğul olmuĢ-
du. Onun köməyi sayəsində Gəncə hərbi məktəbində Zəngəzur
(Laçın) ġöbəsi açılmıĢdı. Hərbi məktəbin birinci qəbulunada, 1919-
cu ilin sentyabrında Gəncə hərbi məktəbinin piyada və artilleriya
Ģöbələrinə hərbi təlim keçmək üçün 121 nəfər gənc cəlb olunmuĢ-
du. Həmin gənclər içərisində Azərbaycan Xalq Cümhuriyyətinin
hərbi nazir əvəzi, artilleriya general-leytenantı Ə. ġıxlınskinin 31
oktyabr 1919-cu il tarixli 507 nömrəli əmri ilə Zəngəzurdan
(Laçından ) 31 nəfər gənc də “Zəngəzur atıcı batalyonunda” hərbi
təlim keçmiĢdi. Bundan baĢqa, Azərbaycan Cümhuriyyəti DĠN-də
Qarabaq General-Qubernatorluğuna kömək məqsədilə tədbirlər
görürdü. Məsələn, daxili iĢlər naziri əvəzi M.Vəkilovun X. Sultano-
va ünvanladığı 4 fevral 1920-ci il tarixli teleqramda Zəngəzura
hərbi yardım məqsədilə digər yerlərin əhalisindən təĢkil olunmuĢ
1000 nəfərlik partizan dəstəsinin hazırkı vəziyyətdə bölgəyə göndə-
rilməsinin vacibliyi məqsədəyuğun hesab edilirdi. X. Sultanovun
sədrliyi ilə keçən Qarabağ General-Qubernatorluğunun 1920-ci il 9
fevral tarixli iclasında Bakıdan gələn tələbələrin də müdafiə məsə-
lələrinə cəlb olunduğu vurğulanmıĢdı.
X. Sultanov general-qubernator olmasına baxmayaraq, həmçi-
nin həftənin Ģənbə və bazar günləri Qarabağ əhalisinə bir həkim
kimi də təmənnasız xidmət göstərirdi. O, həmin günlər Zəngəzurun
və Qarabağın kəndlərinə gedərək, xəstə insanları təmənnasız müa-
licə edirdi. Zəngəzurda Xosrov bəy evlərindən birini “YaĢıl aptek”ə
çevirmiĢdi. Xosrov bəyin “YaĢıl aptek”ində xəstələrə müalicə məq-
305
sədilə Çalbayırda onların ailəsinə məxsus yaylaqlardan toplanmıĢ
otlardan, bulaq və mineral sularından düzəltdiyi dərmanlar verirdi.
Xosrov bəy Sultanov tariximizi, ədəbiyyatımızı və ümumiy-
yətlə, mədəniyyətimizin müxtəlif sahələrini ürəkdən sevən və bilən,
dərin biliyə malik olan hərtərəfli bir çəxsiyyət idi. Bir laçınlı kimi
poyeziyada Sarı AĢığın bayatılarını və alovlu istiqlal Ģairi Əhməd
Cavad Axundzadənin (5 may 1892,ġəmkir,Seyfəli kəndi - 10
oktyabr 1937, Bakı, repressiya olunmuĢ və güllələnmiĢdir) Ģerlərini
daha çox sevib mütaliə edirdi. Xosrov bəyi yaxından tanıyanlar
ġuĢadkı evini “ġərq kitabxanası” adlandırırdılar. Onun general-
qubernatorluğun inzibati iĢçılərinə və məmurlarına ġərq ədəbiyyatı
və tarixindən mühazirələr oxuması, Firdovsidən, Xaqanidən,
Nizamidən, Xətaidən, Vaqifdən Azərbaycanca əzbər Ģerlər deməsi
barədə məlumatlar vardır...
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti
11-ci ordunun təcavüzü və iĢğalı nəticəsində “qurulduqdan” sonra
yeni yaranan H.Sultanovun baĢçılıq etdiyi XDĠK Xosrov bəy
Sultanovu tabeçilikdə olan bir dövlət məmuru kimi Bakıya sərən-
cama çağırmıĢ, tutduğu vəzifəsindən azad edib, həbs etdirmiĢdi...
