MƏMMƏD bəy SÜLEYMANBƏYOV
Məmməd bəy Süleymanbəyov Ġrəvan quberniyasında əsilli
ailədə anadan olmuĢdu. Ali təhsilli hüquqĢünas idi. 1918-ci ildə Ba-
kıya köçmüĢdü. Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyi siste-
mində müstəntiq vəzifəsində iĢə düzəlmiĢdi. Onu 1919-cu ilin payı-
zında təcrübəli müstəntiq kimi DĠN sahəsində iĢləməyə dəvət
etmiĢdilər. Bununla əlaqədar Azərbaycan Cümhuriyyəti daxili iĢlər
nazirinin müavini, general-mayor Əliyar bəy HaĢımbəyovun imza-
sıyla DĠN-in adından Ədliyyə Nazirliyinə 8 noyabr tarixli 10980
nömrəli xahiĢ məktubu yazılmıĢdı. Məktubda Ədliyyə Nazirliyinin
Bakı Məhkəmə Dairəsinin Balaxanı-Sabunçu sahəsinin müstəntiqi
Məmməd bəy Süleymanbəyovun tutduğu vəzifəsindən azad oluna-
raq DĠN-in sərəncamına göndərilməsi xahiĢ olunurdu. Məktuba
müsbət cavab verilmiĢ və Məmməd bəy Süleymanbəyov tutduğu
vəzifədən azad edilərək Azərbaycan DĠN-in sərəncamına göndəril-
miĢdi. Azərbaycan Cümhuriyyətinin daxili iĢlər naziri N.Yusifbəy-
linin 15 noyabr 1919-cu il tarixli əmri ilə Məmməd bəy Süley-
manbəyov 14 oktyabr 1919-cu ildən sayılmaqla Cavad qəzasının
rəisi vəzifəsinə (1-ci dərəcə üzrə 3.000 manat məvaciblə) təyin edil-
miĢ və bu vəzifədə 1920-ci ilin yazınadək xidmət göstərmiĢdi...
AZAD bəy QOCAMANBƏYOV
(1860-1920)
Azad bəy Ağa Sadıq bəy Qocamanbəyov 1860-cı ildə ġamaxı
qəzasının Məlik-Çobanlı kəndində məĢhur mülkədar ailəsində ana-
dan olmuĢdu. 1918-1920-ci illərdə ġamaxı Qəza Polis Ġdarəsində
müxtəlif məsul vəzifələrdə, o cümlədən qəza rəisi vəzifəsində iĢlə-
miĢdi. Onun köməkçisi sonralar (sovet dövründə) general-mayor
rütbəsi almıĢ, əslən ağsulu olan Tərlan bəy Əliyarbəyov idi. Azad
bəy 1918-ci ildə erməni-daĢnaklarla mübarizədə hünərlər gös-
tərmiĢdi... Azad bəy Qocamanbəyov 1920-ci ilin fevralında ġama-
xıda 60 yaĢında vəfat etmiĢ və Laləzar qəbristanlığında dəfn olun-
muĢdur.
392
TALIBXAN bəy TALIBXANOV
(1859-1920)
Talıb xan MəĢədi Hüseyn bəy oğlu Talıbxanov 24 may 1859-
cu ildə ġuĢa qəzasının Vərəndə sahəsinin Qacar kəndində əsilzadə
ailədə anadan olmuĢdu. Molla yanında ibtidai təhsil almıĢdı. Ailə
Ģəraitində rus dilini öyrənmiĢdi. 1881-ci il avqusyun 1-də Bakı
Ģəhərinin Ġvanovo sahəsində katib köməkçisi kimi iĢə baĢlamıĢdı.
1882-ci ildə Quba qəzasına tərcüməçi göndərilmiĢdi. 1883-cü ilin
dekabrından Quba qəzasında pristav köməkçisi vəzifəsinə təyin
olunmuĢdu. 1884-cü il iyunun 4-də Qubadakı həbsxanaya baxıcı
təyin edilmiĢdi. 1888-ci il sentyabrın 22-də Quba Ģəhər pristavının
köməkçisi vəzifəsinə irəli çəkilmiĢdi. 1890-cı il oktyabrın 18-də
yenidən həbsxana baxıcısı vəzifəsinə göndərilmiĢdi. Talıb xan bəy
1892-ci il mayın 31-də Göyçay qəzasının BərgüĢad qəzasına polis
pristavı təyin edilmiĢdi. 1894-cü il sentyabrın 24-də Kürdəmir
sahəsinə polis pristavı vəzifəsinə dəyiĢdirilmiĢ, 1901-ci ilədək
orada xidmət göstərmiĢdi. Həmin ilin sentyabrında Bakı qəzasının
MaĢtağa sahəsinə polis oristavı vəzifəsinə dəyiĢdirilmiĢdi. 1903-cü
ildə Bakı qəzasının Bibiheybət sahəsinə polis pristavı vəzifəsinə
köçürülmüĢ, 1907-ci ilədək orada xidmət etmiĢdi. 1907-ci ilin
sentryabrında Göyçay qəzasının Kürdəmir sahəsinə köhnə vəzifə-
sinə qaytarılmıĢdı. 1909-cu il yanvarın 1-də Göyçay qəza rəisinin
köməkçisi vəzifəsinə irəli çəkilmiĢdi. 1910-cu il iyunun 24-də Bakı
qəza rəisinin böyük köməkçisi təyin edilmiĢdi. O, bir sıra orden və
medallarla, o cümlədən çar Rusiyasının 2-ci dərəcəli “Müqəddəs
Anna” ordeni və 3-cü dərəcəli Aleksandr medalı, həmçinin “ġiri-
XurĢud” (Ġran) ordeni ilə təltif olunmuĢdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1920-ci il fevralın
əvvəlində (həmin vaxt ġamaxı qəzasının rəisi Azad bəy Qocaman-
bəyov vəfat etmiĢdi və onun yerinə T. Talıbxanov təyin olunmuĢdu)
1920-ci ilin əvvəlində o polkovnik rütbəsi almaqla daha məsul vəzi-
fəyə – ġamaxı qəzasının rəisi vəzifəsinə göndərilmiĢdi. T. Talıb-
xanov AXC-nin süqutunadək həmin vəzifədə xidmət etmiĢdi...
393
T. Talıbxanov Xeyrənnisə xanım MəmiĢ bəy qızı Mirzəca-
malova ilə ailə qurmuĢdu. Onların Hüseyn bəy adlı oğulları, Qəmər
xanım, Sürəyya xanım və Sona xanım adlı qızları dünyaya gəl-
miĢdi...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra T. Talıb-
xanovun ailəsi Türkiyəyə mühacirət etməli olmuĢdu... T. Talıbxa-
nov 1920-ci ildə vəfat etmiĢdi... (Qeyd etmək lazımdır ki, Talıbxan
bəyin qardaĢı Tapdıq bəy Talıbxanov Qacar kəndinin yüzbaısı
olmuĢ və 130 il (1862-1991) ömür sürmüĢ, 1991-ci ildə dünyasını
dəyiĢmiĢdi...). Talıbxan bəyin ortancıl qızı Sürəyya xanım (1888)
Talıbxanlı Bakıda Azərbaycan Cümhuriyyətii Parlamentində Qa-
nunvericilik ġöbəsinin rəisi iĢləmiĢdi.O, Ġstanbula gələn kimi Talıb-
xanlı soyadını qəbul etmiĢdi. Ġstanbul Universitetinin filologiya
fakultəsini bitirmiĢdi. Hələ tələbə ikən Türkiyədə publisist, ədəbiy-
yatĢünas kimi tanınmıĢdı... Sürəyya xanım Ġstanbulda Azərbaycan
Xalq Cümhuriyyətinin ən gənc və sonuncu sabiq daxili iĢlər naziri
Mustafa bəy Vəkilovla tanıĢ olmuĢdu. Mustafa bəy daxili iĢlər
naziri olanda Sürəyya xanımın atası Talıbxan Talıbxanov ġamaxı-
nın qəza rəisi iĢləyirdi və xidməti sarıdan Mustafa bəyə tabe idi.
Onlar bir-birini yaxĢı tanıyırdılar. Mustafa bəy heç vaxt ailəli olma-
mıĢdı və Ġstanbula da Azərbaycandan subay gəlmiĢdi. Beləliklə,
Sürəyya xanım Talıbxanlı və Mustafa bəy evlənmiĢdilər... Lakin
Mustafa bəyin siyasi fəaliyyəti ilə əlaqədar olaraq Avropa ölkələ-
rində, o cümlədən PolĢada uzun müddət qalmalı olduğundan yolları
ayrılmıĢdı. Onların uĢaqları da olmamıĢdı...Sürəyya xanım ikinci
dəfə azərbaycanlı mühacirlərdən professor, fizika üzrə elmlər
doktoru Məhəmməd Qarabağlı ilə ailə qurmuĢdu. Onlar sonradan
Amerikaya köçmüĢ, hər ikisi orada vəfat etmiĢdilər...
394
RÜSTƏM bəy KƏRİMBƏYOV
Rüstəm bəy (ağa) Heybət bəy oğlu Kərimbəyov 1878-ci ildə
Quba qəzasında anadan olmuĢdu. Quba qəza polisində kiçik rütbədə
polis məmuru vəzifəsində iĢə baĢlamıĢ, sonra polis pristavı və Quba
qəza rəisinin böyük köməkçisi (1-ci müavini) olmuĢdu. Rüstəm bəy
1919-cu ildə Cavad qəza rəisinin də böyük köməkçisi vəzifəsində
xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin daxili iĢlər naziri
N.Yusifbəylinin 23 oktyabr 1919-cu il tarixli 156 nömrəli əmri ilə
Rüstəm bəy Heybət bəy oğlu Kərimbəyov tutduğu vəzifədən azad
olunaraq, xidmətdə irəli çəkilmiĢ və Bakı quberniyasının Lənkəran
qəzasının rəisi vəzifəsinə (1-ci dərəcə üzrə aylıq əmək haqqı 3.000
min manat olmaqla) təyin olunmuĢdu. O, bu vəzifədə 1920-ci il apre-
lin 19-dək iĢləmiĢdi. Rüstəm bəy Kərimbəyov daxili iĢlər naziri əvəzi
ġəfi bəy Rüstəmbəylinin əmr-teleqramı ilə sonuncu tarixdən tutduğu
vəzifəsindən azad olunaraq Bakıya- DĠNin sərəncamına çağırılmıĢdı.
Bakının general-qubernatoru, general-mayor Murad Gəray
bəy Tlexasın təqdimatı üzrə cəmi 1 gün sonra, Azərbaycan Cümhu-
riyyətinin daxili iĢlər naziri Mustafa bəy Vəkilovun 21 aprel 1920-
ci il tarixli 60 nömrəli əmri ilə R. Kərimbəyov yenə xidmətdə irəli
çəkilərək polkovnik Rüstəm bəy Mirzəyevin yerinə Balaxanı-
Sabunçu polismeysteri təyin olunmuĢdu. Rüstəm bəy Kərimbəyov
Balaxanı-Sabunçu polismeysteri vəzifəsində Azərbaycanda sovet
hakimiyyəti qurulanadək (28 aprel 1920) xidmət göstərmiĢdi...
ƏYYUB bəy RƏFİBƏYOV (RƏFİBƏYLİ)
(1890-1979)
Əyyub bəy Rəfibəyov (Rəfibəyli) - Əyyub Sayğın Gəncənin
əsilli-nəsilli, məĢhur Rəfibəylilər sülaləsinin tanınmıĢ nümayəndə-
si, milli-istiqlal uğrunda mərd mübarizlərdən biri olmuĢdur. Sovet
hakimiyyətrinə qarĢı baĢ vermiĢ Gəncə üsyanın (24 may - 4 iyun
1920-ci il) təĢkilatçılarından və iĢtirakçılarından biri olan Əyyub
395
bəy Azərbaycan Xalq Cümhuriyyə-
tinin görkəmli ictimai-siyasi xadim-
lərindən Xudadat bəy Rəfibəylinin
əmisi oğlu idi.
Əyyub bəy 1890-cı ildə Gən-
cənin Bala Bağban qəsəbəsində mö-
təbər bir ailədə, Gəncə camaatının
ağsaqqalı sayılan Ələkbər Rəfibəyli-
nin (1839, Gəncə - 3 aprel 1919,
Gəncə) qardaĢı MəĢədi bəy Rəfibəy-
linin ailəsində anadan olmuĢdu. Əy-
yub bəy ilkin təhsilini Gəncə rus
liseyində almıĢdı... Hələ çarizm
dövründə qubernatorun 1909-cu il
17 sentyabr tarixli 116 nömrəli əmri ilə Yelizavetpol (Gəncə)
Ģəhərinin 3-cü hissəsinin pristav köməkçisi iĢləyən Əyyub bəyə
müvəqqəti olaraq pristav vəzifəsi həvalə olunmuĢdu. Rusiyada baĢ
verən 1917-ci il oktyabr inqilabından sonra Əyyub bəy Rəfibəyov
artıq Yelizavetpol Ģəhər Polismeysterliyinin pristavı idi.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Əyyub bəy Rəfi-
bəyov yenə Gəncə Ģəhər polisinin pristavı təyin edilmiĢ və fəaliyyət
göstərmiĢdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ərəfəsində,
1920-ci ilin aprelində Əyyub bəy Rəfibəyov Nuxa qəzasının rəisi
vəzifəsində xidmət edirdi.
Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Əyyub bəy
onunla barıĢmamıĢ, qardaĢı, Azərbaycan Milli Ordusunun Qara-
bağdakı 1-ci CavanĢir piyada alayının komandiri olan polkovnik
Səməd bəy Rəfibəyli (1891-1980), əmisi oğlu Qafar bəy və digər
Rəfibəylilərlə birlikdə müstəqilliyimizi bərpa etmək üçün Gəncə
üsyanında yaxından iĢtirak etmiĢdi. Üsyan 11-ci ordu tərəfindən qan
içində boğulduqdan sonra Əyyub bəy 1920-ci ilin iyununda bir neçə
silahdaĢı ilə birlikdə Türkiyəyə keçmiĢ, siyasi mühacir kimi orada
yaĢamıĢ və ömrünün sonunadək sovet hakimiyyətinə qarĢı mübari-
zəni davam etdirmiĢdi... Bütün digər Rəfibəylilər kimi Əyyub bəyin
də atası, qardaĢ-bacıları və qohumları sovet hakimiyyəti tərəfindən
ağır məhrumiyyətlərə düçar olunmuĢdular...
396
Türkiyəyə keçərkən Əyyub bəyin baĢına yolda qəribə bir ha-
disə gəlmiĢdi. Belə ki, o və yol yoldaĢları Qarsa Batum (Gürcüstan)
tərəfdən getməyi qərarlaĢdırmıĢdılar.Lakin iĢ elə gətirmiĢdi ki, yolları
uzanmıĢ və məcburən Ermənistan ərazisindən keçməli olmuĢdular.
Bu vaxt bir Gəncə ermənisi Əyyub bəyi tanıyıb Ermənistanın ha-
kimiyyət orqanlarına xəbər vermiĢdi və onu həbs etmiĢdilər. Canla-
rını qurtaran yoldaĢları bu haqda Ġstanbulda olan, Mustafa Kamal Pa-
Ģa Atatürkün dostu vı sevimlisi, Əyyub bəyin qardaĢı, general-
mayor Səməd bəyə (Əbdülsəməd bəy Sayqın) xəbər çatdırmıĢdılar. O
isə bunu Türkiyə Ordusunun ġərq cəbhəsinin Kol (nizami) ordu
komandanı, general Kazım Qarabəkir paĢaya demiĢdi. Kazım Qara-
bəkir paĢanın Ermənistan tərəfi ilə apardığı danıĢıqdan sonra bir neçə
ermənini dəyiĢməklə Əyyub bəy xilas edilib Türkiyəyə gətirilmiĢdi...
Əyyub bəy Rəfibəyli rus dilini təmiz bilirdi. Odur ki, Tür-
kiyədə əvvəlcə Qarsda, sonra da Ərzrumda, Trabzonda, Ġstanbulda
və Ankarada Milli Güvənlik Kurulu-Milli Əmniyyət TəĢkilatında
tərcüməçi,məsləhətçi və s. vəzifələrdə düz 40 il çalıĢmıĢ, “ Sayğın”,
yəni sayılan, hörmətli adını da qazanmıĢdı. Əyyub bəy Türkiyə
polisinin Qafqazdan gələnlərə nəzarət üzrə mütəxəssisi kimi SSRĠ-
yə qarĢı mübarizə aparmaq üçün təĢkil etdiyi partizan dəstələrinə
azərbaycanlıları cəlb etməklə məĢğul olmuĢdu. Nəzəri məĢğələ və
əməli təlim yeri Əlaziqi Ģəhərində idi...Azərbaycan SSR Xalq
Dövlət Təhlükəsizlik Komissarlığının Birinci ġöbəsinin 1941-ci ilə
aid məlumatında bildirilirdi ki, Əyyub bəy Rəfibəyov Türkiyə
KəĢfiyyat Ġdarəsinin Qars filialının rəis müavinidir və orada Sovet
Ġttifaqına göndərilən türk cəsuslarının hazırlanması ilə məĢğul olur.
Siyasi mühacir sayılan, sovet quruluĢuna və ideologiyasına
qarĢı dərin nifrət bəsləyən Əyyub bəy beləliklə, türk-əks kəĢfiy-
yatının mühüm simalarından birinə çevrilmiĢdi. O, həyatının sonu-
nacan Türkiyədə yüksək hərbi vəzifəyə yüksəlmiĢ, Mustafa Kamal
PaĢa Atatürkün böyük hörmət göstərdiyi qardaĢı, general-mayor
Səməd bəy Rəfibəyli (19 yanvar 1980-ci ildə 88 yaĢında Ġstanbulda
vəfat etmiĢdir), əmisi oğlu, Gəncə üsyanında rus-bolĢevik-erməni
qüvvələrinə qarĢı axıradək Ģücaətlə döyüĢüb ad çıxarmıĢ Qafar
bəylə (qısa müddətdə Türkiyədə hörmət qazanıb Qarsın valisi
(qubernatoru) səviyyəsinə yüksələn Qafar “Əskəran”ın (Rəfibəy-
397
linin təəssüf ki, ömrünün sonlarında gözləri tutulmuĢdu...), Gəncə
üsyanının rəhbərlərindən biri Sarı Ələkbərlə, Gəncənin general-
qubernatoru Xudadat bəyin oğlu Kamil Arran bəy və baĢqa Vətən
həsrətlilərilə birgə Rəfibəylilərin və digər nəsillərin baĢına olmazın
müsibətlər gətirmiĢ sovet hökumətinə qarĢı yorulmadan mübarizə
aparmıĢdı...
Vətən həsrətli, ömrü keĢməkeĢlərdə və mücadilələrdə keçmiĢ
Əyyub bəy Rəfibəyli 1979-cu il yanvarın 19-da Türkiyənin paytaxtı
Ankarada 89 yaĢında vəfat etmiĢ və orad dəfn olunmuĢdur. Əyyub
bəyin övladları, nəvələri və qohumları indi Ġstanbulda və Ankarada
yaĢayırlar...
ƏŞRƏF bəy TAĞIYEV (QARXUNLU)
(1867-1930)
ƏĢrəf bəy Həsən bəy oğlu Tağıyev
(tarixi ədəbiyyatda ƏĢrəf bəy Qarxunlu
kimi də yazılır) 1867-ci ildə ġirvan Dairə-
sinin Yuxarı Qarxunlu (indi Yevlax rayo-
nundadır) əsilli ailədə anadan olmuĢdu.
Kür qırağındakı Yuxarı Qarxun kəndi ilə
Yevlax stansiyasının arası 1 km.-dir.
(Qeyd: “Qarxun” qədim türk tayfaların-
dan birinin adıdır. 14-cü əsrin divan baş-
çısı, məşhur tarixçi alim Fəzlulah Rəşi-
dədinin (1280-1349) özünün məşhur “Ca-
mi
ət-təvarix”-
“Tarixlərin
cəmi”
əsərində ilk dəfə “Qarxın” adına rast
gəlinir. Özbəkistanda da bu adda tayfa olmuşdur... Səlcuq
türklərindən olan qarxunluların bir bölüyü də Azərbaycana gəlib
çıxmışdır... ”Qarxın” Azərbaycan dilində “Qarxun “ kimi işlənilir.
Qarxunluların qonşuları igidliklikləri ilə ad çıxarmış qaramanlılar
da qədim türk tayfalarındandır).
Yuxarı Qarxun ƏrəĢ qəzasının mərkəzi idi. Türklər 1918-ci
ilin iyununda Azərbaycana gələndə ƏĢrəf bəy ƏrəĢ qəzasının
398
rəisi idi. ( Haşiyə: Hörmətli tədqiqatçı-jurnalist ġəmistan Nəzirli
yazır ki, ƏĢrəf bəy ƏrəĢ mahalının bəylərbəyisi idi. Bu, düzgün
fakt deyildir. Məlumat üçün bidirək ki, 1918-1920-ci illərdə
Azərbaycanda inzibati ərazi vahidi qəza idi. Bəylərbəyilik və
bəylərbəyi isə hələ 16-cı yüzilliyin birinci yarısında yaranmıĢ və
18-ci yüzillikdə ləğv olunmuĢdu. 1747-ci ildə ləğv olunan Qara-
bağ bəylərbəyiliyinin əsasında iki müstəqi feodal dövləti - Qara-
bağ və Gəncə xanlıqları yaranmıĢdı...
ƏĢrəf bəy Həsən bəy yüzbaĢının oğlu idi. O, əsl bəy idi.
Mərdliyi, səxavəti, el-obanı birliyə çağırması və dayaq durması,
xeyir-Ģərlərində yaxından iĢtirakı ilə nüfuz qazanmıĢdı. ”Çörək-
verən” adamdır,-deyirdilər. Bunları Yevlax, Ağdam, AğdaĢ, ġə-
ki, Qəbələ, Göyçay camaatı indi də xatırlayır... ƏĢrəf bəyin Qar-
xunda, habelə AğdaĢda iki mülkü, ġəkidə isə möhtəĢəm evi vardı
(90-cı illərin əvvəllərində AğdaĢdakı mülkündən birində tarix
diyarĢünaslıq muzeyi, digərində isə rayon qəzetinin redaksiyası
yerləĢirdi...).
...ƏĢrəf bəy igid adam idi. 1918-ci il yanvarın 9-da Türkiyə
cəbhəsindən–Qars və SarıqamıĢdan qatarla geri qayıdan rus
əsgərlərinin ġəmkirin Dəllər stansiyasında tərksilah edilməsində
ƏĢrəf bəy Qarxunlunun və Adil xan Ziyadxanlının (Gəncə) baĢçılıq
etdiyi dəstələr də mühüm rol oynamıĢdı...ƏĢrəf bəy yaxın silahdaĢ-
ları Qamboy ağa Qazanpapaq oğlu Qaramanlı (Quliyev) (Böyük
M.Ə. Rəsulzadənin yaxın dostu və məsləkdaĢı), bərdəli sərrast atıcı
sarıtel Aslan və bibisi oğlu Məhəmmədlə birlikdə qəzanın qeyrətli
gənclərindən ibarət “ƏrəĢ alayı” yaratmıĢdı. ƏĢrəf bəyin koman-
danlığı altında “ƏrəĢ alayı” Qarabağa hücum edən erməni-
daĢnaklarına qarĢı vuruĢmalarda iĢtirak edib ad çıxarmıĢdı...
1918-ci ilin yayında Azərbaycana köməyə gələn türk ordusu-
nu ƏĢrəf bəy Yevlax stansiyasında qarĢılamıĢdı. Bakını xilas etmə-
yə gedən Qafqaz Ġslam (Müsəlman) Ordusunun komandanı, gene-
ral-leytenant Faruq Mustafa Nuru paĢa iyul ayında Gəncədən gələr-
kən ƏĢrəf bəyin evində qonaq olmuĢdu. Nuru paĢanı Qafqaz Ġslam
Ordusunun hərbi müĢaviri Əhməd bəy Ağaoğlu və gəncəli milli
təəssübkeĢ Nağı bəy ġeyxzamanlı müĢayiət edirdilər. ƏĢrəf bəy
Bakını düĢmənlərdən azad etməyə gedən Nuru paĢanın komandan-
399
lıq etdiyi Qafqaz Ġslam Ordusunun və Azərbaycan Cümhuriyyəti Si-
lahlı Qüvvələrinin tərkibində idi. O, türk ordusu komandanlığına
tərcüməçi kimi də cəlb olunmuĢdu...
...Azərbaycan milli-istiqlal hərəkatının fəal iĢtirakçısı olan
Ģəxs kimi dəyərləndirilən ƏĢrəf bəy Tağıyev Azərbaycan Milli ġu-
rasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında” 19 no-
yabr tarixli qanununa əsasən 1918-ci il dekabrın 7-də açılan Azər-
baycan Cümhuriyyəti Parlamentinə AğdaĢ Ģəhərindən millət vəkili
seçilmiĢdi. O, Parlamentdə “Əhrar” partiyasını təmsil edirdi. ƏrəĢ
qəzasında “Əhrar” partiyasının yerli-bölgə təĢkilatını ƏĢrəf bəy
Qarxunlu yaratmıĢdı. TəĢkilatın sıralarına ƏrəĢ, Nuxa, AğdaĢ qəza-
larının və Gəncəbasarın nüfuzlu ziyalıları və din xadimləri daxil idi.
TəĢkilatın “El” adlı qəzeti də çıxırdı. Qəzetin redaktoru əslən Zaqa-
talanın Faldar kəndindən olan Bayram Niyazi Kiçixanlı (Kiçixanov)
idi. (O,Parlamentin katibi və vəzifəsinə görə Rəyasət Heyətinin də
üzvü idi).
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ƏĢrəf bəy
lazımlı kadrlardan olaraq 1921-ci ildək hərbi tərcüməçi iĢləmiĢdi...
Lakin o baĢa düĢürdü ki, bu, müvəqqətidir. Azərbaycan Xalq Cüm-
huriyyətinin digər sabiq xadimlərindən biri kimi bolĢeviklərin onu
bağıĢlamayacağını yəqin bilirdi. Odur ki, ƏĢrəf bəy fürsət düĢən
kimi 1921-ci ilin əvvəllərində qardaĢları ilə birlikdə əvvəlcə hələ
sovet hakimiyyətrinin qurulmadığı menĢevik Gürcüstanının paytaxtı
Tiflisə qaçmıĢ, oradan isə Batumdan gəmi ilə Ġstanbula getmiĢ,
1923-cü ilədək orada qalmıĢdı... 1923-cü ildə hansı yolla isə sovet
hakimiyyəti orqanlarından “bərəaət” almıĢ və geriyə qayıtmıĢdı...
Ancaq qayıtdıqdan sonra bərk xəstələnmiĢdi...ƏĢrəf bəy ġəkidəki
mülkündə xəstə yatırdı. Bu vəziyyətini nəzərə almadan, 1924-cü il
oktyabrın 7-də onu həbs edib Bakıya aparmıĢdılar. Lakin 3 aydan
sonra günahı sübut olunmadığından Zaqafqaziya DSĠ-i Kollegiya-
sının qərarı ilə həbsdən buraxılmıĢdı.
ƏĢrəf bəy Tağıyev sovet totalitar rejiminin ilk qurbanlarından
olmuĢ, həyatı faciə ilə sona yetmiĢdir. O, 1930-cu il yanvarın 27-də
yenidən həbs edilərək, Azərbaycan SSR CM-nin 72-ci maddəsi ilə
təqsirli bilinərək (o, güya 1918-ci ildə türklər Azərbaycana gələndə
AğdaĢda dinc erməniləri talayıb, qətlə yetirib və birdə 1929-cu ilin
400
oktyabrında Yevlax yolunda Azneftin kassirini və onun mühafizə-
çisini öldürüb qarət etməkdə iĢtirak edib... Həm də güya əksinqilabi
“Əhrar” partiyasının üzvü kimi kolxoz hərəkatına və sovet hakimiy-
yətinə qarĢı təbliğat aparıb) 10 il müddətinə azadlıqdan məhrum
edilməyə məhkum olunsada, sonradan bu hökm dəyiĢdirilərək,
ölüm cəzasıyla əvəzlənmiĢ, 1930-cu il martın 3-də “xalq düĢməni”
kimi 63 yaĢında güllələnmiĢdi...
ƏĢrəf bəyin BaxĢalı bəy, Samsun bəy, Mürsəl bəy və Mustafa
bəy adlı qardaĢları, Məstan xanım adlı bacısı vardı. O, əslən ġəki-
dən olan Maral xanım adlı qadınla ailə qurmuĢdu. Onların Knyaz
(1902) və Məhəmmədəli (1912) adlı oğlu, Ceyhun adlı qızı vardı...
Ceyhun xanım Ģəmkirli Ağalar bəy Zülfüqarovun həyat yoldaĢıydı.
ƏĢrəf bəy Qarxunlu (Tağıyev) yalnız Azərbaycan SSR Ali
Məhkəməsinin 29 avqust 1989-cu il tarixli qərarı ilə hərəkətlərində
cinayət tərkibi olmadığı üçün Zaqafqaziya DSĠ-nin və Azərbay-
can SSR XDĠK-in 3 mart 1930-cu il tarixli ədalətsiz qərarı ilə ləğv
edildikdən sonra bəraət almıĢdı. ƏĢrəf bəyin Bakıda məsul vəzifədə
iĢləyən nəvəsi Kərim Məhəmməd oğlu Kərimovun bu iĢdə
mühüm rolu olmuĢdur...
QƏDİR bəy HACIBƏYOV
Qədir bəy Mehdi bəy oğlu Hacıbəyov 1874-cü ildə ġuĢa
Ģəhərində anadan olmuĢdu. UĢaqlığı ġuĢa qəzasının Əhmədağalı,
Zəngəzur qəzasının Diləli-Muğanlı kəndində keçmiĢdi. Kənddə
mollaxanada ibtidai təhsil almıĢdı. Sonra ġuĢa real məktəbində oxu-
muĢdu. ġuĢa Qəza Polis Ġdarəsinə 2-ci dərəcəli dəftərxan xidmətçisi
kimi iĢə düzəlmiĢdi. Bir müddət tərcüməçi kimi çalıĢmıĢdı. Sonra
polis pristavı iĢləmiĢdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ġuĢa qəza Ġdarə-
sində böyük köməkçi vəzifəsində iĢlərkən, Qarabağın general-qu-
bernatoru Xosrov bəy Sultanovun təqdimatı və daxili iĢlər naziri
Mustafa bəy Vəkilovun 6 dekabr 1919-cu il tarixli 103 nömrəli əm-
rilə Qədir bəy Hacıbəyov vəzifədə irəli çəkilərək ġuĢa Qəza
401
Ġdarəsinin müvəqqəti rəisi təyin olunmuĢdu.Onun böyük köməkçisi
Avetis - Ter Qukasov idi... Daxili iĢlər naziri M. Vəkilovun 1920-ci
il 6 mart tarixli 42 nömrəli əmri ilə isə o, ġuĢa qəzasının rəisi (1
dekabdr 1919-cu ildən sayılmaqla) təyin edilmiĢdi. Lakin daxili
iĢlər naziri M. Vəkilovun 21 aprel 1920-ci il tarixli 61 nömrəli yeni
əmrü ilə Qədir bəy Hacıbəyov “vəzifəsinə uyğun gəlmədiyi üçün”
həmin vəzifədən və ümimiyyətlə, DĠO-dan azad olunmuĢdu... Bu,
nazir müavini və həm də DĠN-in Dəftərxana direktoru ġəfi bəy
Rüstəmbəylinin Qarabağın general-qubernatoru X.Sultanova gön-
dərdiyi 21 aprel 1920-ci il tarixli teleqramından bəlli olur...
Dostları ilə paylaş: |