Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev Mövzu 11. Suisid və aqressiya



Yüklə 68,04 Kb.
Pdf görüntüsü
tarix09.03.2017
ölçüsü68,04 Kb.
#10738

 

Fənn: Klinik psixologiya            



Müəllim:  Dos.N.Z.Çələbiyev 

Mövzu 11.

 

Suisid və aqressiya

 

 

 

Plan: 

1.Aqressiv və auto aqressiv davranış problemi. 

2. Aqressiv davranışın tipləri və bioloji determinatları. 

3. Aqressiv davranışın psixoloji determinatları və motivasiyası. 

4.Aqressiyanın öyrənilməsi metodları. 

5. Aqressiyanın profilaktikası və idarə olunması. 

6. Suisidi (özünəqəsd) şərtləndirən risk amilləri. Suisidal davranışın motivasiyası. 

 

Ədəbiyyat. 

1.

 



 Bayramov  Ə.S.  Şəxsiyyətin  təşəkkülünün  aktual  psixoloji  problemləri, 

Bakı, 1981. 

2.

 

Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.,Seyidov  İ.Ə.  Məhkəmə  psixologiyası 



məsələləri, ADU, 1985. 

3.

 



İsmayılov  N.V.,İsmayılov  F.N.  Tibbi  psixologiya  və  psixoterapiya. 

“Maarif” nəşriyyatı, Bakı, 2002. 

4.

 

İsmayılov  N.V.,İsmayılov  F.N.  Tibbi  psixologiya  və  psixoterapiya 



(dərslik) 2-ci nəşr, Bakı, 2008. 

5.

 



İsmayılov N.V. Psixiatriya, Bakı, 1998. 

6.

 



Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997. 

7.

 



Метделевич  В.Д.  Клиническая  и  медицинская  психология. 

Практическое руководство.M., 1998. 

     8.Həsənov.M.İ., Məhkəmə psixiatriyası, “Plyus” nəşriyyatı, Moskva,1997. 

 


 

        



   Aqressiv  və  autoaqressiv  davranış  problemi  hər  bir  cəmiyyətin  həyatında 

mühüm  yer  tutur.  Bu  problemi  sosial  psixologiya  çərçivəsinə  daxil  etmək  üçün 

göstərilən çoxsaylı cəhdlərə baxmayaraq, onun tibbi aspektləri diqqətdən kənarda 

qala  bilməz.  Birincisi,  auto  və  heteroaqressiyanın  formalaşmasında  bioloji 

faktorların  rolunu  nəzərdən  keçirən  hipotezlər  mövcuddur.  İkincisi,  aqressiv  və 

autoaqressiv davranış bir sıra hallarda ruhi pozuntuların kliniki təzahürləri ilə bağlı 

olur.  Ən  nəhayət,  belə  destruktiv  davranış  çox  vaxt  məhkəmə  ekspertizasının 

psixoloji-psixiatrik xidməti tərəfindən kompleks şəkildə tədqiq olunur. 



        Aqressiya 

      Bütün  tarix  boyu  bəşəriyyət  qəddarlıq,  zorakılıq,  qəsdlər,  dağıntılar  və  digər 

destruktiv əməllər şəklində özünü göstərən və insanlara fiziki və mənəvi iztirablar 

gətirən  hallarla  qarşılaşır.  Biz,  demək  olar  ki,  hər  gün  kütləvi  informasiya  

vasitələrindən  insanların  aqressiv  davranışının  təcəssümü  olan  cinayətlər, 

müharibələr,  terror  aktları  haqqında  məlumat  alırıq.  Aqressiyanın  tibbi 

aspektlərindən söz açılarkən, ilk növbədə, psixi paologiya ilə bağlı olan aqressiya 

nəzərdə  tutulur.  Psixi  xəstələrin  aqressiyası  müharibələr  zamanı  törədilən 

zorakılıqdan  müqayisə  olunmaz  dərəcədə  az  olsa  da,  nəzərə  almaq  lazımdır  ki, 

psixi xəstəxanaların  pasiyentlərinin 10%-də bu və ya digər aqressiv tendensiyalar 

müşahidə  olunur.  Təəssüf  ki,  aqressiya  anlayışının  özü,  ona  dəqiq  tərif  vermək 

cəhdləri zamanı ciddi ziddiyyətlər dogurur. Belə ki, bir çox hallarda, digərləri üçün 

təhlükəli  olan  və  onlara  zərər  yetirən  istənilən  davranış  aqressiya  kimi 

qiymətləndirilir.  Lakin  sürücünün  diqqətsizliyi  üzündən  baş  vermiş  və  insan 

tələfatı  ilə  nəticələnən  qəsdən  törədilməyən  avtomobil  qəzası  bir  qayda  olaraq, 

aqressiv əməl hesab olunmur. 

    Aqressiv  davranışı  insan  psixikasının  hər  hansı  konkret  sferası  ilə  bağlamaq 

daha  böyük  çətinliklərlə  rastlaşır.  Bəzən  aqressiya  emosional  sferanın  məhsulu 

kimi nəzərdən keçirilir. Burada ön planda nifrət və qəzəb kimi emosional hallar – 

affektlər  durur.  Lakin  belə  olan  təqdirdə  soyuqqanlı  şəkildə  fəaliyyət  göstərən 

muzdlu  qatilin  hərəkətləri  aqressiya  sayılmamalıdır.Bu  isə  cəfəng  görünür. 

Aqressiyanın  motiv  ilə  əlaqələndirmək  cəhdləri  inandırıcı  görünmür.  Məsələn, 

valideynlərin  uşağını  hər  hansı  bir  dəcəlliyinə  tənbeh  etməsini  kimsə  aqressiya 

adlandıra  bilməz.  Halbuki  burada  qəsdən  zərər  yetirmək  motivi  şübhəsizdir.  Ən 

nəhayət,  aqressiyanın  koqnitiv  proses  nöqteyi-nəzərdən  (düşmənçilik  fikirləri, 

ədavət) qiymətləndirmək də həmişə mümkün olmur. Bir çox hallarda aqressiya xoş 

məram, müsbət münasibət bəslənilən yaxın adamlara qarşı yönəlmiş olur. 



 

      Aqressiv  davranışın çoxlu miqdarda müxtəlif variantlarının mövcudluğunu və 



hər 

hansı 


hərəkətin 

aqressiya 

sayılıb-sayılmadığının 

dəqiq 


müəyyənləşdirilmədiyini nəzərə alaraq, Buss  (1976) tərəfindən  verilmiş aqressiv 

davranışın  çoxxətli  təsnifatından  istifadə  etmək  məqsədyönlü  görünür.  Bu  sxemə 

görə aqressiv hərəkətlər 3 xətt (ox) üzrə təsvir olunur: 

    fiziki-verbal, aktiv-rassiv, birbaşa-dolayı 

             Aqressiyanın tipi 

                 Misallar 

Fiziki – aktiv - birbaşa 

Döymə, zorlama, qətl və s. 

Fiziki –aktiv - dolayı 

Qətl “sifarişi”- minaların qoyulması 

Fiziki – passiv - birbaşa 

Məqsədə  çatmağı  fiziki  məhdudlaşdırma 

(piket, sədd qoymaq və s.) 

Fiziki –passiv - dolayı 

Hər  hansı  əməli  icra  etməkdən  imtina 

(sabotaj, tətil) 

Verbal – aktiv - birbaşa 

Təhqir və ya hədələr 

Verbal –aktiv - dolayı 

Böhtan atmaq, şayiələr yaymaq 

Verbal – passiv - birbaşa 

Baykot 

Verbal – passiv – dolayı  



İnsanı  müdafiə  etməkdən  imtina  (məsələn, 

məhkəmədə  şahid  kimi  ifadə  vermək  və  ya 

heç verməmək) 

 

      


Bundan  əlavə,  düşmənçilik  və  instrumental  aqressiya  da  ayırd  edilir.  Birinci 

halda aqressorun məqsədi öz qurbanına zərər yetirməkdir.İkinci halda isə aqressiya 

əsas  məqsəd  olmayıb  yalnız  istəyə  nail  olmaq  üçün  alət  rolunu    oynayır.  Maddi 

maraqla  əlaqədar  törədilən aqressiyaya  misal olaraq, quldurluq  qurbanı olan şəxs 

müdafiə olunarkən, ona xəsarət yetirilməsi ola bilər. Burada əsas məqsəd ağrı və 

iztirab vermək deyil, qazanc əldə etməkdir. 

    Aqressiv davranışın bioloji determinantları. İnsanın aqressiv davranışa meylli 

olmasına  daha  çox  hansı  –  daxili  (endogen)  və  mühit  faktorları  təsir  etməsi 

məsələsi özünün tam həllini tapmayıb. Çox güman ki, belə faktorlardan hər biri bu 

və ya digər dərəcədə aqressiv davranışın formalaşmasında iştirak edir. Hal-hazırda 

aqressiyanın bioloji hipotezləri irsi, hormonal və neyrofizioloji faktorları araşdırır. 


 

Aqressiv tendensiyaların irsən keçməsindən danışarkən tez-tez eyni genotipə malik 



biryumurtalı  ekizlər  üzərində  aparılan  tədqiqatlara  əsaslanırlar.  Bununla  yanaşı, 

belə  tədqiqatların  ciddi  çatışmayan  cəhəti  var.  Belə  ki,  təkyumurtalı  (monoziqot) 

ekizlər bir qayda olaraq, eyni tipli tərbiyə görür. Onların oxşar xarici görünüşü isə 

ətrafdakıların ekizlərə eyni münasibətini müəyyən edir. 

   Tədqiqatların digər xətti himayəyə götürülən uşaqların öz bioloji valideynlərinin 

xüsusiyyətlərinin  irsən  verilməsinin  öyrənilməsi  ilə  əlaqədardır.  Sübuta 

yetirilmişdir  ki,  himayəyə  götürülmüş  uşaqlar  arasında  valideynləri  məhkum 

olunmuşların  qanun  pozuntusu  törətmək  riski  yüksəkdir.  Alınmış  nəticələr  başqa 

cür  də  qiymətləndirilə  bilər.  Aqressiyaya  meyllilik  deyil,  ayrı-ayrı  xüsusiyyətlər, 

məsələn,  intellektual  qabiliyyət,  yüksək  emosionallıq,  hiperaktivlik  və  s.  Irsən 

verilə  bilər.  Eyni  zamanda  ögey  valideynlərin  də  davranışının  (məsələn,  onların 

törətdiyi  qanun  pozuntuları)  himayəyə  götürülmüş  uşaqlarda  aqressiyanın 

formalaşmasına səbəb olması haqqında da məlumatlar var. 

    Aqressiyaya  meyllilik  baxımından  kişilər  və  qadınlar  arasındakı  hamıya  bəlli 

fərqlər  aqressiv  davranışın  X  və  Y  cinsi  xromosomları  ilə  əlaqəsini  fərz  erməyə 

əsas  verdi.  Bir  sıra  tədqiqatlar  xromosonları  ilə  əlaqəsini  fərz  etməyə  əsas  verdi. 

Bir  sıra  tədqiqatlar  xromosonlarında  XYY  anomaliyası  olan  kişilərin 

öyrənilməsinə  həsr  olunmuşdur.  Məlum  olmuşdur  ki,  belə  xromosom  dəsti  əsas 

əhali  kütləsi  üçün  deyil,  törədilmiş  cinayətlərə  görə  məhkum  olunmuşlar  üçün 

səciyyəvidir.Bu  şəxslərin  sayı  əsas  populyasiya  ilə  müqayisədə  15  dəfə  çox 

olmuşdur.  Onların  arasında  təkrar  məhkumolma  hallarına  da  daha  çox  rast 

gəlinmişdir.  Bununla  belə  cinayət  tərkibinə  görə  normal  XY  xromosomları 

daşıyanlarla  XYY-xromosom  dəstinə  malik  olanlar  arasında  ciddi  fərqlər  aşkar 

olunmamışdır.  Digər  tərəfdən,  sonuncuların  daha  aşağı  intellektual  qabiliyyətə 

malik olması aşkar olunmuşdur. 

      Mərkəzi  sinir  sisteminin  fəaliyyəti  və  aqressiv  davranış  arasındakı  qarşılıqlı 

əlaqələri  müəyyənləşdirərkən  ilk  növbədə  limbik  sistem  öyrənilmişdir.Limbik 

sistem  sensor  qıcıqların  emosional  reaksiyalarla  əlaqəsinə  cavabdehdir.  Bir  sıra 

təcrübələrdə  limbik  sistemdə  dövr  edən  neyromediatorların  öyrənilməsi  bu 

maddələrin  miqdarını  aşağı  səviyyədə  olmasının  aqressiya  ehtimalını  artırmasını 

fərz etməyə əsas verdi. Çünki neyromediatorların funksiyalarının zəifləməsi şəxsin 

xoşagəlməz qıcıqlara qarşı adekvat reaksiya qabiliyyətini zəiflədir. 

    Tədqiqatın digər obyekti beyin qabığı olmuşdur. Beyin qabığı mərkəzləri sosial 

biliklər  əldə  olunması,  informasiyanın  interpretasiyası,  reaksiya  seçimi  ilə 

əlaqədardır.  Beyin  qabığının  alın  nahiyəsinin  zədələnməsinin  aqressiya  ilə  bağlı 

olması  qeyd  olunmuşdur.  Beynin  sol  yarımkürəsinin  disfunksiyasının  qressiyaya 



 

meylliliyə  səbəb olması da  müəyyən  olunmuşdur.  Ümumiyyətlə,  koqnitiv, hərəki 



perseptiv  qabiliyyətlə  əlaqədar  olan  beyin  qabığının  funksional  fəallığı  aqressiv 

meyllərə təsir edir. Belə funksiyaları zəif inkişaf etmiş şəxslər daha çox səbəbsiz 

aqressiyaya meyl göstərirlər. Bu zaman aqressiyaya meylliliyin üzvi zədələnmədən 

daha  çox  primitivlik,  davranışa  zəif  nəzarət  və  antisosial  əməllər  formasında 

stereotip reaksiyalarla təzahür etməsi mümkündür. 

     Aqressiv  davranışın  psixoloji  determinantları.  Aqressiyanın  təbiətini 

aydınlaşdıran  konsepsiyalardan  biri  də  instinktlər  haqqında  təlimdir.  Nobel 

mükafatı  laureatı  Lorens  heyvanlarda  aqressiv  davranışı  tədqiq  edərkən  belə 

nəticəyə  gəlmişdir  ki,  yaşamaq  uğrunda  mübarizədən  başlanğıc  götürən  xüsusi 

aqressiv təzahürlər təkamül nöqteyi-nəzərdən güclü və həyat qabiliyyətli fərdlərin 

sağ qalıb çoxalmasını təmin etmək əhəmiyyəti daşıyır. Aqressiv davranış, Lorensin 

hipotezinə  görə,  toplanmış  aqressiv  enerjinin  çıxmasını  təmin  edən  və  ya 

tormozlayan xüsusi xarici amillərdən asılıdır. Onu da qeyd etmək vacibdir ki, öz 

aqressiv  instinklərini  cilovlamaq  qabiliyyəti  qurbanlara  ciddi  xəsarət  yetirmək 

imkanları  ilə  bağlıdır.  Məsələn,  pələng,  aslan,  ayı  kimi  vəhşi  heyvanlar  güclü 

cilovlayıcı başlanğıca malik olduqlarından öz növünün nümayəndələrinə çox nadir 

hallarda  hücum  edirlər.  Daha  az  təhlükəli  canlı  olduğundan  insanlarda  aqressiv 

instinktlərini  cilovlamaq  qabiliyyəti  də  zəifdir.  Lakin  silahın  ixtirasından  sonra 

onların  xəsarət  yetirmək  imkanları  ölçüyəgəlməz  dərəcədə  artdı.  Lorens  yazır: 



“İnsan  bir-biri  ilə  mübarizə  aparan  heyvanlara  bənzəməklə,  yanaşı  onunla 

unikaldır ki, o, öz cəmiyyəti üçün yaramayan yeganə varlıqdır.”. Eyni zamanda 

bu  məntiqi  hipotez  aqressivlik  olmadan  “nə  elmin,  nə  mədəniyyətin,  nə  də  digər 

insan  xarüqələrinin”  mümkün  olmamasını  iddia  edir.Təsvir  olunan  hipotezin 

tənqidçiləri haqlı olaraq, bildirirlər ki, heyvanların müşahidəsindən alınan nəticələr 

avtomatik olaraq insanlara şamil edilə bilməz. Bundan əlavə, heyvanlardan fərqli 

olaraq,  insanlar  sülhsevərlik,  xeyirxahlıq,  mərhəmət,  qarşılıqlı  yardım  kimi 

xüsusiyyətlərə də malikdirlər. Həmin xüsusiyyətlər uyğunlaşma nöqteyi-nəzərdən 

aqressivliyə nisbətən daha vacib rol oynayır. 

        Aqressiyanın bədxassəli formalarına paxıllıq və qısqanclıq üzündən törədilmiş 

aqressiyalar  daxil  edilir.  Bu  zaman  insan  təkcə  istədiyinə  malik  ola  bilməməsi 

səbəbindən deyil, həmçinin başqasının buna malik olmasına görə zorakılıq əməlləri 

törədir. Aqressiyanın digər növü intiqam  məqsədilə həyata keçirilən aqressiyadır. 

Müdafiə  aqressiyasından  fərqli  olaraq,  zərər  artıq  yetirildiyindən,  o  qoruma 

funksiyası daşımır. O, artıq baş vermiş hadisəni, sanki geri qaytarmaq cəhdi edir. 

Bu  isə  reallıqdan  çox  ecazkar  məna  daşıyır.  İnamın  sarsılması  ilə  əlaqədar 

aqressiya da mövcuddur. From yazır: “ həyata inamın itməsi nifrətə səbəb olur. 



 

İnsan sübut etməyə çalışır ki, həyat amansızdır, bütün insanlar qəddardırlar 



və  sən  özün  qəddar  olmalısan”.  Nəhayət,  aqressiyanın  ən  ekstremal  forması 

kompensator  aqressiyadır.  Kompensator  aqressiya  özündə  pozitiv  qüvvələr  aşkar 

etmək qabiliyyətindən məhrum olan insanlara xasdır. Belələri, sanki həyatda tam 

dəyərli yaşamaq imkanından məhrum olduğuna görə dünyadan intiqam alır. Onun 

məntiqi “mən qurub – yarada bilmirəmsə, məhv etməliyəm” formuluna uyğun 

gəlir.  Sadistin  törətdiyi  aqressiya  kompensator  aqressiyaya  yaxındır.  Froma  görə 

bədxassəli aqressiyanın mənbələri aşağıdakılardır: 

       



  Nekrofiliya  –  bütün  cansız  şeylərə  meyl,  həyata  qarşı  biganəlik, 

sadələşdirmək, bəsitləşdirmək cəhdi; 



      • 

Narsissizm – öz şəxsiyyətinə pərəstiş, özünə vurğunluq, hamını və hər şeyi 

şəxsi arzulara tabe etdirmək

        

• 

İnsestual  simbioz  –  azadlıqdan  qorxma,  başqalarından  asılılıq,  qüvvəni 

şəxsləşdirmək. 

       Aqressiv  davranışın  tədqiqində  digər  istiqamət  biheviorizmin  görkəmli 

nümayəndəsi 

Bandura 

tərəfindən 

təklif 

olunmuşdur. 



Aqressiyanın 

formalaşmasında vacib elementlər aşağıdakılardan ibarətdir: 



A)

 

Aqressiv davranışı mənimsəmə üsulları; 

B)

 

Aqressiyaya təhrik edən amillər

C)

 

Aqressiyanın tənzimlənməsinə cavabdeh amillər. 

     Aqressiyanı  tənzimləyən  xarici  mənbələr  cəzalandırma  və  təqdiretməyə 

bölünür.  Təbiidir  ki,  aqressiv  əməllərə  görə  cinayət  məsuliyyəti  aqressiyanın 

cilovlayan  güclü  amildir.  Qanun  pozuntusundan  sonra  maddi  vəsaitin  əldə 

olunması isə aqressiyanı möhkəmləndirir. Təqdir və cəza insanın özü tərəfindən də 

müəyyənləşdirilə bilər. Bəzi aqressorlar incikliyin əvəzini çıxdıqdan sonra fərəh və 

qənaətlənmə  hissi  duyurlar.  Digərləri  isə  aqressiv  hərəkətdən  peşmançılıq  və 

başqasının  halına  acıma  kimi  hisslər  keçirirlər.  Nəhayət,  başqalarının  müşahidə 

etməklə  qazanılmış  təcrübə  də  mühüm  əhəmiyyət  daşıyır.  Burada  aqressiv 

davranışın  mənimsənilməsində  olduğu  kimi  müşahidə  olunan  təqdir  aqressiyanı 

gücləndirir, cəza isə onu zəiflədir. 

      Aqressiv davranışın motivasiyası. Aqressiv əməllər törədən insanların rəhbər 

tutduğu motivlər aqressiyanın öyrənilməsində ən çox mübahisələr doğuran sahədir. 

Bu  baxımdan,  Azərbaycan  psixiatrı  A.Ə.Manuçeri  –Lalelinin  təklif  etdiyi  metod 

maraqlı  görünür.  O,  narkotik  maddələrin  istifadəsi  ilə  əlaqədar  yaranmış 

aqressiyanı öyrənərkən, motivasiyaların aşağıdakı tiplərini göstərmişdir. 


 

      



• 

Dərk  olunan  motivlər

  – 

konkret  məqsədə  çatmağa  yönəlmiş  hərəkətlər. 

Buraya  özünü  və  ətrafdakıları  qorumağa,  maddi  mənfəət  ədə  etməyə,  tamah 

məqsədi ilə törədilmiş, cinayəti gizlətməyə yönəlmiş aqressiya aiddir. 

       

• 

Dərk olunmayan (psixodinamik) motivlər

 –

  sıxışdırılıb  çıxarılmış,  realizə 

olunmamış  fikirlər,  müxtəlif  komplekslər,  qeyri-yetkin  müdafiə  mexanizmləri. 

Belə  aqressiv  motivasiyaya  daha  çox  psixopat  şəxslərdə,  sadistlərdə,  seksual 

cinayət törədənlərdə rast gəlinir. 

     


• 

Psixotik  motivlər

  – 

digər  klinik  praktikada  rast  gəlinir.  Aqressiya  düşüncə 

pozuntusu  (məsələn,  intoksikasion  və  üzvi  psixozlarda),  qavrama  və  təfəkkür 

pozuntuları (məsələn, şizofreniya zamanı) ilə bağlı olur. 

     Aqressiyanın  öyrənilmə  metodları.  Aqressiv  davranışın  ən  dürüst  tədqiqat 

metodu  adi  şəraitdə  insanları  müşahidə  etməkdir.  Tədqiqatçıların  ən  çox  istifadə 

etdiyi  metod  münaqişəli  vəziyyət  yarana  bilə  yerlərdə,  restoranlarda,  barlarda, 

vağzallarda  və  s.  yerlərdə  insanları  müşahidə  etməkdir.  Bəzən  müşahidəçilərin 

özləri  hərc-mərclik  yaratmaq  məqsədi  ilə,  məsələn,  bir  nəfəri  itələyərək  və  ya 

kiminsə  qarşısında  növbəyə  soxularaq,  aqressiya  yaratmağa  çalışırlar.  Bu  zaman 

insanların reaksiyaları, kiminin nəzakətli, kiminsə biganə,  mötədil  aqressiv  və  ya 

kəskin  aqressiv  olmaları  müşahidə  olunur.  Sürücülərin  davranışlarının,  xüsusilə 

onların siqnal verməsinin müşahidəsi təbii şəraitdə aparılan tədqiqatlardan biri ola 

bilər.  Tədqiqatların  birində  təcrübə  aparan  yaşıl  işıq  yandıqda  maşını  qəsdən 

ləngidir.  Bu  zaman  müstəqil  müşahidəçilər  tərəfindən  siqnalların  vaxtı,  tezliyi, 

davametmə  müddəti,  sürücülərin  söylədikləri,  onların  mimikası,  jestləri  qeydə 

alınır.  Əldə  olunan  məlumatların  sonrakı  təhlili  təsir  göstərən  çoxlu  amillərin 

(aqressiyanın  stimulyatorları,  obyektin  statusu,  hava  şəraiti)  sürücülərdəki 

aqressiya təzahürlərinə təsirini dəqiqləşdirməyə imkan verir. 

       Uşaqların  oyunlarının  və  ailə  üzvləri  arasındakı  münaqişəli  münasibətlərin 

müşahidəsi aqressiyanın formalaşmasını öyrənməyə maraqlı materiallar verir. Adi 

şəraitdə  aqressiyanı  öyrənərkən  bir  sıra  cəhətləri  də  nəzərdən  qaçırmaq  olmaz. 

Birincisi,  aqressiya  nümayiş  etdirilərkən  neytral  müşahidəçi  kimi  hadisələri 

kənardan şeyr etmək çox çətindir. İkincisi, bu qəbildən olan müşahidələr subyektiv 

xarakter  daşıyıb,  müşahidəçinin  hər  hansı  davranışı  aqressiya  təzahürü  kimi 

qiymətləndirməsindən  asılıdır.  Ən  nəhayət,  adi  şəraitdə  aparılan  təcrübələr 

müşahidəçinin özü üçün riskdir. Həm də etika və qanun baxımından xətasız deyil. 

      Aqressiyanın digər dəqiq metodu laborator müşahidələrdir. “Bobo” adlı kukla 

ilə  aparılan  təcrübələr  geniş  yayılmışdır.  Bu  təcrübələrdə  uşaqlara  içərisinə  hava 

üfürülmüş kukla ilə zorakı davranma nümayiş etdirilir. Sonra uşaqları həmin kukla 

ilə  bərabər  çoxlu  digər  oyuncaqlar  olan  atağa  gətirirlər.  Bu  zaman  uşaqların 


 

“Bobo”  kuklasını  aqressiya  obyekti  kimi  seçmələri  müşahidə  edilir.  Sonrakı 



mərhələdə müşahidə edilmiş oyun aqressiyası təhlil edilir və ümumi aqressiya ilə 

(məsələn,  yaşıdlarla  qarşılıqlı  münasibətlər  və  ya  tərbiyəçilərin  rəyi)  müqayisə 

olunur. 

       Aqressiyanın profilaktikası və idarə olunması 

      Aqressiyanın  qarşısının  alınmasının  ən  geniş  yayılmış  üsulu  müvafiq 

cəzalandırmadır.  Lakin  Beronun  tədqiqatları  göstərir  ki,  mümkün  cəza  yalnız 

müvafiq  şəraitdə  aqressiyanın  qarşısını  ala  bilər.  Əgər  potensial  aqressorlar  son 

dərəcə  hiddətlənmə    vəziyyətindədirsə,  cəzalanma  təhlükəsi  onlar  tərəfindən  bir 

qayda olaraq nəzərə alınmır. Zorakı əməldən əldə olunan mənfəət cəza qorxusunu 

üstələyərsə,  cəzalandırma  aqressiyanı  cilovlaya  bilməyəcək.  Ən  nəhayət, 

aqressiyanın qarşısını almaq üçün cəza kifayət  



 

Yüklə 68,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin