İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə2/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   2   3   4   5   6   7   8   9   ...   36

Qeyd:  2006-cı  ildə  YUNESKO-nun  və  İSESKO-nun  xoşmə-

ramlı  səfiri,  Azərbaycanın  birinci  xanımı,  millət  vəkili  Mehriban 

xanım Əliyevanın dəstəyilə “Cavad xan adına Tarix və Mədəniyyət 

Fondu”  yaradılıb  fəaliyyət  göstərir.  Fondun  prezidenti  Gəncənin 

başı müsibətlər çəkmiş məşhur Ziyadxanlılar nəslinin davamçıların-

dan  olan  Valid  Ziyadlıdır.  Fond  hər  il  yanvar  ayının  4-də  Cavad 

xanın və oğlu Hüseynqulu xanın rus istilaçıları ilə döyüşdə qəhrə-

mancasına şəhid olduqları gün anım (xatirə) tədbirləri keçirir... 

Beləliklə,  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  məhz    

F.  Xoyski  hökumətinin  30  avqust  1918-ci  il  tarixli  qərarı  ilə  Yeli-

zavetpol adı ləğv edilmiĢ və Gəncənin tarixi adı bərpa olunmuĢdu... 



 

21 


Sovet  dönəmində  Gəncə  qəzası  və  adı  1929-cu  il  aprelin  8-

dək  saxlanmıĢdı.1929-cu  ildən  qəza  adı  ləğv  olumuĢ  və  rayon  ad-

lanmıĢdı.  1935-ci  ildən  Gəncə  Kirovabad  adlanmağa  baĢlamıĢdı. 

Bu, vaxtı ilə  AK(b)P MK-nın 1-ci katibi (24 iyul 1921 – 20 yanvar 

1925)  olmuĢ,  Azərbaycana  rəhbərlik  etmiĢ,  Ġ.V.Stalinin  (1879-

1953) Ġosif Vissorianoviç CuqaĢvili. Ləqəbi Stalin.Stalin “stal”-“po-

lad kimi möhkəm”, ”köhnə bakılı”, ”Koba”; 21 dekabr 1879, Gür-

cüstan, Tiflis quberniyası, Qori Ģəhəri - 5 mart 1953, Moskva. Cari 

dövrü  mətbuatda  belə  fərziyə  öz  əksini  tapmıĢdır  ki,  Ġ.  Stalinin  əsl 

atası məĢhur rus səyyahı, çar  Ġkinci Aleksandrın  nəvəsi hesab edi-

lən, general Nikolay Mixayloviç Prjevalskidir (12 aprel 1839, Smo-

lensk  vilayətinin  Komborqvo  kəndi)  Ġ.  Stalinin  atası  adlanan  Ġosif 

Tiflis Quberniyasının Qori Ģəhərində çəkməçi idi. Gəncliyindən əy-

yaĢlıq edirmiĢ. Tez də dünyasını dəyiĢmiĢdi... Anası Yekaterina Ge-

ladze isə ağıllı və iĢgüzar bir qadın olmuĢdur. N. Prjevalski 1878-ci 

ildə  Qafqaza  səyahəti  zamanı  Qoridə  yaĢayan  dostu,  knyaz  Mami-

noĢvilinin  qonağı  olarkən  orada  təsərrüfat  iĢlərinə  kömək  edən 

Yekaterina ilə tanıĢ olmuĢdu. Bu 22 yaĢlı qız gürcü knyazının uzaq 

qohumu idi və ona təssərüfat iĢlərində qulluq göstəririrdi. Nikolayla 

Yekaterina  ilk  baxıĢdan  bir-birilərini  bəyənmiĢdilər...  Onların  bir 

neçə  görüĢlərindən  sonra  Yekaterina  hamilə  qalmıĢdı.  Və  9  aydan 

sonra Ġosif döğulmuĢdu... Nikolay Prjevalski Qoridən getsədə, tez-

tez  Yekaterinaya  pul  göndərirmiĢ.  Bunu  1880-1881-ci  illərdə  onun 

poçtla Yekaterina Georgiyevnaya göndərdiyi pul baratlarının çekləri 

də sübut edirdi... Beləliklə,1879-cu ilin dekabrında dünyaya göz aç-

mıĢ,  ”Stalin”  ləqəbiylə  gələcəkdə  dünyanın  ən  nəhəng  dövlətlərin-

dən  birinə  -  SSRĠ-yə  uzun  illər  baĢçılıq  etmiĢ  və  tarixə  “xalqlar 

atası”  adı  ilə  düĢmüĢ  Ġosif  CuqaĢvilinin  rus  çarı  Üçüncü  Aleksan-

drın Smolenskdə yaĢayan kəbinsiz arvadı Yelena Alekseyevna Ka-

retnikovadan doğulmuĢ N. Prjevalskinin oğlu olduğu fərziyə  edilir. 

Ġ.  Stalinin  isə  bir  nəvə  kimi  çar  Rusiyasının  monarxiya  taxt-tacına 

varislik  iddasının  da  mövcudluğu  aĢkara  çıxır...)  ən  yaxın,  sevimli 

silahdaĢlarından biri olan Sergey Mironoviç Kirovun (Kostrikovun) 

(23  mart  1886,  Moskvaətrafı  Urjum  Ģəhəri-1  dekabr  1934, 

Leninqrad)  adı  ilə  bağlıydı.  S.M.  Kirov  1  dekabr  1934-cü  ildə 

Leninqrad (indiki Sankt-Peterburq) Vilayət Partiya Komitəsinin 1-ci 



 

22 


katibi vəsifəsində iĢlərkən ÜĠK (b) P Tarix Ġnstitutunun Tarix-Parti-

ya  Komissiyasının  təlimatçısı  Leonid  Nikolayev  tərəfindən  onun 

kabinetinin  yanında  arxadan  boynuna  vurduğu  güllə  nəticəsində 

öldürülmüĢdü. Ġ. Stalinin göstəriĢilə onun Ģərəfinə Gəncənin adı Ki-

rovabad  adlandırılmıĢdı.Yalnız  35  ildən  sonra,  1989-cu  ildə  “Kiro-

vabad” adı ləğv  edilmiĢ və  Gəncənin  tarixi  adı  bərpa  olunmuĢ-

dur... 

Azərbaycan  Cümhuriyyəti  dövründə  F.  Xoyski  hökumətinin 



30 avqust 1918-ci il tarixli qərarı ilə daha bir tarixi həqiqət öz yerini 

tapmıĢ, ”Karyagin qəzası” ləğv edilmiĢ və Cəbrayıl qəzasının həqiqi 

adı  özünə  qaytarılmıĢdı...  Cəbrayıl  adlı  tarixi  Ģəxsin  orta  əsrlərdə 

yaĢaması bəlliydi... Cəbrayıllı tayfası haqqında məlumatlara isə ge-

neral-mayor A. Bakıxanovun  (1794-1846) və Mirzə Həsən əfəndi-

nin əsərlərində rast gəlinir... 



Qeyd:  Abbasqulu  Bakıxanov  (ədəbi  ləqəbi  Qüdsi  (“müqəd-

dəs”) Bakı xanlarının nəslindən, Bakı xanı İkinci Mirzə Məhəmməd 

xanın  böyük  oğlu  idi.  Anası  Safiya  xanım  gürcü  qızıydı...  A.  Bakı-

xanov  3 iyun 1794-cü ildə  Bakıdan 16  km, şimalda yerləşən Əmir-

hacıyan kəndində anadan olmuşdu. Tiflisdə rus ordusunda dilmanc-

tərcüman  olmuş,  Rusiyanın  İranla  və  Türkiyə  ilə  sülh  danışıqla-

rında yaxından iştirak etmiş, bir sıra Rusiya, İran və Türkiyə orden 

və medallarıyla təltif olunmuşdu. A . Bakıxanov 1832-ci il martın 9-

da podpolkovnik, 10 ildən sonra 1842-ci ildə polkovnik almış, bun-

dan  sonra  isə  general-mayor  rütbəsinə  yüksəlmişdi.  İmperator  Bi-

rinci Nikolay (1825-1855) A. Bakıxanovu şəxsən tanıyırdı. A. Bakı-

xanov 1846-cı il dekabrın ortalarında Məkkədən (Səudiyyə Ərəbis-

tanı)  qayıdarkən  “Vadiyi-Fatimə”  adlanan  yerdə  52  yaşında  ikən 

vəfat  etmişdi...  A.  Bakıxanovun  general-mayor  olması  haqqında 

onun həmmüasiri  general-mayor  Ağalar  xana yazdığı 2 məktub  da 

bunu  sübut  edir.  Həmin  məktubların  sonunda  o  imzasından  əvvəl 

“general Bakıxanov” sözlərini yazmışdır.Bu məktubları dilçi tədqi-

qatçı, professor Musa Adilov vaxtıilə Salman Mümtaz adına Əlyaz-

malar  İnsitutunda  saxlanılan  Əlabbas  Müznibin  (1883-1938)  arxi-

vindən  üzə  çıxararaq  qəzetdə  dərc  etdirmişdir...  (Əlabbas 

Mütəllibzadə Müznib... Görkəmli ədəbiyyatşünas-filoloq tədqiqatçı, 

yazıçı-jurnalist, istiqlal  şairi... 1883-cü ildə Bakıda  anadan doğul-

 

23 


muşdu... Otuzuncu illərdə repressiyaya məruz qalaraq, 1938-ci ildə 

Vladiqafqazda  55  yaşında  ikən  güllələnmişdir.  Əsgərzadə  Salman 

Məşədi  Məhəmmədəmin  oğlu  (“Mümtaz”).  (1884,  Şəki  -  1941, 

Şəki).  Görkəmli,  yorulmaz  filoloq-tədqiqatçı.  Azərbaycan  SSR  EA 

Ədəbiyyat və Dilçilik İnstitunun elmi işçisi olmuşdur). 

AğdaĢ  qəzasına Ģəhər statusunun verilməsi  (30 avqust 1918-

ci  il),  Bakının  erməni-daĢnak    qüvvələrindən  azad    edilməsi    (15 

sentyabr 1918-ci il), Azərbaycan  Məclisi  Məbusanının (Parlamen-

tinin)  açılması  (7  dekabr  1918-ci  il)    və  “plüralizm”in  (“coxparti-

yalılığın”) bərqərar olduğu parlament sisteminin yaradılması, Azər-

baycan  Cümhuriyyətinin pul və  poçt markalarının buraxılması, ana 

dilində  məktəb  və  seminariyaların  təsis  olunması  Azərbaycanın 

beynəlxalq  aləmdə  tanınması  və  xarici  əlaqələrin  aparılmasında  və 

digər  mütərəqqi  iĢlərdə  F.  Xoyski  əvəzsiz  xidmətlər  göstərmiĢdi. 

Dahi  Üzeyir  bəy  Hacıbəyli  (18  sentyabr  1885,  ġuĢa  qəzasının 

Ağcabədi  kəndi  -  23  noyabr  1948,  Bakı)  F.  Xoyskinin  və  onun 

baĢçılıq etdiyi hökumətin xüsusilə 1918-ci ildəki ilkin mürəkkəb və 

çətin  dövrdəki  fəaliyyətinə  yüksək  qiymət  vermiĢdi...  Böyük  Mə-

həmməd Əmin Rəsulzadə (31 yanvar 1884, Bakı, Novxanı kəndi - 6 

mart  1955,  Ankara)  F.  Xoyski  hökumətini  müdafiə  edərək  bil-

dirmiĢdi ki, hökumət  “bu  az  müddətdə, nə mümkünsə etmiĢdir”. 

...Gəncəyə  köçəndən  sonra  F. Xoyski yaranmıĢ yeni əlveriĢ-

li Ģəraitdə əməli olaraq, 2 iyul 1918-ci ildə Azərbaycan Xalq Cüm-

huriyyətinin  ilk  müstəqil  milli  polisini  təsis  etmiĢdi.  Bu    zaman 

sosial baza da vardı. Belə ki, vaxtı ilə Bakıda və Azərbaycanın digər 

yerlərində  xidmət  edən  sabiq  polis  və  burjua  milisi  əməkdaĢları 

Gəncəyə  toplaĢmıĢdılar.  F.Xoyski  hökuməti  həmin  qüvvələrdən 

istifadə etməklə ilk milli-müstəqil polis orqanlarının yaradılması za-

manı  həm  də  qeyri  millətlərin  sədaqətli  olan  nümayəndələrindən 

istifadə etmiĢdi. Bununla əlaqədar Fətəli xanın baĢçılıq etdiyi Azər-

baycan  hökuməti  “Hökumət  müəssisələri  və  idarələrinin  öz  vəzifə-

lərini tərk etmiĢ qulluqçuları haqqında” 178 nömrəli qərar vermiĢdi. 

Qərara  uyğun  olaraq  məhz  Fətəli  xan  Xoyskinin  və  daxili  iĢlər  

naziri Behbud xan CavanĢirin (1877-1921) rəhbərliyi altında 1918-

ci il iyulun 2-dən etibarən Gəncə quberniyasına daxil olan, əhalisi 1 

milyon  64  min  647  nəfər  təĢkil  edən,  9  qəzada  (Gəncə,  Zəngəzur, 



 

24 


Cəbrayıl, CavanĢir, Qazax, ġuĢa, Cavad, Nuxa və ƏrəĢ qəzalarında) 

müstəqil Azərbaycan  polisinin yaradılmasına  baĢlanmıĢdı... 

F.  Xoyskinin  BaĢ  nazir  və  eyni  zamanda  daxili  iĢlər  naziri 

olduğu dövrdə Bakı Xalq Komissarları  Sovetinin  hərbi  qüvvələri 

ilə Azərbaycan  Xalq Cümhuriyyətinin qüvvələri arasında müharibə 

(Bakı  XKS  S.ġaumyanın  baĢçılıq  etdiyi  sovet  hakimiyyəti  idi. 

Tarixdə  “Bakı  Kommunası”  kimi  də  tanınır.  Cəmi  97  gün  mövcud 

olmuĢ Bakı XKS 1918-ci il aprelin  25-də yaranmıĢ  və  həmin  ilin 

iyulun 31-də süqut etmiĢdi. Əhalisinin sayı  83 min 150  nəfər  olan 

Bakı    quberniyası,  habelə  ġamaxı,  Quba,  Cavad  qəzaları,  Göyçay 

qəzasının  bir  hissəsi,  Dağıstan  Vilayəti  Bakı  XKS-in  hakimiyyəti 

altında  idi...1859-1860-cı  illərdə  çar  hökuməti  yeni  inzibati  ərazi 

islahatları keçirmiĢdi. Həmin islahatlar zamanı Quba qəzası Bakı Ģə-

həri ilə birləĢdirilmiĢ, ġamaxı quberniyası Bakı quberniyası adlandı-

rılmıĢdı. Tarixdə “Badkubə”, ”Badkuyə”, yəni  “küləkli yer” məna-

sını daĢıyan Bakı Ģəhəri 1959-cu ildən yeni yaradılan Bakı quberni-

yasının paytaxtı olmuĢ və paytaxt  ġamaxıdan  Bakıya köçürülmüĢ-

dü. Bu, ġamaxıda tez-tez  zəlzələnin  baĢ verməsi ilə əlaqədar idi). 

Bakı  XKS-in  Xalq  Daxili  ĠĢlər  Komissarlığının  (xalq  daxili 

iĢlər  komissarı  AlyoĢa  (Prokofi)  Caparidze  (15  yanvar  1880,  Gür-

cüstan (Kutaisi, ġardometi kəndi - 20 sentyabr  1918, Türkmənistan, 

Ağcaqum çölü) və digər inzibati qüvvələri də onun hərbi qüvvələri 

ilə  bərabər  (xalq  hərbi  komissarı  erməni  Qriqori  Korqnov  idi 

(əslində  Korqanyan)  (1886,Tiflis-1918,  Türkmənistan;  Ağcaqumda 

ingilislər  tərəfindən  güllələnib)  Azərbaycan  Cümhuriyyətinin  Milli 

Ordusuna  və  bizə  kömək  edən  türk  Qafqaz  Ġslam  Ordusuna  qarĢı 

qanlı döyüĢlər aparmıĢdı. Azərbaycanın  o vaxtkı paytaxtı  Gəncədə 

məskunlaĢan F. Xoyskinin hökuməti Bakını S. ġaumyanın rəhbərlik 

etdiyi  bolĢevik-daĢnak  qüvvələrindən  bacardıqca  tez  azad  etmək 

istəyirdi.  1918-ci  il    iyunun    ikinci    yarısından  etibarən  Qafqaz  Ġs-

lam  Ordusunun  və  Azərbaycan  hərbi  birləĢmələrinin  Bakıya  doğru 

birgə  hücumaları  daha  da  intensiv  xarakter  almıĢdı.  Çilligilli  Nuru 

paĢanın  (1889-1949)  komandan  olduğu  Qafqaz  Ġslam  Ordusunun  

hərbi  hissələri  Gəncəyə 1918-ci il iyun ayının 5-dən daxil olmağa 

baĢlamıĢdı. Nuru paĢa özü isə Gəncəyə  iyunun 8-dən  9-na  keçən  

gecə  gəlib  çıxmıĢdı... 



 

25 


Haşiyə: “Nuru” ərəbcə iĢığa aid olan” deməkdir. Faruq Mustafa 

Nuru  paĢa  1889-cu  ildə  Ġstanbulda,  əslən  Rumelidən  olan  hərbçi 

Hacı  Tofiq  Əhməd  paĢanın  ailəsində  dünyaya  gəlmiĢdi.  Faruq 

(bəzi  ədbiyyatda  Fəriq  də  yazılır)  Nuru  paĢanın  doğum  tarixi 

1881-ci il göstərilir... Məsələn, tanınmıĢ jurnalist, hərb tariximizin 

tədqiqatçı ġəmistan Nəzirli Nuru paĢanın 1889-cu ildə doğulduğu-

nu  yazmıĢdır.  Biz  ona  əsaslanmıĢıq...  Nuru  paĢa  29  yaĢında  ge-

neral-leytenant kimi ali hərbi rütbəyə layiq görülmüĢ bir sərkərdə 

idi.  O,  xidmətlərinə  görə  hələ  1916-cı  il  iyulun  29-da  Almaniya 

imperatorluğunun  “Dəmir  səlib”  medalı,  Osmanlı  sultanı  tərəfin-

dən “Altın-Ləyaqət (22 noyabr 1916), ”Altın–Ġmtiyaz” medalları, 

”Osmani” ordeni (6 fevral 1918) və “Məcidiyyə” ordeni (qılıncla 

birlikdə) (6 avqust 1918),“Üçüncü dərəcəli fəxri əsgər” fərqlənmə 

niĢanına  layiq  görülmüĢ,  ona  növbədənkənar  general-leytenant 

hərbi rütbəsi verilmiĢdi... SarıqamıĢ (Türkiyə ərazisindədir) döyü-

Ģündə (Birinci Dünya müharibəsində Osmanlı və Rusiya qoĢunları 

arasında  baĢ  vermiĢdir.  1914-cü  ilin  dekabrı  -  1915-ci  ilin 

yanvarında  olmuĢ  bu  savaĢ  Ənvər  paĢanın  hazırladığı  plan  üzrə 

davam etsədə, rüsların qələbəsi ilə baĢa çatmıĢdı. Bu döyüĢdə rus 

qoĢunlarına  general  Vorontsov  komandanlıq  etmiĢdi...)  könüllü 

olaraq 12-ci diviziyaya uğurlu komandanlıq etməsinə görə 15260 

saylı  “Ġstiqlal”  medalı  ilə  (16  yanvar  1929)  və  s.-lə  təltif  olun-

muĢdu.  QardaĢı,  Türkiyənin  hərbi  naziri  Ənvər  paĢanın  əmrilə 

Azərbaycana  kömək məqsədilə  1918-ci  il  aprelin  8-də Mosuldan 

(Ġraq) yola düĢmüĢ, həmin il mayın 25-dən Qafqaz  Ġslam Ordusu 

yaratmağa  baĢlamıĢ,  300  nəfər  qoĢunla  Cəbrayıl  səmti  ilə 

Göyçaya, oradan da iyunun əvvəlində Gəncəyə gələrək Azərbay-

canın  xilası  missiyasını  yerinə  yetirmiĢdi...  Bu  zaman,  1918-ci  il 

iyunun 7-dən Osmanlı ordusunun 56 və 106-cı piyada alaylarının 

təmsil  olunduğu  65  zabit  və  2475  əsgərdən  ibarət  əsas  diviziya 

qüvvələri  general  Vehib  paĢanın  (Yanya)  (1877-1940)  əmri  ilə 

Qazaxdan  Gəncəyə  hərəkət etməkdə  idilər.  1918-ci il 30 oktyabr 

tarixli  Mondros  saziĢinə  görə  Türk  ordusu  Bakını  tərk  etdikdə 

belə, Nuru paĢa mübarizəni davam etdirmək üçün Dağıstana get-

miĢ, orada müəyyən hazırlıq  aparmağa  baĢlamıĢdı. 1920-ci  il 27 

nisan  (aprel)  iĢğalından  sonra  Qarabağa  gələrək  iyun  ayında 



 

26 


Tərtər,  Ağdam  və  Bərdədə,  habelə  Zaqatalada    sovet  hakimiy-

yətinə  qarĢı  silahlı  çıxıĢlar  təĢkil  və  ona  rəhbərlik  etmiĢdi.  Lakin 

Nuru  paĢa  Türkiyəyə  qayıdarkən  Batumda  Mürsəl  paĢa  ilə 

birlikdə  həbs  olunmuĢ  və  ingilislərin  nəzarətində  saxlanmıĢdı... 

Onu sabiq dostları - Behbud xan CavanĢir, Nağı bəy ġeyxzamanlı 

və baĢqaları plan hazırlayıb  qaçırmağa müvəffəq  olmuĢdular.  Bu 

iĢə  general  Xəlil  paĢa  da  cəlb  edilmiĢdi.  Nuru  paĢa  1923-cü  il 

oktyabrın 4-də təqaüdə çıxmıĢdı. O, Ġstanbulda sənaye sahəsində 

çalıĢmıĢ, Ģəhərin yaxınlığındakı poladəritmə-dəmir tökmə zavodu-

na  rəhbərlik  etmiĢdi.  Ġkinci  Dünya  müharibəsi  zamanında  onun 

rəhbərlik  etdiyi  zavod  Türkiyə  ordusu  üçün  minaqayırma  və  əl 

qumbarası  istehsalı  ilə  məĢğul  olmuĢdu...  Nuru  paĢa  1949-cu  il 

martın 2-də Ġstanbulda  özünün həminki zavodunda naməlum sə-

bəblərdən  baĢ    vermiĢ  partlayıĢ  nəticəsində  həlak  olmuĢdu.  Bu 

zaman onun  60 yaĢı vardı. 

Yeri  gəlmiĢkən,  Türkiyənin  görkəmli  hərbi  xadimi,general-

leytenant  Ənvər  paĢa  (əsl  adı  Ġsmayıl  Ənvərdir)  (1881-1922)  Nuru 

paĢanın  qardaĢıdır.  O,  əvvəl  Almaniyada  Türkiyənin  hərbi  attaĢesi 

iĢləmiĢ  və  imperator  Ġkinci  Vilhelimlə  (27  yanvar  1859-4  iyun 

1941; 1888-1918-ci illərdə Almaniyanın imperatoru olmuĢdur) Ģəx-

si  dostluq  etmiĢ,  sonra  Türkiyənin  hərbi  naziri  vəzifəsinə  yüksəl-

miĢdi. Ənvər paĢa Nuru paĢanın ögey qardaĢı idi. O, həyatdan çox 

tez ayrılmıĢdı. Ənvər paĢa 22 noyabr 1881-ci ildə Türkiyənin Çilli-

gil  bölgəsində  anadan  olmuĢ,  4  avqust  1922-ci  ildə  Orta  Asiyada 

basmaçıların  dəstəsinin  baĢında  “qızıl  ordu”ya  qarĢı  vuruĢmada, 

Çegen  adlı  yerdə  Tacikstanda  41  yaĢında  həlak  olmuĢdu...  DöyüĢ-

dən  sonra  11-ci  ordu  döyüĢçüləri    28  cəsədi  saymıĢdılar.  Onların 

arasında üstündə gəzdirdiyi kiçik “Quran” da tapılan  Ənvər paĢa da 

vardı... Otuzuncu illərin ortalarınadək yerli əhali Ənvər paĢanın mə-

zarını “Həzrəti Ģah” (“müqəddəs Ģah”) adı ilə ziyarət  edirdi. Ənvər 

paĢa Hitlerin (20 aprel 1889-30 aprel 1945) (Əsl adı Adolf ġiklqru-

berdir) qibtə etdiyi... bir Ģəxs olmuĢdur. YetmiĢ dörd il sonra, 1996-

cı il avqustun 4-də onun yandırılmıĢ cəsədinin külü həmin vaxt Ta-

cikistana  səfər  etmiĢ  Türkiyənin  9-cu  prezidenti    Süleyman  Də-

mirələ  təqdim  edilmiĢdi  (S.  Dəmirəl  1  noyabr  1924-cü  ildə  Ġsparta 

Ģəhərində anadan olmuĢdur; 88 yaĢı var, hazırda Ankarada yaĢayır). 



 

27 


1918-ci  il  iyunun  26-da  Azərbaycan  hökumətinin  qərarına 

əsasən Milli Ordumuz təsis olunmuĢdu. General Nuru paĢa və digər 

türk  hərbçilərinin də bu iĢdə köməyi Ģəksiz idi. Beləki, general-ley-

tenant  Əli  ağa  ġıxlinskinin  (1875-1943)  komandir  olduğu  Müsəl-

man Korpusu Azərbaycan Korpusu adlandırılmıĢdı.General Ə. ġıx-

linski  Azərbaycan  Korpusunun  komandiri  vəzifəsində  saxlanmıĢdı. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının  Silahlı  Qüv-

vələri Günü Azərbaycan Prezidentinin 1992-ci il 18 sentyabr tarixli 

fərmanı ilə əvvəllər hər il 9 oktyabr tarixində qeyd olunurdu.Lakin o 

tarixi  həqiqəti  heç  də  dəqiq  əks  etdirmirdi.  Odur  ki,  Azərbaycan  

Respublikasının  Prezidenti  Heydər  Əliyevin  1998-ci  il  22  may 

tarixli fərmanı ilə 9 oktyabr tarixli həmin fərman qüvvədən düĢmüĢ 

və 1918-ci il 26 Ġyunda Gəncədə Azərbaycan Korpusunun yarandığı 

gün əsl tarixi gün kimi qəbul olunmuĢdur. Hazırda hər ilin bu günü 

Azərbaycan Silahlı Qüvvələri iĢçilərinin peĢə  bayramı  günü  kimi 

təntənəli  surətdə  qeyd  olunur. 

...1918-ci il iyulun 31-də Bakı XKS süqut emiĢ və hakimiyyət 

əvəzində  ingilis  generalı  L.Ç.Denstervilin  (general-mayor  Lionel 

Çarlz  Denstervil  9  noyabr  1865-ci  ildə  anadan  olmuĢ,1946-cı  ildə 

vəfat etmiĢdi) Bakıdakı 1500 nəfərlik hərbi kontingentinə arxalanan 

daĢnak-menĢevik  və  eserlərin  “Sentrokaspi  Diktarurası”  (“Mərkəzi 

Xəzər  hakimiyyəti”)  deyilən,  cəmi  44  gün  (1  avqust-15  sentyabr 

1918-ci  il)  hökm  sürmüĢ  koalisyon  bir  “hökumət”in  əlinə  keçmiĢ-

di... Qanlı döyüĢlərdən sonra Bakı 1918-ci il sentyabrın 15-də Azər-

baycan Xalq Cümhuriyyətinin birləĢmiĢ hərbi hissələri, tum general 

(general-leytenant) Mürsəl paĢanın (aralık -  dekabr 1881, Ərzrum, 

Türkiyə-2 Ģubat (fevral) 1945, Ġstanbul. Bakının alınmasındakı xid-

mətlərinə görə ona “Bakı Mürsəl paĢa” ləqəbidə verilmiĢdi. ”Bakı” 

adını  özünə  fəxrlə  soyadı  götürmüĢ  Mürsəl  paĢa  64  yaĢında  Ġstan-

bulda vəfat etmiĢ və orada dəfn olunmuĢdu.1988-ci ilin noyabrında 

onun  nəĢi  Ankaradakı  dövlət  qəbristanlığına  köçürülmüĢdür...)  ko-

mandir  olduğu  (“mürsəl”  ərəbcə  “göndərilmiĢ”,  ”yollanılmıĢ”  de-

məkdir)  5-ci  Qafqaz  diviziyası  və  general-leytenent  Nuru  paĢanın 

komandan  olduğu  Qafqaz  Ġslam  Ordusu  tərəfindən  azad  olunmuĢ, 

ertəsi günü F. Xoyski  hökuməti Gəncədən Bakıya köçmüĢdü. Bakı 

1918-ci  il  sentyabrın  14-dən  15-nə  keçən  gecə  saat  3-də  baĢlanan 



 

28 


qəti hücum əməliyyatı nəticəsində bazar günü, səhər saat 9-a iĢləmiĢ 

azad  edilmiĢdi.  Bu  zaman  Azərbaycan  Respublikasının  əhalisi  4 

milyon,  ərazisi  isə  100  min  kvadrat  kilometr  idi.  Qeyd  etmək 

lazımdır  ki,  Bakının  azad  olunması  haqqında  ilk  xəbər  Danimarka 

konsulluğu  vasitəsilə  bütün  dünyaya  yayılmıĢdı.Bakı  azad  edildik-

dən  sonra  türk  yarbayı  (podpolkovnik)  Mehmet  Fəthi  Bakının 

müvəqqəti  qubernatoru  təyin  edilmiĢ,  Ģəhərdə  tam  asayiĢ  bərqərar 

olunmuĢdu.  Bu  iĢdə  onun  böyük  köməkçisi,  pokovnik    Əli  bəy  

Zizikskinində  rolu  qeyd  olunmalıdır... 

1918-ci  il  sentaybrın  16-da  Türkiyənin  hərbi  naziri  Ənvər 

paĢa Bakının xilası  ilə  əlaqədar ġərq Ordular qrupunun komandanı 

Xəlil  paĢaya  (1882-1957)  təbrik  teleqramı  göndərmiĢdi.  Xəlil  paĢa 

(Xəlil Kut)  Azərbaycanın müstəqilliyində, Bakının daĢnak-bolĢevik 

və  menĢevilk-eser  tör-töküntülərindən,  habelə  ingilislərdən  xilasın-

da  mühüm  rol  oynamıĢ  Osmanlı  zabitlərindən  biri  idi.  Xəlil  paĢa 

Türkiyənin Mosuldakı (Ġraq) 6-cı ordusunun, sonralar ġərq Ordular 

Qrupunun  komandanı  olmuĢdu.  Azərbaycanda  yaradılmıĢ  Qafqaz 

Ġslam  Ordusunun  təminat  və  təchizat  iĢlərinə  baĢçılıq  edirdi.  Bir 

müddət türk millətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskva-

da fəaliyyət göstərmiĢdi...Lakin Bakının 1920-ci il aprelin 27-də 11-

ci ordu tərəfindən iĢğalında bolĢeviklərə “inanan” Xəlil paĢanın gü-

nahları Türkiyədə yeri gələndə indi də etiraf və tənqid edilir... 

Bu Ģad xəbəri Qafqaz Müsəlman Ordudunun komandanı, ge-

neral-leytenant  Nuru  paĢa  hələ  Gəncədə  olan  Nazirlər  ġurasının 

sədri Fətəli xan Xoyskiyə teleqram göndərməklə çatdırmıĢdı. Teleq-

ramda deyilirdi: 

“Allahın köməyi  ilə Bakı  Ģəhəri 15 (9) 34-də, saat  9-un baĢ-

lanğıcında bizim qoĢunlar tərəfindən alındı”. 

Fətəli xan Xoyski  Nuru  paĢaya  göndərdiyi  təcili  cavab teleq-

ramında Azərbaycan xalqı və hökuməti  adından  məhəbbət  və  min-

nətdarlığını belə izhar etmiĢdi:  

Qafqaz Müsəlman Ordusunun komandanı Nuru Paşaya! 



Xoşbəxtəm  ki,  xalqın  adından  Siz  əlahəzrətlərinə,  xeyirxah 

türk oğullarına və Azərbaycan paytaxtını düşməndən azad edən ina-

nılmış cəsur əsgərlərə təşəkkürümüzü çatdırırıam”.  

               Nasirlər ġurasının sədri Fətəli xan”. 



 

29 


Bakının  azad  edilməsi  qurbanlar  hesabına  baĢa  gəlmiĢdi... 

1918-ci  il noyabrın 10-da,  bazar  günü Azərbaycan  hökuməti  baĢda 

Nuru  paĢa  olmaqla  Mudros  saziĢinin  Osmanlı  Türkiyəsinə  aid  his-

səsinin  (11-ci  maddə)  əməli  olaraq  yerinə  yetirilməsinin  icrası 

olaraq  türk  generallarının Ģərəfinə  vida  ziyafəti  təĢkil  etmiĢdi. 

Qeyd:  Mudros  sazişi.  Əslində,  Mondros  barışığı.  1918-ci  il 

oktyabrın  30-da  Aralıq  dənizində  Saqqız  (Lemnos)  adasındakı 

Mondros limanında Antanta dövlətləri ilə Osmanlı dövləti arasında 

imzalanıb. Sazişi Antanta tərəfindən ingilis admiralı Somerset Artur 

Qoş  Kaltorp  (23  dekabr  1864-27  iyul  1937)  və  Türkiyənin  Baş 

Qərargah rəisi, orbay (ordu generalı) Hüseyn Rauf bəy  (27 temniz 

(iyul) 1881, İstanbul-16 temniz (iyul),1964 İstanbul) imzalamışdı

Ziyafətdə 400 nəfər tanınmıĢ ziyalı və siyasi xadim, neft səna-

yeçilərinin  nümayəndələri,  Azərbaycan    Ordusunun  rəhbərləri  iĢti-

rak edirdilər. Ziyafətdə ilk çıxıĢ edən və alovlu nitq söyləyən Azər-

baycan  hökumətinin  baĢçısı  Fətəli  xan  Xoyski  demiĢdi:  ”...  Azər-

baycanın çöllərində bizim türk qardaĢlarımızın qanı bizim türklərin 

qanı ilə bir-birinə qarıĢdı... Azərbaycanın hürriyyəti uğrunda tökül-

müĢ qanlar Osmanlı və Azərbaycan türkləri arasında yaxınlaĢmanın 

və  qırılmaz  əlaqələrin  möhkəm  təminatıdır”.  Fətəli  xan  daha  sonra 

bildirmiĢdi:  ...”Bizim  də  yaĢamaq  azad  yaĢamaq  haqqımız  var.  Nə 

zirehli  maĢın,  hidroplan,  kanonerka,  tikanlı  məftil,  mina  və  digər 

texniki qurğular, nə ingilislər və onların əlaltıları, nə də ümumiyyət-

lə, hər hansı bir qüvvə tarixin təbii gediĢini dayandıra bildi, onların 

əlli minlik orduya və texnikaya malik olmasına  baxmayaraq, kiçik 

qüvvənin həmləsinə tab gətirməyib Bakını tərk etmələri öz rifahı və 

səadətini  baĢqasının  fəlakəti  və  bədbəxtliyi  üzərində  qurmağa  çalı-

Ģanlar üçün ibrət dərsi olmalıdır”. 

Ziyafətdə  Osmanlı  imperiyası  və  türk  Qafqaz  komandanlığı 

adından  vida  çıxıĢı  edən  general  Nuru  paĢa  onun  rəhbərlik  etdiyi 

ordunun Azərbaycan üçün nə  edibsə, bundan sonrada etməyə hazır 

olduğunu bidirərək,axırda demiĢdi: ”...QardaĢ Azərbaycan türkünün 

mənafeyi  hər  bir  türk  üçün  müqəddəsdir...  Əgər  Azərbaycanın 

azadlığı  yolunda  yeni qurbanlar lazım olarsa, ona da hazırıq”. Yeri 

gəlmiĢkən,  artıq  yuxarıda  deyildiyi  kimi,  Gəncədən  üzü  bəri  Azər-

baycan qəzalarının və Bakının düĢmən qüvvələrindən azad edilməsi 


 

30 


uğrunda bolĢevik-erməni daĢnak qoĢunlarına qarĢı savaĢlarda Ģəhid 

olmuĢ qardaĢ Türkiyə Ordusunun 1130 nəfər əsgər və zabiti Bakıda 

Dağüstü parkda dəfn olunmuĢdur, Azərbaycan milli hərbi qüvvələ-

rinin verdiyi Ģəhidlər isə bundan 3-4 dəfə çox idi... 

Lakin  türklər  daha  Azərbaycanda  qala  bilməzdilər.  Belə  ki, 

Birinci  Dünya  müharibəsində  məğlub  olmuĢ  Osmanlı  Türkiyəsinin 

hərbi  qüvvələrinin  Mudros  saziĢinə  əsasən  Azərbaycandan  çıxarıl-

masını  müttəfiqlər  -  Antanta  ölkələri  (Ġngiltərə,  Fransa  və  ABġ) 

təkidlə  tələb  edərək,  1918-ci  ilin  noyabrında  Bakıya  öz  hərbi  kon-

tingentini göndərmiĢdilər. 

Türkiyə Ordusu Azərbaycanı tərk edəndən sonra, Böyük Bri-

taniyanın  Ġrandakı  ekspedisiya  korpusunun  komandiri  general  Vil-

yam  (Uilyam)  Monthomeri  Tomson  olmaqla  müttəfiqləri  təmsil 

edən ingilis  qoĢunları  Ənzəli limanından  “Kryuger”, ”Tula”, ”Eve-

lina”,  ümumiyyətlə,  17  hərbi  dəniz  gəmilərində  (həmin  gəmilərdə 

39 piyada briqadasının ingilis-fransız-amerikan hərbi kontingentin-

dən  ibarət  1000  nəfəri  və  800  hindli  əsgəri,  habelə  polisi,  müttəfiq 

dövlətlərin  –  Ġngiltərə,  Fransa  və  ABġ-ıın  nümayəndəliyi  vardı) 

1918-ci  il  noyabrın  17-də  Bakıya  yan  almıĢ  və  Ģəhərə  daxil  ol-

muĢdular.  Onlar  bundan  əvvəl  Bakıda  yerləĢmiĢ  ingilis  generalı 

L.Ç.Denstervili  (1865-1946)  və  qoĢunlarını  “əvəz”  etmiĢdilər. 

Ġngilislər bunu “açar” əməliyyatı adlandırırdılar... Həmin əməliyyat 

1919-cu ilin avqustun  sonlarına qədər davam etmiĢdi... 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin