İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə1/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
  1   2   3   4   5   6   7   8   9   ...   36

 

 

İLTİFAT ŞAHSEVƏN (ƏLİYARLI), 



TAHİR BEHBUDOV 

 

 



 

 

 



 

 

 



İSTİQLAL FƏDAİLƏRİ –  

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN

 

DAXİLİ İŞLƏR NAZİRLƏRİ  

VƏ SİLAHDAŞLARI 

(1918-1920) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bakı – Mütərcim – 2013 

 

Redaktor:    



Zülfüqar Şahsevənli 

 

Elmi redaktor:  



Şikar Qasımov 

tarix elmləri doktoru, professor 

 

Məsləhətçi:  



Yəhya Əliyev 

Ankara Türk Dünyası Araşdırmaları 

Beynəlxalq Elmlər Akademiyasının akademiki, 

Avropa (Hannover) Universitetinin hüquq  

və tarix üzrə doktoru, professor 

 

Rəyçilər:    



Əzizə Nəzərli 

tarix üzrə fəlsəfə doktoru 

 

Bəhram Məmmədli 



tarix üzrə fəlsəfə doktoru 

 

Ənvər Çingizoğlu 



genealogiya üzrə tədqiqatçı, etnoqraf, jurnalist, 

AzTV-nin əməkdaşı 

 

İ.Əliyarlı, T.Behbudov. İstiqlal fədailəri  –  Azərbaycan  Xalq  Cümhuriyyətinin  daxili 

işlər nazirləri və silahdaşları (1918-1920-ci illər).  Bakı: Mütərcim, 2013, – ... s. 

 

Kitab  xalqımızın  dövlətçilik  tarixində  özünəməxsus  yer  tutan Birinci Respublika-Azərbay-



can Xalq Cümhuriyyəti dövründə milli istiqlalımızın keĢikçiləri olmuĢ, ölkədə qayda-qanunun, hüquq  

mühitinin    formalaĢmasında,  ictimai  asayiĢin  bərqərar  edilməsində  və  cinayətkarlıqla  mübarizəsində 

müstəsna xidmətlər göstərmiĢ daxili iĢlər nazirlərinin, onların siahdaĢları  və məsləkdaĢlarının,  habelə  

bu      yöndə    fəaliyyət    göstərmiĢ  digər    Ģəxsiyyətlərin    həyat  və    fəaliyyətindən  bəhs  edir...  Kitabda 

Cümhuriyyətmizin  daxili  iĢlər nazirlərinin  həyata   keçirdikləri islahatlar,   yeniliklər,   kadr  təyi-

natları və ictimai asayiĢimizin, vətəndaĢların  hüquq və azadlıqlarının, Ģəxsi  həyatının qorunması əm-

lak    toxunulmazlıqlarının    təmin  edilməsi  ,  habelə  cinayətkarlıqla      mübarizə    sahəsində    gördükləri  

tədbirlər  və s.  öz  əksini  tapmıĢdır.  Oxucular  burada daxili  iĢlər  nazirləri  vəzifəsində çalıĢmıĢ və 

fərqli  xarakterlərə malik Ģəxsiyyətlər, 1918-1920-ci illərdəki  mürəkkəb ictimai-siyasi  proseslər  fo-

nunda  gördükləri  iĢlər, bu  iĢlərin   müsbət  və mənfi  tərəfləri,  fərdi   həyatları  və insani  keyfiy-

yətləri,  habelə onların aqibətləri  ilə  tanıĢ  ola bilərlər... 

Kitabdan  Azərbaycan  Respublikası  Daxili  ĠĢlər  Orqanlarının  əməkdaĢları,  DĠN-in  tədris  mü-

əssisələrinin  müdavimləri,  hüquq  və tarix  fakültəsinin  tələbələri,  həmçinin  geniĢ  oxucu  kütləsi  bəh-

rələnə  bilər. 

 

Azərbaycan Respublikasının müəlliflik hüququ haqqında qanunla qorunur  



(Bax: Müəlliflik hüququ  və əlaqəli  hüquqlar  haqqında  Azərbaycan  Respublikasının   

Qanunu, 5 iyul 1996-cı il, nömrə 115-1). Kitabın istifadəsi ilə bağlı bütün müstəsna  hüquqlar 

müəlliflərə  məxsusdur. Kitabı müəlliflərin və nəĢriyyatın yazılı icazəsi olmadan bütövlükdə 

və yaxud  hissə-hissə dərc etdirmək qadağandır.  

 

Ə

026



0505040000

 

25-13



 

 

© И.ġahsevən (Ялийарлы), Т.Бещбудов, 2013 



 

 



 

MÜNDƏRİCAT 

 

 



Redaktordan ............................................................................................ 5 

 

Ön söz ..................................................................................................... 7 



 

Birinci fəsil 

Azərbaycan Xalq Cümhuriyyətinin daxili iĢlər nazirləri ........................ 10 

 

Ġkinci fəsil 



Azərbaycan Cümhuriyyəti daxili iĢlər nazirlərinin silahdaĢları ............. 264 

 

Nəticə ...................................................................................................... 428 



 

Xronologiya ............................................................................................ 430 

 

Kitabda iĢlənən əcnəbi (ġərq və Avropa) mənĢəli sözlərin  



izahı və Ģərhlər ........................................................................................ 431 

 

Sxemlər ................................................................................................... 453 



 

Ġstifadə olunmuĢ mənbələrin, ədəbiyyatın təsnifatı və siyahısı .............. 473 

 

Müəlliflər haqqında ................................................................................ 491 



 

 

 



 

 

 



 

 


 

 



 

 

 



 



 



REDAKTORDAN 

 

 



XX  əsr  inqilabları,  qanlı  müharibələri,  kütləvi  repressiyaları, 

dramatik hadisələri ilə milyonlarla insanların, bütöv nəsillərin, xalq-

ların taleyinə, ömrünə-gününə,  yaddaĢına qara-qırmızı hərflərlə  ya-

zıldı. Bu təzadlı rəng tandemi, bağrıbadaĢ, qolboyun qan və zülmət 

xofu insanların az qala genetik xəstəliyinə çevrildi. 

Qırmızı  qan, qara dərd,  kədər  ələm  rəngidi. Xalqımız bu qa-

nın, zülmətin, kədərin son ucunda, əsrin bu baĢında iĢığa, aydınlığa, 

azadlığa, müstəqilliyə qovuĢdu. QovuĢdu... amma bir gözü gülsə də, 

bir gözü qan ağladı. 

Azərbaycanın  müstəqilliyində,  azadlığında  böyük  oğulların, 

tarixi Ģəxsiyyətlərin rolu, xidməti danılmazdı. Dan ulduzu kimi xal-

qı,  milləti  öz  dalınca  aparan,  onu  yaman  yellərdən  qoruyan  belə 

oğullarımızın neçəsi düĢmən gülləsinin, məkrli oyunların, xəyanət-

lərin qurbanı oldu. 

Böyüklərin faciəsi böyük olur. Ġllər uzunu imperiya maĢınının 

süzgəcdən keçirdiyi, düĢünülmüĢ Ģəkildə unutdurmağa, qaralamağa 

çalıĢdığı böyük Ģəxsiyyətlərimizi xalqımıza zaman-zaman əyri güz-

güdə  göstərməyə  çalıĢdılar.  Amma  hər  Ģeydən  ucada  dayanan  əla-

həzrət vaxt, zaman “yağı yağ,ayranı ayranlıq etdi”. Bu yerdə Məm-

məd Arazın qızıl mismara bənzər misraları necə də yerinə düĢür: 

 

Zaman gözlüyünü gözünə taxsa 

Yerlər də yerində oturacaqdır. 

 

Bəli, müdrik zaman gözlüyünü gözünə taxdı və biz gördük ki, 



XX  əsrin  əvvəllərində  Azərbaycan  Xalq  Cümhuriyyətini  yaradan, 

onu  qısa  müddətdə  dünyaya  tanıdan  qüdrətli  dövlət  xadimlərimiz, 

diplomatlarımız  hərbçilərimiz, sərkərdələrimiz olub. 

Azərbaycan  dövlətçiliyinin  2  ilə  yaxın  gecə-gündüz  keĢiyini 

çəkən, uğrunda canından keçən qüdrətli oğullarımızın ömür yolundan 

bəhs edən bu kitab həm də xalqımızın Ģərəfli tarixidir, əziz oxucu! 



 

TanınmıĢ  tarixçi  alim  Ġltifat  Əliyarlının və  polis polkovniki, 



əməkdar  müəllim  Tahir  Behbudovun  “Ġstiqlal  fədailəri  -  Azərbay-

can  Xalq  Cümhuriyyətinin  “Daxili  ĠĢlər  Nazirləri  və  silahdaĢları” 

ensiklopedik  məlumat  kitabını  mən  son  illərin  unikal  nəĢrlərindən 

biri adlandırardım. 

Hər bir vətən övladının  stolüstü  kitabı  olmağa layiq bu möh-

təĢəm kitab həm də yaddaĢ məhkəməsi, yaddaĢ ağrısı, harayıdır. 

Böyük zəhmətin, axtarıĢların, yuxusuz gecələrin məhsulu olan 

bu  kitabın  hər  birimizə  xitabən  bir  “Özünə  qayıt!  Sən  özünə  qayı-

danda güclü, qüdrətli, yenilməz olursan!”  harayı  var. 

 

Bu haray həm də dünənin 



Başım cəllad əlində

Dilim səni haraylar 

nidası,harayıdır...  

Haraya qoşul! 

 

 



Zülfüqar Şahsevənli 

 

 



 

 


 

 



ÖN SÖZ 

 

 



Tarixi  olduğu  kimi  qəbul  etmək,  dərk  etmək  və 

olduğu  kimi  qiymətləndirmək  lazımdır...  XX  əsr  bizim 

xalqımız üçün faciəli olubdur. Bunu dürüst qeydə almaq, 

bütün  baş  verənləri  necə  olubsa, o  cür  yazmaq lazımdır. 

Bütün  bunlar  bizim  xalqın  özünü  dərk  etməsi,  həm  də 

müasir siyasətimiz üçün vacibdir. 

 

HEYDƏR ƏLİYEV 

 

 

Belə bir deyim var: ”Əgər xalq öz keçmiĢini xatırlamırsa, hə-



min xalqın istiqbalı da olmayacaq”. Bu, döğrudan da belədir. Azad 

istiqlala,  müstəqil  dövlətə,  dövlətçiliyə  can  atmayan  millət  və  xalq 

yəqinki,  yoxdur.  Müstəqil  dövləti,  sərbəst  dili  olmayan  millət  və 

xalq ölüdür. 

Müstəqil  dövlət  xalqın  milli  sərvətidir.  Bu  mənada  müstəqil 

dövlətimizi göz bəbəyi kimi qorumalı, onun tərəqqi etməsi, zəngin-

ləĢməsi və qüdrətlənməsi üçün töhfəmizi verməliyik. Eyni zamanda 

öz milli dövlətçiliyimiz tarixini də yaxĢı bilməli, tədqiq edib öyrən-

məli,  yazılmayan,  öyrənilməyən  səhifələrini  obyektiv  Ģəkildə  qələ-

mə  almalı,  təbliğ  etməli  və  gələcək  nəsillərə  ötürməliyik.  Bu  mə-

nada  XX  əsrin  baĢlanğıcında  öz  əzmli  mübarizəsilə  “xalqlar  həbs-

xanası” sayılan çar Rusiyasının əsarət boyunduruğundan qurtularaq, 

müstəqil dövlətini – ġərqdə ilk parlamentli demokratik respublika-

Azərbaycan  Xalq Cümhuriyyətini  yaradan xalqımızın görkəmli ic-

timai-siyasi  xadimləri  M.Ə.Rəsulzadə,  F.Xoyski,  N.Yusifbəyli, 

Ə.M.TopçubaĢov,  H.Ağayev,  M.Y.Cəfərov,  B.CavanĢir,  M.H.Ha-

cınski, X.Xasməmmədov, M.Vəkilov, M.S.Ağabəyzadə, ġ.Rüstəm-

bəyli,  A.AĢurov,  A.Səfikürdski  və  baĢqaları  əsl  istiqlal  fədailəri, 

müstəqil dövlətimizin qurucuları və qoruyucuları olmuĢlar. 

Xalqımızın müstəqil dövlətçiliyi tarixində Birinci Respublika 

kimi səciyyələndirilən Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan 


 

Demokratik Respublikası (28 may 1918-27 aprel 1920-ci il), (Ġkinci 



Respublika - Azərbaycan SSR (28 aprel 1920-ci il-17 oktyabr 1991-

ci  il;  Üçüncü  Respublika  -  Müasir  Azərbaycan  Respublikası  (18 

oktyabr  1991-ci  il.  Azərbaycan  Respublikası  əbədidir...)  iki  ilə 

yaxın,  23  ay,  cəmi  721  gün  mövcud  olmuĢdur.  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  yaradıcılarından  biri,  görkəmli  ictimai-siyasi  xa-

dim Məhəmməd Əmin Rəsulzadə Birinci Respublika – Azərbaycan 

Xalq  Cümhuriyyətinə  həsr  etdiyi  “Əsrimizin  SəyavuĢu”  əsərində 

yazırdı:  ”Hər  Ģeydən  əvvəl,  Azərbaycan  Cümhuriyyətinin  əsas 

idarəsi bütün vətəndaĢlarının  bərabər  hüquqla  yaĢaması  üzərində 

qurulmuĢdur.  Burada  hər  insanın  möhtərəm  Ģəxs,  Azərbaycan 

vətəndaĢı  olduğu  üçün  hüququ  qorunurdu...  Burada  heç  bir  sinif 

digər  sinifə  hakim  deyildi...  Burada  hələ  Avropada  tətbiq 

olunmayan həqiqi bir xalq Cümhuriyyəti qurulmuĢdu”. 

Adlarını  sadaladığımız  görkəmli  ictimai-siyasi  xadimlər,  ha-

belı onların silahdaĢlarıı olan digər Ģəxsiyyətlər arasında o zamankı 

mürəkkəb Ģəraitdə hər cür çətin məhrumiyyətlərə sinə gərərək, hətta 

bəzən öz həyatlarını labüd təhlükə qarĢısında qoyub, milli müstəqil 

dövlətimizin təĢəkkülü, möhkəmlənməsi və uzunömürlü olması na-

minə var qüvvələrini sərf etmiĢlər. Onlardan bəziləri daxili iĢlər na-

ziri,  bəziləri  daxili  iĢlər  nazirinin  müavini,  general-qubernator,  qu-

bernator, qəza rəisi, polis rəisi, polis pristavı və s. məsul vəzifələrdə 

xidmət  göstrərmiĢ,  bir  çoxları  bu  müqəddəs  amal  yğrunda  özlərini 

fəda etmiĢlər... 

Fəqət,  görkəmli  ictimai-siyasi  xadimlərimiz  kimi  tanıdığımız 

bir sıra Ģəxslərin daxili iĢlər naziri, nazir müavini, general-quberna-

tor,  qubernator,qəza  rəisi  və  s.  vəzifələrində  xidməti,  fəaliyyəti  və 

gördükləri  iĢlər  barədə  fikrimizcə,  geniĢ  oxucu  kütlələrinin  xəbəri 

azdır. Beləki, Birinci Respublika – Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə 7 nəfər daxili iĢlər naziri, 4 nəfər isə nazir müavini vəzifə-

sində  fəaliyyət  göstərmiĢdir.  Nazirlərdən  altısı  mülki,1  nəfəri  isə 

hərbi rütbəli (general), nazir müavinlərindən biri hərbi rütbəli (gene-

ral), üçü isə mülki olmuĢdur. Daxili iĢlər nazirlərinin, həmçinin on-

ların  müavinləri  M.Hacınskinin,  Ə.HaĢımbəyovun,  Ġ.Heydərovun, 

ġ.Rüstəmbəylinin keĢməkeĢli həyatı və fəaliyyəti, hətta acı aqibətlə-

ri  belə  gənc  nəslimiz,  bütövlükdə  xalqımız  üçün  daimi  örnəkdir. 


 

Belə  Ģəxslər  barədə  Azərbaycan  Respublikasının  Prezidenti  Ġlham 



Əliyev  demiĢdir:  Azərbaycan  tarixində  xidmətləri  olmuĢ  Ģəxslərin 

xatirəsinə  həmiĢə  hörmətlə  yanaĢmalıyıq,  onları  həmiĢə  ehtiramla 

yad etməliyik”. 

Ötən əsrin əvvəllərində yaranıb qısa zaman kəsiyində mövcud 

olmasına  baxmayaraq,  üç  minillik  dövlətçilik  tariximizdə  özünə-

məxsus  yer  tutan  və  həmin  müddətdə  önəmli  iĢlər  görən  Azər-

baycan Xalq  Cümhuriyyətinin  daxili iĢlər nazirləri  olarkən də,  xal-

qımıza  xidmətlər  göstərməklə  silinməz  izlər  qoymuĢ  F.Xoyski, 

N.Yusifbəyli, M.H.Hacınski, X.Xasməmmədov, B.CavanĢir, M.Və-

kilov,  M.S.Ağabəyzadə,  onların  silahdaĢları  -  daxili  iĢlər  nazirinin 

müavini  vəzifəsində  çalıĢmıĢ  Mehdi  bəy  Hacınski,  general-mayor 

Əliyar bəy  HaĢımbəyov,  Ġbrahim bəy Heydərov, ġəfi bəy Rüstəm-

bəyli,  general-qubernator, general-mayor Murad  Gəray bəy Tlexas, 

general-mayor  Ġbrahim  ağa  Vəkilov,  Əmir  bəy  Nərimanbəyov, 

Xosrov  bəy  Sultanov,  Xudadat  bəy  Rəfibəyli,  RəĢid  bəy  Axund-

zadə,  Cavad  bəy  Məlik-Yeqanov,  Bəhram  xan  Naxçıvanski,  Quda 

Qudiyev, Teymur bəy Məlik-Aslanov, Məhəmməd Kovxa, Məhəm-

məd bəy ġahmalıyev və baĢqaları Azərbaycan Respublikasının Pre-

zidenti  Ġlham  Əliyevin  yuxarıda  söylədiyi  o  qəbil  Ģəxslərdəndir. 

Odur  ki,  təqdim  etdiyimiz  bu  kitabda  həmin  Ģəxslərin  həyat  və 

fəaliyyətindən bəhs olunur. 

 

 



 

 

10 


 

 

BİRİNCİ FƏSİL 



 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 

DAXİLİ İŞLƏR NAZİRLƏRİ 

 

 

 



   

FƏTƏLİ  XAN  XOYSKİ 

(1875 – 1920) 

 

A



zərbaycanın  görkəmli  ic-

timai-siyasi  xadimi,  böyük  istiq-

lal  fədaisi,  Birinci  Azərbaycan 

Respublikasının  –  Azərbaycan 

Xalq  Cümhuriyyəti  Nazirlər  ġu-

rasının  ilk  sədri,  müstəqil  Azər-

baycan Respublikasının ilk daxili 

iĢlər naziri. 

Fətəli xan Ġsgəndər xan oğ-

lu  Xoyski  1875-ci  il  dekabrın  7-

də  (Yuli  təqvimi  ilə  1875-ci  il 

noyabrın  25-də)  Nuxa  (ġəki)  Ģə-

hərində  əsilzadə  ailədə  anadan 

olmuĢdu.  Əsli  Güney  (Cənubi) 

Azərbaycanın Xoy Ģəhərindən idi. Buna görə də Xoyskilər soyadını 

daĢımıĢlar. Xoyskilər nəslindən görkəmli sərkərdələr, dövlət xadim-

ləri və ziyalılar çıxmıĢdır. 

Mərhum akademik Ziya Bünyadov (1923-1997) yazmıĢdır ki, 

Xoyskilər  nəslinin  adı  Dünbülü  Batman  Qılıncdır.  Fətəli  xanın  ulu 

babası Cəfərqulu xan Dünbülü Batmanqılınc Xoyda ömür sürən, nə-

sil Ģəcərəsi əslən ġiraz xənadanına gedib çıxan Dünbulü sülaləsinin  


 

11 


baĢçısı idi. 1747-ci il iyunun 19-da öz yaxınları tərəfindən Nadir Ģah 

ƏfĢarın  (1688-1747)  öldürülməsindən  sonra  Xoy  əyalətinin  əsilli-

nəsilli sülaləsi olan Xoyskilərin nümayəndələri xan olublar. Ġlk Xoy 

xanı  ġahbaz  xan  1747-ci  ildən  1763-cü  ilədək  hakimiyyətdə  olub. 

Onu  qohumu  Əhməd  xan  Xoyski  əvəz  edib  və  23  il  (1763-1786) 

xanlığı  idarə  edib.  O,  xanlığı  Xoyski  adı  ilə  1763-cü  ildən  idarə 

etməyə  baĢlayıb.1786-cı  ilin  fevralında  saray  çevriliĢi  nəticəsində 

Əhməd  xanın  öldürülməsindən  sonra  qohumu,  Xoyun  nüfuzlu 

əyanlarından Cəfərqulu xan Xoyski hakimiyyətə keçmiĢ və xanlığı 

1797-ci  ilə  qədər  idarə  etmiĢdi...  O,  1804-1813-cü  illər  birinci 

Rusiya-Ġran müharibəsi zamanı, 1804-cü ildə Nuxaya köçüb və Ru-

siyanın  təbəəliyini  qəbul  edib,  onun  xidmətinə  keçib.  Rusiya  qo-

Ģunları tərkibində xidmətlərinə görə Cəfərqulu xan imperator Birin-

ci  Aleksandr  (1801-1925)  bahalı  brilyantla  bəzədilmiĢ  qızıl  medal 

və qızıl lələklə təltif olunmuĢdu. 1806-cı ilin oktyabrında Səlim xa-

nın  üsyanı  yatırıldıqdan  sonra  həmin  il  dekabrın  22-də  Cəfərqulu 

xan  ġəki  (Nuxa)  xanı  elan  edilmiĢ,ona  general-leytenant  rütbəsi 

verilmiĢdi. Bu münasibətlə o Tiflisə çağırılmıĢ, onun ġəki xanı təs-

diq  edilməsi  elan  edilmiĢ,  ona  almaz  qələm,  Ali  Fəxri  Fərman  və 

dövlət  gerbi  təqdim  olunmuĢdu.  Cəfərqulu  xan  Xoyski  dövlətə  sə-

daqətlə qulluq edəcəyi barədə and içmiĢdi... Tezliklə o, Birinci dərə-

cəli “Müqəddəs Anna” ordeni ilə təltif olunmuĢdu. 

Cəfərqulu  xan  1814-cü  ilədək  hakimiyyətdə  olub.  1814-cü  il 

avqustun  22-də  (Yuli  təqvimi  ilə)  bundan  əvvəl  ağır  xəstələnmiĢ 

Cəfərqulu  xan  vəfat  edib.  1814-cü  il  sentyabrın  3-dən  (təzə  stillə) 

oğlu Ġsmayıl xan hakimiyyətə keçib. Çarın fərmanı ilə ona general-

leytenant rütbəsi verilmiĢdi. Beləliklə, Xoyskilər Xoyda olduğu ki-

mi ġəkidə də xanlığı davam etdiriblər. Beləki, Ġsmayıl xan 1814-cü 

il  sentyabrın  3-dən  (Yuli  təqvimi  ilə  avqustun  22-dən)  1819-cu  il 

avqustun 5-dək (Yuli təqvimi ilə 24 iyul 1819-cu ilədək) ġəki xanı 

olmuĢdu. Ġsmayıl xan Cəfərqulu xan Xoyskinin ikinci oğlu idi, ġə-

rəf  Nisə  bəyimdən  doğulmuĢdu  (onun  3  arvadı  vardı).  (Cəfərqulu 

xanın  birinci  oğlu  Əhməd  xan  Tehranda  girov  kimi  yaĢayırdı...). 

Car Birinci Aleksandarın fərmanı  ilə  Ġsmayıl xana 1815-ci  ildə  ge-

neral-mayor  rütbəsi  verilmiĢdi...  1819-cu  ilin  iyulunda  qızdırma 

xəstəliyindən vəfat edən Ġsmayıl xan ġəkinin axırıncı xanı olmuĢdur 



 

12 


(ġəki  xanlığı  çarın  fərmanı  ilə  1819-cu  ildə  ləğv  edilmiĢ  və  Rusi-

yanın  tərkibinə  qatılmıĢdı)... 

Fətəli xanın atası Ġsgəndər xan (25 may 1820, Gəncə - 16 iyul 

1894, Gəncə) Kəlbalı xan Xoyskinin (1785 - 29 iyul 1834) Cəfərqu-

lu  xanın  kiçik qızı  Sara bəyim Xoyskidən olan övlad idi.  Ġsgəndər 

xan çar ordusunda 40 il qüsursuz xidmətdən sonra 16 dekabr 1889-

cu ildə ona general-leytenant rütbəsi verilmiĢ və təqaüdə yola salın-

mıĢdı.  Ġsgəndər  xan  16  iyul  1894-cü  ildə  Gəncədə  vəfat  etmiĢ  və 

oradakı Səbizkar qəbristanlığında dəfn edilmiĢdi... Onun Nuxada və 

Gəncədə  iki  böyük  evi  (malikanəsi)  vardı...  Beləliklə,  Fətəli  xan 

Xoyski  hərbçi  ailəsində  böyüyüb  -  baĢa  çatmıĢdı.Ġsgəndər  xanın  6 

övladı - 5 oğlu, 1 qızı vardı. Fətəli xan ailədə 4-cü uĢaq idi. O, Ġs-

gəndər  xanın  övrəti  Hacı  Molla  Zeynal  qızı  ġəhrəbanu  xanımdan 

olan oğluydu. Birinci təhsilini Gəncə klassik gimnaziyasında almıĢ-

dı. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil ola-

raq 1901-ci ildə oranı 1-ci dərəcəli diplomla bitirmiĢ, ilk öncə Gən-

cədə,  sonra  isə  Suxumi,  Batumi  və  Kutaisi  dairə  məhkəmələrində 

müxtəlif vəzifələrdə çalıĢmıĢdı. Fətəli xan 1907-ci ildə Yekaterina-

dar (indiki Krasnodar; 1920-ci ilədək Yekaterinadar adlanırdı) dairə 

məhkəməsində prokuror köməkçisi təyin edilmiĢdi 

1907-ci ildə Fətəli xan Xoyski Yelizavetpol (Gəncə) quberni-

yasından  Rusiyanın  II  Dövlət  Dumasına  kadetlər  partiysından 

(Konstitusiyalı burjua demokratik partiyası) deputat seçilmiĢdi. Cə-

mi 103 gün ömrü olmuĢ Ġkinci Dövlət Dumasında F. Xoyski Azər-

baycandan yeganə təmsilçi idi.Üçüncü Dövlət Dumasında isə Fətəli 

xan Xoyski ilə bərabər Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov (25 

oktyabr  1873,  Gəncə  -1947,  Ġstanbul),  Ġsmayıl  Zeynalabdin  oğlu 

Tağıyev  (1865,  Bakı  -  1930  Bakı;  1907-ci  ildə  Ġkinci  Dumaya 

deputat  seçilib,  ancaq  getməyib.  Partiya  məncubiyyəti  üzrə  bitərəf 

olub.  Ġsmayıl  milyonçu  Hacı  Zeynalabdin  Tağıyevin  dayısı  qızı 

Zeynəbdən olan  oğlu  idi...),  Məhəmməd ağa  Məmməd  Tağı  Sultan 

oğlu ġahtaxtinski (1846, Naxçıvan, ġahtaxtı kəndi -12 dekabr 1931, 

Bakı),  Mustafa  Hacı  Musa  oğlu  Mahmudov  (Mahmudi)  (1878, 

Göyçay qəzasının Kürdəmir kəndi - 20 dekabr 1937, Bakı; otuzuncu 

illərdə  repressiyaya  məruz  qalıb,  1937-ci  ilin  noyabrında  həbs  olu-

nub  və  həmin  il  dekabrın  20-də  güllələnib)  və  Zeynal  Eynal  oğlu 



 

13 


Zeynalov  (1876,  Əmircan  kəndi,  Bakı-1935,  Bakı)  da  millət  vəkili 

missiyasını daĢıyırdılar. Bunların içərisində ilk azərbaycanlı profes-

sor olan... M. ġahtaxtinskini xüsusi qeyd etməliyik... 

Kadetlər  partiyasının  üzvü  olmasına  baxmayaraq,  Müsəlman 

fraksiyasına  daxil  olan  Fətəli  xan  1907-ci  il  fevralın  20-də  açılan 

Sankt-Peterburqun  məĢhur  Tavriya  sarayında  Rusiya  Dumasındakı 

cəsarətli  çıxıĢlarında  çar  hökumətinin  Zaqafqaziyada,  o  cümlədən 

Azərbaycanda yeritdiyi müstəmləkəçilik və milli ayrı-seçkilik siya-

sətini  tənqid  atəĢinə  tuturdu.  O,  Rusiyanın  müstəmləkə  xalqlarına 

məhəlli (milli-mədəni) muxtariyyət verilməsini tələb edirdi F. Xoy-

ski 1917-ci ilin martınadək Gəncə və Bakı dairə məhkəmələrində iĢ 

kəsmək üzrə andlı müvəkkil vəzifəsini də icra etmiĢdi. 

Bundan  sonra  partiya  mənsubiyyəti  üzrə  bitərəfliyini  bəyan 

edən  Fətəli  xan  Xoyski  1917-ci  ilin  martında  yaradılmıĢ  Zaqafqa-

ziya  Müsəlmanları  Mərkəzi  Ġcraiyyə  Komitəsinin  üzvü  seçilmiĢdi. 

”Müsavat” firqəsinin  (“müsavat” ərəbcə “bərabərlik”, “firqə” “par-

tiya” deməkdir) 1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən I qu-

rultayında  iĢtirak  edən  F.Xoyski  demiĢdi:  –  “Mən  müxtəlif  səbəb-

lərə görə heç bir firqəyə girməmiĢəm, amma hamısı ilə çalıĢmıĢam. 

Ona görə də hər bir firqənin fəaliyyətini bir tərəfinə təhqiq edə bil-

miĢəm...” F. Xoyski “Müsavat” partiyasının  I qurultayında irəli sü-

rülən “Azərbaycana Muxtariyyət!” Ģüarının qızğın tərəfdarıydı. 

Fətəli xan Zaqafqaziya Komissarlığının maarif naziri, həm də 

Zaqafaqziya  Mərkəzi  Ġcraiyyə  Komitəsinin  sədri  olmuĢdu.  Milləti-

nin mənafeyini hər Ģeydən üstün tutan, onu müqəddəs hesab edən F. 

Xoyski  Zaqafqaziya Müsəlmanları  Ġcraiyyə  Komitəsinin sədri  kimi 

böyük nüfuza malik idi (”millət” anlayıĢını və sözünü Azərbaycan-  

da  ilk  dəfə  görkəmli  drmaturq  Mirzə  Fətəli  Axundzadə  (Axundov) 

(1812-1870) iĢlətmiĢdir). 

1918-ci il fevralın 10-da Tiflisdə Zaqafqaziya Seymi  yaradıl-

mıĢ, ilk açılıĢı fevralın 23-də olmuĢ, həmin il mayın 26-da isə süqut 

etmiĢdi. F.Xoyskinin Zaqafqaziya Seyminin üzvü, 1918-ci il aprelin 

20-də  yaradılan  A.Ġ.Çxengelinin  baĢçılıq  etdiyi  Zaqafqaziya  Fede-

rativ Respublikasının ədliyyə naziri olması heç də təsadüfi deyildi... 

F.Xoyski hələ Zaqafqaziya Komissarlığı hökumətində çalıĢar-

kən  Azərbaycanda  ibtidai  və  ali  məktəblərin  açılmasına  cəhd  gös-



 

14 


tərmiĢdi.  Tiflis  Ģəhərində  Zaqafqaziya  Darülfününün  təsis  məsələsi 

qaldırılanda Fətəli xan demiĢdi: - ”...Hə üçün Tiflisdə? Axı, burada 

həm Ali Texniki Məktəb, həm də Gürcüstan Universiteti var.YaxĢı 

olmazmı  ki,  bu  Darülfünün  hər  bir  Ģəraiti  olan  Bakıda  təsis  edil-

sin...”.  Qeyd  etmək  lazımdır  ki,sonralar  -  Azərbaycan  Demokratik 

Respublikasının  BaĢ  naziri  (rəisi-Vüzarə)  olanda  Bakı  Darülfünü-

nün  (Ġndiki  Bakı  Dövlət  Universitetinin)  təsis  edilməsinin  (15  no-

yabr 1918-ci il) təĢəbbüsçüsü məhz F. Xoyski olmuĢdu. 

Fətəli  xan  Xoyski  hələ  Zaqafqaziya  Komissarlığında  (17  no-

yabr  1917  -  14  fevral  1918)  nazir  olarkən  1917-ci  ilin  noyabrında 

Azərbaycan  Ordusunun  yaradılması  haqqında da məsələ  qaldırmıĢ-

dı.  Çünki  o,  nizami  ordu  yaradılmasını  milli  müstəqilliyə  aparan 

doğru  yolda  ən  vacib  və  ciddi  addım  hesab  edirdi.  Komissarlığın 

sədri  E.P.Geqeçkori  (1891-1954)  1917-ci  il  noyabrın  15-də  Fətəli 

xana  qaldırdığı  məsələ  ilə  əlaqədar  rəsmi  münasibətini  bildirmiĢ, 

Zaqafqaziya  Müsəlman  kol  (nizami)  ordusunu  təĢkil  etmək  haq-

qında” 7 bənddən ibarət  qətnaməni 11 dekabr 1917-ci ildə imzala-

mıĢ, onun həyata keçirilməsini Fətəli xanın özünə həvalə etmiĢdi. 

1918-ci  il  Mayın  28-də  Tiflisdə  sabiq  Qafqaz  caniĢini  Qran-

dükün  oturduğu  sarayda  Zaqafqaziya  Seymində  4  partiyanı  təmsil 

edən  44  nəfər  azərbaycanlını  birləĢdirən  Azərbaycan  Milli  ġurası 

axĢam saat 20

10

 dəqiqədə adbaad səsvermə yolu ilə ġərqdə yeni res-



publikanın  –  Azərbaycan  Xalq  Cümhuriyyətinin  (Azərbaycan  De-

mokratik Respublikasının) yarandığını elan edən “Ġstiqlal Bəyanna-

məsi”ni  qəbul  etdi.  Milli  ġura  24  səslə  Azərbaycanın  “Ġstiqlal  Bə-

yannaməsi”ni qəbul etmiĢ, 2 nəfər - Sultan Məcid Qənizadə (Qəni-

yev) (1866-1938) və Cəfər Axundov (1878-1931) bitərəf qalmıĢdı... 

(Sultan  Məcid  Hacı  Murtuzəli  oğlu  Qənizadə  (Qəniyev).  Görkəmli 

maarif xadimi, yazıçı, tərcüməçi, filoloq alim idi. 1886-cı ilin apre-

lində ġamaxıda anadan olmuĢdu.Otuzuncu illərdə repressiyaya mə-

ruz  qalıb,  26  iyul  1937-ci  ildə  həbs  edilib,23 mart  1938-ci  ildə  72 

yaĢında  güllələnib...  Cəfər  Axund  Hacı  ġeyx  Həsən  oğlu  Axundov 

1878-ci ildə Nehrəm kəndində dünyaya gəlib. 1931ci ildə Gəncədə 

53 yĢında vəfat edib və Səbizkar qəbristanlığında, atasının sərdabə-

sində dəfn olunub). 


 

15 


1918-ci  il  Mayın  “28-də  axĢam,  bir  saatlıq  fasilədən  sonra 

Azərbaycan  Milli  ġurası  tərəfindən  ilk  müvəqqəti  hökumət  təsis 

olundu.  Hökumətin  təĢkili  Fətəli  xan  Xoyskiyə  həvalə  edildi.  Özü 

bitərəf olan Fətəli xan 4 partiyanı təmsil edən birinci koalisiyalı mü-

vəqqəti hökumət  kabinetini 9 nəfərdən ibarət  təĢkil etdi. F.  Xoyski 

milli  hökumətin  əsas  qurucusu  idi.  F.  Xoyski  Milli  ġura  Heyəti-

Vükalə rəisi - Nazirlər ġurasının sədri olmaqla bərabər, daxili iĢlər 

naziri  vəzifəsini  də  üzərinə  götürmüĢdü.  Ali  təhsilli  hüquqĢünas 

olan F. Xoyski 1918-ci il Mayın 28-də təsis olunan müstəqil Azər-

baycan Respublikasının ilk daxili iĢlər naziri (mülki) olmuĢdu. 

1918-ci  il  mayın  30-da  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

yarandığını  elan  edən  6  maddədən  ibarət  “Ġstiqlal  Bəyannaməsi” 

məhz  Azərbaycan  Cümhuriyyətinin  Nazirlər  ġurasının  ilk  sədri  F. 

Xoyskinin imzası ilə radioteleqrafla dünya ölkələrinin paytaxtlarına 

və  dövlət  baĢçılarına  göndərilmiĢdi...  Bütün  türk  mənĢəli  dövlətlər 

əsasən dini təməl üzərində qurulduğu halda, Azərbaycan Xalq Cüm-

huriyyəti dünyəvi təməl üzərində təĢəkkül tapmıĢdı. Sonralar- 1918-

ci  il    dekabrın  7-də  Azərbycan  Parlamentinin  təsis  iclasında  çıxıĢ 

edən ilk milli hökumətimizin baĢçısı F.Xoyski bu tarixi hadisəni be-

lə  qiymətləndirmiĢdi:  ”Bu  gün  öylə  böyük  və  mübarək  gündür  ki, 

bunu biz azərbaycanlılar yuxumuzda da görə bilməzdik”. 

F.Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin 5 hökumət kabi-

netinin  ilk  üçündə  Nazirlər  ġurasının  sədri  olmuĢdu.  Birinci  kabi-

netdə  hökumət  baĢçısı  kimi  eyni  zamanda  daxili  iĢlər  naziri  vəzi-

fəsini icra etməyi də öz üzərinə götürməsi o dövrdəki çox mürəkkəb 

ictimai - siyasi Ģəraitdə bu Nazirliyin  yerinə yetirməli olacağı çətin 

funksiyalarla  əlaqədar  idi.  Həmin  çətin  vəzifələrin  real  həyata 

keçirilməsinin  öhdəsindən  bir  təcrübəli  hüquqĢünas  kimi  yalnız  F. 

Xoyski,  peĢəkar  siyasi  -  ictimai  xadim  gələ  bilərdi.  Çünki,  Fətəli 

xan çar Rusiyasının və Osmanlı Türkiyəsinin DĠN (polis) və hərbi 

sistemləriinə,  onların  təkamülü  və  fəaliyyətinin  tarixi  təcrübəsinə 

bələd olan Ģəxsiyyət idi. Ġlk dövrdə olduqca vacib olan Azərbaycan 

Xalq  Cümhuriyyəti  və  Osmanlı  Türkiyəsi  arasında  “Dostluq  haq-

qında” 1918-ci il iyunun 4-də bağlanan müqavilə də məhz F. Xoy-

skinin təĢəbbüsü ilə həyata keçmiĢdi. 


 

16 


Həmin  müqavilənin  4-cü  bəndinə  əsasən  Azərbaycan  Xalq 

Cümhuriyyətini tanıyan Osmanlı hökuməti  “qayda-qanunu və ölkə-

nin  təhlükəsizliyini  təmin  etmək  üçün  ehtiyac  olduğu  təqdirdə         

F.  Xoyskinin  Azərbaycan  hökumətinə  silahlı  qüvvə  ilə  yardım  et-

mək öhdəliyi”ni yerinə yetirirdi Bunu Azərbaycan Xalq Cümhuriy-

yətinin  Stepan  ġaumyanın  (1878-ci  ildə  Tiflisdə  anadan  olmuĢdu) 

baĢçılıq  etdiyi  Bakı  Xalq  Komisarları  Soveti  (25  aprel  -  31  iyul 

1918-ci il),  “Sentrokaspi”  Diktaturası (1 avqust 1918 - 15 sentyabr 

1918-ci  il)  və  digər  düĢmənləri  ilə  mübarizədə  canını  fəda  etmiĢ 

qardaĢ türk əsgər və zabitlərinin Azərbaycan ərazisində indi də qal-

maqda  olan  məzarları  sübut  edir.  Qeyd  etmək  də  yerinə  düĢərki, 

təkcə  1918-ci  ilin  yayı  və  payızında  Azərbaycanın  müstəqilliyi  və 

qazanılmıĢ müstəqilliyinin qorunub-saxlanması və möhkəmləndiril-

məsi  uğrunda  gedən mübarizədə,  aparılan qanlı  döyüĢlərdə  tam ol-

mayan məlumata görə Türkiyə hərbi hissələrinin 1130 əsgər və za-

biti Ģəhid olmuĢdur... 

BaĢ nazir, eyni zamanda daxili iĢlər naziri və həm də hüquq-

Ģünas kimi çar Rusiyasının və Osmanlı Türkiyəsinin polis və hərbi 

sisteminə,  fəaliyyət  təcrübəsinə  bələd  olan  F.  Xoyskinin  rəhbərliyi 

ilə Milli Ordu və polis quruculuğunda ilk vaxtlar keçmiĢ Müsəlman 

Korpusunda yeganə nizami qüvvə kimi Birinci atlı  “tatar”  alayının 

600 nəfərlik  qüvvəsindən  və Qafqaz  Müsəlman (Ġslam)  Ordusunun 

əsgərlərindən  istifadə  olunmuĢdu...  (tərkibi  Birinci  Dünya  müha-

ribəsində  iĢtirak  etmiĢ  azərbaycanlılardan  ibarət  “Tatar  alayı”nın 

tərxis  olunmuĢ  zabitlərindən  və  əsgərlərindən,  həmçinin  milli  təəs-

sübkeĢli  könüllülərdən  ibarət  dəstələrdən  olan  bu  qüvvəyə  “dikiy” 

(“vəhĢi”)  diviziya  da  deyilirdi.  Bu  diviziyanın  döyüĢçüləri  AXC 

dövründə Ģərəflə xidmət göstərmiĢdilər (Əslində, bunu millətçi rus-

lar vaxtıilə müsəlman döyüĢçülərinə həqarətlə demiĢdilər... Halbuki, 

”VəhĢi  diviziya”  1914-1917-ci  illərdə  çara  sədaqətlə  xidmət  et-

miĢdi...). 

F.  Xoyskinin  yaratdığı  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

Birinci  Müvəqqəti  Milli  Hökuməti  Tiflisdə  cəmi  20  gün  fəaliyyət 

göstərmiĢdi...F.Xoyski hökuməti baĢqa ölkənin (Gürcüstanın) ərazi-

sində  fəaliyyət  göstərdiyi  üçün DĠN-in  və onun orqanlarının təĢkili 

iĢi hələ zəif getmiĢdi... Belə Ģəraitdə nə mükəmməl struktur, nə də 



 

17 


ki,  nizami  hissələrin  yaradılması  ləng  gedən  prosesiydi...  Qeyd  et-

mək  lazımdır  ki,  o  zaman  Fətəli  xan  Xoyskinin  BaĢ  nazir  və  eyni 

zamanda daxili iĢlər naziri vəzifələrini öz üzərinə  götürməsi  Qərbi 

Avropa  modeli  idi.  Özü  də  F.  Xoyski  artıq  yuxarıda  qeyd  edildiyi 

kimi,  mülki  (sivil)  nazir  idi.  Hökumət  baĢçısının  eyni  zamanda 

daxili  iĢlər  naziri  vəzifəsini  ifa  etməyi  öz  üzərinə  götürməsi  o 

zamankı  çox  mürəkkəb  dövrdə  bu  Nazirliyin  olduqca  məsuliyyətli 

qurum  sayılması  və  onun  üzərinə  düĢən  vacib  vəzifələrlə  əlaqədar 

idi.  Xalq  Cümhuriyyətinin  elan  olunduğu  vaxt  ölkənin  ərazisində 

əsl anarxiya hökm sürürdü. F. Xoyski söyləyirdi ki, bir kənddən, o 

biri  kəndə  getmək  belə  təhlükəliydi.  Belə  bir  zamanda  gənc  Azər-

baycan  Cümhuriyyəti  hökumətinin  ilk  tədbirlərindən  biri  ölkədə 

anarxiyaya son qoymaq və ciddi qayda-qanun, nizam-intizam yarat-

maqdan ibarət idi. Bu iĢdə yeni  yaradılmıĢ Daxili ĠĢlər Nazirliyi və 

ona tabe olan polis orqanlarının rolu çox önəmli idi... 

Tiflisdə  rəsmən  bir  müstəqil  nazirlik  kimi  1918-ci  il  mayın 

28-də  təsis  edilən  F.  Xoyskinin  nazir  olduğu  Daxili  ĠĢlər  Nazirliyi 

də, ertəsi günü, yəni mayın 29-da digər yeni yaranan nazirliklər ki-

mi  fəliyyətə  baĢlamıĢ,  onun  ilkin  srukturları  və  orqanlarının  təĢkili 

getmiĢ, vəzifələri müəyyənləĢmiĢdi. Bu vəzifələr əsasən xüsusilə ilk 

dövrlərdə  öz  tətbiqi-təcrübi  əhəmiyyətini  saxlamıĢ  çar  Rusiyası 

DĠN-in (1840-1917) polis-jandarm sisteminin tarixi təcrübəsinin və 

ənənəsinin  həyata  keçirdiyi  əsas  funksiyaların  demək  olarki,  eyni 

idi.  Bu  funksiyalar  yerli  xüsusiyyətlərdə  nəzərə  alınmaqla  daxili 

iĢlər naziri F. Xoyskinin rəhbərliyi altında hazırlanmıĢ Azərbaycan 

Xalq Cümhuriyyəti Daxili ĠĢlər Nazirliyinin ilk Əsasnaməsində  öz 

əksini tapmıĢdı“. 

Ölkədə  daxili  sabitliyi  və  hüquq  normalarına  riayət  olunma-

sını təmin etmək, milliyətindən və dinindən asılı olmayaraq, bütün 

vıtəndaĢların  həyatını,  əmlakını  və  hüquqlarını  qorumaq,  cinayət-

karlıqla  mübarizə  aparmaq,  milli  ordu,  təhlükəsizlik  qüvvələri  ilə 

birgə ərazi bütövlüyümüzə təcavüzə cəsarət göstərə biləcək hər han-

sı qüvvəyə qarĢı mübarizə etmək DĠN-in ilk və baĢlıca funksiyaları 

idi.  Pasport,  Viza  və  Qeydiyyat  iĢləri,  VVAQ  və  nikah  məsələləri, 

hərbi  təlim  görmüĢ  adamlardan  kadr  ehtiyatı  hazırlamaq,  Azərbay-

can Ordusu sıralarına yeni çağrıĢçıların toplanması, hərbi çağırıĢdan 



 

18 


boyun  qaçıranlar  və  fərariliklə  mübarizə,  torpaqlarımızı  qoruyacaq 

sərhəd  qüvvələrinin  yaradılmasında  iĢtirak,  siyasi  partiyalara,  fəhlə 

partiyalarına,  milli  komitələrə  və  ictimai  təĢkilatlara,  mədən-zavod 

komissiyalarına, həbsxanalara, mətbuata, poçt-teleqrafa və digər ra-

bitəyə,  dəmiryoluna  və  avtomobil  nəqliyyatına,  neft  sənayesinə, 

yol-tikinti  və  təsərrüfat,  sanitariya  və  abadlıq  iĢlərinə,  ticarət  ob-

yektlərinə  nəzarət  etmək,  dini  təĢkilatları  və  cəmiyyətləri  qeydə 

almaq,  milli ədavət  törədilməsinin qarĢısını  almaq, həmçinin  bütün 

siyasi, hüquqi normativ aktların və sənədlərin yaradılmasında iĢtirak 

etmək və s. DĠN-in əlavə və dolayı vəzifələri sırasına daxil idi. 

...  Gürcüstanın  münasibətinin  soyuqlaĢmağa  baĢlaması  və  öz 

ərazisini tərk etməyi tələb etməsi üzündən Azərbaycan Milli ġurası 

və  Azərbaycan  Müvəqqəti  Hökuməti  1918-ci  il  iyunun  16-da 

Tiflisdən Gəncəyə köçdü. Hökumətin iqamətgahı Fətəli xanın Gən-

cədəki  ata  evi  seçildi...  (Sonra  hökumət  Azərbaycan  Kənd  Təsər-

rüfatı  Akademiyasının  indiki  binasına  köçmüĢdü).  Ertəsi  gün,  iyu-

nun 17-də axĢam yenə Fətəli xan Xoyskinin baĢçılıq etdiyi 2-ci hö-

kumət  kabineti  yaradıldı.  Ġkinci  hökumət  kabineti  12  nazirlikdən 

təĢkil edilmiĢdi.Nazirlərdən 6 nəfəri 1-ci hökumət kabinetinin üzvü, 

digər 6 nəfəri isə yeni nazir seçilən Ģəxslər idi. 

F. Xoyski həm ikinci (17 iyun 1918-dekabr 1918-ci il) və üçün-

cü  (26  dekabr  1918-ci  il-14  mart  1919-cu  il)  hökumət  kabinetləri 

dövründə və sonrakı fəaliyyətində də çox böyük iĢlər görmüĢ, onların 

təĢkilatçısı, həyata keçiricisi olmuĢdu. F. Xoyskinin rəhbərliyi altında 

Azərbaycan  Cümhuriyyətinin  dövlət  dili  türk  dili  elan  edilmiĢdi  (27 

iyun  1918-ci  il).  Gəncədə  gizirlər  (praporĢiklər)  məktəbi  açılmıĢdı 

(1918-ci ilin iyunu), üçrəngli, aypara və səkkiz guĢəli Milli Bayrağı-

mız qəbul edilmiĢdi (9 noyabr 1918-ci il). Azərbaycan milli müstəqil 

polisi təsis edilmiĢdi (2 iyul 1918-ci il). Yüz ondörd ildən sonra Yeli-

zavetpol  Ģəhəri  və  quberniyasının  adı  dəyiĢdirilərək  Gəncənin  tarixi 

adı yenidən özünə qaytarılmıĢdı (30 avqust 1918-ci il) və s. 

Yeri gəlmiĢkən,Gəncə sözünün etimalogiyası barədə müxtəlif 

ehtimallar  mövcuddur.  Bir  fikir  belədir  ki,”Gəncə”  farsca  (Pəhləvi 

dilində) “xəzinə”, ”dəfinə”, ”məhsul saxlanan yer” deməkdir. Ərəb-

lər  Gəncəni  “Cənzə”  adlandırmıĢlar  (həmin  mənada).  Ermənilər 

“Qandzak”  deyirdilər.  Gürcülər  “Qanqza“  adlandırırdılar.  Bəzi 



 

19 


mənbələr  yazır  ki,  Gəncə  azəri  sözü  olub,”açıq  yer”,  ”gen  (Gəncə) 

yer” deməkdir; Gəncə sözünü tayfa adı ilə əlaqələndirənlər də var... 

Gəncənin salındığı tarix dəqiq deyil... Gəncə Bərdədən sonra ikinci 

Ģəhər  hesab  olunurdu.  ġimali  Azərbaycan  ərazisini  ərəblər  vaxtıilə 

“Arran” adlandırırdılar. Paytaxtı Bərdə idi. Mərhum görkəmli arxe-

oloq,  tarix  elmləri  namizədi  Ġsaq  Məmməd  Rza  oğlu  Cəfərzadənin 

(14 avqust 1895 - Gəncə - 5 yanvar 1982, Bakı) fikrincə, Gəncə V 

əsrdə  salınmıĢdı...  Orta  əsrlərdə  Gəncə  müxtəlif  feodal  dövlətlərin 

paytaxtı  idi...  O  cümlədən  Gəncə  Bəylərbəyliyinin  (16-cı  əsr)  və 

Gəncə  xanlığının  (1747-1804)  paytaxtı  olmuĢdu.  Gəncə  xanlığı 

1813-cü  ildən  Yelizavetpol  dairəsi  adlanmıĢdı.  1840-cı  il  aprelin 

10-da  çar  Rusiyasının  Qafqazda  həyata  keçirdiyi  inzibati  islahatlar 

zamanı  Yelizavetpol  qəzası  yaradılmıĢdı  (qəza  -  mahal,  rayona 

bərabər  inzibati  ərazi  vahidi  idi).  Qəza  4  məntəqədən  -    Qazax, 

ġəmĢəddil, Yelizavetpol  və  Ayrum  məntəqələrindən  ibarət  idi. 

ġəmĢəddil  18-ci  əsrin  ortalarında  (1747)  yaranmıĢ  sultanlıq 

idi. Ərazisi 4200 verst (1 verst 1067 kvadrat metrə bərabərdir), əha-

lisi qızılbaĢ türk tayfalarından olan zülqədərlərdən ibarətdi. Mərkəzi 

Öksüzlü (Tovuz ərazisində) obasıydı. ġəmĢəddil sultanlığına Zülqə-

dərovlar  baĢçılıq  edirdilər.  Zülqədərovlar  əsasən  Xılxına  kəndində 

yaĢayırdılar. ġəmĢəddil Sultanlığı zaman-zaman Gəncə xanlığına və 

Kartli  Çarlığına  tabe  olsada,  daim  müstəqillik  uğrunda  çarpıĢmıĢ-

dı... Tarixdə ġəmsəddin Sultanlığı (mahalı) da adlandırılan ġəmĢəd-

dil Sultanlığı 1801-ci ildə Rusiyanın tərkibinə qatılmıĢdı... ġəmĢəd-

dilin  ilk  sultanı  Sultan  Allahverdi  Zülqədər  olub.  O,  1747-1761-ci 

illərdə sultanlıq etmiĢdi. ġəmsəddilin  ən qüdrətli  sultanı  Nəsib  sul-

tan olmuĢdur (1797-1819). Lakin onu azərbaycanlıların qəddar düĢ-

məni,  rus  general-leytenantı,  knyaz  Valerian  Madatov  (1782-1829) 

(əslində Madatyan; Madatov Qarabağ mahalının Dizaq məlikliyinin 

Tuğ  kəndində  (indiki  Martuni-Xocavənd  ərazisindədir)  anadan 

olmuĢdu; V. Madatyan Qarabağda həm də at oğrusu kimi də tanınır-

dı...)  müstəqilliyə  can  atdığı  üçün  yanına  çağırıb  həbs  etdirmiĢ, 

oradan  Tiflisə  apartdırmıĢdı.  Tiflisdən  isə  əvvəlcə  Kazana,  daha 

sonra  isə  Xarkov  Ģəhərinə  sürgün  etdirmiĢdi.  Nəsib  sultan  1819-cu 

il mayın 11-də öldürülmüĢdü... ġəmĢəddil (ġəmsəddin) hazırda Er-

mənistanın ərazisində - Berd rayonunun tərkibindədir... 



 

20 


...1867-ci il dekabrın 9-da çar hökumətinin qərarı ilə mərkəzi 

Yelizavetpol olan Yelizavetpol quberniyası yaradılmıĢdı (quberniya 

vilayətə bərabər inzibati  ərazi  idarəetmə vahididir). Onun tərkibinə 

Yevlax, ƏrəĢ, Nuxa, Qazax, CavanĢir, Karyagin, Zəngəzur və ġuĢa 

qəzaları  daxil  idi.  1869-cu  ildə  Gəncə  Yelizavetpol  quberniyasının 

paytaxtı edilmiĢdi. Yelizavetpol quberniyasını 1872-ci ilədək hərbi 

qubernator idarə edirdi. Sonuncu tarixdən isə qubernator idarə etmə-

yə  baĢlamıĢdı.  Quberniya  idarəçiliyinə  qubernator,  onun  müavini, 

qəza müfəttiĢləri, tərcüməçilər, xüsusi iĢlər məmuru və s. daxil idi. 

Quberniyanın  inzibati  polis  aparatı  və  bütün  hökumət  idarələri  və 

mülki  hakimiyyət  qubernatorun  nəzarətində  idi...  1804-1918-ci  il-

lərdə Gəncə Yelizavetpol adlanırdı. Bu, Gəncənin Rusiya qoĢunları 

tərəfindən 1804-cü il yanvarın 3-də zəbt olunması və 18 il hakimiy-

yətlik  etmiĢ  axırıncı  Gəncə  xanı  Ziyadoğlu  Cavad  xan  Qacarın 

(1786-1804)  döyüĢ  meydanında  qəhrəmancasına  həlak  olmasından 

sonra  çarın  verdiyi  fərmanı  ilə  əlaqədar  idi.  Beləki,  çar  Birinci 

Aleksandr  Pavloviçin  2  (bəzi  ədəbiyyatlarda  3)  mart  1804-cü  il 

tarixli  fərmanı  ilə  Gəncə  adı  ləğv  olunmuĢ  və  Gəncənin  alınması 

münasibətilə arvadı  Yelizavetanın Ģərəfinə Yelizavetpol adlandırıl-

mıĢdı.  Bu,  Gəncəni  iĢğal  edən  Qafqazda  rus  qoĢunlarının  baĢ  ko-

mandanı, gürcü əsilli ganeral-mayor, knyaz Pavel Dmitriyeviç Sisi-

anovun  (əslində  SisianiĢvili)  (20  sentyabr  1754,  Moskva  -  8  fevral 

1806, Bakı) təklifi ilə olmuĢdu. Çarın fərmanı Gəncə Cümə Məsci-

dində  oxunmuĢdu.  Hətta  həmin  vaxtdan  “Gəncə”    sözünü  iĢlədən 

adamlardan 1 manat cərimə alınırdı... 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin