FƏRƏC bəy MƏLİKNAMZƏLİYEV
Fərəc bəy Kərbəlayi Mehdi bəy oğlu Məliknamazəliyev 1863-
cü ildə ġuĢa qəzasının Vərəndə sahəsinin Pirəhmədli kəndində ana-
dan olmuĢdi. ġuĢa Ģəhər real məktəbində oxumuĢdu. Sonra dövlət
idarələrində qulluğa baĢlamıĢdı. Tiflisdə Qafqaz CaniĢinliyində tər-
cüməçi iĢləmiĢdi. 1909-cu ildə titulyar müĢavir rütbəsi almıĢdı.
Zaqatala dairəsində pristav vəzifəsində xidmət etmiĢdi. Azərbay-
can Xalq Cümhuriyyəti dövründə (1919-cu ilin fevralınadək) Zən-
gəzur qəzasının rəisi vəzifəsində iĢləmiĢdi.
Fərəc bəy əvvəlcə Bədircahan bəyim Mustafa ağa qızı Sarı-
calı-CavanĢirlə, sonra isə Asiya bəyim Axundova ilə ailə qurmuĢdu.
Həsən bəy adlı oğlu vardı...
402
HƏBİB xan ŞƏKİNSKİ
(1880-1956)
Həbib xan Süleyman xan oğlu
(tarixi ədəbiyyatda Süleyman ağa da
adlandırılır) ġəkinski 1880-ci ildə ġu-
Ģada doğulmuĢdu. O, ġəki xanı Səlim
xanın və Qarabağ xanı Ġbrahim Xəlil
xanın nəvəsi idi. Hələ çar Rusiyası döv-
ründə Zəngəzur qəzasının Dığ nahiyə-
sində sahə polis pristavı olmuĢdu...
Azərbaycan Xalq Cümhuriyyəti
dönəmində Zəngəzur qəzasının rəis
əvəzi təyin edilmiĢdi (Qeyd: AXC dö-
nəmində Zəngəzur qəzasının rəisi vəzi-
fəsində 6 nəfər xidmət etmişlər. Bunlar
Fərəc bəy Məliknamazəliyev, Hüseyn
bəy Mahmudbəyov, Camal bəy Sultanov, Fərrux bəy Sərməstbəyov,
Mirzə Məhəmməd Axundov və Həbib xan Şəkinski olmuşlar H.
Şəkinski rəis hüququnda rəis əvəzi vəzifəsini yerinə yetirmişdi).
Zəngəzur qəzasının Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib
xan ġəkinskiyə məxsus idi.
Həbib xan ġəkinskinin anası Gövhər xanım görkəmli yazıçı,
dramaturq Əbdürrəhim bəy Haqverdiyevin (17 may 1870, ġuĢa -
17 dekabr 1933, Bakı) əmisi qızı idi. Həbib xan Ağca (Həcər) xa-
nım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuĢdu. Onun
Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var-
dı. Barat xanım ġəkinskaya (14 iyun 1914, ġuĢa - 14 yanvar 1999,
Bakı) görkəmli aktrisa, respublikanın xalq artisti kimi məĢhur idi.
Həbib xan ġəkinski 1956-cı ildə Bakıda 76 yaĢında vəfat
etmiĢdir...
403
Həbib xan Şəkinski
ƏLƏKBƏR bəy BƏHRƏMBƏYOV
...Ələkbər bəy Bəhrəmbəyov 1919-cu ilin dekabrınadək Ba-
kı Mərkəzi Həbsxanasının (1888-ci ildə tikilib istifadəyə verilmiĢdi)
rəisi iĢləyirdi. 1919-cu il dekabrın 12-də daxili iĢlər naziri Nəsib
bəy Yusifbəylinin əmri ilə Ələkbər bəy Bəhrəmbəyov tutduğu
vəzifəsindən azad olunaraq Qarabağa, Cəbrayıl qəzasının rəisi
vəzifəsinə (1-ci dərəcə üzrə ayda 3.000 manat əmək haqqı ilə təyin
edilmiĢdi (Bundan əvvəl həmin vəzifədə Hüseyn bəy Mahmud-
bəyov iĢləmiĢdi). Bu təyinat Daxili ĠĢlər Nazirliyinin 5 yanvar
1920-ci il tarixli 228 nömrəli yeni əmri ilə bir daha təsdiqlən-
miĢdi...
O zaman Cəbrayıl qəzası Xosrov bəy Sultanovun baĢçılıq et-
diyi Qarabağ General-Qubernatorluğunun tərkibinə daxil idi. Bu
404
qubernatorluğa Cəbrayıl qəzasından baĢqa ġuĢa, Zəngəzur və Ca-
vanĢir qəzaları da daxil idi. Ələkbər bəyə vəzifələrinin yerinə yeti-
rilməsində əvvəlki xidməti fəaliyyət xəttindən tanıdığı, millət vəkili
Bəhram bəy Vəzirov (1857-1927) yaxından kömək etmiĢdi...
Bəhram bəy Əsəd bəy oğlu Vəzirov 23 dekabr 1857-ci ildə
ġuĢa qəzasının Vərəndə (indiki Ağdərə) sahəsinin Mirzəcamallı
(ġərifbəyli) obasında doğulmuĢdu. Sonra ġuĢa Ģəhərinə köçmüĢ-
dülər. Bəhram bəy ġuĢa real məktəbini bitirmiĢdi. Sonra hüquq təh-
silinə yiyələnmiĢdi... Bir müddət qəza polis idarəsində iĢləmiĢdi...
Buna görə də Qarabulaq (indiki Füzuli), o vaxtkı Karyagin dövlət
həbsxanasının rəisi iĢləmiĢdi... Elə Ələkbər bəy Bəhrəmbəyovla da
həmin sahədəki xidməti fəaliyyəti zamanı yaranmıĢ əlaqələrə görə
tanıĢ idi... Bəhram bəy Vəzirov Azərbaycan Milli ġurasının 19
noyabr 1919-cu il tarixli “Azərbaycan Məclisi-Məbusanının təsisi
haqqında qanuna” əsasən “Ġttihad” partiyasından Azərbaycan Cüm-
huriyyəti Parlamentinə üzv seçilmiĢdi. Parlamentdə 13 nəfərdən
ibarət ”Ġttihad” fraksiyasına daxil idi. Bəhram bəyin adı Parla-
mentin iclaslarında fraksiya üzvlərinin adı çəkilən zaman sayca 5-
ci səslənirdi. Bəhram bəy həmdə Ģair idi. ”Fədai” təxəllüsü ilə Ģeir
yazırdı... Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bəh-
ram bəy müxtəlif təssərrüfat müəssiələrində və idarələrində iĢləmiĢ-
di.. Lakin iyirminci illərin ortalarından o , keçmiĢinə görə təqiblərə
məruz qalmağa baĢlamıĢ və nəticədə repressiyanın qurbanı olmuĢ-
du. Bəhram bəy Vəzirov 1927-ci ildə ailə üzvləri ilə birlikdə sür-
gün olunmuĢ və orada vəfat etmiĢdi...
...Ələkbər bəy Bəhrəmbəyov Cəbrayıl qəzasının rəisi vəzifə-
sində 1920-ci ilin martınadık iĢləmiĢdi. Beləki, Azərbaycan Cüm-
huriyyətinin daxili iĢlər naziri Mustafa bəy Vəkilovun 6 mart 1920-
ci il tarixli əmri il o, tutduğu vəzifəsindən azad olunmuĢdu...
405
BƏHRAM bəy Məlik-ABBASOV
Bəhram bəy Hüseyn bəy oğlu Məlik-Abbasov 1857-ci ildə
ġuĢa qəzasının Nüvədi kəndində anadan olmuĢdu. Ġbtidai təhsilini
molla yanında almıĢdı. Ordubad Ģəhərində oxumuĢdu. Zəngəzur
Qəza Ġdarəsində 2-ci dərəcəli dəftərxana xidmətçisi kimi iĢə baĢla-
mıĢdı. 1893-cü ildə qəza idarəsində tərcüməçi kimi xidmət etmiĢdi.
Sonra ədliyyə sahəsində çalıĢmıĢ və polis pristavı iĢləmiĢdi. O,
1919-cu ilin fevralında CavanĢir qəzasının rəisi idi. 1919-cu il
fevralın 15-də Qarabağın general-qubernatoru Xosrov bəyin
yanında keçirilən müĢavirədə ermənilərin fitnə-fəsadlarının qarĢısını
almaq məsələlərinin müzakirəsi zamanı öz çıxıĢı və təklifləri ilə
diqqəti cəlb etmiĢdi. Bəhram bəy Məlik-Abbasov Xudadat bəy
Rəfibəyli Gəncənin general-qubernatoru təyin edildikdən sonra (6
may 1919-cu il) 1919-cu ilin iyunundan Gəncə qəzasının rəisi
vəzifəsində iĢləmiĢdi...
MİRZƏ MƏHƏMMƏD AXUNDOV
(1876-1938)
Məhəmməd Hacı Molla ġükür oğlu Axundov (əsl soyadı
Məhərrəmovdur) 1876-cı ildə ġuĢa Ģəhərində anadan olmuĢdu.
Ġbtidai təhsilini atasından almıĢdı. Atası Qarabağın baĢ axundu
Hacı Molla ġükür ġərqdə Ġslam dinini yaxĢı bilən adamlardan
biriydi. Sonra mədrəsədə oxumuĢdu. Savadlı olduğundan hələ gənc-
liyindən Məhəmməd “Mirzə” ünvanı da daĢıyırdı. Müəllimlik
fəaliyyəti ilə məĢğul olmuĢdu.
Əslən ġuĢadan olan, uzun müddətdir ki, ”ġuĢa” nəĢriyyatının
və eyni adlı qəzetin rəhbəri olan, yorulmaz tədqiqatçı-jurnalist
Vasif Quliyev 1991-ci ildə çapdan buraxdırdığı “Mənim babam kim
olub?” adlı kitabında yazır: ”...1904-cü ildə Mirzə Məhəmmədin
əlindən təsadüfi bir xəta çıxmıĢ, heç nədən baĢ verən Ģəxsi
münaqiĢə zəminində bir nəfəri vurub öldürmüĢdü. BeĢ il cəzasını
Azərbaycandan kənarda çəkəndən sonra Vətəninə dönmüĢ və
müəllimlikdən əl çəkib Qacar cəmiyyətində nahiyə kargüzarı
vəzifəsində qulluq etmiĢdi. 1917-ci ilədək burada çalıĢmıĢ, sonra bir
müddət iĢsiz qalmıĢdı.
406
Azərbaycan Xalq Cümhuriyyəti dövründə əvvəlcə Ģəhər pris-
tavının katibi, Qubadlının pristavı, sonra ġuĢa Ģəhərinin polismeys-
teri, daha sonra isə Qarabağın general-qubernatoru Xosrov bəy Sul-
tanovun sərəncamı ilə Zəngəzur qəzasının rəisi (1919-cu ilin yan-
varından) olmuĢdu. Ona qədər qəza rəisi vəzifəsində 1864-cü ildə
ġuĢa qəzasaının Mehri sahəsinin Əldərə kəndində anadan olmuĢ
Fərrux bəy Sərməstbəyov çalıĢmıĢdı. Yazıçı Nəzər Heydərov “Zən-
gəzur dağlarında” kitabında yamıĢdır: ”... ġəhərdə söz gəzirki, güya
Qarabağın general-qubernatoru Xosrov bəy bizim qəzada həyəcanı
yatırmaq üçün Hacı Molla ġükürün oğlu Mirzə Məhəmməd
Axundovu ora rəis göndərir. O, belə fikirləĢir ki, bununla və
Allahın köməyi ilə bolĢevizmin kökünü kəsəcək!”.
...Mirzə Məhəmməd Axundov ġuĢa Ģəhərinin polismeysteri
vəzifəsində də iĢləmiĢdi...O, bu vəzifəyə təzəcə təyin olunmuĢdu ki,
11-ci ordu tərəfindən 1920-ci il aprelin 27 Bakı iĢğal olundu və
ertəsi günü sovet hakimiyyəti quruldu. 11-ci ordu hissələri sürətlə
Qarabağa doğru irəlilədi və Azərbaycan Xalq Cümhuriyyətinin
ġuĢadakı məmurları həbs olunmağa baĢladı. Mirzə Məhəmməd
Axundovu da keçmiĢinə görə həbs etdilər, lakin günahı sübut olun-
madığından tezliklə buraxıldı. Bununla belə, yeni quruluĢla barıĢa
bilməyən Mirzə Məhəmməd Axundov həmin andan ömrünün
axırınadək sovet hakimiyyətinə qarĢı gizli mübarizə aparmıĢ, bu
yolda dəfələrlə (1923, 1927, 1929, 1937) həbs olunmuĢ və yenidən
azad olunmuĢdu...
...Mirzə Məhəmməd Axundov “Müsavat” partiyasının üzvü
idi. O, Qarabağda (ġuĢada, Ağdamda) Müsavatın gizli rəhbərlərin-
dən birinə çevrilərək sovet hakimiyyətinə qarĢı əks fəalyyətinə görə
1929-cu ilin sonunda tutulmuĢ və Sibirə sürgün olunmuĢdu. Ancaq
həbslər və sürgünlər də bu milli təəssübkeĢ Ģəxsi öz yolundan dön-
dərə bilməmiĢdi. 1933-cü ilin qıĢında 57 yaĢında Tomsk vilayə-
tindəki 3 illik sürgün müddətini baĢa vurub ġuĢaya qayıtmıĢdı. Am-
ma ona ġuĢada yaĢamağa icazə verilməmiĢdi... Odur ki, Ağdama
köçmüĢdü. Ağdamda da müsavatçılarla gizli fəaliyyətini davam
etdirmiĢdi... O, Ağdam Müsavat təĢkilatının rəhbəri seçilmiĢdi...
Mirzə Məhəmməd Axundov otuzuncu illərin repressiya qur-
banlarından biri olmuĢdu. Repressiyanın tüğyan etdiyi 1937-ci ildə
407
onu da həbs etmiĢdilər. Dağlıq Qarabağ Muxtar Vilayəti Siyasi
Ġdarəsinin rəisi, dövlət təhlükəsizlik xidməti kapitanı Stepanik Saya-
dyanın və köməkçisi, dövlət təhlükəsizlik kiçik leytenantı Martiro-
sovun imzaladığı order əsasında Mirzə Məhəmməd Məhərrəmov
(bu onun əsl familiyasıdır. Nəzər Heydərov onu öz kitabında Axun-
dov kimi yazdığından sovet sənədlərində o cür yazılmıĢdı. Lakin
Mirzə Məhəmmədin qardaĢları Məhərrəmov soyadını daĢıyırdılar...)
1937-ci il avqustun 4-də Ağdamda həbs edib Stepanakertə (keçmiĢ
Xankəndinə. 1923-cü il sentyabrın 1-dən Ģəhərə Stepan ġaumyanın
adı verilmiĢdi) gətirmiĢdilər. Düz 1 il 2 ay həbsxanada ona olmazın
əzab-əziyyət vermiĢdilər.Mirzə Məhəmməd Axundov həbs edilmiĢ
məsləkdaĢları Salman Ağayev, Cəlal Zeynalov və baĢqaları ilə
birlikdə 1938-ci il oktyabrın 10-da 62 yaĢında güllələnmiĢdi
(Hərçənd, tədqiqatçı-jurnalist Vasif Quliyev yazmıĢdır ki, Mirzə
Məhəmməd Axundov 1869-cu ildə döğulmuĢdur. Etimologiya üzrə
tədqiqatçı Ənvər Çingizoğlu isə onun ailə sənədlərinə əsaslanaraq
M.Axundovun 1876-cı ildə anadan olduğunu bildirir. Ə. Çingizoğlu
əsaslandırır ki, 1917-ci ilədək olan sənədlərin hamısında Mirzə Mə-
həmməd Axundovun təvəllüdü 1876-cı il olaraq qeyd olunmuĢ-
dur...).
Mirzə Məhəmməd Axundovun ailə üzvləri və qohumları da
repressiyaya məruz qalmıĢlar... Lakin onların davamçıları bu gün
əqidəli milli istiqlal fədailərindən biri olmuĢ Mirzə Məhəmməd
Axundovun əməlləri və əziz xatirəsi ilə fəxr edirlər. Azərbaycan
Republikasının millət vəkili, Xankəndindən olan camaat tərəfindən
deputat seçilmiĢ Flora xanım Qasımova Azərbaycanın Milli
Qəhrəmanı, mərhum Qarabağ Ģəhidi ġirin Mirzəyevin (15 yanvar
1947, Xankəndi - 18 iyun 1992, Ağdam) həyat yoldaĢı və unu-
dulmaz Mirzə Məhəmməd Axundovun nəvəsidir...
408
RƏHİM bəy ŞIXLINSKİ
Rəhim bəy Tahir bəy oğlu ġıxlın-
ski 19-cu əsrin axırıncı rübündə Qazax
qəzasının Ġkinci ġıxlı kəndində məĢhur
“Alqazax”- ġıxlınskilər nəslindən çıxmıĢ
ailədə doğulmuĢdu. 1902-ci ildə Qori
Seminariyasını bitirmiĢ və dövrünün
qabaqcıl
pedaqoqlarından
olmuĢdu.
Müəllimliklə məĢğul olmağa Nuxa
qəzasından baĢlamıĢdı. Sonra Ağdamda
və Bakıda dərs demiĢdi.
Rəhim bəy 1917-ci ildən milli
istiqlal hərəkatında fəal içtirak edirdi.
Siyasi baxıĢlarına görə Türkiyə meyilli idi. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə əvvəlcə ġuĢa Polismeysterliyində iĢləmiĢ,
1919-cu ilin dekabrından ƏrəĢ qəzasının rəisi vəzifəsinə təyin
edilmiĢ və bu vəzifədə Azərbaycan Cümhuriyyətinin süqutuna
qədər xidmət göstərmiĢdi...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra repres-
siya olunacağından ehtiyat edərək, 1920-ci ildə Tiflisə köçmüĢdü.
Çünki orada hələ sovet hakimiyyəti qurulmamıĢdı. Rəhim bəy Tif-
lisdə Azərbaycan orta məktəbində uzun illər direktor iĢləmiĢdi... La-
kin otuzuncu illər repressiyası dövründə onu “Müsavat” partiyasına
üzv olmaqda və antisovet fəaliyyət göstərməkdə ittiham edib, 1937-
ci il iyulun 22-də həbsə almıĢ və bir qədər sonra güllələmiĢdilər...
İSGƏNDƏR bəy QƏMBƏRƏLİYEV
Ġsgəndər bəy MəĢədi Salman bəy oğlu Qəmbərəliyev (tarixi
ədəbiyyatda Əliyev də yazılır. Qəmbərəliyev düzdür) 1888-ci il
mayın 10-da Gəncədə anadan olmuĢdu. 1906-cı il iyunun 1-də 6
sinifli Gəncə Ģəhər məktəbini bitirmiĢdi. Kollec registirliyinə yiyə-
lənmiĢdi... 1917-ci ildən Yelizavetpol (Gəncə) qəza və xalq milisin-
409
də xidmət etmiĢdi. Zaqafqaziya Komissarlığının əmri ilə 1918-ci il
yanvar ayının 1-dən Gəncə Ģəhər xalq milisində 4-cü sahənin milis
komissarı təyin edilmiĢdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyun ayı-
nın 23-də Gəncənin ilk qubernatoru təyin olunmuĢ polkovnik Ġbra-
him ağa Vəkilovun 25 sentyabr 1918-ci il tarixli əmri ilə Ġsgəndər
bəy Qəmbərəliyev Gəncə Ģəhər polismeysterinin böyük köməkçisi
(1-ci müavini) vəzifəsinə təyin edilmiĢdi.Daxili iĢlər naziri
N.Yusifbəylinin 30 sentyabr 1919-cu il tarixli 133 nömrəli əmri ilə
bu vaxtadək Gəncə polismeysterinin böyük köməkçisi vəzifəsində
çalıĢan Ġsgəndər bəy Qəmbərəliyev Gəncə Ģəhərinin müvəqqəti po-
lismeysteri təyin olunmuĢdu. Sonra yenə daxili iĢlər naziri N.Yusif-
bəylinin 12 noyabr 1919-cu il tarixli 295 nömrəli əmri ilə Ġsgəndər
bəy Qəmbərəliyev ġamxor (ġəmkir) qəzasının rəis əvəzi göndəril-
miĢdi. Nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin daxili iĢlər na-
ziri Mustafa bəy Vəkilovun 18 fevral 1920-ci il tarixli 34 nömrəli
əmri ilə Ġsgəndər bəy MəĢədi Salman bəy oğlu Qəmbərəliyev 12
noyabr 1919-cu ildən sayılmaqla ġamxor qəzasının rəisi vəzifəsinə
(1-ci dərəcə üzrə ayda 3.000 manat məvaciblə) təyin edilmiĢ və bu
vəzifədə Cümhuriyyətin süqutuna qədər xidmət göstərmiĢdi...Ġs-
gəndər bəy Qəmbərəliyevlər otuzuncu illərin repressiyasına məruz
qalmıĢdılar...
410
QƏZA RƏİSLƏRİNİN KÖMƏKÇİLƏRİ
ŞAHSUVAR bəy KƏLƏNTƏROV
(1880-1934)
ġahsuvar bəy (“ġahsuvar” farsca “atlılar baĢçısı” deməkdir)
Mirzəhəzrətqulu bəy oğlu Kələntərov (əslində Hüseynbəyovdur)
1880-ci ildə ġuĢa qəzasının Xocamusaxlı (bu kənd Xacə Əbuisaqlı
da adlandırılır) kəndində əsilli ailədə anadan olmuĢdu. Ġbtidai
təhsilini molla yanında almıĢ, ardını Yelizavetpol (Gəncə) klassik
gimnaziyasında davam etdirmiĢdi. ġahsuvar bəy 19-cu əsrdə ali
təhsil almıĢ ilk azərbaycanlı gənclərimizdən biri idi. O, 1906-cı ildə
Kiyev (Ukrayna) Müqəddəs Vladimir Universitetinin hüquq fakul-
təsini bitirmiĢdi.1911-ci ildən Zəngəzurun Dondarlı bölgəsinin
(indi Qubadlı ərazisindədir.Dondarlılar qədim döyüĢkən türk
tayfaları olmuĢlar) polis pristavı idi. ġahsuvar bəy savadlılığı və
ədalətliliyi ilə el-oba arasında hörmət qazanmıĢdı. Odurki, 1918-ci
ildə Zəngəzur qəzasının mərkəzi Gorus Ģəhərinin polis rəisi
vəzifəsinə irəli çəkilmiĢdi.
Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman ġahsuvar bəy
Qarabağ General-Qubernatorluğuna daxil olan Zəngəzur qəzasının
rəis əvəzi təyin edilmiĢ Həbib xan ġəkinskinin (1880-1956) böyük
köməkçisi (1-ci müavini) vəzifəsində faəliyyət göstərmiĢdi. ġahsu-
var bəy Hüseynbəyov nüfuzlu bir Ģəxs kimi müstəqil dövlətimizin
möhkəmlənməsində və torpaqlarımızın düĢmənlərdən qorunma-
sında müstəsna xidmətlər göstərmiĢdi... ġahsuvar bəy məĢhur xalq
qəhrəmanı, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun
böyük qardaĢı Sultan bəy Sultanovun yaxın dostu və silahdaĢı ol-
muĢdu. 1919-cu ildə Sultan bəy Laçında Zabıx çayı vadisində qani-
çən daĢnak generalı Andronik Ozanyanın ordusunu darmadağın
411
edəndə ġahsuvar bəy bu müdrik və igid xalq qəhrəmanının
yanındaydı... ġahsuvar bəy erməni-daĢnak qüvvələrinin Qarabağa
hücumlarının qarĢısının alınmasında xalqımıza köməyə gəlmiĢ türk
generalı Faruq Mustafa Nuru paĢayla bərabər vuruĢmada qəhrəman-
lıqlar göstərmiĢdi. Odur ki, Nuru paĢa ona “Kələntər” (farsca
“böyük” sözündəndir, “hakim,” “baĢçı” deməkdir) adı vermiĢdi.
Kələntərov soyadı çox gümanki bu faktla bağlıdır...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra fəhlə-
kəndli hökumətinə təhsilli kadrlar lazım idi. ġahsuvar bəyə də “iĢ”
tapılmıĢdı. O, ömrünün sonunadək Laçın Ģəhərində maliyyə Ģöbə-
sinin müdiri vəzifəsində çalıĢmıĢdı. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə milli istiqlaliyyətimizin keĢikçilərindən biri olan ġahsuvar
bəy Kələntərov (Hüseynbəyov) 1934-cü ildə 54 yaĢında ürək xəstə-
liyindən vəfat etmiĢdi.
ġahsuvar bəyin Arəstə, Vəsilə, Mustafa, Xəlil, Xədicə, Bala-
xanım və Yusif adlı övladları vardı... Çox təəssüf ki, ġahsuvar bəy
Kələntərovun Ģəkilini tapa bilmədik. Otuzuncu illərin qara yelləri
onun və ailə üzvlərindən də yan keçməmiĢdi...Azərbaycanın çox
sevilən mərhum Ģairi Qasım Qasımzadə ġahsuvar bəyin nəvəsi idi.
O söyləmiĢdırki, ”kiĢinin bir Ģəkili qlıbmıĢ, onu da Allah insaf
vermiĢ qohumlarımız 1937-ci ildə qorxularından məhv ediblər”.
Qasım Qasımzadə oğlanlarından birinə ġahsuvar bəyin adına
oxĢar Xansuvar adını qoymuĢdur. Xansuvar Qasımzadə və onun
qardaĢı. ”Qurani-Kərim”in mükəmməl tərcüməçilərindən biri, Ģərq-
Ģünas alim Nəriman Qasımzadə bu gün Bakıda yaĢayırlar və nü-
fuzlu ziyalılar kimi tanınarlar. Onlar ġahsuvar bəy haqqında ifti-
xarla danıĢırlar və buna haqları da çatır... ġahsuvar bəyin nəticəsi,
polis polkovniki Əli Vəliyev isə hazırda Bakı ġəhər BaĢ Polis
Ġdarəsinin Ģəxsi heyət üzrə böyük köməkçisi vəzifəsində xidmət
edir. Ġstiqlalımızın fədailərindən biri, unudulmaz ġahsuvar bəy
Kələntərov (Hüseynbəyov) kimi...
412
QİYAS bəy ŞIXLINSKİ
(1895-1972)
Qiyas bəy Cahandar ağa (bəy)
oğlu ġıxlınski 1895-ci ildə Qazax
qəzasının Ġkinci ġıxlı kəndində əsil-
zadə ailədə dünyay gəlmiĢdi (“Dəli
Kür” bədii filmindəki Cahandar bəy
surəti Qiyas bəyin atası Cahandar
ağanın prototipidir. Qiyas bəy ġıx-
lınski mərhum xalq yazıçısı Ġsmayıl
ġıxlının dayısıdır). Kənddə ibtidai
məktəbi bitirdikdən sonra Qori Se-
minariyasına daxil olmuĢ, lakin 2-ci
kursdan məktəbdən xaric edilmiĢdi...
Sonrakı illərdə quberniya idarələrin-
də
müxtəlif vəzifələrdə qulluq
etmiĢdi.
Qiyas bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parla-
mentin üzvü, ƏrəĢ qəzasının rəisi ,Yevlaxın Qarxunlu kəndindən
olan ƏĢrəf bəy Tağıyevin ((1867-1930) köməkçisi (müavini)
vəzifəsində xidmət göstərmiĢdi. Ancaq buna qədər Ģtabs-kapitan
rütbəsində Gəncənin polis pristavı və ƏrəĢ qəzasının 2-ci polis
sahəsinin pristavı vəzifələrində çalıĢmıĢdı. ƏĢrəf bəylə Qiyas bəy
hər ikisi eyni zümrəyə məsub olub, ailəvi dost idilər. Hər ikisi də
Azərbaycan Xalq Cümhuriyyətinə can-baĢla və sədaqətlə xidmət
etmiĢdilər... Ancaq hər ikisi də gələcəkdə sovet hakimiyyəti repres-
siyasının qurbanı olmuĢdu...
Qiyas bəy 1920-ci il Gəncə üsyanının iĢtirakçısı olduğundan
sovet hakimiyyəti qurulduqdan sonra bir müddət gizlənməyə məc-
bur qalmıĢdı. Lakin sonra Azərbaycan SSR FK-DSĠ-nın sədri və
xalq daxili iĢlər komissarı kimi məsul vəzifələrdə çalıĢan Mir Cəfər
Bağırovla yaxın Ģəxsi münasibətləri, əlaqələri və dostluğu
səbəbindən Qiyas bəy üzə çıxmıĢ, əvvəlcə onun tərəfindən Qazax
qəzasında milis dəstəsinin komandiri, sonra isə Qazax Qəza Milis
Ġdarəsinin rəisi təyin olunmuĢdu.
413
1920-ci illlərin ikinci yarısında Azərbaycanın Ģimal-qərb
bölgələrində sovet hakimiyyətinə qarĢı narazılıqlar və çıxıĢlar baĢ
verirdi. Bunlardan biri Zaqatalada baĢ vermiĢ ”üsyan” idi. Həmin
“üsyan”ın yatırılması zamanı Qiyas bəy M.C. Bağırovu labüd
ölümdən xilas etdiyi üçün onların arasında bir-birinə etimad dahada
mohkəmlənmiĢdi. Sovet hakimiyyətinə qarĢı silahlı dəstələr yaradan
bir çox qaçaq dəstəsinin baĢçıları Qiyas bəyin kiĢi kimi verdiyi sö-
zün üstündə durduğunu görüb, üzə çıxmıĢ və silahı yerə qoymuĢdu-
lar... Bu, M.C. Bağırovun Qiyas bəyə hörmətini daha da artırmıĢdı.
1927-1929-cu illərdə Qiyas bəy ġıxlınski Qazax qəzasının
Salahlı nahiyəsinin milis rəisi iĢləmiĢdi. Lakin 1928-ci ildə Azər-
baycana rəhbərlik edən L.Mirzoyan, Ə.H.Qarayev və B.
Ağaverdiyev üçlüyü özlərinə düĢmən saydıqları M.C.Bağırovu
respublikadan çıxmağa məcbur etdikdən sonra (M.C.Bağırov
Tiflisə, dostu L. Beriyanın yanına qaçmıĢdı...) Qiyas bəyin qaçaq
düĢməkdən baĢqa çarəsi qalmamıĢdı. Onun düzəltdiyi antisovet
qaçaq dəstəsinə dostları Tomtuoğlu Əmiraslan və Sədi, Borçalıdan
Həmzə bəy, ġıxlınskilərdən qardaĢı Həsən ağa, Alay bəy, Ġsrafil
bəy, Mustafa ağa, Süleyman ağa və baĢqaları daxil idilər. Bu dəstə
bir müddət Dağıstan səmtdə fəaliyyət göstərmiĢdi. Dəstə həmin
vaxt (1930-cu ilin fevralında) Nuxada BaĢ ġabalıd kəndindən olan
Molla Mustafa Məhəmməd oğlu ġeyxzadənin baĢçılığı altında sovet
hakimiyyəinə qarĢ baĢlanan və ətraf 8 rayonu əhatə edən Nuxa-
Zaqatala üsyanında ) tarixi ədəbiyyatda və dövrü mətbuatda bu
1930-cu il “ġəki üsyanı” kimi öz əksini tapmıĢdır...) da iĢtirak
etmiĢdi...Üsyan ordu və XDĠK qüvvələri tərəfindən yatırıldıqdan
sonra Qiyas bəyin dəstəsi təqib olunduğundan fasiləsiz olaraq yerini
dəyiĢir, gah Mamay dağında, gah da Borçalı və BaĢ Keçiddə görü-
nür, tez-tez onları izləyən milis qüvvələri ilə toqquĢmalı olurdular.
Q. ġıxlınski Türkiyə Cümhuriyyətinin Prezidenti Mustafa Ka-
mal PaĢa Atatürklə də əlaqə saxlayırdı...Q. ġıxlınski 20-ci illərin
sonlarında sovet hakimiyyətinə qarĢı çıxmıĢdı... O, 1930-cu il iyu-
lun 29-da qohumları və silahlı dəstəsilə Türkiyəyə - əvvəlcə Qarsa
keçmiĢ, orada üsyançı dəstələrin qərargah rəisi olmuĢdu. Türkiyənin
hakimiyyət orqanları ilə əlaqə Qiyas bəyin vasitəsilə aparılırdı.
Buraya çoxsaylı qaçaq dəstələrinin silah-sursatla təminatı, hərbi
414
təlimlər, yaralılarn müalicəsinin təĢkili və baĢqa iĢlər daxil idi ki,
onlara da Qiyas bəy özü rəhbərlik edirdi. Qiyas bəy sonra Van
bölgəsində Qara Köçədə məskunlaĢmıĢdı...
Azərbaycan BSĠ-nin Türkiyəyə qaçmıĢ üsyançı dəstələrə qarĢı
nəzərdə tutduğu tədbirlər baĢ tutmadığından onların Azərbaycanda
qalmıĢ ailə üzvlərinə, arvad-uĢaqların və digər qohumlarına divan
tutulmasına baĢlanılmıĢdı. Bəzilərini sadəcə güllələyir, yaxud sür-
günlərə göndərirdilər... Belə Ģəraitdə Türkiyənin ağırlaĢmıĢ beynəl-
xalq vəziyyətində hakimiyyət orqanları Qiyas bəy və Əmiraslan
Tomtuoğluna silahı yerə qoymağa və bir daha sərhədi keçməməyə
(qaçaqların Zaqafqaziya sərhədlərinə reydləri axırıncı dəfə 1936-cı
ildə olmuĢdu) razılaĢdılar. Onlar da Türkiyənin SSRĠ ilə qarĢılıqlı
münasibətlərinə bir daha xələl gəlməməsi üçün buna əməl etmiĢ-
dilər. Üstəlik, Qiyas bəy və Tomtuoğlu Əmiraslanın Moskvadakı
Türkiyə səfirliyi vasitəsilə Azərbaycanda qalmıĢ ailələri ilə birləĢ-
məyə imkan verilməsi barədə etdikləri xahiĢ də sovet hökuməti tərə-
findən rədd edilmiĢdi...
Siyasi fəaliyyətini davam etdirən Qiyas bəy Ġkinci Dünya mü-
haribəsi dövründə azərbaycanlı əsirlərin xilas edilməsi və milli legi-
onların yaradılmasında yaxından iĢtirak etmiĢdi. 1943-cü ildə Al-
maniya və Türkiyə arasında gizli müqavilə bağlanmıĢdı. Müqavi-
ləyə görə Qiyas bəy ġıxlınskinin baĢçılığı ilə Türkiyədə yaĢayan
qafqazlılar geri qayıdıb Sovetlər Ġttifaqına daxildən zərbələr vurmaq
üçün cəbhə açmalıydılar. Ancaq Qiyas bəyin tərəfdarları içərisində
Ġman Bolluq bəy adlı birisi bu məlumatı sovetlər tərəfə 20 min
lirəyə satdığından həmin niyyət baĢ tutmamıĢdı...
Qiyas bəy 1944-cü ildə mühüm tapĢırıqla SSRĠ-yə sonuncu
gəliĢində Batumda həbs olunmuĢdu. Lakin Ģəxsiyyətini müəyyən-
ləĢdirə bilmədiklərinə görə onu azad etmiĢdilər. Müharibədən son-
rakı illərdə Qiyas bəy cəzalanma qorxusu altında Vətənə qayıtmaq
istəməyən azərbaycanlı hərbi əsirlərin məsələləri ilə məĢğul
olurdu...
Qiyas bəy ġıxlınski 1949-1955-ci illərdə yenə Qarsda, 1955-
1965-ci illərdə Ağrıda yaĢayıb... Ağrıda yaĢayarkən evlənmiĢ, 3 oğlu
və 2 qızı dünyaya gəlmiĢdi. Oğlanlarından Çingiz bəy Alqazax
(1938, Ġqdır Ģəhəri, Türkiyə -1992, Ankara, Türkiyə) hərbi təyyarəçi
415
idi. Türkiyə Hərbi Avasiya Məktəbini bitirmiĢdi. (“Alqazax”, ”Alqa-
zaxlı” qədim türk tayfasıdır). Çingiz Alqazax albay (polkovnik) rüt-
bəsinə yüksəlmiĢdi. O, Türk Hava Qüvvələrində layiqli xidmətilə
Ģöhrət qazanmıĢdı. Çingiz bəy 1992-ci ildə 54 yaĢında vəfat etmiĢdi...
Ömrünün sonunadək sovet hökumətinə müxalif qalan və mü-
barizə aparan, siyasi mühacir həyatı yaĢayan Qiyas bəy ġıxlınski
1972-ci ildə Türkiyənin Bandurma Ģəhərində 77 yaĢında vəfat
etmiĢdir...
Dostları ilə paylaş: |