X. Sultanov yalnız köhnə dostu, Azərbaycan SSR XKS-in sədri
N. Nərimanovun iĢə qarıĢması nəticəsində həbsdən azad olunmuĢ-
du. Xosrov bəy sovet hakimiyyətinə lazım olan bir təcrübəli kadr
kimi N. Nərimanovun məsləhəti ilə bir müddət ġuĢa Qəza Ġnqilab
Komitəsinin sədri vəzifəsində çalıĢmıĢdı... N. Nərimanov X. Sulta-
novun çox qabiliyyətli, elmli, qeyrətli bir vətənpərvər ziyalı oldu-
ğunu yaxĢı bilirdi. Lakin sovet hakimiyyət orqanlarında məsul
vəzifələrə soxulmuĢ bolĢevik cilidində olan erməni-daĢnakların onu
bir millətçi kimi yenidən ləkələyə biləcəyini, bu yaxın günlərdə
tutulacağını yəqin etdikdən sonra Xosrov bəyin hökmən tezliklə
xarici ölkələrdən birinə qaçırılmasını məsləhət bilmiĢdi.Məhz onun
yaxından köməkliyi ilə Xosrov bəy gizli yolla Bakıdan çıxarılmıĢ
və qardaĢı Sultan bəyin göndərdiyi atlı adamlar tərəfindən
Abdallara (Laçına) gətirilmiĢdi.
Haşiyə: 1924-cü ilə qədər Laçının adı Abdallar adlanırdı. Əl-
veriĢli coğrafi-strateji mövqedə yerləĢən Abdallar Zaqafqaziyada
və Ön Asiyada yaĢamıĢ qədim türk tayfasının adını daĢı-
306
mıĢdır. Tarixi ədəbiyyatda Abdallar hun türk tayfalarından biri
kimi səciyyələnir. Abdallar 1829-cu ildə yaradılan Qarabağ
əyalətinin, 1861-ci ildən isə Zəngəzur qəzasının tərkibində
olmuĢdu. Abdallar kəndi Laçının yerləĢdiyi mərkəz idi. Laçınla
Xocalı arasında - Qarabağ dağ silsiləsində erməni daĢnakların
qənimi, Sultan bəy və Xosrov bəyin döyüĢ yoldaĢı, məĢhur
sərrast atıcı Qaçaq Xanalının (Xanalı Novruzalı oğlu Xana-
lıyev.1867-ci ildə FərraĢda anadan olub. 1944-cü ildə 77 yaĢında
orada öz əcəli ilə dünyasını dəyiĢib) doğulduğu səfalı FərraĢ
kəndi yerləĢir. Bu kənddən bir qədər aralı, ”Çəvəndinin yolu”
adalanan ərazidə adına el arasında “qızıl palıd” deyilən nadir
palıd növü hesab edilən “qırmızı palıd” bitir. Dünyanın heç bir
ərazisində, deyilənlərə görə bu palıddan bitmir. XX əsrin
əvvəllərində fransız iĢ adamları və Ģirkətləri Fransa hökumətinin
razılığı ilə FərraĢ kəndinə gəlib çıxmıĢdılar. Sən demə, bu palıd
ağacından çox keyfiyyətli,misli-bərabəri olmayan Ģərab çəllək-
ləri düzəltmək mümkün imiĢ...
1924-cü ilin əvvəllərində Azərbaycan Mərkəzi Ġcraiyyə Ko-
mitəsinin katibi iĢləyən görkəmli yazıçı, ictimai xadim Tağı ġah-
bazi (Simurq) (2 iyul 1892,Bakı - 1938,Bakı. Otuzuncu illərdə rep-
ressiya olunaraq, 1937-ci ildə həbs edilib və 1938-ci ildə güllələnib)
Ġnqiabi ġöhrət ġurasının üzvləri Ġsmayıl ġəfiyevlə (əvvəllər Ağdam
Ġcraiyyə Komitəsinn sədri iĢləmiĢdi.1923-cü il avqustun 6-da
Kürdüstan qəzası yaradıldıqda o, qəza Partiya Komitəsinin 1-ci
katibi vəzifəsinə göndərilmiĢdi) və Kürdüstan qəzası (6 avqust 1923
- 8 avqust 1929) Ġcraiyyə Komitəsinin sədri Hüsü Hacıyevlə (1897,
ġuĢa - 1931, Kürdəmir. Öldürülüb...) Zəngəzur qəzasının bir sıra
kəndlərini gəzərkən, Abdallarda da dayanmıĢdılar. Kürdüstan
qəzasının (qəza cəmi 6 - QaraqıĢlaq, Kəlbəcər, Qubadlı, Qoturlu,
Kürdhaçı (Qurdqajı) və Muradxanlı nahiyələrindən ibarət idi) mər-
kəzi üçün yeni yer seçilərkən Tağı ġahbazi Abdallar adını bəyən-
məmiĢ və Laçın qayasının adını mərkəz kimi yeni yaranacaq Laçın
Ģəhəri elan etmiĢdi. Abdallar kəndi ilə Laçın qaysının altındakı
düzənlik yerdə yeni Ģəhərin əsaı qoyulmuĢdu. Ġlk küçə Laçın
dağının ətəyində,Abdallar poçtunun yaxınlığında düzəngahda salın-
mıĢdı. Beləliklə, 1924-cü ildə hazırki Laçın Ģəhərinin bünövrəsi
307
qoyulmuĢdu. 1930-cu il avqustun 8-də Laçın rayonu təĢkil olunmuĢ
və Laçın Ģəhəri onun mərkəzi elan edilmiĢdi. Tarixin müxtəlif
dönəmlərində Ġaçına “Ağcayazı”,”QaraqıĢlaq”, ”QarıqıĢlaq”, Qara-
kaha”, ”Laçın-Avaz” da demiĢlər... Laçın Ģəhəri və rayonu 1992-ci
il mayın 18-də erməni qəsbkarları tərəfindən iĢğal edilmiĢdir...
Ermənilər Laçına indi “Berdzor” adı qoymuĢlar...
...1921-ci il iyulun 25-də Bakıdan Xosrov bəyin dədə-baba
yurdlarını “yoxlamağa” gələn komissiya və ġuĢa Qəza Ġnqilab Ko-
mitəsi Sultanovların evlərini, var-dövlətlərini və mülklərini müsa-
dirə etdikdən sonra, bolĢeviklərin onu sağ qoymayacağını yəqin
edən X. Sultanov 1922-ci ildə Cəbrayıl ərazisində, Qumlaq kəndi
yaxınlığında Araz çayı üstündəki qədim Xudafərin körpüsündən
köçməklə böyük qaradĢı Sultan bəy, digər qardaĢı Ġsgəndər bəylə
Ġran Ģahı Əhməd Ģah Qacarın (1897-1925.1909-1925-ci illərdə Ģah-
lıq etmiĢdir) razılığı ilə əvvəlcə Əcəmə (farslar tarix boyu öz ölkələ-
rini Əcəm (yəni qeyri-ərəb) də adlandırmıĢlar...) gedib Cənubi
Azərbaycanın Larican və Xumarlı kəndlərində, sonra bir müddət
Ərdəbil yaxınlığındakı Qalakəndində yaĢamıĢdılar... Lakin sovet
cəsusları onlardan əl çəkməmiĢ və qardaĢı Ġsgəndər bəyi öldürdük-
dən sonra, onlara rəğbətlə yanaĢan Ġran Ģahının məsləhəti ilə
Türkiyəyə müraciət etmiĢdilər. Türkiyə dövləti 1923-cü ildə Xosrov
bəyi və Sultan bəyi mehribanlıqla qəbul etmiĢ və onların Ģərəfinə
rəsmi keçid düzənlənmiĢdi.Türkiyə hökuməti onlara Qars vilayə-
tinin Köçqoy kəndində (tarixi ədəbiyyatda Köçgöy, Qoçköy kimi də
adlandırılır) torpaq, mülk və malikanə verərək, təhlükəsiz həyat
Ģəraiti yaratmıĢdı.
Xosrov bəyin böyük qardaĢı, xalq qəhrəmanı Sultan bəy öm-
rünün sonuna qədər Qarsın ətrafında yerləĢən həmin kənddə
mühacir həyatı yaĢamıĢ və 1955-ci ildə orada 84 yaĢında vəfat
etmiĢ, həmin kənddə də böyük hörmətlə dəfn olunmuĢdu. Sultan
bəyin Ənvər (1914-1969) bəy adlı oğlu vardı. Ənvər bəy sovet
dövründə repressiyadan yaxa qurtarmaq üçün familiyasını Muradov
soyadı ilə əvəz etmiĢdi. Sultan bəyin nəvəsi, Ənvər bəyin oğlu
Elbrus da Muradov soyadını daĢıyır. O, 1967-1986-cı illərdə Bakı
Metropolitenində və Azərbaycan Dəmir Yolunda müxtəlif məsul
vəzifələrdə iĢləmiĢdir. 1987-ci ildən Bakı Metropolitenində baĢ
308
mühəndis vəzifəsində çalıĢmıĢdır... 2009-cu ildə 70 yaĢı tamam
olmuĢ Elbrus müəllim Azərbaycan Prezidenti Ġlham Əliyevin
fərmanı ilə “Əməkdar mühəndis” adına layiq görülmüĢdür. O, həm
də “Fəxri dəmiryolçu”dur. Elbrus Muradov uzun illərdən sonra Qar-
sa, Köçqoy kəndinə gedib məĢhur xalq qəhrəmanı, babası Sultan
bəyin abadlığa ehtiyac duyuian qəbrini tapmıĢ, ziyarət etmiĢdir...
...Slavyan Universitetinin elmi iĢçisi Nazim VəliĢov 2011-ci
ilin martında Qarsda olaraq, həmin ayın 31-də erməni-daĢnakların
xalqımıza qarĢı törətdikləri soyqrımı günü Sultan bəyin qəbri
üstündə bu soyqrımın tarixi kökləri, erməni-daĢnakalrın cinayətkar
əməllərini ifĢa edən nitqlə çıxıĢ etmiĢdir. O, söyləyir ki, ”Köçqoy”
kəndi Qarsdan 67 km.məsafədə yerləĢir. Bu kənddən Ermənistanın
Leninakan (keçmiĢ Gümrü) Ģəhəri görünür,cəmi 8 km-dir. ”Köç-
qoy” kəndində 700 nəfər yaĢayır. Kənddə vaxtıilə oraya pənah
aparmıĢ 35 laçınlı ailə də məskunlaĢıb. Onların hamısı doğma yurd-
ları Laçının Ģərəfinə özlərinə “Laçınlı” soyadını qəbul etmiĢdir.
Həmin Ģəxslərdən biri Elbrus Muradovun oxĢarı Adil Laçın, digəri
isə Mehmet Laçınlıdır.Nazim müəllim bizimlə söhbətində bildir-
miĢdir ki, 2011-ci il martın 31-də keçirilən tədbirdə oradakı laçın-
lılarla birlikdə, ”Köçqoy” kəndinin əhalisinin demək olar ki, tən
yarısı, Naxçıvanın Qarsdakı konsulu Ayxan bəy, xaricdə yaĢayan
azərbaycanlılarla iĢ üzrə Azərbaycan Beynəlxalq Diaspora Mərkəzi-
nin Ġdarə Heyətinin üzvləri və digər maraqlı qurumların təmsilçiləri
iĢtirak edirdilər.Yeri gəlmiĢkən, Azərbaycan Milli Məclisinin üzvü,
yazıçı Aqil Abbasda 2012-ci ilin may ayında Qarsa gedərək,
”Köçqoy” kəndində baxımsız qalmıĢ Sultan bəyin məzarını tapmıĢ,
onu ziyarət edərək, fotoĢəkilini çəkmiĢ və qəbrin üstünü təzədən
inĢa etdirmək üçün yerli hakimiyyətdən icazə almağı qərarlaĢdır-
mıĢdı...
Xosrov bəyə gəldikdə isə, o, siyasi mühacir fəaliyyətini (Ġran-
da, Fransada, Almaniyada və Türkiyədə) davam etdirirdi. O, Alma-
niyada Tibb Universitetində professor vəzifəsində çalıĢmıĢdı...
1926-cı il mart ayının 4-də Parisdən Tehrana gələn Xosrov bəy
“Ġttihad”ın mühacirətdəki siyasi lideri kimi partiyanın xarici ölkələr
Bürosunu formalaĢdırmaq və bütün ittihadçıları bir təĢkilat ətrafında
cəmləĢdirmək istəyirdi.Xosrov bəy Ġranda olarkən, orada “Ġttihad”ın
309
Tehran və Təbriz Komitələrini yarada bilmiĢdi. Xosrov bəy Tehran
Komitəsinə AĢur bəy Ġsabəylini, Təbriz Komitəsinə isə qardaĢı
Ġsgəndər bəyi təyin etmiĢdi. Xosrov bəy digər ittihadçı məsləkdaĢı,
Azərbaycan Cümhuriyyəti Parlamentinin sabiq üzvü Mir Yaqub
Mehdiyevlə birlikdə “Ġttihad” partiyasının xarici ölkələr Bürosunu
yaratmaq üçün ciddi cəhdlər göstərmiĢdi...
Xosrov bəy Sultanovun ailə üzvlərinin taleyi də özü kimi keĢ-
məkeĢli olmuĢdu. 1922-ci ildə Ġrana keçməsindən sonra onun ailə
üzvləri bir müddət Ağdamda olan mülklərinin birində qohumlarının
himayəsində yaĢamıĢdılar.1930-cu ildə Xosrov bəyin neft sənaye-
sində yüksək vəzifədə çalıĢan qardaĢı Rüstəm bəy (1875-1941)
Sultan bəyin ailəsini Bakıya gətirmiĢdi. Sultan bəyin həyat yoldaĢı
Dilrüba xanım kirayədə uĢaqları ilə çətin həyat yaĢasada, Əli
Bayramov adına tikiç fabrikində sex rəisi vəzifəsində çalıĢmıĢdı.
BaĢqalarından fərqləndiyi üçün o, hətta bir müddət Bakı ġəhər
sovetinn deputatı da olmuĢdu. Sultan bəyin oğlu Ənvər Bakıdakı 33
nömrəli orta məktəbdə rus dili müəllimi, digər oğlu Çingiz isə
biologiya müəllimi kimi həm də həmin məktəbin direktor müavini
iĢləmiĢdi. Lakin hiss olunurdu ki, bunlar nisbi sakitlikdir. Nəhayət,
1937-ci il noyabrın 20-də Azərbaycan SSR XDĠK əməkdaĢları
onlarında qapısını döydülər, Cənubi Qazaxıstan çöllərinə sürgün
etdilər. Dilrüba xanım və övladları Qazaxıstanın Suzan rayonunun
Çulak-Kurqan kəndində uzun və əzablı sürgün həyatı yaĢadılar...
Sürgün yerində ermənilərin iyrənc hiylələri ilə də üzləĢdilər...1948-
ci ildə icazə alıb Bakıya gələn Dilrüba xanım Azərbaycan KP MK-
nın birinci katibi M.C. Bağırovun qəbuluna yazılaraq, onunla
görüĢmüĢ, Vətənə qayıtmalarına kömək etməsini xahiĢ etmiĢdi...
Lakin Dilrüba xanım və uĢaqları yalnız 1955-ci ildə bəraət aldıqdan
sonra, 1956-cı ildə Bakıya qayıda bilmiĢdilər...1969-cu ildə Xosrov
bəyin qardaĢı oğlu Ənvər Bakıda 55 yaĢında dünyasını dəyiĢmiĢdi...
Sovet dövründə SSRĠ-də, o cümlədən Azərbaycanda digər
görkəmli siyasi mühacirlərimiz kimi X. Sultanovun da adının çəkil-
məsi qadağan edilmiĢdi. Ermənilər isə Xosrov bəyi unuda bilmir,
onun harada olması və nə iĢlər gördüyü barədə məlimat əldə etməyə
çalıĢırdılar. Vaxtıilə Xankəndi ətrafında erməni quldur dəstələrinə
divan tutan Qarabağın sabiq general-qubernatorunu mütləq öldür-
310
məyi qarĢılarına məqsəd qoyan, fiziki cəhətdən məhv etməyə çalı-
Ģan daĢnaklar nəhayət, 1936-cı ildə onun dəqiq izinə düĢə bilmiĢ-
dilər... Belə ki, həmin il Trabzon Ģəhərində qısamüddətli dincəldiyi
zaman erməni kəĢfiyyatının dəqiq məlumatı və onların qətl törət-
mək məramı üzrə Xosrov bəy labüd ölüm təhlükəsilə üzləĢmiĢdi.
Bu, oteldə qaldığı vaxt baĢ vermiĢdi. Lakin dostları onun dadına
vaxtında çata bimiĢdilər. Qaldığı motelin xidmətçisi məsələni bilən
kimi Xosrov bəyin dostlarına çatdıra bimiĢ və onlar özlərini yeti-
rərək, onu vaxtsız ölümdən xilas etmiĢdilər...
Bu hadisədən sonra ehtiyatlı dolanan X. Sultanov daha 11 il
ömür sürmüĢdü... Ġkinci Dünya müharibəsi baĢlananda (1 sentyabr
1939-cu il) Xosrov bəy yenə Türkiyədə yaĢayırdı. O, sovet-alman
cəbhəsində əsir düĢmüĢ azərbaycanlıları Almaniyanın hərbi düĢər-
gələrindən xilas etmək üçün böyük xidmətlər göstərmiĢdi... Məhz
Xosrov bəy Sultanovun səyləri nəticəsində minlərlə azərbaycanlı
ölüm məngənəsindən xilas olmuĢdu.
Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi Xosrov
bəy Sultanov 1947-ci ildə Türkiyənin Trabzon Ģəhərində 68 yaĢında
vəfat etmiĢdi... Yeri gəlmiĢkən, hərb tariximizin yorulmaz tədqiqat-
çısı, hazırda istefada olan polkovnik-leytenant, yazıçı-jurnalist ġə-
mistan Nəzirli hələ 1995-ci ildə yazdığı “Cümhuriyyət generalları”
adlı kitabında Xosrov bəyin 1941-ci ildə Türkiyədə vəfat etdiyini,
məzarının isə Bursada azəri qəbristanlığında olduğunu yazmıĢdır.
Xosrov bəyin məzarının Bursada olduğunu digər yorulmaz tədqiqat-
çı Səbahəddin Eloğlu ilk dəfə Türkiyəyə getdidən sonra yazmıĢdır.
Tədqiqatçı Nazim Tapdıqoğlu isə belə hesab edirki, Xosrov bəy
Bursa Ģəhərində 1956-cı ildə vəfat etmiĢdir... Bəzi sənədlərdə Xos-
rov bəyin 1941-ci ildə Ġstanbulda, digər sənədlərdə Türkiyənin Ģi-
malında 1963-cü ildə vəfat etməsi ilə bağlı müxtəlif məlumatlar var-
dır... Fikrimizcə, Xosrov bəyin 1947-ci ildə vəfat etməsi tarixi daha
qəbulediləndir. Çünki bu məlumatı cari tarixĢünaslıq dövriyyəsinə
Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq Milli
Arxiv Ġdarəsinin rəisi Ataxan PaĢayevin baĢçılıq etdiyi “Azər-
baycan Xalq Cümhuriyyətinin Ensiklopediyası” adlı sanballı kitabı
hazırlayıb nəĢr etdirmiĢ mötəbər redaksiya heyəti daxil etmiĢdir.
|