NƏSİB BƏY YUSİFBƏYLİ
(1881-1920)
Azərbaycanın görkəmli ictimai-
siyasi və dövlət xadimi N.Yusifbəyli
Azərbaycan Xalq Cümhuriyyəti döv-
ründə (28 may 1918-ci il – 27 aprel
1920-ci il) iki hökumət kabinetinin
baĢçısı, dördüncü hökumət kabineti za-
manı eyni zamanda Azərbaycan Res-
publikasının daxili iĢlər naziri olmuĢ-
dur.
Nəsib bəy Yusif bəy oğlu Yusif-
bəyli 1881-ci ildə Gəncədə məĢhur nə-
sillərdən birində, ziyalı ailəsində dün-
yaya gəlmiĢdi.Atası Yusif bəy (1852-
1922) HəĢim bəy oğlu Ģəhərin maarif-
pərvər, həm də xeyirxah və köməyə ehtiyacı olanlara əl tutan Ģəxs-
lərindən idi. HəĢim bəy Gəncə xanı Cavad xanın vəziri Usub bəyin
nəvəsi idi. Yusif bəyin anası Bəsirət xanım isə dahi bəstəkar Üzeyir
bəy Hacıbəylinin atası Əbdülhüseynin bibisi idi. Yusif bəyin Gəncə
Ģəhərinin kənarında kərpic zavodu vardı. O, Gəncəyə içməli bulaq
suyu - 3 kəhriz çəkdirmiĢdi. Həmin kəhrizlər 1960-cı ilin əvvəlləri-
nədək qalırdı...
Yusif bəyin Hacıkənddəki “LemĢə bulağı” deyilən yerdəki
ikimərtəbəli evinə Gəncə Ģəhərinin və bütün Gəncəbasarın sayılıb-
seçilən Ģəxsləri yığıĢar, istiqlal, müstəqillik, muxtariyyat haqda söh-
bətlər edərdilər...Yelizavetpol quberniyasının qubernatoru bundan
xəbər tutaraq ermənilərə tapĢırıq vermiĢdiki, həmin evi yandırsınlar
və onlarda 1905-ci ilin yanvarında gecə bunu həyata keçirmiĢdilər...
Nəsib bəy orta təhsilini Gəncə klassik gimnaziyasında aldıq-
dan sonra 1902-ci ildə Odessa Ģəhərinə gedib orada “Novoros-
siysk” Universitetin hüquq fakültəsinə daxil olmuĢdu. Elə Uni-
versitetdə Birinci rus inqilabı ərəfəsində, 1904-cü ildə gizli siyasi
fəaliyyətə baĢlamıĢdı. O, Universitetdə yaradılan “Azərbaycan
123
həmyerlilər təĢkilatı”nın rəhbərlərindən Nəriman Nərimanov (1870-
1925), Xosrov bəy Sultanov (1879-1947) və Məhəmməd bəy
ġahmalıyev (1870-1924) ilə birlikdə çarizmin müstəmləkə siyasəti-
nə qarĢı mübarizə aparırdı.
Tələbələrin inqilabi mübarizəsindən qorxuya düĢən çar höku-
məti 1907-ci ildə Odessa Universitetini müvəqqəti bağladı. Bu za-
man Nəsib bəy Krımın Bağçasaray Ģəhərinə köçmüĢ və orada gör-
kəmli ictimai-siyasi xadim Ġsmayıl bəy Qaspiralının (1851-1914)
redaktor olduğu “Tərcüman” qəzetində məqalələrlə çıxıĢ etməyə
baĢlamıĢdı. O, elə Ġsmayıl bəyin qızı ġəfiqə Sultan xanımla ailə
həyatı qurmuĢ və bir müddət bu Ģəhərdə yaĢamıĢdı. Həmin dövrdə
N.Yusifbəyli Bağçasarayda Azərbaycan dramaturqlarının əsərlərini
tamaĢaya qoymuĢ və özü də əsas rollarda çıxıĢlar etmiĢdi. ”Tərcü-
man“ qəzetinin 13 yanvar 1907-ci il tarixli nömrəsində bildirilirdi
ki, Bağçasaray teatr həvəskarları tərəfindən Ə.Haqverdiyevin (1870,
ġuĢa -1933, Bakı) “Dağılan tifaq” faciəsi tamaĢaya qoyulmuĢdur.
BaĢ rolda - Nəcəf bəy rolunda Nəsib bəy Yusifbəyli oynamıĢdır.
N.Yusifbəyli həmin illərdə görkəmli Azərbaycan ədəbiyyatĢünası
Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” (Firidun bəy Əh-
məd bəy oğlu Köçərli 26 yanvar 1863-cü ildə ġuĢada doğulmuĢdu.
Görkəmli ədəbiyyatĢünas, maarifçi və pedaqoq idi. AXC dövründə
Qoru Müəllimlər Seminariyasının Gürcüstandan Qazax Ģəhərinə
köçürülməsinin təĢəbbüskarı olmuĢdu. Qazax Seminariyasının di-
rektoru iĢləmiĢdi. Gəncə üsyanında (24 may - 4 iyun 1920-ci il) təq-
sirli bilinərək, XI ordunun Xüsusi ġöbəsi tərəfindən həbs edilərək,
sorğusuz-sualsız vəhĢicəsinə güllələnmiĢdi) və otuz dörd il Zaqaf-
qaziyanın müftisi olmuĢ, böyük maarifpərvər-ilahiyyatçı, ictimai
xadim və filoloq alim Mirzə Hüseyn əfəndi Qayıbzadənin (Qayı-
bovun) (1826-1917) əsərlərinin Bağçasaray Ģəhərində çap olunması-
na çox çalıĢsa da naməlum səbəblərdən istəyinə nail ola bilməmiĢdi.
Bununla belə, Nəsib bəy XX əsr Azərbaycan-Krım ədəbi-mədəni
əlaqələrinin əsasını qoyanlardan biri sayılır.
Çar hökuməti orqanlarının güclənən təqiblərindən yaxa qur-
tarmaq üçün Nəsib bəy Odessada “Novorossiysk” Universitetinin
4-cü kursundan yarımçıq çıxaraq,1908-ci ildə Ġstanbula gəlmiĢdi
(Ġstanbul latın-yunan sözü olub, “Ġstin polis”, ”Ģəhərə gedirəm”,
124
”Ģəhərə girirəm” deməkdir. Bu sözü ilk dəfə XV əsrdə - 1453-cü il
mayın 29-da Bizansın paytaxtı Konstantinopolu fəth edərkən
Osmanlı Ġmperiyasının hökmdarı Sultan Muradın oğlu Fateh Sultan
Ġkinci Mehmet söyləmiĢdir (20 mart 1432, Ġstanbul - 3 may 1481).
Həmin tarixdən Konstantinopolun adı dəyiĢdirilərək Ġstanbul qoyul-
muĢdur.Ġstanbul 1453-cü ildən 1923-cü il oktyabrın 13-dək Osmanlı
Ġmperiyasının paytaxtı olmuĢdur. Bu Ģəhər hazırda Türkiyənin ən iri
Ģəhəridir. Ġstanbulda 20 milyondan çox əhali yaĢayır.1923-cü il
oktyabrın 29-dan isə Türkiyənin paytaxtı Ankaradır (Ankara sözü
e.ə. yeddinci əsrdən bəllidir;yunanca “anqura” sözündəndir, mənası
“lövbər salınan”, ”lövbər atılan” yer” deməkdir. Osmanlı Türkiyəsi-
nin ilk paytaxtı isə Bursa Ģəhəridir...).
1908-ci ildə Ġstanbulda Nəsib bəy ”Türk dərnəyi” adlı cəmiy-
yətin yaradıcılarından biri olmuĢdu.Lakin burada da “təzyiqlərə”
məruz qaldığından 1909-cu ildə Gəncəyə qayıtmıĢdı.1910-1917-ci
illərdə N.Yusifbəyli xalqının bir qrup maarifpərvər adamları ilə
birlikdə fəaliyyətini davam etdirmiĢdi.O, Azərbaycan dramaturgiya-
sının banisi M.F.Axundovun anadan olmasının 100 illiyini geniĢ
qeyd etmək təĢəbbüslərinə qoĢulanlarından biri idi.Nəsib bəy həmin
illərdə “Molla Nəsrəddin” satirik jurnalını hücumlardan müdafiə
edənlərdən də biri idi. Nəsib bəy Gəncədə yaradılmıĢ “Müsəlman
Xeyriyyə Cəmiyyəti”nin, ”Müsəlmanlar içində maarif yayan cə-
miyyət”in və “Aktyorlar Cəmiyyəti”nin fəaliyyətində yaxından iĢti-
rak edirdi. O,”Azərbaycan ədəbiyyatı tarixi” əsərini məhz həmin
dövrdə yazıb baĢa çatdırmıĢdı (bu əsərin əlyazmasının sonrakı taleyi
məlum deyil).
1917-ci ilin fevralında Rusiyada burjua-demokratik inqilabı
baĢ verdikdən sonra, yaranmıĢ leqal Ģəraitdə həmin il mart ayının 3-
də N.Yusifbəyli tərəfindən Gəncədə “Türk Ədəmi-Mərkəziyyət (Fe-
deralist) Firqəsi yaradılıb fəaliyyətə baĢladı. Nəsib bəy bu partiyanı
keĢmiĢ “Qeyrət” (1905) təĢkilatının bazası əsasında yaratmıĢdı. Par-
tiyanı yaratmaqda ona Gəncədə böyük nüfuz sahibi olan atası Yusif
bəy yaxından kömək göstərmiĢdi...Nəsib bəy bu partiyaya xalqını
müstəqilliyə çıxara biləcək bir mübariz siyasi orqan kimi baxırdı. O,
bu partiyanı vaxtı ilə Gəncə Bələdiyyə Ġdarəsində çalıĢdığı zaman
(1906-cı il) gizli fəaliyyət göstərən “Dram Cəmiyyəti” təĢkilatının
125
əsasında yaratmıĢdı. Tezliklə, Gəncədə böyük nüfuz qazanmıĢ bu
partiyanın əsas məqsədi federativ əsasda Rusiyanın tərkibində Azər-
baycana muxtariyyət verilməsinə nail olmaq idi . Bu cəhətdən onun
proqramı Nəsib bəyin məslək dostu və sıx əlaqədə olduğu M.Ə. Rə-
sulzadənin Bakıda fəaliyyət göstərən “Müsavat” partiyasına yaxın
idi. Yeni partiya öz proqramı ilə xalqı tanıĢ etmək üçün Gəncədəki
Ģah Abbas (Səfəvi Birinci Ģah Abbas Əla Kəbir (1571-1629). 13
fevral 1587-ci ildən 19 yanvar 1629-cu illərdə Səfəvilər dövləti-
nin Ģahı olmuĢdur) məscidinin həyətində böyük mitinq təĢkil et-
miĢdi. Gəncədəki ermənilər buna mane olmaq istəsələr də, mitinq
“YaĢasın, Demokratik Respublika!”, ”YaĢasın, Türk Ədəmi-Mər-
kəziyyət Partiyası!” Ģüarları altında uğurla baĢa çatdırılmıĢdı.
1917-ci il aprelin 17-21-də Bakıda “Ġsmailliyə”də (indiki
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası”)
keçirilən
Qafqaz müsəlmanlarının qurultayındakı çıxıĢında
N.Yusifbəyli Rusiyanın tərkibində Azərbaycana muxtariyyət veril-
məsini qəti Ģəkildə irəli sürmüĢdü.Qurultayın əsas məsələsi öz mü-
qəddəratını təyin etmək məsələsi idi.Qurultayda çıxıĢ edən N.Yusif-
bəyli bildirmiĢdi ki,müstəqil dövlət yaradılsın.O,öz proqramında
Qafqazın, Krımın və qismən Volqaboyunun müsəlmanlar yaĢayan
hissəsinin yaĢıl iĢarələrlə qeyd olunduğu etnoqrafik xəritəni gözü
yaĢarmıĢ halda və ehtirasla qurultaya toplaĢanlara göstərərək
demiĢdi ki, ”Türk ocağı ”Müsavat” partiyasının əhali arasında
təĢkil etdiyi özəkləri birləĢdirən qurumdur. Müsəlmanlar Rusiyadan
ayrılmaq istəmirlər”. O, hamını yaĢıl bayraq altına toplaĢmağa
çağırırdı. Lakin bolĢeviklərdən N.Nərimanov, M.Əzizbəyov, H.Sul-
tanov və digərləri bildirirdilər ki, zəhmətkeĢ müsəlmanların xilası
ancaq qırmızı bolĢevik bayrağı ətrafında toplaĢmaqdadır. Onlar
fəhlə məsələsini həll etməyi tələb etdikdə, Nəsib bəy yenidən tribu-
naya qalxıb əlindəki Qafqaz etnoqrafik xəritəsini göstərərək: ”Siz
burada hansı məsələni qaldırırsınız.Əvvəlcə millətin məsələsini həll
etməliyik, öz dövlətimiz, özünüidarəmiz olduqdan sonra isə öz evi-
mizdə fəhlə məsələsini də həll edərik”.
Qurultayda Nəsib bəy və M.Ə. Rəsulzadə razılığa gəldilər ki,
məramları eyni olan hər iki partiya - Gəncədəki “Türk Ədəmi-Mər-
kəziyyət Firqəsi” və Bakıdakı “Müsəlman Demokratik Müsavat
126
Partiyası” birləĢsin. 1917-ci ilin may ayının 1-11-i arasında Mos-
kvada keçirilən Ümumrusiya müsəlmanlarının qurultayında iĢtirak
edən hər iki görkəmli milli istiqlal mücahidi partiyaların vahid bir
təĢkilatda birləĢməsini əməli həyata keçirdilər...Bu birləĢmə qurul-
taydan sonra, rəsmən 1917-ci ilin iyunun 20-də (təzə stillə iyulun
3-də) baĢ vermiĢ, hər iki partiya “Müsavat” adı altında birləĢmiĢdi.
Nəsib bəy partiyanın Gəncə ġöbəsinin rəhbəri təsdiqlənmiĢdi.
N.Yusifbəyli “Müsavat” partiyasının 500 nəfərin iĢtirakl ilə 1917-ci
il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən I qurultayında yaxından
iĢtirak etmiĢdi. Bu qurultaydan sonra “Azərbaycana muxtariyyət!”
Ģüarı altında hərəkat xüsusilə qızğın xarakter almıĢdı.
N. Yusifbəyli Müvəqqəti hökumətin Zaqafqaziya Xüsusi Ko-
mitəsindən sonra (Zaqafqaziya Xüsusi Komitəsi fevral-burjua-de-
mokratik inqilabından sonra Rusiyada yaranan knyaz Q.E. Lvovun
(2 noyabr 1861, Drezden Ģəhəri, Almaniya - 8 mart 1921, Paris)
baĢçılıq etdiyi Müvəqqəti hökumətin Zaqafqaziyadakı səlahiyyətli
icraiyyə orqanı kimi Qafqaz CaniĢinliyinin (1844-1917) ləğvindən
sonra onun əvəzinə 9 mart 1917-ci ildə Tiflisdə yaradılmıĢdı. Sədri
kadet partiyasının üzvü A.Xarlamov idi).1918-ci ilin fevralından
Zaqafqaziya Seyminin, 1918-ci il aprelin 26-da müstəqil Zaqaf-
qaziya Federativ Respublikası yarananda isə bu hökumətin maarif
naziri təyin olunmuĢ və səmərəli fəaliyyət göstərmiĢdi...1918-ci il
mayın 26-da gürcü, azərbaycanlı və erməni deputatların daxil
olduğu fraksiyalararası çəkiĢmələrin nəticəsində Zaqafqaziya Seymi
süqut etdi. Mayın 27-də Tiflisdə M.Ə.Rəsulzadənin sədrliyi altında
xalqımızın müstəqilliyinə nail olmaq üçün Seymin müsəlman frak-
siyalarındakı partiyaların üzvlərindən ibarət Azərbaycan Milli ġu-
rası yarandı. N.Yusifbəyli Milli ġura sədrinin iki müavinindən biri
(digəri Həsən bəy Ağayev idi) seçilmiĢdi. 1918-ci il Mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respub-
likası) yarandı. F.Xoyskinin birinci hökumət kabineti zamanı) (28
may-17 iyun 1918-ci il) “Müsavat”ı təmsil edən N.Yusifbəyli xalq
maarif və maliyyə naziri təyin olundu.F. Xoyskinin sonrakı iki Na-
zirlər Kabinetində (17 iyun – 7 dekabr 1918-ci il və 26 dekabr
1918-ci il - 14 mart 1919-cu il) o, maarif və dini etiqad naziri kimi
fəaliyyət göstərmiĢdi.
127
Həmin vəzifələrdə çalıĢarkən Nəsib bəy ümumi icbari təhsil,
ibtidai və orta məktəblərin milliləĢdirilməsini, milli azlıqların da öz
dillərində oxumaları üçün qanun layihələrinin hazırlanması, mətbu-
at, söz, vicdan, ittifaqlar və tətillər azadlığına zəmanət verilməsi
təkliflərini irəli sürmüĢdü. Nəsib bəy Azərbaycan Parlamentindəki
çıxıĢında demiĢdi: ”Cənab Parlament üzvləri,əsas azadlıqlar: söz,
mətbuat, yığıncaq, ittifaq və tətillər azadlıqları hər bir mədəni de-
mokratik ölkənin özülünü təĢkil edir. Hər Ģeydən yazmaq və danıĢ-
maq olar, harada istəsən yığıĢmaq olar, lakin bunlara yol yalnız bir-
cə müqəddəs hüquqa – Azərbaycan xalqının müstəqillik hüququna
toxunmamaq Ģərtilə verilir”. Nəsib bəy bütün azadlıqlar içərisində
vicdan və yaĢamaq azadlığını ən müqəddəs azadlıqlar hesab edirdi.
N.Yusifbəyli Azərbaycanda yaĢayan milli azlıqların hüquq-
larının qorunması, onların dini azadlığının, mədəni-milli xüsusiy-
yətlərinin mühafizə olunub saxlanmasını, milli ədavətlərin aradan
götürülməsi üzərində ayrıca dayanaraq deyirdi: ”Hökumətimiz
bütün səylərini ona yönəldib ki, Azərbaycan onun ərazisində yaĢa-
yan bütün xalqlar və millətlər üçün sevimli Vətənə çevrilsin. Höku-
mət bütün gücü ilə milli düĢmənçiliyin alovlanmasına yol vermə-
yəcək və bu cür halların qarĢısını alacaqdır”.
N.Yusifbəyli Parlament yığıncağında azad əməyi təmin edə
biləcək fəhlə qanunvericiliyinin, habelə kəndlilərə ödəniĢsiz torpaq
verməyi nəzərdə tutan torpaq qanunvericiliyinin hazırlanması, de-
mokratik əsasda yerli özünüidarə orqanlarının qurulmasını irəli
sürürdü.
1918-ci il oktyabrın 26-da Gəncədə gizir məktəbi məzunları-
nın ilk buraxılıĢ mərasimi olmuĢdu. Bu məktəb 1918-ci ilin iyunun-
da açılmıĢdı. Onun açılımasında general-leytenant Əli ağa ġıxlınski
və polkovnik Süleyman bəy Əfəndiyev mühüm rol oynamıĢdı-
lar...Təntənəli buraxılıĢ mərasimində Qafqaz Ġslam Ordusunun BaĢ
komandanı Faruq Nuru paĢanın atası Hacı Əhməd PaĢa, Əlahiddə
Azərbaycan Korpusunun komandiri, general-leytenant Əli ağa ġıx-
linski, 14-cü Çanaqqala diviziyasının komandiri albay Nazim bəy,
Gəncə qubernatoru, polkovnik Ġbrahim ağa Vəkilov, Ģəhər baĢçısı
Ələkbər bəy Xasməmmədov, həmçinin Bakıdan Azərbaycan höku-
mətinin rəsmi nümayəndələri - maarif naziri Nəsib bəy Yusifbəyli,
128
maliyyə naziri Musa bəy Rəfiyev (1888-1938), daxili iĢlər nazirinin
müavini Mehdi bəy Hacınski (1879-1941) və digər yüksək səviy-
yəli qonaqlar iĢtirak edirdilər.
Gizir məktəbinin buraxılıĢ mərasimində xalq maarif naziri
N. Yusifbəylinin çıxıĢı çox təsirli olmuĢdu. O, demiĢdi: ”Balalarım,
Azərbaycanın və millətin gələcəyi sizin əlinizdədir. Əgər güclü ordu
yarada bilsəniz, deməli, millətin gələcəyi təmin olunacaq. Bu gün
gördüklərim məni əmin etdi və bura ezam edən hökumətimizə onu
çatdırmaq hüququ verdi ki, ölkənin istiqbalına görə sakit ola bilər.
Qısa vaxt ərzində əldə etdiyiniz uğurlara çətin ki, ən mədəni və ba-
carıqlı xalqların oğulları nail ola bilsin”. Nəsib bəy sonra Əhməd
PaĢaya xitabən söyləmiĢdi:
- ”Əlahəzrət! Sizin Ģanlı oğullarınız Ənvər paĢa və Nuru paĢa
təkcə Azərbaycanın deyil, bütün türk xalqlarının yaddaĢında həmi-
Ģəlik qalacaqlar. Belə qəhrəmanların atası baĢını uca tuta, xoĢbəxt
ola bilər. Allah Sizi və Sizin övladlarınızı qorusun”. Nəsib bəy axır-
da hökumət adından bildirmiĢdi: ”Bu gün bütün qonĢu millətlərin
nümayəndələri Azərbaycan oğullarının bacarığına və istedadına
əmin oldular. Belə qüvvəyə malik ölkənin gələcəyi qorxulu deyil”.
Mərasimdə DĠN-in adından rəsmi Ģəxs kimi iĢtirak edən
Azərbaycan Cümhuriyyəti daxili iĢlər nazirinin (o zaman daxili iĢlər
naziri Behbud xan CavanĢir idi) müavini Mehdi bəy Hacınski öz
çıxıĢında bildirmiĢdi ki, bu günlərdə Bakıda da 1200 nəfərlik belə
bir məktəb açılacaq. Əmin olmaq lazımdır ki, onun müdavimləri də
bu cür parlaq nailiyyətlər əldə edəcəklər.
Haşiyə: Azərbaycanda ilk gizir məktəbi 1918-ci ilin iyununda
Gəncədə yaradılıb, ilk dövrlərdə Qafqaz Müsəlman Ordusuna
tabeydi. Gizir məktəbində 250-dən çox gənc təhsil alırdı. Onlar
kursu gizir kimi baĢa vurduqdan sonra 6 ay ərzində zabit rütbəsi
alırdılar. Məktəbin rəisi zabit-pedaqoq Atif bəy idi. 1918-ci il
oktyabrın 26-da məktəbin ilk buraxılıĢı zamanı 200 nəfər gənc
məktəbi bitirmiĢdi.
N. Yusifbəyli 1918-ci ilin noyabrında müttəfiq qoĢunların Ba-
kıya gəlməyə hazırlaĢan komandanı general Vilyam Tomsonla danı-
Ģıqlar aparmaq üçün üç nəfərdən ibarət nümayəndə heyətinin baĢçısı
kimi Ġranın Ənzəli Ģəhərinə gedib onunla görüĢmüĢdü.
129
1919-cu il martın 14-də N. Yusifbəyli Azərbaycan Cümhuriy-
yəti Nazirlər ġurasının sədri, bir qədər sonra - aprel ayından isə həm
də daxili iĢlər naziri kimi fəaliyyətə baĢlamıĢdı. Aprel ayının 14-də
o, yeni yaratdığı kabinetin üzvlərini Azərbaycan Cümhuriyyəti Par-
lamentinə təqdim etmiĢdi. N. Yusifbəyli hökumətdə Nazirlər ġura-
sının sədri və daxili iĢlər naziri vəzifələrini tutduğunu bəyan etmiĢ-
di. Təxminən bir aydan sonra, 1919-cu il aprelin 16-da Nəsib bəyin
Parlamentin iclasında hökumətin Bəyannaməsi haqqında çıxıĢı çox
təsirli olmuĢ və dəfələrlə alqıĢlanmıĢdı. Bakıdakı ingilis koman-
danlığı nümayəndəliyinin də iĢtirak etdiyi həmin iclasda N. Yusif-
bəyli çoxmillətli Parlament üzvlərini və qonaqları Azərbaycanın
mövcudluğunun əsas prinsipi olan Ġstiqlal prinsipindən dönməyəcə-
yinə əmin edən dəlillər gətirmiĢ, ərazi bütövlüyümüzün dəyiĢilməz-
liyini və müqəddəsliyini diqqətə çatdırmıĢdı.
N. Yusifbəyli Azərbaycan Parlamentini beynəlxalq miqyasda
xalqımızı layiqincə təmsil edən və həqiqi demokratik zəmində qu-
rulmuĢ bir siyasi forum kimi yüksək qiymətləndirir və vaxtaĢırı
onun tribunasından öz fikirlərini səsləndirirdi. Azərbaycan Parla-
mentinin iclaslarında çox partiya, fraksiya və qrupların qızğın siyasi
diskussiyalar Ģəraitinin, fikir plüralizminin formalaĢdırılması və təmin
edilməsində Nəsib bəyin rolu az olmamıĢdı...
Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumətinin sədri,
eyni zamanda daxili iĢlər naziri vəzifəsini öz üzərinə götürən N. Yu-
sifbəyli (o dövrün mətbuatında və tarixi ədəbiyyatda Usubbəyov so-
yadı kimi də əksini tapıb) Parlamentdə çıxıĢ etdiyi gün, 1919-cu il
aprelin 16-da bəyan etdiyi 63 nömrəli əmrdə bildirirdi:
“Bu gündən etibarən Daxili ĠĢlər Nazirliyinə rəhbərliyə baĢladı-
ğımı bütün təĢkilata elan edirəm. Ölkədə qanunçuluğun və qaydanın
daha da möhkəmləndirilməsini Daxili ĠĢlər Nazirliyinin ən ümdə
vəzifəsi kimi qarĢıya qoyuram. Hansı milliyyət, partiya, əhali, qrup
və ya ayrı-ayrı Ģəxslər tərəfindən törədilməsinə baxmayaraq, istənilən
anarxist çıxıĢların qarĢısı mənim tərəfimdən qəti tədbirlə alınacaq.
VətəndaĢların Ģəxsi və əmlak təhlükəsizliyinin qorunması
üçün ən təsirli tədbirləri görəcəyəm.
Azərbaycanda yaĢayan bütün millətlər mənim Ģəxsimdə özləri-
nə və qanuni hüquqlarının qorunmasına eyni münasibət görəcəklər.
130
Mən milli ədavətin heç bir təzahürünə yol verməyəcəyəm və
bu zəmində hər cür iğtiĢaĢlar sərəncamımda olan bütün vasitələrlə
yatırılacaq. Mən, habelə yerli inzibati rəhbərlik, xüsusilə onun aĢağı
agentləri arasında, çox təəssüf ki, kök salmıĢ rüĢvətxorluq və alver-
çilik halları ilə mübarizəni öz qarĢımda vəzifə kimi qoyuram; mən
bu cür təzahürlərə qarĢı amansız olacağam və vəzifə cinayətlərinin
vaxtında və surətlə təhqiq edilməsi, bunlarda təqsirli olanların ifĢa
edilməsi və məhkəməyə verilməsi üçün tədbirlər görəcəyəm.
Bu xüsusda mən qəza rəisləri vəzifələrinə namizəd seçməkdə
cənab qubernatorlara sərbəstlik verirəm və həmin rəisləri onların
təqdimatına görə təsdiq edəcəyəm. Qəza inzibati orqanı agentlərinin
aĢağı çinləri üçün sərbəst namizəd seçmək xüsusunda eyni ilə bu
cür hüquq qəza rəislərinə də verilmiĢdir. Bu zaman xəbərdarlıq
etməyi zəruri sayıram ki, təqdimatlar ilə təyin olunmuĢ Ģəxslərin hə-
rəkətləri üçün bütün məsuliyyəti mən cənab qubernatorların üzərinə
qoyacağam.
Mən Daxili ĠĢlər Nazirliyinin bütün çinlərindən göstərdiyim
məqsədlərə nail olmaq üçün var qüvvə ilə iĢləyəcəklərini, xidməti
borcu vicdanla yerinə yetirəcəklərini gözlətirəm.
Daxili iĢlər naziri Nəsib bəy Usubbəyov”.
Məzmunundan göründüyü kimi, bu əmrdə daxili iĢlər naziri
tərəfindən qarĢıya qoyulan vəzifələr olduqca aydın və konkret gös-
tərilmiĢdir.
Azərbaycan Xalq Cümhuriyyəti, onun hökuməti, Daxili ĠĢlər
Nazirliyi xalqın demokratik azadlıqlarını təmin etmək üçün çox iĢ
görür və buna əks yönəlmiĢ hər hansı qəsdin qarĢısını qətiyyətlə
alırdılar. Bu baxımdan Azərbaycan hökumətinin 1919-cu il 6 may
tarixli qərarı çox xarakterikdir. Beləki, 1919-cu il mayın 5-də Bakı-
da konkret siyasi məqsədlər güdən iqtisadi tətil baĢlanmıĢdı. Höku-
mət elə səhərisi gün daxili iĢlər naziri N. Yusifbəylinin Mərkəzi
Fəhlə Tətil Komitəsinin tətil etməsinə dair məruzəsini dinləmiĢ və
bunun əsasında aĢağıdakı kimi qərar qəbul etmiĢdi:
1.
Fəhlə Konfransının elan etdiyi tətil siyasi tətil sayılsın;
2.
Daxili iĢlər nazirinə fəaliyyəti Azərbaycan Cümhuriyyəti
dövlətçiliyinin əsasına qarĢı yönəlmiĢ olduğu hesab etdiyi adamla-
rın həbsi, hətta Azərbaycan hüdudlarından çıxarılması tədbirləri də
131
daxil olmaqla tətilin ləğv edilməsi üzrə tam sərbəst hərəkət etmək
hüququ verilsin;
3.
Tətil günlərində fəhlələrə məvacib verilməsin;
4.
Əmək nazirinə fəhlələrin iqtisadi tələblərinin ədalətli his-
sələrinin, iĢ adamları və fəhlələrlə birgə müzakirə etmək və sonra
hökumətə məlumat vermək tapĢırılsın;
5.
Nazir-sədrə fəhlələrə müvafiq müraciət etmək tapĢırılsın”.
Lakin siyasi məqsədlər güdən, 3 gün tətil edən buna məhəl
qoymadıqları, əksinə, hökumət qarĢısında ultimatum irəli sürməyə
cəhd göstərdikləri üçün Bakı polismeysteri Rüstəm bəy Mirzəyev
mayın 9-da tətilin təĢkillatçıları olan, Rusiyadan idarə olunan bolĢe-
viklərin liderləri - Əli Heydər Qarayevi (1896, Bakı quberniyası,
ġamaxı Ģəhəri-1938;otuzuncu illərdə repressiya olunmuĢ və 1938-ci
ildə güllələnmiĢdir), Anastas Mikoyanı (Anastas Ġvanoviç Mikoyan,
1895, Tiflis quberniyasının Sanain kəndi; indiki Ermənistanın Ala-
verdi rayonu - 1978, Moskva), Levon Mirzoyanı (1897,Gəncə qu-
berniyasının ġuĢa qəzası, AĢan kəndi - 1938; otuzuncu illərdə rep-
ressiya olunmuĢ və 1938-ci ildə güllələnmiĢdir), Ġvan AnaĢkini
(1880, Tambov-1938; otuzuncu illərdə repressiya olunmuĢ və gül-
lələnmiĢdir), A.E. Çurayevi, Kovalı, V.V. Lominadzeni (1897, Gür-
cüstan-1935; otuzuncu illərdə repressiyaya məruz qalmıĢ, 1935-ci
ildə özünü öldürmüĢdür), B. ġaboldayevi (sonralar, 1920-ci il mar-
tın 30-da Dağıstanda sovet qoĢunlarının komandanı təyin edilmiĢdi)
və ümumiyyətlə, 43 nəfəri həbs edib, ciddi polis mühafizəsinin mü-
Ģayiətilə Bakı Polismeysterliyinə gətirmiĢdi. Toxunulmazlıq hüququ
olan Parlamentin üzvü Ə.H. Qarayevə qanunsuz və icazə verilmə-
miĢ mitinq fəaliyyətində bulunduğu ona izah olunmuĢ və azad
edildiyi bildirilmiĢdi. Sonra digərləri də buraxılmıĢdı...
Azərbaycan Xalq Cümhuriyyəti DĠN-in orqanları torpaqları-
mızı qoruyacaq sərhəd qüvvələrinin yaradılmasında, torpaqların bö-
lünüb kəndlilərə verilməsində, bu zaman onlara qarĢı qanunsuz ver-
gilərin tətbiqinə və sıxıĢdırılması əleyhinə, Azərbaycan Ordusu sı-
ralarına yeni çağırıĢçıların toplanmasının təĢkilində də fəal iĢtirak
edirdilər. Azərbaycan Cümhuriyyətinin demokratik mahiyyətini öz
fəaliyyəti ilə təmsil edən Daxili ĠĢlər Nazirliyi olkədə demokratik
prinsiplərin gözlənilməsini nizamlayırdı.Məsələn, Azərbaycan DĠN-
132
in 28 aprel 1919-cu il tarixli əmri ilə arzu edən hər kəs,o cümlədən
siyasətlə məĢğul olanlar olkənin hüdudlarından heç bir əlavə vizaya
ehtiyac olmadan kənara çıxa bilərdilər. Bu cür hüquq o zamankı
siyasi partiyalara və ictimai təĢkilatlara da Ģamil edilmiĢdi...
N. Yusifbəyli bir daxili iĢlər naziri kimi fəaliyətə baĢlayandan
sonra ilk tədbirlərindən biri zərurət olaraq DĠN-in strukturlarını təc-
rübəli kadrlarla möhkəmləndirmək,onların idarəçiliyini təkmilləĢdir-
mək idi. Məsələn, N. Yusifbəylinin təklifi və təqdimatı üzrə, Azər-
baycan hökumətinin 6 may 1919-cu il tarixli qərarı ilə xalqımızın
milli istiqlaliyyəti, müstəqilliyi uğrunda fəal mübarizlərdən biri,
Gəncəbasarın məĢhur Rəfibəylilər nəslindən olan Xudadat bəy Rə-
fibəyli (1877-1920) Gəncə quberniyasının general-qubernatoru və-
zifəsinə təyin edilmiĢ, bu vəzifədə Azərbaycan Xalq Cümhuriyyəti
süqut edənə kimi qətiyyətlə və yorulmadan fəaliyyət göstərmiĢdi...
N. Yusifbəyli bir hökumət baĢçısı və eyni zamanda da daxili
iĢlər naziri kimi dövlət əleyhinə qarĢı aparılan bütün təzahürlərin
aradan qaldırılmasına çalıĢırdı. Bu iĢdə hətta Bakıdakı ingilis polisi
ilə əməkdaĢlıqdan da istifadə edirdi. Məsələn, onun göstəriĢləri ilə
1919-cu ilin mayından oktyabrınadək Bakı polisi müttəfiq qoĢunla-
rın qərargahının müdafiəsi və ingilis polisnin iĢtirakı ilə Azərbaycan
hökumətinə qarĢı gizli pozuculuq iĢləri ilə məĢğul olan bir qrup
görkəmli bolĢevik fəalını, o cümlədən Eminbəyli Ġbrahim Abdulla
oğlunu (1894, Gəncə-1937; otuzuncu illərdə repressiyaya məruz
qalıb və güllələnib), Axundov ġirəli BaxĢəli oğlunu (1886, Bakı
quberniyasının Lənkəran qəzası, Razigirdani kəndi-1960, Lənkəran
Ģəhər), may ayında Qasımov MirbəĢir Fəttah oğlunu (1879, Cənubi
Azərbaycan (Ġran), Təbriz vilayəti, DaĢbulaq kəndi-1949, Bakı),
Mirzoyan Levon Ġsayeviçi (1897-1938), Roqov Nikifor Fyodroviçi
(1887, Simbirski quberniyası, Korsunski qəzası, Sudoseve kəndi -
fevral 1920-ci ildə dənizdə hərbi gəmidəki Denikin ağqvardiyaçılar
tərəfindən saxlanılaraq digər bolĢevik yoldaĢları ilə birlikdə güllə-
lənmiĢdir), Hüseynov Rəhim Məmməd Cəfər oğlunu (1891, Gədə-
bəy-1937; otuzuncu illərdə repressiya olunub və güllələnib), Dada-
Ģov Müseyib Mirzə oğlunu (1896,Bakı qəzasının Balaxanı kəndi-
1967, Bakı), Tağıyev Ġbrahim Tağı oğlunu (1894, Qazax qəzasının
Öksüzlü kəndi - 1938; otuzuncu illərdə repressiya olunub və
133
güllələnib), Konkin Ġvan Mixayloviçi (1896,Gəncə qəzası, Gədə-
bəy sahəsi, Slavyanka kəndi-1954,Moskva), Qutin Semyon Avelo-
viçi (1897, Bakı-1938; otuzuncu illərdə repressiya olunub və
güllələnib), Ağa-zadə Kamran Cəfər oğlunu (1891, Cənubi Azər-
baycan, Ərdəbil Vilayəti Pərni kəndi-1939; ağır xəstəlikdən sonra
ölmüĢdür), AnaĢkin Ġvan Ġvanoviçi (1880-1937; otuzuncu illərdə
repressiya olunmuĢ və 1937-ci il dekabrın 30-dan 31-nə keçən gecə
güllələnmiĢdi. O, həmin gecə güllələnən 48 nəfərin içərisində sayca
29-cu idi...), iyunda Bünyadzadə DadaĢ Xoca oğlunu (1888-1938),
Sərdarov Bünyad Mədət oğlunu (1888-1919), sentyabrda Əliyev
HaĢım Bədəl oğlunu (1892, Bakı-5 sentyabr 1919; öldürülmüĢ-
dür...), Musəvi Mir Fəttah Əli oğlunu (1891, ġuĢa -5 sentyabr 1919,
Bakı; öldürülmüĢdür...), Cəbrayılov Məmməd Hüseyn Rüstəm oğlu-
nu (1900-1938) həbs etmiĢ, müsəlləh dəstə yaradıb müqavimət gös-
tərən “Qatır Məmmədi” (1887, Gəncə quberniyası, Goranboy -
Əhmədli kəndi - 18 sentyabr 1919-cu il, Kür sahilindəki Qaraquvax
kəndi; Azərbaycan Cümhuriyyəti tərəfindən güllələnmiĢdir) məhv
etmiĢdi...
Kütləvi həbslər ölkənin təhlükəsizliyi üçün narahatçılıq törə-
dənlərə qarĢı yönəlmiĢdi. Üstəlik, Bakıda və bölgələrdə vəziyyəti
kəskinləĢdirən cinayətkar ünsürlərlə də amansız mübarizə aparı-
lırdı... Beləliklə, görünür ki, Azərbaycan Daxili ĠĢlər Nazirliyi, onun
polis orqanları Bakıda və bölgələrdə iki cəbhədə: siyasi məqsədlərlə
pozuculuq törədənlərlə və habelə, bilavasitə cinayətkar hadisələrlə
məĢğul olan sırf kriminal, o cümlədən transmilli qüvvələrlə müba-
rizə aparmalı olurdular...
Dostları ilə paylaş: |