Fətəli xan Xoyski”.
Göründüyü kimi, cinayətkarlıqla mübarizə sahəsində Daxili
ĠĢlər Nazirliyinin qarĢısına qoyulan əsas vəzifələr bü dövlət əhəmiy-
yətli aktda özünün aydın əksini tapmıĢdır.
Polis kadrlarının hazırlanması ən ümdə bir vəzifə kimi B. Ca-
vanĢiri daim düĢündürürdü. Məhz onun təqdimatıyla 1918-ci il sen-
tyabrın sonunda Bakıda ĠçəriĢəhərdə polis məmurları (qorodovoylar)
hazırlayan məktəb açılmıĢ və fəaliyyətə baĢlamıĢdı. Podpolkovnik
ġükür bəy YüzbaĢınski onun rəisi təyin edilmiĢdi...
Azərbaycan Cümhuriyyətinin dövlətçiliik əsasları əleyhinə yö-
nəlmiĢ hər bir hərəkətə qarĢı Behbud xan çox barıĢmaz idi. Onun Ba-
kı Qradonaçalnikliyinə icra üçün ünvanladığı 23 oktyabr 1918-ci
il tarixli əmri ilə milli dövlətçiliyimiz əleyhinə kampaniya aparan bü-
tün bolĢevik mətbuatı bağlanmıĢdı. Məsələn, daxili iĢlər naziri B. Ca-
vanĢirin 1918-ci il 10 dekabr tarixli əmri ilə Azərbaycan dövlətçiliyi
əleyhinə “Znamya Truda” qəzetində Ġvan KorniĢin və Ġ. Melik-Baba-
xanovun saxta məlumatlarla dolu məktubunu dərc etdirdiyi üçün
qəzetin redaktoru Lev Umanski 3.000 manat cərimə olunmuĢ və ona
xəbərdarlıq edilmiĢdi ki, cəriməni vaxtında ödəsin, bir də belə hərə-
kətlərə yol verməsin. Əks təqdirdə o, 2 ay həbs cəzasına məhkum
olunacaqdır.
Qeyd etmək lazımdır ki, mətbuat senzurası ilə əlaqədar olan
bütün məlumatları və informasiyaları qəzetlər mütəmadi olaraq
Daxili ĠĢlər Nazirliyinin Dəftərxanasına göndərir, bunlar haqqındada
nazir B. CavanĢirə gündəlik məruzə edilirdi.
Daxili iĢlər naziri B. CavanĢirlə o zaman buraxılan və əsas
rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzetinin 1 noyabr 1918-ci il
tarixli nömrəsində müsahibə dərc olunmuĢdu. Orada bildirilirdi:
57
”...Tutulan cinayətkarlar arasında bütün siniflərin və silklərin,
zümrələrin nümayəndələri, hətta mollalarda var. Bununla belə, hər
kəs layiqli cəzasını alacaqdır. Artıq cinayətkar aləmin demək olar ki,
90 faizi hüquq-mühafizə orqanlarının əlindədir. Adam öldürən bir
neçə bəy də tutulub. Bu bəylər aqrar məsələdəki qanunsuzluqlara
görə yox, adi qatil kimi cəzalandırılacaqlar. Hərbi vəziyyət elan edi-
lənədək baĢ verən cinayətlər mülki qaydada, hərbi vəziyyət zamanı
törədilənlər isə hərbi məhkəmə vasitəsilə araĢdırılacaq”. Bu fikirlərin
bizcə, əlavə Ģərhə ehtiyacı yoxdur...
Azərbaycan hökuməti 1918-ci il sentyabrın 16-da Gəncədən
xüsusi zirehli qatarla Qafqaz Ġslam Ordusu və Azərbaycan Cümhu-
riyyətinin birləĢmiĢ qoĢunları tərəfindən azad edilmiĢ Bakıya köç-
dükdən sonra Daxili ĠĢlər Nazirliyinin fəaliyyəti və münasibətlərinin
dairəsi əhəmiyyətli dərəcədə dəyiĢmiĢ, geniĢlənmiĢ və eyni zamanda
çətinləĢmiĢdi. Azərbaycan hökuməti Bakıya daxil olduqdan sonra
ermənilərə qarĢı milli qırğın törədilməsinin qarĢısını almıĢdı ki,
bunda da daxili iĢlər naziri Behbud xanın rolu az deyildi... Odur ki,
Azərbaycan hökuməti o vaxtkı durumunda maliyyə imkanlarının elə
də yüksək olmamasına baxmayaraq, bacardığı qədər Daxili ĠĢlər
Nazirliyinin mərkəzi və yerli orqanlarının təĢkilati və strukturca inki-
Ģafı, təkmilləĢməsi üçün maliyyə-büdcə xərclərini artırırdı. O vaxt
Ģübhəsiz ki, bu iĢdə daxili iĢlər naziri B. CavanĢirin Ģəxsi nüfuzu və
qətiyyəti az rol oynamırdı... Behbud xan yeni maliyyə vəsaitlərinə
nail olunması, yeni strukturların təsis olunması üçün stimul yaradırdı.
B. CavanĢir islahatçı, reformaçı, novator nazir idi. 1918-ci il
avqustun 22-də B. CavanĢir xarici pasportların verilməsi səlahiyyəti-
nin qubernatorlara həvalə edilməsi haqqında əmr vermiĢdi.
B. CavanĢirə daxili iĢlər naziri iĢlədiyi dövrdə həyata keçirdiyi
islahatlarda vitse-nazir, general-mayor Məhəmməd Sadıq bəy Ağa-
bəyzadə (1865-1944) və müavini Mehdi bəy Hacınski (1879-1941)
yaxından kömək edirdilər. Onların səyləri ilə 1918-ci ilin payızında
Bakıda Ġçəri ġəhərdə qorodovoylar hazırlayan məktəb açılmıĢdı.
Məktəbin rəisi 1918-ci ilin sentyabrından podpolkovnik ġükür bəy
YüzbaĢınski idi. Məktəbdə 1200 nəfər polis məmurunun hazır-
lanması nəzərdə tutulmuĢdu. Bunu 1918-ci il oktyabrın 26-da Gən-
58
cədəki gizir məktəbinin ilk buraxılıĢ mərasimindəki çıxıĢında daxili
iĢlə naziri B. CavanĢirin müavini Mehdi bəy Hacınski söyləmiĢdi.
Qeyd etmək lazımdır ki, Gəncədəki gizir məktəbini 1918-ci
ilin iyununda türk generalı Nuru paĢa (1889-1949) yaratmıĢdı.
Onun təĢkilində general-leytenant Əli ağa ġıxlınski və polkovnik
Süleyman bəy Əfəndiyev mühüm rol oynamıĢdılar. Məktəbin mü-
davimləri Azərbaycan Ordusunun təĢkilinə cəlb olunmuĢdular. Çün-
ki peĢəkar polis kadrları çatıĢmırdı. Həmin vaxt ölkə ərazisində da-
xili asayiĢi cəmi 1500 nəfər əsgər və Bakıda isə 500 nəfər polis
qoruyurdu .
1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində
kabinədaxili dəyiĢikliklərdən sonra bitərəf B. CavanĢir daxili iĢlər
naziri olmaqla bərabər, həm də ticarət və sənaye naziri vəzifəsini
yerinə yetirirdi. Bu vəzifədə o, yerli sənayenin inkiĢaf etdirilməsinə,
Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrlə əlaqələrinin
yaradılmasına da ciddi təĢəbbüslər göstərmiĢdi...
1918-ci ilin oktyabrında siyasi cəhətdən səbatsız Ģəxslər kimi
həbs edilmiĢ, Rusiyanın müxtəlif quberniyalarından Azərbaycana
gəlib bolĢevik təbliğatı aparan A. Lukev, B. Baxmutov, Ġ.Yurçenko,
M.Bıstriçev, S.Baykov, M.Jurin və A.Podstanski Daxili ĠĢlər Nazir-
liyinin polis üzrə inspektorunun yoxlamasından sonra həbsdən azad
edilmiĢ və respublikanın hüdudlarından çıxarılmıĢdılar. Həmin il
noyabrın 15-də isə DĠN-in əmri ilə siyasi dustaqlar Z.N.Dosser
(1882-1938), M.N.MandelĢtam (Lyadov; əvvəli mençevik olmuĢdu)
və F.Aqapov da azad edilib, onların bir daha Azərbaycana qayıtma-
ması Ģətrti ilə noyabrın 17-də Poylu (Ağstafa) stansiyasından öz
yerlərinə yola salınmıĢdılar. Bu haqda DĠN-in Məhkəmə-Ġnzibati
ġöbəsinin rəisi nazir B. CavanĢirə məruzə etmiĢdi.
Təyinat. 12 oktyabr 1918-ci il. Bakı qubernatorunun təqdi-
matı və daxili iĢlər naziri B. CavanĢirin 78 nömrəli əmri ilə Lütvəli
bəy Zülqədərov ġamaxı qəzasının müvəqqəti rəisi təyin edil-
miĢdi...
Azərbaycan Respublikasının Daxili ĠĢlər Nazirlyinə ölkədə
asayiĢin qorunması və cinayətkarlıqla, o cümlədən fərariliklə müba-
rizədə Milli Ordumuzda kömək edirdi. Bunu Azərbaycan Cümhu-
riyyəti hərbi nazirinin müavini, tam artilleriya (topçu) generalı
59
Səməd bəy (Səməd ağa) Mehmandarovun (16 oktyabr 1856, Lən-
kəran - 12 fevral 1931, Bakı) 1918-ci il 15 noyabr tarixli əmrindən
görmək olardı. Əmrdə deyilirdi: ”Azərbaycan Ordusu heç bir iĢğalçı
məqsədlə yaradılmayıb. O, dövlət sərhəddini, dövlətin daxili hüquq
qaydalarını qorumaq, soyğunçu bandit çıxıĢlarının qarĢısını almaq
üçün yaradılmıĢ və formalaĢmaqdadır”.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi Azərbay-
can hökumətinin qərarı ilə 1918-ci il oktyabrın 23-də təsis edilmiĢ
və Nazirlər ġurası noyabrın 1-də onun yaranmasını rəsmən təsdiq
etmiĢdi. Hərbi nazir portfeli əvvəlcə Nazirlər ġurasının sədrinə
həvalə edilmiĢdi. Ona müavin isə tam artilleriya generalı Səməd bəy
Mehmandarov təyin eilmiĢdi. Hərbi Nazirlik yaradıldıqdan 4 gün
sonra 3 yeni hərbi məktəbin açılması üçün Nazirliyin sərəncamına
50 min manat pul ayrılmıĢ, eyini zamanda Gəncədə hələ iyun ayın-
dan fəaliyyət göstərən gizir (praporĢik) məktəbi Bakıya köçürül-
müĢdü. S. Mehmandarov Azərbaycan Cümhuriyyətinin hərbi naziri
vəzifəsinə 1918-ci il dekabrın 25-də təyin olunmuĢdu...
Haşiyə: Əslən qarabağlı olan Səməd bəy Sadıq bəy oğlu Meh-
mandarov 1856-cı il oktyabrın 16-da Lənkəranda varlı zadəgan
ailəsində anadan olmuĢdu. Qırx altı il çar ordusunda xidmət
etmiĢ və 1917-ci il mayın 28-də tam artilleriya generalı rütbə-
sində istefaya çıxmıĢdı. S. Mehmandarov həmin rütbəyə 1915-ci
il martın 22-də layiq görülmüĢdü. Sonuncu vəzifəsi Qafqaz Or-
dusunun korpus komandiri idi. Ġlk müstəqil dövlətimiz olan
Birinci Respublika- Azərbaycan Demokratik Respublikası yaran-
dıqdan sonra bir təcrübəli hərbçi milli kadr kimi kənarda qala
bilməyən S. Mehmandarov milli ordumuzun təĢəkkülündə və
inkiĢaf etdirilməsində, müstəqil dövlətimizin daxili və xarici
düĢmənlərinə qarĢı var qüvvəsini sərf etmiĢdi. O, Lənkəran ġəhər
Dumasının və əhalisinin istəyi ilə onlar tərəfindən 1919-cu il
oktyabrın 15-də Azərbaycan Cümhiriyyətinin Parlamentinə üzv
seçilmiĢdi. Səməd bəy Azərbaycan Xalq Cümhuriyyətinin 40
minlik nizami ordusunu yaratmağa müvəffəq olmuĢ ilk hərbi na-
zirimiz, milli generallarımızın ağsaqqalı idi.
Yeri gəlmiĢkən, ilk milli generalrmız Süleyman bəy Əlisüley-
man oğlu Əfəndiyev (5 oktyabr 1864, Ağdam - 21 fevral 1919-cu il
60
Gəncə) olmuĢdur. O, ilk təhsilini Gəncədə almıĢdı.1885-ci ildə Ye-
lizavetqrad süvari hərbi məktəbini bitirmiĢ, çar ordusunda xidmətə
baĢlamıĢdı. 1912-ci ildə polkovnik rütbəsinə layiq görüləndə Qaf-
qaz ordusunda polis-keĢikçi dəstəsinin təftiĢ-iĢləri üzrə baĢ nəzarət-
çisi idi. Nümunəvi xidmətinə görə “Müqəddəs Anna” ordeninin 2-ci
və 3-cü, ”Müqəddəs Stanislav” və “Müqəddəs Vladimir” ordenləri-
nin 3-cü dərəcələri ilə təltif edilmiĢdi. 1917-ci ilin iyulunda Zaqaf-
qaziya Komissarlığı tərəfindən Gəncəyə ezam olunmuĢ, burada öz
vəzifəsini yerinə yetirməklə bərabər, Gəncə Müsəlman Milli Komi-
təsinin köməyi ilə Ģəhərdə hərbi kurslar açmıĢ və 150 nəfər azər-
baycanlı gənci həmin kurslara cəlb etmiĢdi. S. Əfəndiyev dərs de-
diyi kursantlar ilə birlikdə gecələr Gəncədə asayiĢi qorumuĢdu.
1918-ci ildə Müsəlman Korpusu təĢkil edilməyə baĢlayanda,
S. Əfəndiyev korpusun 2-ci niĢançı diviziyasının 5-ci niĢançı alayı-
nın komandiri təyin olunmuĢ, bir müddət sonra isə korpus koman-
diri Əli ağa ġıxlınskinin əmri ilə diviziya komandirinin vəzifələrini
icra etmiĢdi. S. Əfəndiyevin 5-ci alayı 1918-ci ilin yanvarında ġam-
xorda Qafqaz (türk) cəbhəsindən qatarlarla geri qayıdarkən özlərini
azğıncasına aparan rus əsgərlərinin tərksilah edilməsində fəal rol
oynamıĢdı. 1918-ci ilin iyununda Gəncədə Əlahiddə Azərbaycan
Korpusu formalaĢdırıldaıqda Süleyman bəy Qazaxda yerləĢən 1-ci
piyada alayının komandiri təsdiq edilmiĢdi. 1918-ci ilin noyabrında
S. Əfəndiyev 2-ci Qarabağ süvari alayının komandiri idi. 1919-cu
ilin dekabrında S. Əfəndiyev Hərbi Nazirlikdə tapĢırıq generalı və-
zifəsinə təyin olunmuĢdu. 1918-ci ilin dekabrın 29-da isə Hərbi Na-
zirliyin iclasında S. Mehmandarovun elan etdiyi təqdimat əsasında
S. Əfəndiyevə Azərbaycan Cümhuriyyəti Nazirlər ġurasının 3 yan-
var 1919-cu il tarixli qərarı və hərbi nazir, am artilleriya generalı
S. Mehmandarovun əmri ilə polkovnik Süleyman bəy Əfəndiyevə
general-mayor hərbi rütbəsi verilmiĢdi. Polkovnik S. Əfəndiyev
Azərbaycan Cümhuriyyəti Ordusunda bu rütbəyə layiq görülmüĢ ilk
milli hərbçi kadrımızdır. 1919-cu il yanvarın 1-dən Birinci piyada
Azərbaycan diviziyasının komandiri olan Süleyman bəy Əfəndiyev
həyatdan vaxtsız getmiĢ, ömrünün yetkin vaxtında, cəmi 55 yaĢında
tif (bəzi ədəbiyyatda yatalaq göstərilir) xəstəliyindən vəfat etmiĢdi.
Bu milli, ali peĢəkar hərbi kadrımızı Gəncə Ģəhərində yox, onun
61
artıq dul qalmıĢ həyat yoldaĢının arzusu ilə Qazax qəzasında dəfn
etmək qərara alınmıĢdı...
...Sovet hökuməti qurulduqda qocaman sərkərdə S. Mehman-
darov və onun müavini, ”rus artilleriyasının Allahı” sayılan, topçu
general-leytenantı Əli ağa ġıxlinskiyə (1919-cu il iyunun 28-də
Azərbaycan Respublikasının BaĢ naziri Nəsib bəy Yusifbəylinin 29
nömrəli sərəncamı ilə nizami Azərbaycan Ordusunun təĢkilində
göstərdiyi xidmətlərə görə Əli ağa ġıxlinskiyə tam artilleriya gene-
ralı hərbi rütbəsi verilmiĢdi. Ə. ġıxlinski S. Mehmandarov və Hü-
seyn xan Naxçıvanskidən (1863-1919) sonra tam general rütbəsinə
layiq görülmüĢ üçüncü azərbaycanlı hərbi döyüĢ sərkərdəsidir.
Qeyd: Hüseyn xan 28 iyul 1863-cü ildə əsilzadə ailədə - rus
ordusunun general-mayoru Kəlbalı xan (1883) Naxçıvanskinin
ailəsində anadan olmuşdu. General-mayor Hüseyn xan Naxçıvanski
məşhur, döyüşkənliyi ilə ad çıxarmış Kəngərli tayfasından çıxmışdı.
İlkin təhsilini Naxçıvan şəhərində almış, rus dilini mükkəmməl
mənimsədikdən sonra Peterburqdakı İmperator Paj Ordusu Mək-
təbinə daxil olmuşdu... Birinci Dünya müharibəsində Şimal-Qərb
Cəbhəsinə komandanlıq etmişdi. 1916-cı ildə Qafqaz Cəbhəsinin
Georgiyevski Duması üzvləri arasında idi. O, 1916-cı il yanvarın
23-də çar tərəfindən İ Dünya müharibəsində göstərdiyi misilsiz xid-
mətlərinə və sərkərdəlik məharətinə görə tam süvari qoşun generalı
rütbəsinə, həmçinin bir sıra orden və medallara, o cümlədən 1-ci
dərəcəli “Müqəddəs Anna”, 3-cü və 4-cü dərəcəli “Müqəddəs
Georgi” və “Ağ qartal” ordenlərinə, Avstriya, Bolqarıstan, İran və
Rumıniyanın ordenlərinə layiq görülmüşdü. Azərbaycan Ordusunun
milli atıcı diviziyasının komandiri, general Cəmşid Cəfərqulu xan
oğlu Naxçıvanski (9 avqust 1895, Naxçıvan - 26 avqust 1938, İran)
onun yaxın qohumu idi. C. Naxçıvanski 30-cu illərdə repressiyaya
məruz qalımış və İranda 1938-ci ildə Rza şah tərəfindən güllələn-
mişdi... (Rza şah Pəhləvi (1878-1944) 1944-cü ildə CAR-ın paytaxtı
İohannesburqda 66 yaşında vəfat etmişdir). H. Naxçıvanski 1919-cu
ilin yanvarında Petroqraddakı “iğtişaşlar” zamanı bolşeviklər tə-
rəfindən Böyük knyazlarla birlikdə girov götürülmüş və Petropav-
lovsk qalasında 56 yaşında güllələnmiş... və orada Aleksandr
Nevski qəbristanlığında dəfn edilmişdi. General Hüseyn xan
62
Naxçıvanskinin övladları və nəvələri indi ABŞ-da və Fransada
yaşayır, onun soyadını fəxrlə daşıyırlar...
PeĢəkar kadrlara ehtiacı olan Azərbaycan XKS N. Nərimano-
vun təĢəbbüsü ilə sovet ordusnun formalaĢmasında onlardan istifadə
etmiĢdi. Yüksək rütbəli və vəzifəli erməni bolĢeviklər S.Mehman-
darovu alçaltmaq üçün S. Mehmandarovdan Bakının küçələrini
süpürməyi tələb edirdilər... 1920-ci il avqustun 1-də N. Nərimanov
Moskvaya V.Ġ. Leninə (Ulyanov) müraciət edərək, S. Mehmandarov
və Ə.ġıxlinskini əvəzsiz hərbi mütəxəssislər kimi qiymətləndirb,
onların Moskvada Qərargahda iĢləmələrinə nail olmuĢ, sonra da
Azərbaycanda hərbi hissələrin formalaĢdırılmasıı üçün yenidən
Bakıya qayıtmalarına icazə ala bilmiĢdi... Lakin faktlar sübut edir
ki, V. Lenin baĢda olmaqla RSFSR hökuməti Azərbaycanın müs-
təqilliyini istəmir, burada daha artıq ruslaĢdırma siyasətinə üstünlük
verərək, N. Nərimanovun azərbaycanlı kadrları vəzifələrə təyin et-
mək və ya irəli çəkmək fəaliyyətinə mane olurdu. V. Lenin 1920-ci
il mayın 28-də Bakıya C.M.Kirova və Q.Orconikidzeyə göndərdiyi
teleqramda bildirmiĢdi: ”Nərimanova geniĢ səlahiyyət verməyin,
ona tamamilə etibar etmək olmaz. O, axıradək bizim deyil”.
S. Mehmandarov 1929-cu ilədək Bakıdaki Qırmızı Koman-
dirlər Məktəbində dərs demiĢdi... Sonuncu ildən 1000 manat təqaüd
kəsilməklə istefaya çıxmıĢdı . S. Mehmandarov istefaya çıxdıqdan
iki il sonra, 1931-ci il fevralın 12-də 75 yaĢında Bakıda vəfat et-
miĢdi... Səməd bəy hələ 1903-cü ildə Peterburqda olarkən jitomirli
Yelizaveta Nikolayevna Teslavla ailə qurmuĢdu. Onun Pir bəy
(Ġqor) adlı oğlu vardı. Lakin ailəsi S. Mehmandarovun keçmiĢinə
görə təqib olunurdu. Beləki, hələ 1930-cu ildə onlar Xalq Daxili ĠĢ-
lər Komissarlığı (XDĠK) tərəfindən əvvəlcə Sankt-Peterburqa,
1937-ci ildə isə Volqaboyuna (Volqa tarixdə Xəzər çayı, Ġdil çayı da
adlanırdı), Saratov Ģəhərinə sürgün edilmiĢdilər... Sürgün yerində
ana-bala çox əzablara düçar qalmıĢdılar... Ġqor Səməd bəyin yeganə
övladı idi. Yazıçı-jurnalist ġ. Nəzirli 1986-cı ildə sağ ikən Bakıda,
onunla söhbət etmiĢdi... Ġqor Mehmandarov 1989-cu ildə Bakıda
vəfat etmiĢdii. Səməd bəy vəfat edəndə Çəmbərəkənd qəbristan-
lığında (keçmiĢ Dağüstü park, indiki ġəhidlər Xiyabanı) dəfn olun-
muĢdu... 1939-cu ildə S.M. Kirova heykəl qoyulanda, qəbristanlıq
63
dağıdılmıĢdı. Həmin vaxt S. Mehmandarovun arvadı və oğlu Ġqor
sürgündə idilər. Odur ki, onun qəbrini baĢqa yerə köçürən olma-
mıĢdı və Səməd bəyin qəbri yerlə-yeksan edilərək, itib-batmıĢdır.
Bu haqda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-
Elmi Mərkəzinin sabiq baĢ elmi iĢçisi, polkovnik-leytenant ġ. Nə-
zirli 1997-ci ildə Bakıda “Hərbi” nəĢriyyatda buraxdırdığı “Tam
artilleriya generalı Səməd bəy Mehmandarov” adlı monoqrafiya-
sında yazmıĢdır (səh.69). Yeri gəlmiĢkən, S. Mehmandarov 1918-
1931-ci illərdə Bakıda “Kommunist” (indiki “Ġstiqlaliyyət”) küçə-
sində, hazırkı Əlyazmalar Ġnstitutu ilə üzbəüz, keçmiĢdə üstündə
aptek olan binada yaĢayıb. 1994-cü il noyabrın 5-də Müdafiə
Nazirliyinin yardımı ilə onun yaĢadığı ünvanda xatirə lövhəsinin
açılıĢı olmuĢ və barelyefi vurulmuĢdur...
...1918-ci ilin noyabr-dekabr aylarında B. CavanĢir faktiki
olaraq ancaq sənaye və ticarət naziri vəzifəsini yerinə yetirdiyi üçün
vitse-nazir, general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadə
(Ağabəyov) daxili iĢlər naziri vəzifəsini daĢımıĢdı... B. CavanĢir
faktiki 1918-ci il dekabrın 21-dək daxili iĢlər naziri vəzifəsində qalır
və DIN-lə əlaqədar həyata keçirilən tədbirlərdə daxili iĢlər naziri
hüququnda iĢtirak edirdi. 1918-ci ilin payızında Birinci Dünya mü-
haribəsində məğlub olmuĢ Türkiyə müttəfiqi Almaniya ilə birlikdə
həmin il oktyabrın 30-da Mudrosda bağlanmıĢ saziĢin ağır Ģərtlərini
qəbul etmiĢ və Bakını tərk etməli idi. Mudros saziĢinə uyğun olaraq
1918-ci il noyabrın 17-də səhər saat 10-da hindli əsgərlərdən ibarət
ingilis qoĢunları Bakıya daxil olarkən Azərbaycan hökuməti tərəfin-
dən Bakı limanında general Vilyam Tomsonun Ģərəfinə rəsmi qarĢı-
lanma və qəbul təĢkil olunmuĢdu.Rəsmi qəbul mərasimində daxili
iĢlər naziri kimi B. CavanĢir iĢtirak edirdi.
General-mayor V.Tomsonun komandanlığı ilə Bakıya daxil
olan ingilis qoĢun kontingentinin sayı 2 min nəfər idiki, onun tərki-
bində hərbi polis hissələri də vardı . Bakıya daxil olan V. Tomson
özünü müttəfiq dövlətlərin (ANTANTA) qoĢunlarının komandanı,
onların təmsilçisi və özünü Bakının general-qubernatoru elan etmiĢ-
di. O, Bakıya daxil olduğu gün, 17 noyabr 1918-ci il tarixdən, gün-
düz saat 12-dən etibarən Bakıda hərbi vəziyyət elan etmiĢdi. Ge-
neral V.Tomson hələ 1911-ci ildə Ġranda Böyük Britaniya hökuməti
64
tərəfindən yaradılmıĢ Xüsusi Müstəmləkə Poisinin Ģefi idi. 1918-ci
il sentyabrın 15-də daĢnaklardan A.Arakelyan və S. Melik-Yolçi-
yan, eserlərdən A.Velunts və A.Umanski, menĢeviklərdən Q.Ayollo
və M. Sadovski, TyuĢkinin baĢçılıq etdiyi, əsasən ingilislərə arxa-
lanmaqla cəmi 44 gün yaĢayan “Sentrokaspi” Diktaturası hökuməti
iflasa uğrayan kimi ermənilər “hərbi” nazirləri, general Yakov Baq-
ratuni baĢda olmaqla Ənzəliyə qaçmıĢdılar. Ermənilər vaxtıilə -
1918-ci il avqustun 17-də general L.Ç. Denstervil (1865-1946)
baĢda olmaqla 1000 nəfərlik Britaniya qoĢunları Bakıya daxil olan
zaman türklərin Gəncədən Bakıya doğru irəlilədiyini bildiklərindən
ingilislərin gəliĢinə nə qədər sevinmiĢdilərsə, indi bir oqədər də
məyus olmuĢdular. Beləki, L.Ç. Denstervil ordusunun (“Denster-
fors”) Ənzəliyə çatmasından 3 gün sonra rəsmi Ģəkildə buraxılmıĢ,
yeni yaradılmıĢ ġimali Ġran ordusuna V.Tomson komandan təyin
edilmiĢdi. Dərhal Bakını tərk edən general L.Ç. Denstervil oraya
çatandan üç gün sonra vəzifədən kənarlaĢdırılmıĢ V.Tomson həm-
karının əvəzinə Ġranda müttəfiq dövlətlərin yeni yaradılmıĢ qoĢun-
larının komandanı təyin edilərək,Bakıya göndərilmiĢdi. V.Tomson
Bakıya gəlməmiĢdən qabaq,hələ Ənzəlidə olarkən bəyan etmiĢdi ki,
o, Bakının general-qubernatoru olacaq və ingilislər Ģəhərin polisinə
rəhbərlik edəcəklər...
General V.Tomson elə gəldiyi gün - 1918-ci il noyabrın 17-də
polkovnik F.P. Kökkereli (o, V. Tomsondan sonra Ġranda Böyük
Britaniya Xüsusi Müstəmləkə Polisinin Ģefi vəzifəsində çalıĢırdı)
Bakıda yaradıldığı elan edilən müttəfiq dövlətlərin Xüsusi Polis Ko-
missarlığının baĢçısı təyin etmiĢdi. Bu haqda əmr iki gün sonra no-
yabrın 19-da dərc olunmuĢdu. Düz 10 gün sonra, 1918-ci il noya-
brın 29-da Bakıda müttəfiq dövlərlərin Müvəqqəti Polis Komissar-
lığı təĢkil edilmiĢdi. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin
sərəncamında cəmi 1500 nəfərlik nizami ordu və 500 nəfər polis
vardı. Ġngilislərin Bakıya daxil olmasından sonra daxili iĢlər naziri
B. CavanĢir və vitse-nazir M.S. Ağabəyzadə bütün DĠN sistemini nə
qədər mərkəzləĢdirməyə çalıĢsalar da, ingilis faktoru ilə hesablaĢ-
maq lazım gəlirdi. Odur ki, 1918-ci il noyabrın 17-dən 1919-cu ililn
martın 30-dək olan dövr Azərbaycan polisinin idarəçiliyində ikili
tabeçilik kimi səciyyələnir. Qeyd etmək lazımdır ki, 1918-ci ilin
65
noyabrından, yəni ingilislərin Bakıya daxil olmasından 1919-cu ilin
avqustun 24-dək, yəni ingilislərin Bakını tərk etməsinədək (ingilis-
lər Bakıdan gedərkən Azərbaycan hökumətinə 26 milyon pul borclu
qalmıĢdılar...) olan dövrdə onların hərəkətləri heçdə iĢğalçı xarakter
daĢımamıĢdı. Əvvəla, ingilislərin region xalqları arasında milli qır-
ğınları aradan qaldırmaq siyasətinin özü təqdirəlayiq fakt idi. Ġkin-
cisi, ingilislərin verdikləri gəmilər əsasında Azərbaycan Cümhuriy-
yəti Xəzər Donanması yarartmıĢdı. Bu çətin keçid dövründə ingilis-
lər Azərbaycan hökumətinə müəyyən məsələlərdə məsləhətçi
olmuĢ-
dular
. Bu kimi müsbət cəhətlər Azərbaycan Nazirlər ġurasının sədri
Nəsib bəy Yusifbəylinin 1919-cu ilin avqustunda “Metropol” meh-
manxanasında ingilislərin Bakıdan getməsi münasibətilə general
Q.N. Kori və digər yüksək rütbəli Ģəxslərin Ģərəfinə verilən ziyafət-
dəki çıxıĢında səslənmiĢdi (1919-cu il aprelin 24-də general V.Tom-
son öz səlahiyyətlərini Bakdakı müttəfiq qoĢunların yeni komanda-
nı general Q.N. Koriyə, Kori isə sonra, həmin il iyunun 11-də Cənu-
bi Qafqazda müttəfiq qoĢunların yeni komandanı D. ġatelvorta tərk
etmiĢdi)...
Ġngilislər Bakıya daxil olandan sonra ermənilər hay-küy qaldı-
raraq güya onların hüquqlarının pozulduğu barədə general V.Tom-
sona Ģikayət etmiĢ və Azərbaycan hökumətinin milliyyətindən asılı
olmayaraq, bütün vətəndaĢları qoruyacağı barədəki bəyanatını “diplo-
matik bir piryom” adlandırmıĢdılar. 1918-ci il noyabrın 23-də general
V.Tomson Erməni Milli ġurasının nümayəndə heyətini qəbul edərkən
Bakı erməniləri ona 11 səhifəlik “məlumat” təqdim etmiĢdilər. Bu
məlumatda yepiskop Baqrat adlı birisi saxtakarcasına bildirirdi ki,
güya həmin il sentyabrın 15-17-də Bakıya daxil olanda türk və
Azərbaycan ordusu 20 min ermənini qətlə yetirmiĢdir... Lakin cənab
Baqrat “Bakıdakı azərbaycanlılara qarĢı 1918-ci ilin məĢhur mart
soyqrımı barədə məlumat veməyi” nədənsə “unutmuĢdu”. Baqrat
Bakıda və Azərbaycanda ermənilərin əvvəlki imtiyazlarını bərpa
etmək üçün general Tomsona aĢağıdakı 4 təklifi irəli sürmüĢdü:
1. Üç min erməni məhbusunu azad etmək;
2. Soyuqlar düĢənə qədər Ġrana və Krasnovodskiyə (indiki
TürkmənbaĢı) getmiĢ erməniləri Bakıya qaytarmaq;
66
3. Azərbaycan hökuməti və türk komandanlığı tərəfindən
müsadirə edilmiĢ əmlakı ermənilərə qaytarmaq;
4. Bakıdan kənarda yaĢayan ermənilərin “təhlükəsizliyini”
təmin etmək.
Bundan əlavə, Bakıdakı Erməni Milli ġurası Yelizavetpol qu-
berniyasının dağlıq hissəsi olan Qarabağa ermənilərin iddiasını da
general Tomsona təqdim etmiĢdi. Lakin Tomson bu məsələlərdə er-
məniləri müdafiə etməmiĢ... və bununla da onları baĢa salmıĢdı ki,
Azərbaycan hökuməti Azərbaycan ərazisində yeganə qanuni ali
hakimiyyətdir. Daxili iĢər naziri B. CavanĢir isə bəyan emiĢdi ki,
tutulan erməni məhbuslarının sayı 3 min deyil, əslində, bir min nə-
fərdir, onlar mart soyqırımını törətdiklərinə görə hələ əvvəldən həbs
edilmiĢlər və əgər istintaq günahsız olduqlarını sübuta yetirsə, bura-
xılacaqlar.
Partiya mənsubiyyəti üzrə əvvəl “Müsavat” partiyasında ol-
muĢ Behbud xan sonra siyasi səbəblərə görə onun tərkibindən çıx-
mıĢ və bitərəf qalaraq 1918-ci il dekabrın 7-də açılan Azərbaycan
Parlamentinə üzv seçilmiĢ, orada müstəqil millət vəkili kimi fəaliy-
yət göstərmiĢdi. Həmin vaxt F. Xoyski hökuməti istefaya getdiyi
üçün B. CavanĢir də tutduğu vəzifədən çıxmıĢdı. Lakin o, Parla-
mentdəki fəaliyyətini davam etdirirdi. Behbud xan xarici ölkələrlə
ticarət əlaqələri yaratmaq üçün səylər göstərirdi. Bu məqsədlə məhz
onun yaxından köməyi ilə 1919-cu il iyulun 18-də Bakıda “Dəya-
nət” adlı kommersiya Ģirkəti yaradılmıĢdı...
1919-1920-ci illərdə Bakıda keçirilən “Azərbaycan gecələri”
adlı xeyriyyə konsertlərinin, habelə digər xeyriyyə iĢlərinin təĢkili
də B. CavanĢirin nüfuzlu və nəcib, xeyirxah niyyətli bir Ģəxsiyyət
olduğundan xəbər verirdi. Böyük Aksionerlər Cəmiyyətinə malik
olan Behbud xan öz varidatını müstəqil milli burjua-demokratik
dövlətimizin yaĢaması, möhkəmlənməsi və inkiĢaf etdirilməsi yo-
lunda əsirgəməmiĢdi...
27 aprel 1920-ci il. Gündüz saat 12-də Ağa Hüseyn Kazımo-
vun (1892, Bakı - 1937; otuzuncu illərdə repressiya edilib güllələn-
miĢdir) və Həmid Sultanovun (26 may 1889, Gəncə quberniyası,
Qazax qəzası, ġınıx-Ayrum kəndi-1938; otuzuncu illərdə repressiya
edilərək Bakıda həbs olunub, 1938-ci il yanvarın 20-dən 21-nə ke-
67
çən gecə güllələnmiĢdir) baĢçılığı ilə bolĢeviklərin nümayəndə he-
yəti hakimiyyətin onlara verilməsi haqqında ultimatumu Azərbay-
can Parlamentinə və Hökumətinə təqdim etmiĢdi. Ultimatumun
cavabını və hakimiyyətin veriləcəyi xəbərini azərbaycanlı bolĢevik-
lər Behbud xanın mənzilində oturub səbirsizliklə, intizarla tez-tez
pəncərədən bayıra boylanmaqla gözləyirdilər...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra peĢəkar
mühəndis-mütəxəssis kimi tanınan və yaxĢı xarici əlaqələri olan
Behbud xana toxunmamıĢdılar. O, əvvəlcə bir müddıət baĢında
A.P. Serebrovskinin (1884-1938) durduğu “Aznef”də çalıĢmıĢdı
(A.P. Serebrovski 1920-1926-cı illərdə “Azneft” Ġdarəsinin sədri
(rəisi) olmuĢdu. N. Nərimanov onu ürək ağrısı və istehza ilə “yeni
çar” adlandırırdı. A. Serebrovski otuzuncu illərdə repressiya olun-
muĢ və 1938-ci ildə güllələnmiĢdi...). Sonra Bakıda neft sənayesi
sahəsində iĢləmiĢ B. CavanĢir Zaqafqaziya Xarici Ticarətinin mü-
vəkkili vəzifəsinə təyin edilmiĢdi. Azərbaycan Xalq Komissarları
Sovetinin sədri Nəriman Nərimanovun (2(14) aprel 1870, Tiflis - 23
mart 1925, Moskva) Behbud xan CavanĢirə böyük etimadı vardı.
Mövcud ehtimal belədir ki, N. Nərimanov zəhərlənərək aradan gö-
türülmüĢdü. Vaxtı ilə V. Lenin “öz yaxın adamlarına” demiĢdi ki,
Nərimanova inanmaq olmaz, ona geniĢ əl-qol açmasına imkan ver-
məyin. A. Mikoyan və digər yüksək vəzifə tutan erməni (daĢnak)
bolĢeviklər N Nərimanovun Bakıdan uzaqlaĢdırılıb Moskvaya apa-
rılmasına və beləliklə, onun təcrid edilməsinə nail olmuĢdular...
Moskvada SSRĠ MĠK-in sədri olan N. Nərimanov 1925-ci il martın
23-də vəfat etmiĢ və “Qızıl Meydan”da, Kremlin divarları yanında
dəfn olunmuĢdur). Nərimanov Behbud xanı əvvəllərdən tanıyırdı və
ondan bir professional mütəxəssis kimi və möhkəm xarici əlaqələ-
rindən istifadə etmək qərarına gəlmiĢdi. 1920-ci ilin axırında gənc
Azərbaycan Sovet Sosialist Respublikası üçün zəruri müasir neft-
mədən avadanlığı almaq üçün Almaniyaya Behbud xanı da məhz
N. Nərimanov göndərmiĢdi.
Almaniyaya gedərkən Ġstanbulda görkəmli ədib Y.V. Çəmən-
zəminli (17 sentyabr 1887, ġuĢa, 3 yanvar 1943, Nijni-Novqorod)
ilə görüĢən Behbud xan ona Vətənə qayıtmaqda kömək edəcəyinə
68
söz vermiĢdi. Lakin Yusif Vəzirə kömək etmək B. CavanĢirə nəsib
olmamıĢdı...
Vəzirov Yusif Mir Baba oğlu. Otuz iki yaĢlı Y.V. Çəmənzə-
minli 1919-cu ildə N.Yusifbəylinin təklifi ilə Ġstanbula Azərbaycan
Cümhuriyyətinin səfiri göndərilmiĢdi. Onun köməkçisi Birinci Dün-
ya müharibəsində ilk azərbaycanlı hərbi təyyarəçimiz olan Fərrux
ağa Qayıbovun (1891-1916) qohumu Cahangir bəy Qayıbov (1882-
1938) idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar
tutulacaqlarından ehtiyatlanaraq Ġstanbuldan Vətənə gələ bilmir-
dilər...
...Çünki, Azərbaycan SSR XKS-in sədri N. Nərimanovun tap-
Ģırığı ilə Cənubi Qafqaz Xarici Ticarət ġurasının nümayəndəsi sifə-
tilə Almaniyaya yola düĢən Behbud xanın özünün aqibəti faciə ilə
qurtarmıĢdı... O da Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi er-
məni terrorunun qurbanı olmuĢdu... Bu hadisə tarixi ədəbiyyatda və
dövrü mətbuatda öz əksini aĢağıdakı kimi tapmıĢdır:
Dostları ilə paylaş: |