FƏNA – [ءؤُف] fəna, yox olma, ərimə, itmə. sufi məqamlarından
biridir. Hərfi mənada yox olma, heçliyə qovuşma deməkdir. Sufi-
nin Tanrıya doğru yüksəldiyi məqamda şüurunu itirərək, mənli-
yindən keçməsi və Tanrıda əriyib getməsidir. Maddi varlıktan
sıyrılıp Hakk'a ulaşma. Fəna halı bir sufinin Allaha yaxınlaşma-
sında ən üstün dərəcələrdən biri hesab olunur. Fəna kəlməsi adə-
tən, bəqa kəlməsi ilə bir işlədilir. Misal üçün fəna fi-llah bəqa bi-
Ad
i
l
ə
N
ə
z
ə
rova
80
llah [للهآت ءآمت للهآ ٍف ءاُف]. Fəna mülkü [Fəna şəhəri]: müvəqqəti
dünya, öz varlığından keçmə.
FƏQĠH [هُمف] – fəqih, hüqşünas. Şəriət hökmlərini bilən, İslam
hüququna bələd olan kəs deməkdir. Termin olaraq isə Allah-təala-
nın vəhylə bildirdiyi əmrlərindən və peyğəmbərin hədislərindən
dini hökmlər çıxara bilən, bu hökmlərlə məşğul olan şəxsə deyilir.
FƏR [عشف] – bölmə, şöbə. əsas olanın bölmələri, onu təşkil
edənlər. Sözün kökü fərə`a dən gəlir.
FƏRZ [صشف] – dinin yerinə yetirilməsini vacib hesab etdiyi
ibadətlərə deyilir. Fərzi yerinə yetirən şəxs savab qazanar, onu
üzürlü səbəbdən yerinə yetirməyən isə axirətdə cəzalandırılar.
Fərzin iki növü var. Sözün kökü ərəbcədəki fərəzə-dən gəlir,
lazımlılıq, vaciblik deməkdir.
FƏSAD [داغف] – olmayan, yaxud yox olan şeylərə deyilir.
Fəlsəfi terminologyada ―kövn‖ sözünün ziddidir. ―Fəsədə‖ [ذغف]
yox olmaq, ortadan itmək mənasına gəlir.
FƏSAHƏT [حهاغف] – açıqlıq, aydınlıq, dilin səlisliyi. Fəsahətli
danışma. Fəsahət tələffüzün açıqlığına, səlisliyinə deyilir. Səlis,
gözəl danişan natiqə isə ―fasih‖ deyilirdi.
FƏLƏK [ٌّ هٍف] – göy üzü, səma, qədər, taleh, bəx mənalari da
vardir. Fələk sözü ilə bəzən dini-fəlsəfi ədəbiyyatda göyün qatları
da nəzərdə tutulur. Suryanicə olan fələk kəlməsi tale, qismət,
gələcəkdən xəbər vermək, kahinlik etmək [kəhanətdə olmaq]
mənalarında da işlədilir. Cəmi ―əflak‖dır [نلافأ].
FĠNALĠZM [ру. Финализм; alm. Finalismus; fr. Finalisme;
ing. Finalism; osm. tr. gaiye; ər. حَُّ
ٕىاغ] – hər şeyin bir məqsədlə
müəyyənləşdiyini, bir məqsədə yönəldiyini, yaxud hər şeyin bir
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
81
məqsədyönlülük qaydasına görə olub-bitdiyini qəbul edən görüş.
Sözün kökündə final sözü son, axır deməkdir.
FĠRAQ [قاشف] – yrılık, ayrılma, kader, hüzün. Sözün kökü
ərəbcədəki fərəqə-dir. Hərfi mənada ayırmaq, bölmək deməkdir.
Furqan [ٌالشف] sözü də buradan əmələ gəlmişdir. Bu söz Quran-i
Kərim haqqında işlədilir. Sözdən məqsəd də yaxşıyla pisi, doğru
ilə yalnışı, haqq ilə batili ayırd edən deməkdir. ―Təfqiqə‖ sözü də
buradan əmələ gəlmişdir, ayrılıq, bölücülük deməkdir.
FĠTRĠ [alm. Angerbaren; fr. Innè; ing. Innate; osm. tr. vehbi,
fitri; ər. ٌشرف] – hər hansı bir varlığın təbiətində olan, var olandan
sonra özünün qazandığı öyrənilmiş şeylərin nəticəsi olmayan,
anadanolma özü ilə var olan. Fitrət [ər. جشرف] isə yaradılma, xəlq
olunmaq deməkdir. Bəzən də insanın anadangəlmə xasiyyətlərinin
məcmusu mənasında da işlədilir.
FƏTVA / fitva [
ف
يىر ] – hökm, fitva, qanun. Daha çox dini-
fəlsəfi mətnlərdə qarşılaşılan termindir. Ərəbcədən hərfi mənada
görüşünü, məsləhətini almaq yaxud kiməsə məsləhət vermək
anlamındadır. İslam dinində xüsusilə İslam hüququnda dini
məsələlərlə əlaqəli, bu məsələlərdən başı çıxan, yaxud məsul
tutulan şəxsin verdiyi hökm və qanunlara deyilir. İslam dövlət
modelinə xas olan bu cəhət şəhərlərdə və bölgələrdə dini məsələ-
lərə, şəriətə nəzarət edən qazılar, mollalar tərəfindən verilirdi.
Müasir dünyamızda fitvaların sayı demək olar ki yox dərəcə-
sindədir. Müftü sözü də buradan əmələ gəlmişdir. Kəlmə olaraq
mənası fətva verən deməkdir.
FEODALĠZM [ру. Феодализм; lat. feodum – malikanə] –
ümumdünya tarixi tərəqqinin gedişində ictimai-iqtisadi forma-
Ad
i
l
ə
N
ə
z
ə
rova
82
siyaların əvəz olunmasından ibarət bütöv dialektik prosesin orta
həlqəsini təşkil edən ictimai-iqtisadi formasiya. Orta əsrlər dövrü
üçün xarakterikdir.
FETĠġĠZM [alm. Fetischismus; fr. Fètichisme; ing. Fetichism;
tr. Tapınakçilik; ər. خٌّرٛجٌأ, portuqalca feitice – cadugərlik] –
maddi şeylərə səciyyəvi sosial keyfiyyətlər aid edən,
mədəniyyətin yaratdığı xassələri isə təbiətə aid bir şey kimi
nəzərdən keçirən ictimai [iqtisadi, ideoloji və i. a.] münasibət və
buna uyğun baxış.
FƏAL [ər. لاؼف] – aktiv, Çox çalışan, çalışqan, canlı, hərəkətli,
aktiv. Fəaliyyət [ər. حُناؼف]– aləmə yanaşmanın səciyyəvi üsulu,
predmet üsulu; elə bir prosesdir ki, bunun gedişində insan təbiəti
təcəssüm etdirir və yaradıcı sürətdə dəyişdirir, bununla da özünü
fəal subyektə çevirir və mənimsəməkdə olduğu təbiət hadisələrini
öz fəaliyyətinin obyektinə çevrilir.
FƏLSƏFƏ [alm.=fr. Philosophie; ing. Philosophy: yun. Philia
– sevgi və sophia – bilik, hikmət] – istər varlığın [yəni təbiət və
cəmiyyətin], istərsə də insan təfəkkürünün, idrak prosesinin tabe
olduğu ən ümumi qanunauyğunluqlar haqqında elm.Var olanların
varlığı, mənası və səbəbləri haqqında ortaya çıxan sualları
cavablandırır. İlk əvvəllər bu suallara dindən və müdriklərin
söhbətlərindən cavab tapmağa çalışırdılarsa, fəlsəfə onları daha
doğru və ətraflı cavablandırdı. Fəlsəfə termininə ilk
dəfə Pifaqorda təsadüf edilir. Xüsusi elm kimi onu ilk
dəfə Platon işlətmiş və onu fərqlənmişdir. Fəlsəfə formalaşmış bir
elm kimi quldarlıq cəmiyyətində meydana gəlsədə feodalizmdə
fəlsəfə demək oalr ki özünün zirvəsində olmuşdur. İlkin fəlsəfi
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
83
görüşlərin Şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli
bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilməyə çalışlımışdır.
Filo" və "sofiya" yunan
sözləridir. "Sofiya" hikmət, "filo" isə
sevmək deməkdir."Filosofiya" - "hikməti sevmək" mənasını verir.
"Fəlsəfə" isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə
uyğun demələrindən yaranıb. Ərəblər filosofa feyləsuf deyirlər.
İlk dəfə Pifaqor özünü "filosof" adlandırıb və " Mən öz yerimi
bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola
bilməz. Mən ancaq hikməti sevə bilərəm" deyib.
FƏRD individuum [lat. individuum – bölünməz] –
Obyektlərin müəyyən növündən, cinsindən və ya sinfindən seçilib
ayrılmış təkcə, ayrıca obyekt.
FĠDEĠZM [fr. Fideisme, lat. fides – etiqad, inam] – elmi dinə
tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində
istifadəyə çalışan mürtəce təlim. Fideizm – inanma, möminlik:
Məlumatı ilahi vəhyə və imana dayandıran fəlsəfi görüş. Daha
çox irrasional bilikləri və informasiyanı əsaslandırmaq üçündür.
Fideistlərə görə insanın qəbul etdiyi rasional biliklərə irrasional
biliklər də daxil edilməlidir. Bu səbəbdən vəhy ilahi biliyi təmsil
edir və bizə həm bilmədiyimiz həm də əldə edilməsi qeyri-
mümkün olan məlumatları çatdırır.
FĠNĠTĠZM [ing. finitisme; lat. finitus – müəyyən, məhdudlaş-
dırılmış, bitmiş] – Sonsuzluq kateqoriyasının [sonsuz və sonlu]
obyektiv real məzmununu inkar edən fəlsəfi kateqoriya; bu
kateqoriya onu əsas tutur ki, nə kainatda, nə mikroaləmdə, nə də
təfəkkürümüzdə sonsuzluq mövcud deyil. İngilis dilində ―finish‖
sözü də eyni kökdəndir, son, axır deməkdir.
Ad
i
l
ə
N
ə
z
ə
rova
84
FORMA [alm. Form; fr. Forme; ing. Form; lat. Forma; yun.
Morphe, eidos. osm. tr. suret; ər. جسىط] - Şeyin xarici görünüşü,
şəkli. Bir şeyin məzmununu ifadə etmək üçün istifadə olunan
bədii vasitələr sistemi.
FORMALĠZM [alm. Formalismus; fr. Formalisme; ing.
Formalism; osm. tr. şekliye; ər. حُهكش] - İşin mahiyyəti zərərinə
olaraq, onun ancaq zahiri cəhətinə riayət etmək.
FREYDĠZM – psixoanaliz nəzəriyəsinin və metodunun adı.
Z.Freydin [1856-1939] adı ilə adlandırılmışdır. Psixologiya və
psixopatologiyada insanın bütün hərəkətlərinin başlıca amilinin
yalnız qeyri-şüuri bioloji instinktlər və meyillər olduğunu iddia
edən, insanların həyatında sosial momentləri hesaba almayan və
onların şüurlu fəaliyyətinin rolunu azaltmağa çalışan cərəyan.
Freydizmin müasir tərəfdarları. Klassik freydizmin metodoloji
xüsusiyyətləri.
FUNKSĠYA [alm. Funktion; fr. Fanction; ing. Function; osm.
tr. üfule, vazife, tr. Görev; ər.
حفُظو
,
ىؼنأ
ي
lat. functio – icra, yerinə
yetirmə] – Mövcud münasibətlər sistemində hər hansı bir
obyektin xassələrinin xarici təzahürü; məs., orqanizmdə hiss
orqanlarının funksiyaları, pulun funksiyaları, cəmiyyətdə dövlətin
funksiyaları və i.a.
FUNKSĠONALĠZM (ing. functionalism) – sosioloji
tədqiqatlarda və biologiyada yayılmış konsepsiya; cəmiyyətin
təşkilinin təhlilinə yanaşmaların geniş spektrini əhatə edir; başlıca
cəhət cəmiyyətin bir hissəsinin digər hissəsinə və ya daha böyük
sosial sistemə inteqrasiyasını və ya adaptasiyasını təmin edən
tamın müəyyən aspektinə münasibətdən ibarətdir.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
85
FUTUROLOGĠYA [ing. Futurology; lat. futurum – gələcək,
logos – təlim, söz] – bəşəriyyətin gələcəyi haqqında təsəvvürlər,
sosial proseslər perspektivlərini əhatə edən biliklər sahəsi.
FÜYUZAT (دبضٍٛف) – həftəlik ictimai-siyasi, ədəbi-tənqidi
jurnal, 1906-cı il noyabrın 1-dən 1907-ci il noybrın 1-dək Bakıda
Azərbaycan dilində nəşr edilmiş, 38 nömrəsi çıxmışdır. Kəlmə
olaraq ―feyz‖dən əmələ gəlmişdir. Mənası dolub daşmaq, su
basmaq, ətrafa axmaq deməkdir.
FÜZULĠ [ٍنىؼف] – boş, mənasız, cəfəng. Əslində orijinal ərəb
dilində maraqlı, hər şeylə maraqlanan, hər işə qarışan kəs demək-
dir. Fəzilət sözü də buradan əmələ gəlib. Füzuli sözü fəzlin nisbi
sifət halında olan formasıdır. Fəzilət, əfzəl, fazil sözləri eyni
kökdən gəlmişdir. Məşhur Azərbaycan şairi və filosofu Məhəm-
məd Füzulinin də təxəllüsü buradandır.
Ad
i
l
ə
N
ə
z
ə
rova
86
Ġ
ĠDEYA [yun. Idea – anlayış, təsəvvür] – ―Məna‖, ―əhəmiyyət‖
və ―mahiyyəti‖ ifadə edən, təfəkkür və varlıq kateqoriyaları ilə sıx
bağlı olan fəlsəfi termin. ĠDEA [alm. İdee; fr. Idèe; ing. Idea;
yun. Idea = idein – görmək; osm. tr. fikir, misal; osm. tr.
mefjurevi; ər. شىفٌأ] – Fikir-Misal: Platonda dəyişməyən öz,
əşyanın ilk nümunələri. Dilimizdə ideya sözü geniş içlənmək-
dədir, misal üçün: ağlıma bir ideya gəldi, yaxud fikir gəldi.
ĠDEAL [alm. Ideel; fr. Idèal, ideal; ing. Ideal; osm. tr. iftikari;
ər. يسبىزفإ; tr. düşüncel] – həqiqətdə real əsası olmayıb, ancaq
düşüncədə qurulan, dizayn edilən şey. Yaxud da düşüncə ilə
qavranıla bilən. İdeallıq isə obyektiv həqiqəti olan varlığın
qarşısında ideal yaxud da qurulan bir varlıq anlayışıdır. İdeal sözü
bəzən oxşarı-bənzəri olmayan, öz cinsində tam mükəmməl olan,
hər şeyi yerli-yerində olan mənasını da ifadə etməkdədir. İdeal,
hər hansı sosial qrupun səy və fəaliyyətinin son məqsədi, ən mü-
kəmməl ictimai quruluş haqqında həmin sosial qrupun iqtisadi və
sosial qrupun ictimai sosial mənafelərinə uyğun gələn təsəvvür.
ĠDEALIZM [alm. Idealismus; fr. Idèalisme; ing. Idealism;
osm. tr. mefkurecilik; iftikariyye; ər. خ
ٌّسبىزفإ; yun. İdealisme] –
fikirçilik-təsəvvürçülük: ideallıq, bir ideyaya bağlanmış olan və
bu ideyadan fayda güdmədən bağlı qalan, düşüncənin əsl həqiqət
olduğunu, bütün gerçəklərin əsası olduğunu, maddənin və
əşyanın, zehin və düşüncənin bir məhsulundan ibarət olduğunu
irəli sürən fəlsəfi bir baxımdır. İdealizm – fəlsəfi cərəyandır.
İdealizm ruhi olanın, qeyri-maddinin birinciliyi və maddi olanın
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
87
ikinciliyi prinsipindən çıxış edir ki, bu da onu aləmin zamanca və
məkanca sonlu olması və Allah tərəfindən yaradılması haqqında
dini ehkamlara yaxınlaşdırır.
Hər hansı bir ideyaya bağlı olan, sadiq qalan və onu müdafiə
edənlərə, yaxud həmin ideyanın əsasını qoyanlara ideoloqlar
deyirlər. İdeologiya [alm. Ideologie; fr. Idèologie; ing. Ideology;
osm. tr. ilm-i süver-i akliye; ər. ًﺟٌٌٛٛدإ] – terminin yaradıcısı
Destut de Trasiyə görə ideologiya ―ideyaların elmi‖dir.
ĠDOLA [alm.=ing. Idol; fr. Idole; lat. Idola; yun. Eldoion;
osm. tr. sanem; put, imge]. F.Bekonun ―Yeni orqanon‖ əsərində
istifadə etdiyi anlam. Insanın təbiətində yerləşən yaxud da
sonradan qaznılmış olan və əsl biliyə mane olan prinsiplər.
ĠMAN [alm. Glaube; fr. Crayance; ing. Belief; osm. tr. Itikat,
iman; ər. ْبٌّإ] – Bir şeyi etimadla doğru qəbul etmə halı; bu
mənada; kifayət qədər vacibliyi olmayan; dəqiq olmayan bir şeyi
doğru qəbul etmək; əqllə ümumi bir dəqiqlik aparmadan
başqasının şahidliyi üstündə qurulan, sübutları olmadan, amma
heç bir şübhə duymadan təsdiq etmək. Səmavi dinlərdə
(yəhudilik, xristianlıq, islam və s.) iman Allaha ona heç bir
varlığı şərik qoşmadan yaradıcı olduğuna, hər şeyi idarə etdiyinə,
mütləq həqiqət, mütləq yaxşı olduğuna, əzəli – əbədi olduğuna
inanmaqdır. Tanrının varlığı ilə birlikdə səmavi dinlərdə iman
əsasları da mövcuddur. Onlardan peyğəmbərliyə, axirət dünyası-
nın mövcudluğuna, qəzavü-qədərə, mələklərə, kitablara imanı
sadalamaq mümkündür. Bunlar səmavi dinlərin bütövlükdə
mahiyyətini təşkil edir. Sözün kök ərəbədə ―əmənə‖ sadə felidir.
Ad
i
l
ə
N
ə
z
ə
rova
88
Buradan ―təmin‖, ―təminat‖, ―əmanət‖, ―əmin‖ sözləri də
törəmişdir.
ĠMMANENT (os.tr. mündemiç; ər. جيذُي; ing. Immanent; tr.
içte bulunan) – Allahı aləmin içində, aləmlə birlikdə qəbul edən
fəlsəfi görüş.
ĠMMATERYALĠZM [ing. Immeterialisme; fr. Imma-
terialisme; ru. имматертализм] – qeyri-maddilik. Materi-alizmin
ziddi olan bu görüş, aləmin öz-özünə təsəvvürlərimiz və fikir-
lərimiz xaricində bir həqiqəti olmadığını irəli sürür. Kök olaraq
ingiliscədəki im+materia+ism formasındadır. Sözün kökünün
əvvəlinə -im prefiksi və sonuna da -ism sufiksi artırılmışdır.
ĠMPERATĠV [alm. Imperativ; fr. Impèratif; ing. Imperative;
lat. Imperativum; osm. tr. emir; ər. شِا] prinsip, şərt, əmr. Kanta
görə fərdi ideyaların [maxim] qarşısına qoyulan obyektiv keçərli
və hər hansı bir fəaliyyətin vacibliyini dilə gətirən əxlaqi prinsip.
İmperativlər iki cür olur. Qəti imperativlər və qəti olmayan
imperativlər.
ĠMZA [alm. Zeichen; fr. Signe; ing. Sign; lat. Signum; osm. tr.
işaret; ər. ٌّ ءبضِإ] – bir başqa şeyi göstərən, bir şeyi anladan, dilə
gətirən şey, idrak ediliyi zaman əslində başqa bir məfhumu
xəyalımızda canlandıran şey. Misal üçün dini – fəlsəfi ədəbiy-
yatda ―gördüyümüz və var olduğunu bildiyimiz hər şey Tanrının
imzasıdır.‖ cümləsilə çox qarşılaşırıq.
ĠNDETERMĠNĠZM
[Alm.
Indeterminismus;
fr.
Indete`rminisme; ing. Indterminisme; lat. In-de-terminare – sər-
həd qoyma, hədd qoyma. osm. tr. laicabiyyə, ər. خٍجبﺟِ indetermi-
nisme] – qeyri-müəyyənlik, determinizmin ziddi olan bir fəlsəfi
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
89
görüşdür.1. Ümumi olaraq səbəbiyyət qaydasına bağlı olmayaraq
bir səbəbə bağlı olmayan hadisə və vəziyyətlərin də mövcudlu-
ğunu irəli sürən görüş. 2. Xüsusi olaraq isə əxlaq fəlsəfəsində
insan istəyinin heç bir qeydə - şərtə bağlı olmadığını, içində oldu-
ğu şərtlərlə müəyyənləşmədiyini, insanın müstəqil səbəbiyyət
qaydasına bağlı olmadığını iddia edən görüş. İndeterminizmin
kökü əslində ―determine‖ kəlməsidir, kəlmənin əvvəlinə sözə
inkarlıq verən –in prefiksi, axırına da konsepsiyaları, nəzəriy-
yələri ifadə edən –ism sufiksi artırılmışdır.
ĠNDĠVĠDUALĠZM [alm. Individualismus; ing. Individualism;
osm. tr. ferdiye; ər. خٌدشف]. Ümumiyyətlə hamıya olmayıb əslində
tək şəxsə üstünlük verən və ona istinad edən görüş, düşüncə
şəklidir. İndividualizm bəzən insanın özünün görüşlərinə istinad
etməsi təmayülünə də deyilir. Metodologiyada tarixi və ictimai
hadisələrin açıqlanmasını şəxsin mənəvi dünyagörüşünə əsaslan-
dıran görüş hesab edilir. Individualizə etmə, yəni fərdiləşdirmə isə
ümumi deyildə olanı şəxsi vəziyyətə çevirmə fəaliyyətinə deyilir.
ĠNFORMASĠYA [alm= fr= ing= information; ər. خٍِٛعِ; tr.
bilişi] – Komputerə daxil edilən, onda saxlanılan yaxud istehsal
olunan bilik, məlumat. Mənşəcə ingilis sözüdür. Sözün kökü
form, in – prefiks, tion isə sufiksdir. Inform hərfi tərcümədə
məlumat, informasiya anlamına gəlməkdədir. Dilimizdə məlumat
sözü çox geniş işlənməkdədir, ərəbcədən keçmişdir. İnformasiya
sözü isə daha müasirdir. İnformasiya ifadə formasından asılı
olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər
və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən
faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnfor-
Ad
i
l
ə
N
ə
z
ə
rova
90
masiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür
(biz bunu informasiya texnologiyası kimi komputerdə həyata ke-
çiririk). İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə
ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə
analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə
fəaliyyət göstərir.
ĠNNEĠZM [fr. Inneismeing. Ing. Inneism; ру. Иннеизм; ər.
خٍّرشزف; osm.tr. fitratçilik] – fitrətçilik: Sonradan qazanılmış olanın
ziddi olan, yəni fitri doğuştan olan. İnsanda xarakterik
xüsusiyyətlərin fitrətdən onunla bərabər doğulmasına, nəsli
xüsusiyyətlərin qabardılmasına istiqamətlənmiş fikirlər, iddialar
inneizmin əsas mahiyyətini təşkil edir. Bu səpkidə misal üçün,
filosoflar insanda fitrətdən onun mahiyyətində olan Allah
axtarıcılıq ideyasını göstərirlər. Çünki insanda Allahı axtarıb
tapmaq, ona itaət – ibadət etmək ideyası anadangəlmədir.
ĠNTELLEKTUALĠZM [ing. Inttelectualisation; fr. Intel-
lectualisme] – zehniyyət: Prinsip olaraq hər şeyin zəkaya, zehni
ünsürlərə bağlanacağını, onlarla əlaqələndiriləcəyini qəbul və
iddia edən fəlsəfi görüş. Dilimizdə intellektual sözünün əvəzinə
daha çox ziyalı ifadəsi işlənir. İntellektualizmi isə daha çox
ziyalılıq sözüilə əvəz etmək mümkündür. Bundan başqa müasir
dönəmdə zəka sözü, ağıl, dünyagörüşü sözlərini daha çox dilimizə
yeni transfer edən ―intellekt‖ termini işlənməkdədir.
Dostları ilə paylaş: |