Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə67/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   63   64   65   66   67   68   69   70   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

300 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

HEYDƏR ƏLİYEV İRSİNİN TƏBLİĞİNDƏ MİLLİ İNFORMASİYA NƏŞRLƏRİNİN ROLU 

 

Solmaz SADIQOVA 

Bakı Dövlət Universiteti 



solmaz_bdu@mail.ru 

 

          Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamında  deyildiyi kimi,  “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, 

vətəndaş  cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış  və elmin, təhsilin, mədəniyyətin inkişafı  əbədi surətdə 

Heydər  Əliyevin adı ilə bağlıdır.     Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və 

Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan 

mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir.”   

       Ümummilli liderimiz Heydər Əliyevin irsi öyrənilir və təbliğ edilir, gələcək nəsillərə ötürülür. Ulu öndərimiz Heydər 

Əliyevin zəngin və  hərtərəfli siyasi irsini özündə  cəmləşdirən kitabların, biblioqrafik vəsaitlərin hazırlanması böyük 

əhəmiyyət kəsb edir. 

 Milli informasiya nəşrlərinə birinci növbədə çap olunmuş ilkin sənədləri qeyd etmək lazımdır. Belə    ilkin 

mənbələrdən Ümummilli lider Heydər  Əliyevin “Müstəqilliyimiz  əbədidir” çoxcildliyinin  46 cildliyini  qeyd etmək 

lazımdır (1997-2013) . 

 Türkiyənin Dialoq-Avrasiya Platformunun “DA Yayıncılık” nəşriyyatı Hidayət Orucovun “Heydər  Əliyev və 

Azərbaycanda milli siyasət” kitabını türk dilində   nəşr etmişdir.       Türkdilli oxuculara ərməğan olunan kitab müəllifin 

“Ekiz qardaşıma” adlı ön sözü ilə açılır. Oxucuya xitab olan ilk sözdə Azərbaycan - Türkiyə münasibətlərinin milli-mənəvi 

kökləri xatırlanıb, “Azərbaycanın sevinci - sevincimiz, kədəri - kədərimizdir” deyən Atatürkün, “Biz bir millət, iki dövlətik” 

deyən Ulu öndər Heydər Əliyevin konseptual fikirləri istiqamətində hazırkı əlaqələrin bəzi aspektlərinə toxunulmuşdur. 

           Ümummilli  lider    Heydər  Əliyev irsinin biblioqrafiyalaşdırılması sahəsində mühüm işlər görülmüşdür. “Dünyanın 

görkəmli dövlət xadimləri” seriyasından olan “Heydər  Əliyev: Biblioqrafik məlumat kitabı” (2003) müstəqil Azərbaycan 

dövlətçiliyinin inkişafında və möhkəmləndirilməsində misilsiz rolu olan Heydər  Əliyev irsinin biblioqrafiyalaşdırılması 

sahəsində atılan ilk addımdır.  

4 hissə, 8 bölmədə qruplaşdırılmış  mənbələr xronoloji ardıcıllıqla düzülmüşdür. Biblioqrafik məlumat kitabının 

“Heydər Əliyev haqqında ədəbiyyat” adlanan III hissəsində 8 yarımbölmənin verilməsi onun dəyərini daha da artırır. Bu 

bölmələr: “Böyük həyat yolundan səhifələr”, “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır”, “Azərbaycan sosial-

iqtisadi inkişafında Heydər Əliyev mərhələsi”, “Heydər Əliyev və Azərbaycan Respublikasının neft strategiyası”, “Heydər 

Əliyev irsində Azərbaycan dili və  ədəbiyyatı  məsələləri”, “Heydər  Əliyev və Azərbaycanda elm, təhsil, mədəniyyət və 

incəsənətin inkişafı”, “Azərbaycan ədəbiyyatında Heydər Əliyev surəti vəs. adlanır ki, bu da gənclərimizin mənəvi-əxlaqi 

və vətənpərvərlik tərbiyəsində, Heydər Əliyev irsinin öyrənilməsində əhəmiyyətini artırır. 

       “Heydər  Əliyev: Biblioqrafik məlumat kitabı”nın Azərbaycan, rus və ingilis dillərində elektron diski  də oxucuların 

istifadəsinə verilmişdir. 

Digər  biblioqrafik göstərici “Heydər  Əliyev və Azərbaycan elmi” adlanır. Biblioqrafik göstərici 2010-cu ildə ulu 

öndər Heydər  Əliyevin Azərbaycanda hakimiyyətə  gəlişinin 40 illiyinə  həsr olunmuşdur. Bu biblioqrafik göstəricinin 

məqsədi Azərbaycan elminin inkişafı sahəsində ümummilli liderin imzaladığı rəsmi sənədlər, elm xadimlərinə verdiyi fəxri 

adlar və mükafatlar, Azərbaycanın və dünyanın elm xadimlərinin Heydər Əliyev irsinə verdiyi qiymət, Azərbaycan elminin 

beynəlxalq əlaqələri, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Heydər Əliyev irsinin təbliği” 

şöbəsinin fonduna daxil olan sənəd və informasiya resursları haqqında oxuculara məlumat verməkdir. 

Ümummilli liderə həsr olunmuş  biblioqrafik mənbələrdən  biri də Heydər Əliyev fondunun fəaliyyətinin 5 illiyinə 

həsr olunmuşdur. Biblioqrafik vəsait  2009-cu ildə M.F.Axundov adına Milli Kitabxana tərəfindən çap edilmişdir.  

Qeyd etmək lazımdır ki,  Heydər  Əliyev Fondu 2004-cü ildə ulu öndərin siyasətini  əks etdirmək, yaratdığı milli 

dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılmışdır. Göstəricinin sonunda istifadəni 

asanlaşdırmaq üçün “Müəlliflərin əlifba göstəricisi”,”Sərlövhələrin əlifba göstəricisi”,”İstifadə olunmuş  qəzet və jurnalların 

siyahısı”adlı köməkçi göstəricilərin verilməsi onun informasiya potensialını  artırmışdır. 

.Ulu öndərə həsr olunmuş informasiya nəşrlərindən  “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I-IX  

cildlərinin köməkçi aparatı) (Qeydlər, mövzu coğrafi və şəxsi adlar göstəricisi) “ 2008 - ci ildə  çap olunmuşdur.Ümummilli 

lider, ulu öndər, XX əsrin görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər  Əliyevin fəaliyyətini  əks etdirən 

“Müstəqilliyimiz  əbədidir” çoxcildliyi 1997-ci ildən nəşr olunmağa başlanmış  və  kitabın 46 cildi çapdan 

çıxmışdır.Respublika ictimaiyyətinin, müəllimlərin, dövlət qulluqçularının və tədqiqat aparan bütün aparıcı mütəxəssislərin 

bu kitaba olan böyük tələbatı  və marağı  nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə M.F.Axundov 

adına Milli Kitabxana tərəfindən çoxcildliyin 1-9-cu cildlərinin (qeydlər,mövzu, şəxsi və coğrafi adlar göstəricisi) köməkçi 

göstəricisi tərtib edilmişdir. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

301 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

       Haqqında bəhs etdiyimiz göstəricinin davamı olan “Heydər  Əliyev. Müstəqilliyimiz  əbədidir: Çoxcildliyin X-

XXVIIIcildlərinin köməkçi göstəricisi: (Qeydlər,  şəxsi və coğrafi adlar göstəriciləri)” tərtib olunmuşdur. M.F.Axundov 

adına Milli Kitabxana tərəfindən hazırlanan bu vəsait ümummilli lider Heydər  Əliyev irsini araşdıran oxucuların və 

mütəxəssislərin “Müstəqilliyimiz əbədidir” coxcildliyinin X-XXVIII cildlərindən istifadəni asanlaşdırmaq məqsədilə tərtib 

olunmuşdur.  

       Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Çoxcildliyin XXIX-XXXXII cildlərinin köməkçi göstəricisi: (Qeydlər, şəxsi 

və coğrafi adlar göstəricisi) 2013-cü ildə  işıq üzü görmüşdür .Hər üç biblioqrafik göstəricinin,eləcə  də haqqında bəhs 

etdiyimiz informasiya nəşrlərinin Elektron Məlumat Bazası da oxucuların istifadəsinə verilmişdir.Ulu öndər Heydər Əliyev 

irsinin tədqiqi və təbliği istiqamətində aparılan işlər inkişaf etdikcə bu qəbildən olan nəşrlərin də sayı artacaqdır.  

 

 

MİLLİ UŞAQ ƏDƏBİYYATIMIZIN BU GÜNÜ VƏ SABAHI 



 

Şəfa ƏHMƏDOVA  

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



shefa.a@list.ru 

 

Müasir dövrlə ayaqlaşmağı, mütərəqqi dünya xalqları ilə  təmas yaratmağı qarşısına məqsəd qoyan, müstəqillik 



tariximizin ilk qərinəsinə doğru mətnliklə addımlayan xalqımız bu illərdə yaşayacaq yeni nəslin etik-estetik tərbiyəsinə

onun bir şəxsiyyət kimi formalaşmasına, ayıq və  həssas  şüurla gerçək ictimai-siyasi hadisələri bəşəri müstəvidə  dərk 

etməsinə  və digər problemlərin zəruri həlli istiqamətində yorulmadan çalışır. Müstəqil dövlətimiz mövcud cəmiyyətin 

sağlamlığına daha böyük töhfələr vermiş  və  gələcəkdə  də bu zəruri sahənin inkişafına zəmanət verəcək milli uşaq 

ədəbiyyatımızın bu günü və sabahı haqqında yaxından maraqlanır, bu sahənin daha da genişlənməsinə və dünya xalqlarının 

yaratdığı yazılı uşaq ədəbiyyatı ilə bir sırada dayanması istiqamətində zəruri tədbirlər planı hazırlayır və həyata keçirir.  

Bir çox nəslin yetişməsində  şərəfli bir tarix yazan milli uşaq  ədəbiyyatımızın bu günü və sabahı haqqında elmi 

mülahizələr yürütmək, gələcəyin ədəbiyyatı haqqında fikir bildirmək, bəzi hallarda isə bu sahəyə olan soyuq münasibətlərin 

səbəblərini araşdırmaq elə bugünkü gənc nəslin xeyrinə olan zəruri bir problemin müəyyən müstəvidə  həll edilməsi 

deməkdir. 

Bu günkü milli uşaq ədəbiyyatımızın yaradıcılıq cığırı ilə irəlilədikcə, bu zəruri sahənin ağırlığını çiynində saxlayan 

qələm sahiblərinin müxtəlif janrlı  əsərlərini araşdırdıqca, bizdə  gələcək uşaq  ədəbiyyatımız haqqında nikbin elmi fikir 

söyləmək imkanı yaranır. Bu gün qələmini bir an yerə qoymayan İlyas Tapdıq, Zahid Xəlil, Qəşəm  İsabəyli, Rafiq 

Yusifoğlu,  Ələmdar Quluzadə, Mərkəz Qacar, Sevinc Nuruqızı, Reyhan Yusifqızı  və digər bədii söz ustaları  uşaq 

ədəbiyyatına yeni-yeni motivlər gətirmiş, orijinal əsərləri ilə artıq dünyanın bir sıra ölkəsində tələbkar oxucuların və ədəbi 

ictimaiyyətin diqqətini cəlb etmişdir.  

Milli uşaq  ədəbiyyatımıza poetik sənətkarlığı ilə töhfələr vermiş, güclü müşahidəçilik qabiliyyətinə malik olan 

İ.Tapdıq hər bir uşaq şeirində yaratdığı illüstrativ mənzərələrlə, müxtəlif xarakter və psixologiyaya malik uşaq obrazları ilə 

bu sahəyə yenilik gətirmişdir. Kiçik yaşlı uşaqlar şəkilliliklə zəngin, onların kövrək yaddaşlarında iz salan portretli təsvirləri 

oxuduqca və xəyalından keçirdikcə bu ədəbiyyat nümunələrindən daha çox ləzzət alır, onların ədəbiyyata olan sevgisi artır. 

Elə bu baxımdan,  İ.Tapdıq yaradıcılığı  ədəbi tənqidin diqqətini cəlb etmişdir. Tələbkar tənqidçi-ədəbiyyatşünas Vaqif 

Yusifli təkcə “Təpələr” adlı  uşaq şeiri üzərində şairin yaradıcılığını ümumiləşdirərək poetik dəyərini üzə  çıxararaq yazır: 

“Bu, xalis uşaq şeiridir. Uşağa çox sadə şəkildə bir gəbə, onun üzərində nəqş olunmuş şəkil barədə əyani təsəvvür, məlumat 

verən, dəqiq informasiya yaradan (həm də necə, poetik detallarla) bir şeir. Təfərrüata varmadan deyə bilərəm ki, İlyas 

Tapdığın əksər uşaq şeirləri bax beləcə oxunaqlı, təsəvvüryaradıcı, məlumatlandırıcı şeirlərdir. Bu şeirlərin çoxunda İlyas 

müəllim Azərbaycan şeirinə məxsus alliterasiyalardan məharətlə istifadə edir (xüsusən onun yanıltmacları)”.  

Tanınmış  uşaq  şairi, nasiri və dramaturqu Zahid Xəlilin yaradıcılığına daha dərindən nüfuz etdikcə onun milli uşaq 

ədəbiyyatımızın bu günü və sabahı haqqında fikir söyləmək bir az da asanlaşır. Çünki o, bu günün və sabahın uşaq 

ədəbiyyatının konturlarını görə bilir, bu günə  qədər təsadüf etmədiyimiz fərqli motivləri bu sahəyə  gətirir, daha dolğun, 

uşaqları öz arxasınca apara biləcək müxtəlif janrlı  əsərlər yaradır. Onun son illərdə  qələmə aldığı “Dünyanın  ən balaca 

nağılları” (2002), “Orxan və dostları” (2004), “Çınqı” (2009), “Yumru Yumaq və Qumru” (2011), “Günəşi qoparmaq 

istəyən ayılar” (2013) kimi uşaq nəsri orijinallığına və bədii üslubuna görə seçilir. 

İyirmidən çox dünya xalqlarının dilinə  tərcümə olunan Zahid Xəlil bu gün də  həmin  ədəbi  ənənəni yaşadır, digər 

xalqların oxucularının sevimlisinə çevrilir. Məsələn, yaxın günlərdə Moskvada Rusiyanın tanınmış  şairi və  tərcüməçisi 

(həm də Z.Xəlilin daimi tərcüməçisi) Yuri Kuşakın  əsərlərindən və  tərcümələrindən ibarət bir toplu nəşr edilmişdir. Bu 

topluya Z.Xəlilin rus oxucularının çox maraqla qarşıladığı “Buynuzu gicişən çəpiş”, “Güzgü”, “Dünyanın  ən  ədalətli 

gözətçisi”, “İki nar”, “Dovşanın adı”, “Quyruq” və digər nağıl və pritçalar da daxil edilmişdir. Həmçinin, bununla yanaşı, 

müəllifin uşaqlar üçün qələmə aldığı “Bəri gəl, Muxtar” povesti öz dəyəri ilə diqqəti cəlb edir. Rus adət-ənənələrinə 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

302 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

yaxından bələd olan yazıçı bu mühitə də nüfuz edə bilmiş və nəticədə uşaqların marağına səbəb olan bitkin bir nəsr əsərı 

yaratmağa nail olmuşdur. 

Yaxud, bu yaxınlarda Belorus Respublikasında keçirilmiş  uşaq nəsri müsabiqəsində Zahid Xəlilin  əsərləri belorus 

oxucularının və ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş və o, yekdilliklə birinci yerə layiq görülmüşdür. Əlbəttə ki, Zahid 

Xəlilin bu son uğurları Azərbaycan uşaq ədəbiyyatının bu gününün və sabahının növbəti uğurlarının həm başlanğıcı və həm 

davamıdır desək heç də yanılmarıq.  

Keçən əsrin 80-ci illərində ədəbi mühitdə görünən, yeni yaradıcılıq üslubu ilə müasirlərindən fərqlənən və bu gün öz 

yaradıcılıq imkanlarını daha da genişləndirərək yeni-yeni orijinal əsərlər qələmə alan Qəşəm  İsabəylinin milli uşaq 

ədəbiyyatımızın inkişafındakı danılmaz rolunu müsbət dəyərləndirməliyik. Onun bir-birinin ardınca çap etdirdiyi “Üüü...” 

(1990), “Elnur, Əkil və onların başına gələnlər” (2004), “Ay külək, nə əsirsən”, “Samur at minir” (2006), “Bu şəhər mənə 

göz dağı olub” (2011), “Cin” (2013) və sair adda müxtəlif janrlı əsərləri oxucuların masaüstü kitablarındandır.  

 

 

ALMAS YILDIRIM YARADICILIĞINDA AZƏRBAYCAN 



 

Şəfəq Əlizadə 

Qafqaz Universiteti 



selizade@qu.edu.az 

 

Almas Yıldırım mühacirət  ədəbiyyatında öz dəst-xətti ilə seçilən  şairlərdən biridir. XX əsr Azərbaycan  ədəbiyyatı 



tariхinə Almas İldırım kimi daхil  оlmuş  şairin  əsil adı  Əbdülhəsəndir. Lakin uşaqlıqdan  оnu babasının adı ilə Almas 

çağırarmışlar.  Şеirlərini Almas İldırım imzasıyla dərc  еtdirdiyindən bu adla da tanınmış  və  məşhurlaşmışdır. Almas 

Yıldırımın yaradıcılığında azərbaycançılıq ideyalarının tərənnümü  əsas yer tutur. Öz yurdunu seven və bu sevgi üçün 

addım-addım izlənib Vətənindən didərgin salınmış  vətəndaş  şairin,  özünün ailəsinin başına müsibətlər gətirilməsi,  

ömrünün sonuna qədər qəriblikdə yaşayıb, dəfələrlə ölümlə üzləşməsi, vətən həsrətilə yanan ürəyinin odunu, alovunu 

şeirlərində əks etdirmişdir. Onun yaradıcılığı da eyni taleyi kimi  yarım esrə qədər öz millətindən  və oxucuların diqqətindən 

kənarda saxlanılmış varlığından xeber tutan olmamışdır. Bununla da Almas Yıldırım ikici bir qəribçiliyə məruz qalmışdır. 

Şair qurbətdə yaşamasına baxmayaraq öz məhrumiyyətlərini unudub Vətənin hər zaman qeydini çəkir, Azırbaycanın ağrı 

acılarını şerlərində dilləndirirdi.  

Hanı məni gül qoynunda doğuran, 

Xəmirimi göz yaşıyla yoğuran,,  

Beşiyimdə "layla balam" çağıran…  

Azərbaycan,mənim baxtsız anam oy…  

 Neçə ildir həsrətinlə yanam oy… 

Vətən həsrəti, qəribçilik duyğusu Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı  xəttini təşkil edir. Şairin 

Türkiyədəki yaşadığı müddət  ərzində  jurnal və  dərgilərdə  bəhs etdiyimiz motivlərdə  şeirləri nəşr etdirmişdir. Vətənini 

sevən milliyətçi  şair olaraq tanınmışdır. Yazdığı  şeirlər "Boğulmayan səs" adı altında çap olunmuşdur. Bundan başqa, 

"Azərbaycan mahnıları" adlı kitabı da mövcuddur. 

Bu gün Azərbaycanda çox az adam tapılar ki, onun "Qara Dastan"ından, "Əsir Azərbaycanım"ından xəbəri olmasın.  

 

 



 

CƏLİL MƏMMƏDQULUZADƏNİN NƏSR ƏSƏRLƏRİNDƏ QADIN OBRAZLARI 

 

Şəhla HÜSEYNOVA 

Qafqaz Universiteti 



shehla_12@yahoo.com 

 

Azərbaycan realist ədəbiyyatında müstəsna xidmətlər sahibi, xalqının arzusunu mükəmməl duyan, gözü və könlü ilə 



millətinin can dostu olan C.Məmmədquluzadənin  ədəbiyyatımızda göstərdiyi xidmətlər böyük əhəmiyyətə malikdir. 

Əsərləri əsrlərin sınağına qalib gələn yazıçının qələmi yorulmadan və tükənmədən millət, xalq üçün fəaliyyət göstərmişdir. 

Usanmadan  ədəbiyyata xidmət edən yazıçının yaradıcılığında qələmindən dövrün sınaqlarından üzü ağ  çıxan  əsərlər yer 

almışdır. Bu əsərlərin  əksəriyyətində dövrün qadınlarının acınacaqlı halları göstərilmişdir. Bu cür xoş  gəlməyən “xəstə 

düşüncələrin” hakim olduğu cəmiyyətdə qadın obrazlarını tam fərqli şəkildə ədəbiyyata gətirmək yeni bir hadisə idi.    

C.Məmmədquluzadənin nəsr  əsərlərində rol alan qadın obrazları özünəməxsus xüsusiyyətləri ilə biri digərindən 

fərqlənir. Qadınların qayğısına qalan, onların hallarına acı-acı yanan C.Məmmədquluzadə əsərlərində bu obrazları taleyinə 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

303 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

boyun  əymək məcburiyyətində qalan, etiraz etmək istəsələr belə, bunun faydasızlığını anlayan, cahilliyin qurbanına 

çevrilən, qayğılarla yüklənmiş obraz olaraq təsvir etmişdi.  

“Danabaş kəndinin əhvalatları” povestində taleyi ilə barışmaq istəməyən, öz etirazını bildirsə də, dövrün ona nahaqq 

etirazını qəbul etmək məcburiyyətində qalan Zeynəb yazıçnın ən uğurlu qadın obrazları sırasına daxildir. Zeynəbin taleyinə 

qarşı çıxması bir qadının simasında dövrün yazılmamış, qeyri qanuni qanunları ilə razılaşmaması ilə əlaqəlidir. Xudayar bəy 

Zeynəbin ərinə sadiq olmasına baxmayaraq, “dosutunun” var-dövlətinə sahib olmaq üçün qadını bir vasitə olaraq görür və 

onun göz yaşlarına məhəl qoymadan bu murdar niyyətini həyata keçirməkdən əl çəkmir. Povestdə yer alan surətlər içində 

Ziba, Fizzə, Şərəf və İzzət adlı qadın obrazları da dövrün onlara rəva gördüyü tale ilə barışmalı olurlar. 

C.Məmmədquluzadənin nəsr  əsərlərində yer alan qadın obrazlarının  əksəriyyəti ictimai qanunların qurbanlarına 

çevrilirlər. Onların taleləri özləri tərfindən deyil, digərləri tərəfindən həll olunur. Xüsusilə, ailə həyatı qurmaq məsələsində 

bu naçar qalan qızların ürək ağrıdıcı məqamlarını yazıçı aydın və açıq şəkildə göstərməyə ciddi şəkildə cəhd etmişdir.  

“Qəssab” hekayində  Məşədi Məhəmmədəlinin qızını övrət etmək istəyən Qəssab Şamilin bu niyyətinə cavab olaraq 

həmin ailəyə yaxşı ət verib, verməməsindən asılı olaraq dəyişir. Belə ki, əgər Məşədi Məhəmmədəli qəssabın verdiyi ətdən 

razı qalırsa, o zaman qızını ona vermək istəyini bildirir. Əks halda isə bu niyyətindən əl çəkir. Sonda bu arzusunu nail olan  

Məşədi Məhəmmədəlinin simasında bir daha qızının taleyinə biganə ata obrazı ilə qarşılaşmış oluruq. 

Zirvələri fəth etmiş yazıçının bir neçə nəsr əsərində yer alan qadın obrazlarını onların hallarına acıyaraq təkcə ağrı-acı 

ilə yüklənmiş  şəkildə  təsvir etməmişdir. Bu tip əsərlərdə komik qadın obrazlarına yer verməklə onların xarakterlərini 

açmağa müvəffəq olmuşdur. Düzdür, bu tipləri gülüş obyektinə çevirən onların maarifsizlikləri ilə əlaqəli olsa da, bu gülüşü 

“şirin gülüş” adlandırmaq olar. “Pirverdinin xoruzu” əsərində yer alan qadın obrazı olaraq Həlimə xalaya diqqət yetirsək, 

görərik ki, yazıçı bu obraz vasitəsilə komik qadın obrazını yaratmağa nail olmuşdur. Belə ki, Həlimə xala çörək bişirərkən 

yardıma ehtiyacı olduğu üçün əri Qasım əmini başqa kənddən bacısı Zibeydəni gətirməyə göndərir. Bundan cana gəlmiş kişi 

məcbur kəndə yollanır. Lakin Molla Cəfərin məsləhəti ilə  Pərinisə adlı bir qadını özünə övrət edib, geri dönür. Sonda 

qadınların yollaşa bilməməsi onları gülüş obyektinə çevirir. 

Əsrlər keçməsinə baxmayaraq, bu məsələlər hələ də bəzi bölgələrimizdə öz aktuallığını qoruyub saxlamaqdadır. Ürək 

açıcı məqam olmasa da, bunu etiraf etmək məcburiyyətindəyik. Nəzərə alsaq ki, demokratik bir ölkədə bu cür məsələlərin 

öz əksini tapması gələcək nəsillər üçün nümunəvi bir yol deyil. Bu məsələni köklü şəkildə həll etmək üçün ilk öncə xalqın 

təfəkküründən bu cür yad anlayışları silmək lazımdı. 

 

 

 



İSA MUĞANNANIN "CƏHƏNNƏM" ROMANI HAQQINDA 

 

Şəmil SADIQOV 

AMEA , Ədəbiyyat İnstitutu 



shamilsadiq@mail.ru 

 

İsa Muğannanın "Cəhənnəm"  əsəri müstəqillik dövrü ədəbiyyatımızın dəyərli  əsərlərindən olduğu qədər 



ədəbiyyatşünaslığımız baxımından da  maraqlı  əsərdir. Modernist romana xas olan "keçmişə qarşı indiki zamanın daha 

üstün tutulması" metodu tam şəkildə əks olunub.  

 "İdeal" romanından sonra İsa Muğannanın mövzusunun artıq yerdən yox, göylə yerin vəhdətindən alındığını görmək o 

qədər çətin deyil. Qulu Ağsəsin təbirincə desək, İsa Hüseynovun bütün yazdıqlarının mayası yerdən, torpaqdan götürülüb. 

Yəqin elə ona görə biz İsa müəllimi sevir və təqdir eləyirik. Çünki biz yer adamlarıyıq, boyumuz torpaqdan olsa-olsa onca 

qarış yuxarıdı. Muğannaya (özü demiş) bütün yazdırılanların mayası isə göydən, Tanrıdan tutulub. 

Azərbaycan nəsrinə yeni bir yozum, ədəbi baxış, üslüb gətirən yazıçının "Cəhənnəm"  əsəri bədii estetik zövq 

baxımından çox maraqlı əsərdi. İlk olaraq əsərin adı adamın diqqətini çəkir. "İdeal" romanı ilə tanış olanlar bu sərlövhədən 

bir çox istiqamətlərə yönəlir və əsəri oxumaq üçün tələsir. Bu yazıçının ustalıqla seçdiyi priyomdur. Çünki bir çoxları İsa 

Muğannanın dini dünya görüşünün nə olduğunu tam dəqiqləşdirə bilməyib. Hələ  də isa Muğannanın heç bir dinə 

inanmadığını düşünənlər bu ifadəni oxuyan kimi "deyəsən, İsa Muğanna nəsə fikrini dəyişib" deyə düşüncəyə qapılır, bunu 

dərk etmək üçün həvəslə oxumağa başlayır. Yazıçı üçün ilk növbədə oxucunu öz aurasına salmaqdır. Bunu da "Cəhənnəm" 

romanı layiqincə bacarıb.  Əsərin ilk səhifəsində "Cəhənnəm deyilən, doğrudan da, varmı ya yoxdur? Ömrü onsuz da 

işgəncələr içində keçən insanı bir daha, özü də daima əzaba salmağa hansı vicdansız yaradıcıya lazım olub?" kimi cümlə ilə 

başlamaq intellektual oxucunun diqqətini cəlb etmək üçün ən yaxşı motivasiyadır. Bunu oxuyan və  bəşəriyyətin halına 

bələd olan oxucu əsəri acgözlüklə qarşılayır.  Əgər bu ifadəni oxuyan dindar oxucudrsa, onun da diqqətini çəkir. Lakin 

həmin oxucu bəsirət gözünü bağlayıbsa, həyata yalnız bir pəncərədən baxırsa, o zaman əsər də, müəllif də elə həmin andan 

onun üçün bitmişdir. Ona görə də İsa Muğanna yaradıcılığı oxucusundan mütaliləli olmağı, şərq və qərb fəlsəfəsini, tarixini 

yaxşı bilməyi, siyasi prosesləri isə analiz etmə bacarığı tələb edir.  


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

304 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Əsərin ilk səhifəsində yaradılan bədii ziddiyyət oxucuda çaşqınlıq yaradır. Çünki vediyi iki cümləlik fikirdən sonra 

əminliklə "Var cəhənnəm",- deyir. Bu ifadə o qədər inandırıcı səslənir ki, artıq şübhə etmirsən. Üstəlik müəllif ənənəsinə 

sadiq qalaraq burda da öz dilindən danışır və hadisələri şahidlik yolu ilə izah edir.  

Bu dünyadan sonra başqa bir dünyanın olduğunu mifik düşüncə də, bütün dinlər də söyləməkdədir.  

Və beləcə oxucusuna "fantastikasız fantastika" deyə-deyə  gərgin, düşündürücü, beyni şoka salan fikirlərlə bir həzz 

yaşadır. Oxucu kitabı əlindən yerə qoyduğu zaman ağlından keçən ilk olan budur: görəsən bunlar doğru ola bilərmi? Bu isə 

yazıçının məqsədinə çatması, ideyasına inandırması deməkdir.  

*** 

İsa Muğanna "İdeal" əsərində oda olan münasibətini bəyan etmiş, onu "həqiqət" adlandırmışdır.  Türk mifologiyasına 



diqqət etsək, oda münasibət İslam dinindən və şərq fəlsəfəindən tamamilə fərqlidir. Qədim türk xaqanlarının yanına gələn 

elçilərin odun arasından keçirilməsi və ya tullandırılması saflaşma  əlaməti idi.  Od Qədim türklərə görə ocağın (ev, ailə) 

ruhunu özündə ehtiva edirdi. Şamanizmə görə də hər kəs öz odunun, yəni ocağının ruhunu qorumalı idi. Odu sönmək, ruhun 

ölümü demək idi. İsa Muağannaya görə,  təhrif ayələr, təhrif fikirlər Odun mahiyyətini dəyişib.    

Əsər boyunca oxucu İsa Muğannanın cəhənnəm anlayışı və mahiyyəti ilə tanış olur. Müəllifə görə Quranda haqqında 

danışılan, təfsirlərdə izahı verilməyə çalışılan cəhənnəm odu heç də  təqdim edildiyi kimi deyil. Bizim başa düşdüyümüz 

kimi tonqal qalayıb insanları milyon dərəcə selsi istilik əldə edib odda yandırmaq sadəcə  təhrifdir. Çünki ideal heç bir  

zaman materiya ola bilməz.  İnsan sözdür, insan işıqdır, insan vicdandır. Onu yandırsa, yandırsa vicadn əzabı yandırar. 

Yuxarıda deyilənlər isə sadəcə cahil insanı qandırmaq üçün işə yaraya bilər.  

*** 


"Cəhənnəm" romanı fantastika janrının da ədəbiyyatımız üçün maraqlı nümunələrindəndir.   Romanın növləri 

baxımından yanaşsaq, tarixi-fəlsəfi roman adını da vermək mümkündür. Çünki əsərdə Azərbaycanın cənublu, şimallı tarixi 

taleyi üzərində qurulan süjet, daha çox müəllifin təxəyülünün sayəsində genişlənib. Müəllifin təqdim etdiyi faktlar, 

ümumiləşdirilmiş Bünyad, Səməd, Musa, xalq obrazı Muğannalar və onların tarixi keçmişi həqiqətləri əsərin tarixi roman 

janrına yaxınlığını göstərir. Lakin əsərdə Səməd Əmirlinin, Qumralın, Sərvinazın, Musanın bəşər övladı və Tanrı kultuna 

özünəməxsus münasibəti, Cəhhənnəm və Cənnət kimi fəlsəfi bir ideyanın problematikası əsərə fəlsəfi bir roman ab-havası 

gətirir. 

Roman içində roman yanaşması baxımından, mövzu, ideya, yozumların mistika ilə siyasətin vəhdəti aspektindən  

"Cəhənnəm" romanı Mixail Bulgakovun "Master və Marqarita" romanını xatırladır. Digər bir tərəfdən də mövzu Hötenin 

"Faust", Hüseyn Cavidin "İblis" əsərlərində də öz həllini geniş tapıb.  

 

 

 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin