Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə57/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   53   54   55   56   57   58   59   60   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

254 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

                                      Tərəddüt etmədən o dağa vardı, 

                                      O dağda Sokratın kahası vardı. 

                                      Xaqanla baş vəzir sürüb atları, 

                                      Yol getdilər həmin bu səmtə sarı. 

Sokrat onu qəhrəmanlıqlarına görə təqdir edir, ona məsləhətlər verir və gələcəklə bağlı məlumatlar çatdırır. 

Ə.Nəvainin baş qəhrəmanı Fərhad hümanist, daxili düşüncəsinə qapılb insanlardan qaçması, səhrada vəhşi heyvanlarla 

dostluq etməsi və qayalıqlar arasında bədənini dövrəyə alıb onu tərk etməmələri tamamilə N.Gəncəvinin “ Leyli və 

Məcnun ” poemasının süjet xətdinin təsirinin nəticəsi olaraq diqqəti cəlb edir. 

Yuxarıda qeyd etdiyimiz bu kimi uyğunluqların sayını çoxaltmaq olar və bununla da N.Gəncəvi dühasının özündən 

neçə-neçə əsrlər sonra gəlmiş onlarla klassiklərimizin qidalandığı bədii mənbədir. 

 

 

 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ MİLLİ İDEOLOGİYA SƏVİYYƏSİNƏ 

YÜKSƏLDİLMİŞ MÜQƏDDƏS AZƏRBAYCANÇILIQ MƏFKURƏSİNİN TƏDQİQİ VƏ 

TƏHLİLİ 

 

İradə ƏLİYEVA  

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



almare@box.az 

 

"Dövlət, ölkə  nə  qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya 



mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların 

ümumi vətənidir. Azərbaycanlı  sözü bizi həmişə birləşdirir" 

Heydər Əliyev 

 

Xalqımızda yaşanan və yaşadılan azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarının bir ideya, eləcə də ideologiya 

istiqamətindəki fəaliyyətində olduqca zəruri və  həssas amil kimi qiymətləndirilməkdədir. Azərbaycançılıq vahid və 

bölünməz Vətən, birlik və həmrəylik, dünyanı tanımaq və dünyaya öz milli "mən"inlə tanınmaq deməkdir. Belə ki, dünyaya 

səpələnmiş 50 milyonluq Azərbaycan xalqının bu məfkurə ətrafında birləşməsi milli həmrəyliyin yaranmasında ümdə rola 

malikdir. Azərbaycançılıq amili eyni zamanda birləşdirici bir məfhum kimi qəbul olunur. Bu amil də ondan irəli gəlir ki, 

azərbaycançılıq mövcudluğu  ətrafında, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdəki bütün insanlar birləşib və 

Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılığı birləşdirici, vəhdət yaradıcı bir ideya kimi dəyərləndirirlər. Bu 

baxımdan, azərbaycançılıq ideologiyası demək olar ki, xalqımızın bütün spektorunu özündə ehtiva edir.

 

Dünya azərbaycanlılarını birləşdirən ideologiyaya müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz 

xalqımızın dahi şəxsiyyəti Heydər  Əliyevin tarixi xidmətidir. Lakin burada tarixi faktlar da mövcuddur ki, onları 

səhifələdiyimiz zaman bir çox maraqlı  məqamlara vo dəlillərə istinad etmək mümkün olur. Belə ki, qədim dövrlərdən 

başlayaraq bu günümüzə  qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini 

özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq məfkurəsi özündə əhəmiyyətli təşəkkülünü tapmışdır.  

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin hansı səviyyədə azərbaycançı olması, milli ideologiyamızın inkişafı, həyata 

keçirilməsi tarixindəki rolu barədə fikirləri araşdırarkən, eyni zamanda daha bir mühüm gerçəkliyi xatırlamaq kifayət edər 

ki, O, məfkurə olaraq meydana çıxandan bəri azərbaycançılıq idealarına bir millətin müqəddəratını  təyin edəcək qədər 

rəsmi məzmun-mündərəcə vermiş dahi kimi tariximizdə müstəsna yerini tutub. Azərbaycançılığın tarixi isə,  əslində, 

