Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün


A2.4 PLAN VƏ PROQRAMIN HAZIRLANMASI ZAMANI PROTOKOLUN TƏTBİQİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   2   3   4   5   6   7   8   9   ...   22

A2.4 PLAN VƏ PROQRAMIN HAZIRLANMASI ZAMANI PROTOKOLUN TƏTBİQİ 
VARİANTLARI 
28. Bu bölmədə plan və proqramların hazırlanması zamanı praktiki strateji ekoloji 
qiymətləndirmə müddətində ortaya çıxa biləcək bəzi vəziyyətlər təsvir olunur. Aydındır ki, real 
şərtlər daxilində burada göstərilən müxtəlif vəziyyətlərin fərqli elementlərini özündə birləşdirən 
variantlar ortaya çıxa bilər. Beləliklə, aşağıdakı təsvirlərin məqsədi hər bir variantın zəif və üstün 
cəhətlərini və onların öhdəliklərin Protokolun tələblərinə müvafiq qaydada icrasına töhfəsini izah 
etməkdir. 
A2.4.1 Problemli tətbiq: Retrospektiv, plan və ya proqramın hazırlanması prosesi və 
əlaqəsiz SEQ 
29. Bəzən SEQ retrospektiv qaydada, plan və ya proqramın hazırlanması prosesindən  əlaqəsiz 
şəkildə  həyata keçirilir; bu, SEQ yalnız plan və ya proqram formalaşdırıldıqdan sonra 
başladıldığı hallarda baş verir (bax: şəkil A2.4). Bu vəziyyətə bir neçə amil səbəb ola bilər:  

 
Konkret plan və ya proqram üçün SEQ-in tətbiqi zərurətinin olub olmadığının ayrıca 
müəyyən edilməsi təklif edilən plan və ya proqramın həddən artıq  ətrakı  təsvirini tələb 
edir.  Ətraf mühitə ehtimal edilən təsirlərin  əhəmiyyət dərəcəsinin müəyyən edilməsi 
məqsədi ilə hazırlanan plan və ya proqramın mahiyyətinin təsvir edilməsi üçün irəli 
sürülən həddən artıq ətraflı tələblər plan və ya proqramın hazırlanmasına görə cavabdeh 
orqanların SEQ-in tətbiqi zərurətinin daha sonra ayrıca müəyyən edilməsi üçün plan, 
yaxud proqramın yalnız hazırlanmış (tamamlanmış) layihəsini təqdim etməsinə  gətirib 
çıxara bilər. Praktikada plan və ya proqramın ehtimal edilən  əhəmiyyətli təsirlərinin 
müəyyən edilməsi başlanğıc, yəni adətən plan və ya proqramın mahiyyətinin, ümumi 
məqsədlərinin müəyyən edildiyi mərhələdə mümkün olmalıdır. 

 
SEQ-in erkən yerinə yetirilməsinin çoxsaylı üstünlüklərindən xəbərdar olmayan məsul 
dövlət orqanlarının yaxud plan və ya proqram tərtibatçılarının erkən mərhələlərdə strateji 
ekoloji qiymətləndirmə aparmaq istəmirlər. Praktikada bu, siyasi səbəblərdən, yaxud 
SEQ-in  əhəmiyyətinin tam başa düşülməməyindən irəli gələ bilər. Lakin belə halların 
sayı çox məhduddur və belə hallardan SEQ-in konfliktlərin aradan qaldırılması, material 
və vaxt sərfinin azaldılması ilə  əlaqədar üstünlükləri haqqında məlumatlılığının 
artırılması ilə yayınmaq olar.  

 
 
36 
 

 
SEQ-ə görə cavabdeh şəxslər natamam plan və proqramları qiymətləndirmək istəmirlər 
və ya buna hazır deyillər. Bu vəziyyət SEQ sahəsində məhdud təcrübəyə malik ölkələrdə 
və ya institutlarda meydana gələ bilər. Bəzən elə hallar müşahidə olunur ki, SEQ-ə görə 
cavabdeh şəxslər mövcud olmayan yaxud dəqiq müəyyən edilməmiş təkliflərin təsirlərin 
qiymətləndirilməsinin qeyri-mümkün olduğunu səbəb gətirərək Strateji ekoloji 
qiymətləndirməni bilərək gecikdirirlər. Bu, layihələrin  ətraf mühitə  təsirlərin 
qiymətləndirilməsində istifadə olunan yanaşmaları plan və ya proqram səviyyəsi üçün 
səciyyəvi sualların miqyasına və plan və proqramın hazırlanması prosesinin mahiyyətinə 
uyğunlaşdırılmadan kobudcasına tətbiq etmək istəyi ilə bağlı ola bilər.  
30. Belə SEQ-lər qərarların qəbuluna görə  məsul orqanların plan və ya proqram layihəsi 
haqqında məlumatlandırılması  məqsədi daşıyan yekun keyfiyyət yoxlaması kimi qəbul edilə 
bilər. 
Şəkil A2.4: Retrospektiv, plan və ya proqramın hazırlanması prosesi iə əlaqəsiz SEQ: 
ümumi yanaşma 

 
 
37 
 
31. Lakin plan və ya proqramın hazırlanması prosesi ilə əlaqəsiz həyata keçirilən SEQ bir neçə 
ümumi qəbul edilmiş zəif cəhətə malikdir: 

 
Retrospektiv və plan və ya proqramın hazırlanması prosesi ilə əlaqələndirilmədən yerinə 
yetirilən SEQ plan və ya proqramın hazırlanmasına təsir etmir. Belə SEQ yalnız plan və 
ya proqramın hazırlanması prosesinin yekun nəticəsini araşdırır və plan və ya proqramın 
hazırlanması zamanı edilən vacib seçimlərə təsir etmir. Məsul dövlət orqanın plan və ya 
proqramın hazırlanmasının sonrakı  mərhələsində SEQ tövsiyələrini diqqətə almaq 
ehtimalı daha kiçikdir. Belə SEQ-in ətraf mühitə faydası minimal ola bilər.  

 
Plan və ya proqramın tamamlanmasından sonra başlayan SEQ alternativlərin 
hazırlanması, təhlili və müqayisəsi üçün görülən işləri təkrar yerinə yetirə bilər. 
Plan və ya proqramın hazırlanması 
SEQ 
Plan və ya proqramın miqyasının 
müəyyən edilməsi 
Kontekst və ilkin məlumatların təhlili 
Alternativlərin hazırlanmasına və 
müqayisəsi. 
Sənədləşdirmə 
Qərarın qəbulu 
Realizasiya zamanı ümumi monitorinq 
Protokola əsasən SEQ-in tələb olunub-
olunmadığının müəyyən edilməsi 
Ətraf mühitin mühafizəsi haqqında 
hesabatın əhatə dairəsinin müəyyən 
edilməsi (və beləliklə 
qiymətləndirilməsi) 
Ətraf mühitin mühafizəsi haqqında 
hesabat 
Realizasiya zamanı ekoloji monitorinq 
Qeyd: İctimaiyyətin iştirakı, dövlət orqanları ilə məsləhətləşmə və transsərhəd konsultasiyalar bu sadələşdirilmiş diaqrama 
daxil edilməmişdir. 

 
 
38 
 

 
SEQ çərçivəsindəki konsultasiyaların plan və ya proqramların hazırlanması prosesinə aid 
konsultasiyalardan ayrılması  rəyin bildirilməsi prosesində  təkrarlara səbəb ola, iştirakçı 
dövlət orqanları və ictimaiyyət üçün çaşqınlıq yarada bilər. 

 
Belə SEQ adətən plan və ya proqramın hazırlanması prosesini əhəmiyyətli dərəcədə 
azaldır. SEQ-in yerinə yetirilməsinin zəruri olub-olmadığının müəyyən edilməsi,  ətraf 
mühitin mühafizəsi haqqında hesabatın hazırlanması, dövlət orqanları ilə konsultasiyalar, 
ictimaiyyətin iştirakı da həmçinin  əhəmiyyətli vaxt sərfi tələb edə, beləliklə olan və 
proqramların hazırlanması prosesini uzada bilər.  

 
Nəhayət və ən əsası, belə yanaşma Protokolun bir neçə müddəası ilə təzad əmələ gətirə 
bilər ( bax: preambula, SEQ-in məqsədi və  tərifi) və SEQ-in SEQ Direktivi və 
Protokoluna uyğun yerinə yetirilməməsi riski mövcuddur. 
A2.4.2 Plan və ya proqramın hazırlanması prosesinə qismən inteqrasiya edilmiş SEQ 
32. Plan və ya proqramın hazırlanması prosesinə qismən inteqrasiya edilmiş SEQ (bax: Şəkil 
A2.5), belə bir mülahizəyə əsaslanır ki, ayrıca plan və ya proqramın başladılması adətən SEQ-in 
tətbiqinin zəruri olub-olmadığının, eləcə də onun əhatə dairəsinin müəyyən edilməsi üçün yetərli 
əsas verir. 
 Şəkil A2.5: Plan və ya proqramın hazırlanması prosesinə qismən inteqrasiya edilmiş SEQ: 
ümumi yanaşma 
 
 
 
Plan və ya 
proqramın 
hazırlanması 
Ətraf mühitin 
mühafizəsi 
haqqında hesabat 
Zəruri olduqda, 
dövlət orqanları ilə 
birgə 
konsultasiyalar və 
ictimaiyyətin iştirakı 

 
 
39 
 
33. Plan və ya proqramın başladılması zamanı adətən onun hazırlanması ilə  əlaqədar 
qanunvericilik, inzibati və  tənzimləmə  tələbləri dəqiqləşdirilir, mahiyyət və  məqsədləri təsvir 
edilir. Bu məlumat, bir qayda olaraq verilən plan və ya proqram üçün SEQ-in yerinə yetirilməsi 
zərurətinin, eləcə  də SEQ çərçivəsində  təhlil edilməli olan əsas məsələlərin  əhatə dairəsinin 
müəyyən edilməsi üçün yetərli  əsas rolunu oynamalıdır. Plan və ya proqramın hazırlanması 
prosesinin başladılması  mərhələsində SEQ-in yerinə yetirilməsi zərurətinin və  əhatə dairəsinin 
müəyyən edilməsi plan və proqramın hazırlanması prosesində Strateji ekoloji qiymətləndirmənin 
aparılması üçün əlverişli şərait yaradır. 
34. Plan və ya proqramın hazırlanması prosesinə qismən inteqrasiya edilmiş SEQ plan və ya 
proqramın hazırlanmasına paralel şəkildə yerinə yetirilir. SEQ üzrə ekspertlər, plan və ya 
proqram tərtibatçıları müstəqil surətdə işləyir, eyni zamanda plan və proqramların hazırlanması 
prosesində SEQ-in lazımınca nəzərə alınması məqsədi ilə bir-birləri ilə sıx əlaqə saxlayırlar. 
 35. Bu yanaşma plan və proqramın hazırlanması prosesi ilə SEQ arasındakı  əntiqi 
əlaqəliliklərdən yaralanır və SEQ komandası üçün aşağıdakı imkanları yaradır:  

 
Eyni məsələlərin plan və ya proqramın hazırlanması komandası ilə eyni vaxtda həll 
edilməsi.  

 
Alternativ baxış bucaqlarının və variantların hazırlanması, təhlili və müqayisəsi.  

 
SEQ-in plan və ya proqramın hazırlanması prosesinin hər bir mərhələsində  nəzərə 
alınması üçün əlverişli şəraitin yaradılması.  
36. Plan və ya proqramın, eləcə  də  ətraf mühitin mühafizəsi haqqında hesabatın layihələri 
həmçinin plan və proqramların hazırlanması prosesində və SEQ zamanı konsultasiya tələblərini 
özündə birləşdirən vahid rəy toplama, yaxud təkrar baxış sistemi vasitəsi ilə (aidiyyəti olan) 
ictimaiyyət nümayəndələrinin və dövlət orqanlarının diqqətinə təqdim edilə bilər.  
37. SEQ komandası  həmçinin  ətraf mühitin mühafizəsi haqqında hesabatın yekun variantına 
SEQ qənaətlərinin plan və ya proqramın layihəsində necə  nəzərə alındığı haqqında məlumatı 
daxil edə, habelə xüsusi problemləri qeyd edə, beləliklə dövlət orqanlarına 11.2-ci maddədə 
əksini tapan öhdəliklərə riayət etməyə kömək edə bilər: Tərəflərdən ictimaiyyəti, səlahiyyətli 
ətraf mühiti mühafizə orqanlarını və konsultasiyaların keçirildiyi hər hansı Tərəfi "ətraf mühit o 
cümlədən  əhalinin sağlamlığı ilə bağlı amillərin hansı üsulla nəzərə alındığına, 8-10-cu 
maddələrə  əsasən alınmı  rəylərin nə  dərəcədə diqqətə alındığına dair və  məntiqə uyğun 
alternativlər arasından təsdiq edilmiş variantın seçilməsi səbəblərini göstərən bəyanatla" təmin 
etmək tələb olunur. Belə izahat həm də dövlt orqanları və ictimaiyyət ətraf mühitin mühafizəsi 
haqqında hesabatı və plan yaxud proqramın layihəsini nəzərdən keçirən zaman faydalı ola bilər.  

 
38. SEQ-in plan və proqramların hazırlanması prosesinə qismən inteqrasiyası bir neçə 
üstünlüyü malikdir:  

 
SEQ plan və ya proqramın hazırlanması prosesinə paralel olaraq yerinə yetirildiyindən 
gecikmələri əhəmiyyətli dərəcədə azaldır.  

 
 
40 
 

 
SEQ-in yerinə yetirilməsi üçün zəruri resurslara qənaət edir, belə ki, SEQ komandası 
məlumatların toplanmasında iştirak etmək və adətən plan və proqramların hazırlanması 
prosesi çərçivəsində yerinə yetirilən təhlillərə öz töhfəsini vermək imkanı  əldə edir. 
(SEQ-in üstünlüklərinin və xərclərinin daha ətraflı müzakirəsi üçün bax: Bölmə A1.3.)  

 
SEQ mütəxəssisləri ilə plan və proqram tərtibatçıları arasında tez-tez baş tutan 
konsultasiyalar erkən mərhələlərdə fərqli baxış bucaqlarının nəzərə alınmasını təmin edir, 
sonrakı mərhələlərdə gözlənilməz vəziyyətlərin və konfliktlərin yaranması riskini azaldır. 
Bu dialoq təkcə (yerinə yetirilmiş SEQ-in işini diqqətə ala biləcək) plan və proqramların 
tərtibatçılarına deyil, (təkliflərinə münasibəti dərhal öyrənə bilən) SEQ mütəxəssislərinə 
də yardım edir. Plan və ya proqramı hazırlayan və SEQ-i yerinə yetirən komandalar 
arasında konsultasiyalar, məqsədə müvafiq olduqda, həmçinin müvafiq ətraf mühiti 
mühafizə  və  səhiyyə orqanlarını, eləcə  də (aidiyyəti olan) ictimaiyyət nümayəndələrini 
əhatə edə bilər. Təşkil edilən belə konsultasiyalar dövri qaydada plan və proqramların 
hazırlanmasının ayrı-ayrı  mərhələsinə müvafiq əsas məsələləri nəzərdən keçirməyə  və 
işin  əhatə dairəsini müəyyən etməyə imkan verir. Onlar həmçinin işin  əhatə dairəsinin 
müəyyən edilməsinə yönəlmiş konsultasiyalar və plan və ya proqramın yekun təhlilindən 
və plan yaxud proqramın hazırlanması prosesinin sonunda ətraf mühitin mühafizəsi 
haqqında hesabatdan çox səlahiyyətli orqanlardan və ictimaiyyətdən alınan rəylərin 
toplanması və işlənməsi zamanı effektiv ola bilər. 

 
Nəhayət və ən əsası, belə SEQ Protokolun bir neçə müddəası ilə təzad əmələ gətirə ( bax: 
preambula, SEQ-in məqsədi və  tərifi) və SEQ-in SEQ Direktivi və Protokoluna uyğun 
yerinə yetirilməsini təmin edə bilər. 
 39. Eyni zamanda belə SEQ tətbiqinin mümkün zəif cəhətlərini qeyd etmək də vacibdir. Belə 
yanaşma ümumilikdə SEQ komandasına münasibətdə irəli sürülən tələbləri artırır, belə ki, 
komanda  ətraf mühitin mühafizəsi haqqında hesabatı hazırlayan zaman, reallıqda bəzən xətti 
inkişaf etməyən, heç də hər zaman ilkin qrafikə uyğun yerinə yetirilməyən və müddəti uzanan 
plan və ya proqram hazırlanması prosesini izləməlidir. Plan və ya proqramın hazırlanması 
prosesinin bütün əsas mərhələlərinə töhfə vermək istəyən SEQ komandası öz iş qrafikini plan və 
ya proqramın hazırlanması prosesində  hər hansı  dəyişikliyə uyğunlaşdırmağa hazır olmalıdır. 
(SEQ işləri subpodratçılara həvalə edilmişdirsə, bu çətinlik törədə bilər.) 
A2.4.3 SEQ-in plan və proqramların hazırlanması prosesinə tam inteqrasiyası 
40. Plan və ya proqramın hazırlanması prosesinə tam inteqrasiya olunmuş SEQ (Şəkil A2.6) 
SEQ mütəxəssislərinin və plan və ya proqram tərtibatçılarının eyni plan və ya proqramı 
hazırlayan bir komanda kimi birgə  işləyə biləcəyi haqqında təsəvvürə  əsaslanır. Plan və 
proqramların hazırlanması prosesinə  və SEQ-ə bu cür yanaşma adətən müvafiq dövlət 
orqanlarının və ya aidiyyəti olan ictimaiyyət nümayəndələrinin də cəlb edildiyi birgə işçi qruplar, 
yaxud plan və ya proqramın hazırlanması üzrə dəyirmi masalar vasitəsi ilə həyata keçirilir. Belə 
birgə  iş eyni zamanda eyni məlumatı alan, öz bilgilərini və narahatlıqlarını paylaşan,  əsas 
alternativləri hazırlayan və  təhlil edən, beləliklə  də, plan və ya proqramı birgə  tərtib edən 
iştirakçı  tərəflər arasında (plan və ya proqramı hazırlayanlar, SEQ mütəxəssisləri, səlahiyyətli 
orqanların təmsilçiləri və aidiyyəti olan ictimaiyyət nümayəndələri) məlumatların sərbəst 
ötürülməsinə imkan verir. Beləliklə, səlahiyyətli orqanlar və maraqlı ictimaiyyət nümayəndələri 

 
 
41 
 
ilə konsultasiya və  ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması plan və 
proqramların hazırlanması prosesinin ayrılmaz bir hissəsinə çevrilir.  
41. Bu konsultasiyaların nəticələrini əks etdirən aralıq sənədlər hazır olduqca geniş ictimaiyyətin 
müzakirəsinə  təqdim oluna bilər. Lakin inzibati və  təşkilati səbəblərdən dolayı geniş 
ictimaiyyətin  əsas plan və proqramların hazırlanması  və qiymətləndirmə prosesində  iştirakına 
yol verilmir.  
42. Belə  iş rejimi plan və proqramların hazırlanması prosesində  ərsəyə  gətirilmiş aralıq 
sənədlərin təkrar nəzərdən keçirilməsinə və davamlı konsultasiyaların aparılmasına imkan verir. 
Ətraf mühitin mühafizəsi haqqında hesabata daxil olan məlumat bütövlükdə müvafiq plan və ya 
proqrama daxil edilə bilər. Ətraf mühitin mühafizəsi haqqında hesabatın yekun variantı plan və 
proqramın hazırlanması prosesi və SEQ zamanı müxtəlif təhlillərin necə aparıldığını izah edir, 
bu hesabat eyni zamanda plan və ya proqrama daxil edilməyəcək əlavə  məlumatları təmin edə 
bilər. 
Şəkil A2.6: Plan və ya proqramın hazırlanması prosesinə tam inteqrasiya edilmiş SEQ: 
ümumi yanaşma 
 
43. Səciyyəvi olaraq, SEQ-in plan və ya proqramın hazırlanması prosesinə tam inteqrasiyası, 
qismən inteqrasiyası ilə eyni üstünlüklərə malik olur. SEQ çərçivəsində yerinə yetirilən təhlillər 
plan və ya proqramın hazırlanması prosesinin ayrılmaz hissəsinə çevirdiyindən bu iş rejimi 
gecikmələri azaldır. Bu rejim həmçinin SEQ xərclərini də azalda bilər, belə ki, plan və ya 
proqramın hazırlanması üzrə ekspertlər və SEQ ekspertləri plan və ya proqramın hazırlanması 
 
 
 
 
İctimaiyyətin 
məlumat əldə etmək 
imkanı və ümumi 
konsultasiya 
 
 
Müvafiq ətraf mühiti 
mühafizə və səhiyyə 
orqanları, aidiyyəti olan 
ictimaiyyət 
nümayəndələri ilə 
k
lt i
Ətraf 
mühitin 
mühafizəsi 
haqqında 
hesabatı 
hazırlayan 
mütəxəssislə
Plan və ya 
proqramı 
hazırlayan 
mütəxəssislər 
 

 
 
42 
 
üçün məlumatları birgə hazırlayır və prosesə birgə töhfə verirlər. Mahiyyət etibarı ilə birgə  iş 
onlara narahatlıqlarını  dərhal bölüşmək və beləliklə sonrakı  mərhələdə sürprizlərin qarşısını 
almaq imkanı verir. Nəhayət SEQ Direktivi və Protokolun müəyyən etdiyi öhdəliklərin ödənməsi 
üçün əlverişli şərait yaradır.  
44. Belə yanaşmanın əlavə bir üstünlüyü də plan və proqramların hazırlanması prosesinin bütün 
tərəflərinin birgə  işi  əməkdaşlıq üçün optimal mühit yaradır və adətən fərqli baxışlara və 
dəyərlərə malik olan maraqlı tərəflər arasında etimadın yaradılmasına kömək edir. Bu, tərəflərin 
birgə  iştirakına  əsaslanan plan və ya proqram hazırlama prosesinin təşəkkül tapmasına yardım 
edən vacib amilə ola bilər.  
45. SEQ-in plan və proqramların hazırlanması prosesinə tam inteqrasiyası ilə əlaqədar mümkün 
narahatlıqlar plan və ya proqramların hazırlanması üzrə ümumi qrupa cəlb edilmiş SEQ 
mütəxəssislərinin tamamilə plan və proqramın hazırlanması prosesinə tam cəlb edilməsi, yaxud 
təsirlərinin məhdudlaşması, ictimaiyyətə  məlumat verilməyən güzəştlərə getməsi ilə bağlı 
qorxulardan irəli gəlir. Bu narahatlıqlar aşağıdakılara əsaslanır:  

 
Adətən komandanın tərkibi kollektiv işin nəticələrinə təsir edir. Bu yanaşma yalnız SEQ 
mütəxəssisləri və plan, yaxud proqramların hazırlanması üzrə mütəxəssislərin əməkdaşlıq 
arzusu olması şərti ilə fayda verə bilər. 

 
Əgər SEQ mütəxəssisləri, eləcə  də  səlahiyyətli  ətraf mühiti mühafizə  və  səhiyyə 
orqanlarının, habelə aidiyyəti olan ictimaiyyət nümayəndələri plan və ya proqramın 
hazırlanması üzərində çalışan komanda və ya işçi qrupun əhəmiyyətsiz bir hissəsini təşkil 
edirlərsə, bu halda ehtimal var ki, daxili müzakirələr zamanı onların fikirləri lazımınca 
nəzərə alınmasın. Bu yanaşma yalnız komandanın işi düzgün aparıldıqda, yəni plan və 
proqramın hazırlanması prosesində SEQ üzrə  əlavə  vəsait birgə komandanı  təşkil edən 
qruplardan heç birinin maraqlarının üstünlük təşkil etmədiyi təqdirdə fayda verə bilər. 

 
Sonuncu narahatlıq bununla əlaqədardır ki, belə komanda işi kənar maraqlı şəxslər üçün 
şəffaf olmayan daxili razılaşmalar və güzəştlərlə  nəticələnə bilər. SEQ 
mütəxəssislərindən həmçinin ümumi komandanın qənaətlərini müdafiə etmək tələb oluna 
bilər. Bu baxımdan qeyd etmək vacibdir ki, SEQ mütəxəssislərindən SEQ prosesində ələ 
alınan bütün mühüm məsələləri (təsirlər, alternativlərin nəzərə alınması  təklifləri və s.) 
təsvir edən ətraf mühitin mühafizəsi hesabatı hazırlamaq tələb olunur. Bu hesabat ayrıca 
bir sənəd  şəklində ola, yaxud plan və ya proqramın nəzərə çarpacaq dərəcədə 
fərqləndirilmiş hissəsini təşkil edə bilər. Kollektivin nail olduğu yekun daxili 
razılaşmadan asılı olmayaraq, hesabata SEQ prosesində müzakirə olunan bütün mühüm 
məsələlər və güzəştlər haqqında məlumat daxil olmalıdır. 46. Bu narahatlıqlar yaxşı idarə 
edilən və şəffaf plan və ya proqram hazırlama prosesinə aid olmasa da, müəyyən digər, 
daha az inkişaf etdirilmiş plan və ya proqram hazırlama rejimlərində keçərli ola bilər. 
A2.4.4 SEQ-in plan və ya proqramın hazırlanması prosesinə inteqrasiyası ilə bağlı 
qənaətlər 
47. Plan və ya proqramın hazırlanması zamanı SEQ-in yerinə yetirilməsi üçün vahid ideal 
yanaşma mövcud deyil. Lakin görünür, retrospektiv və plan, yaxud proqramın hazırlanması 

 
 
43 
 
prosesi ilə  əlaqəsiz həyata keçirilən SEQ ən az effektiv SEQ hesab olunur və onun Protokol 
öhdəliklərinin ödənməsi üçün yetərli özül təmin etmək ehtimalı daha azdır.  
48. SEQ-in plan və ya proqramın hazırlanması prosesinə tam və ya qismən inteqrasiyası Protokol 
şərtlərinin ödənməsi üçün münasib çərçivə  əmələ  gətirir. Hansı yanaşmanın seçiləcəyi hər bir 
plan və ya proqram hazırlama prosesinin konkret şərtlərindən asılıdır. Bəzən tam inteqrasiya 
qismən inteqrasiyaya nisbətən daha effektiv, bəzən isə əksinə ola bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
44 
 
Fəsil A3 
 
 
PROTOKOLA ƏSASƏN, PLAN VƏ YA 
PROQRAMLAR ÜÇÜN SEQ-İN TƏLƏB OLUNUB-
OLUNMADIĞININ MÜƏYYƏN EDİLMƏSİ 
 

 
 
45 
 
 A3.1 FƏSLƏ GİRİŞ 
Protokolda "əhalinin sağlamlığı daxil olmaqla ətraf mühit" termini istifadə edilir. 
Vəsaitdə təkrara yol verməmək üçün yalnız "ətraf mühit" termini istifadə edilir, lakin bu 
hər zaman həm də  "əhalinin sağlamlığı" kimi başa düşülməlidir. Sağlamlıq məsələləri 
haqqında daha ətraflı məlumat üçün bax: Əlavə A1.1. 
 1. Bu fəsil Protokola əsasən, verilən plan və ya proqram üçün SEQ-in tələb olunub-
olunmadığının necə müəyyən ediləcəyini təsvir edir. A4 fəsli daha da irəli gedərək SEQ-in necə 
yerinə yetirildiyinə nəzər salır.  
2. Bu fəsil hüquqi tələblərin icmalı ilə başlayır (bölmə A3.2). Daha sonra SEQ-in tələb olunub-
olunmadığının müəyyən edilməsinə yönəlmiş bir sıra sınaqların  ətraflı  təsvirinə yer verilir 
(bölmə A3.3). Fəsil mümkün praktiki praktiki prosedurların müzakirəsi ilə yekunlaşır (bölmə 
A3.4). 
 
 

 
 
46 
 
A3.2 HÜQUQİ ÖHDƏLİKLƏR 
Əsas müddəalar 
3. Protokola əsasən, SEQ-in tələb olunub-olunmadığının müəyyən edilməsi üçün nəzərdə tutulan 
plan və ya proqramın Protokolun plan və ya proqram tərifi ilə üst-üstə düşüb-düşmədiyi (maddə 
2.5) və Protokolun "tətbiq dairəsi"nə aid olub-olmadığı (maddə 4) dəqiqləşdirilməlidir. Müəyyən 
plan və proqramların (bax: aşağıda)  ətraf mühitə mümkün təsirlərinin  əhəmiyyətinin müəyyən 
edilməsi zəruri olacaq (maddə 5, İlkin qiymətləndirmə). Birlikdə götürüldükdə, 4 və 5-ci 
maddələr ümumi xüsusiyyətləri baxımından SEQ Direktivinin (Əhatə dairəsi) 3-cü maddəsinin 
ekvivalentləridir.  
4. Protokola əsasən verilən plan və ya proqram üçün SEQ-in yerinə yetirilməsi zərurətinin 
müəyyən edilməsi baxımından Protokolun əsas müddəaları aşağıdakılardır:  

 
Maddə 2.5, “Plan və proqramların” tərifi. 

 
Maddə 4 – Plan və ya proqramlarla əlaqədar tətbiq dairəsi  

 
Əlavə I, 4-cü maddənin 2-ci bəndində istinad edilən layihələrin siyahısı. 

 
Əlavə II, 4-cü maddənin 2-ci bəndinə istinad edilən digər layihələr.  

 
Maddə 5, İlkin qiymətləndirmə.  

 
Əlavə III, ətraf mühitə qarşı mümkün əhəmiyyətli təsirləri müəyyən edən, 5-ci maddənin 
1-ci bəndinə istinad edilən meyarlar 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin