Xəlil bəy Xasməmmədov.
1919-cu il yanvarın 11-də Bakıda Sanitar Büro Mərkəzi yar-
adılmıĢdı. Onun rəhbəri ingilis həkimi idi. Həmin Büroya Azərbay-
can Respublikasının Daxili ĠĢlər Nazirliyinin, Səhiyyə Nazirliyinin,
Bakı ġəhər Ġdarəsinin, Neft Sənayeçiləri Ġttifaqının və Bakı Mərkəzi
Evinin nümayəndələri də daxil olmuĢdular...
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti döv-
ründə polis orqanlarında həmkarlar ittifaqları fəaliyyət göstərmirdi.
Çünki bu qurumlar bolĢeviklərin, eser-menĢeviklərin təsiri altında
idi...
...Cinayətkarlıqla mübarizənin metodları və formaları müxtəlif
idi. Mübarizə əsasən üç istiqamətdə: kriminal, siyasi və trnsmilli
(ölkədən kənar) cinayətkarlığa qarĢı aparılırdı. Bu mübarizədə
ingilis polisi ilə əməkdaĢlıq da mövcud idi...
1 fevral 1919-cu il. Əmr nömrə 37.
“Gəncə quberniyasından qayıdan general-mayor Ağabəyov öz
vəzifəsinin icrasına başlasın”.
Daxili iĢlər naziri
Xəlil bəy Xasməmmədov.
1919-cu il fevralın 6-da Azərbaycan Parlamentinin növbəti
iclası keçirilmiĢdi. Ġclas ölkənin o zamankiı cətin vəziyyətində ge-
niĢlənən möhtəkirliyə qarĢı mübarizənin gücləndirilməsi zəruriliyini
qeyd edərək, Daxili ĠĢlər Nazirliyinə ərzaq məhsullarının gündəlik
daĢındığı Biləcəri stansiyasından keçən vaqonlara xüsusi nəzarət
etməyi həvalə etmiĢdi.
1919-cu il martın 14-də X. Xasməmədov daxili iĢlər naziri və-
zifəsindən istefa verdiyi üçün Bakıdakı müttəfiq qoĢunların Polis
Komissarlığı bütün iĢləri milli polisimizin nümayəndəsinə təhvil
verməli idi. Bu Ģəxs o zaman vitse-ministr olan general-mayor
81
M. Ağabəyzadə olmuĢdur. Hərçənd, Azərbaycan hökuməti elə hə-
min vaxt onu diplomatik iĢə keçirmək ərəfəsində idi...
21 mart 1919-cu il. General V.Tomson və ingilis baĢ polis
komissarı F.P. Kökkerelin təklifi ilə daĢnakların 1918-ci ildə xalqı-
mıza qarĢı törətdiyi soyqrımlarını və etnik təmizləmə üzrə hələ
1918-ci il iyulun 15-də yaradılmıĢ Fövqəladə Ġstintaq Komissiya-
sının iĢi Azərbaycan Cümhuriyyəti DĠN-in 4-cü ġöbəsinə həvalə
edilmiĢdi. Həmin Ģöbənin rəisi Sonazır Taprov idi.
21-30 mart 1919-cu il. Qarabağda Azərbaycan hökumətinə
qarĢı çıxan erməni daĢnakların dəstələri (onlara Ġrəvandan gizli gəl-
miĢ Dro (Drostamat) Kanayan və Dəli Qazar) baĢçılıq edirdilər)
Əsgəran (Əsgəran sonralar DQMV-nin ayrıca inzibati ərazi vahidi
kimi gəaliyyət göstərmiĢ, 1930-cu ildə müstəqil rayona çevrilmiĢ,
1978-ci ilədək Stepanakert rayonu adlandırılmıĢdı...) yaxınlığında
general-mayor Həbib bəy Səlimovun (1881-1920) komandanlıq
etdiyi Milli Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edilmiĢdi.
Həmin qüvvələrin tərkibində düĢmənə qarĢı Daxili ĠĢlər Nazirliyi-
nin srutukru olan Xosrov bəy Sultanovun (1879-1947) rəhbərlik
etdiyi Qarabağ General-Qubernatorluğunun Ģəxsi heyəti və DĠN-in
digər bölükləri də vuruĢmuĢdular...
30 mart 1919-cu il. Bakıda müttəfiq dövlətlərin Müvəqqəti
Polis Komissarlığı öz fəaliyyətini dayandırmıĢ, onun rəisi, polis baĢ
komissarı, polkovnik F.P. Kökkerel səlahiyyətlərini tərk edərək,
yenidən Ģefi olduğu Xüsusi Müstəmləkə Polisinə baĢçılıq etmək
üçün Ġrana yola düĢmüĢdü...
30 mart 1919-cu il. General–mayor M. Ağazadə tərəfindən
“Vəzifəli Ģəxslərin cinayətlərinin təhqiqatı və təhqiqatların səviyyə-
sinin yaxĢılaĢdırılması haqqında” təmimnamə (əmr) verilmiĢdi.
1919-cu il aprelin 5-də Azərbaycan hökuməti Daxili ĠĢlər Na-
zirliyinə, Ģəxsən vitse-ministr M.S.Ağabəyzadəyə sərəncam vermiĢ-
di ki, Bakı Ģəhərində təhlükəsizliyi və sakitliyi bərpa etsin. Bu, Ģə-
hərə Azərbaycan Ordusunun 1 batalyon piyada, 400 nəfər süvari və
1 batareya hissəsinin gətirilməsi ilə əlaqədar idi. Hərbi hissə qüvvə-
lərinin Ģəhərə gətirilməsi polisin vəzifəsini çətinləĢdirmiĢdi. Çünki
hərbi nazir, tam artilleriya generalı S. Mehmandarov Azərbaycan
Nazirlər ġurasının sədri N.Yusifbəyliyə yazdığı raportda bildir-
82
miĢdi: ”... Mən Bakı hərbi qarnizonunda bolĢevizm əhval-ruhiyyəsi-
nin geniĢlənən təsirindən qorxuram”.
Qeyd etmək lazımdır ki, Azərbaycanda müttəfiq qoĢunların
komandanı, general V.Tomson hələ 1918-ci il dekabrın 18-də ġima-
li Qafqaz xalqlarına müraciətində bəyan etmiĢdi: ”... bolĢevizmi
məhv etmək bizim ümumi iĢimizdir. Müttəfiqlər bolĢevizmin düĢ-
mənidirlər”.
Azərbaycan Respublikasının Daxili ĠĢlr Nazirliyi öz fəaliyyəti
ilə müstəqil dövlətimizin demokratik mahiyyəytini təmsil edirdi.
Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin daxili iĢlər naziri vəzi-
fəsini ifa edən general-mayor M. Ağabəyzadənin 28 aprel 1919-cu
il tarixli əmrində vətəndaĢlara müraciətlə deyilirdi: ”... Arzu edən
hər kəs, o cümlədən siyasətlə məĢğul olanlar Azərbaycanın hüdud-
larından heç bir əlavə vizaya ehtiyac olmadan kənara gedə bilərlər.
Bu cür imtiyaz o zamankı siyasi partiyalara və ictimai təĢkilatlara
da Ģamil olunur...”.
28 aprel 1919-cu il.
”Cənab daxili işlər naziri əvəzi general-mayor Ağabəyova.
Əlahəzrətlərinizdən xahiş edirəm ki,Bakı quberniyasının qəzalarını
təftiş edəsiniz. Təftişi Göyçay qəzasından başlamaq məqsədəuyğun-
dur. Təftiş zamanı səhlənkarlıqda təqsirli bilinən vəzifəli şəxsləri
işdən azd etmək üçün Sizə geniş səlahiyyətlər verirəm”.
Daxili iĢlər naziri
Nəsib bəy Yusifbəyli.
8 may 1919-cu il.
Daxili iĢlər naziri əvəzi, general-mayor S. Ağabəyzadə Göyçay
və Cavad (Salyan) qəzalarının, Bakı quberniyasının yoxlanması üzrə
əmrin yetirilməsi barədə sərəncam vermiĢdir.
14 may 1919-cu il.
Daxili iĢlər nazirinə raport.
“Əlahəzrətlərinizin nəzərinə çatdırıram ki, 8 may xidməti
ezamiyyətindən qayıdıb xidməti vəzifəmə başladım”.
Daxili iĢlər naziri əvəzi
general-mayor Ağabəyov.
83
20 may 1919-cu il.
”Cənab daxili işlər naziri əvəzi general-mayor Ağabəyova. 28
aprel tarixli 2977 saylı sərəncamıma əlavə olaraq əvvəl verdiyim
səlahiyyətlər saxlanılmaqla Əlahəzrətlərinizdən Bakı quberniyası-
nın təftiş edilməsini xahiş edirəm. Sizin istəyinizlə Dəftərxanamın
şöbə rəhbərlərindən birini və xüsusi tapşırıqlar üçün bir məmuru
özünüzlə götürməyinizi təklf edirəm. Xərclər üçün Sizə 100 minlik
kreditdən 8 min rubl veriləcək”.
Daxili iĢlər naziri
Nəsib bəy Yusifbəyli.
1 iyul 1919-cu il.
Gəncə general-qubernatoruna (Xudadat bəy Rəfibəyli).
“Sizin nəzərinizə çatdırırıq ki, Daxili İşlər Nazirliyinin hər bir
zabiti xüsusi formada və çində olmalıdır ”.
Daxili iĢlər naziri əvəzi
general-mayor Ağabəyov.
30 sentyabr 1919-cu il.
Daxili iĢlər naziri əvəzi general-mayor S. Ağabəyzadə “ Zabit
heyətinin paltarla təmin edilməsi haqqında” Gəncə qubernatoru
X. Rəfibəyliyə və “Hərbi iĢ, hərbi forma, paqonlar barədə” Azər-
baycan Resüpublikasının hərbi naziri, tam artilleriya generalı
S. Mehmandarova məktub göndərmiĢdir.
1 oktyabr 1919-cu il.
Cənab daxili iĢlər naziri əvəzi Ağabəyova.
“Əlahəzrətlərinizə təklif edirəm ki, Amerika xidmətinin gene-
ralı cənab Harbortu müşayiət etmək üçün Batuma yola düşəsiniz”.
Daxili iĢlər naziri
N. Yusifbəyli.
23 oktyabr 1919-cu il.
Cənab daxili iĢlər nazirinə.
“Sizin təkliflərə əsasən Amerika xidmətinin generalı cənab
Harbortu qarşılamış, müşayiət etmiş və vəzifəmin icrasına başlamı-
şam“.
Daxili iĢlər naziri əvəzi
general-mayor Ağabəyov.
84
Daxili ĠĢlər Nazirliyinə vits-ministr vəzifəsinə təyin olunduğu
ilk gündən Sadıq bəy təĢkilat-səfərbərlik məsələləri, polisin bütün
strukturlarının maddi-texniki təchizatı ilə məĢğul olmağa baĢlamıĢ-
dı. Onun ilk təkliflərindən biri Azərbaycan Xalq Cümhuriyyəti DĠN
üçün dövlər büdcəsindən ayrılan maliyyə vəsaitinin artrılması barə-
də idi.
Təyinat. 2 sentyabr 1919-cu il. Daxili iĢlər naziri əvəzi-vitse-
nazir, general-mayor M. Ağabəyzadənin əmri ilə ixtisasca hüquqĢü-
nas olan Əmir bəy Nəriman bəy oğlu Nərimanbəyov Bakının qu-
bernatoru, Əmir xan Cahangir xan oğlu Xöysaki isə onun böyük
köməkçisi vəzifələrinə təyin edilmiĢdi.
1919-cu ilin payızında Bakı quberniyasının təftiĢ edilməsi
haqqında məxfi məlumatları dinlədikdən sonra nazir əvəzi (vitse-
ministr) general-mayor M. Ağabəyzadə icarəyə verilən dövlət tor-
paqlarının xüsusi möhtəkirlərin əlinə düĢdüyünü, bu cür adamların
kənd təsərrüfatı ilə heç bir ümumi əlaqəsi olmadığını DĠN-in adın-
dan bəyan etmiĢ və həmin torpaqların ilk növbədə azərbaycanlı
kəndlilərə verilməsi təklifini irəli sürmüĢdü.
Məhəmməd Sadıq bəyin yaxından iĢtirakı ilə DĠN-in yeni
Ģtatları təsdiq edilmiĢ, əməkdaĢların maaĢları artırılmıĢdı. Belə ki,
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu il 20 mart tarixli
iclasında Daxili ĠĢlər Nazirliyinin Ģtatlarının təsdiqi məsələsinə bax-
mıĢ və onu geniĢ müzakirə etmiĢdi. Bu məsələ ilə çıxıĢ edən höku-
mətin Büdcə-Maliyyə Komissiyasının sədri Musa bəy Hacı Məm-
mədhüseyn oğlu Rəfibəyli (Rəfiyev) (Gəncə 1888 - Təbriz 1938)
bildirmiĢdi: ”1917-ci il fevral inqilabından sonra baĢ verən dəyiĢik-
liklər ilk növbədə Daxili ĠĢlər Nazirliyinə toxunub. Zaqafqaziya Ko-
missarlığı və sonrakı dövrlərdə də bir sıra dəyiĢikliklər olub, ancaq
DĠN-in Ģtatları indiyədək qnunveicilik qaydasında təsdiq edilməyib
ki, bu da onun öz iĢini normal davam etdirməsinə mane olur. Bakı-
da əvvəllər qubernatorun, qradonaçalnikin və quberniya Ġdarəsinin
dəftərxanaları ayrı-ayrılıqda mövcud idi. Sonra bu dəftərxanalar bir
dəftərxanada birləĢdirildi. Qubernator və qradonaçalnik əvvəllər
hərəsi bir köməkçiyə malik idilər. Ġndi Qradonaçalnikdə köməkçi-
nin əvəzinə qubernatorun kiçik köməkçisi vəzifəsi təsis olunur və
onun üzərinə gələcəkgə polisə rəhbərlik iĢi həvalə edilir. Dəftər-
85
xananın yanında quberniya Ġdarəsinin 3 məsləhətçisi, Arxitektura
ġöbəsinin rəisi, 1 katib, 2 köməkçi,1 mühafizə inspektoru, 11 gö-
zətçi və kuryerlər olacaq. Beləliklə, Qradonaçalnikliyin yanında xü-
susi tapĢırıqlar üzrə 4 məmurun əvəzinə 2 nəfər, 8 kargüzar əvəzinə
4-6 kargüzar köməkçisi əvəzinə 3 və 30 dəftərxana məmuru əvəzinə
20-si qalacaq.
ĠĢ həcminin böyüməsi ilə əlaqədar olaraq, polismeysterin ikin-
ci köməkçisi vəzifəsi təsis olunur. Əvvəllərdə bu vəzifəni pristav-
lardan biri icra edirdi ki, bu da onun birbaĢa öz vəzifəsinin icra
etməsini çətinləĢdirirdi. ġəxsi heyət 320 nəfər artırılır.Bunlardan
225 nəfəri piyada və 95-i süvari qorodovoydur.Bakı qəza rəisi
vəzifəsi də ləğv edilir və bu qəzanın bütün ərazisi Balaxanı-Sabunçu
Polismeysterliyinə birləĢdirilir, orada 1 köməkçi olacaqdır. Qorodo-
voyların sayı da artırılır,150-dən 200-ə çatdırılır.Bir sıra qəzalarda
bu zəruri deyildi, çünki onları mühafizə polisinin zabitləri əvəz
edirdi. Ġndi bu vəzifə də ləğv edilir.
Cavad qəzası (Mərkəzi Salyan idi) (indiki Salyan, Neftçala,
ġirvan, Biləsuvar, Sabirabad, Saatlı, ĠmiĢli, Beyləqan əraziləri) və
Göyçay qəzalarında 2 yeni sahə pristavlığı təsis olunur. Sahə pris-
tavlıqları yanında pristav köməkçisi vəzifəsi də təsis edilir.Bir sıra
Ģəhərlərdə, məsələn, Quba, Salyan və Lənkəranda indiyə kimi cəmi
1 pristav var.Ġndi yeni layihə üzrə 2-ci pristav vəzifəsi də təsis olu-
nur. Bakı Cinayət–Xəfiyyə ġöbəsi nəzarətçilərinin sayı 10 nəfərdən
15 nəfərə qaidırılır. Agentlərin sayı isə, əksinə, 50 nəfərdən 30 nəfə-
rədək endirilir. ġuĢa qəzasının iri Ağdam kəndində pristav vəzifələri
təsis edilir”.
M. Rəfibəyli sonra sözünə davam edərək,demiĢdi: ” KeçmiĢ
Zaqatala Dairəsi ləğv edilir və quberniya yaradılır. Orada inzibati
idarəçiik qubernatordan, onun 1 köməkçisindən, 1 məsləhətçidən,
xüsusi tapĢırıqlar üzrə 1 köməkçidən, 1 mühəndisdən, 2 kargüzar-
dan, 6 dəftərxana qulluqçusundan, 6 kuryerdən, 6 sahə pristavından
və onların 6 köməkçisindən, 6 dəftərxana məmurundan və 6 gözət-
çidən ibarət olaraq təĢkil edilir. Qaxda əvvəllər mövcud olan kənd
starĢinaları qalır. Zaqatala Ģəhərinin özündə pristav və 2 nəzarətçi,
15 qorodovoy və 2 kuryer var. ġəriət məhkəməsi də var ki, bu da
məhkəmənin sədrindən, 6 üzvdən, 1 kargüzardan, 3 dəftərxana mə-
86
murundan və 2 kuryerdən ibarətdir. Quberniyada 1 gözətçi inspek-
toru, 20 böyük gözətçi və 15 kiçik gözətçi heyəti var (gözətçilər
yəni, polis strajnikləri; çar Rusiyası dövründə 19-cu əsrin 90-cı il-
lərində Azərbaycan ərazisində qaçaqçılıq və kəndli hərəkatı geniĢlə-
nən zaman onunla mübarizə, habelə inqilabı hərəkatı yatırtmaq üçün
ayrıca polis komandası - polis strajası (strajnikləri) yaradılmıĢdı.
Polis strajası 1899-cu il avqustun 1-dən fəaliyyətə baĢlamıĢdı. Polis
strajnkləri uryadniklərə tabe idilər. Srajniklər 1918-1920-ci illərdə
əsasən Azərbaycanın sərhədlərini qoruyan polis qüvvəsi idi). Hesab
olunur ki, Azərbaycan kimi çoxda böyuk olmayan ölkədə quber-
natorların vəzifələrinə... ehtiyac yoxdur. Onların ləğvi vasitəçiliyi
aradan götürər və Daxili ĠĢləır Nazirliyinin xalqa daha yaxın olma-
sını asanlaĢdırar...
Əmək haqlarının artırılmasına da ehtiyac var. Çünki əməkdaĢ-
ların maaĢı digər nazirliklərlə (məsələn, maliyyə, ədliyyə və s.) mü-
qayisədə çox aĢağıdır. Buna görə DĠN qulluqçularının maaĢları yeni
Ģtat üzrə 16 dərəcəyə bölünməklə aĢağıdakı kimi olacaqdır :
1-ci dərəcə. Bakı qubernatorunun əmək haqqı ayda 3. 600
manat, digər qəzaların qubernatorlrı üçün 3. 000 manat;
2-ci dərəcə. Bakı vitse-qubernatorunun maaĢı-ayda 2. 700
manat, digər yerlərdə 2. 500 manat;
3-cü dərəcə. Bakı qubernatorunun kiçik köməkçisinin maaĢı-
ayda 2. 500 manat;
4-cü dərəcə. Bakı polismeysterinin maaĢı-ayda 2. 300 manat;
5-ci dərəcə. Bakı polismeysterinin böyük köməkçisinin və
Xəfiyyə ġöbəsi rəisinin maaĢı – ayda 1800 manat;
6-cı dərəcə. Qulluqçular – Bakıda 1600, Bakıdan kənarda
1500 manat;
7-ci dərəcə. Qulluqçular –Bakıda 1500, Bakıdan kənar 1400
manat;
8-ci dərəcə. Qulluqçular - Bakıda 1400, Bakıdan kənar 1200
manat;
9-cu dərəcə. Qulluqçular - Bakıda 1300, Bakıdan kənar 1200
manat;
10-cu dərəcə. Qulluqçular - Bakıda 1200, Bakıdan kənar 1100
manat;
87
11-ci dərəcə. Qulluqçular - Bakıda 110, Bakıdan kənar 1000
manat;
12-ci dərəcə. Qulluqçular - Bakıda 1000, Bakıdan kənar 800
manat;
13-cü dərəcə. Qulluqçular – Bakıda 900, Bakıdan kənar 800
manat;
14-cü dərəcə. Qulluqçular – Bakıda 800, Bakıdan kənar 700
manat;
15-ci dərəcə. Qqulluqçular – Bakıda 550, Bakıdan kənar 600
manat;
16-cı dərəcə. Qulluqçular – Bakıda 550, Bakıdan kənar 500
manat.
M. Rəfibəylinin məruzəsindən dərhal sonra Parlamentdə
“DaĢnaksütyun” fraksiyasının təmsilçisi ArĢak Malxazyan söz ala-
raq Daxili ĠĢlər Nazirliyinin müzakirəyə çıxarılmıĢ yeni Ģtatlarının
təsdiq edilməsinin iclasın gündəliyinə salınmasına etirazını bildir-
miĢdi ki, güya bunun hələ vaxtı çatmayıb). Güya bu Parlamentin
Əsasnaməsinin 86, 87 və 103-cü maddələrinə ziddir və s. Zatən
burada bir erməni qısqanclığı vardı ...
General-mayor M.S. Ağabəyzadə kabinet adamı deyildi. O,
tez-tez yerlərə gedir, ərazi polis orqanlarının təftiĢində (...M.S. Ağa-
bəyzadə həm də Parlament tərəfindən yaradılmıĢ hərbi hissələri yox-
layan komissiyanın sədri idi) iĢtirak edir və onlara əməli köməklik
göstərirdi. Ümumiyyətlə, general-mayor M.S. Ağabəyzadənin 1918-
1920-ci illərdə gənc, müstəqil respublikamızın polis orqanlarının
təĢəkkülü və inkiĢaf etdirilməsində müstəsna xidmətləri olmuĢdur.
O zamankı çətin və mürəkkəb vəziyyətdə ölkədə sabitliyi qo-
ruya, dövlətçiliyə sədaqətli, cinayətkarlıqla uğurla mübarizə apara
biləcək polis orqanları üçün ixtisaslı kadrların hazırlanması Məhəm-
məd Sadıq bəyi çox düĢündürürdü. General Məhəmməd Sadıq bəy
islahatçı, yenilikçi idi. Məhz onun təĢkilatçılığı ilə hələ 1918-ci ilin
payızında Bakıda Ġçəri Ģəhərdə qorodovoylar hazırlayan məktəb
açılıb fəaliyyət göstərməyə baĢlamıĢdı...
1918-ci il noyabrın 15-də daxili iĢlər naziri vəzifəsini ifa edən
M.S. Ağabəyzadə əmr vermiĢdi ki, Rusiyanın müxtəlif quberniyala-
rından Azərbaycana gəlib milli hökumətimizə qarĢı əks-təbliğat
88
aparmaqla məĢğul olmaq üstündə polis tərəfindən həbs olunmuĢ si-
yasi dustaqlar – Z.N.Dosser (1882-1938), M.N.MandelĢtamm (Lya-
dov) və F.Aqapov (milliyyətcə erməni idi) həbsdən azad edilib,
onların bir daha Azərbaycana qayıtmayacağı Ģərti ilə noyabrın
17-də Poylu (Ağstafa) stansiyasından öz yerlərinə yola salınĢınlar.
Əmr icra olunmuĢ və DĠN-in Məhkəmə-Ġnzibati ġöbəsi bu haqda
Məhəmməd Sadıq bəyə ayrıca məruzə hazırlamıĢdı...
Artıq yuxarıda qeyd olunduğu kimi 1918-ci il noyabrın
17-dən 1919-cu il martın 30-dək Azərbaycan ərazisində polis orqan-
larının idarəçiliyində ikili tabeçilik sistemu vardı. Bu, Bakıda
yerləĢən müttəfiq qoĢin komandılığı və onların Bakıda yaratdığı
Müvəqqəti Polis Komissarlığıına tabeçilikə əlaqədar idi. Belə ki,
Azərbaycan polisi Respublika DĠN-lə bərabər Bakının general-
qubernatoru V.Tomsona və Müvəqqəti Polis Komissarlığının rəisi,
polkovnik F. Kokkerelə də hesabat verirdi...Vitse-nazir, general
mayor M.S. Ağabəyzadə yazırdı ki, Müvəqqəti Polis Komissarlığı-
nın, Ģəxsən komissar F.P.Kökerelin əmr və göstəriĢlərindən birini
yerinə yetirmədikdə, o, telefonda zəng edib hətta Azərbaycan
Cümhuriyyətinin daxili iĢlər nazirini həbs edəcəyi ilə hədələmiĢdi.
1919-cu il martın 29-da müttəfiq qoĢunların Bakıdakı Polis
Komissarlığı öz fəaliyyətinə xitam vermiĢ, komissar, polkovnik
F.P.Kokkerel öz səlahiyyətlərini bitirərək Ġrana getmiĢ və orada ya-
radılan Xüsusi Müstəmləkə Polisinin Ģefi vəzifəsinə təyin edilib
fəaliyyətini davam etdirməyə baĢlamıĢdı. Müvəqqəti Polis Komis-
sarlığının ləğv edilməsi Bakı Ģəhərində vəziyyətin müsbət təma-
yüldə dəyiĢməsinə təsir göstərmiĢ, ümumilikdə bütün Azərbaycan
polisinə tam nəzarət Azərbaycan Cümhuriyyətinin Daxili ĠĢlər Na-
zirliyinin səlahiyyətinə keçmiĢdi.Hərçənd, yuxarıda göstərilən dövr-
də Azərbaycan və ingilis polisi arasında əməkdaĢlıq təcrübəsi də
vardı...
PeĢəkar hərbçi general Məhəmməd Sadıq bəy Milli Ordumuz-
la sıx əlaqədə fəaliyyət göstərir, Azərbaycan Ordusunun formalaĢ-
masında səylərini əsirgəmirdi. O, ordudan fərarilik edənlərə, Milli
Silahlı Qüvvələrimizdə pozuntu törədənlərə qarĢı xüsusilə amansız
idi. Məhəmməd Sadıq bəy Milli Ordumuzda yaranan belə vəziyyət-
lərə qarĢı qəti tədbirlər görürdü. Bunu 1918-ci ilin noyabrında
89
Azərbaycan Respublikasının hərbi naziri, tam artilleriya generalı
Səməd bəy Mehmandarovun (“səməd” ərəb sözüdür, ”əbədi”,
”daimi”, ”əbədiuyaĢar”, ”əbədi mövcud olan” deməkdir. Səməd
Allahın 99 gözəl adından biridir) daxili iĢlər nazirinə ünvanladığı
aĢağıdakı müraciət də sübut edir. (Həmin vaxt M.S. Ağabəyzadə
hökumətin qərarı ilə rəsmən daxili iĢlər naziri vəzifəsində sayılan B.
CavanĢirin əvəzinə daxili iĢlər vəzifəsini daĢıyırdı. B. CavanĢir isə
yaranmıĢ zərurətlə əlaqədar olaraq, ancaq sənaye və ticarət naziri
vəzifəsini aparırdı).Məktub-müraciətdə deyilirdi:
- Zati-Aliləri Azərbaycan Respublikasının Daxili ĠĢlər
Naziri Cənablarına!
Noyabr, 1918-ci il.
Hərbi xidmətə yeni çağırılmış əsgərlər arasında, hələ türk
komandanlığı vaxtından başlanmış fərarilik indi də davam edir.
Əvvəllər buna əsaslı səbəblər var idi:-məsələn, pis qida, ge-
yim və ayaqqabının verilməməsi, ən başlıcası isə, türk rəisləri gənc
əsgərləri amansızcasına döyürdülər.İndi-Silahlı Qüvvələrə koman-
danlıq mənə taqşırıldığı bir vaxtda, hərbi hissələrdə xidmət şəraiti
əhəmiyyətli dərəcədə dəyişilmişdir, qida yaxşılaşmış, geyim və
ayaqqabı verilir, döyülməyə gəldikdə isə, türk komandanlığı vax-
tında tətbiq olunan döymələrin qanun qarşısında bütün möhkəmliyi
ilə məsuliyyət daşımaq qorxusu altında gələcəkdə təkrar olunmama-
sı barədə ciddi sərəncam verilmişdir və buna hissə komandirləri
nəzarət edir. Lakin bütün bunlara baxmayaraq, yuxarıda qeyd et-
diyimiz kimi,fərarilik davam edir. Mənim aydınlaşdırdığıma görə,
bunun başlıca səbəbləri aşağıdakılardır:
- Birincisi, türk hərbi rəislərinin orduya yeni əsgərləri qeyri-
düzgün və qeyri-bərabər qəbul etməsidir. Onlar çəkinmədən, açıq
surətdə rəhbərlik tərəfindən yeni əsgərləri qəbul etmək üçün verilən
təlimatlara məhəl qoymur, orduya öz istədikləri kimi, xüsusilə, pul
verib qurtula bilməyənləri yığırdılar. Heç bir varlı, tacir oğlu hərbi
xidmətə çağırılmamışdır. Hərbi hissələrdə bəy uşaqları da yoxdur.
Onlardan bəzisi praporşiklər məktəbində oxuyurlar, buraya isə öz
arzuları ilə daxil olmuşlar.
İkincisi, beləliklə, hərbi mükəlləfiyyətin bütün ağırlığı kasıb-
ların çoxluğuna görə kənd cavanlarının üzərinə düşmüşdü, vəzifəli
90
şəxsləri çağırışçıların siyahısını tərtb edərkən buraya çox kiçik
yaşlıları, ya da artıq yaşı keçmişləri salırdılar ki, bu da hərbi ida-
rələr tərəfindən yeni əsgərlərin çağırışı zamanı müəyyən edilmişdir.
Üçüncüsü, çağırışçıların siyahılarının düzgün tərtib edilməsi-
nə nəzarət etməyə borclu şəhər və qəza polis məmurları bu vəzifə
borclarına başdansovdu yanaşmış və bu cəhətdən cinayət işlətmiş-
lər.Fərarilik, Quberniya İdarəsi tərəfindən bir neçə dəfə xatırladıl-
masına baxmayaraq, polis məmurları tərəfindən təqib edilmir. Bu-
nun nəticəsində fərarilər açıqca küçədə görünür, evlərində sakitcə
yaşayırlar.Onların sırasına Yelizavetpol (Gəncə) quberniyasından
xidmətə çağırılmış, türk hökumət orqanları tərəfindən hərbi hissə-
lərdən buraxılanları da daxil etmək lazımdır. Onlar könüllü olaraq
hərbi rəislərin qəbuluna gəlmək istəmirlər.Nəhayət, məndə olan mə-
lumatlara görə, polis keşikçi dəstələrində və qorodovoyluqda xid-
mətdə çoxlu çağırış yaşlı gənclər var ki, bunlar isə buraya yalnız
üzərlərinə düşən hərbi mükəlləfiyyətləri yerinə yetirməkdən boyun
qaçırmaq məqsədilə daxil olmuşlar. Bundan başqa, polis
xidmətində hətta fərarilər də vardır.
Bütün bu təəssüf ediləcək hallar çağırışçılara ziyanlı təsir
göstərir, onlar hərbi rəislərin, kəndin vəzifəli şəxslərinin və polis
məmurlarının qanunsuz hərəkətlərindən qəzəblənir və fərariliyin
təqib olunmadığını gördüklərindən xidmətdən qaçırlar. Hissələrdə
məişətin yaxşılaşdırılması üçün görülən tədbirlər fərarilik
axınınının qarşısını ala bilmir.
Yuxarıda qeyd etdiklərimi bildirməklə, Zati-aliləri, Sizdən xid-
mətə yeni əsgərlərin çağırışı zamanı buraxılan bütün nöqsanların
aradan qaldırılması üçün, fərarilərin tutulub saxlanılmasında polis
məmurlarının qəti tədbirlər görülməsini onların üzərinə qoyan, bu
xidməti borcundan boyun qaçıranları məhkəməyə vermək kimi təsir
vasitələrindən istifadə etməyə imkan verən təcili sərəncam vermənizi
xahiş edirəm. Əvvəllər tərtib olunmuş siyahıların, onlarda səhvlər
aşkar edildiyinə görə, yenidən tərtib olunması vacibdir və yeni - yox-
lama çağırış zamanı qeyri-bərabər qəbula, siniflər və əhalinin maddi
cəhətdən vəziyyəti arasında fərq qoyulmasına yol vermək olmaz.
Yaranmış vəziyyətin aradan qaldırılması üçün əgər təcili təd-
birlər görülməzsə, hərbi hissələrin komplektləşdirilməsini qeyri-
91
müəyyən vaxtadək ləngidə bilər ki, bu da tezliklə öz ordusunun
yaranması ehtiyacında olan, təşviqat xarakterli çıxışlarla daxili sa-
bitliyin qərəzli şəxslər tərəfindən pozulduğu, quldur dəstələrinin ya-
randığı bir ölkəyə böyük bədbəxtliklər gətirə bilər.
Sizdən sonrakı sərəncamınız haqda məni xəbərdar etmənizi
xahiş edirəm.
Tam artilleriya generalı
Dostları ilə paylaş: |