Təyinat. 23 iyun 1919-cu il. Daxili iĢlər naziri N.Yusifbəyli
“Fərariliklə mübarizəni qüvvətləndirmək haqqında” sərəncam imza-
lamıĢdı. Onun həmin tarixli 85 nömrəli əmri ilə bu vaxtadək ġamaxı
qəzasının müvəqqəti rəisi vəzifəsini daĢıyan Lütvəli (Niftəli) bəy
Zülqədərov Göyçay qəzasının rəisi təyin edilmiĢdi.
27 iyun 1919-cu il. Daxili iĢlər naziri N.Yusifbəyli Bakıda
yaĢayan əcnəbilərin yoxlanılması və cinayətkar ünsürlərin müəyyən
edilmələri ilə əlaqədar ev dəftərlərinin təftiĢ edilməsi haqqında bü-
tün polis pristavlarına əmr vermiĢdi.
Təyinat. Ġyun 1919-cu il.Azərbaycan hökumətinin qərarı və
daxili iĢlər naziri N.Yusifbəylinin müvafiq əmri ilə Xəlil bəy Sulta-
nov Azərbaycan Cümhuriyyəti DĠN-in Həbsxana ġöbəsinin rəisi və-
zifəsinə təyin edilmiĢdi. Lakin DĠN-in Həbsxana ġöbəsi Azərbay-
can hökumətinin qərarı ilə həmin ilin avqustunda ləğv edilmiĢ və
155
həbsxana iĢlərinə nəzarət səlahiyyəti Ədliyyə Nazirliyinə veril-
miĢdi...
Avqust-sentyabr 1919-cu il. Azərbaycan DĠN-in əmri ilə Bakı
ġəhər Polismeysterliyi yanında polis qorodovoyları məktəbi təĢkil
olunmuĢdu. Məktəbin daimi heyəti ilk zaman 7 nəfərdən: 1 rəis, 3
təlimatçı, 1 feldfebel və 2 vzvod komandirindən ibarət idi. Məktəb-
də 100 nəfər hazırlanması nəzərdə tutulmuĢdu...
Təyinat. 30 sentyabr 1919-cu il. Daxili iĢlər naziri N.Yusif-
bəylinin 133 nömrəli əmri ilə bu vaxtadək Gəncə polismeysterinin
böyük köməkçisi vəzifəsində çalıĢan Ġsgəndər bəy MəĢədi Salman
oğlu Qəmbərəliyev Gəncə Ģəhərinin müvəqqəti polismeysteri təyin
edilmiĢdi.
Təyinat. 13 oktyabr 1919-cu il. Daxili iĢlər naziri N.Yusif-
bəylinin əmri ilə Bakı qubernatoru Əmir bəy Nərimanbəyovun
böyük köməkçisi Əmir xan (əsl adı Əmiraslan xan idi) Cahangir
xan oğli Xoyski vəzifə xidmətində irəli çəkilərək, Qazax qəzasının
qubernatoru (16-cı dərəcəli tariflə 1-ci dərəcə üzrə 3.000 manat
əmək haqqı ilə) təyin edilmiĢdi. Daxili iĢlər naziri N.Yusifbəylinin
23 oktyabr 1919-cu il tarixli 156 nömrəli digər əmri ilə Cavad qəza
rəisinin köməkçisi Rüstəm bəy Heybət bəy oğlu Kərimbəyov vəzifə
xidmətində irəli çəkilərək, Lənkəran qəzasının (aylıq əmək haqqı 1-
ci dərəcə tarif üzrə 3.000 manat olmaqla) rəisi təyin edilmiĢdi.
28 oktyabr 1919-cu il. DMK əsgər toplanması, həyətbaĢı siya-
hıyaalma keçirilməsi və partizan dəstələrinin yaradılması sahəsində
hakimiyyət orqanlarının fəaliyyətinə və hərəkətlərinə ciddi nəzarət
etməyi Daxili ĠĢlər Nazirliyinin Polis Ġnspeksiyasına həvalə etmiĢdi.
3 noyabr 1919-cu il. Azərbaycan Parlamenti tərəfindən “Sər-
xoĢluqla mübarizə haqqında” qanun qəbul edilmiĢ və onun icrasına
nəzarət DĠN-ə həvalə olunmuĢdu.
Təyinat. Daxili iĢlər naziri N.Yusifbəylinin 12 noyabr 1919-
cu il tarixli 295 nömrəli əmri ilə Ġsgəndər bəy MəĢədi Salman bəy
oğlu Qəmbərəliyev ġamxor (ġəmkir) qəzasının rəis əvəzi təyin
edilmiĢdi. Nazir N.Yusifbəyli 1919-cu il noyabrın 15-də Bakı qu-
bernatorunun 14 oktyabr 1919-cu il tarixli 14405 nömrəli təqdimatı
üzrə Ədliyyə Nazirliyi Bakı Dairə Məhkəməsinin Balaxanı Sahə-
sinin müstəntiqi Məmməd bəy Süleymanbəyovun Cavad qəzasının
156
rəisi təyin edilməsi haqqında əmrə qol çəkmiĢdi. Bununla əlaqədar
nazir müavini, general-mayor Əliyar bəy HaĢımbəyovun imzası ilə
DĠN-in adından M. Süleymanbəyovun tutduğu vəzifəsindən azad
olunaraq Daxili ĠĢlər Nazirliyinin sərəncamına keçməsi barədə 8
noyabr 1919-cu il tarixli 10980 nömrəli xahiĢ məktubu göndəril-
miĢdi.
27 noyabr 1919-cu il. Azərbaycan Cümhuriyyəti DMK və
DĠN-in birgə qərarı ilə Cavad (mərkəzi Salyan) və Lənkəran qəzala-
rında qarətlərlə mübarizə və sərhədçi funksiyalarını yerinə yetirmək
məqsədilə 400 nəfərlik xüsusi sərhəd gözətçiləri dəstələri təĢkil
edilmiĢdi. Qərara müvafiq olaraq Azərbaycan Respublikasına xaric-
dən təcavüz olacağı və hərbi əməliyyatlar baĢlanacağı təqdirdə hə-
min dəstələr Hərbi Nazirliyin müvafiq komandanlığının sərəncamı-
na keçməli idi.
Təyinat. 12 dekabr 1919-cu il. Daxili iĢlər naziri N.Yusifbəy-
linin 110 nömrəli əmri ilə bu vaxtadək Bakı Mərkəzi Həbsxanası-
nın rəisi olan Ələkbər bəy Bəhrəmbəyov tutduğu vəzifəsindən azad
olunaraq, Cəbrayıl qəzasının rəisi vəzifəsinə təyin edilmiĢdi. Bu
əmr DĠN-in 5 yanvar 1920-ci il tarixli 228 nömrəli yeni əmrilə bir
daha təsdiqlənmiĢdi...
17 dekabr 1919-cu il. DĠN nümayəndəsinin də iĢtirakı ilə Bakı
Polismeysterliyi pristavlarının geniĢ toplantısı keçirilmiĢdi.
... N.Yusifbəyli ermənilərin fitnəkarlıqlarına qarĢı da tədbirlər
görürdü. O, 1919-cu ilin yayında Qarabağda Qaybalı kəndində
daĢnakların törətdiyi qırğının (bu kənd tam yandırılmıĢ və 600-dək
adam öldürülmüĢdü) günahkarlarının mütləq cəzalandırılacağını
bəyan etdikdə, həmin ilin 7, 10 və 17 iyulda olan Parlamentin iclas-
larında gedən müzakirələrdə Komissiya üzvü, deputat Çubaryanın
bu hadisə ilə bağlı ermənilərin cinayətlərini ört-basdır etmək cəhd-
lərini ifĢa etmiĢ, nəinki göstərilən iĢin, həmçinin Zəngəzur və ġa-
maxı soyqırımı hadisələrinin də məhz Yerevandan daĢnaqların əli
ilə təĢkil olunduğunu, onların xəyanətkar hərəkətlərinin də cəzasız
qalmayacaqlarını bildirmiĢdi.
...Erməni “Armenakan”, ”Qnçak” və “DaĢnaksütyun” parti-
yalarının millətçi liderləri Nəsib bəyin Azərbaycan Parlamentində
157
onların ftnəkarlıqlarını və dəhĢətli “əməlləri”ni ifĢa edən qətiyyətli
çıxıĢlarını yaddan çıxara bilmirdilər.
Haşiyə: “Armenakan” (qısa “Armenak”da yazılır) ermənilə-
rin yaratdıqları ilk millətçi partiya idi. Bu partiya hələ 1895-ci
ildə Türkiyənin Van Ģəhərində M.Portukyan tərəfindən yaradıl-
mıĢdı. Mkırtıç Portukyan (bəzi ədəbiyyatda Portukalyan da yazı-
lır) varlı erməni bankiriydi. 1885-ci ildə kürəkəni və dostları ilə
birlikdə Vanda “Armenakan” adlı millətçi partiyanın əsasını qoy-
muĢdu. Partiyanın mədaxilini gizlətdiyinə görə 1921-ci ildə öz
“məsləkdaĢları” tərəfindən öldürülmüĢdü...
“Qnçakyan” (qısaça “Qnçak”) (“haray”, ”zəng”, ”səs” de-
məkdir) ilkin olaraq 1887-cı ildə Ġsveçrənin Cenevrə Ģəhərində təh-
sil alan erməni tələbələri L.Nazarbey (A.Nazarbekyan) və qardaĢı...,
habelə Maro Vardanyan, Qabriel Kafuyans tərəfindən yaradılmıĢdı.
Lakin onun rəsmi baniləri və əsas ideoloqları Ruben Xanazat Xana-
zatyan (“NĢan Karapetyan”) (1862-1929; o, erməni xalqının “tari-
xi”nə dair iri əsərlərin müəllifidir...) və erməni sələmçi taciri, Tür-
kiyənin maliyyə naziri olmuĢ Akop paĢa Qazaryan (1833-1891),
Arkomed (Qarancyan Gevorq Arutunoviç,Stepan ġaumyanın öyrə-
dəni) (1861-1936) sayılır. ”Qnçak” partiyası və onun görkəmli
üzvləri (A.Nazarbekyan, M.Ambarsumyan, S.Qulyan, A.Zurabyan,
P.Sarkisyan və b.) “dənizdən-dənizə (Aralıq dənizindən Qara dəniz
və Xəzər dənizinə) “Böyük Ermənistan” dövləti yaratmağı qarĢısı-
na məqsəd qoymuĢdu.
Nazarbey Lernts (əslində, Avetis Vardanoviç Nazarbekyan
(1866-1939). ”Qnçak” partiyasının banilərindən və rəhbərlərindən
biri idi. Azərbaycanlılara, bütövlükdə türklərə və müsəlmanlara
qarĢı qəddar düĢmənçilik siyasəti yeridənlərdən olmuĢdur. Möskva-
da yüksək vəzifədə çalıĢan Anastas Mikoyanın vəsatəti ilə 1934-cü
ildə SSRĠ-yə dəvət edilmiĢdi...”Qnçak”ın görkəmli xadimlərindən
biri Murad-Boyacyan Ambarsumyan (1860-1915) Türkiyədə, Sasun
bölgəsində 1883-cü ildə müsəlman qətliamının fəal təĢkilatçısı ol-
muĢdu. 1884-cü ildə məhkum edilərək, Trablisə sürgün edilmiĢdi.
1906-cı ildə qaçmıĢdı...1908-ci ildə Osmanlı Parlamentinin deputatı
olmuĢdu.Deputat statusundan istifadə edib erməni “çətəçilər”in
(quldur dəstələrinin) Türkiyə hökumətinə qarĢı çıxıĢlarını hazırla-
158
mıĢdı. Salah Qulyan (1861-1928) da ”Qnçak”ın görkəmli xadimlə-
rindən biri idi. Əsl adı Stepan Ter-Danilyandır. ”Qnçak” və “Yerita-
sard Hayastan” (“Gənc Ermənistan” ) qəzetlərinin redaktoru olmuĢ-
du.1908-ci ildə Türkiyə Parlamentinin deputatı seçilmiĢdi.Dinc mü-
səlmanların kütləvi qətllərini təĢkil etdiyinə görə qiyabi olaraq dar
ağacından asılmağa məhkum edilmiĢdi,lakin Konstantinopoldan
qaça bilmiĢdi...
A.Zurabyan (1873-1920) (Əsl adı ArĢak Gerasimoviç Zurab-
yandır) ”Qnçak”ın liderlərindən biriydi. Petroqrad Soveti Ġcraiyyə
Komitəsinin üzvü olmuĢdu.”Türkiyə Ermənistanı haqqında “ dekretin
müəlliflərindən idi. Paramaz Matevos Sarkisyan (1863-1915). ”Qn-
çak” partiyasının görkəmli funkionerlərindən biri, Türkiyədə ”erməni
“Azadlıq hərəkatı”nın...fəal iĢtirakçısı olmuĢdu.Kütləvi iğtiĢaĢlar
təĢkil etdiyinə və dinc əhalini qırdığına görə 1915-ci ilin iyununda
Konistantinoplda dar ağacından asılmıĢdı. ġmavon Qabriel Kafan
(Kafuyans) (1860-1930). ”Qnçak”ın liderlərindən biri idi. Ġkinci Ġn-
ternasionalın tərkibinə daxil olmuĢdu. ”Böyük Ermənistan” ideyasını
yaradanlardandı. Türkiyədə Zeytun və Sasun bölgələrindəki “erməni
üsyan”nda təĢkilatçılardan biriydi. Həmin üsyan zamanı erməni si-
lahlı dəstələrinin əməliyyatları və vəhĢilikləri nəticəsində 65 mindən
çox əliyalın müsəlman-türk, kürd, habelə yəhudu qırılmıĢdı...
Qeyd: ”Qnçak” partiasının “ən görkəmli” üzvlərindən biri
A.Ozanyan (1865-1927) olmuşdur. Türkiyədə sənətkar ailəsində do-
ğulmuşdu. Andronik (tarixi ədəbiyyatda Andranikdə adlandırılır)
Torosoviç Ozanyan 1894-cü ildən Türkiyə “istibdadına” qarşı er-
məni milli azadlıq hərəkatının fəal iştirakçısı idi .Bəzi qadın “jest-
lərinə” görə “Madmuazel Andronik” adlandırılan Ozanyan hələ
1891-ci ildə “Hnçakyan” partiasına daxil olmuşdu. Əslində o qadın
humanistliyindən çox uzaq olub cəllad “Andronik paşa” adı ilə
daha məşhurdu. Çetebaşı Andronik paşa ilk dəfə 1901-ci ildə öz
quldur (çete) dəstəsi ilə Muş şəhəri yaxınlığında peyda olmuşdu. Bu
haqda Rusiyanın Ərzrumdakı baş konsulu Mayevski yazmışdır...
A.Ozanyan 1-ci erməni könüllü dəstəsinin komandiri kimi 1912-ci
ildən Balkan müharibələri zamanı Bolqarıstan ordusunun tərkibin-
də Türkiyəyə qarşı vuruşurdu. Birinci Dünya müharibəsi dövründə
o, 1914-cü ilin noyabrında Türkiyəyə qarşı vuruşan Rusiya ordusu
159
tərəfinə keçmişdi. Andronikin dəstəsi həmin andan öz dəstəsiylə
general-leytenant Çernozubovun kamandan olduğu rus qoşunla-
rının tərkibində türklərə qarşı vuruşmuşdu. Odur ki, çar ona
general-mayor rütbəsi vermişdi. 1915-ci ilin iyulunda Van gölü
bölgəsində gedən hərbi əməliyyatlar zamanı fəallaşmış rus
qoşunlarının tərkibində Andronikin başkəsənləri fürsət düşən kimi
türk əhalisinə kütləvi divan tutduğu üçün Türkiyə hökuməti bu
üzdəniraq ”gneralı” qanundankənar elan edərək, həm də ingilislərə
və amerikanlara “qulluq” göstərdiyinə görə onların agenti kimi
bəyan etmişdi. Sonralar türklər Andronik paşanı ələ keçirmiş,
Türkiyənin “sirrıləri”ni ingilis-amerikan kəşfiyyatına satdığı üçün
onun qulağını kəsib buraxmışdılar. Görkəmli Rusiya diplomatı və
xarici işlər naziri G.V. Çiçerin də Androniki “Antantanın cəsusu”
adlandırmışdı. ”Qulağı kəsik Andronik” isə qaçıb İrəvana gəlmişdi.
O,1918-ci ildən Naxçıvana hücumlar təşkil edirdi.Daşnak Ermənis-
tan Respublikasının xidmətindən yararlanan “general” Andronuk
Dronun, Kerinin, Muradın və b. qaniçən erməni silahlı dəstələrinə
komandirlik edərək, Azərbaycan Cümhuriyyətinin sərhədlərinə, xü-
susilə, Zəngəzura və Qarabağa tez-tez hücumlar yaradır, vəhşiliklər
törədirdi... Qafqazda sovet hakimiyyəti qurulduqdan və möhkəm-
ləndikdən sonra daha burada qala bilməyən A.Ozanyan tabeliyində
qalan 680 nəfərlik başkəsənlər dəstəsinin müşayiəti ilə xaricə keç-
mişdi... O, Amerikada yaşayırdı. Bəzi memuarları 1921-ci ildə ABŞ-
da erməni dilində çapdan çıxan “Erməni əlahiddə zərbə hərbi his-
səsi” adlı kitabda toplanmışdır... A.Ozanyan 1926-cı ildə Amerika
qəzetlərindən birində “Mən hələ qayıdacağam” adlı müsahibə ver-
mişdi. Ermənistanın “milli qəhrəmanı, Qarribaldisi” adlandırılan
Andranik Ozanyan 1962-ci ildə, ABŞ-da 62 yaşında ölmüşdür.
1965-ci ilin fevral ayında İrəvanda Andronik Ozanyanın anadan ol-
masının 100 illiyi təntənə ilə qeyd edilmişdi.2000-ci ildə meyidi
ABŞ-dan Yerevana gətirilərək, yenidən dəfn edilib...
“DaĢnaksütyun” (“Ġttifaq” deməkdir) burjua-millətçi partiya-
sı – “Erməni inqilabi ittifaqı” adlanan burjua millətçi partiyası
1890-cı ildə Tiflisdə yaradılmıĢdı. Onun yaradıcıları və görkəmli
xadimləri Xristofor Mikaelyan (1859-1915), Simon Zavaryan, Ste-
fan Zoryan, Vahan Papazyan (1868-1923), Armen Qaro (Pas-
160
termasyan Armen Qaro) (1873-1923). Türkiyə ermənisi idi. 1908-
1914-cü illərdə Türkiyə Parlamentinin deputatı olmuĢdur), Karo
Sasuni, Aleksandr Xatisov, Qaregin Njde, Ovanes Kaçaznuni,
Vratsyan Simon, Akop Zavriyev,Milkael Varandyan,Knuni Malum-
yan (1860-1915), Qərib və baĢqaları bildirirdilər ki, ”DaĢnak-
sütyun” Türkiyə ermənilərini Osmanlı zülmündən xilas etmək məq-
sədilə yaradılmıĢdır. Onlar erməni “genosidi”nin əsas təĢkilatçıları
olan “Ģəxslər”in məhvi barədə qərar qəbul etmiĢdilər. 1892-ci ildə
Ġsveçrənin Cenevrə Ģəhərində 32 nəfərin iĢtirakı ilə partiyanın 1-ci
qurultayı keçirilmiĢdi. Qurultayda ”DaĢnaksütyun”unun erməni “zi-
novarlar” adlanan əsgərlərindən ibarət dəstələrin yaradılması barədə
qərar qəbul edilmiĢdi. ”DaĢnaksütyun”un ideloqlarından biri Ova-
nes Kaçaznuni yazırdıki, partiyanın ABġ, Fransa,Yunanıstan, Ġran
və digər ölkələrdə filialları vardır... Bununla əlaqədar həyata keçiri-
ləcək terror aktları seriyası Ģərti olaraq “Nemezis” adlandırılmıĢdır
(yunan ilahəsi Nemezidanın adından götürülmüĢdür). 1919-cu ilin
oktyabrında “DaĢnaksütyun” partiyasının Ġrəvanda keçirilən 9-cu
qurultayında ġaan Natalinin təĢəbbüsü ilə terror əməliyyatlarına
baĢlamaq barədə qərar qəbul olunmuĢdu.”DaĢnaksütyun”un iclasın-
da “erməni genosidi”nin (1915-ci il) 650 günahkar Ģəxsin siyahısına
baxılmıĢ və seçim qaydasında onlardan 41 nəfərinin ilk növbədə
ləğv edilməsi qərarlaĢdırılmıĢdı.
Stefan Zoryan (1867-1919) (Daha çox Rostov Zoryan kimi ta-
nınır) ”DaĢnaksütyun” pariyasının banilərindən və rəhbərlərindən
biri idi. O, 1918-ci illərdə Bakıda, ġamaxıda, Qubada və Azərbay-
canın digər Ģəhərlərində kütləvi qətllərin, vəhĢiliklərin və iĢgəncələ-
rin təĢkilatçısı olmuĢdur. Aleksandr Ġvanoviç Xatisov da (1874-
1945) ”DaĢnaksütyun” partiyasının liderlərindən biriydi. Əvvəllər
“Kadetlər” partiyasının üzvü olmuĢdu. 1910-1917-ci illərdə Tiflis
Ģəhərinin bələdiyyə rəisi vəzifəsində iĢləmiĢdi. 1918-1920-ci illərdə
daĢnak Ermənistan Respublikasının xarici iĢlər naziri və Nazirlər
ġurasının sədri olmuĢdu. Həmin dövrdə Bakıda Xalq Komissarları
Soveti yarandıqda S.ġaumyana, Q.Melikyana, T.Əmiryana və
A.Mikoyana məsləhətlər vermiĢdi. Ovanes Kaçaznuni (1868-1937)
”DaĢnaksütyun” partiyasının görkəmli üzvlərindəni idi. DaĢnak
Ermənistanının (1918-1920) ilk baĢ naziri olmuĢdu. Qırmızı ordu
161
Ermənistana gələndə və orada sovet hakimiyyəti qurulanda (29
noyabr 1920-ci il) 52 yaĢında öz baxıĢlarını dəyiĢdirmiĢ və keçmiĢ
silahdaĢları olan daĢnakların siyasətini ifĢa etməyə baĢlamıĢdı. Si-
mon Vratsyan (1882-1969) ”DaĢnakstyun” partiyasının qatı ideoloq
idi. DaĢnak Ermənistan Respublikasının (1918-1920) hökumət baĢ-
çısıydı. 1921-ci ilin yanvar-fevral aylarında Ermənistanda, Zəngə-
zurda və Qarabağda azərbaycanlıların kütləvi qətliamının təĢkilatçı-
sı, həmçinin daĢnakların “Vətənin nicatı” Komitəsinin sədri olmuĢ-
du. Sonra xaricə qaçmıĢ və 1926-cı ildən ABġ-ın Dövlət Departa-
mentinin Yaxın ġərq üzrə mütəxəssisi iĢləmiĢdi...Doktor Akop Zav-
riyev (1875-1920) (əsl adı Akop Zavaryandır). ”DaĢnaksütyunun
liderlərindən biri,Stepan ġaumyanın yaxın məsləkdaĢı olmuĢdur.
Onunla birlikdə 1905-ci ilin fevralında Bakıda törədilmiĢ müsəl-
manların qırğınını hazırlayanlardan biri idi. O, Yelizavetpolda
(Gəncə), Tiflisdə, Ġrəvanda və Qarabağda azərbaycanlılara qarĢı qır-
ğınların törədilməsini təĢkil etmiĢdi.Ərzrumda (1918-ci il) Rusiya
general-qubernatorunun köməkçisi olmuĢdu. Həmin vaxt erməni
döyüĢ təĢkilatı olan “Milli büro”nun tərkibinə daxil idi. Mikael
Varandyan (əslində, Ohanesyan) (1884-1934). ”DaĢnaksütyun”un
ideoloqlarından biriydi. O, vaxtı ilə çara xəfiyyəlik etmiĢ, ”26 Bakı
komissarı”nı satan Anastas Mikoyana qarĢı ifĢaedici sənədlərə ma-
lik olmuĢdu. Ġ. Stalinin tapĢırığı ilə Parisdə öldürülmüĢdü...Qərib
(Avetis Aqraniya Qərib) (1866-1948). ”DaĢnaksütyun” partiyasının
rəhbərlərindən biri, həm də Ģair idi.Erməni Milli ġurasının (1917)
və daĢnak Ermənistan Respublikası Parlamentinin sədri (1919-cu
il) olmuĢdu...
”Nemezis”in ilk qurbanlarından biri Osmanlı Türkiyəsinin
daxili iĢlər naziri,1915-ci ildə qiyama qalxmıĢ ermənilərə qarĢı
tədbirlər görmüĢ Tələt PaĢa olmuĢdu. O, 1921-ci il martın 15-də
Almaniyanın Berlin Ģəhərində erməni terrorçusu, tacir Soqomon
Xaçaturoviç Tehliryan (1896-1960) tərəfindən güllələnmiĢdi...“Ne-
mezis” əməliyyatının ən fəal iĢtirakçılarından biri ArĢavir ġirakyan
isə bildirmiĢdi ki, bizim təĢkilatın məhv etmək planı yoxdur.
Məqsəd yalnız “kütləvi ölümlərin” günahkarları olan “Ģəxslər”in
cəzalandırılmasını həyata keçirməkdir.
162
Əməliyyata rəhbərlik üçün məsul orqan (rəhbəri daĢnak Er-
mənistan Respublikasının ABġ-dakı emissarı Armen Qaro və Xü-
susi fond (rəhbəri ġaan Satrailyan idi) təĢkil olunmuĢdu. Əməliy-
yata operativ rəhbərliyi və maddi təminatı ġain Natali və Qriqor
Merjanov həyata keçirməli idi. Ən vacib informasiyaların toplanma-
sında əsas rolu Qraç Papazyan oynamalıydı. Əməliyyatda nəzərdə
tutulan qətllər aĢağıdakı kimi həyata keçirilməli idi: ləğvi nəzərdə
tutulan Ģəxsin (Ģəxslərin) izlənməsi və təqibi üçün 2-3 və 3-5 nə-
fərdən ibarət qruplar qətlləri həyata keçirməli idilər.
“Nemezis”in rəhbərləri “Azərbaycan “müsavat” hökuməti”nin
bir neçə liderlərinin ləğv edilməsi haqqında da qərar qəbul etmiĢ-
di. Onların sırasında F.Xoyski, H.Ağayev, B.CavanĢir, X.Xasməm-
mədov və baĢqaları, o cümlədən N.Yusifbəyli də vardı. Erməni
millətçi liderlərinin fikrincə, 1918-ci ilin sentyabrın 15-də Bakıdakı
“qırğında” güya 20 min erməni öldürülmüĢdü və həmin Ģəxslər
“qırğının” təĢkilatçıları və günahkarları idilər.
N.Yusifbəylinin daxili iĢlər nazirliyi dövründə polis iĢçilərinə
qarĢı tələblər, qanunçuluğa əməl edilməsinə nəzarət çox ciddi idi.
Belə ki, polis xidməti zamanı vəzifəsindən sui-istifadə edənlər, ya-
xud qanunçuluğu bu və ya digər formada pozanların əməlləri DĠN-
in Xüsusi Polis MüfəttiĢliyi tərəfindən təhqiqat aparılmaqla sübut
olunur, onlar vəzifədən kənarlaĢdırılır və yaxud aĢağı iĢə keçirilir-
dilər.1919-cu il əırzində Bakıdan və respublikanın qəzalarından Da-
xili ĠĢlər Nazirliyinə bəzi inzibati orqanların rəhbər iĢçiləri və ayri-
ayrı polis məmurları barədə Ģikayətlər daxil olmuĢdu. Bunların
içərisində bəzi qəza rəislərinin özbaĢınalıqları və cinayətkarlıqları
himayə etmələri faktları da vardı. Bir sıra faktlarda məmurlardan
bəzilərinin torpaqları qanunsuz ələ keçirdikləri bildirilirdi. Məsələn,
Dəvəçi pristavı qardaĢları ilə birlikdə ġəzərli kəndində qnunsuz
olaraq torpaqlar tutmuĢdu. Qazax qəzasının sakinləri də ağır vergi-
lərin yığılması zamanı qəza inzibati orqanlarının bəzi Ģəxslərindən
Ģikayətlənirdilər. Daxili iĢlər nairi N.Yusifbəyli ƏrəĢ qəzasına gə-
ləndə orada bir neçə vəzifədən sui-istifadə halları ilə tanıĢ olduqdan
sonra qəza rəisini vəzifəsindən çıxarmıĢ,1-ci sahə polis ptistavını isə
həbs elətdirmiĢdi.
163
N.Yusifbəyli Daxili ĠĢlər Nazirliyinin strukturlarını peĢəkar
kadrlarla möhkəmləndirmək iĢini ən ümdə vəzifələrindən hesab edir
və bütün fəalyyəti boyu bunu həyata keçirirdi. Məsələn, onun 1919-
cu il 4 dekabr tarixli əmrinə əsasən vaxtilə çar Rusiyası ordusunda
nümunəvi xidmət göstərməklə general-mayor hərbi rütbəsinə layiq
görülmüĢ Murad Gəray bəy Tlexas (1874-1920) Bakının general-
qubernatoru vəzifəsinə təyin edilmiĢdi.
27 aprel 1920-ci il. Səhər saat 9-dan bütün partiya liderləri
Nəsib bəyin mənzilinə toplaĢıb 11-ci ordunun Azərbaycan hüdudla-
rını keçməsini müzakirə edirlər. Müxtəlif fikirlər irəli sürülür...ġəfi
bəy Rüstəmbəyli deyirdi: ”...Gəlin, hökuməti Gəncəyə köçürək və
oradan bolĢeviklərə qarĢı mübarizə aparaq”. Onun təklifi qəbul olun-
madı. Belə qənaətə gəldilər ki,ən yaxĢısı, Bakıda qalıb hakimiyyəti
qan tökmədən bolĢeviklərə verməkdir. Aprelin 27-də gündüz saat 12-
də Parlamentin son iclası oldu.”Sosialistlər”, ”Ġttihad” və “Əhrar”
partiyalarının liderləri açıq Ģəkildə hakimiyyətin dinc yolla bolĢe-
viklərə verilməsi təklifini müdafiə etdilər. Hərbi nazir S. Mehmanda-
rov da açıqca bildirdi ki, Bakıda qalan cüzi qüvvə ilə düĢmənə müqa-
vimət göstərmək mümkün deyil. AxĢam saat 11-də Azərbaycan Par-
lamentinin sədri Məmməd Yusif Cəfərov və general Vəkilov (Ġdarə
direktoru) hakimiyyətin bolĢeviklərə verilməsi aktını imzaladılar.
Mürəkkəb, ziddiyyətli həyat yolu keçmiĢ, lakin xalqının Ġstiq-
laliyyəti yolunda böyük zəhmətlər çəkmiĢ N.Yusifbəylinin aqibəti
çox təəssüf ki, faciə ilə sona yetmiĢdir...Azərbaycanda sovet haki-
miyyəti qurulduqdan sonra bolĢeviklərin, xüsusilə, Bakını iĢğal
edən 11-ci ordunun Xüsusi ġöbəsinin rəisi, cəllad Semyon Pankra-
tovun qanlı pəncəsindən qurtularaq Gəncəyə gəlmiĢ, bir müddət
orada yaĢamıĢ və 1920-ci ilin mayın axırlarında general-mayor, Ģah-
zadə Əmir Kazım Məhəmməd Mirzə Qacaqrın (1853-1920), Azər-
baycan Ordusunun Birinci piyada diviziyasının komandiri general-
mayor Cavad bəy ġıxlınski (1874, Qazax qəzası, ġıxlı kəndi - 1959,
Türkiyə), Gəncə alayının komandiri Cahangir bəy Kazımbəyovun,
Sarı Ələkbərin, Gəncənin sabiq polis rəisi, balabağmanlı qaçaq
Qənbər Qəni oğlu Bəhmənlinin, samuxlu qaçaq Məmməd Qasımın
(1898, Samux-1967, Elaziqi Ģəhəri, Türkiyə, 69 yaĢ) baĢçılığı ilə
baĢ vermiĢ Gəncə üsyanında iĢtirak etmiĢdi...Qeyri-bərabər
164
mübarizədə üsyan 11-ci ordu tərəfindən yatırıldıqdan sonra bir
müddət gizlənmək üçün Kürdəmir qəzasına gələn Nəsib bəyi Kür
çayının qırağında naməlum Ģəxslər...xaincəsinə qətlə yetirmiĢdilər...
Bu hadisə 1920-ci il mayın 31-də baĢ vermiĢdi... Qatillər Nəsib
bəyin meyitini Kür çayına atmıĢdılar...Bu zaman Nəsib bəyin cəmi
39 yaĢı vardı.
N.N.Yusifbəylinin xidmətlərini həmmüasirləri və silahdaĢları
yüksək qiymətləndirirdilər. M.Ə. Rəsulzadə onun ölüm xəbərindən
çox mütəəssirlənərək bildirmiĢdi: ”Azərbaycan ideyasını siyasi bir
tələb maddəsi Ģəkilində formula etmək Ģərəfi mərhum Nəsibbə-
yindir”.
N.Yusifbəylinin faciəli sonluğu barədə müxtəlif fərziyələr
mövcuddur. Son illərin dövri mətbuatında Nəsib bəyin müəamalı
ölümü ilə bağlı fərziyələr də öz əksini tapıb, onlardan birinin müəl-
lifi tədqiqatçı alim, filologoya elmləri doktoru, professor Aydın Da-
daĢovdur. Aydın müəllimin fikrincə, Nəsib bəy Ceyrançöldəki Qu-
ruçay dərəsində qətlə yetirilmiĢdir...
Filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmli və tanınmıĢ
yazıçı-jurnalist ġəmistan Nəzirlinin fikrincə, N.Yusifbəyli 1920-ci il
iyunun 19-da Tiflisdə Fətəli xan Xoyski ilə birlikdə qətlə yetiril-
miĢdir və onu arxadan güllə ilə erməni muzdlu qatili Aram Yevkan-
yan vurmuĢdur...Asif müəllim 1995-ci ildə Azərbaycan Milli Dövlət
Arxivində araĢdırmalar apararkən Gürcüstan hökumətinin Azərbay-
can hökumətinə göndərdiyi rəsmi sənədə rast gəlmiĢdir. O, həmin
sənədin üzünü köçürmüĢdür. Orada yazılmıĢdır: ”Tiflisdə, Ģənbə
günü, 1920-ci il iyunun 19-da axĢam saat 9-a yaxın Olginski kü-
çəsinin baĢlanğıcında mauzerdən atılan atəĢlə Fətəli xan Xoyski və
Nəsib bəy Yusifbəyli öldürülmüĢdür.Qətldə günahlandırılan 8 nəfər
Ģübhəli Ģəxs Gürcüstan hökuməti tərəfindən saxlanılmıĢdır”.
Mövcud tarixi ədəbiyyatdakı fərziyələrdən birinin müəllifi
tədqiqatçı alim, elmlər doktoru Xaləddin Ġbrahimlidir. O, ”Azər-
baycanın siyasi mühacirəti” kitabında yazmıĢdır: ”...Azərbaycan
Demokratik Respublikasının ikinci baĢ naziri Nəsib bəy Yusifbəyli
müəmmalı Ģəkildə yoxa çıxdı. Azərbaycan SSR-in rəhbər vəzifəli
Ģəxslərindən Əliheydər Qarayev ictimaiyyəti aldadaraq, onun 98
milyon manat pulla birlikdə Bakı dəmiryol vağzalında həbs edildi-
165
yini bəyan etmiĢdir. Lakin həqiqətdə baĢ nazir Kürdəmirdə Azər-
baycan Fövqəladə Komissiyasının əməkdaĢı tərəfindən xüsusi qəd-
darlıqla öldürülmüĢdür. Nəsib bəyin rus sürücüsü salamat qalaraq
aradan çıxıb Türkiyəyə qaça bilmiĢdi...Sonralar o, hadisəni Nəsib
Yusifbəylinin həyat yoldaĢı ġəfiqə Sultan xanıma danıĢaraq, mər-
humun cənazəsinin dəfn olunduğu yeri də niĢan vermiĢdi. Gəncə
camaatı Nəsib bəyin çöllükdəki məzarını sovet hökumətindən xə-
bərsiz, xəlvəti Gəncəyə köçürmüĢlər”.
Fərziyələrdən birinin müəllifi fililogiya elmləri doktoru, profes-
sor Vilayət Quliyevdir (V.Quliyev Azərbaycan Respublikasının sabiq
xarici iĢlər naziridir. Hazırda Azərbaycan Respublikasının Macarıs-
tandakı fövqəladə və səlahiyyətli səfiridir).Vilayət müəllimin “Yad-
daĢ” rubrikasından “525-ci qəzet”in 31 dekabr 2010-cu il tarixli nöm-
rəsində N.Yusifbəylinin faciəli sonluğuyla bağlı dərc etdirdiyi mə-
qalədən bəzi seĢmələri diqqətinizə çatdırırıq. Professor yazmıĢdır:
- “...ġəfiqə xanım od içində yanan Krımdan Azərbaycana ilk
növbədə iki körpəsini xilas etmək üçün gəlmiĢdi. Bunun xatirinə
Nəsib bəylə aralarındakı soyuqluq və anlaĢılmazlığı qismən də olsa,
unutmağa, keçmiĢ acıların üzərindən xətt çəkməyə razılıq vermiĢdi.
Amma nisbətən sakit və təmin olunmuĢ həyat çox da uzun sürmə-
miĢdi. Azərbaycan Cümhuriyyətinin süqutu, Nəsib bəyin müəamalı
ölümü, ölkədə gündən-günə geniĢlənən bolĢevik terroru gənc qadını
yenidən ciddi təhlükələr, sınaq və çətinliklər qarĢısında qoymuĢdu.
Xüsusilə, Nəsib bəyin faciəli sonluğu ilə bağlı səhih məlumat ala
bilməməsi həyatının axırınadək onun sinəsində qövr edən yaraya
çevrilmiĢdi...
Hər halda, Nəsib bəy “məchulluğa” son səfərindən öncə ġəfi-
qə xanımla görüĢə bilmiĢ, eyni zamanda ilk fürsət yaranan kimi onu
məlumatlandırmıĢdı. ġəfiqə xanımın xatirələr üçün nəzərdə tutul-
muĢ qeydlərindən birində oxuyuruq: ”1920-ci il mayın ilk günlərin-
də təbdili-qiyafət edərək (yəni paltarını dəyiĢərək) ata minib qərar-
laĢdırılan səmtə yollanan Nəsib Kürdəmir yaxınlığında yoxa çıxdı.
Kürdəmirdən kiçik bir məktubunu aldım.Gətirən məndən, mən də
ondan qorxa-qorxa açıb oxudum. Sağ-salamat gəlib Kürdəmirə çat-
dığını xəbər verir, Kürü keçmək üçün gözlədiyini yazırdı. Ondan
sonra nə bir səs, nə də bir nəfəs gəldi...”.
166
“ġəhadəti haqqında bir neçə rəvayət var, – deyə ġəfiqə xanım
baĢqa bir qeydində öyrənə bildiyi ehtimalları sadalamıĢdı. Biri bu-
dur ki, Kür çayı sahilində Əyricə kəndinin sakinləri tərəfindən Bakı
milyonçularından zənn edilərək öldülrmüĢdür.Bu rəvayəti mənə
qarxunlu ƏĢrəf adlı bir Ģəxs söyləmiĢdir... (Azərbaycan Cümhuriy-
yəti Parlamentinin üzvü, ƏĢrəf bəy “Qarxunlu) Tağıyev (1867-
1930) nəzərdə tutulur).
BaĢqa rəvayətə görə yenə Kür sahilindəki bir kənddə, əvvəl-
cədən hazırlanmıĢ evdə gecələyirmiĢ,Salla nəhrin (Kür çayı nəzərdə
tutulur; ”nəhr” ərəb sözüdür, ”axar çay” deməkdir) qarĢı tərəfinə
keçməli imiĢ. Nəhayət, sal hazırlanmıĢ, gecənin qaranlığında yola
çıxmıĢlar. Amma çayın o biri sahilində dayananlar salı görməmiĢ-
dilər. Üçüncü rəvayət də cinayətin elə qarxunlu ƏĢrəfin öz əli ilə
törədilmiĢdir. Amma bunların hamısı sadəcə soz-söhbətdir. Yeganə
doğru olan Ģey yalnız Kürdəmirə sağ-salamat çatması haqqında
aldığım o kiçik məktubdur. BaĢqa bir xəbər də eĢitmiĢəm. Güya bö-
yük qardaĢı deyib ki, hətta məzarını da tapıb. Amma həmin məlu-
matın doğruluğu ilə bağlı Ģübhələrim çox böyükdür”. ġəfiqə xanım
bu qeydləri çox gümanki, 50-ci illərdə aparıb. Qeydlərin sonunda
ġəfiqə xanım iri hərflərlə: ”Sudamısan, Torpaqdamısan, Nəsib?! Ət-
rafın Nurla Dolsun!”, - sözlərini yazmıĢ və uzun olnilliklərdən sonra
ilk dəfə gənclik illərində sevə-sevə istifadə etdiyi soyadı ilə:
”ġəfiqə Qaspıralı - Yusifbəyli” imzasını atmıĢdı.
Nəhayət,Nəsib bəyin həyatının sonluğu ilə bağlı ġəfiqə
xanımın daha bir qeydi. Qeydin mətnində deyilir: ”Mərhum Nəsib
bəyə talehsiz səfərində yoldaĢlıq edən Ġbrahimli Yusif Bakı ətra-
fındakı KeĢlə kəndindən idi. Yusif əfəndi fəhlə içərisindən çıxmıĢ
bir firqə adamı idi. ”Müsavat” firqəsinin Bakı Komitəsinə mənsub
olan bu vətəndaĢ təĢkilatçılığı ilə tanınan, fəhlələr arasında sözü ke-
çən zəhmətkeĢ bir iĢçi idi”. Qeydin üzərində “M.E.” insialı yazıl-
mıĢdı. Bu, çox gümanki, Mehmet Emin (13 may 1869, Ġstanbul -14
yanvar 1944, Ġstanbul) bəy idi (V.Q).
1920-ci ilin apreli on minlərlə Azərbaycan milli təəəsübkeĢi
kimi ġəfiqə xanımı da son dərəcə böyük çətinliklər qarĢısında qoy-
muĢdu... Qıtlığın, ehtiyacın hökm sürdüyü Bakıda heç bir arxası,
güman və istinad yeri olmayan gənc bir qadının özünü, iki övladını
167
dolandırması asan məsələ deyildi. Ġsmayıl Qaspralının qızı və Nəsib
bəy Yusifbəylinin xanımı imicləri isə onu təhdid edən daha böyük
təhlükə idi. BolĢeviklər həm Cümhuriyyət liderlərinə, onların ailə
üzvlərinə, yaxınlarına, həm də “burjua millətçilərinə” qarĢı geniĢ
miqyaslı mübarizəyə baĢlamıĢdılar. Doğrudur, ilk zaman özünün də
gözləmədiyi halda yeni sovet rejimi onun bilik və təcrübəsinə ehti-
yac duyaraq, ġəfiqə xanıma Xalq Maarif Komissarlığının ana mək-
təbləri” (çox gümanki məktəbəqədər tərbiyə müəssisələri-V.Q.) Ģö-
bəsində təlimatçı təyin olunmuĢ, eyni zamanda komissarlığın dərs-
liklərlə bağlı “tərcümə və nəĢr” komissiyasının tərkibində fəaliyyət
göstərməyə baĢlamıĢdı. Lakin ġəfiqə xanım baĢa düĢürdü ki, bu,
müvəqqətidir və hər Ģey növbəti “təmizləmə” zamanı tez dəyiĢə
bilər.
ġəfiqə xanıma Gəncədən Nəsib bəyin qardaĢı bacardığı maddi
köməyi göndərirdi. Nəsib bəyin sabiq dostlarından da ara-bir ona kö-
məklik göstərənlər tapılırdı.Onlardan biri vaxtı ilə,Nəsib bəy Yusif-
bəylinin rəhbərlik etdiyi 5-ci hökumət kabinetində (24 dekabr 1919 -
30 mart 1920-ci il) maarif və dini etiqad naziri vəzifəsini tutmuĢ,
sovet hakimiyyəti qurulduqdan sonra da məsul vəzifələrdə çalıĢan
Həmid bəy ġahtaxtinski (12 mart 1880, Naxçıvan qəzasının ġahtaxtı
kəndi -3 fevral 1944, Arxangelsk vilayəti, 64 yaĢ) olmuĢdur.
ġəfiqə xanım Bakıda çöz səksəkəli və həyacanlı günlər yaĢa-
yırdı. O, özündən daha çox Nəsib bəyin əmanəti olan iki övladının
taleyi üçün narahat idi. Günlərin birində həbs olunacağından, uĢaq-
larının yad Ģəhərdə tamamilə tənha və baĢsıız qalacaqlarından qor-
xurdu. Bu, əslində, hər an gözlənilən reallıq idi. Onu və övladlarını
bolĢeviklər Filarmoniya ilə üzbəüzdəki mənzilindən bayıra atmıĢ-
dılar... Lakin xeyirxah insanların köməyilə Ģəhərin kənarında kasıb
bir daxmada, çətin Ģəraitdə yaĢayırdılar...
ÇıxıĢ yolu gözlənilmədən açılmıĢdı.Beləki,Türkiyə Böyük
Millət Məclisi (TBMM) Hökumətinin 1920-ci ilin sentyabrında Ba-
kıya təyin olunmuĢ təmsilçisi Məmduh ġövket Esandal Ġsmayıl
Qaspralının qızının və Ģəhid baĢ nazir Nəsib bəy Yusifbəylinin xa-
nımının Bakıda iki övladı ilə çətin durumda qaldığını öyrənən kimi
onların Türkiyəyə aparılması üçün yollar və vasitələr aramağa baĢ-
lamıĢdı. Həmin dövrdə TBMM Hökuməti ilə Sovet Rusiyası ara-
168
sında imzalanmıĢ Moskva müqaviləsinə (16 mart 1921-ci il) görə
türk hərbi əsirləri, habelə müxtəlif vasitələrlə Azərbaycana gələn və
Bakıda sovet hakimiyyəti elan olunduqdan sonra geri qayıda bilmə-
yən türk ailələri Türkiyənin Bakı təmsilçiliyindən müvafiq rəsmi
sənədlər alaraq, Vətənə dönürdülər. Bu iĢ sovet orqanlarlnln ciddi
nəzarətində icra olunurdu. Lakin Məmduh ġövkət (diplomat, yazıçı.
28 mart 1884 - cü ildə Esendalda anadan olmuĢ, 16 may 1952-ci
ildə Ankarada 69 yaĢında vəfat etmiĢdir. Bakıya səfir təyin edilənə-
dək Tehranda (Ġran) və Kabildə (Əfqanıstan) iĢləmiĢdi) Azərbaycan
XKS-in sədri N. Nərimanovla məsləhətləĢərək, risq etməyi qərara
alıb, ġəfiqə xanımla övladlarını müharibənin Azərbaycana gətirdiyi
Türkiyə vətəndaĢları kimi qeydiyyata götürtmüĢdü. 1922-ci ildə isə
onlara türk pasportu verərək Türkiyəyə keçmələrinə və bolĢevik
təqiblərindən və əzablarından xilas olmalarına yardım göstərmiĢdi.
ġəfiqə xanım, qızı Zöhrə xanım və oğlu Niyazi Bakıdan kiçik bir
gəmidə türk hərbçilərilə birlikdə Batuma yola salınmıĢdı...
Dostları ilə paylaş: |