İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə13/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

Qeyd: N. Nərimanov Bakıya Həştərxandan sovet hakimiyyəti 

qurulandan  18  gün  sonra  gəlmişdi.  O,  Azərbaycan  SSR  XKS-in 

sədri  işlədiyi  dövrdə  Türkiyə  ilə  qardaş  bir  ölkə  kimi  həmişə  xoş 

münasibətdə olmuş, Mustafa Kamal Paşa Atattürkə yaxından kömək 

etməyə  çalışmışdı.  Hətta  bir  dəfə  M.  Atatürk  ondan  borc  olaraq  1 

milyon pul istədikdə, o dərhal onun xahişini yerinə yetirmiş və ona 

yazmışdı: ”Paşam, qardaş qardaşa borc verməz, əl tutar!”. 

Gəmi  ilə  Trabzona  çatanda  xoĢ  bir  təsadüf  ġəfiqə  xanımgili 

ġəfi bəy Rüstəmbəyli ilə rastlaĢdırmıĢdı. ġəfi bəy ġəfiqə xanımı və 

uĢaqlarını  böyük  ehtiramla  qarĢılayıb,  Ġstanbula  gətirmiĢ  və  orada 

məskunlaĢmıĢ Qaspıralılara qovuĢdurmuĢdu.Beləliklə, ġəfiqə xanım 

övladlarl ilə birlikdə Ġstanbula gəlmiĢdi. Bu zaman Ġstanbulda onun 

xalası  Nigar  xanım,  qardaĢları  Heydər  bəy  və  Cövdət  Mənsur  bəy 

yaĢayırdılar... ġəfiqə xanım Ġstanbulda “Qırmızı Aypara” Cəmiyyə-

tində  iĢə  düzəlmiĢ  və  ömrünün  sonunadək  orada  yaĢamıĢdı.  Xalası 

Nigar xanım onu və övladlarını himayəyə götürmüĢdü. 

Nəsib  bəyin  qızı  Zöhrə  xanım  Berlin  Universitetinin  Kənd 

Təsərrüfatı  Fakultəsini  bitirmiĢ,  Ġstanbulda  yaĢayan  görkəmli  azər-

baycanlı  seleksiyaçı  alim,  kənd  təsərrüfatı  elmlləri  doktoru  Mirzə 

bəy  MəĢədi  Yusif  oğlu  (ləqəbi  Göygöl  idi)  Hacızadə  ilə  ailə  qur-



 

169 


muĢdu. Bu ailəlikdən onların 4 övladı dünyaya gəlmiĢdi. Zöhrə xa-

nım  90-cı  illərin  əvvəlində  Ġstanbulun  Taksim  meydanında  Alma-

niya  konsulluğu  ilə  üzbəüz  4  mərtəbəli  Ģəxsi  malikanəsində  yaĢa-

yırdı. 1992-ci ildə onun  90 yaĢı tamam olmuĢdu...Yorulmaz tədqi-

qatçı, mərhum jurnalist dostumuz Xanlar Bayramov həmin il Ġstan-

bula  getmiĢ,  Zöhrə  xanımla  görüĢmüĢ,  söhbət  aparmıĢ  və  həmin 

görüĢdən yadigar Ģəkil də çəkdirmiĢdir... 

Zöhrə  xanım  Xanlar  müəllimlə  söhbətində  atası  ilə  son  gö-

rüĢünü belə xatırlamıĢdır:  ”...1920-ci il aprelin 27-də gecədən xeyli 

keçmiĢ  atam  Nəsib  bəy  pəriĢan  halda  özünün  rus  sürücüsü    Mitya 

ilə  evə  gəlib  bildirdi:  ”Fəna  bir  zaman  baĢladı.  Hər  yerdə  tuthatut-

dur!...”. Sonra  cibindəki pulun  bir hissəsini stolun üstünə qoyaraq, 

ailəsilə vidalaĢdı.”Özünüzü qoruyun!”, -deyib, dərhal qapıdan çıxdı, 

hansı istiqamətdəsə getdi və bu onun son gediĢi oldu. O zamandan 

indiyədək Nəsib bəydən bir kəlmə belə, məlumat ala bilməmiĢik”. 

Nəsib bəy Yusifbəyli, ailə üzvləri və nəsli sovet rejiminin ağır 

repressiya  tədbirlərinə  məruz  qalmıĢdılar...  Atası  Yusif  bəy  uzun 

sürən  xəstəlikdən  sonra  1922-ci  ildə  Gəncədə  vəfat  etmiĢdi...Buna 

ilk  növbədə səbəb oğlu Nəsib bəyin qətlə yetirilməsi idi...Anasının 

adı Cəmilə xanım idi... Oğlunun adı Niyazi bəydi. Qızı Zöhrə xanım 

idi.  Nəvəsi,  Zöhrə  xanımın  oğlu  Selcuk  bəy  isə  vəfat  etmiĢdir... 

Zöhrə  xanımın  bircə  qızı  ġölə  xanım  isə  Almaniyada  yaĢayır... 

(Mərhum jurnalist Xanlar Bayramov yazmıĢdır ki, akademik Cingiz 

Cuvarlı Nəsib bəy Yusifbəylinin bacısı oğludur...). 

Nəsib bəy Yusifbəyli Bakıda hələ keçmiĢ çar dövründən adla-

nan  Nikolayev  (Azərbaycan  Cümhiriyyəti  dövründə  “Parlaman”, 

Azərbaycan SSR dövründə “Kommunust”, indiki dövrdə  Ġstiqlaliy-

yət)  küçəsindəki  21-ci  binada  (Filarmoniya  ilə  üzbəüz  bina)  yaĢa-

mıĢdı  (Fətəli  xan  Xoyski  də  həmin  binada  yaĢamıĢdır).  Buraya 

xatirə  lövhəsi  vurulmuĢdur.  Bakı  Ģəhərində  Nərimanov  rayonunda, 

Gəncə  Ģəhərində  görkəmli  siyasi  və  dövlət  xadimi  Nəsib  bəy  Yu-

sifbəylinin adını daĢıyan küçələr vardır. 1992-ci il mayın 28-də Nə-

sib bəyin vaxtilə Gəncədə yaĢadığı binaya xatirə lövhəsi vurulmuĢ-

dur. 2012-ci ilin iyununda N.Yusifbəyliyə həsr olunmuĢ “Bir qətlin 

iki qurbanı” adlı sənədli film çəkilmiĢdir. Filmi gəncəli Elnur PiĢna-

mazzadə çəkmiĢdir... 



 

170 


 

MƏHƏMMƏD  HƏSƏN  HACINSKİ 

(1876 - 1931) 

 

Azərbaycanın  görkəmli  ictimai-



siyasi  və  dövlət  xadimi.  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  1  və  2-ci  hö-

kumət  kabinetlərində  xarici  iĢlər  və 

maliyyə  naziri,  3-cü  kabinetdə  dövlət 

müfəttiĢi,  5-ci  kabinetdə  Azərbaycan 

Respublikasının  daxili  iĢlər  naziri, 

sonra  ticarət,  sənaye  və  ərzaq  naziri 

vəzifələrində iĢləmiĢdir. 

Məhəmməd  Həsən  Cəfərqulu 

oğlu  Hacınski  1876-ci  il  martın  3-də 

Bakıda  xırda  tacir  ailəsində  anadan 

olmuĢdu. 

Məhəmməd  Həsən  Hacınskinin  anası  ərəb  qızı  idi.Atası, 

bakılı xırda tacir Cəfərqulu Hacızadı hələ 1872-ci ilin yazında Misi-

rə ticarət səfərinə getmiĢdi. Həmin səfər zamanı orada ərəb qızı Fa-

timə  ilə  evlənib  onu  özü  ilə  Bakıya  gətirmiĢdi  (“fatimə”  ərəbcə 

“uĢağı süddən ayıran” (qadın) deməkdir). Bir il sonra Cəfərqulunun 

Zibeydə  adlı  qızı,  üç  il  sonra,  1876-cı  il  martın  3-də  yeganə  oğlu 

dünyaya  gəlmiĢdi.  Cəfərqulu  kiĢi  oğluna  Həzrəti  Məhəmməd  Pey-

ğəmbərin  (570-632)  Ģərəfinə  Məhəmməd  adını  qoymuĢdu  (”Mə-

həmməd”  ərəb  dilində  “Mühamməd”  kimi  tələffüz  olunur.  ”Mə-

həmməd”  sözünün  mənası  ərəbcə  “bəyənilmiĢ”,  ”mədh  edilmiĢ”, 

”çox  təriflənmiĢ”,  ”çox  öyülmüĢ”,  ”çox  təriflənən”,  ”çox  öyülən”,  

”tərifəlayiq” deməkdir). Burada anası, ərəb qızı Fatimə adının Mə-

həmməd  Peyğəmbərin  övladının  adı  olması  da  görünür,  müəyyən 

rol  oynamıĢdı.  Odur  ki,  tarixi  ədəbiyyatların  çoxunda  Məhəmməd 

Həsən  yox,  Məmməd  Həsən  yazılması,  fikrimizcə,  sonralar,  sovet 

dövründə  iĢlədilən  və  yazılan  “Mamed”  -  “Məmməd”  söylən-

məsindən irəli gəlmiĢdir.Yeri gəlmiĢkən,xalqımızın böyük oğlu Mə-

həmməd  Əmin  Rəsulzadəni  də  ruslar  sənədlərdə  Məmməd  Əmin 

kimi  yazmıĢlar.  Əslində,  Məhəmməd  Əmindir.Bunu  M.Ə.  Rəsul-


 

171 


zadənin  hazırda  Bakıda  yaĢayan  nəvəsi  Rəis  bəy  gileylənərək  bizə 

Ģəxsən söyləmiĢdir... 

...M.H.  Hacınski  1887-ci  ildə  Bakı  real  məktəbinə  daxil  ol-

muĢdu.  Xüsusilə  dəqiq  elmlər  üzrə  fitri  istedada  malik  olan        

M.H. Hacınski həmin məktəbi demək olar, əla qiymətlərlə bitirmiĢ-

di.  O,  boĢ  vaxtını  həmiĢə  bibisi  Minabəyim  xanımın  evində  yerlə-

Ģən, hələ 1 avqust 1894-cü ildə N. Nərimanovun açdığı kitabxana-

nın  qiraətxanasında  keçirirdi.  M.H.  Hacınski  1896-cı  ilin  sentya-

brında Sankt-Peterburqdakı imperator Nikolayın adını daĢıyan Tex-

nologiya Ġnstitutuna qəbul olunmuĢdu. Ġnstitutu bitirən M.H. Hacın-

ski  bir  neçə  ay  Moskvada  maarifpərvər  Azərbaycan  milyonçu-

larından ġəmsi Əsədullayevin (1840-1913) neftayırma zavodlarının 

tikintisində  çalıĢmıĢ,  1902-ci  ildə  Bakıya  qayıdaraq,  Ģəhər  Uprava-

sının (ġəhər Ġdarəsi) Tikinti  ġöbəsinin  rəisi  təyin edilmiĢdi. 

Hacınskilər  ailəsi  musiqini  çox  sevirdi.  Ailədə  yeganə  oğul 

övladı  olan  Məhəmməd  gəncliyində  “Pəncərədən  daĢ  gəlir”  xalq 

mahnısını xüsusilə sevir və onu ürəkdən oxuyurdu. M.H. Hacınski 

1902-ci  ilin  ortalarında  (iyulda)  qonĢuluqlarındakı  molla  Tahirin 

(Tahir  ərəb  sözüdür,  ”pak”,  ”təmiz”  deməkdir)  nəvəsi  Səadət  xa-

nımla  ailə  qurmuĢdu.  1903-cü  ilin  oktyabrında  M.H.  Hacınskinin 

oğlu dünyaya gəlmiĢdi. Onun adını Dağıstanın və Çeçenistanın ima-

mı, Dəndəhan ġeyx ġamilin  (1796, Cümrü kəndi,  - 1871, Mədinə, 

Səudiyyə Ərəbistanı)  Ģərəfinə  ġamil  qoymuĢdular. 

M. Hacınskinin ilk övladı, 3 yaĢlı ġamil 1906-cı ildə miningit 

xəstəliyundən  çox  yaĢamamıĢdı.  Onun  ardınca  dünyaya  gəlmiĢ 

Mehriban adlı qızları da həyatdan tez köçmüĢdü. 1908-ci il iyunun 

8-də M.H. Hacınskinin oğlu dünyaya gəlmiĢdi. Yenə ona ġamil adı-

nı qoymuĢdular. Bir il sonra M.H. Hacınskinin digər oğlu - NuĢira-

van doğulmuĢdu. 1913-cü il  yanvarın 24-də Muxtar, sonrakı il de-

kabrın 23-də isə Tofiq dünyaya göz açmıĢdı.1918-ci il avqustun 2-

də  Azərbaycan  Cümhuriyyətinin  ən  gərgin  günlərindən  birində 

M.H.  Hacınskinin  ailəsində  yeddinci  uĢaq  –  Murad  dünyaya  gəl-

miĢdi. Ümumiyyətlə, M.H. Hacınskinin 8 övladı olmuĢdur. 

PeĢəkar mühəndis olan M.H. Hacınski Bakıda aparılan tikinti-

abadlıq iĢlərində özünü memar kimi də göstərmiĢdi. Bu iĢdə ona me-

mar Fon der Nonnenin (1832-1908) təsiri böyük olmuĢdu. M.H. Ha-



 

172 


cınski müəllifi mülki mühəndis, arxitektor Nikolay Fon der Nonnenin 

olduğu  Bakı  Ģəhərinin  baĢ  planını  daha  da  təkmilləĢdirmiĢdi.  M.H. 

Hacınskinin  “Yelpik”  adlanan  memarlıq  layihəsi  1908-ci  ildə  Bakı 

ġəhər Duması tərəfindən bəyənilmiĢ və təsdiq olunmuĢdu. 

1909-cu il aprelin 7-də yenidən ġəhər Ġdarəsinin Tikinti ġöbə-

sinin  rəisi  təyin  edilən  (ġəhər  Ġdarəsi  Kələntərov  pasajı  -  HaĢımov 

meydanı (indiki Gənclər meydanı) ilə üzbəüzdə, ikimərtəbəli mülk-

də,  QoĢa  Qala  qapısının  ağzında  yerləĢirdi,  1870-ci  ildə  təsis  edil-

miĢdi)  M.H.  Hacınski  həmin  il  mayın  5-də  o  zaman  Rusiyada  ən 

uzun  sayılan  ġollar  Su  Kəmərinin  layihəsinin  təsdiqində  və  çəkil-

məsində  yaxından  iĢtirak  etmiĢdi.  Onun  layihəsi  ilə  həmçinin  yenə 

1909-cu ildən Bakı dənizkənarı parkı (bulvar) (indiki Sahil bulvarı-

Milli  Park)    salınmıĢdı.  Həmin  parkın  və  dənizkənarı  hamamın  ti-

kintisi  M.H.  Hacınskinin  rəhbərlyiyi  altında  1912-ci  ildə  baĢa  çat-

dırılmıĢdı.  M.H.  Hacınski  1913-cü  ildə  qısa  müddətdə  Bakı  ġəhər 

Ġdarəsinin rəisi olmuĢ, ġirvanĢahlar sarayının qorunması və bərpası-

na  dair  təĢəbbüslər  irəli  sürmüĢdü.  Onun  tövsiyəsi  üzrə  memarlar 

Zivər bəy Əhmədbəyov (1873-1925) və Ö. Abuyev ġirvanĢahlar sa-

rayının bərpa layihəsini hazırlamaq üçün elmi-tədqiqat iĢlərinə baĢ-

lamıĢdılar. 



Haşiyə:  Zivər bəy  Gəray  bəy oğlu  Əhmədbəyov.  lk  azərbay-

canlı ali təhsilli memar-rəssamdır. 1873-cü ildə ġamaxıda anadan 

olub. 1902-ci ildə Peterburq ĠnĢaat Mühəndisləri Ġnstitutunu bitir-

miĢdi. 1910-cu ildən Bakı Ģəhərində yaĢayıb. 1917-ci ilədək Bakı 

Quberniya  Ġdarəsində  və  Bakı  ġəhər  Ġdarəsində  memar  iĢləyib. 

Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra Bakı Ģəhə-

rinin baĢ memarı təyin edilib. Bu vəzifədə 1922-ci ilədək çalıĢıb. 

Z. Əhmədbəyov böyük məharətlə Qərbi Avropa və ġərq memar-

lıq ənənələrini özündə əks etdirən layihələr üzrə çoxlu möhtəĢəm 

binalar inĢa edib. Z. Əhmədbəyov 1925-ci il fevralın 16-da Bakı-

da  52  yaĢında  vəfat  etmiĢdir.26  may  2011-ci  ildə  Bakıda  “Ni-

zami”  metrostansiyasının  qarĢısında  Z.  Əhmədbəyovun  heykəli 

və onun adını daĢıyan parkın açılıĢı olmuĢdur. Azərbaycan Res-

publikasının  prezidenti  Ġlham  Əliyev  açılıĢ  mərasimində  iĢtirak 

etmiĢdir.  Parkla  üzbəüz  bina  vaxtıilə  Zivər  bəy  Əhmədbəyovun 

layihəsi əsasında inĢa edilmiĢdir... 



 

173 


...  Onun    bəyənilmiĢ  layihəsinin  həyata  keçirilməsi  ilə  əlaqə-

dar  Bakı  ġəhər  Dumasında  (M.H.  Hacınski  1902-1917-ci  illərdə 

Bakı ġəhər Dumasının üzvü olmuĢ və onun bir çox iclaslarına sədr-

lik  etmiĢdi)  çıxıĢ  edən  Məhəmməd  Həsən  Hacınski  demiĢdi:  “  Bu 

sadəcə layihə deyil...! Burada fantaziya və gözəllik lazımdır”. Qəbul 

edilmiĢ layihə əsasında indiki “Azneft” meydanından Kukla Teatrı-

nın  yanındakı  yeraltı  keçidə  qədər  Dənizkənarı  bulvarın  salınması 

baĢlanmıĢdı. Bulvarın tikintisi 1912-ci ildə baĢa çatmıĢdı. 

M.H.Hacınski  Bakıya  çəkilən  ġollar  Su  Kəmərinin  (O,  bu 

kəmərin tikintisini aparan ingilis Lindeylə birgə çalıĢmıĢdı) və digər 

tikintilərin də həyata keçirilməsində xeyli əmək sərf etmiĢdi. 1913-

cü ilin aprelində Xaçmaz ərazisində ġollar Su Kəmərinin açılıĢında 

Bakı ġəhər Dumasının üzvləri MəĢədi Əzizbəyov (18 yanvar 1876, 

Bakı  -  20  sentyabr,  1918,Ağcaqum,  Türkmənistan),  Ağa  AĢurov 

(1880.  Bakı  -  1936,  Rostov),  Ağabala  Quliyevlə  (1862-ci  ildə, 

Bakıda,  KeĢlə  kəndində  anadan  olmuĢdu;    nüfuzlu  Bakı  varlıların-

dan  idi.  Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  Ġrana 

mühacirət edib, elə həmin ildə Təbrizdə dünyasını dəyiĢib...)  yanaĢı 

M.H. Hacınski də iĢtirak etmiĢdi. 

M.H.  Hacınski  Bakıdakı  çoxlu  yoxsul  müsəlmanlara  və  tələ-

bələrə Novruz Bayramı və digər əlamətdar günlərdə maddi kömək-

liklər  də  göstərirdi.  1907-ci  ildə  onun  köməkliyi  ilə  Bakıda  müsəl-

man  əhalisinin  övladları  üçün  “Ġslam”  müəllimlər  məktəbinin  açıl-

ması  barədə elan  verilmiĢdi. 

Ġstedadlı mühəndis olan M.H. Hacınski Bakı küçələrinin abad-

laĢdırılması üçün çox çalıĢırdı. Bakı Ģəhər Tikinti ġöbəsinin rəisi olan 

M.H. Hacınskinin redaktəsi altında Bakı küçələrinin abadlaĢdırılması 

haqqında Ģəhər Upravası 1912-ci ildə ayrıca bir kitab da buraxmıĢdı. 

M.H.  Hacınski  1913-cü  ildə  Bakı  ġəhər  Ġdarəsinin  rəisi  təyin 

edilmiĢdi.  Bakıdakı  məĢhur  ġirvanĢahlar  sarayının  mühafizə  olunub 

saxlanması və bərpa edilməsinin də təĢəbbüsçüsü  M.H. Hacınski idi. 

Bunlarla yanaĢı,M.H.Hacınski xalqımızın müstəqilliyə qovuĢ-

ması  uğrunda  gedən  mübarizədən  də  kənarda  qalmamıĢdı.  O,  hələ 

1904-cü  ildə  Bakıda  yaradılan  “Hümmət”  müsəlman  təĢkilatının 

təsisçilərindən  biri  idi.  1904-cü  ilin  axırlarında    RSDFP-nin  Bakı 

Komitəsi  yanında  yaradılan  ilk  müsəlman  sosial-demokrat  təĢkilatı 



 

174 


kimi  “Hümmət”in    məqsədi    Azərbaycanda,  eləcə  də,  Rusiyanın 

müxtəlif  yerlərində  yaĢayan  müsəlmanları  çarizmə  qarĢı  inqilabi 

hərəkata cəlb  etmək,  onlar arasında ana dilində təbliğat  və təĢviqat 

aparmaq idi. ”Hümmət” təĢkilatını yaradanlar M.H. Hacınski ilə ya-

naĢı Mir Həsən Mövsümov (1882-1907) və M.Ə. Rəsulzadə (1884-

1955) idilər. N.Nərimanov (1870-1925), M.Əzizbəyov (1876-1918), 

S.M.Əfəndiyev  (1887,Bakı  quberniyası,  ġamaxı  Ģəhəri-1938;  otu-

zuncu illərdə  repressiya  olunub  və  güllələnib)    kimi  görkəmli  inqi-

labçılar da 1905-ci ildən bu  təĢkilatın  üzvləri idilər. 

M.H.  Hacınski  sonradan  görkəmli  müsavatçı  olmuĢdu.  O, 

1911-ci ilin oktyabrında Bakıda gizli yaradılan “Müsavat” partiyası-

nın  üzvü, sonralar isə partiyanın Mərkəzi Komitəsinin üzvü  seçil-

miĢdi.  Nüfuzu  getdikcə  artan    M.H.  Hacınski  Rusiyada  baĢ  verən 

1917-ci  il  fevral  burjua-demokratik  inqilabından  sonra,  martın  22-

də  Bakıda  yaradılan  Milli  Müsəlman  ġurasının  Ġcraiyyə  Komi-

təsinin  sədri  (M.Ə.Rəsulzadə  onun  müavini  idi)  olmuĢ,  həmin  ilin 

aprelində  Qafqaz  müsəlmanlarının  Bakıda,  mayda  Rusiya  müsəl-

manlarının  Moskvada  keçirilən  qurultaylarında  iĢtirak  etmiĢ,  daha 

sonra  Rusiya  Müəssisələr  Məclisinə  Azərbaycandan  millət  vəkili 

seçilmiĢdi. O zaman mühüm rol oynayan  Milli  Müsəlman  ġurası-

na F. Xoyski, Ə. M. TopçubaĢov, Mirzə Əsədullayev (1875-1936), 

B.  CavanĢir,  N.  N.  Nərimanov,  M.Ə.  Rəsulzadə,  M.  Vəkilov  kimi 

millətsevərlər  daxil  idilər. 

M.H.  Hacınski    “Müsavat”  partiyasının  1917-ci  il  oktyabrın 

26-31-də  Bakıda  keçirilən  Birinci  qurultayında  həmin  partiyanın 

Mərkəzi Komitəsinin üzvü seçilmiĢdi. O, 1917-ci il noyabrın 15-də 

yaranmıĢ  Zaqafqaziya  Komissarlığı  hökumətində  ticarət  və  sənaye 

komissarının müavini,Zaqafqaziya Seyminin üzvü,1918-ci il aprelin 

26-də  Seym  tərəfindən  müstəqil  Trans  Qafqaz  hökumətinin  tərki-

bini  təsdiq  olunanda  menĢevik  lideri  A.Ġ.  Çxengelinin  təĢkil  etdiyi 

hökumət kabinetində (26 aprel-26 may 1918-ci il) F. Xoyski ədliyyə 

naziri,  N.Yusifbəyli  xalq  maarif  naziri,  M.H.Həsən  Hacınski    isə  

ticarət  və sənaye  naziri  vəzifələrini  tutmuĢdular. 

M.H.Hacınski  Azərbaycan  Milli  ġurasının  Azərbaycanın  Ġs-

tiqlal  Bəyannaməsini  qəbul  edən  24+2  üzvündən  biri  idi.O,  Azər-

baycan  Xalq  Cümhuriyyətinin  ilk  xarici  iĢlər  naziri  olmuĢdur. 



 

175 


Müstəqillikdən  sonra  Osmanlı  dövləti  ilə  1918-ci  ilin  yunun  4-də 

bağlanmıĢ “Dostliq və əməkdaĢlıq haqqında” müqaviləni M.Ə. Rə-

sulzadə  ilə  birlikdə  o  imzalamıĢdı. 

1918-ci  il  Mayın  28-də  ġərqdə  və  bütün  müsəlman  aləmində 

ilk  parlamentli  respublika  olan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  

yaranmasında və fəaliyyətində də M.H. Hacınskinin rolu az deyildi. 

O,  1918-ci  il  mayın  28-də  Tiflisdə    bitərəf    F.  Xoyskinin  baĢçılığı 

ilə yaradılan birinci hökumət kabinetində (28 may – 17 iyun 1918-ci 

il) xarici iĢlər, yenə F.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət ka-

binetində  yenidən  xarici  iĢlər,  həmin  hökumətdə  1918-ci  il 

oktyabrın 6-da aparılan kabinədaxili dəyiĢikliklərdən sonra maliyyə 

naziri,  F.Xoyskinin  sədr  olduğu  Nazirlər  ġurasında  (26  dekabr 

1918-14  mart  1919-cu  il)  dövlət  müfəttiĢi  (16  yanvar  1919-cu  ilə-

dək), N.Yusifbəylinin axırıncı, beĢinci hökumət kabinetində (24 de-

kabr 1919 – 30 mart 1920-ci il) daxili iĢlər naziri , sonra isə ticarət, 

sənaye  və  ərzaq   naziri  olmuĢdu. 

Hələ Gəncədə ikən Bakını ingilislərdən və  “oyuncaq”  “Sent-

rokaspi  ”  hökumətindən  azad  etmək  məsələsi  ilə  bağlı  gedən  fikir 

mübadiləsi  zamanı M.H. Hacınski demiĢdi: ”  Bakı  məsələsi  ancaq 

qüvvədən asılıdır. Əgər Bakı alınmasa, hər Ģey batdı. Əlvida, Azər-

baycan! Hətta alındıqdan sonra belə, biz çoxlu diplomatik çətinlik-

lərlə  qarĢılaĢmalı  olacağıq.  Bu  vəzifəni  yerinə  yetirmək  üçün  biz 

qabaqcadan  hazırlamalıyıq...“. 

M.H. Hacınski 1918-ci il dekabrın 28-də Parlamentin Ağsaq-

qallar ġurası ilə birlikdə F.Xoyski hökumətinin də iĢtirakı ilə Avro-

paya  Paris  Sülh  Konfransına  gedəcək  və  geniĢ  hüquqlara  malik  7 

nəfərdən  ibarət  nümayəndə  heyətinin  tərkibində  idi.  1919-cu  ilin 

yanvarında  Azərbaycan  Cümhuriyyəti  Parlamentinin  sədri  bitərəf 

Ə.M.  TopçubaĢovun  (1862-1934)  rəhbərliyi  altında  Parisə  Sülh 

Konfransına  (sədri  Fransanın  BaĢ  naziri  Jorj  Benjamin  Klemanso 

(1841-1929) idi)  iĢtirak etmək üçün  yola düĢən  nümayəndə  heyəti-

nin  tərkibində  M.H.  Hacınski  Ə.M.TopçubaĢovun  müavini,  zəruri 

hallarda müvəqqəti sədr hüququna malik idi. Nümayəndə heyətinin 

səfəri  üçün  ayrılmıĢ  150  min  manat  pul  vəsaiti  də  Xarici  ĠĢlər  Na-

zirliyinin  qərarı  ilə  M.H.  Hacınskiyə  verilmiĢdi.Ümumiyyətlə,  Av-

ropa  və  Amerikaya  nümayəndəlik  göndərmək  üçün  Azərbaycan 



 

176 


Parlamenti və Hökumətinin qərarı ilə 2,5 milyon manat vəsait ayrıl-

mıĢ və nümayəndəliyin hesabına keçirilmiĢdi. Sonralar M.H. Hacın-

ski yazırdı: ” Deyirdilər Parisdə və ümumilikdə Qərbi Avropada nə-

zərdə  tutulan  iĢ  üçün  külli  miqdarda  maliyyə  vəsaiti  lazımdır.Və 

bunsuz orada heç bir iĢ görmək mümkün deyidir. Maliyyə məsələ-

sində  Azərbaycan  ən  az  imkanlı  idi.  Müqayisə    üçün    Ermənistan 

nümayəndəliyi  10  milyon,  Gürcüstan  isə  5  milyon  manat  pul 

götürmüĢdü...”. 

M.H.  Hacınski  daxili  iĢlər  naziri  olduğu  dövrdə  (24  dekabr 

1919-cu  il,  18  fevral  1920-ci  il)  o,  DĠN-in  zamanın  tələblərinə  uy-

ğun təkmilləĢməsi və daha səmərəli fəaliyyət göstərməsinə çalıĢırdı. 

24  dekabr  1919-cu  ildə  Parlamentdə  “Ġttihad”  partiyasının  lideri 

(”Ġttihadi  Ġslam-Rusiyada  müsəlmanlıq”  partiyası  1918-ci  ilin  yan-

varında  yaranmıĢdı)  doktor  Qara  bəy  Qarabəyovun  təklifi  ilə 

N.Yusifbəylinin  hökumət  kabinetində  daxili  iĢlər  naziri  vəzifəsinə 

təyin  olunması  heç  də  birmənalı  qarĢılanmayıb,”bəzilərinin” 

ürəyincə olmayıb və onların  “mənafeyinə”  toxunmuĢdu... 

M.H. Hacınskinin nazirliyi dövründə polis orqanları müstəqil 

dövlətimizin həyatı üçün mühüm əhəmiyyət kəsb edən neft mədən-

lərinin  qorunmasında  və  burada  oğurluq,  təxribat,  ziyançılıq  törət-

mək cəhdlərinə qarĢı qətiyyətlə mübarizə aparırdı. Lakin nazir M.H. 

Hacınskinin  əmri  ilə  bu  iĢdə  demokratik  prinsiplərə,  o  cümlədən 

neft  mədənlərində  çalıĢan  fəhlələr  arasında  təbliğat,  proflaktika  ya 

da üstünlük verilirdı. Məsələn, 1920-ci il yanvarın 14-də Bakı polis-

meysteri  Rüstəm  bəy  Mirzəyev  (1840-1920)  neft  mədən-zavod 

fəhlələrini xüsusi müĢavirəyə dəvət etmiĢdi.O, bunun səbəbini açıq-

layaraq  demiĢdi:  ”  Mən  ona  görə  bu  gün  sizləri  toplamıĢam  ki, 

sizinlə  birlikdə  (müĢavirəyə  65  nəfər  fəhlə  gəlmiĢdi)  fikir  müba-

diləsi  edim.  Çünki  indiki  vaxtda  sənaye  rayonlarında  oğurluq  baĢ 

verir. Mən sizdən xahiĢ edirəm ki, bu bəla ilə mübarizə iĢində bizə 

kəmək edəsiniz.  Sizin üzünüzə mənim qapım həmiĢə açıqdır”. 

Təyinat.  Azərbaycan  Cümhuriyyəti  hökumətinin  6  yanvar 

1920-ci il tarixli qərarı ilə milli istiqlalımızın görkəmli xadimlərin-

dən  biri  -  Ġbrahim  bəy  Ġsa  bəy  oğlu  Heydərov  (1879-1949)  daxili 

iĢlər  naziri  M.H.  Hacınskinin  müavini  vəzifəsinə  təyin  edilmiĢ  və 

bu  vəzifədə  həmin  il  martın  10-dək  çalıĢmıĢdı.  Daxili  iĢlər  naziri 


 

177 


M.H. Hacınskinin 24  yanvar 1920-ci il tarixli 805 nömrəli əmri ilə 

Mustafa  bəy  Qabul  oğlu  Qabulov    CavanĢir  qəzasının  rəisi  vəzifə-

sindən  azad  edilərək,Balaxanı-Sabunçu  polismeysteri  vəzifəsinə 

təyin olunmuĢdu. 



Qeyd:  Bu fakt Azərbaycanın istiqlal hərəkatının fəal iştirak-

çılarından  biri  -  İsa  bəy  Hacı  Mehdiqulu  bəy  oğlu  Aşurbəyovun 

(Aşurbəylinin)  (1881-1938)  otuzuncu  illərdə  repressiya  qurbanı 

kimi  həbs  olunaraq,  güllələnməmişdən  əvvəl  Xalq  Daxili  İşlər  Ko-

missarlığının  (XDİK)  zirzəmisində  müstəntiqə verdiyi ifadələrindən 

məlum  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  fakt  haqqında  indiyədək 

tarixünaslığımızda  heç  bir  məlumat  getməmişdir.  Odur  ki,  bu  faktı 

ilk dəfə dövriyyəyə Bakı Asiya Universitetinin professoru, Azərbay-

can  Tarixi  Şəcərə  Cəmiyyətinin  üzvü  Ədalət  Tahirzadənin  daxil 

etdiyini  bildiririk.  Buna  görə  də  xalqımızın  istiqlaliyyəti  uğrunda 

çalışmış, Dağıstanda anadan olan azərbaycanlı soydaşımız İbrahim 

bəy  Heydərovun  az  tanınan,  keşməkeşli,  lakin  örnək  ola  biləcək 

maraqlı həyat və mübarizə yolunun əsas mərhələləri və məqamları 

ilə  oxucuları  tanış  edə  bilmək  imkanı  yaratdığı  üçün  ona  öz 

təşəkkürümüzü bildiririk. 

...Bakı  general  qubernatorunun  məlumatına  görə  1920-ci  il 

fevralın əvvəllərində Ģəhərdə bərk narahatçılıq yaranmıĢdı. Buna sə-

bəb 11-ci ordunun Ģimalda ağqvardiyaçı general Denikinin dəstələ-

rini  darmadağın  edərək  Azərbaycan  sərhədlərinə  yaxınlaĢması  və 

bolĢeviklərin Bakıda orduda mülki  və  ticarət  donanmasında,  fabrik 

və  zavodlarda,  mədənlərdə  siyasi  iĢ  aparması  və  xalqı  Azərbaycan 

Cümhuriyyəti  hökumətinə  qarĢı  silahlı  üsyana  hazırlaması  və  s. 

barədə idi. M.H. Hacınskinin baĢında durduğu Daxili ĠĢlər Nazirliyi 

və onun yerli orqanları bolĢeviklərin dövlət əleyhinə qarĢı fəaliyyə-

tinə qarĢı mübarizədən kənarda deyildi...Hələ 1919-cu ilin dekabrın-

da  “Qaryagin”  (əslində Karyagin) qəzası ərazisində (indiki Füzuli 

rayonu) bolĢeviklərin üsyan qaldıracağı xəbəri alınanda daxili iĢlər 

naziri M.H. Hacınski tərəfindən Qarabağ general-qubernatoru Xos-

rov  bəy  Sultanova  bu  təhlükəni  aradan  qaldırmaq  barədə  göstəriĢ 

verilmiĢdi... AĢkar olunmuĢdu ki, Bakıdan gedib orada  AXC  əley-

hinə  gizli  fəaliyyət  göstərən  AK  (b)  P-nin  fəal  üzvləri,  əslən  qara-

bağlılar  Məmmədxan  Məmmədxanov  (1881-1938),  Əsəd  Qarayev 



 

178 


(1884-1938),  həmçinin  Çingiz  Ġldırım  (1890-1938),  Səfər  Əlizadə 

qəzada,  xüsusən  Qoçəhmədli  və  Qarğabazar  kəndlərində  yerli  ca-

maatı çıxıĢ etməyə hazırlayırlar... 

Haşiyə:  Məmmədxan  Məmmədxan  oğlu  Məmmədxanov. 

1881-ci  ildə  Gəncə  quberniyasının  Karyagin  qəzasının  Qoçəh-

mədli kəndində anadan olmuĢdu. Sovet dönəmində məsul partiya 

və  dövlət  orqanlarda  xidmət  göstərmiĢ,o  cümlədən  Karyagin 

Qəza  Ġnqilab Komitəsinin 1-ci  katibi  olmuĢdu.  Otuzuncu illərdə 

repressiya  edilərək,  həbs  olunmuĢ,  1938-ci  il  yanvarın  5-dən  6-

na keçən gecə 57  yaĢında güllələnmiĢdi; o, həmin gecə güllələ-

nən 47 nəfər icərisində sayca 24-cü idi... Çingiz Ġldırım oğlu Sul-

tanov  1890-cı  il  iyul  ayının  10-da  Yelizavetpol  quberniyası,  

Zəngəzur qəzasının Qubadlı kəndində varlı ailədə anadan olmuĢ-

du. Milliyyətcə kürd idi.Azərbaycan Cümhuriyyəti dövründə Qa-

rabağ 


general-qubernatoru 

X. 


Sultanovun 

(1879-1947) 

köməkçisi  iĢləmiĢdi...  Ç.Ġldırımın  iki  qardaĢı  vardı.  Cabbar  bəy 

məĢhur həkim kimi tanınırdı... ġəmil bəy Sultanov isə Azərbay-

can Cümhuriyyəti dövründə qəza rəisi iĢləmiĢdi... Azərbaycanda 

sovet hakimiyyəti “qurulduqdan” sonra ilk hərbi və dəniz komis-

sarı, sonra xalq yollar, poçt və teleqraf komissarı və s. məsul və-

zifələrdə çalıĢmıĢdı;  otuzuncu illərdə  repressiya  olunmuĢ,  1937-

ci  ildə  həbsə  alınmıĢ,bir  müddət  həbsxanada  istintaq 

olunmuĢdu...  Ç.Ġldırım  1938-ci  il  sentyabrın  25-də  Moskvada, 

Suxanovkada  48  yaĢında  güllələnmiĢdir...Hərçənd,  ElĢad  Qoca 

(Ġsayev)  yazır ki, o, SSRĠ  Ali  Məhkəməsi Hərbi  Kollegiyasının 

hökmü  ilə  1941-ci  il  iyulun  21-də,  51  yaĢında  güllələnmiĢdir. 

1950-ci  ilin  noyabr  ayında  Azərbaycan  Politexnik  Ġnstitutuna    

Ç. Ġldırımın adı verilmiĢ, 1983-cü ildə həmin institutun qabağın-

da  bürüncdən  büstü  qoyulmuĢdu.Büstün  müəllifləri  heykəltaraĢ 

Z.A.Ġsgəndərov  və  arxitektor  A.R.Məmmədov  idi.  SSRĠ  dağıl-

dıqdan  və  Azərbaycan  yenidən  müstəqillik  qazandıqdan  sonra  

Ç. Ġldırımla bağlı bütün nə varsa, ləğv olunmuĢdur... Əsəd Həsən 

oğlu  Qarayev.  1884cü  ildə  Cəbrayıl  qəzasının  Qarğabazar  kən-

dində  anadan  olmuĢdu.  Otuzuncu  illərdə  repressiya  olunub, 

1938-ci  il  yanvarın  5-dən  6-na  keçən  gecə  güllələnib;  o,  həmin 

gecə  güllələnən  47  nəfər  içərisində  sayca  44-cü  idi...  Yerli 


 

179 


bolĢeviklərdən  olan  Əsəd  Qarayev  (“əsəd”  ərəbcə  “Ģir”,”aslan” 

deməkdir)  sonralar  xatirələrində  yazmıĢdı:”Qəzada  “Müsavat” 

hökumətinin  inzibati  idarə  orqanları  içərisində  ən  nüfuzlu  və 

bizim  üçün  təhlükəli  Ģəxs  CümĢüd  bəy  Əsgərxanov  idi.    Qəza 

pristavı  Mahmud  bəy  Hüseynbəyov və milis komissarı Naca-

rov  da  yatmırdılar”.Karyagində  bolĢeviklərin  Azərbaycan  Cüm-

huriyyətinə    qarĢı    üsyan    planının    həyata    keçməsinə    DĠN-in 

qurumları  yol  verməmiĢdilər... 

Lakin  Bakıda  da  bolĢeviklər  xeyli  fəallaĢmıĢdılar.  O  zaman 

rəsmi dövlət qəzeti olan “Azərbaycan”da  bolĢeviklərin milli höku-

mətimizə qarĢı niyyətləri barədə xəbərlər dərc edilirdi. Xüsusilə təh-

lükəli cani kimi bolĢevik Əli Bayramovun (1889, Bakı quberniyası, 

ġamaxı  qəzası,  Lahıc  kəndi    -  1920;  Bakıda  1920-ci  il  martın  23-

dən  24-nə  keçən  gecə  öldürülüb  və  baĢı  kısılib...)  axtarıldığı 

bildirilirdi.  Daxili  ĠĢlər  Nazirliyi  tərəfindən  vətəndaĢlardan  xahiĢ 

edilirdi ki, Ə. Bayramovun  yerini bilən varsa, mütləq polisə xəbər 

versin.  Qəzetdə  bolĢevik  Həbib  Cəbiyevin  (sentyabr  1899,  Bakı  - 

1938;  otuzuncu  illərdə  repressiya  olunub,  Bakıda  həbs  edilib  və 

güllələnib...)  mənzilində  axtarıĢ  aparılması  və  polisin  Azərbaycan 

hökumətinə qarĢı üsyan olacağı barədə yeni sənədlər ələ keçirdiyini 

təsdiqləyən izahat da verilmiĢdi. 

Bakı  Polismeysterliyi  Xəfiyyə  Polisi  ġöbəsinin  (rəisi  Əbdül 

Məcid  Rebirov  idi)  əməliyyatçıları  Ə.  Bayramov  və  H.  Cəbiyevin 

Azərbaycan  Parlamentinin  üzvü,  buna  görə  toxunulmazlıq  hüquna 

malik Ə.H.Qarayevin mənzilində gizləndiklərini öyrənib binanı mü-

hasirəyə  almıĢdılar.  Bakının  4-cü  polis  sahəsi  pristavının  müavini 

Süleyman bəy Sübhanverdixanov və baĢqa polis məmurlarının mə-

lumatına  görə  əməliyyata  Bakının  general-qubernatoru  Murad  Gə-

ray bəy Tlexas Ģəxsən rəhbərlik edirdi.Parlament  üzvünün mənzili-

nə daxil olmağa bu Ģərtlə icazə verilmiĢdi ki, polislər yalnız otaqlara 

və mətbəxə baxa bilərdilər, axtarıĢ aparmaq olmazdı. Ə. Bayramov 

aradan  çıxa  bilmiĢdi...  Lakin  polis  tezliklə  öyrəndi  ki,  o,  Salyana 

getmiĢdir.  Salyan  qəzasının  rəisi  Əli  Heydər  Yusifov  onu  çoxdan 

axtarırırdı.  (Ə.Yusifov  sonra  Bakı  Ģəhərinin  polismeysteri  təyin 

edilmiĢdi...). 


 

180 


M.H.  Hacınskinin  daxili  iĢlər  nazirliyi  dövrü  mürəkkəb  icti-

mai-siyasi  hadisələrlə  xarakterizə  olunurdu.  O  zaman  milli  məsələ 

də  çox  kəskinləĢmiĢdi.Ermənilərin  fitvaları  və  Dağlıq  Qarabağda 

daĢnakların  hücumları,  xüsusən  1920-ci  ilin  əvvəlindən  Ģimaldan 

Rusiyanın  sərhədlərimizə  təzyiq  və  tələbləri  və  s.  bu  qəbildən  idi. 

Parlamentdə  partiya  və  fraksiyalar  arasında  fikir  ayrılıqları  və 

konfilikt güclənmiĢ, hökumət böhranı yaxınlaĢmıĢdı. 

...Azərbaycan  Parlamentində  iki  qrup  –  F.  Xoyski  və         

M.H.   Hacınski tərəfdarları arasında qızğın  mübarizə gedirdi.  Əsas 

ixtilaf  ilk  növbədə  sovet  Rusiyasına  münasibətlə  əlaqədar  üzə 

çıxmıĢdı.  Məsələ  isə  bunda  idi  ki,  RSFSR-in  xalq  xarici  iĢlər 

komissarı  G.V.Çiçerin  (1872-1936)  1920-ci  ilin  əvvəlində  Azər-

baycan  hökumətinə  ağqvardiyaçı  general  Denikinə  qarĢı  hərbi 

ittifaq  bağlamağı  təklif  etmiĢdi.  Azərbaycan  hökuməti  adından 

xarici iĢlər nazirimiz F.Xoyski cavabında bildirmiĢdi:“...Azərbaycan 

hökuməti  rus  xalqının  öz  daxili  həyatını  qurmaq  uğrunda  apardığı 

mübarizəyə  müdaxilə  etməyi  özünə  rəva  bilmir“.  Cavabdan  narazı 

qalan  Rusiya  hökuməti  11-ci  orduya  döyüĢ  hazırlığı  vəziyyətində 

Azərbaycanın sərhədlərinə doğru hərəkət etmək əmrini vermiĢdi... 

Bu  cür  situasiyada  F.  Xoyski,  ġ.  Rüstəmbəyli,  M.  Vəkilov,   

A. AĢurov və onlara meyl edənlər Ģimalda Samur körpüsünə çataraq 

dayanmıĢ  XI  ordunun  hücum  edəcəyi  təqdirdə  Azərbaycan  Cüm-

huriyyətinin  müstəqilliyini  qorumaq  və  axıradək  savaĢmaq  mövqe-

yində dururdular. M.H. Hacınski isə kompromis variantla çıxıĢ edib, 

XI  ordu  komandanlığı  ilə  danıĢıqlar  aparmaqla  onun  Bakı  üzərinə 

yürüĢünü ləngitmək, nizami Azərbaycan Ordusunu qəzalardan (Qa-

rabağdan, Zəngəzurdan  və s. ) təcili Bakıya çağırmaq tərəfdarı idi... 

M.H.  Hacınski  1920-ci  il  fevralın  18-də  Mustafa  bəy  Vəki-

lovun (1896-1965) daxili iĢlər naziri təyin edilməsi ilə əlaqədar ola-

raq  vəzifəsindən  istefa  vermiĢ  və  həmin  gündən  ticarət,  sənaye  və 

ərzaq naziri vəzifəsini tutmuĢdu .1920-ci il martın 30-da N. Yusif-

bəylinin  hökumət  kabineti  istefaya  çıxdığı  üçün  M.H.  Hacınski  də 

nazir vəzifəsini tərk etmiĢdi. 

Qeyd  etmək  lazımdır  ki,  M.H.  Hacınski  daxili  iĢlər  naziri 

olarkən  Bakıdakı  ingilis  komandanlığının  apardığı  siyasətə    “uy-

ğun”  gəlmədiyinə  görə  Böyük  Britaniya  hərbi  komandanlığı  onun 



 

181 


əvəzlənməsinə  və  xüsusilə,  M.H.  Hacınskinin  müavini  ġ.  Rüstəm-

bəylinin  (“Aran”)  (1893-1960)  onun  yerinə  təsdiq  olunmasına 

çalıĢırdılar. Çünki ġ. Rüstəmbəyli daxili iĢlər naziri M.H. Hacınski-

nin müavini təyin edildikdən sonra onun əmrləri ilə polis orqanları-

nın  fəhlə  kvartallarında,  müxtəlif  klublarda  bolĢeviklərin  təbliğat-

təĢviqatına  görə  apardığı  həbs  əməliyyatlarının  sayı  artmıĢ  və 

ümumiyyətlə, kommunistlərə qarĢı xüsusilə intensivləĢmiĢdi  ki, bu 

da bolĢevikləri sevməyən  ingilislərə  sərf  edirdi. 

1920-ci  ilin  apelində  hökumət  böhranı  yüksək  nöqtəsinə 

çatmıĢdı. Aprelin 1-də Parlament  tərəfindən  Azərbaycan  Respub-

likasının  yeni  hökumət  kabinetini  təĢkil  etmək  məhz    M.H.  Hacın-

skiyə  tapĢırılmıĢdı.  M.H.  Hacınski  bu  məqsədlə  Azərbaycan  Parla-

mentinə  daxil  olan  bütün  partiya  və  fraksiyaların  rəhbərləri  ilə, 

həmçinin  bolĢeviklərlə  danıĢıqlıqlar  aparmıĢdı.  M.H.  Hacınski  XI 

ordu  komandanlığı  ilə  də  danıĢıqlar  aparmaq  üçün  yaradılmıĢ 

Parlament  Komissiyasının baĢçısı idi. 

Lakin  kəskin  diskussiyalar  M.H.Hacınskiyə  öz  məqsədini 

həyata  keçirməyə  imkan  verməmiĢ  və  o,1920-ci  il  aprelin  22-də 

Azərbaycan  Parlamentinin  sədrini  əvəz  edən  Məmməd  Yusif  Cə-

fərova (14 mart. 1885, Bakı-15 may 1938, ġağan, Bakı) yeni höku-

mət  kabineti  yaratmağın  qeyri-mümkünlüyünü  bildirərək,  həmin 

andan   “Müsavat”dan    çıxdığını  və bolĢeviklər  partiyasına    üzv ol-

duğunu    rəsmi  Ģəkildə  bəyan  etmiĢdi.  Bu  hərəkətinə  görə  M.Ə.Rə-

sulzadə  sonralar,Türkiyədə  mühacirətdə  yaĢayarkən,  onu  “satqın-

lıqda” və “qırmızı iĢğalçılarla” əməkdaĢlıqda günahlandırmıĢdı. 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra M.H. Ha-

cınski  xaricə mühacirət  etməyərək, Bakıda qalmağı  üstün  tutmuĢ-

du. Yeni hakimiyyət ona müxtəlif vəzifələr təklif etmiĢdi. M.H. Ha-

cınski 20-ci illərdə bir sıra məsul təsərrüfat, ticarət və dövlət vəzifə-

lərində çalıĢmıĢdı. M.H. Hacınski 1920-1922-ci illərdə Azərbaycan 

SSR  Ali  Xalq  Təsərrüfatı  ġurasında  mütəxəssis  kimi  iĢləmiĢdi. 

Bakıda  böyük  Azərbaycan  Ģairi  M.Ə.  Sabirin  abidəsini  qurmaq  da 

ona həvalə olunmuĢdu.1922-ci il mayın 8-də o, Zaqafqaziya Federa-

siyasının  təchizat  və  xarici  ticarət  komissarının  müavini  vəzifəsinə 

təyin edilmiĢdi. 


 

182 


1922-ci  il  mayın  8-də  Tiflisə  köçən  M.H.  Hacınskinin  ailəsi 

orada əvvəlcə Maçabeli küçəsində məskunlaĢmıĢdı. Sonra Tiflisdəki 

Piroqov küçəsinə köçmüĢdü. Bu küçədəki 8 nömrəli binanın birinci 

mərtəbəsində M.H Hacınskinin ailəsi,ikinci mərtəbəsində isə Zaqaf-

qaziya  Diyar  Komitəsinin  birinci  katibi  Lavrenti  Beriya  (1899-

1953)  və  Ġvan    Strua  yaĢayırdı.Ġvan  Strua  vaxtıilə  Bakıda  “Nina” 

bolĢevik  mətbəəsində  iĢləmiĢdi  və  “Vano”  ləqəbilə  tannırdı.  Hər 

ikicinin  M.H.Hacınski  ilə  yaxınlıqları  olmuĢdu.Lakin  M.H.  Hacın-

skinin  ömrünün  faciə  ilə  sona  yetməsi  məhz  birbaĢa  L.Beriya  ilə 

əlaqədar idi... 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin