1.Riyazi imla.Elə ədəd yaz ki,orada:
a)2 təklik və 3 onluq olmasın;
b)4 təklik,4 onluqdan çox olsun;
c)2 dəfə 2 onluq,1 təklik onluqlardan çox olsun;
ç)20-dən böyük,30-dan kiçik olan onluqların sayı təkliklərin sayına bərabər olan ədədi yazın.
Yenə də maraqlı diskusiya yaranır.Şagirdlər şərti diqqətlə oxumaqla bəndlər üzrə düzgün cavabları tapırlar:
a)bəndinin cavabı – 28;
b)bəndinin cavabı – 44;
c)bəndinin cavabı – 45;
ç)bəndinin cavabı – 22 olacaqdır.
Bu tapşırıq şagirdlərin 100 dairəsində biliklərin təkrar edilməsini,biliklərin ümumiləşdirilməsinə xidmət
edir.Şagirdlərin diqqətinin və məntiqi təfəkkürünün inkişafına kömək edir.
Çalışmanın həlli onu aşmaqla toplama və çıxma üsullarının formalaşmasına kömək edir.Məsələn,28+5,28 ədədi 30
ədədindən 2 təklik azdır.Deməli,28+5=28+2+3=30+3=33 hesablamaq daha münasibdir.
2.Misalları həll edin:
a)Ən böyük ikirəqəmli ədəddə neçə onluq var?
b)Ən kiçik ikirəqəmli ədəddə neçə onluq var?
c)40 ədədin böyük,50 ədədindən kiçik olan ədəddə neçə onluq var?
ç)Sıfırla qurtaran bütün ikirəqəmli ədədləri yazmaq üçün neçə rəqəmdən istifadə etmək olar?
Şagirdlər bir o qədər də çətinlik çəkmədən ilk üç bəndəkki tapşırığı yerinə yetirərək a)üçün – 9;b)üçün – 1;c)üçün –
4;ç)bəndi üçün – 18 olduğunu tapırlar.Cavablar doğrudur.Lakin necə mühakimə apardıqları da
maraqlıdır.Məsələn,ç)bəndini yerinə yetirərkən iki üsulla mühakimənin aparılması mümkündür:
1)Həmin ədədlər:10,20,30,...,90 olar.Bu ədədlərin yazılması üçün 9 sıfır və 1,2,3,...,9 rəqəmləri lazımdır.Bu ədədlər 9
dənə olduğundan,həmin ədədləri yazmaq üçün 9+9=18 rəqəm lazımdır.
2)Sıfırla qurtaran,ikirəqəmli ədədlərin sayı 9-dur.Bu ədədlərin hər birini yazmaq üçün 2 rəqəm lazımdır.9 dəfə 2 bu edər:
2+2+2+2+2+2+2+2+2=18
Bu tapşırıq “Yüzlük” konsentrində nömrələməyə dair şagirdlərin diqqətinin və məntiqi təfəkkürünün inkişaf
etdirilməsinə dair biliklərinin təkrarına,ümumiləşdirilməsinə xidmət edir.
3.1,2,3 rəqəmlərinin köməyilə neçə müxtəlif ikirəqəmli ədəd yazmaq olar?Həmin ədədləri yazın.
Bu kombinator məsələdir,təkrarlı kombinezonların miqdarının tapılmasını tələb edir.İkirəqəmli,verilmiş rəqəmlərdən
düzəldilmiş mümkün olan müxtəlif kombinasiyaların tərtib edilməsinin düzgün qurulması tələb edilir.Hər bir kombinasiyanı
təkrara yazmamaq üçün,hər hansı mühakimə sxemi seçilməlidir.Məsələn,
ən kiçik rəqəmdən başlayaq və artma ardıcıllığı ilə
11,12,13 yazaq.Analoji olaraq 2 ilə başlayaq:21,22,
23 yazaq. Daha sonra 3 ilə başlayaq:31,32,33 yazaq.
Bu yazılışı tərtib etmək üçün qrafik köməyindən
istifadə etməklə şagirdlərə izah etmək olar.
5
8
2
6
4
3
1
7
9
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
484
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
THE EFFECT OF COOPERATIVE READING STRATEGIES ON IMPROVING READING
COMPREHENSION
Kamal SHAYEGH
1*
, Elahe EBADI
2
,Parvana PASHAYEVA
3
, Shola BAYRAMOVA
4
, Gunay BABAKHANOVA
5
1
Department of English Applied Linguistics, University of Jaen, Jaen, Spain
2
Department of English Language, Islamic Azad University, Garmsar Branch, Iran
3Department of General Linguistics, Baku State University, Baku, Azerbaijan
4Department of English Language, Azerbaijan University of Languages, Baku, Azerbaijan
5Department of English Language, Azerbaijan University of Languages, Baku, Azerbaijan
*
kamalshayegh@yahoo.com
Finding an appropriate and effective way of teaching reading comprehension is always considered as one of the most
important components of language learning by many researchers. The present study aims at investigating the effect of
cooperative reading strategies on improving reading comprehension of Iranian Intermediate EFL learners. In this research,
40 learners are selected from among 60 learners through administrating Nelson test. They are all intermediate learners
randomly assigned in two groups of experimental and control. Having taken pretest, experimental group received treatment
in cooperative reading strategies during 16 sessions whereas control group received traditional method. One week after the
last session both groups received post test. Statistical results reveal that experimental group did much better than control
group and consequently cooperative reading strategies were effective on improving their reading comprehension.
TƏLİM PROSESİNDƏ MÜƏLLİM ÜNSİYYƏTİNİN ROLU
Ülkər İmanova
Qafqaz Universiteti
ulker_imanova@bk.ru
Cəmiyyətin həyatında müəllim şəxsiyyətinin rolu olduqca böyükdür. Çünki müəllim təhsilalanların həm bilik, bacarıqlara
yiyələnməsinin, həm də , onların fizioloji, psixoloji cəhətdən düzgün inkişaf etmələrinin qeydinə qalaraq, zəngin mənəvi
keyfiyyətli şəxsiyyət kimi formalaşması üçün çalışır. Buna görə də müəllimlər şagirdlərin “ daxili dünyasının memarı”
hesab edilir. Müəllimlik peşəsində fəaliyyət göstərən hər kəs öz peşə borcunu lazımınca yerinə yetirmək üçün dərin ixtisas
biliklərinə, pedaqoji-psixoloji biliklərə sahib olmalıdır. Müəllim öz pedaqoji fəaliyyəti müddətində çoxsaylı şagird
kollektivi ilə ünsiyyətdə olur. Bu ünsiyyət zamanı müəllim müxtəlif xarakterli şagirdlərə yalnız düzgün pedaqoji-psixoloji
yanaşma üsulundan istifadə edərsə, müvəffəqiyyət əldə edə bilər.
Fərqli xarakterdə olan şagird kollektivi ilə uğurlu pedaqoji münasibət qurmaq üçün müəllimin ünsiyyət bacarığının
olması vacib amillərdən biri hesab edilir. Müəllimin ünsiyyət mədəniyyətinin olması həm şagirdlərlə, həm valideynlərlə,
həm də məktəb kollektivi ilə yaxşı münasibət yarada bilməsi üçün mühüm rol oynayan əsas şərtlərdəndir. Çünki ünsiyyət
mədəniyyəti qarşılıqlı əlaqə və fəaliyyətdə əxlaqi - etik normalara əməl etməyə əsaslanır ki, bu da müəllim və şagirdlər
arasında pedaqoji cəhətdən düzgün münasibətin yaranmasını təmin etmiş olur.
Bildiyimiz kimi, ünsiyyətin əsasını nitq təşkil edir. Odur ki, müəllim nitiqnin nə qədər dəqiq, səlis, aydın, ifadəli olması
müəllim – şagird münasibətlərinə birbaşa təsir edir. Başqa sözlə desək, müəllim nitqinin dəqiq, səlis, aydın və ifadəli olması
pedaqoji ünsiyyətdə bu və ya digər formada təzahür edir. Müəllimin şagirdlərlə ünsiyyəti dedikdə, onun həm elmi nitqi ( hər
bir mövzunu şərhetmə bacarığı ) , həmçinin təhsilalanlarla apardığı müxtəlif məzmunlu tərbiyəvi söhbətləri başa düşülür.
Hər hansı mövzunu şərh edərkən müəllim şagirdlərin yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq kifayət qədər sadə, lakin
elmi dildə izah edərək onların mövzunu aydın dərk etmələrinə nail olmağa çalışmalıdır. Əgər müəllim aydın olmayan,
mürəkkəb nitqə sahibdirsə, bu, şagirdlərin dərketmə səviyyəsinə uyğun olmadığından onların təlim prosesində çətinliklərlə
üzləşməsinə səbəb olar. Belə halın olması isə öz-özlüyündə pedaqoji prosesin keyfiyyətinə mənfi təsir göstərər.
Hər bir müəllim, xüsusən ibtidai sinif müəllimləri öz nitqi ilə kiçikyaşlı məktəbliləri həvəsləndirməli, onlarda özlərinə
inam hissini aşılamalıdır. “ Afərin” , “zəhmət olmasa” , “xahiş edirəm” və s. bu kimi ifadələr nəinki səmimi münasibətin ya-
ranmasına səbəb olur, eyni zamanda, şagirdlərin dərsə daha həvəslə və inamla yanaşmasına təsir göstərir. Bu tip ifadələr
həmçinin şagird şəxsiyyətinə edilən hörmətin təzahürü kimi də meydana çıxır. Müəllim ən gərgin və əsəbi anlarda belə
islətdiyi sözlərə nəzarət etməli, heç bir kobudluğa yol verməməli və şagird şəxsiyyətini alçaldan ifadələri işlətməməlidir.
Müəllim öz nitqi, ünsiyyət mədəniyyəti ilə hər zaman şagirdlərə nümunə olmağı bacarmalıdır. Müəllimin dolğun nitqə
sahib olması şagirdlərin də nitqinin formalaşmasına birbaşa təsir edir. Müəllim şagirdlərə düzgün danışmağı öyrətməlidir.
Bunun üçün müəllim təlim prosesində şagirdlərin fikrini düzgün və dəqiq ifadə etmələrinə fikir verməlidir. Əgər şagirdlərin
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
485
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
nitqində hər hansı nöqsan müşahidə olunarsa, müəllim bunu aradan qaldırmağa çalışmalıdır. Şagirdlərin nitqindəki qüsurları
aradan qaldırmaq üçün müəllim ardıcıl iş aparmalıdır. Ümumiyyətlə, təlim prosesinin ilk günlərindən etibarən müəllim
şagirdlərin ünsiyyət mədəniyyətinin inkişaf etdirilməsinin qayğısına qalmalıdır.
Beləliklə, ünsiyyət mədəniyyətinin olması normal müəllim-şagird münasibətinin yaranmasında və müəllimin öz
şagirdlərinə nümunə olmasında əvəzsiz rola malikdir. Müəllim təlim zamanı düzgün nitq ifadələrindən bəhrələnərək
ünsiyyət mədəniyyətinə riayət etməsi ilə bir neçə mühüm məsələnin dügün həllinə nail ola bilər. Həmin məsələlər əsasən
aşağıdakılardan ibarətdir:
- şagirdlərin mövzunu daha aydın dərk etməsi ;
- şagirdlərin dərsə olan maraq və meyllərinin daha da artırılması ;
- şagirdlərdə özünəinam hissinin formalaşdırılması və s.
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN İDARƏ OLUNMASINDA
DEMOKRATİK YANAŞMA NÜMUNƏLƏRİ
Elmir QURBANOV
Qafqaz Universiteti
equrbanov@qu.edu.az
Ölkələrin keçdiyi tarixi mərhələlərdə müxtəlif siyasi-ictimai quruluşlar təhsilin idarə olunmasında da müxtəlif
strategiyalar tətbiq olunmasına şərait yaratmışdır. Son dövrlərdə demokratik quruluşların dominantlığı təhsilə də demokratik
yanaşmanı vacib hala gətirməkdədir. Aşağıdakı bir neçə mühim nümunədə ümumtəhsil məktəblərinin idarə olunmasında
demokratik yanaşmanın əhəmiyyəti görünməkdədir.
Seçilmiş rəhbərlik.Hal hazırda bir çox inkişaf etməkdə olan ölkələrdə mövcud olan təhsil sistemi hiyerarxik diqtə üsulu
ilə idarə olunur. Yuxarıdan asağıya demək olar ki bütün qərar qəbul etmə səlahiyəti olan vəzifəlilər təyin yolu ilə vəzifəsinin
icrasına başlayır və bu təyinlər fonunda da idarə etmə sistemi avtoritar üslubla həyata keçirilir. Halbuki, demokratik
yanaşma nümunəsi olaraq məktəb rəhbərliyinin kollektiv tərəfindən seçilməsi avtoritarlığın minimallaşdırılmasına xidmət
etməklə yanaşı eyni zamanda pedaqoji prosesləri də asanlaşdırmış olar. ABŞ və Finlandiya kimi təhsildə yüksək keyfiyyət
göstəricilərinə malik ölkələrdə bu məqam çox vacib məsələ olaraq diqqət mərkəzində tutulur.
Kollektiv fəaliyyət. Şagirdlər yalnız onlarla birbaşa ünsiyyətdə olan və onlara müəyyən fənni tədris edən müəllimlərdən
deyil eyni zamanda məktəbin digər müəllimlərindən, məktəbin rəhbərliyindən, məktəb rəhbərliyi ilə müəllimlər arasındakı
münasibətdən, məktəbin idarə olunma şəklindən də təsirlənirlər. Şagirdlər onlara bu haqda birbaşa məlumat verilməsə belə,
müəllimlər otağında baş verənləri, rəhbərliyin müəllimlərlə, müəllimlərin bir-biriləri ilə münasibət və davranışlarını
müşahidə edir.
Müəllimlərin pedaqoji fəaliyyətində yaradıcılığı məhdudlaşdıran, innovasiyaların yalnız hiyerarxik əmrlə tətbiqinin
mümkünlüyünə inanan, gənc müəllimlərin yeni fikirlərinə dırnaqarası baxan və onları ənənəvi metodların qısqacında
saxlamağa çalışan rəhbərlik və idarə etmə üsulu şagirdlərin zehnində təzyiqçi, qeyri-sivil bir kollektiv/cəmiyyət modeli
formalaşdırır. Halbuki, məktəb rəhbərliyi tərəfindən seçilmiş düzgün strategiya, demokratik yanaşma müəllimlərdə
motivasiya meydana gətirməklə yanaşı şagirdlərə də nümunəvi cəmiyyət, kollektiv və müştərək fəaliyyət nümunəsi təqdim
etməkdədir.
Kurikulum və dərslik. Təhsildə standardlaşdırma və mərkəzi idarə sistemi əlbəttə ki idarəni asanlaşdırır və bu
bütövlükdə keyfiyyətin artırılmasına xidmət edir. Lakin, fərqli coğrafi mühitdə, fərqli infrastruktura sahib bölgələrdə, fərqli
etnik kökə və ya ənənəyə, fərqli yaşayış standardlarına malik olan şagirdlərə tamamilə eyni standard tətbiq etməyə çalışmaq
və onlardan eyni performansı gözləmək həm onları həm də onların müəllimlərini çətin vəziyyətlə üz-üzə qoymaq deməkdir.
Bu isə qeyri-demokratik yanaşmanın təzahürü kimi görünə bilər və həmin pedaqoji mühitdə qarşısındakının hiss və
fikirlərini nəzərə almayan rəhbərlik təzyiqinin və avtoritarlığın hiss olunmasına gətirib çıxarar.
Hər hansı bir bölgədə fəaliyyət göstərən bir məktəbdə müəyyən bir fənni tədris edən müəllimlərin birgə müzakirələri
nəticəsində mərkəzdən təqdim olunmuş tədris planına əlavələr edilməsi və üzərində uyğunlaşdırmalar aparılması
müəllimlərin pedaqoji fəaliyyət azadlığının bir hissəsi olması pedaqoji prosesin asanlaşdıracaq və ümumilikdə
məhsuldarlığı artıracaqdır. Dərslik seçimində mərkəzi idarəetmə orqanının tövsiyyələri də nəzərə alınmaqla, əlavə
materialların və müxtəlif nəşrlərin istifadəsinə şərait yaradılması sivil yanaşmanı nümayiş etdirmiş olardı.
Valideynlərlə münasibət. Şagirdlər məktəb rəhbərliyinin müəllimlərlə olan iş münasibətlərinə diqqət yetirdikləri kimi
onların (həmçinin müəllimlərin) cəmiyyət üzvləri, xüsusi ilə məktəbdə təhsil alan şagirdlərin valideynləri ilə olan
münasibətlərinə də diqqət yetirir.
Valideynlərlə iş yalnız şagirdlərin qiymət cədvəlinin müzakirə edildiyi valideyn iclasları ilə kifayətlənməməli,
valideynlərin məktəbdə gedən proseslərdən tam xəbərdar olmaları və bəzi müəyyən məsələlərdə fikirlərini ifadə etmə
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
486
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
hüququna malik olmaları, hətta birgə layihələr həyata keçirmələri müştərək fəaliyyətə nümunə olar və təhsildə daha yaxşı
nəticələr əldə olunmasına da səbəb ola bilər. Müəllim-valideyn-şagird üçbucağını ABŞ kimi inkişaf etmiş ölkələrdə
pedaqoqlar müvəffəqiyyət üçbucağı adlandırır. Mətbuatda da bu üç tərəfin məqsədyönlü əməkdaşlığının uğurlu nəticələri
mütəmadi işıqlandırılmaqdadır. Azərbaycan Respublikasında fəaliyyət göstərən Azərbaycan Beynəxalq Təhsil Mərkəzinin
(əvvəlki adı ilə “Çağ Öyrətim”) nəzdində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin bu istiqamətdəki təcrübəsi nümunə
kimi göstərilə bilər.
Sinif rəhbərləri vasitəsilə valideynlərə fərdi yanaşma, övladlarının tədrislə əlaqəli yaxud sosial-psixoloji məsələlərinin
müzakirəsi həm valideynlər həm də şagirdlər üçün problemlərin birgə müzakirəsi ilə həlli kimi demokratik təcrübə
yaşatmaqla yanaşı eyni zamanda məsuliyyət və qarşılıqlı cavabdehlik hisslərini də artırır.
Müştərək qərarlar. Valideynlər eyni zamanda məktəbin yerləşdiyi bölgənin icma üzvləri olduqları üçün və həmin
bölgədə hansı yaşayış standardlarının mövcud olduğunu hamıdan yaxşı bildikləri üçün müəyyən dərəcədə dərs materialları
da daxil olmaqla xüsusi ilə valideynlərlə birbaşa əlaqəli məsələlərdə söz sahibi olmaları vacibdir və bu cür məktəb-valideyn
müştərəkliyi şagirdlərə də nümunə təşkil edəcəkdir. Bu cür yanaşma ilə ali peşə sahibi pedaqoqlar həm icma üzvləri olan
valideynlərə həm də şagirdlərə demokratik təcrübə yaşatmış olar.
UŞAQLAR VƏ RƏSMLƏR
Ulduz MƏMMƏDRZAYEVA
Qafqaz Universiteti
star.mva.89@mail.ru
Uşaqların çəkdikləri rəsmlər onların daxili aləmindən xəbər verir.Çəkdikləri ev,insan,ağac rəsmləri və onların çəkiliş
forması bizə bir çox ipucları verir.İstifadə etdiyi rənglərdə çox şeyi özündə əks etdirir.
Uşaqlar oxuma-yazma öyrənənə qədər danışıq qabiliyyəti formalaşmadığı üçün duyğularını, sızıntılarını, qorxularını
sözlü ifadə edə bilmirlər.Ancaq çəkdikləri rəsmlər uşağın daxili dünyasını,düşüncə tərzini,ətrafı ilə olan problemləri
haqqında məlumat verir.İstifadə etdiyi kağızın böyüklüyü,fiqurların kağıza yerləşdirilməsi,rəng seçimi,onun psixi
vəziyyətini daxili aləmini yamsılayır.
Uşaqların 2 yaşından etibarən əlinə qələm keçəndə nəyisə qaralamağa başlayır.Əslində bu qaralamalarda nədənsə
xəbər verir.Böyüklər tərəfindən heç bir məna daşımayan bu qaralamalar uşağın başa salmaqda çətinlik çəkdiyi
sıxıntıları,sevincləri,şəxsiyyətlərarası münasibətləri,gözləntiləri və ümidlərinə işarədir.Uşaq yaz günü çəkdiyi ev rəsmində
tüstü çıxan bir baca çəkibsə,bu evdə həyat olduğunu ,yemək bişdiyini,ailə üzvləri arasında sevgi olduğunu göstərir.
Yer üzərində çəkilməyən və yolu olmayan bir ev, ailənin ətrafa, şəxsiyyətlərarası münasibətlərə və dostluğa qapalı
olduğuna işarədir.Bundan başqa evdə danlanan, təhqir olunan bir uşaq insan üzü çəkərkən qulaqları çəkməyə bilər.Qulaqları
çəkməyən bir uşaq danlağı eşitmək istəmədiyini,qulaqları böyük çəkən uşaq isə dinləməkdən zövq aldığını göstərir.
Uşağın çəkdiyi rəsmdə rənglərin mənasi 4 yaşından sonra bir məna daşıyır.3-4 yaş arası istifadə olunan rənglərin
gerçəkliklə heç bir əlaqəsi yoxdur.Xoşuna gələn rəngi coşğuyla istifadə edər.Sevdiyi bir insanın rəsmini çəkmək istəyəndə
sevdiyi rənglərdən istifadə edər.4 yaşından sonra rənglərdən istifadə psixoloji olaraq dəyərləndirilə bilər.Misal olaraq
xoşbəxt rəsmlərdə əsasən sarı, kədərli rəsmlərdə əsasən qəhvəyi rəng daha çox istifadə edilir.
Yaşıl rəngdən çox istifadə edən uşaq özünə güvəni olan, sözəbaxan, tez adaptasiya olan, xoşbəxt uşaqdır. Yaşıdlarına
görə daha yetkindir.Mavi rəngdən istifadə edənlər duyğularını idarə etməyi bacaranlardır.Ailəsi tərə-findən sevilən və dəyər
verilən uşaqlar isə sarı rəngdən istifadə edirlər. Ana və atanın dəstəyinə və güvəninə ehti-yac hiss edən uşaqlar bənövşəyi
rəngdən istifadə edirlər.Qara rəng isə qaramsallığı ifadə edir. Qırmızı həm güvə-ni və həyatı,həm təhlükəni və ölümü
yamsılayır.Bu uşağın şüuraltında qırmızıdan necə istifadə etməsindən asılıdır.
Uşağın çəkdiyi şəklin analizində kağızın bölmələri də çox vacibdir.Yəni kağızın üst qismi- aydınlığı, həyəcanlılığı,
pozitivliyi göstərir.Alt hissəsi hafizəni təmsil edir.Sol tərəfdə yerləşdirilmiş şəkilin sahibi daim diqqət mərkəzində olmağa
çalışan,özünü sevən biridir.Sağ tərəf isə gələcəyə istiqamətləndirilmiş xarakter tipidir.Orta-bu günü xarakterizə edir,uşağın
içində olduğu hissləri yamsılayır.Səhifənin aşağısında çəkilən kiçik fiqurlar güvənsizlik,depressiya,özünəqapanma
hallarından xəbər verir.Fiqurun orta xəttə uzaqda,sol tərəfdə yerləşdirilməsi romantik,sevgiyə ehtiyacı olan,atılan uşaqlarda
qeydə alınır.
Çəkilən insan fiqurlarının mənası.
Baş: Rəsmdə başın normadan böyük çəkilməsi romantik,sosial fobiasi olan,özünü zəkaca yaşıdlarından asağı
görən,məktəb fəaliyyəti uğurları zəif olan uşaqlardır.normadan kiçik çəkilən baş dost tapmaqda və insanlarla ünsiyyət
qurmaqda çətinlik çəkən,özünə qapanan uşaqlardır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
487
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Saçlar: Uşağın çəkdiyi rəsmdə yastılanaraq boyadığı saçlar uşağın fiziksəl olaraq daha güclü olma arzusunu
göstərir.Valideynlərin saçını yastılanaraq çəkənlər ailə içində söz sahibi olma istəyindən xəbər verir.
Ağız: qalın çəkilmiş,dişlərin göründüyü açıq bir ağız- insanlarla danışmaq istəyini,qapalı,dar ağız isə insan-larla
münasibət qurmaqdan çəkindiyi göstərilir.Pis söz danışan,söyüşdən istifadə edən uşaqlar ağzı normadan açıq çəkilir.
Gözlər: Gözün içinə gözbəbəyi çəkən bir uşaq, özünü artıq dərk edir.Məktəb yaşına çatmış uşaq gözbəbəyini çəkmirsə
deməli uşaqda əqli gerilik,daxili aləmində boşluq olduğuna işarədir
Burun: Burun, olduğundan böyük çəkilibsə özgüvəni böyük,kiçik çəkilibsə özgüvən aşağıdır.
Qollar: İki yana açılan qollar insanlarla yaxın münasibət quran,mehriban uşaqların rəsmlərində görünür.Bəzən
insanlarla yaxın əlaqədə olmaq istəyinə də bir işarə ola bilər.Gövdəyə bitişik çəkilən qollar insanlarla münasibət qurmaqda
çətinlik çəkən uşaqlarda görünür.Qolların heç çəkilməməsi xarici ətraf aləmlə heç bir ünsiyyətin olmamasına
işarədir.Valideynin qolu çəkilməyibsə deməli uşaq valideynindən lazımı diqqəti görmür mənasına gəlir.
DƏRSDƏ DİALOQ ÜSULUNDAN İSTİFADƏ YOLLARI
Veysel GÜLEN
Qafqaz Universiteti
Fəal, interaktiv təlim metodlarından geniş istifadə edilməsi şagirdlərin fəallaşdırılmasında, yaradıcı axtarışlara
qoşulmasında, bilikləri müstəqil mənimsəməsində, dərslərin maraqlı, səmərəli qurulmasında mühüm rol oynayır. Lakin
onların hər birinin özünəməxsus cəhətləri də vardır ki, müəllimlər dərsə hazırlaşarkən bunları nəzərə alır, metodları
mövzunu, uşaqların marağını, sinfin səviyyəsini nəzərə almaqla seçirlər. Çoxillik təcrübəmdən bu qənaətə gəlmişəm ki,
ibtidai siniflərdə kiçikyaşlı məktəblilərin inkişafına ən yaxşı təsir edən metodlardan biri də dialoqdur.
Məlumdur ki, təhsilin sonrakı pillələrində şagirdlər üçün zəruri olan əqli qüvvənin inkişaf səviyyəsi, tədris-idrak
fəallığı və tədqiqata maraq ibtidai siniflərdə formalaşır.
Məktəbəqədər yaşlı uşaqlarda məhz təlimin bu pilləsində mühakimə yürütməkdə və fəaliyyətdə sərbəstlik yaranır.
Bunlara nail olmaq üçünsə, ilk növbədə, sinifdə münbit təlim mühiti yaradılmalıdır. Belə bir mühit inkişafetdirici təlimin
təşkilidir. İdrak fəaliyyətinin aparıcı motivləri olan intellektual motivlər hər bir dərsdə müəllim və şagirdin qarşılıqlı
yaradıcı fəaliyyəti prosesində, müəyyən metod və üsulların köməyi ilə yaradılır. Belə üsullardan biri isə dialoqdur. Dərsdə
dialoq təşkil etmək və aparmaq şagirdlərdə problemin qoyuluşu, axtarışı, onların həlli vasitələrinin tapılması kimi
qabiliyyətlərini formalaşdırır, idrak prosesini yaradıcı axara yönəldir, öz gücünə inam hissləri aşılayır.
Tədris probleminin qoyuluşu və onun həlli metodlarını, şagirdlərin idrak fəaliyyətini praktikada necə reallaşdırmasını
nəzərdən keçirək.
Sövqedici, təhrikedici dialoq.
Dostları ilə paylaş: |