Azərbaycan xalqının tarixi qədər qədimdir. Hər  şeydən  əvvəl ona görə ki, bu və ya digər xalq etnos özünün ümummilli 

məfkurəsini -həyat fəlsəfəsini bütün mövcudluğu boyu formalaşdırır. Bu zaman tarixin elə bir dövrü gəlir ki, xalqın böyük 

mütəfəkkirlərində təmsil olunan idrakı uzun əsrlər ərzində təbii şəkildə formalaşmış həmin özünəməxsus məfkurəni formulə 

edir. Bu baxımdan, qənaətə gəlmək mümkündür ki, Ulu Öndər Heydər Əliyevin ümummilli lider mövqeyinə yüksəlməsi ilə 

tariximizdə yeni dövr - azərbaycançılıq ideologiyası təməlində milli məfkurə dövrü başladı.

 

Heydər Əliyevin tarixi xidmətləri fonunda azərbaycançılıq məfkurəsinin formalaşması davamlı təhdidlərin, ölkəmizi 

etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Beləliklə, Heydər Əliyev 

nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsivasını  həyata keçirdi, eyni zamanda, Azərbaycan 

vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli 

təlim - azərbaycançılıq ideologiyasını da yaratdı. 1993-cü ildə Ulu Öndər Heydər  Əliyev hakimiyyətə  gələndə xalqı 

səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli- mənəvi dəyərlərini qoruyub saxlayacaq, yönəldəcək 

milli sistem və ideya da ortaya qoyulmamışdı. Keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

255 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ictimai dəyərlərindən total imtina meyili Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Əlbəttə, 

cəmiyyətin ideyasızlaşdırılması meyili, bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 

1991-1993-cü illərdə Azərbaycanı idarə edənlərin aydın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlətin siyasi, 

iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamasından irəli gəlirdi. Məhz Heydər  Əlivevin 

tarixi xidmətləri fonunda azərbaycançılıq məfkurəsinin formalaşması Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn 

davamlı  təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər 

oldu. Çünki azərbaycançılıq məfkurəsi bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə 

bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışın tarixi təcrübəsidir.

 

Biz Vətənini, dövlətini, xalqını sevən vətəndaş olaraq, bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya 



dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün 

bu ideologiya, bu məfkurə mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür. Bu baxımdan da əminliklə qeyd etmək olar ki, 

Azərbaycanın yeni inkişaf mərhələsinə  qədəm qoyduğu, sürətlə dünyaya inteqrasiya olunduğu indiki vaxtda UIu Öndər 

Heydər  Əliyev tərəfindən müəyyənləşdirilmiş azərbaycançılıq  məfkurəsinin milli-ideoloji plast olaraq dərindən tədqiqi, 

onun dünya azərbaycanlıları arasında və bütövlükdə beynəlxalq miqyasda təbliği təkcə bu günün deyil, həm də sabahın 

tələbidir.

 

 

 

ƏMİN ABİD QORQUDŞÜNASLIĞIN BANİSİKİMİ 

 

Könül HƏSƏNOVA 

Bakı Dövlət Universiteti 



huquq.f@mail.ru 

 

 «Kitabi-Dədə Qorqud»un Azərbaycanda da öyrənilməsinin zəngin tarixi vardır. O qədər qədim olmayan bu tarixin 

ziddiyətli və təzadlı mərhələləri də yox deyildir. 

Hər bir mərhələnin özünəməxsus xüsusiyyətləri olduğu kimi, özünəməxsus çətinlikləri, ziddiyyətləri də vardır. Lakin 

bütün bunlara baxmayaraq hər mərhələ «Kitabi-Dədə Qorqud»un Azərbaycanda öyrənilməsində yeni səhifə açmış, abidənin 

öyrənilməsi işinə töhfəsini vermişdir.  

«Kitabi-Dədə Qorqud»un öyrənilməsinin 1920-1956-cı illərini  əhatə edən birinci mərhələsi öz üzərinə daha böyük 

vəzifələri həyata keçirməyi qoymuşdu. Çətinliklərə, maneəçiliklərə, yasaq və qadağalara baxmayaraq həmin dövrün 

ziyalıları «Kitabi-Dədə Qorqud»u Azərbaycan xalqının yaddaşına qaytara bildilər. Onun ilk mətnini işlək qrafikaya çevirib 

xalqa çatdırdılar. Bundan əlavə, yenə  həmin dövrün tədqiqatçıları «Kitabi-Dədə Qorqud»un oğuz türklərinə  məxsus 

olduğunu, onun yaranma prosesində xalqımızın fəal iştirak etdiyini, bu abidənin Qafqazda yaşayan türklər tərəfindən 

yarandığını ilk dəfə olaraq əsaslı şəkildə irəli sürdülər. Geniş və müxtəlif tipli tədqiqatlarla Azərbaycan  qorqudşünaslığının 

əsasını qoydular. 

«Kitabi-Dədə Qorqud» haqqında ilk dəfə 1921-ci ildə Azərbaycan  Darülfünunda başlayan mühazirələr az sonra öz 

miqyasına görə genişləndi. Azərbaycana işləməyə  dəvət edilmiş bir çox rus və başqa millətdən olan şərqşünaslar qədim 

mədəniyyətlərdən danışarkən «Kutadqu-bilik»lə yanaşı, «Kitabi-Dədə Qorqud» barədə məlumat verir, bu abidənin türklərə 

məxsus olduğunu, onu öyrənmək zərurətini qeyd edirdilər Bakı Darülfünunun 1923-1924-cü ilin tədris hesabatlarında 

göstərilirdi ki, bir sıra fənlər üzrə mühazirə konspektlərinin hazırlanması başa çatmışdır. «Türk ədəbiyyatı artıq tədris olunur. 

Bu  ədəbiyyatın elmi proqramı  tərtib edilib başa çatdırılmışdır.  İndi bu fənn qədim oğuznamələrdən başlayıb sonrakı 

dövrlərin bütün ədəbiyyatını  əhatə edir». Göründüyü kimi, artıq ali məktəblər üçün hazırlanan proqramlara oğuznamələr 

barədə faktlar daxil edilir, onlar haqqında məlumatlar verilir, bu da ümumilikdə Azərbaycan  ədəbiyyatının qütblərinin 

müəyyənləşdirilməsinin ilk mərhələsi kimi əhəmiyyətli idi.  

Həmin istiqamət sonralar artan sürətlə davam etdirilirdi. Bu işdə ilk növbədə yenə Ə.Abid daha çox fərqlənirdi.Onun 

1926-1930-cu illər arasında «Kitabi-Dədə Qorqud»la bağlı yazdığı əsərlər,onlarda irəli sürdüyü fikirlər bu gün də öz elmi 

əhəmiyyətini itirməmişdir. Ümumilikdə  işə onlar «Kitabi-Dədə Qorqud»un öyrənilməsində yeni mərhələ yaratdığı kimi, 

Azərbaycan  ədəbiyyatının qədim dövrlərdən başlayıb mərhələlər üzrə öyrənilməsinin düzgün dövrləşdirilməsinə imkan 

vermişdir.  Ə.Abidin 1926-1930-cu illər arasında eposla bağlı apardığı araşdırmaları geniş  və çoxcəhətli idi. Bu fikrə 

aydınlıq gətirmək üçün həmin dövrdə Ə.Abidin yaradıcılığında xarakterik olan iki məsələyə münasibət bildirmək istərdik. 

Birincisi, odur ki, Ə.Abid prof.A.Samoyloviçə həsr edilmiş “Türk el ədəbiyyatına elmi bir baxış” məqaləsində elmi-nəzəri 

fikrin genişliyinə diqqət yetirir, bu gün oğuznamələrin klassik yaradıcılıq nümunəsi olduğunu sübut etmək üçün tədqiqatın 

özünün nəzəri səviyyəsi məsələsinin kifayət qədər olmasını vacib hesab edirdi. 

İkinci məsələ isə tədqiqat materiallarının zənginliyi, onun araşdırılan mətnin əsas cəhətləri və müddəalarını əhatə etmə 

zərurəti ilə bağlı idi. O, bu mülahizələrini «Əşirət dövründəki Azərbaycan  ədəbiyyatına aid vəsiqələr» («Azərbaycanı 

öyrənmə yolu»məcmuəsi, 1930, № 3) məqaləsində daha geniş  əks etdirmişdir.  Ə.Abid «Kitabi-Dədə Qorqud»a qədər 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

256 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

məlum oğuznamələri nəzərdən keçirib eposun yaranma bazasını müəyyənləşdirməyə cəhd edirdisə, bu müəllifin hər şeydən 

əvvəl ilk mənbələrə diqqətli münasibətinin nəticəsi idi. Ə.Abid araşdırdığı bütün «Dədə Qorqud» hadisələrinə belə 

dəqiqliklə yanaşır, onların ilk qaynaqlarını, törəmə yolları  və  mərhələlərini öyrənə-öyrənə dünəndən bu günə  gəlirdi. 

Ə.Abid bu kimi səmərəli,elm üçün yeni axtarışları ilə əsrin 20-ci illərində Azərbaycan qorqudşünaslığının əsasını qoydu. 

«Kitabi-Dədə Qorqud» mətni hələ Azərbaycanda çap edilməzdən əvvəl Ə.Abid tərəfindən onun öyrənilməsinə başlandı. O, 

bir-birinin ardınca bir neçə məqalə yazdı və ilk dəfə olaraq «Kitabi-Dədə Qorqud»un Azərbaycan xalqına  məxsus olmasını 

təsdiq edən dəlilləri ortaya qoydu. 

Ə.Abid ilk dəfə olaraq «Ədəbiyyat tarixi»ni «Kitabi-Dədə Qorqud»dan başlamaq zərurətini irəli sürmüşdür. Ə.Abid 

«Azərbaycan türklərinin  ədəbiyyat tarixi» əsərində özü Azərbaycan  ədəbiyyatını «Kitabi-Dədə Qorqud»dan başlamış  və 

əsər haqqında geniş  tədqiqatını oraya daxil etmişdir.  Ə.Abidin  şəxsində Azərbaycan qorqudşünaslığı özünün yaradıcılıq 

üçün zəruri funksiyaları  həyata keçirdi, onun ilk nəzəri istiqamətlərini işləyib hazırladı. «Heca vəzninin tarixi» adlı 

məqaləsində türk şeirində hecanın tarixindən danışarkən dastandakı qafiyəli nəsrdən (səs formasında) atalar sözü və 

məsəllərə gedib çıxır, abidənin dil materialı əsasında heca vəzninin tarixini qədimlərə aparırdı. 

Ə.Abid «Kitabi-Dədə Qorqud»la bağlı  tədqiqatlarını dastanın mətni Azərbaycanda hələ  nəşr edilməmişdən qabaq 

yazıb ortaya  qoymuşdu. Bu isə onun Drezden nüsxəsinin  əlyazmasına yaxından bələd olduğunu göstərirdi. Güman ki, 

Ə.Abid bu nüsxəni Türkiyədə təhsil alarkən ələ keçirib üzünü köçürmüş, həmin mətn əsasında da dastan haqqında iri həcmli 

tədqiqat işi yazmışdır. Təəsüf ki, bu tədqiqatların bir hissəsi məhv edilib sıradan çıxarılmış, başqa bir hissəsi, həm də çox 

kiçik bir qismi «Azərbaycan türklərinin ədəbiyyatı tarixi» əsərində hələ də çap olunmamış qalmışdır. 

Qorqudşünaslığın  Ə.Abid mərhələsi ilə bağlı vacib bir məsələni də qeyd etmək lazımdır. Bu da «Azərbaycan  

türklərinin  ədəbiyyat tarixi» əsərinin  əlyazmasında onun «Dədə Qorqud» mətnlərindən istifadəyə verdiyi istinadlardır. 

Buradan görünür ki, Ə.Abid «Kitabi-Dədə Qorqud»un Drezden nüsxəsinin əlyazması əsasında bir nəşr hazırlamışdır və yeri 

gələndə  əsərlərində  həmin  nəşrə istinad etmişdir. Güman ki, bu eposun Ə.Abid tərəfindən hazırlanıb, lakin nəşr edə 

bilmədiyi əlyazması idi. Şübhəsiz ki, onun tapılıb üzə çıxarılması qorqudşünaslığımız üçün mühüm tapıntı olardı. 

 

 

 



ALTUN SƏLTƏNƏTİ CƏFƏR CABBARLININ GÖZÜ İLƏ 

 

Könül HEYDƏROVA 

Bakı Dövlət Universiteti 



konul_qalib@mail.ru 

 

Hər bir bədii  əsər müəyyən poetik gücə,  ədəbi dəyərə malikdir. Əsərin dəyəri onun bədii çəkisindən asılıdır. Onun 

bədii çəkisi isə özündə ehtiva etdiyi milliliklə, bəşəriliklə, milli idealın, milli xarakterin, milli düşüncə  tərzinin, milli 

psixologiyanın koloritiylə, bədii nümunələrdə milli-mənəvi idealların ifadəsi, milli-xəlqi ruhun əqli dərkdə ehtiva olunması 

ilə ölçülür. Əsəri dəyərləndirmək üçün onun daşıdığı ümumbəşəri ideyaların məcmusu,  əsərlərdə dövrün ictimai-siyasi 

fikirlərinin  əks olunması  və bunun milli oyanışa təsiri, bədii fikrin başlıca ifadə  tərzi kimi seçilməsi,  ədibin hansı  bədii 

çalarlarından istifadə etməsi və s. nəzərə alınmalıdır. 

Azərbaycan dramaturgiyasında həmişə aktual problem kimi qabardılan, sosial bəla kimi cəmiyyəti çuğlayan qadın 

hüquqsuzluğu və "pul hakimiyyəti" digər ədiblərimiz kimi əsərləri ümumbəşəri ideyalar daşıyıcısı olan müqtədir sənətkar 

C.Cabbarlının yaradıcılığında daha kolliziyalı şəkildə qoyulmuşdur. Onun yaratdığı qəhrəmanlar paklığı, mehribanlığı, altun 

səltənətinin puçluğunu, xəyanətin bağışlanmadığını təbliğ edirlər. Və cəmiyyətin saflaşması üçün mübarizə aparırlar.  

C. Cabbarlı əsərlərində sujet qurmaq, fərdi psixoloji xarakterlər yaratmaq yolunda çox çalışmış,  əsl peşəkar ustalığı, 

bədii texniki yetkinliyi, həyati konfliktlər, təbii monoloq və mükalimələr qurmaq məharəti göstərmişdir.  

Biz burada ölməz sənətkarın "Aydın" (1919) faciəsindən söhbət açacağıq. Həmin  əsərdə pulun, altunun əxlaqın, 

mədəni mühitin fəlakətinin baiskarı olması açılıb göstərilmişdir. Əsər müəllifin dəruni hisslərini əhatə etməsinə rəgmən çox 

təsirli və ardıcıl sujet xəttinə malikdir. Əsərdə baş  qəhrəman kimi verilən Aydın obrazı sosial mühitin eybəcər qəlibində 

formalaşmağa məruz qalan kasıb bir gəncdir. O öz idealı  uğrunda mübarizə aparmağa çalışır. Amma bu mübarizə 

düşünülmüş şəkildə, ardıcıl olmadığı üçün altun səltənətində qələbə qazana bilmir. Aydın var-dövlət sahibi olmaq, şöhrət 

qazanmaq istəyir. Amma yaşadığı mühit ona mane olur. Bu mühit onu və onun kimiləri "insan bilmir". Aydın  şöhrətin, 

varın harada olduğunu, onun yiyəsinin və açarının nə olduğunu çox gözəl bilir. Aydın düşünür ki, şöhrət və böyüklük qapalı 

bir еvdədir ki, yiyəsi altun, açarı təsadüf, qorucusu isə ölümdür. Cəmiyyətdə baş verən proseslərə güzgü tutan bu fikirlər 

tədqiq olunan dövrün ictimai xarakteristikasını aydın şəkildə əks etdirir. Bəli, altunun sahib olduğucəmiyyətin fikri hər şeyi 

altunla  əldə etməkdən, məğrurluğu altunla alçaltmaqdan, heç kəsə  əyilməyəni altuna səcdə etdirməkdən ibarət olacaq. 

Aydın şöhrətə sahib olmaq üçün altunların hökm etdiyi cəmiyyətlə mübarizəyə atılır və bu cəbhədə ilk qarşılaşdığı maddi 

cəhətdən ondan üstün olan Dövlət bəy olur.  


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

257 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Dövlət bəy milyoner oğlu, əxlaqca yüngül, gününü eyş – işrətdə keçirməyi xoşlayan gəncdir. Ətrafda elə fikir oyadır 

ki, guya hamının halına yanır, batində isə öz maddi imkanlarından çirkin məqsədlərini həyata keçirmək üçün bir vasitə kimi 

istifadə edir. O bundan Aydının həyat yoldaşı Gültəkini ələ gəirmək üçün faydalanır. Gültəkini pulla  "satın alan" Dövlət 

bəy də düşünür ki, dünyada hər bir şеy pula bağlıdır. Pul hətta şеytana namaz qıldırar. Dövlət bəy Aydının xəstə və işsiz 

olmasından, Gültəkinin əlacsızlığından, özünün maddi resurslarının bolluğundan istifadə edərək öz çirkin niyyətini həyata 

keçirməyə çalışır. Bunun üçün o Gültəkinin həyatının Aydına qədərki kəsimi ilə Aydınlı kəsimini müqayisə edərək onun 

qürurunu qırmağa, mənəviyyatını alçaltmağa çalışır. Və buna nail olur. Gültəkin daş – qaşla satın alınaraq alçaldılır. 

Buradan belə  nəticəyə  gəlmək olar ki, hüququ, namusu, ləyaqəti tapdalanan, pula satılmaq məcburiyyətində qalan 

Gültəkinin faciəsi şəxsi xarakter daşımır. Bu artıq bütün cəmiyyətin, milyonlarla hüquqsuz qadının, eybəcər sosial mühiti 

dəyişməyə qabil olmayan aydınların, altun hakimiyyətinin faciəsi idi. Gültəkin öz ləyaqətsiz əməli ilə fərdi həyatını sosial 

varlığa çevirməyə nail olmuşdur. Gültəkinin bu halında nə onu, nə də Aydını tam günahlandırmaq olmaz. Aydın altunların 

hökm etdiyi cəmiyyətdə dövlət bəylərin hökmünə qarşı mübarizə apara bilmir. O fikirləşir ki, bütün bəşəriyyətə, hətta 

tanrının özünə, bu mənəvi jandarmaya qarşı üsyan qaldırmalıdır. Qaldırır da. Amma bu nəticəsiz mübarizədir. 

Hər işi pul gücünə  həll etməyə çalışan Dövlət bəy düşünür ki, bütün dünya altun üzərində durmuşdur və bundan 

istifadə edərək Gültəkini altun əsarətinə alıb rəzilliyin köləsinə çevirir. Gültəkin buna qarşı mübarizə apara bilmir. Amma 

mübarizə Maralın (H.Cavid "Maral") mübarizəsindən fərqlənmir. Gültəkin şantyeyə gətirir və Aydınla qarşılaşır. Bu həyatın 

ironiyasıdır. İlk səhnələrdə Aydın öz idealı hesab etdiyi Gültəkinə görə  hər şeyə hazır olduğu halda, sonralar şəxsiyyətin 

deqradasiyası baş verdiyi üçün özü onu hərraca çıxarmaq istəyir. Bu isə artıq milli faciədir.Aydın həqiqət uğrunda mübarizə 

aparır. Amma onu tapa bilmir.  

C. Cabbarlı qeyd edir ki, bütün bəşəriyyətin bir məbud kimi itaət etdiyi, daim kömək umduğu, ağır fəlakətlərə yol açan 

amansız bir qüvvət varsa, o da altun, yеnə altundur. Hamı ona tapınır. Hamı ona pərəstiş  еdir.Bu bir fərdin yox, bütün 

bəşəriyyətin düşüncəsini əks etdirir. Bu bir fərdin təkcə cəhalət və nadanlığa qarşı mənəvi etirazı, altun hakimiyyətinə qarşı 

şüurlu üsyanı deyil, həm də əxlaqi dəyərləri öz əsarəti altına alan cəmiyyəti ifşa idi. 

Özünün bəşəri amalını, ideal və arzularını  həyata keçirmək Aydına qismət olmur. Amma o cəmiyyəti məhvə 

sürükləyən, mənəvi kiçilməyə səbəb olan faktorları və onların başlıca ünsürünü – altunu ifşa edə bilir.  

 

 

SEYİD HÜSEYNİN “AĞ AT VƏ AĞ ÇUXA” HEKAYƏSİ İLƏ SƏMƏD VURĞUNUN   

“ASLAN QAYASI” POEMASINDA İQTİBASIN PARAMETRLƏRİ 

Könül NƏHMƏTOVA 

AMEA , Ədəbiyyat İnstitutu 



konul.nehmetova@mail.ru 

 

Azərbaycan  ədəbiyyatı tarixində mübahisəli məqamlar vardır ki. hələ  də öz həllini tapmamışdır. Bunlardan biri də 

Seyid Hüseynin “Ağ at və  ağ çuxa” hekayəsinin iqtibasmı, yaxud yazıçı  təxəyyülünün məhsulu olmağının 

müəyyənləşməsidir. Eyni zamanda, Səməd Vurğunun eyni bir süjet əsasında yazdığı “Aslan qayası” poemasının  ədəbi 

qaynağı  dəqiqləşdirilməmişdir. Seyid Hüseynin “Ağ at və  ağ çuxa” hekayəsi ilk dəfə 1920-ci ildə “Qurtuliş” jurnalının 

ikinci nömrəsində dərc olunmuşdur. Səməd Vurğun isə “Aslan qayası” poemasını 1935-ci ildə qələmə almışdır. Hər iki əsər 

haqqında günümüzə  qədər elmi araşdırmalarda  əfsanə  əsasında yazılması ehtimalı mövcuddur ki, hələ  də sübuta yetirilə 

bilməmişdir.  Lakin bu ehtimalı təkzib edən maraqlı məlumatlar əldə etmişik. Məmməd Rahimin “Xatirələr”ində və Səməd 

Vurğunun “Aslan qayası” poemasında  bu mübahisəli məsələyə aydınlıq gətirilir. 

Səməd Vurğunun “Aslan qayası” poemasını Seyid Hüseynin “Ağ at və ağ çuxa” hekayəsi əsasında yazılmasını əsərlər 

arasında müqayisə aparmaqla da isbat edə bilirik. 

Süjetlər arasındakı eyniyyət: 

Bakı xanı Hüseynqulu xanın qızı Mahnigara bir çox xanzadələr, bəyzadələr elçi düşsələr də, heç kimə qəti bir cavab 

verməzdi. Bir gün mahnigar elan edir ki, kim onun ağ atının tərkinə atlanaraq cıdır yarışında birinciliyi qazanarsa, öz əli ilə 

toxuduğu ağ çuxa əhd-peyman nişanəsi olaraq ona bağışlayacaqdır. Ağ atı Aslan minir və yarışda qalib gəlir. Mahnigar ağ 

çuxanı Aslana bağışlamış, üstəlik ağ atı da ona hədiyyə etmişdi. 

Ruslar bakıya gəldikdə Hüseynqulu xan təslim olmaq istəmişdi. Lakin şəhərin qoşa qapısından çıxıb Sisyanovu 

qarşılayaraq açarı ona təslim edərkən, rus generalı Aslan tərəfindən öldürülmüşdür. 

Ruslar ikinci dəfə Bakıya ordu göndərdilər. Mahniyar sarayda əsir alınır. Bir gecə  şəhərdə böyük həyəcan qalxır. 

Aslan mahnigarı xilas etmək üçün təkbaşına saraya hücum edir. Ağ atın tərkinə alıb Mahnigarı qaçırır.  At  üz  tutur 

Buzovnaya sarı. Ruslar hər tərəfdən kəndi əhatə etmişdirlər. Xəzərin sahilində hündür qayanın üzərinə çatan atın gedəcəyi 

yol qalmır. Sevgililər düşmənə  təslim olmamaq üçün ağ at ilə  bərabər Xəzərin qoynuna atılıb tələf olurlar. O gündən 

qayanın adı “Aslan qayası” , yanındakı digər qayaya da “Muyniyar qayası” deyirlər. 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin