Qeyd: Lavrenti Pavloviç Beriya 29 mart 1899-cu ildə
Gürcüstanda, Minqireliyada, Kutaisi qəzasının Merkhxeli kəndində
anadan olmuşdu.1919-cu ildə “Hümmət” müsəlman bolşevik təşki-
latının təqdimatı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Əks İnqilab-
la Mübarizə Təşkilatının (11 iyun 1919-cu ildə yaradılmışdı) Senzu-
ra Şöbəsinin rəisi vəzifəsində işləmişdi.L. Beriya daha sonra, 1921-
ci ildə M.C.Bağırov Azərbaycan Fövqəladə Komissiyasının sədri
olanda həmin xüsusi xidmət orqanında Məxfi Şöbənin rəisi, eyni za-
manda FK sədrinin müavini vəzifəsində də işləmişdi. Sonra Za-
qafqaziya Partiya Komitəsinin İ katibi olmuşdu. L. Beriya 1938-ci il
noyabrın 25-dən 1945-ci il dekabrın 25-dək SSRİ-nin xalq daxili
işlər komissarı, 5 mart-26 iyun 1953-cü il də isə xalq dövlət təhlükə-
sizlik naziri vəzifələrində işləmiş, marşal rütbəsinə yüksəlmişdi.
İ.Stalinin ölümündən (5 mart 1953) sonra partiya rəhbərliyini ələ
keçirən N.Xruşşov (15 aprel 1894, Kursk vilayəti, Kalinovka kəndi-
11 sentyabr 1971, Moskva;77 yaşında orada vəfat etmişdir) 11 il
(13 sentyabr 1953-14 oktyabr 1964-cü illər) SSRİ-nin başçısı-
ÜİK(b)P MK-nın və Sov.İKP MK-nın birinci katibi (1952-ci ilin
oktyabrından) vəzifələrində işləmişdi. O, hakimiyyətə keçən kimi
İ.Stalinin yaxınlarından və ətrafındakılardan qisas almağa və on-
lara divan tutmağa başlamışdı. Onların içərisində L.Beriya və
M.C.Bağırov da vardı. N.Xruşşovun göstərişi ilə ÜİK (b)P MK-nın
Siyasi Bürosunun üzvü, marşal L.Beriya Büronun 1953-cü il 26
iyun tarixli iclasının gedişində həbs edilmiş və müəmmalı şəkildə
yox çıxmışdı... Tarixi ədəbiyyatda L.Beriyanın 1953-cü il dekabrın
23-də güllələndiyi bildirilir...
183
1923-cü ildə Zaqafqaziya Dövlət Plan Komitəsi sədrinin
müavini, 1927-cü il oktyabrın 10-dan Zaqafqaziya Xalq Komissar-
lığının Dövlət Plan Komitəsi sədrinin birinci müavini vəzifələrində
çalıĢarkən M.H. Hacınski həbs edildiyi tarixədək - (3 dekabr 1930-
cu il) daim Azərbaycanın mənafeyini önə çəkmiĢdi.O,Azərbaycanda
Ģəhərlərin abadlaĢması barədə bir çox təĢəbbüslərin müəllifi idi.
Hələ o vaxt Gəncənin və yeni salınacaq DaĢkəsənin (DaĢkəsən ra-
yonu 1930-cu ildə təĢkil olunmuĢdu...1956-cı ilədək Dəstəfur rayo-
nu adlanmıĢdı. Dəstəfur indi orada kənddir.1963-cü ilin yanvarın 4-
də ləğv edilərək ərazisi Xanlar rayonuna verilmiĢdi. 1965-ci ildə
yanidən müstəqil rayondur...) Azərbaycan sənayesi üçün gələcəkdə
böyük əhəmiyyət daĢıyacağını yazdığı məqalələrində göstərirdi
(M.H. Hacınskinin 20-ci illər mətbuatında Azərbaycanın tikinti qu-
ruculuq həyatına dair dərc etdirdiyi çoxlu məqalələri vardı).
M.H. Hacınski əvvəllər olduğu kimi Zaqafqaziyanın təchizat ko-
missarının müavini və ticarət komissarı vəzifələrində də xidmət
göstərmiĢdi. Lakin o, repressiya və təqiblərə məruz qalmıĢ, həyatı
faciə ilə qurtarmıĢdı.
Beləki,L.Beriyanın göstəriĢilə M.H.Hacınski 1930-cu il deka-
brın 3-da gecə yaĢadığı Maçabeli (keçmiĢ Sergiyevski) küçəsindəki
15 nömrəli evində aparılan axtarıĢdan sonra Zaqafqaziya Dövlət Si-
yasi Ġdarəsinjin (DSĠ) əməkdaĢları tərəfindən həbs edilmiĢdi. Onun
həbs orderinə (233 nömrəli) Tatyan soyadlı erməni qol çəkmiĢdi.
M.H. Hacınskiyə “xalq düĢməni” damğası vurmuĢdular...Güya o,
Zaqafqaziya Dövlət Plan Komitəsində iĢləyərkən, ”əksinqilabi
”Azərbaycan Milli Mərkəzi” adlı gizli təĢkilat yaratmıĢ, mühaci-
rətdə olan müsavatçılarla əlaqə saxlamıĢ və “proletar dövləti”nə
qarĢı yönəlmiĢ digər “cinayətlər törətmiĢdi”.M.H. Hacınskiyə qarĢı
irəli sürülən əsas ittihamlardan biri onun üzünə duran Ə. Bəylərbə-
yov adlı bir mühəndisin ifadəsi idi (Ələsgər bəy Bəylərbəyov. 1882,
ġuĢa-1949, Bakı. Əvvəllər Azərbaycan SSR XKS yanında ġosse və
Qrunt Yolları Ġdarəsinin rəisi olmuĢdu. Sonra Bakıda AzərSu
Təsərrüfatında mühəndis iĢləmiĢdi.1937-ci ildə repressiya olunmuĢ
və tutulmuĢdu...). Ə.Bəylərbəyov bildirirdi ki, güya 1928-ci ilin
payızında Tiflisdən Bakıya gəldiyi zaman M.H. Hacınski Dövlət
Plan Komitəsi sədrinin kabinetində Ġngiltərə və Fransanın
184
maraqları... Ə. TopçubaĢovla bağlanmıĢ gizli müqavilədə öz ək-
sini tapmıĢdır...
M.H. Hacınskinin qızı “Mira” xanım (M.H. Hacınskinin 8
övladı vardı. BeĢ oğlundan böyüyü ġamil, qızlarındn böyüyü Minu-
rə idi ki, ona “Mira” deyirdilər. ġamil istedadlı inĢaat mühəndisiydi.
Almaniyada təhsil almıĢdı. Sonralar tikinti sahəsində rəhbər vəzi-
fəyə yüksəlmiĢdi. ”Mira” isə həm də yaxĢı pianoçu idi) sonralar bu
hadisəni belə xatırlayırdı:
- “Atam tutduğu vəzifəsi ilə əlaqədar Bakıdan Tiflisə köçəndə
iĢ elə gətirmiĢdi ki, biz L.Beriya ilə bi binada yaĢayırdıq. Bizim
ailəmiz birinci, onun ailəsi isə ikinci mərtəbədə yaĢayırdı. Tiflisdə
atamın layihəsi üzrə “Zarya Vostoka” (Zaqafqaziya Federasiyası-
nın orqanı. 1923-1937-ci illərdə çıxmıĢdır) qəzeti üçün bina tikmiĢ-
di. Bina L. Beriyanın “xoĢuna” gəlməmiĢdi və o, iclaslardan birində
bunu “burjua üslubunda” tikili adlandırıb atamı günahlandırmıĢdı.
Onda atam elə birbaĢa qəzetdə L. Beriyaya kəskin cavab yazmıĢdı.
Bununla da, hər Ģey qurtardı.Vəziyyət dözülməz xarakter aldı. Atam
Beriya ilə hətta evin girəcəyində görüĢmək belə istəmirdi.Və biz
Beriya yaĢayan binadan baĢqa binaya köçdük.L.Beriya ilə münaqiĢə
ailəmiz üçün faciəli nəticəyə gətirib çıxardı. Atamın taleyi bir növ
“niĢanlanmıĢdı”. 1930-cu ilin sonunda atamı birbaĢa evdən
götürdülər”.
Ərinin nahaqdan həbs olunmasını yəqin bilən Səadət xanım
1928-ci il dekabrın 28-də oğlu ġamillə birlikdə Moskvaya gedərək
vaxtı ilə M.H. Hacınski ilə yaxın münasibətdə olmuĢ, həmin zaman
Sov.ĠKP MK və Siyasi Büronun üzvü olan Serqo Orconikidze ilə
onun Kremldəki mənzilində görüĢmüĢdü.
Haşiyə: “Serqo” və “Nikolay” onun ləqəbi idi. Əslində, Qri-
qori Orconikidzedir.O, 24 oktyabr 1886-cı ildə Gürcüstanın Ku-
taisi Ģəhərində anadan olmuĢ, sonralar,18 fevral 1937-ci ildə
Moskvada özünü öldürmüĢdü. Q. Orconikidzeni qəddarlıqda
“yeni Sisianov” adlandırırdılar... Bəli, onu vaxtıilə Qafqaz cani-
Ģini olmuĢ, azərbaycanlılara qan uddurmuĢ, Azərbaycanda müs-
təmləkəni qılınc güçünə bərqərar etmiĢ, o cümlədən Gəncənin
sonuncu mərd xanı, Ziyadoğlu Qacar nəslindən olan Cavad
xanın (1786-1804) (“cavad” ərəb sözüdür, ”comərd”, ”səxavətli”
185
deməkdir) qatili olmuĢ, rus qoĢunlarının komandanı, feldmarĢal
knyaz Pavel Dmitriyeviç Sisianovla (SisianiĢvili) (1754-1806)
müqayisə edirdilər...
Q. Orconikidze Səadət xanımı hörmətlə qarĢılayıb dinləmiĢ
və sonra bildirmiĢdi: ”Bəzi yoldaĢlar məni onun günahgar olmasına
inandırmaq istəsələr də, mən inanmıram. Siz evinizə qayıdın. AraĢ-
dıraraıq. Əminəm ki, o, evinə qayıdacaq. ”Bu sözlər Səadət xanıma
ümid vermiĢdi... Lakin heç nə alınmamıĢdı... Hətta Azərbaycan KP
MK-nın o vaxtkı birinci katibi Mir Cəfər Bağırov (17 sentyabr
1895, Quba-27 may 1956, Bakı...) da kömək edə bilməmiĢdi
(M.H.Hacınski hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxi-
li iĢlər naziri iĢləyəndə o vaxt L.Beriya və M.C.Bağırov DĠN-ə tabe
olan Azərbaycan Əks-KəĢfiyat Ġdarəsində bir yerdə çalıĢmıĢdılar).
Üstəlik, onların ailələri də çox zaman bir yerdə olardı. M.H.Hacın-
skinin oğlanları ġamil, NuĢirəvan, Murad, Tofiq uĢaqlıqdan
M.C.Bağırovun böyük oğlu Cahangirlə (Cahangirə öz aralarında
“Volodya - Vladimir də deyirdilər) bir yersdə böyümüĢ, onunla
dostluq etmiĢdilər...
...Həbsxanada karserdə saxlanılan M.H.Hacınski fasiləsiz din-
dirmələrdən, əzablardan yorulmuĢdu. O, nəhayət, ailəsinə məktub
göndərə bilmiĢdi...Məktubda deyilirdi: ” Mənim yazıq yetimlərim,
ananızı incitməyin, ona qulluq edin.Mənə heç nə göndərməyin,
burada hamısı var. Pianonu satın, ac qalmayın”. Bu sözlər 8 fevral
1931-ci ildə yazılmıĢdı və onun intiharqabağı (ağır həbsxana həyatı-
na və iĢgəncələrə dözməyərək, ürək xəstəliyinə və vərəmə tutulan
M.H. Hacınski o dövrün istintaq sənədlərinə görə “özünü asmaqla”
intihar etmiĢdi...) maddi-sıxıntı içərisində yaĢayan ailəsinin gələcək
taleyinə yanan bir atanın ruhi vəziyyətini əks etdirirdi. Ölümündən
bir gün qabaq yazdığı son məktubunda ailəsi ilə vidalaĢan M.H. Ha-
cınski onu qınamamağı xahiĢ edir və özünün təmiz olduğunu bildi-
rən ata: ”Mən sizə heç bir dövlət qoymuram, çünki yoxumdur. Mə-
nim dövlətim elə sizsiniz.QardaĢlarınız,bacınız,qardaĢınnız üçün
dövlətdir”.
... 1931-ci il fevralın 9-da M.H.Hacınski artıq həyatda yox idi.
Dövlət Siyasi Ġdarəsinin divarları arasında nə olmuĢdu, heç kəsə
bəlli deyildi. Tarixi ədəbiyyatda belə bir məlumat var ki, L.Beriya-
186
nın göstəriĢi ilə həbs olunan M.H.Hacınski 1931-ci il martın 8-də
Tiflis həbsxanasında həlak olmuĢdur. Hərçənd,onun L.Beriyanın
göstəriĢi ilə öldürüldüyü (boğulub, zəhərlənib və s.) ehtimalı da
vardır...
M.H. Hacınskinin meyitini görən olmayıb, onun dəqiq harada
basdırıldığı da məlum deyil. Hər halda, Tiflisdə basdırılması ehti-
malı üstündür... Tarixi ədəbiyyatda belə bir məlumat vardır ki,
1931-ci il fevralın 9-da “həbsxanada ”intihar etmiĢ” M.H. Hacınski-
nin Ģəxsi əĢyaları onun həyat yoldaĢı Səadət xanıma təqdim olun-
muĢdu. Göz yaĢları içərisində olan Səadət xanım həmin əĢyaların
qablaĢdırıldığı xırda çemodanı götürüb evə gətirib açdıqda onun
içərisindən mərhum ərinin “güya” həbsxana kamerasında özünü
asdığı mələfədən doğranıb hazırladığı kəndir qırıntıları çıxmıĢdı.
M.H. Haçınskinin qızları bunu vay-həĢirlə qarĢılamıĢdılar. QardaĢ-
ları isə həmin gecə kəndiri aparıb F.Xoyski və H. Ağayevin yanında
dəfn edilmiĢ M.F. Axundovun məzarının ayaq tərəfində basdırmıĢ-
dılar... Bu, simolik qəbir idi...
M.H. Hacınskinin iki qızı və oğlu anaları ilə birlikdə “xalq
düĢməni”nin ailəsi kimi 1941-ci ilin qıĢında Qazaxıstana sürgün
olunmuĢ, Bakıdakı ata evləri əllərindən alınaraq, nələri vardısa ha-
mısı müsadirə edilmiĢdi. M.H. Hacınski haqqında kiçik bir arayıĢ
var. Orada deyilir ki, Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı
özünün 29 may 1959-cu il tarixli qərarı ilə M.H. Hacınskiyə qarĢı
çıxarılmıĢ 30 sentyabr 1931-ci il, 2 fevral və 13 mart 1932-ci il
tarixli “ədalətsiz” qərarları ləğv etmiĢ və o,ölümündən sonra kasas-
siya qaydasında reablitasiya olinmuĢdu. Bundan baĢqa, onun öz
varislərinə kiçik bir vəsiyyətnaməsi də qalmıĢdır...
M.H. Hacınskinin ölümü ilə əlaqədar bir ehtimal da var ki, o,
ona atılan böhtanlara və haqsızlığa dözməyərək, həbsxana kamera-
sında özünə qəsd etmiĢ və həlak olmuĢdur. Bu zaman onun 55 yaĢı
vardı. Həmin hadisə ilə əlaqədar arxivdən tapılmıĢ və rus dilində
yazılmıĢ 2 məktubu oxuculara təqdim edirik. Məktublardan biri o
zaman Zaqafqaziya Federativ Respublikasının rəhbərləri Q. Orconi-
kidzeyə və ġ. Eliavaya (ġalva Zuraboviç Eliava 18 sentyabr 1883-
cü ildə Gürcüstanın Kutaisi quberniyasının Qaniri kəndində anadan
olmuĢ, otuzuncu illərdə repressiya olunmuĢ və 1937-ci il dekabrın
187
3-də güllələnmiĢdir), digəri isə ona qarĢı qaldırılmıĢ “cinayət iĢi”nin
istintaqını aparan müstəntiq Ġvan Purnisə ünvanlanmıĢdır:
“Г. Орджоникидзе, Ш. Елиаве.
Умирая, я скажу вам правду. Я был врагом вашим с
постоянным колебанием. Но я был врагом на языке, являлся,
выслушивал, сам говорил враждебные речи, но ни одним своим
действием я не вредил Советской власти. Здесь я начал
нанизывать на себя обвинения за обвинениями,но когда мне
начали показывать показания, ужасающе ложные, бутдо я
связан с заграницей, с Московским центром в Азербайджане,
что я устраивал восстания, что организацию в Закгосплане. Я
понял, что спросить их не сумею и должен буду остаток
жизни позорство и мучится, я был жертвой своего колебания,
своей аполитичности, своего болтливого языка. Обвинять
никого не обвиняю, даже тех, кто сочинил показания, Все
приходит ко мне.
Из гроба буду умолять Вас, пролейте свет на мое дело и
снимите хоть часть моего позора.
М. Гаджинский”.
“Ивану Яковлевичу Пурнису
Я не мог вынести позора ни морально, ни физически.
Все же уходя с этого мира,я продолжаю настаивать,
что вся моя вина была в болтающем языке. Поступком и
делом я пролетариату не изменял. Но кого винить.
Вас,как следователю, не могу, ибо Вы не обязаны врать
душе. Душа фотографического снимка не дает. Умоляю Вас,
после более тщательно проверьте,анализируя все показания
против меня. Вы убедитесь,что в предполагаемых грехах я не
виновен.
М. Гаджинский”.
Bir qədər də Hacınskilər nəslinin sonrkı aqibətləri üzərində
dayanaq. Yeri gəlmiĢkən, Hacınskilər nəsli haqqında Azərbaycan
Xalq Cümhuriyyətinin Varisləri TəĢkilatının fəaliyyəti və məlumat-
ları çox maraqlıdır...
188
Q. Orconikidzenin tapĢırığı ilə M.H. Hacınskiyə kəsilmiĢ cüzi
təqaüd 1940-cı ilə qədər verilsə də, ailə üzvlərinin təqib olunması
dayanmamıĢdı. Nəticədə onlar “xalq düĢməni”nin övladları kimi
təhsil aldıqları məktəblərdən xaric olunmuĢ, iĢ yerlərini də itirmiĢdi-
lər. M.H. Hacınskinin müəmmalı, faciəli ölümündən sonra Səadət
xanım Almaniyada olan oğlanları ġamilə və NuĢirəvana məktub ya-
zıb onların Vətənə qayıtmalarını bildirmiĢdi. ġamil qayıtsada, atası-
nın taleyini yaĢamaq istəməyən NuĢirəvan (o, Almaniyanın Kotsput
Universitetinin yüngül sənaye mühəndisliyi fakultəsini 1932-ci ildə
baĢa vurmuĢ, ali təhsilə yiyəlınmiĢdi) ömürlük qürbətdə qalmağı
üstün tutmuĢdu. SSRĠ hökuməti tərəfindən Ġranda da təqib olunan
Tofiq və Murad Hacınskilər hərbi xidmətlərini baĢa vurub evə
qayıtmaq ərəfəsində Ġkinci Dünya müharibəsi baĢlanmıĢdı. Bakıda 2
illik pedaqoji kursu bitirərk, təyinatla Qubada ibtidai sinfdə dərs
deyən Minurə xanım məktəbin dil-ədəbiyyat müəllimi idi. O, ”xalq
düĢməni”nin qızı ilə evlənməyə cəsarət etmiĢ Əziz adlı bakılı
oğlanla ailə həyatı qurmuĢdu...
1941-ci il oktyabrın 4-də Hacınskilər ailəsinin sürgün edilmə-
si haqqında qərar çıxdıqda artıq döyüĢ cəbhəsinə getməyə hazırla-
Ģan Muxtar anası və bacıları ilə birlikdə sürgün olunmuĢdu. Qaza-
xıstanda ağır sürgün həyatının izlərini daim üzərində yaĢadan Mux-
tar ali təhsilli maliyyəçi, Ukraynadan sürgün edilmiĢ, türk əsilli Ko-
çubəylər nəslindən olan Anna xanımla evlənmiĢdi. Onların hər ikisi
maliyyə idarəsində birgə çalıĢmıĢ, Anna xanım maliyyə Ģöbəsinə
rəhbərlik etmiĢ, Muxtar isə baĢ mühəndis vəzifəsində çalıĢmıĢdı.
Lakin ailənin xoĢbəxtliyi uzun sürməmiĢ, iĢdə süni yolla dolaĢdırı-
laraq həbs olunan Muxtardan sonra güclü mənəvi sarsıntı keçirən
Anna Alma-Atadakı monastra gedib, orada ömürlük rahibə həyatını
qəbul etmiĢdi.Həbsxana həyatından sonra ciyər xəstəliyi tapan
Muxtar isə, həyatının son günlərini Bakıda, bacıları Minurə və Ley-
lanın (ailənin sonuncusu) yanında yaĢamıĢdı.
Sürgün haqqında qərara əsasən “xalq düĢməni”nin ailəsi kimi
Bakıdakı evləri əllərindən alınaraq 1941-ci il oktyabrın 5-də gəmi
ilə Krasnovodska (Türkmənistan. Ġndiki TürkmənbaĢı) yola salınan
Səadət xanım üç qızı, kiçik oğlu Tofiqlə oradan da yük vaqonunda
ġimali Qazaxıstana göndərilmiĢdilər. Onları sərt qıĢı ilə ad çıxarmıĢ
189
Semi-Palatinski vilayətinin Jarmin rayonundakı Balacar qızıl Ģax-
tasının ərazisində məskunlaĢdırmıĢdılar. Əzablı sürgün həyatı belə
baĢlanmıĢdı...
M.H.Hacinskinin böyük oğlu ġamil hələ 1927-ci ildə Almani-
yaya təhsil almağa getmiĢ, atasının yolunu tutaraq, DarmĢtadt Uni-
versitetinin inĢaat fakultəsinə daxil olmuĢ, 1932-ci ildə oranı bitirib
Tiflisə qayıtmıĢdı. Almaniyada mükəmməl təhsil almıĢ, bir neçə
xarici dil bilən ġamili yaxĢı mütəxəssis kimi Ġran Sənaye Nazirliyi-
nin texniki nümayəndəsi kimi çalıĢırdı...Sonra onu Berlində iĢ-
ləməyə göndərmiĢdilər... Lakin birdən, 1942-ci il noyabrın 9-da onu
təcili Moskvaya çağırmıĢ və həbs etmiĢdilər... Altı ay Moskvadakı
məĢhur Lefortovo həbsxanasında saxlanıldıqdan sonra ġamili
KuybıĢev Ģəhərindəki islah-əmək düĢərgəsinə köçürmüĢdülər...
Sonralar gec də olsa, Suriyyə adlı qızla ailə qurmuĢ ġamil dünyaya
gəlmiĢ yeganə oğluna atasının adını qoymuĢdu. ġamil Hacınski özü
1969-cu il iyunun 9-da, 61 yaĢında dünyasını dəyiĢmiĢdir...
M.H. Hacınskinin həyat yoldaĢı Səadət xanım 1972-ci il yanva-
rın 9-da Bakıda vəfat etmiĢdir. Qızı Minurə də Bakıda 2004-cü ildə
vəfat etmiĢdir. M.H. Hacınskinin 8 övladından sonuncu qızı, 1922-ci
il təvəllüdülü Leyla xanım Hacınskaya düz 40 il Bakıda N. Nə-
rimanov adına Toxuculuq Fabrikində calıĢmıĢdı. Fərdi təqaüdə çıxıb
tənha yaĢayırdı. 2004-cü il iyunun 23-də 82 yaĢında vəfat etmiĢdir.
MUSTAFA BƏY VƏKİLOV
(1896-1965)
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi. Azər-
baycan Xalq Cümhuriyyəti dövründə N.Yusifbəylinin sədr olduğu
5-ci hökumət kabinetində daxili iĢlər naziri olmuĢdur.
Mustafabəy Nadir bəy (ağa) oğlu Vəkilov 1896-cı ilin sen-
tyabr ayında Qazax qəzasının Salahlı kəndində dünyaya göz açmıĢ-
dı. O, Bakı gimnaziyasını bitirərək 1912-ci ildə Moskva Univer-
sitetinin hüquq fakültəsinə daxil olmuĢ və elə həmin dövrdən də öz
xalqının milli-azadlıq mübarizəsinə qoĢulmuĢdu. Mustafa bəyin
190
gələcək siyasi dünyagörüĢünün for-
malaĢmasında əmisi, doktor Məm-
məd Rza Vəkilovun (8 mart 1864,
Qazax qəzası, Salahlı kəndi- 1944,
Bakı) və yaxın qohumu, Azərbay-
can Parlamentinin ilk sədri Əli-
mərdan bəy TopçubaĢovun (4 may
1863, Tiflis-5 noyabr 1934, Paris)
böyük təsiri olmuĢdu. Mustafa bəy
Moskva Universitetində azərbay-
canlı tələbələrin həmyerlilər təĢkila-
tının rəhbərlərindən biri idi.
1917-ci ilin martında Univer-
siteti bitirərək Bakıya qayıdan
M. Vəkilov coĢqun siyasi fəaliyyətə
baĢlamıĢdı. O, apreldə Bakıda çağırılmıĢ Qafqaz müsəlmanlarının
qurultayında, Kiyevdə ukraynalı professor QruĢevskinin rəhbərliyi
altında keçirilmiĢ qeyri-rus millətlərin qurultayında,mayda isə Rusi-
ya müsəlmanlarının Moskvada keçirilən qurultayında iĢtirak
etmiĢdi. Onun Bakı mətbuatında aktual siyasi və ictimai hadisələrlə
bağlı xeyli məqaləsi çap olunmuĢdu. M.Vəkilov rus, fransız və
alman dillərini bilirdi. O, 1917-ci ildə açılması nəzərdə tutulan Ru-
siya Müəssisələr Məclisinə Azərbaycandan millət vəkili seçilmiĢdi.
M. Vəkilov “Türk ədəmi-mərkəziyyət partiyası” – “Müsavat”-
ın 1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən Ġ qurultayında par-
tiyanın Mərkəzi Komitəsinin də üzvü seçilmiĢdi. Bu qurultaydan
sonra M.Ə. Rəsulzadənin rəhbərliyi altında Bakıda və qəzalarda ge-
niĢ xalq hərəkatı baĢlanmıĢdı. Çarizmin müstəmləkə zülmünə qarĢı
yönələn və milli-azadlıq qayəsi daĢıyan bu mübarizə tarixə milli
Azərbaycan hərəkatı kimi daxil olmuĢdur. M.Ə. Rəsulzadənin,
Ə.M. TopçubaĢovun yaxın silahdaĢlarından olan M.Vəkilov həmin
hərəkatın rəhbərlərindən biri idi.
M. Vəkilov 1917-ci il noyabrın 15-də Tiflisdə yaranan Zaqaf-
qaziya Komissarlığı hökumətində daxili iĢlər komissarı A.Ġ. Çxen-
gelinin məsləhətçisi vəzifəsini icra etmiĢdi. O, bundan əlavə, həm
191
də Zaqafqaziya Seymində Müsəlman fraksiyasının fəal üzvlərindən
biri idi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci
ilin sentyabrından Daxili ĠĢlər Nazirliyində iĢləyən M Vəkilov
“Müsavat” partiyasından həmin il dekabrın 7-də Bakıda təntənəli
surətdə açılan Azərbaycan Parlamentinə üzvü olmuĢ, Parlamentin
sədri Ə.M. TopçubaĢovun iki katibindən biri seçilmiĢdi (digər katib
Ə.M.TopçubaĢovun oğlu RəĢid bəy seçilmiĢdi (H.Zərdabinin
(1842-1907) kürəkəni Ə.M. TopçubaĢovun oğlu, RəĢid bəy 26
oktyabr 1909-cu ildə Tiflisdə anadan olmuĢ, 1926-cı ildə, Parisdə
vəfat etmiĢ, həmin Ģəhərin yaxınlığında Sent-Kloud adlanan qəbris-
tanlıqda bacısı Pəri xanımın yanında dəfn olunmuĢdur. RəĢid bəy
Bakı realnı məktəbini bitirmiĢdi.Azərbaycan Parlamentində katib
vəzifəsində çalıĢmıĢdı. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qə-
rarı ilə hüquq təhsili almaq üçün Paris Univeritetinə göndərilmiĢdi.
Cümhuriyyətin süqutundan sovet hökumətinin verdiyi təqaüddən
imtina etmiĢdi...). Hələ 1918-ci ilin oktyabr ayında M.Ə. Rəsul-
zadənin baĢçılığı altında Azərbaycan Respublikasının nümayəndə
heyəti Ġstanbula, beynəlxalq konfransda iĢtirak etməyə gedərkən,
Mustafa bəy onun tərkibinə məsləhətçi kimi daxil edilmiĢdi. Həmin
konfransa Almaniya, Avstriya, Macarıstan, Bolqarıstan, Türkiyə və
Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan, Ermənistan, habelə Dağlı
Ġttifaqının nümayəndələri qatılmıĢdı. Bizim nümayəndə heyətimizin
konfrans iĢtirakçıları ilə danıĢıqlar aparmaq və müqavilə bağlamaq
səlahiyyəti vardı. Bir qədər sonra Ə.M. TopçubaĢov da gəlib çıx-
mıĢdı...
Mustafa bəy 1919-cu il dekabrın 2-11-də Bakıda keĢirilən
“Müsavat”ın II qurultayında yenidən partiyanın Mərkəzi Komitə-
sinin üzvü seçilmiĢdi. O, 1919-cu il dekabrın 24-də Nazirlər ġurası-
nın sədri N. Yusifbəylinin təĢkil etdiyi beĢinci hökumət kabinetində
daxili iĢlər naziri vəzifəsində iĢləmiĢdi (Qeyd: N. Yusifbəylinin 5-ci
hökumət kabineti 1920-ci il martın 30-da istefa versədə, Daxili İşlər
Nazirliyinin həmin dövrdə müstəsna əhəmiyyətli ali inzibati hüquq-
mühafizə orqanı olduğunu nəzərə alan Azərbaycan Parlamenti yeni
hökumət kabinetinin formalaşmasınadək (bu iş 1920-ci il aprelin
1-də M.H.Hacınskiyə həvalə olunmuşdu) M. Vəkilovun öz vəzifə-
192
sini icra etməsini məqsədəuyğun saymıĢdı.Odurki,M.Vəkilov daxili
iĢlər naziri vəzifəsini faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyəti-
nin süqutuna qədər, yəni 27 aprel 1920-ci ilədək yerinə yetirmiĢdi...
Bunu həmin dövrdə daxili iĢlər naziri M.Vəkilovun verdiyi əmrlər
və DĠN-lə əlaqədar tarixi ədəbiyyatlarda bəhs olunan hadisələr və
xarakterik faktlar da sübut edir.
Gənc M.Vəkilov Azərbaycan Xalq Cümhuriyyətinin Parla-
menti və Hökumətinin birgə qərarı ilə daxili naziri təyin edilənədək
əvvəlcə daxili iĢlər nazirinin müavini vəzifəsini icra etmiĢdi. Onun
həmin vaxt, 1920-ci il fevralın 4-də Qarabağın general-qubernatoru
Xosrov bəy Sultanova göndərdiyi teleqramda Zəngəzura hərbi yar-
dım üçün DĠN-in təĢkilatçılığı ilə digər yerlərin əhalisindən yaradıl-
mıĢ 1000 nəfərlik partizan dəstəsinin hazırkı mürəkkəb vəziyyətdə
bölgəyə göndərilməsinin zəruruliyi bildirilirdi. Bundan baĢqa, DĠN-
in tĢkilatçılığı ilə tələbələrdən ibarət könüllülər dəstəsi də Bakıdan
Qarabağa-general-qubernator X. Sultanovun sərəncamına yola sa-
lınmıĢdı. Bu haqda X.Sultanovun sədrliyi ilə 1920-ci il fevralın 9-
da general-qubernatorluqda keçirilən iclasda məlumat bildirilmiĢdi.
1920-ci il fevralın 18-də isə o, 23 yaĢında Azərbaycan Cüm-
huriyyətinin daxili iĢlər naziri təyin olunmuĢdu. M.Vəkilov höku-
mətin ən gənc naziri idi. HəmiĢə əsarətə, köləliyə, milli, mənəvi və
fiziki zülmün müxtəlif təzahür formalarına qarĢı barıĢmaz mübarizə
aparan Mustafa bəy baĢçılıq etdiyi Daxili ĠĢlər Nazirliyini mütərəq-
qi siyasi əqidəyə malik peĢəkar hüquqĢünaslarla, pak və təmiz mə-
nəviyyatlı kadrlarla möhkəmləndirməyə çalıĢırdı. M. Vəkilovun elə
nazir təyin olunduğu gün - onun 1920-ci il 18 fevral tarixli 34 nöm-
rəli əmriylə buna qədər ġəmkir Qəza Ġdarəsinin rəis əvəzi olan Ġs-
gəndər bəy MəĢədi Salman oğlu Qəmbərəliyev ġamaxı Qəzasının
rəisi (12 noyabr 1919-cu ildən sayılmaqla) təyin edilmiĢdi.
M. Vəkilov həmiĢə obyektivlik, haqq-ədalət üçün çalıĢır, fərq
qoymurdu. Məsələn, hətta 1920-ci il aprelin əvvəlində Azərbaycan
Xalq Cümhuriyyətinə qarĢı mübarizə aparan bolĢevik Əli Bayra-
movu qətlə yetirmiĢ cinayətkarların aĢkar olunub həbs edilməsi, on-
lar haqqında cinayət iĢi qaldırılması barədə Ģəxsən göstəriĢ vermiĢ
və bunu daim nəzarətdə saxlamıĢdı.Həmin hadisə belə baĢ vermiĢdi:
193
– ...Hələ 1919-cu ilin əvvəlində Ģəhərdə belə bir söz-söhbət
gəzirdi ki, Ģimalda ağqvardiyaĢı general Denikinin ordusunu əzən
11-ci ordunun Azərbaycan sərhədlərinə yaxınlaĢmasından ruhlanan
Bakı bolĢevikləri Azərbaycan hökumətini yıxmaq üçün üsyan planı
hazırlamıĢlar. Azərbaycan Daxili ĠĢlər Nazirliyi, Bakı Polismey-
sterliyinin qüvvələri həmin bolĢeviklərədən xüsusilə Ə.Bayramovu
və H.Cəbiyevi fəal surətdə axtarırdı.Lakin Azərbaycan Parlamenti-
nin üzvü Ə. H. Qarayev özünün toxunulmazlıq hüququndan istifa-
də edərək, onları əvvəlcə öz mənzilində gizlətmiĢ, polisə onun
mənzilində əsaslı axtarıĢ aparmasına yol verməmiĢ, onların hər
ikisinin Bakıdan çıxmasına Ģərait yaratmıĢdı. DĠN Ə. Bayramovun
Salyan qəzasında gizləndiyini öyrənib qəza rəisi Əli Heydər Yusi-
fova onu aĢkar ediib həbs etməyi tapĢırmıĢdı. Lakin həmin vaxt
Ə.Bayramov Salyanda yox, bir müddətdən sonra - 1920-ci ilin
martında Bakıda Bakı Polismeysterliyinin (Birja küĢəsi 21-də, in-
diki Üzeyir HaĢıbəyov küçəsi 21-də yerləĢirdi) 2-ci və 4-cü sahə
polis pristavlıqları əməkdaĢlarının birgə həyata keçirdilkəri əməli-
yyat-axtarıĢ tədbirləri nəticəsində həbs olunmuĢdu.
Onun tutulmasına polislərə Bakıda çox məĢhur olan “qoçu”
Əjdər (Əjdər Əminov) kömək etmiĢdi . Ə. Bayramovu Bakı Gene-
ral-Qubernatorluğunun yerləĢdiyi Birja küçəsindəki binasında (indi-
ki Üzeyir Hacıbəyov küçəsi, 8 nömrəli evdə) Bakı polismeysteri
Rüstəm bəy Mirzəyev özü dindirmiĢdi. Bu xüsusda Ə. Bayramovun
arvadı, məĢhur bolĢevik Ceyran Bayramova (22 mart 1896-cı il, Ba-
kı-1987, Bakı) Azərbaycanda sovet hakimiyyəti qurulduqdan son-
ra AK (b) P MK-da Qadın ġöbəsinin müdiri iĢləmiĢdi...) sonralar
xatirələrində belə bəhs etmiĢdir:
-Bakı Polismeystrliyinin Ġnformasiya ġöbəsinin rəisi Ələkbər
xan ġahsuvarov (1879-1920. Ələkbər xan Kərim xan oğlu ġahsu-
varov Qarabağda anadan olmuĢdu. Ġxtisasca həkim idi. Odessada
“Novorossiysk” Universitetinin tibb fakultəsini bitirmiĢdi. Azərbay-
can Xalq Cümhuriyyəti dövründə ali təhsilli milli kadrlardan biri
kimi Bakı Polismeysterliyində xidmətə cəlb olunmuĢdu.Sovet haki-
miyyəti qurulduqda onu keçmiĢinə görə həbs etmiĢ və güllələmiĢ-
dilər...) onun könəkçisi, baĢ qorodovoy Məmməd Ġbrahim Babayev
mənə dedilər ki,Ə.Bayramov və yoldaĢları hökuməti devirmək
194
istəyirlər, ona görə siyasi məhbus kimi tutulublar. Onların tutulma-
ğından daxili iĢlər nazirinin (həmin vaxt daxili iĢlər naziri M.Və-
kilov idi) müavini ġ.Rüstəmbəylinin də xəbəri var.Bununla əlaqədar
Ə.H.Qarayev Parlamentdə kəskin çıxıĢ edib Ə.Bayramovun buraxıl-
masını tələb etmiĢdi. O, həmçinin tanınmıĢ bolĢeviklərdən Mir Fət-
tah Musəvinin (1891-1919) və HaĢım Əliyevin (1892-1919) ölü-
mündə də hökuməti günahlandırmıĢdı”.
-
Bu hadisə əslində, Ə.H. Qarayevin dediyi kimi deyil, aĢa-
ğıdakı kimi baĢ vermiĢdi:
-
1919-cu il sentyabrın 5-də cümə günü, gecə saat 12-yə
yaxın “Novıy svet” (“Yeni dünya”(indiki “Sahil” metrosunun ya-
xınlığında yerləĢirdi) restoranında bir stolun arxasında mühəndis
Hacıbəy Seyidbəyov öz tanıĢ qadını ilə Ģam edirdi. QonĢu stolun
arxasında isə bolĢeviklər Mir Fəttah Musəvi, Bakı Fəhlə Konfransı-
nın sədri Levon Qoqoberidze və HaĢım Əliyev əyləĢmiĢdi. Onlar öz
aralarında siyasi mövzuda söhbət edirdilər. Birdən M. Musəvi
H. Seyidbəyova müraciət edərək:“Yeri gəlmiĢkən,biz indiki Azər-
baycan hökumətinin sədrini (N.Yusifbəyli nəzərdə tutulurdu ) və
üzvlərini “Parapetdə” (indiki Fontanlar bağı ) asacağıq, BaĢ nazir
isə Qoqoberidzeni təyin edəcəyik”, – demiĢdi. H. Seyidbəyov
M. Musəviyə çox kəskin cavab vermiĢdi.M.Musəvi isə revolveri
çıxarıb H.Seyidbəyova tuĢlamıĢdı. H.Seyidbəyov da revolveri çıxa-
rıb salondan çıxıĢ yoluna tərəf geri çəkilməyə baĢlamıĢ və özünü
müdafiə məqsədilə bir neçə dəfə atəĢ açmıĢdı. Nəticədə M. Musəvi
və H. Əliyev yerindəcə ölmüĢ, Levon Qoqoberidze isə qarnından
ağır yaralanmıĢdı. AtıĢma davam edrərkən bundan xəbər tutan Bakı
polismeysteri Rüstəm bəy Mirzəyev və 5-ci sahə polis pristavı Mi-
xail Vakula özlərini hadisə yerinə yetirmiĢdilər.
-
Restoran və ətrafı bütünlüklə mühasirəyə alınmıĢ, H. Se-
yidbəyov isə dərhal həbs olunmuĢdu. Ġstintaq zamanı onun Ģəxsiy-
yəti müəyyənləĢdirilmiĢ, aydın olmuĢdu ki, o, ixtisasca mühəndisdir
və Azərbaycan Dəmiryol Ġdarəsində Teleqraf ġöbəsinin rəisi iĢlə-
yir. ġəxsi iĢi araĢdırıldıqda iĢ yerində onu çox ciddi və iĢgüzar
qulluqçu kimi xarakterizə etmiĢdilər.
-
Bu hadisə kəskin əks-sədaya səbəb olmuĢ və hətta Parla-
mentdə müzakirə edilmiĢdi.Parlamentdə çıxıĢ edən “Sosialistlər
195
fraksiyası”nın nümayəndəsi Ə.H. Qarayev qəzəbli halda Azərbay-
can hökumətini günahlandırmıĢ və demiĢdi: ”Biz qırmızı ordu ilə
ciddi danıĢığa girməliyik. Bu hökumət isə bunu bacarmayacaqdır.
Onun əli Əli Bayramovun qanına boyanmıĢdır. Sovet Rusiyası ilə
danıĢığa girmək lazımdır”.
-
Dostları ilə paylaş: |