Təəssürat sferasının pozuntuları
Bu ad altında təsvir olunan mənəvi hissiyyatlarda əlaqədar proseslər emosiyalar
adlanır. Emosiyalar insan həyatının bütün cəhətlərini: əmək fəaliyyətini,
istirahətini, adamlar arasında ünsiyyəti və.s.-ni daima müşayiət edən, onun əxlaqi
davranışına təsir göstərən proses olub müxtəlif qıcıqlara qarşı orqanizmin
mürəkkəb psixofizioloji reaksiyasıdır. Emosiyaların təsiri altında insan özünə xoş
gələn nə varsa ona doğru meyl göstərir və əksinə xoşagəlməyən qıcıqlardan
uzaqlaşmağa çalışır.Təəssüratla bağlı olan hisslərimiz nəinki psixoloji, bioloji, eyni
zamanda sosioloji bir prosesdir. Emosional reaksiyaların rəngarəngliyi,
coşğunluğu, davamlılığı və s. Hər bir adamın yaşı, intellekti, mədəni səviyyəsi,
xasiyyəti və digər şəxsi keyfiyyətləri ilə sıx bağlıdır. Belə ki, iki eyni cür sevinən
və ya əsəbiləşən adam yoxdur. Hər kəsin özünə məxsus gülüş və kədərlənmə tərzi
vardır.
Emosiyaların başlıca mənbəi instiktiv tələblərimizlə əlaqədar olan hərəkətlərdir
desək səhv etmiş olarıq. Axı, belə ibtidai emosiyalar – yeməklə, yatmaqla və s.
əlaqədar olan müsbət və mənfi hisslər heyvanlarda da vardır. Bununla belə
emosiyaların yaranmasında instiktlərin rolunu inkar etmək olmaz. İnsan üçün daha
məzmunlu, zəngin və olduqca mürəkkəb olan ali (yüksək) emosiya vardır. Ali
emosiyaların mənbəi estetik tələblərimizi ödəyən qıcıqlardır. Bunlara musiqi,
incəsənət, gözəllik, məhəbbət, dostluq, vətənpərvərlik və s. Aiddir. İnsanın mədəni
səviyyəsi, zövqünün zənginliyi ali emosiyaların xüsusi çəkisini müəyyən edir.
İnsan “yemək üçün yaşamır, yaşamaq üçün yeyir”, yaxud Nizami Gəncəvinin
“Eşqsiz bir insan bir neydir qırıq, yüz canı olsa da öldür artıq” kəlamları yuxarıda
deyilənləri əks etdirir.
Emosional halın dəyişməsi orqanizmin bütün orqan və sistemlərinə təsir
edərək olduqca mürəkkəb bioloji reaksiyalara səbəb olur. Məsələn, müsbət
emosional reaksiyalar zamanı qanda şəkərin, katexolaminlərin miqdarının, mənfi
emosional reaksiyalar da isə adrenolunun, serotinin miqdarının artması buna misal
ola bilər.
İnsan daima xarici və daxili aləmdən gələn qıcıqların təsiri altında ya
şənlənir, ya da məyus olur. Xəstəlik nəticəsində müydana çıxan ağrı, aclıq,
soyuğun təsiri və s. narazılıq hissi xoş xəbər, yaxın dostu ilə görüş isə razılıq hissi
yaradır. Bütün bunlar bütövlükdə insanın bu və ya başqa anda meydana çıxan
əhvali-ruhiyyəsini müəyyən edir. Əhvalın orta həddi qıcıqların cəminə bərabər
olur. Gün ərzində bu göstəricilər dəfələrlə dəyişə bilər. Əhvali-ruhiyyənin
19
vəziyyəti hər bir şəxsin anadangəlmə fərdi xüsusiyyətləri, temperamenti, xasiyyəti
ilə də əlaqədardır. Həyatda nikbin adlandırdığımız şəxslər əhvalı bəbbin
adamlardan kəskin surətdə fərqlənir. Az əhəmiyyətli, mənfi bir qıcıq nikbin
adamların vəziyyətinə bəzən heç bir təsir göstərmədiyi halda, bədbin adamlarda
xeyli müddət davam edən məyusluğa səbəb olur.
Güclü qıcıqların təsiri altında (məsələn, yaradıcılıqla məşğul olmaq, sevmək)
meydana çıxan və uzun müddət davam edən emosional hala etiras deyilir.
Emosional halın dəyişməsini əks etdirən zahiri əlamətlərə aşağıdakılar aiddir:
1)Mimiki reaksiyalar; 2)Hərəkət reaksiyaları; 3)Vegetativ-visseral reaksiyalar.
Bu reaksiyalar insanın razılıq, həm də narazılıq hisslərinin əks etdirən obyektiv
əlamətlər olmaqla hər adamda özünəməxsus tərzdə təzahür edir. Məsələn, ucadan
gülmək heç də müsbət qıcığın gücünü göstərmir. Uşaqları, intellekti aşağı olan
çəxsləri güldürmək yaşlılara, ağıllı adamlara nisbətən xeyli asan olması hamımıza
yaxşı məlumdur.
Emosional halın güclü və qısamüddətli dəyişməsinə affekt deyilir. Affektə,
başqa sözlə, mənəvi sarsıntı, etirasın coşması və ya emosional partlayış da demək
olar. Affekt fizioloji (normal) və patoloji (qeyri-normal) olmaqla iki formaya
bölünür. Fizioloji affekt adkvat qıcıqlar nəticəsində yaranır, bu zaman düşüncə
pozulmur, ona görə də şəxs ictimai təhlükəli hərəkətlər etmir, edərsə məsuliyyət
daşıyır. Fizioloji affektin səbəbi bəd xəbər, məsul bir vəzifəni yerinə yetirərkən
kobud səhv etmək, qiymətli bir şey itirmək, təhqirəməruz qalmaq və s. ola bilər.
Patoloji affekt qeyri-adekvat səbəblər nəticəsində yaranır, düşüncə bu və ya
başqa dərəcədə pozulduğundan şəxs öz hərəkətlərinə nəzarət edə bilmir. Bu zaman
ictimai
təhlükəli
hərəkət
edərsə
cinayət
məsuliyyəti
daşımır.(Bu
Azərb.Respublikasının
cinayət məcəlləsinin 11-ci maddəsində nəzərdə
tutulmuşdur). Patoloji affekt mərkəzi sinir sisteminin orqanik xəstəlikləri olan
şəxslərdə, psixopatlarda, isteriya nevrozu olan şəxslərdə müşahidə oluna bilər.
Klinikada tez-tez rast gəlinən emosiya pozuntularına aşağıdakılar aiddir:
1.Maniya – səbəsiz olaraq əhvali-ruhiyyənin yüksəlməsi ilə təzhür edən hal
olub, başlıca olaraq üç əlamətlə özünü büruzə verir: a)əhvalın yüksəlməsi;
b)hərəkətlərin fəallığı; b)nitqin sürətlənməsi.
Maniakal hal zamanı xəstə daim şən və gülərüz olur, oxuyur, oynayır, bir yerdə
qərar tuta bilmir, hərəkətləri və davranışı ilə hamını əyləndirməyə çalışır. Əsasən
maniakal depressiv psixozun maniakal fazasında və bir sıra digər hallarda rast
gəlinir.
20
2.Depressiya – səbəbsiz olaraq əhvali-ruhiyyənin enməsi olub, yuxada
göstərilən üç əlamətin (triadanın) əksinə cərəyan etməsi ilə xarakterizə olunur: a)
əhvalın enməsi; b)hərəkətlərin və v)nitqin tormozlanması. Depressiya zamanı
əhvalın enməsi o dərəcədə güclü ola bilər ki, həyya xəstə özünə sui-qəsd edə bilər.
Xəstə bütün günü qəm-qüssə içərisində olur, yeməkdən imtina edir, xarici görkəmi
ağır zərər çəkən, bədbin, ümidsiz adamı xatırladır. Belə xəstələri bir an belə
gözdən qoymaq olmaz, onları təcili stasionara yerləşdirmək və yalnız orada
müalicə etmək lazımdır.
3.Eyforiya - əhvali-ruhiyyənin az hərəkətləri, laqeyd və məzmunsuz olaraq
yeksəlməsinə deyilir. Narkomanlarda, alkoqol qəbul edən adamlarda, mərkəzi sinir
sisteminin orqanik pozuntularında rastn gəlinir.
4.Disforiya - əhvali-ruhiyyənin acıqlı, kədərli, hər şeydən narazı halda
enməsidir. Belə vəziyyət keçirən xəstə olduqca tez əsəbiləşir, ən cüzi səbəbdən
özündən çıxaraq ətrafdakıları təhqir edir, gərginlik yarada bilir. Onların qəfləti
aqressiv hərəkətlərinin qarşısını almaq məqsədi ilə lazımi tədbirlər görülməli, ilk
növbədə, xəstəxana şəraitində tibbi nəzarət təşkil olunmalıdır. Disforiya halı
epilepsiya zamanı, kəllə travması keçirmiş alkoqoliklərdə və bir sıra başqa
xəstəliklərdə təsadüf edilir.
5.Emosional ləbillik əhvali-ruhiyyənin səbəbsiz və asanlıqla dəyişməsinə
deyilir. Belə şəxslər ani olaraq bir haldan (məsələn, qəmginlikdən) digər hala (şən
hala) keçə bilir. Lakin bu zaman nə qəmginlik, nə də hal üçün xarakter olan
emosional görkəm qeyd olunmur.
6.Emosional kövrəklik – emosional zəiflik əlamətləri ilə özünü büruzə verən
hala deyilir. Bu zaman xəstə olduqca yazıq, asanlıqla göz yaşı axıtmağa hazır olan
görkəm alır. Beyinin damar, orqanik, intoksikasion və infeksion xəstəlikləri
zamanı rast gəlinir (məsələn, hipertoniya, ateroskleroz, beyin siflisi, ağır keçən
xronik alkoqolizm və s.).
7.Emosional ambivalentlik eyni zamanda iki bir-birinə zidd emosional halın
meydana çıxmasına deyilir. Məsələn, kədər və sevinc, məhəbbət və nifrət eyni
vaxtda, eyni şəxsdə təsadüf edir. Bu vəziyyət şizofreniya zamanı tez-tez rast
gəlinir.
8.Laqeydlik –yaxın adamlara, ətrafda cərəyan edən hadisələrə qarşı biganə
olmaq əlamətinə deyilir. Lakin bu zaman şəxs, marağına, instiktiv tələblərinə
laqeyd qalmır.
21
9.Emosional kütlük – emosional çatışmazlığın daha ağır forması olub
laqeydlikdən və emosional düşkünlükdən həm kəmiyyət, həm də keyfiyyətcə
fərqlənir. Xəstələrin marağı ancaq instinqtiv tələbləri ətrafında toplanır.
Xəstəxanaya görüşə gələn bacısından bir xəstə ancaq yemək üçün nə gətirdiyini
soruşar, ağır xəstə olan anası ilə nəinki maraqlanmaz, hətta bacısının bu barədə
söhbətini yarımçıq qoyaraq deyərdi: artıq onun 70 yaşı var, o, ölsə rahat olarıq,
mənzilimiz genişlənər. Emosional kütlük şizofreniyanın son dövrü üçün xarakterik
sayılan əlamətlərdəndir.
10. Qorxu – həm nevrozlar, həm də psixozlar zamanı tez-tez rast gəlinən
əlamətlərdən olub müxtəlif formalarda təsadüf edir. Nevrozlar, reaktiv hallar
zamanı rast gəlinən qorxu, gərginlik və ümumi narahatlıqla müşayiət olunur.
Sarışan hallar nevrozunda rast gəlinən qorxu zamanı şəxs ağır xəstəliklərə
tutulmaqdan, geniş meydanlardan keçməkdən, otaqda tək qalmaqdan və s.
involyusion psixozlarda isə xəstə ailə üzvlərinin başına bir iş gələcəyindən qorxur.
11.Həyəcan – həm özünün. Həm də yaxın adamlarının əmin-amanlığının
pozulması ilə diqqəti cəlb edir. Lakin bir sıra hallarda bu əlamət kədər, qorxu
hissləri ilə birləşərək daha da mürəkkəbləşir və təhlükəli xarakter alır. Qocalıqönü
psixozlarda və nevrozlarda, reaktiv depressiyalarda və bir sıra digər hallarda
təsadüf edir.
Emosional pozuntuların patofizioloji mexanizmini izah edən müxtəlif nəzriyyələr
mövcuddur. Bu sahədə ciddi tədqiqatlar aparan P.E.Simonovun fikrincə emosional
reaksiyaları tənzim edən konkret mərkəzlər deyil beyinin müxtəlif sahələrinin
müştərək fəaliyyətidir. Ali sinir fiziologiyasında aparılan bəzi eksperimental
təcrübələrdən məlumdur ki, hipotalamus və uzunsov beyinin qıcıqlandırılması
nəticəsində emosional reaksiyalarla müşayiət olunan bir sıra simpatik və
parasimpatik effektlər almaq mümkündür. Görmə qabarının bəzi nüvələrini,
subtalmik sahəni qıcıqlandırmaqla aşağıdakı reaksiyaları müşahidə etmək mümkün
olmuşdur:
1.Bədənin müxtəlif nahiyələrində və ətraflarda əks olunan xoşagələn
hissiyyatların (bəzən isə əksinə) meydana çıxması;
2.Qısamüddətli və kəskin cərəyan edən qorxu, dəhşət və ya sevinc hissi;
3.Əvvəlcə əhvalın yüksəlməsi, sonra eyforiya və daha sonra depressiya ilə əvəz
olunan emosional halın meydana çıxması və s.
22
İ.P.Pavlov və onun ardıcılları göstərmişlər ki, emosiya reaksiyalarının
patofizioloji əsasını təşkil edən beyinqabığı və qabıqaltı törəmələr arasındakı
funksional əlaqələrin pozulmasıdır.
Diqqətin pozuntuları
Psixi fəaliyyətin (düşüncənin) bu və ya başqa istiqamətə yönəlməsi və hər
hansı bir obyekt üzərində cəmlənməsi prosesinə diqqət deyilir. Diqqətin obyekti,
xarici aləmdə mövcud olan cisim və hadisələr, özümüzə aid olan, orqanizmdə
yaranan hisslərimiz, fikirlərimiz və s. ola bilər. Diqqətin hansı istiqamətə
yönəlməsi, həmin anda dominatlıq təşkil edən qıcıqdan asılıdır. Mühazirəyə qulaq
asan tələbənin üzünə baxsa da fikirləri ağır halda xəstəxanada yatan anasının
yanındadır. Buna, Əlbəttə, diqqətin qeyri-normal yayınması kimi baxmaq olmaz.
Hazırda həmin tələbənin diqqətini daha çox cəlb edən, dominat qıcıq anasıdır.
Düşüncəli olaraq diqqətin idarə olunması, ətrafda cərəyan edən bu və başqa
qıcığın hərtərəfli və aydın təsəvvür edilməsinə imkan verir. Gündəlik həyatımızda,
adətən, diqqətimiz daha maraqlı, məzmunlu obyektlərə doğru yönəlir.Normal
sayılan bu hal qeyri-ixtiyari diqqət adlanır.
Dostları ilə paylaş: |