Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

Tacikistanda, Özbəkistanda, Gürcüstanda və Ermənistanda təkcə silah yox, 

həm də (və daha şiddətlə) söz davası gedirdi. Hamı “hakimiyyətin 

mənbəyi” olan xalqı öz tərəfinə  çəkməyə, hər vasitə ilə öz həqiqətlərini 

formalaşdırmağa səy göstərirdi. Subyektiv həqiqətin, arzu olunan 

gerçəklərin və gerçəkliyin yolu yenə də yalan və riyakarlıqdan keçirdi. Dil 

bu dəfə gerçəkliyi ötüb keçmirdi, əksinə, ondan geri qalırdı, taytayırdı. 

Başqa cür də mümkün deyildi, çünki xalq adından danışdıqda yalanın 

kölgəsi daha qalın, yalan qalxanı daha möhkəm, yalan tez (müəyyən qrup 

insanların mənafeləri təmin olunana qədər) unudulan olur. Yuxarıda qeyd 

olunan məmləkətlərdə verbal mübarizə-münaqişə teatrlarında proseslər 

aydınlaşdıqdan, vəziyyət durulduqdan, nisbi sabitlik yaranandan  sonra kim 

nəyi vəd etmişdisə, məhz ona qarşı amansızlıq göstərməyə başladı. Daha 

doğrusu, başqa mənfi hallarla birlikdə dövləti qoruma və möhkəmləndirmə 


 

 

 



477

düşüncəsi və frazeologiyası önə keçdi. Daha mitinqlər, yürüşlər lazım 

deyildi, mövcud hakimiyyəti qorumaq lazım idi.  Sən demə demokratiya 

təcrübəsi olmayan, totalitar və avtoritar sistemlərdən sıyrılıb çıxmış 

ölkələrdə “böyük dövlət xadimlərinin” ən böyük həqiqəti hakimiyyətə gəlib 

onu nəyin bahasına olursa-olsun əldə saxlamaq həqiqəti və demokratik 

seçkilər yolu ilə hakimiyyəti bölməyə hazır olmaq yalanı imiş! Bu 

həqiqətləri  əvvəlcədən dilə  gətirmək və ya yalanı gizlətmək - elektoratı 

əldən vermək, kütləni özünə qarşı qaldırmaq, tamamilə  şanssızlaşmaq 

“fədakarlığına” bərabərdir! Hakimiyyət piramidasına yalnız ehtiraslı, 

şişirdilmiş qeyri-həqiqətlərlə, sərt yalanlar və kövrək  həqiqətlər 

sürahisindən tuta-tuta, onu əldən buraxmaya-buraxmaya, gah sağa, gah da 

sola yıxılmaqla, mərkəzə adlamaqla yüksəlmək olar. Bunun başqa cür 

düşünülməsi, 

əsaslandırılmamış 

səmimiyyət, ölçülüb-biçilməmiş 

humanizm kütləni ayıldar, güclü insan, güclü şəxsiyyət illüziyasını dağıdar. 

Son nəticədə  hər bir vətəndaşın, bürqerin eksistensiyasını  təhdid edər. 

Yuxarıda qeyd olunan ölkələrin bir çoxunda dövlət başçıları, partiya 

liderləri öz yerlərini rahatlayandan sonra yenə də “dövlət çevrilişi”, “ölkədə 

sabitliyi pozmaq”, “xaricdən qrant almaq”, “dağıdıcı müxalifət” sevimli 

mövzular oldu. Küçəyə  çıxmaq, mitinq keçirmək, nəyəsə etiraz etmək, 

iqtisadi tələblər irəli sürmək, hətta aclıq etmək artıq “sabitliyi pozmaq”, 

“ictimai-siyasi vəziyyəti gərginləşdirmək” kimi qiymətləndirildi. 

Müxalifətə qarşı hücumlar başlandı, söz azadlığı, deməli, həm də  həqiqət 

azadlığı boğuldu, yalan və  mədhiyyəçilik azadlığı çiçəkləndi. Bir vaxtlar 

hamının uğrunda mübarizə apardığı “demokratiya”, “azadlıq”, “hüquq”, 

“bərabərlik”, “dövlətçilik”, “milli dövlətçilik” kimi fundamental dəyərlər 

dırnaq arasına alınmağa başlandı. Çaşqınlıq yaratmaq üçün arzuedilməz 

anlayışları bildirən sözlər dırnaqla zərərsizləşdirildi. Orfoqrafiya, durğu 

işarələri hüquqi məna kəsb etdi. Tacikistan, Türkmənistan, Belorusiya, 

Özbəkistan belə dil islahatının bariz nümunələri idi. Azərbaycanda və 

Ermənistanda Qarabağ  hərəkatı ilə bağlı böyük ictimai-siyasi 

təbəddülatların, dəyişikliklərin, aldadıcı etnik-regional mənafe və 

qruplaşmaların getdikcə kəskinləşən mübarizəsi fonunda tezliklə yeni siyasi 

dillər, dialektlər formalaşdı,  bir qədər sonra hətta aşağıdan təzyiqlə kiçik 

bir coğrafi ərazini əhatə edən ləhcələr, ağızlar ədəbi dili sıxışdırmağa, ona 


 

 

 



478

güc gəlməyə başladı. Azərbaycanda bir “l” samiti ilə deyilən sözlərin iki, 

bir cüt qalın “l” ilə deyilməsi, saitlərin sərt və  əsəbi başlanğıcla tələffüzü, 

cır samit bağırtıları, qalın, qart saitlərin daim artan aqressiyası dilçilərin heç 

xəbəri olmadan Ana dilinin praqmatik  fonetika bölməsini formalaşdırdı. 

Hətta mürəkkəb cümlə sintaksisində dəyişikliklər, düzəlişlər baş verdi. Şərt 

budaq cümləsi öz yerini könüllü olaraq güzəşt budaq cümləsinə  tərk etdi.  

Beləcə güzəştlər artdıqca təyinlər, tamamlıqlar çoxaldı. Bir çox arxaik, 

regional formalar ədəbi dil normasına çevrildi, siyasi-ideoloji çalarlar, 

çalarlıqlar kəsb etdi. Onların yerli-yersiz təkrarı strateji məqsədə çevrildi. 

Dil hakimiyyət, mövqe mübarizəsinin ön cərgəsinə  çıxdı, funksional-

koqnitiv imkanlarını genişləndirdi. Bütün Almaniya nasional-sosialistlər 

hakimiyyətə  gəldikdən az sonra Avstriya dialektində, Bavariya ləhcəsində 

və aksentində danışdığı kimi, “miatsum” eyforiyasınını təsiri altında bütün 

Ermənistan bir vaxtlar və sonralar da kinayə  və nifrətlə yanaşdıqları 

Qarabağ  ləhcəsində danışırdı. Bu dillər, avazlar qısa bir müddətə kütləvi 

aldanış və yanılmalara səbəb oldu, siyasi və azadlıq mübarizələrinin birlik 

və  həmrəyliyin dilinə çevrildi. Ədəbi dildən də yüksəyə qalxdı. Qəribədir 

ki, XXI əsrin əvvəllərində Rusiyanın ən məşhur tenorlarının səsi də Putinin 

səsi kimi çıxırdı. Sonralar bir çox ölkələrin dövlət başçıları dil normalarına 

da müdaxilə etməyə, “dil təsərrüfatına” da əl gəzdirməyə başladılar. 

Stalinin dil və dilçilik məsələlərinə maraq örnəyi baş qaldırmışdı. Diktator  

hər  şey üzərində  nəzarəti  ələ keçirdiyi kimi, özünü gerçəkliyin, deməli, 

dilin də fövqündə hiss edir, adamlar yavaş-yavaş onu yamsılamağa, onun 

kimi danışmağa, kor-koranə onu təqlid etməyə başlayırlar və buna  öz 

güvənliklərinin bir elementi kimi baxırlar. Siyasət adamları klişelərin, 

ştampların, yamsılamaların təsirinə daha çox məruz qalır. Reallıq belədir 

ki, güclü şəxsiyyət imici total hakimiyyətdən keçir, hər  şeyə  və  hər kəsə 

qeyd-şərtsiz öz iradəsini qəbul etdirməkdən, hami tərəfindən yenə də qeyd-

şərtsiz qəbul olunmaqdan, özünü bütün situasiyalardan yuxarıda hiss etmək 

və  həmişə haqlı olmaq məharətindən və psixologiyasından keçir. Stalin, 

Adolf Hitler, Franko, Mir Cəfər Bağırov kimi böyük-kiçik diktatorların ən 

yaxın silahdaşlarını, total şəkildə  məhv etməsi faktı yaxın tarixdən 

məlumdur. Heç kəs yanında özündən ağıllısının və ağıllı görünənin, yaxud 

onu yaxşı tanıyanın oturmasını istəməz. Diktatorlar yaxşı bilirlər ki, söz 


 

 

 



479

üzərində hakimiyyətin itirilməsi ümumiyyətlə hakimiyyətin, nüfuzun 

itirilməsinin başlanğıcını qoya bilər, hadisələr və onun qiymətləndirilməsi 

üzərindəki inhisarı  zəiflədə bilər. Məntiqin, savadın, həqiqətin gücü 

çatmayanda ancaq böhtan və  şər, provakasiyalar, təxribatlar, təhdid və 

həqiqəti danmaq hədəsi köməyə  gəlir.  Əslində bunlara yaradıcılığın 

“növləri” kimi də baxmaq olar. Kor iradə və zorakılıq dünyanın təkcə real 

mənzərəsini deyil, linqvistik mənəzərəsini də dəyişir. “Bütün dövrlərin və 

xalqların füreri” avtoritarizmə, özbaşınalığa qarşı  çıxan köhnə dostunu 

başqa bir şeydə yox, “Almaniyada demokratiyanın inkişafına mane 

olmaqda”, “milli-mənafeyə  xəyanət etməkdə”, “alman xalqının  əbədi 

xoşbəxtliyinə qarşı  çıxmaqda” suçlamışdı. Özünün etdiklərinin hamısını 

onun boynuna qoymuşdu. Erix Rennin şəxsən Hitlerin özü tərəfindən, öz 

əli ilə (eigenhändig!) güllələnməsi alman bürqerləri arasında böyük ruh 

yüksəkliyinə, Hitlerin nüfuz və hörmətinin xeyli artmasına səbəb olmuşdu. 

Nüfuz, hörmət və  səlahiyyət, iqtidar sahibi ola bilmək üçün, haqlı olmaq 

həqiqətə söykənmək deyil, hökmən güc və söz sahibi olmaq əsas şərtlərdən 

biridir. Adətən deyildiyi kimi, hüququn gücünə yox, gücün hüququna 

tapınmağı öyrənmək və bunu bacarmaq lazımdır! Dünyanı  məhz belə 

düşüncə və konturlarda qavramaq və bunu tərəddüd etmədən, ləngimədən, 

öldürərkən,  şikəst edərkən uf demədən həyata keçirməyi bacarmaq 

lazımdır! Kütlə psixologiyasında “obyektiv” həqiqətin, reallığın deyil, 

gücün həqiqət kimi dərk edilməsinin çox dərin kökləri və könüllü əsarətin 

tarixi qədər qədim bir tarixi vardır. Çox vaxt haqq haqlı olanın deyil, güclü 

olanın tərəfində olur, haqlı olan deyil, güclü olan haqlı  çıxır! Həqiqət 

qüvvəsi kəsb edən həmin güc nümayişinin ən təsirli nəticələrindən biri də 

bu olmuşdu ki, Hitler bu yolla bütün alman xalqını, pedantlığı ilə seçilən 

alman bürqerini bu qanlı yalanın  ətrafında birləşdirməyə müvəffəq 

olmuşdu.  

 

Rəqiblərini timsahlara atdıran və ya avtomobil qəzasına saldıran, 



ağzından güllələdən adi aminlərin aşkar güc siyasətindən fərqli olaraq 

mötədil ideologiya və dil hiyləgərliyi, siyasətlə, kütlələrin  şüuruna, 

psixologiyasına təsir etməklə qazanılan hakimiyyət daha möhkəm, onun 

qorunub saxlanması daha uzunmüddətli və asan olur. Daha çox tərəfdarlar 

tapır. Məcburi tərəfdarlar tapır. Bu şərtlə ki, tez-tez sürət ölçülərini 


 

 

 



480

dəyişəsən. Mübaliğələr, perifrastik şişirtmələr vasitəsilə gerçəkləri, nəinki 

gerçəkləri, hətta yalanları da diametral  surətdə dəyişmək, öz həqiqətlərini 

cəmiyyətə qəbul etdirmək ən çətin, lakin ən perspektivli və güvənli yoldur 

və bu yolu gedənlər sonda rüsvayçı olsa da, çox davamlı  qələbələr 

qazanırlar. Adamları  həm ideya, konyuktura, həm də dil ətrafında 

birləşdirmək  ən perspektivli yoldur. Burada siyasi jarqonla yanaşı, məişət 

ümumiliyi, səs-tələffüz həzzinin də müəyyən rolu var. Mən bir çoxlarının 

danışarkən, çox danışarkən damağında dad duyğusunu hiss etdiyini 

müşahidə etmişəm... Biz kiçik vətəni, öz kəndimizi, oymağımızı, 

köyümüzü ona görə daha çox sevirik ki, orada hətta ağac dostlarımız, öz 

dağlarımız, çaylarımız, bulaqlarımız var. İlkin təəssüratlarımızı daşıyan hər 

bir sözün, bütövlükdə mental leksikonun, hər bir səsin də öz şirinliyi və 

psixi emosional gücü vardır. Cəmiyyətdə şüur səviyyəsi, dərketmə, anlama 

mədəniyyəti, milli təəssübkeşlik və birlik, kollektiv koqnisiya zəif olduqda 

saxta və  cəzbedici ideyalar ətrafında birləşmək üçün dil və  məişət birliyi 

çox  əhəmiyyətli və davamlı olur. Gücün, güc sözlərinin  ətrafında 

birləşmək, toparlanmaq daha asan olur. Bir şərtlə ki, həmin alovu sönməyə 

qoymasan, onu daim körükləyəsən, xalqın birliyini hədəf kimi alasan.    

 Hakimiyyətə gəlmək və hakimiyyətdə qalmaq üçün bütün vasitələri 

məqbul sayanların yalanı  əxlaqi-mənəvi bir kateqoriya kimi qəbul 

etmələrinə inanmaq çətindir. Təəssüf ki, həmin bədnam, qeyri-əxlaqi, 

qeyri-insani mübarizə-mücadilə konsepsiyası  həvəslə, ruh yüksəkliyi ilə 

qəbul oundu və üstünlük, qalibiyyət kredosu təkcə yüksək səviyyədəki 

mübarizə  əzmini, mübarizə  həvəsini özündə birləşdirmir, birincilik, üstün 

olmaq, gücə daha çox arxalanmaq, sahiblənmək eşqi aşağılarda da, bütöv 

xalqlar, onları  təmsil edən fərdlər arasında da gedir. Həqiqətdən, bilikdən 

uzaqlaşma, predmetsiz, dərksiz əsaslandırma, ağ yalan, şər və böhtan yolu 

ilə problemləri həll etmək təşəbbüsləri getdikcə daha ağır nəticələr verir və 

xalqları fəlakətlərə düçar edir. Prosesin, faktın, hadisənin qeyri-realist, aşırı 

təqdimatı  dərketmənin rəvanlığını, təbiiliyini pozur, obyektiv reallığı 

görüntü, saxta çoxluq, rəngarənglik təəssüratları ilə əvəz edir.  

Zimbabve diktatoru 2008-ci ilin prezident seçkilərində seçicilərin 

böyük  əksəriyyətinin səsini toplamış  və hakimiyyətə  gəlmiş müxalifət 



 

 

 



481

liderini, bütövlükdə müxalifəti “satqın” (Verräter) adlandırdı. Bu siyasi 

“xasiyyətnamədə” həqiqət payı varmı?  Əlbəttə, var. 40 ildən artıq 

hakimiyyətdə olan, özünü ölkənin sahibi, şəxsi malikanəsi hesab edən 

Müqabeyə, onun cah-cəlalına münasibətdə bunu doğrudan-doğruya 

“satqınlıq” adlandırmaq mümkündür. “Satqınlıq” istər sadə, saf dildə, 

istərsə  də yalanlara uğramış, çirkaba bulaşmış siyasi dildə  fərqli bir 

düşüncə və reallıq təlqin edər. Və ifadə edər. Totalitar nasional-sosialist və 

kommunist leksikonunda bölücülük millətin gücünün parçalanması 

anlamından daha uzağa gedər.  İqtisadi-ictimai münasibətlər zəif inkişaf 

etdikcə, şüur səviyyəsi aşağı düşdükcə, aşağı salındıqca yalan və mübaliğə 

də daha artıq tüğyan edər, özünə çoxlu tərəfdarlar tapar və çiçəklənər. 

Peyinlikdə  əkilmiş çiçəklər kimi çiçəklənər... Daxili mübarizədə siyasi 

opponentlərinə  çətinlik çəkmədən qalib gələn, kütlənin psixoloji 

müqavimətini asanlıqla dəf edən dövlət başçıları, öndə gedən siyasilər yeni, 

sadəlövh, lakin cəlbedici anlayışlar, sözlər uydurar və bunların dumanlı 

reallıqlarına qapılaraq insaf, ədalət hissini itirər. Sonda öz yalanlarına 

inanar. Subyektiv yalan, fikir getdikcə  çılpaq doğruya çevrilər. Bir an 

dincəlmədən, aram tapmadan yeyib doymağa çalışan, öz ömrünü sona 

çatdırmağa tələsən barama qurdu – xirik qurdu özünü öz nəfsinin, öz 

gerçək mövcudluğunun, azadlıq və  əsarətinin toruna saldığı kimi, 

gerçəklikdən qopmuş, reallıqdan ayrı düşmüş siyasətçilər, adamyeyən 

diktatorlar da öz sözünün toruna düşər. Çaşqınlıq içində  bəzən  ən adi 

anlayışları da qarışdırar.  Ən yeni tarixdə  yəhudiləri birmənalı  şəkildə 

düşmən elan edən fars şovinistləri,  İran siyasətçiləri və çoxdankı 

vərdişindən əl çəkməyən, bir an belə əl çəkməyən erməni liderləri özlərini, 

öz dövlətlərini və xalqlarını belə bir qırılmaz torun içinə salmış kimi 

görünürlər. İnsanın yalnız insan olduğuna, başqa bir millətin nümayəndəsi 

olduğuna görə başqa birisinə nifrəti  şəksiz ki, aşırı, qeyri-real idrak və 

düşüncənin bəhrəsidir.  Şübhəsiz ki, bu həm də çox böyük problemdir və 

bütünlüklə mövcudluq psixologiyası ilə bağlıdır.  Şübhə etməmək olar ki, 

məsələn, fars və erməni dillərində yalan və mübaliğə mexanizmlərinin, 

şiddət sözlərinin, yəhudilərə  və türklərə nifrət leksikasının araşdırılması 

təkcə dilçilik elminin, linqvopolitologiyanın deyil, psixologiya və tibb 

elmlərinin, refleksologiyanın öyrənilməsi üçün böyük töhvələr verə bilər. 


 

 

 



482

Deyilənə görə kinlə yaşayan insanlarda, əsaslandırılmamış-patoloji nifrətə 

sarılmış xalqlarda daim qara ödün qatılaşması prosesi gedir.   

Beləliklə, mübaliğəyə yalnız bir dil-üslub fiquru kimi deyil, həm də 

fikir fiqurları, koqnitiv fenomen kimi yanaşmaq onun əsl mahiyyətinin 

daha yaxşı  dərk olunması üçün geniş imkanlar yaradır. Yalnız ifrat-son 

qütblərlə düşünmək, uşaqsayağı ikili kodlarla qavramaq, qeyri-səlis məntiq 

və linqvistikaya yiyələnə bilməmək müasir dünyadakı sosial-siyasi 

fəsadların başlıca mənbələrindən biridir. Qəribədir ki, mübaliğə həm qeyri-

səlisliyin pozulmasına, həm də eyni zamanda güclənməsinə gətirib çıxarır. 

Bunu yenə  də kifayət qədər aktual və ibrətamiz olan erməni siyasəti və 

ermənisayaq linqvistika “nümunələri” üzərində izləməyə çalışaq. Görünür, 

məsələn, farslar həqiqətən tarixin ən böyük və hökmran xalqlarından biri 

olduğundan onlarda böhtan və riyakarlıq ermənilərdə olduğu qədər inkişaf 

edə, qol-qanad aça bilməmişdir. Buna o qədər ehtiyac da olmamışdır. 

Dünyada heç bir xalq ermənilər qədər güclü şiddət sözləri, denotatsız, 

predmetsiz nominasiyalar, virtual həqiqətlər yarada və onları 

“beynəlmiləlləşdirə” bilməmişdir. Gerçək həqiqətləri olduğu kimi görməyə 

imkan verməyən türk nifrəti ermənilərdə  təkcə melanxolik tarixin, folklor 

ədəbiyyatının deyil, “xalq linqvistikasının” da birtərəfli, “səlis” inkişafına 

gətirib çıxarmışdır. Və heç bir xalq bizim “quru söz”dediyimiz sözlə, 

əslində heç də quru söz olmayan sözlə bu qədər yalançı “faktlar”, qurama 

anlayış və xəyali gerçəklər, “həyati” uydurma və əfsanələr, nağıllar yarada 

bilməmişdir. Dünya dillərinin heç birində dil işarələri məlum sferalarda 

erməni dilində və ermənilərin ana dili kimi istifadə etdikləri dillərdə olduğu 

qədər yayğın, qeyri-adekvat, ixtiyari olmamışdır. Düşünmək olar ki, 

ermənilər yaşadıqları ölkələrin dövlət dillərinin “inkişafına”  əhəmiyyətli 

dərəcədə təsir göstərmişlər... Belə bir qeyri-varlıq, materiyasızlıq mühitində 

dünyanın ən böyük romantik ədəbiyyatının  niyə ermənilərdə yaranmaması 

da cavab verilə bilməyən suallardandır. Belə  çıxır ki, ermənilər saxta 

reallıqlar yaratmaqda bədii həqiqəti də, onun yalanını da çox-çox arxada 

buraxmışlar. Görünür, böyük romantik ədəbiyyatın yaranması üçün xəstə, 

əlçatmaz, ünyetməz təxəyyül yox, ilk növbədə saf qəlb, təmiz göyləri saf 

qəlblə seyr edə bilmək xoşbəxtliyi və vərdişi tələb olunur. Zaman-zaman öz 



 

 

 



483

tarixlərini qılıncla deyil, sözlə yaratmış, öz həqiqətlərini sözlə  gəlişdirmiş 

işarə substratı ilə yoğurmuş ermənilərin bəlkə də ən güclü cəhəti bundadır. 

Məhz bunun nəticəsidir ki, onlar öz cinayətlərini uğurla, büsbütün “rəqibin” 

boynuna atmağa müvəffəq olmuş, bütün dünyanı,  əslində bu məsələdə 

aldanmağa meylli olan dünyanı öz yalanlarına, söz yalanlarına inandıra 

bilmişlər. Reallıq, həqiqət materiya olmayan yerdə söz reallıqları önə 

keçmişdir.  Ədalət naminə demək lazımdır ki, bu heç də az “yaradıcılıq 

qüvvəsi”, psixi energetika tələb etmir və  hər toplumun belə ardıcıllıq və 

inadla yerinə yetirəcəyi bir vəzifə  də deyildir. Bunu etiraf etmək və 

düşməni dəf etmək üçün bundan öyrənmək, istifadə etmək, arzuolunmaz 

gerçəkliyi dəfetmənin  şərtlərini mənimsəmək lazımdır.  İstisnasız olaraq 

sözlə, aşırı qavrayışla yaradılmış və bu “tarixi gerçəklərin”, linqvistik oyun 

və virtual reallıqların bəzilərini xatırlamaq kifayətdir. Türklər onların 

tarixdən məlum olan real sayından artıq – 3 milyon ermənini qətlə yetirir; 

“erməni torpaqlarını” işğal edir; “dinc əhalini qırır” (burada “dinc” sözü də 

mübaliğə məqamına gəlir, çünki ermənilər heç vaxt yaşadıqları ölkədə dinc 

oturmurlar); qırğını özləri törətmələrinə baxmayaraq Sumqayıtda 

azərbaycanlılar erməniləri qırır; “vəhşi” azərbaycanlılar (dünya günahsız 

uşaqları  dəmir borulara doldurub hər iki tərəfdən qaynaqla bağlamaqdan 

böyük vəhşilik, qatil ixtirası tanımır) yaşamaq imkanı vermədikərinə, 

erməniləri sıxışdırdıqlarına  görə onlar Azərbaycandan ayrılmaq, “ana 

Ermənistanla” birləşmək (miatsum!) istəyirlər (Halbuki Ermənistan özü elə 

Azərbaycan  əraziləri hesabına və Azərbaycan  ərazisində böyük dövlətlər 

tərəfindən yaradılmış qeyri-qanuni, bic bir dövlətdir, regionda sabitliyi, 

müsəlman dünyasında birliyi pozmağa yönəlmiş bir nifaq ərazisidir). 

Reallığa oxşayan bəhanələr, uydurma əsaslandırmalar da yalanı 

çiçəkləndirən nəsnələrdəndir. Həqiqət böhranı keçirən müasir dünyada 

bəlkə  də yeganə monoetnik dövlət olan Ermənistanda azərbaycanlılar 

“xaricdən vətənə gələn erməniləri yerləşdirmək” adı ilə deportasiya edilir, 

eyni dövlətin daxilində qaçqınlıq, didərginlik toxumu səpilir. “Ən adi insan 

hüquqlarının belə pozulduğu” Azərbaycanda Dağlıq Qarabağ ermənilərinin 

təhlükəsizliyinin təmin edilməsinin mümkünsüzlüyü aldanışı 

formalaşdırırlar. Halbuki, əksinə, məhz ermənilər bütün azərbaycanlıları və 

ruslar da daxil olmaqla bütün digər millətlərin nümayəndələrini 


 

 

 



484

Ermənistandan qovmuş, həmin 120 min Dağlıq Qarabağ ermənilərinin 

“insanlıq hüquqlarının” təmin olunması üçün 1 milyon azərbaycanlıları ata-

baba yurdlarından didərgin salmış, az qala Ermənistanın özü boyda bir 

ərazidə bütün kəndləri,  şəhərləri, yaşayış  məskənlərini viran qoymuşlar, 

meşələri qırmış, torpaqları yandırmış, çayları kimyəvi  maddələrlə 

zəhərləmişdilər. Sadalananlar müasir sivil dünyanın həvəslə inandığı  və 

fəal mühafizə etdiyi ağ yalan və digər rəngli yalanların, subyektiv həqiqət 

“ixtiralarının”, dil-əməl oyunlarının heç də tam olmayan siyahısıdır. Bir 

daha təkrar edirik ki, uzun müddətdən bəri davam edən soyuq və isti 

işğallarda ermənilərin xidməti isə bundan ibarət olmuşdur ki, tarixdə 

olmayan hadisələri linqvistik reallıqlara çevirmiş, onlara dil  gerçəkliyi 

donu biçmiş, sözün köməyi ilə bütöv bir yalan tarixi, özünəməxsus varlıq – 

yoxluq – aldanış paradiqması, subyektiv həqiqətlər “imperiyası” 

yaratmışlar.  Ədalət naminə qeyd etmək lazımdır ki, belə virtual işğallar, 

qətliamlar gerçək işğal və  qələbələrdən heç də az məharət və  əhəmiyyət 

kəsb etmir. Bir nəfər kimi bütün  millətin sağlam və  xəstə qüvvələrinin 

konsentrasiyası, dil enerjisinın son həddə varan güc hüdudlarında 

birləşməsi həqiqətən unikal bir hadisədir. Gerçək dünyada deyil, dildə 

yaşayan və dildə  qələbələr qazanan bu mifik  dünyanın  müasir siyasət 

reallıqlarında tarixi həqiqətlərə qalib gəlməsi heç də  təsadüfi hadisə 

deyildir. Erməni dili və erməniləri ilk növbədə xarakterinə, tarixi 

fəzilətlərinə görə deyil, öz maraqları naminə müdafiə edən müttəfiq dillərlə 

konstruksiya edilmiş virtual gerçəklər, xaç nişanlı simvollar əsil gerçəkləri 

sıxışdırıb onların yerinə keçməkdə, uğurlar qazanmaqda davam edir. Və 

dəfedilməz dil ətaləti, xaç yürüşləri dayandırılmayana qədər belə də olacaq. 

 Reallığın çoxluğu, həqiqətin subyektivliyi, qavrayışın fərdi, 

insanmərkəzçi xarakteri bütün bu haqsızlıqlara sanki haqq qazandırır (Bax: 

A.  В.  Кирилина, 34), yalanın başqa, kodlaşdırılmış bir adı olan “ikili 

standartlar” siyasətinə, “ikili standartlar” psixologiyasına və “ikili 

standartlar” fəlsəfəsinə aparır. Belə bir düşüncə, davranış  və  dərketmə 

kontekstində onsuz da ixtiyari olan dil işarələrinin, bütövlükdə dilin 

müstəqil, muxtar bir qüvvə kimi fəaliyyət göstərməsi,  əlahiddələşməsi 

xüsusi qüvvət və təcil kəsb edir, onun gerçək reallıqlardan uzaqlaşması və 

öz reallıqlarını yaratması prosesini asanlaşdırır. Dil işarələrinin süni olaraq 


 

 

 



485

böyüdülməsi, şişirdilməsi – predmetə, hadisəyə, referensiyaya zorla pərçim 

edilməsi və ya sırınması onlarla gerçək denotat  arasındakı  əlaqənin 

yadlaşmasına səbəb olur, adekvat dərketmənin perspektivlərini xeyli 

dərəcədə azaldır, bəzən tamamilə aradan qaldırır. Qiymətləndirmənin qeyri-

mükəmməlliyi və ifrat birtərəfliyi dərketmədə subyektiv elementlərin 

dominantlığına yol açır.  

 

Qəribədir ki, qloballaşmış, daha dəqiq desək, radikallaşmış 



dünyada, adi mülki hüquqda, hər hansı bir sivil və ya özünü sivil adlandıran 

dövlətin cinayət məcəlləsində  təhqiretmə, yalan ifadə vermə, böhtan və 

şərləməyə, zorakılıq hərəkətlərinə görə  cəza nəzərdə tutulduğu halda, 

beynəlxalq hüquqda, dövlətlər, xalqlar səviyyəsində eyni, daha dəhşətli 

cinayət  əməllərinə görə ayrıca maddə  nəzərdə tutulmur. Açıq etiraf 

olunmalıdır ki, müasir dünyada bir çox radikallaşmış xalqların, dövlətlərin, 

ayrı-ayrı toplumların, lobbilərin hərəkətlərində kollektiv cinayətkarlıq 

əməlləri var. Bu vəziyyət heç də beynəlxalq qanunlarda boşluğun olması 

deyil, əksinə, subyektivliyin, “sıxlığın” çox olması  əlamətidir. Qərb xarici 

siyasətdə, öz vətəndaşlarına münasibətdə  nə  qədər demokratik və 

ədalətlidirsə, korrektdirsə, xarici siyasətdə bir o qədər və ondan da artıq 

liberaldır. Dünya insanının mənəvi-ekoloji təmizliyinə, linqvistik vicdanına 

nəzarət edən bir orqan, bir Avropa komissiyası nə üçün olmasın? Lakin bir 

məsələ də tam aydındır ki, indiki ikili standartlar, yüzlü, minli riyakarlıqlar, 

yalanlar dünyasında belə bir başlanğıcın, belə bir təşəbbüsün məhvə 

məhkum olacağı elə indidən məlumdur. Bir tərəfdən ilk növbədə bioloji 

varlıq olan insan təbitədəki dağıdıcı qüvvə, digər tərəfdən mövcudluq, 

mühafizə instinkti, fərdi və dövlət maraqları, subyektiv psixologiya və 

motivasiyalar, həyati və qeyri-həyati mənafe bölgüləri çox faydalı və zəruri 

təklif və başlanğıcların perspektivlərini heçə endirir və ya zəiflədir. Bu 

dünyanı idarə edənlər bilməlidir ki, gücün həqiqətinin  əsil həqiqətə qalib  

gəldiyi müasir dövrümüzün fəlakəti, bəlkə  də oyun qaydalarını 

müəyyənləşdirənlərin, onlara nəzarət edənlərin özlərinin stimullaşdırdığı 

terror təhlükəsinin mənbəyidir. Yeri gəlmişkən, terrora qarşı mübarizə  də 

elə gizli həmrəylik, tərəfgirlik-tərəfdaşlıq müəmması, “ikili standartlar” 

məntiqi və psixologiyası ilə aparılmırmı? Dünya uzun müddət gizli bir 



 

 

 



486

sevinc və sanki qisas hirsi ilə 30 min türkün, “Osmanlı  bəbəklərinin” 

qırılmasını seyr etdi. Lakin terror böyük dövlətlərin maraq və nüfuzuna 

toxunan kimi hamı ona qarşı fəal mübarizə kompaniyasına başladı. Əgər bir 

vaxtlar Amerikada qızılaxtaranların nəvələri, indiki nəsilləri öz enerjisini 

daha qiymətli bir dəyərin - həqiqət qızılının axtarılmasına sərf etsəydilər, 

indi dünyanın mənzərəsi tamam başqa cür olar, dünyanı idarə edən böyük 

dövlətlər  ədalətli münsif imici qazanardılar. Sonradan ciddi əxlaqi 

problemlər yaratmazdılar. Mütləq dəyişdirilməli, yenidən baxılmalı olan 

dəyərlərə “standart” kimi baxmazdılar. Onda əsil demokratiya, ədalətə 

inam da indikindən çox-çox böyük olardı. Nəinki terrorizm, “müsəlman 

terrorizmi”, heç xristian terrorizmi və  təəssübkeşliyi də olmazdı.  İndi 

mübahisələr, münaqişələr “sən də get onun atının gözünü çıxart” məntiqinə 

tamam əks qaydada həll olunur: “Sənin onun atında işin olmasın, biz sənin 

atının gözünü sağaltmaqda sənə kömək edərik”. Aparıcı dövlətlər cidd-

cəhdlə tolerantlığı, dözümlülüyü təbliğ etdiyi halda, özləri “özününkü” 

olmayanlara qarşı açıq dözümsüzlük və etinasızlıq nümayiş etdirər. 

Qloballaşma, kürəsəlləşmə adı  və  pərdəsi altında yeni müstəmləkəçiliyi 

təqib edər.  İşi düz gətirməyən, dediyi, istədiyi olmayan bir dəliqanlı kimi 

diş qıcayıb qılıncına əl atar. Tolerant olmaq yalnız özünü, özününküləri, öz 

qövmünü, sülaləsini, dinini, ailəsini, öz uşaqlarını sevmək deyil, hamıya və 

hər şeyə, “özgələrə” də diqqətlə, ədalətlə yanaşmaqdır, həyat və mövcudluq 

tərzidir. Deyilənə görə kainatda hər  şey – hətta canlılarla cansızlar, üzvi 

aləmlə qeyri-üzvi aləm arasında çox sıxı bir əlaqə  və  vəhdət, bir cazibə 

dairəsi, cəzbetmə qanunu var. Yalnız günahkar olanlar, ulu harmoniya və 

nizama tabe olmaq istəməyənlər, tarixdən qisas alanlar həqiqətin meydana 

çıxmasında maraqlı olmazlar. Türklər dəfələrlə ermənilərə “tarixdə olub-

keçmişləri” təhqiq etmək üçün müştərək komissiyalar yaratmaq, bir yerdə 

və birlikdə işləməyi təklif etsələr də, hər iki tərəfdə arxivlərin açılmasında 

israr etsələr də, gerçəyi konkret faktlarla göstərsələr də, bir deyil, beş deyil, 

yüzlərlə kütləvi məzarlıqlar tapıb onları dünya qarşısında nümayiş 

etdirsələr də, yalnış, radikal koqnisiyalarla yaşayan ermənilər  ən müxtəlif 

bəhanələrlə bundan imtina etmişlər və  təkcə bu fakt həqiqətin kimin 

tərəfində olduğunu bilmək, daha doğrusu, həqiqətin ermənilərə  və onların 

hamilərinə sərf etmədiyini dəqiqləşdirmək, sonda aydın bir qərara gəlmək 


 

 

 



487

üçün tamamilə yetərlidir. Hər dəfə hər bir təşəbbüs iflasa uğrayır, əlahəzrət 

fakt  əlahəzrət yalana, hadisə, predmet sözə uduzur. Əlbəttə, tapşırıqlı, 

boynunda xaç gəzdirən hakimin orbitirliyi ilə keçən türk-erməni söz 

savaşlarında üstünlüyün “yad” türk deyil, “doğma” erməni tərəfdə 

olmasında heç bir qəribə-mistik cəhət yoxdur. Bu prosesdə  məhz “yad”, 

“doğma”, “türk” və “erməni” aşırı sözləri yaddaşları  işğal edir, aralıq 

pillələri, həqiqəti görməyə mane olur. İndiki praqmatik, istiqamətlənmiş 

həqiqətlərlə yaşayan dünyada sadəcə olaraq yalan insanlara, dövlətlərə daha 

çox sərf edir. Sürətlə inkişaf edən, artıb-çoxalan türklərin, türk 

dövlətlərinin, ümumən müsəlmanların real müqavimət gücünün artması bir 

çox olub-olmamış hadisələrə marağı artırır, onları daha aktual, cəlbedici 

edir. Bu gün erməni yalanı türk həqiqətindən ağır gəlir. Çünki dünyaya o 

həqiqət yox, məhz bu yalan gərəkdir. Yoxsa az qala mifolojiləşdirilmiş 

ermənilik və erməni faktorunu bu qədər  şişirtməyin nə  əhəmiyyəti var? 

Ağlı başında olan hər bir siyasətçi, dövlət adamı etiraf edər ki, irili-xırdalı 

milyonlarla  ədalətsizliklərin, cinayətlərin bağlı qaldığı, milyardlarla 

insanların səfalət içində yaşadığı müasir dünyada, deyəsən daha fani 

olmayan bu dünyada “erməni məsələsi“ həddən ziyadə böyüdülmüş, 

kəskinləşdirilmiş, diş ağrısı kimi kəskinləşmiş bir məsələdir! Min dəfələrlə 

böyüdülmüş bir faktordur. Qarışqadan fil düzəltməkdir. Ermənilik və 

erməni düşüncəsinin, dərketmə steorotipinin özünə  həqiqətdə dünyanın 

qayğı ilə qoruduğu nəhəng bir yalan və mübaliğə bütü kimi yanaşmaq 

lazımdır. Diqqətlə fikir versək, araşdırsaq görərik ki, dünyanı, müasir 

dünya siyasətçilərini konkret hadisələr, faktlar, xalqlar, millətlər 

maraqlandırmır. Sonrakı təlqin və imperativlər, hesabsorma getdikcə daha 

çox ön plana keçir. Bununla da şüurun instinktivləşməsi prosesi güclənir. 

Şübhəsiz ki, çox istedadlı, qurucu, quraşdırıcı, yaradıcı adamlar olan 

ermənilər virtual “genosid” reallığını, böyük çətinliklə axtarıb tapdığı 

“qırğın qəhrəmanlığını” təbiətin, gerçəkliyin özündə belə olmayan ultra 

reallıq, fövqəlhadisə  həddinə çatdırmışlar. “Genosid” daha bir söz deyil, 

varlıq  anlayışı halına gəlmişdir. Nəhayət, bütün dünya da bilməlidir ki, 

“erməni xəstəliyi” deyilən dəhşətli mərəz sadəcə olaraq bir tibbi-bioloji 

problem yox, əsl koqnitiv fenomen, bir aşırı  hərarət, ya titrətmə halıdır. 

Kimin ağlına gələr ki, məsələn, Xocalı boyda bir hadisə törətsin və bunu 


 

 

 



488

məhz qətliama məruz qalan xalqın boynuna atsın? Kimin ağlına gələr ki, 

hər an, hər dəqiqə açıq düşmənçilik edə-edə düşmənə dostluq və 

əməkdaşlıq təklif etsin, onu tarixdə olmayan bir hadisəni qəbul etməyə 

çağırsın? Yaşadığı, vətəndaşı olduğu ölkəyə dar ayaqda görünməmiş 

xəyanətlər etsin. Məsum insanları  qırsın, “qardaşlıq məzarına” gömsün, 

sonra erməni genosidindən dəm vursun? Bir milyondan artıq insanı qaçqın 

vəziyyətinə salsın,  əraziləri işğal etsin, sonra da “heç bir ilkin şərt 

qoymadan” sərhədlərin açılmasını  tələb etsin. Böyük, güclü insanlar kimi 

böyük, güclü xalqların da yalançı hadisələr quraşdırmağa, yalançı tarix 

yaratmağa nə ehtiyacı, nə  də istedadı olmur. Çünki onlar gerçək tarixi 

yaradırlar. Döyüş meydanlarında həqiqətən düşməni göz açmağa 

qoymayan, daim açıq, mərd-mərdanə yaşamış qəhrəman türklər qəzəblərini 

boğmaq üçün zaman-zaman  gerçəklik dəyərindən məhrum olan bu 

dəhşətli, mistik söz-monsterin, mumyalanmış “virusun” təsirinə qarşı cidd-

cəhdlə “sözdə erməni soy-qırımı”, “uydurma erməni soyqırımı” dil-həbləri 

ilə fantom ağrılarını  dəf etsələr də, ilkin məzmundan, mahiyyət və 

hadisədən ayrılmış  əlahiddə verbal gücə çevrilmiş bu zəhərli sözün 

dəfedilməz aqressiyasını neytrallaşdırmaq üçün hələ də lazimi təsirli zərdab 

axtarıb tapa bilməmişlər. Nəhayət, “sülh prosesində” də başa düşmək, 

anlamaq lazımdır ki, bu quru, saxta söz reallığı, yalan kabusu yalnız erməni 

hiyləgərliyinin, erməni məkrinin yaradıcılığı  və  təkbaşına ixtirası deyildi, 

bu sözdə, sahibsiz qalmış, saxtalaşdırılmış, ovsunlanmış, bəslənmiş  bu 

quduzluqda, bu zəhərli mikrobda ümumən müsəlmanlara, xüsusi olaraq 

sayca dünyanın  ən böyük xalqlarından  biri    olan  tütklərə qarşı bir xaç 

qəzəbi, dünyanın hər-hansı bir xalqı, etnosu ilə müqayisəedilməyəcək 

dərəcədə çoxlu imperiyalar, dövlətlər yaradan türk qövmünə qarşı 

qısqanclıq, hiddət reaksiyası, bir vaxtlar bütün dünyanı  lərzəyə salmış 

türklərə yönəlik bəlkə  də təbii-insani bir intiqam hissi adi-neytral ölçülərə 

sığmayan bir qisas qəzəbi toplanır. Beləliklə bu qiyri-adi dərketmə 

kontekstində  hər  şey adilikdən, təbiilikdən çıxır, aşırı, süni xarakter alır. 

Qavrayış bütünlüklə mübaliğələşir. Qəzəb və nifrətin doğurduğu aqressiya 

sözə, bir sözə, hər sözə hopur. Mübaliğə bütünlüklə koqnisiya-dərketmə, 

mətnyaratma, mətnqavrama vasitəsinə çevrilir. Söz - işarə, denotat, hadisə, 

proses statusu qazanır. Mövcudluq uğrunda mübarizədə yalnız zəiflərin 


 

 

 



489

silahı olan hiyləgərlik tanımayan, buna ehtiyacı olmayan dəliqanlı türklərin 

əsəb müharibəsində, söz savaşında dərhal adekvat döyüş taktikası seçə 

bilməməsi, böhtan və iftira sınaqlarına tabsızlığı tamamilə  təbii və  təbii 

olduğu qədər də qanuni, anlaşılan görünür. Tarixən qazanılmış  vərdişlərin 

dilə transformasiyası o qədər də asan və  qısa bir müddətdə baş vermir. 

Lakin sözün -  həm riyakar, həm də xilaskar və  vəfalı sözün bir mühüm 

cəhəti də var. Söz həm də  həqiqəti, faktı inadla himayə edər,  əsrlər boyu 

onlara keşik çəkib durar, həqiqətin qarantı, daha doğrusu, canlı  şahidləri 

kimi yaşayar. Bəzən artıq sıradan çıxmış şeylərin, anlayışların, hadisələrin 

yadigarları, yalnız adları, işarələri kimi deyil, həm də maddi, eksistensial 

sübutları, nişanələri kimi tarixə düşər.  İşğal  ərazilərində - Qərbi 

Azərbaycanda (indiki Ermənistan), Balkanlarda, Şimali Qafqaz, Uzaq Sibir, 

Gürcüstan və bir sıra başqa yerlərdə tariximizin, maddi və  mənəvi 

mədəniyyətimizin çoxlu nişanələri gizli-aşkar yaşamaqda, közərməkdə, 

canlı türk sözünün himayəsi ilə ömür sürməkdə davam edir. Səsə, hərflərə 

hopmuş  məna, mənaya, varlığa, materiyaya hopmuş  səs təkzibedilməz 

tarixi-hüquqi fakt, dəlil kimi sabitləşir. Belə canlı sübutlar, sözə çökmuş 

tarix, yaxud indiki yazılmış tarixdən kənar sözlər hər bir xalqın 

lüğətlərində, canlı insanların dilində, hafizəsində  sıx-sıxdır. Vaxt gələr bu 

canlı, uyumuş, daşlaşmış söz-işarələr Koreya həqiqətindən sonra yapon və 

çin lüğətlərindən də baş qaldırıb boy göstərər, maddi sənət abidələrini, 

tarixi-coğrafi gizlinləri üzə  çıxardar, “türk” sözünün və türkün özünün 

kainatı, sonsuz reallıqları bütün meqa-sərhədləri ilə yenidən canlanar. Və 

düşmənlərimizin sayını, qəzəbini qat-qat artırar.    

 Görünür, xeyli kiçilmiş, darısqallaşmış dünya ona görə bu qədər 

sarsıntı, gərginlik içərisində çabalayır ki, tarixi gerçəklərlə, adət və 

ənənələrin ilkinliyi, inersiyası ilə deyil, sonradan düşünülmüş, quraşdırılmış 

saxta epistemlərlə yaşayır. Buna görədir ki, insanlar, millətlər, xalqlar, 

dövlətlər mövcudluq uğrunda mübarizədə lazım olduğundan daha çox 

psixi-emosional və buna müvafiq də idraki-linqvistik enerji sərf edir. 

Qavrayışın, dərketmənin təbiiliyi, ilkinliyi getdikcə daha artıq pozulur, 

anlam və  dərketmə qaranlıq, tutqun, tutqunlaşdırılmış  təsəvvürlər, virtual 

dayaqlar üzərinə qoyulmuş olur. Nümunələrdən də anlaşıldığı kimi, təkcə 

dil-üslub fiquru deyil, həm də fikir fiquları olan mübaliğə  və 


 

 

 



490

mübaliğələşməni siyasi diskursun dilinin ən mühüm və  fərqləndirici 

əlamətlərindən biri kimi dəyərləndirmək olar. Mübaliğə  və  şiddət sözləri 

sosial və publisistik diskurslarda da yalan və aldanışın çiçəkləndiyi  ən 

münbit bir mühit rolunu oynayır. Siyasi diskursda işarənin asimmetrikliyi, 

digər yandan da dərketmənin tərəddüdləri daha kəskin və qlobal xarakter 

almaqla bərabər, başqa bir paradoksal vəziyyət də yaranır: leksik işarənin 

semantik sərhədləri bir-birinə qarışır, bəzən isə tamamilə silinib gedir. 

Funksional-praqmatik nisbiliklər daha da çoxalır. İxtiyari sinonim, omonim 

işlənmə antonimlik və polosemantika bir çox hallarda bir sistem, paradiqma 

halına gəlir. Praqmatik semantika dilin ilkin semantik sistemini, 

konseptuallığı üstələyir, ona öz şərtlərini və  əlavələrini diqtə edir. Bu 

cəhətdən bir ifrat halında totalitar siyasi üslubu neytral üslublar 

çərçivəsində fövqəlsemantika,  əlavə, ehtiyat semiotik sistem kimi qəbul 

etmək olar. Bu həm də dilin iradi gücünün, energetik resurslarının 

maksimal şiddət və təcil həddinə yüksəlməsi halıdır.      

 Hadisə və proseslərə məhdud-birtərəfli baxış, psixoloji neqativizm, 

dünyanın hazır yalanlar və mübaliğələr prizmasından dərk olunması 

təfəkkürü və dili yanlış istiqamətə yönəldir, gerçək fakt və əlaqələrin təhrif 

olunması ilə  nəticələnməklə dünyanı real və obyektiv şəkildə mövcud 

olduğundan xeyli dəyişik və  fərqli  şəkillərdə  göstərə bilir. Lakin neqativ 

qavrayışın hüdudlarını  təyin edərkən fərdi və etnik-milli psixologiyanı da 

hökmən nəzərə almaq lazımdır. Elə insanlar və elə xalqlar var ki, qürurunu 

acı  həqiqət qarşısında sipər edər, məğlubiyyətini, uğursuzluğunu dilə 

gətirməyi xoşlamaz, özünə sığışdırmaz. Onlar “... karvan keçər” məntiqi ilə 

milçəklərin  ətrafında uçuşmasına fikir verməz, öz mövcudluğunu, 

böyüklüyünü, fil sükunətini sakitcə sürdürməkdə davam edər. Xüsusilə bu 

rəqib onlara, onların tarixinə və şan-şöhrətinə layiq olmayanda. Bu ləyaqət 

kodeksində unutqanlıq deyil, böyüklük və əzəmət ifadə olunur. Təəssüflər 

olsun ki, son vaxtlar türklər və azərbaycanlılar,  əksinə, ermənilərin onları 

genosidə  məruz qoyduqlarını sübut etməyə çalışırlar. Bu, həqiqət olsa da, 

qorxuram ki, böyük türk düşüncəsinin və türk xarakterinin, əxlaqının 

iflasının başlanğıcı olsun. Kimlərin kimlərə kömək göstərməsindən, 

qahmar durmasından asılı olmayaraq, türk öz son məğlubiyyətini və 



 

 

 



491

zəlilliyini etiraf etməz, dilə  gətirməz. Qürurunu hər şeydən uca tutar. Heç 

kəsin öz düşməninə şərik çıxmasına icazə verməz! 

Bir daha müasir totalitar siyasi dildə  işlənən və  həqiqətdən çox 

yayınan dərketmə strukturları üzərinə qayıdaq. Biz “susmaqla yalan 

danışmaq” fenomenindən bəhs etmişik. Aşağıdakı  vəziyyətləri “hay-küy 

salmaqla yalan danışmaq” kimi səciyyələndirmək olar. “O Şərqin 

yetişdirdiyi yeganə şəxsiyyətdir”, “Ən layiqli namizədə səs verin”, “Böyük 

şəxslərin siyahısındakı birinci isim”, “Xalq artıq birmənalı  şəkildə öz 

seçimini etmişdir”, “Bu seçimin heç bir alternativi yoxdur” və s. Qeyri-

peşəkar iqtidar qəzetləri səsləri eşidilsin deyə belə ifadə-düşünüş  tərzi və 

fədakarlığı ilə, yəqin ki, hakimiyyətin, müstəqilliyin, iqtidarın qorunmasına 

əsla xidmət etmirlər,  əksinə, ziyan vururlar. “Hakimiyyət mitinq 

təşkilatçılarını həbs etməklə dövlət çevrilişinin qarşısını zərgər dəqiqliyi ilə 

aldı” qəbilindən olan aşırı qeyri-təbii səciyyələndirmələr açıq-aşkar 

gerçəkdə olduğundan artıq kəmiyyət və keyfiyyət ölçülərini qabartmaqla 

fikrin normativ, təbii inkişafını pozur, faktı, hadisəni  həqiqətdə, gerçəkdə 

olduğundan çox tünd boyalarda təqdim edir. Dövlət heç vaxt heç kimi həbs 

etmir və mitinqə toplaşan insanları da “zərgər dəqiqliyi ilə” həbs etmək heç 

kimə lazım deyil. Bu yanlış düşüncə  tərzidir. Müqayisə motivinin qeyri-

təbiiliyi və yanlışlığı bu həqiqəti, daha doğrusu, antihəqiqəti təsdiq etmək 

gücündədir.  

Yuxarıda qeyd edildiyi kimi, qəti, ekstrem hökmləri “Böyük / 

görkəmli, tanınmış şəxslərdən biri / şəxslər siyahısına başçılıq edən, şəxslər 

sırasında dayanan siyasi xadim”, “Xalq / seçicilər, seçkidə iştirak edənlər, 

partiya təəssübkeşləri, elektorat artıq qəti / aydın qərara gəlmişdir / öz 

qərarını vermişdir”; “Bu müxalifət namizədindən başqa / onun qədər, 

onunla müqayisə oluna bilən başqa bir siyasi xadim, namizəd yoxdur (ola 

da bilməz)”; “O, Şərqin / Azərbaycanın, bizim regionun, keçmiş Sovet 

İttifaqının, dünyanın yetirdiyi ən böyük şəxsiyyətlərdən / dövlət 

xadimlərindən, dövlət və siyasət adamlarından biridir / dövlət xadimləri 

sırasında  əvəzsiz bir yer tutur”; “Ən yaxşı / ən münasib, ən bacarıqlı, 

səriştəli, xalqın etimadını doğrulda bilən namizədə / dövlət xadiminə / 

partiya sədrinə, partiya xadiminə  səs verək” və s. kimi təbii alternativlər 

şəklində düşünülüb dərk və ifadə edilsəydi, qeyri-səlis, təxmini mühakimə 


 

 

 



492

və qiymətləndirmələr arasında seçim aparmaq, ifrat subyektiv təkliflər 

arasında daha obyektiv, daha adekvat variantı seçmək imkanı artmış olardı. 

Yalnız qəti “hə” və “yox”, həqiqqət və yalan məntiqi ilə, ifrat ölçülərlə 

düşünüb nəticə  çıxarmaq, qərar vermək, superlativlər prizmasından 

mühakimə yürütmək mübaliğəyə, yalan və aldanışlara geniş meydan açır, 

referentin, gerçək situasiyanın, çoxluqlar məntiqinin təhrif olunması ilə 

nəticələnir. Hədiyyə gözləyən balaca uşaqlar kimi totalitar və avtoritar 

rejimlərin  ələ baxan, üzüyola siyasiləri də daha çox ikili kodla fikirləşib 

qərar qəbul edir. Daha doğrusu, mühakimə yürüdür, çünki qərar xəyalən, 

əvvəlcədən qəbul olunmuş, hərəkət marşrutu qabaqcadan cızılmış olur. 

“Şərqin /dünyanın yetişdirdiyi yeganə lider” versiyasında dil nəinki öz fikir 

limitini aşıb paradokslarla üz-üzə dayanır, həm də verbal xarakteristika 

imkanını bitirmiş, fövqəlgerçək və gerçəkliklər yaratmaq şansından əslində 

məhrum olmuş olur.    

Qəsdən, bilərəkdən, çox vaxt ifrat, qeyri-adekvat adlandırma və 

ifadə  tərzi, gerçəkliyə  fəal verbal müdaxilə  və  təxribatlar mübaliğə 

stilistikasından qırmızı bir xətt kimi keçir. Belə aşırı, valyuntarist dərketmə 

və düşüncə tərzi kompromisə, müxalif fikrə, mövqeyə heç bir yol qoymur. 

2007-ci il mart ayının əvvəllərində Corc Buşun Latın Amerikası ölkələrinə 

turnesi zamanı Qvatemala sakinləri “günaha batmış” ABŞ prezidentinin 

səfərindən sonra müqəddəs ziyarətgahları təmizləyəcəklərini bildirmişdilər. 

Azərbaycanda qeyri-adi intensivliyi və mübaliğə gücü ilə seçilən belə bir 

deyim var: “filankəsə  əl verirsən, barmağının biri əksik gəlir”. Bir dəfə 

bizim millətin vəkillərindən, millət vəkillərindən biri parlamentdəki 

çıxışında demişdi: “Prezidentin kəsdiyi lentlərə  sərf olunmuş parça ilə 

bütün müxalifətçılərə kostyum tikmək olar”. Vətəndaş müharibəsi və onun 

acı  nəticələrinə, gətirdiyi humanitar fəlakətlərə  həsr olunmuş rus-sovet 

filmlərindən birində  ağqvardiyaçı mühacirlərin başçısı Savenkov öz 

qadınını  məcburiyyət üzündən ona təslim edən dəstə üzvlərindən birinə 

deyir: “Спасибо за мужскую верность и преданность!” Göstərilən ifadə 

şəkillərində mübaliğəli dil davranışları, qeyri-standart verbal müdaxilə 

gerçək situasiyanın extremallığından, vəziyyətin böhranlı inkişafından 

xəbər verir. Dil daha sadəcə olaraq ifadə etmir, ünsiyyət yaratmır, birbaşa 

hədəfi nişan alır. Təsadüfi deyildir ki, yuxarıda yalan və aldanışın, zorakı 


 

 

 



493

dil davranışının  ən kəskin və qeyri-insani formalarından biri kimi təqdim 

etdiyimiz böhtan hərəkətlərində maksimal semantik-emosional sıxlıq 

yaradan ekspressiv elementlər, paradoksal ifadə  şəkilləri tez-tez yer alır. 

Təcrübəli fırıldaqçının, avantüristin, böhtan və  şər həvəskarının, 

dolandırıcının məqsədi tamamilə aydındır. Onu mühakimənin gerçəklik 

dəyərlərinə, həqiqətə uyğunluğu deyil, əksinə, mümkün qədər gerçəklikdən 

yayındırılması, imtina strategiyası maraqlandırır. O, insanları inandırmaq 

istədiyi, subyektiv düşüncə  və  məqsədinə  əsaslandırılmamış  qətiyyət, 

təkzibedilməzlik görüntüsü aşılamaqla, bir aşılmaz müqavimət sipəri 

hazırlamağa, mühakimənin təbii, normal, məntiqi axarını qeyri-müəyyən 

məcraya, azğın yola salmağa çalışır, konkret situasiyanın qeyri-standartlığı, 

unikallığı ilə qarşı tərəfi çaşdırmağa, tərksilah etməyə səy göstərir. 

Böhtan və  şər hərəkətlərini reallaşdırmaq üçün insanı  dərketmə 

anında real gerçəklikdən ayıran mübaliğə  və mübaliğələşdirmə formaları 

əvəzsiz rol oynayır. Həmin düşüncə, qavrayış, düşünüş  ənənəsinə  və 

xislətinə malik olan fərdlərdə  və bütöv xalqlarda müvəqqəti uğurlar daha 

çox olur. Bunu fərqli koqnitiv paradiqmalarda müşahidə etmək maraqlıdır. 

Bir “nümunə” olaraq deyək ki, 2007-ci ildə erməni diasporu ABŞ 

konqresində üzdəniraq “türk genosidi” məsələsini qaldırarkən və qarşı tərəf 

bu növbəti, ağlagəlməz böhtan kompaniyasını  əngəlləmək üçün hərəkətə 

keçərkən erməni siyasətçisi – xarici işlər naziri V. Oskanyan, üzündə yalan 

və hiyləgərlik şırımları aydın görünən bu balaca-böyük siyasətçi   “Türklər 

Amerika Birləşmiş  Ştatlarına təzyiq göstərir” kimi şeylərin real 

məzmununu və  məntiqini dolaşdıran “bəyanatla” çıxış etdi. 2007-ci ildə 

“Bakı-Tbilisi-Kars” dəmir yol müqaviləsi imzalanarkən torpaqları  işğal 

altında qalan Azərbaycan tərəfi Ermənistanı “bölgədəki iqtisadi 

layihələrdən kənarda qoymaqda”, “Ermənistanın iqtisadi inkişafına mane 

olmaq”da ittiham edilirdi. Guya ki, 20 faiz torpaqları  işğal olunmuş 

Azərbaycan Ermənistana “humanitar yardım” da göstərməli imiş! Guya ki, 

1941-45-ci il müharibəsində Stalin Hitlerə “qardaşlıq köməyi olaraq” top-

tüfəng göndərirmiş!  Şükürlər olsun ki, həmin dövrdə Azərbaycanı 

Ermənistana benzin satmaqda günahlanırmaq hələ ermənilərin yadına 

düşmürdü.  Əgər həmin dövrdə Azərbaycandan Ermənistana gizli yollarla 

neft aparılmasaydı, Ermənistan Azərbaycanı bu ölkəyə “yüksək 


 

 

 



494

keyfiyyətli” benzin satmamaqda suçlaya bilərdi. Heç gözünü qırpmadan 

suçlaya bilərdi. Belə olmasaydı, yəqin ki, Avropa Şurası da Azərbaycana 

qarşı “beynəlxalq öhdəliklərə əməl etməməyə görə” sanksiya tətbiq edərdi 

və bunu insan hüquqlarının “kobudcasına pozulması” kimi təfsir edərdi. 

Erməni ifasında və düşüncəsində  dərketmənin hüdudlarını  aşan, yalnız 

yalançı inam məntiqi ilə qavranıla bilən başqa bir işarə-monster haqqında.  

1989-cu ildən başlayaraq gerçək vəziyyəti tamamilə  təhrif edən, 

reallıqdan yüz verstlərlə kənara çıxan “blokada” sözü özünün bütün saxta-

aqressiv, siyasi-mistik və manipilyativ mahiyyəti ilə  işə salındı. Söz 

həqiqətdə olmayanı ifadə edəndə həqiqətdə, gerçəkdə olanı təhrif etməkdə 

daha qorxulu, daha sarsıdıcı olur, demonik bir güc və təsir haləsi yaradır. 

Münaqişədən hələ çox-çox əvvəl və münaqişənin-müharibənin, hərbi 

əməlliyyatların qızğın çağlarında da blokadadan ən çox əziyyət çəkən, 

ermənilərin intensiv hücumlarına məruz qalan, çoxlu itkilər verən və  əsil 

mərhumiyyətlərə düçar olan tərəf isə Naxçıvan Muxtar Respublikası idi. 

Nəhəng bir ərazidə – Azərbaycanın işğal olunmuş on iki rayonunda bütün 

maddi-mədəniyyət abidələrinin, infrastrukturların məhv edilməsinə, 

torpaqların yandırılmasına baxmayaraq, dünyanın Klein Zaches – ləri – 

ərköyünləri olan ermənilər Sədərəkdə erməni xaçkarlarının dağıdılması 

məsələsini gündəmə  gətirdilər və komissiya yaradılmasına nail oldular. 

Əlbəttə, “murdarlanan yerləri təmizləmək” (“müqəddəs ziyarət yerlərini 

təmizləmək”), “təzyiq göstərmək”, “basqı yapmaq”, “inkişafa mane 

olmaq”, “blokadada saxlamaq”, “qəbirləri təhqir etmək” kimi söz və 

ifadələr – şiddət formulları öz-özlüyündə, sözün klassik mənasında heç də 

mübaliğə fiqurları  deyil. Lakin konkret situasiyada, gerçəklik dəyərlərinə 

uyğunluğu, daha doğrusu, uyğun gəlməməsi, yayılanlığı baxımından 

onların totalitar-mübaliğəli, ifrat dərəcədə aşırı düşüncə tərzinin, aqressiv-

iradi dil-aldanış hərəkətlərinin təzahürləri kimi gerçəkləşməsi heç bir şübhə 

doğurmur. Qeyri-adekvat dil-ifadə şəkilləri normal qavrayış və dərketməyə, 

şüurun təbii fəaliyyətinə mane olur. Canlı ünsiyyətdə adi, öləri adamların 

mühakimələrinin  əsasında gerçəkliyi aşan və ya ondan kənara çıxan 

mübaliğə, qüvvətləndirici və ya zəiflədici mübaliğə motivi dayanır. 

“Blokada”, “genosid”, “qırğın”, “deportasiya”, “qaçqın”, “didərgin” tipli 



 

 

 



495

sözlər hökmən affektivlik, güclü daxili təzyiq, şiddət təlqin edir. Xatırladaq 

ki, metaforiklik təkcə dilə deyil, həm də  təfəkkürə xas olduğu kimi 

(konseptual metafora nəzəriyyəsi) mübaliğəlilik,  şişirtmə  də  təkcə bir dil 

problemi yox, bilavasitə  təfəkkür, dərketmə prinsipidir. Bu mənada 

mübaliğələrə fikrin koqnitiv genişlənmə, yayılma mexanizmləri kimi  

yanaşmaq lazımdır.     

Beləliklə, hər bir üslub fiqurunun semantik-praqmatik layihə, 

əlahiddə bir qavrayış modeli olması düşüncəsi (bunlara “hopdurma 

süngəri” də demək olar) mübaliğə strukturlarını xarakterizə edir. Üslub 

fiqurları müəyyən bir radiusda dil materialını  təşkil edir, öz ətrafında 

qruplaşdırır, onları maqnit kimi cəzb edir, özünə  çəkir, artıb çoxalır, 

mətnyaratmanın müəyyən bir mərhələsini təşkil edir. Ritorik fiqurlar 

içərisində mübaliğəni  ən həssas, çevik və elastik, geniş yalan və aldanış 

hərəkətlərinə, fikir yayılanlığına uyğunlaşan dil-anlam vasitəsi kimi 

səciyyələndirmək olar. Ən təmiz, büllur insan ehtiraslarının, sevinc və 

işıqlı, şaqraq hisslərin ifadəsi ilə yanaşı mübaliğə qavrayışının dil formaları 

insanların dağıdıcı, aqressiv hərəkətlərinin stimullaşdırılması, ramedilməz 

fərdi və kollektiv iradənin, insana nifrət hissinin, şovinist və rasist 

ehtiraslarının qızışdırılması məhz həqiqətdən yayınan, gerçək münasibətlər 

və anlayışlar sisteminə uyğun gəlməyən ifrat qütbləşdirmə, mübaliğə 

düşüncəsindən keçir. Mübaliğə  və  şiddər formalarının müxtəlif semantik-

struktur modelləri dərketməni intensivləşdirir və stimullaşdırır. Nasional-

sosialist ideologiyasının hazırladığı “Lebensraum” (“həyat  ərazisi”), 

“Vernichtung des lebensunfähigen Lebens” (həyati dəyəri olmayan həyatın 

məhv edilməsi), “Blutschutzgesetzt” (təmiz qanın qorunması haqqında 

qanun), “Ausmerzung aller rassen-biologisch minderwertigen Elemente” 

(“bütün dəyərsiz irqi-bioloji ünsürlərin məhv edilməsi”), “die Herrenrasse” 

(ali irq), „minderwertige Rasse“ (aşağı irq), “Gegenrasse” (əks irq) və s. 

kimi yanlış, qeyri-məntiqi anlayışlar həmin ifrat-totalitar düşüncənin 

fraqmentləri idi. Hitler həyasızcasına kütləvi yəhudi təqiblərini “Der 

spontane Sühneakt des deutschen Volkes” (alman xalqının spontan qisas 

aksiyası) adlandırırdı. Kommunist ideologiyası da eynilə öz yanlış 

anlayışlar, gerçəkdən çox-çox yayınan mübaliğələr, linqvistik kəmiyyət 



 

 

 



496

çoxluqları sistemi üzrə  fəaliyyət göstərirdi. “Dünyanın işiqlı  gələcəyi”, 

“prolitariat diktaturası”, “fəhlə-kəndli hökuməti”, “demokratik 

mərkəziyyət”, “sosialist mülkiyyəti”, “sosialist yarışı”, “ümumi 

mülkiyyət”, “planlı təsərrüfat” və s. Konflikt, predmetsizləşdirmə, şişirtmə 

bu ifadə toxumalarının bilavasitə daxilində yerləşir, onları içəridən məhv 

edir. Bunların çoxu anlayış-fikir mübaliğələri, təhrif edilmiş, 

yayğınlaşdırırlmış adlandırmalar, kvadrata yüksəldilmiş dil-ifadə 

kəmiyyətləri idi. İfrat-totalitar, qeyri-səhih qavrayış və düşüncə zəminində 

ən mürtəce, təhlükəli məfhumlar, fikirlər yaranır və onlar ən azı bir müddət 

aldadılmış, azdırılmış kütlə tərəfindən ruh yüksəkliyi ilə qarşılanır. Onları 

tərksilah və bihuş edir. Düşünürəm ki, hər bir məcazda, əvəzetmə fiqurunda 

gizli, mübhəm bir mübaliğə elementi də yaşayır. Məşhur alman dilçi  və 

publisisti V. Şnayderin “Die Hyberbel ist in die Sprache eingebaut” 

(“Mübaliğə dilin ruhundadır”) fikrində böyük həqiqət vardır (W. Schneider 

(1), 13). Mübaliğənin  əsas mahiyyəti də gerçəkliyi həqiqətdə olduğundan 

üstün  əlamətlərlə göstərməkdən ibarətdir (E. Riesel, 204; B. Sowinski, 

265). Xüsusilə siyasi diskursda, ədəbi-bədii publisistikada mübaliğə-

şişirtmə bütöv fikirləri, təklifləri müşayiət edir, qeyri-səlis mülahizələrin 

tərkibinə daxil olur. Bəzən onların  əsaslarını yaradır. Bunlar işləndiyi 

cümlələrlə fikrin emosional məzmununa da daxil olur, söyləmin dərk 

olunmasını sürətləndirir, beləliklə, həqiqət  şansını azaldır. II dünya 

müharibəsi dövründə Stalinin “Mən  əsgərləri sayıb verməmişəm ki, sayıb 

geri alam!” fikri “qəhrəman” sovet xalqının qələbə  və ifrat fanatizm 

məstliyində  əsl müdriklik və  şücaət, görünməmiş  qətiyyət aktı kimi 

qarşılanmışdı. Hitler Parteitagstadt (qurultaylar şəhəri) kimi məşhur olan 

Nürnberqdə keçirilən partiya qurultaylarından birində almanlara müraciətlə 

demişdi: “Das ist das Wunder unserer Zeit, daß ich euch gefunden habe, 

das ist Deutschlands Glück!” (“Zəmanəmizin  əsil möcüzəsi bundan 

ibarətdir ki, bu qədər milyonlarla insanların arasında sizi axtarıb tapmaq 

mənə müyəssər oldu. Mənim isə sizinlə bir yerdə olmağım Almaniyanın 

xoşbəxtliyidir”). Müharibənin sonlarında Hitler özünəməxsus bir eqoizm və 

saymazyanalıqla demişdi: “Əgər alman xalqı bu müharibədə məğlub olsa, o 

heç mənə layiq deyil”. Başqa bir ifrat, qeyri-dialektik, qeyri-normativ 

mübaliğə: “Əgər alman xalqı bu dəyərsiz slavyanlara məğlub oldusa, daha 


 

 

 



497

onun yaşamaq haqqı yoxdur. O məhv olmalıdır”. Həmin xəstə düşüncə və 

mübaliğə qavrayışı  Şpree sularının xəstəxana və  sığınacaq  kimi istifadə 

olunan Berlin metrosuna buraxılması ilə  nəticələndi. Mübaliğə-

mühakimələrin heç də həmişə yalanla, aldanışla bərabərləşmədiyini “bütün 

dövrlərin və xalqların führerinin” türklər haqqında dedikləri bariz şəkildə 

təsdiq etməkdədir. O, “Bəs bizim gələcək dünya ağalığında türklərin taleyi 

necə olacaq?” sualına belə cavab vermişdi: “Bir xalq ki, öz mövcudluğunun 

ən çətin anlarında qüvvələrini səfərbərliyə alaraq özünü xilas edir, öz 

dövlətçiliyini, varlığını qoruyur, - belə bir xalqın yaşamağa tam haqqı var”. 

Subyektiv həqiqətlərə, təxmini mühakimələrə geniş yol açan mübaliğə  və 

şiddət sözlərinin həqiqət dəyərlərinə münasibəti və bu münasibətin 

səviyyələri haqqında ən müxtəlif nümunələr gətirmək olar. Hər bir dövlətin 

əsası, xalqın mövcudluğunun, varlığının ilkin ocağı, bünövrəsi olan adi bir 

ailə qura bilməyən, milyonlarla kubalını  Vətənindən didərgin salan Fidel 

Kastronun: “Bütün kubalılar mənim övladlarımdır” “fövqəlfikri” də bir 

yalan,  şizefreniya tutmasından başqa bir şey deyildi. “Dünya tarixinin 

görmüş olduğu  ən böyük natiq” adına və  mərtəbəsinə yalnız boş-boş  və 

uzun müddət danışmaq qabiliyyəti ilə, sözlərin semantik sərhədlərinə məhəl 

qoymamaqla nail olmaq mümkündür. Necə ki, bir çox hallarda “böyük 

siyasətçi olmaq” xalqın taleyinə laqeyidlikdən keçir, bu da bir güc, qüdrət 

əlaməti kimi qavranılır. Ümumiyyətlə, mübaliğə və şiddət sözlərini eqoizm 

və lovğalığın, ölçüsüzlüyün mühüm dil-ifadə daşıyıcıları kimi 

qiymətləndirmək olar. Mübaliğələrin gerçəkdən yayınma hədləri həm də 

onların güclü insan ehtirasları, qeyri-standart, yüksək emosional-iradi 

vəziyyətləri ifadə etməsi ilə bağlı olur ki, bu da bir çox hallarda kütlə 

psixologiyasında ən incə və həssas oyanışlara gətirib çıxarır, söyləmin təsir 

qüvvəsini danışanın, dil istifadəçisinin nüfuzu və məharəti qədər yüksəldir. 

Hitler Almaniyada yalnız Göteyə aid edilən, yalnız onunn üçün saxlanılan 

“bütün zamanların və xalqların dahisi” aforizminin onun haqqında 

deyilməsindən xüsusi zövq alır, alman hərbçilərinə aid fantastik, hətta 

məzəli, ağlagəlməz mübaliğələr yaratmağı xoşlayırdı. Führerin hakimiyyəti 

dövründə bütünlüklə yalançı idrak və dil məntiqi ilə yaşayan Almaniyada 

adi heç nə qalmamışdı, hər şey fantaziya, mübaliğə ölçüləri ilə ölçülürdü, 

şiddət sözləri, şiddət qavrayışı natiqlərə öz fikirlərini normal-məntiqi yolla, 


 

 

 



498

rasional üsullarla davam etdirməyə imkan vermirdi. Çünki bu ikinci, təbii-

rasioanal yol həm də qarşı  tərəfi düşündürən, onun da mövqeyini nəzərə 

alan, təfəkkürün normal fəaliyyətinə rəvac verən, əsl gerçəkliyi qavramağa 

imkan yaradan bir yoldur. Nasional-sosialistlərin əsl məqsədi isə insanların 

ağlına, düşüncəsinə deyil, hisslərinə  təsir etmək, normal qaydada 

düşünməkdə, nəticə çıxartmaqda onlara mane olmaqdan ibarət idi. Belə bir 

yalançı  həqiqət aldanışı formalaşdırılırdı ki, yalnız bütün xalqlardan 

seçilən, onların fövqündə dayanan bir xalq – ali irqin daşıyıcıları olan 

almanlar qeyri-adi, fövqəladə yaradıcılıq, quruculuq gücünə sahib ola 

bilərdi. Hətta adi tikinti, inşaat işləri, ailə münasibətləri, hərbi və iqtisadi 

quruculuq məsələləri də  nəhəng ölçülərlə hesablanırdı. Hitler 1936-cı ildə 

Berlində keçirilən olimpiyadanın açılışında “dünyanın ən möhtəşəm idman 

meydanlarında  ən möhtəşəm olimpiya oyunlarının keçirildiyini, misli-

bərabəri olmayan olimpiyadanın” gedişini lentə alan ən möhtəşəm, analoqu 

olmayan bir filmin çəkildiyini bəyan etdi. Bu fantastik mübaliğə  həm də 

faşıst Almaniyasının sülh, dostluq (?) və olimpiya ideallarına “sədaqətini” 

nümayiş etdirmək üçün lazım idi. Halbuki o elə açılış günü Ştreyxerin 

irqçilik nəzəriyyəsini kökündən təkzib edən bir “ədalətsizliyə” - qara dərili 

idmançının hamıdan üstün olmasına - birinci yeri tutmasına tablaşa 

bilməmiş, zənci idmançının  əlini sıxmamaq üçün stadionu yarımçıq tərk 

etmişdi.  

 

Əlavə edək ki, mübaliğə  və  şiddət sözləri çox vaxt ünsiyyətdə 



müəyyən risklə, etimad limitinin tükənməsi, azalması  təhlükəsi ilə bağlı 

olur. Danişanın gerçəklik normasından, həqiqətdə olmuşlardan, baş 

vermişlərdən kənara çıxması birmənalı anlaşma, ünsiyyət özüllərini 

laxladır, normativ gözləntilərdən uzaqlaşmaq, fikir çərçivələrini, sağlam 

zəkanı aşmaq təhlükəsi və ehtiyatsızlığı doğurur. 

 Mübaliğə qavrayışının psixoloji və linqvistik mexanizmlərini daha 

aydın dərk etmək üçün bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır. 

Mübaliğə müəyyən tarixi mərhələlərdə  fərdin və bütövlükdə  cəmiyyətin 

həyatında ruh yüksəkliyinin, coşqun insan ehtiraslarının, temperamentlərin, 

milli mədəni oyanışın göstəricisi kimi də doğulur, vəcd və hissi-emosional 

yüksəlişdən xəbər verir. Təsadüfi deyildir ki, məsələn, Almaniyada hücum 


 

 

 



499

və  təzyiq (Sturm und Drang) dövründə, ondan da əvvəl romantik 

ədəbiyyatda, daha sonra onun əks-sədası, başqa bir formada emosional 

davamı olan nasional-sosialist ideologiyasının tüğyan etdiyi dövrdə, 

görünməmiş  qələbələr və firavanlıq eyforiyasında mübaliğə  və  şiddət 

linqvistikası geniş vüsət alır.  Şillerin qəhrəmanı Karl Moor “Mən 

yumruğumda bir ordu gücü hiss edirəm” (“Ich fühle eine Armee in meiner 

Faust”) deyir. Əgər romantik ədəbiyyatda, hücum və  təzyiq cərəyanında 

mübaliğə energetikası geniş, öz ömrünü başa vurmuş, inkişafa mane olan 

köhnəlikləri dəf etməyə, aradan qaldırmağa qalxırsa, siyasi-ideoloji 

reallıqlarda tam gücü ilə gerçək çətinliklərdən istifadə etməklə insanları 

yoldan çıxarmağa, aldatmağa, istisnasız olaraq aldanış və manipulyasiyaya 

xidmət edir. Qəribədir ki, Azərbaycanda keçmiş üzərinə total yürüş, 

amansız hücum və təzyiq, həm də linqvistik təzyiq XX əsrin əvvəllərində 

daha çox satirik ədəbiyyat vasitəsilə  həyata keçirildi. Geriliyin, “atılan 

toplara diksinməmənin”, “oxutmuram əl çəkin” misgilinin doğurduğu 

böyük kədər çoxlu mənfi indeksli güc sözlərinin, nifrət və  qəzəb 

işarələrinin yaranmasına gətirib çıxartdı. Sabirin və Mirzə  Cəlilin 

köhnəliyə, cəhalət və nadanlığa, xürafata qarşı mübarizəsi satirik 

ədəbiyyatın daxilinə köçdü ki, bu da sözün geniş mənasında o dövrün inkar 

və poetik-semantik aldanışlar sistemi idi. Böyük Mirzə  Cəlil və Sabiri 

“xalqı bəyənməməkdə”, “biabır etməkdə” suçlayanlar bunu unutmamalıdır.  

 

Heç bir üslubda siyasi diskursda olduğu qədər adların, 



adlandırmaların devalvasiyası getmir (Yalnız ikinci semiotik sistem olan 

bədii üslub istisnalıq təşkil edə bilər). Bu əlamət, daha doğrusu, heç bir 

əlamətin olmaması o qədər güclüdür ki, hətta bəziləri yeni bir siyasi dil 

yaratmağı təklif edirlər. Əgər bu dil də ideal dil (?) deyil, insanın yardacağı 

bir dil olacaqsa, zənnimcə o da hər hansı bir perspektivdən məhrumdur. 

Çünki bir siyasi dili başqa bir siyasi dillə dəyişmək labüd olaraq bir yalan-

aldanış sisteminin başqa biri ilə əvəzlənməsi ilə nəticələnəcək və insanları 

yeni, daha uğursuz axtarışlar qarşısında qoyacaq. 

 Verilən müxtəlifxarakterli misallardan da anlaşıldığı kimi, kitabda 

mübaliğəyə yalnız perifrazın, “başqa cür adlandırmanın” (Anderssagen) bir 

növü kimi deyil, impulsiv söz-ifadə fraqmentləri kimi yanaşmaq 


 

 

 



500

konsepsiyası  əsas götürülür. Mübaliğənin,  şiddət sözlərinin genişlənməsi, 

yüksələn xətt və artan energetika üzrə  hərəkəti bilavasitə onun daxili 

strukturunda bir sıra qüvvətləndirmə, intensivləşdirmə impulslarının 

artmasını da şərtləndirir. Bunlar müxtəlif kəmiyyət və keyfiyyət əlavələri, 

zaman və məkan parametrlərinə görə genişləndirmələr, əlavə sintaktik kütlə 

ağırlaşmaları ilə yanaşı müxtəlif epitetlər (knallrot), sözdüzəltmə elementi 

kimi çıxış edən qiymətləndirici, təyinedici sözlər (blitzsauber, 

Riesenfreude), habelə daim daha mükəmməl strukturlaşmaya, semantik-

praqmatik yüksəlişə, törədiciliyə meyl edən paradoksal eynilik, bənzərlik 

münasibətləri ifadə edən dil formalarıdır (Unter den sogenannten weißen 

Süden Afrikas, der ungefähr so weiß ist wie ein schwarzes Auto mit ein 

paar Spritzern Milch darauf, hat ... geschrieben (Eulenspiegel). Blitzsauber, 

Riesenfreude, Affenschande, frech wie Oskar, das Gras wachsen hören, 

einen Augenblick/eine Sekunde dauern, eine Ewichkeit dauern/warten kimi 

intensivlik modellərində bu cəhət aşkar görünür (Fleischer/Michel, 157). 

Mübaliğələrin qeyri-müstəqim nitqin digər növləri ilə birləşməyə, 

əlaqələnməyə meylliliyi (müqayisə, metafora, epitet, ritorik sual, təzad, 

paralelizm və s.) onun energetik resurslarından, emosional-ekspressiv 

zənginlik və çevikliyindən, ümumən üstün-aşırı qavrayışın dinamikasından 

xəbər verir. “İt kimi qorxmaq”, “mal kimi gözünü döymək”, “bir əbədiyyət 

qədər uzanmaq”, “qoyunluq eləmək”, habelə “danabaş”, “boynuyoğun” 

kimi mübaliğə formaları emosional qavrayışı  dərinləşdirməklə ifadənin 

gücünü artırır, fikrin təsir qüvvəsini kəskin surətdə yüksəldir və bununla da 

dərketməni xeyli dərəcədə fəallaşdırır.   

Mübaliğə dil istehlakçısının koqnitiv fəallığının, sözün psixi-

linqvistik enerjisinin üstün həddi, şiddət dərəcələri kimi yaranır. “Gözəllər 

gözəli”, “şəhərlər  şəhəri”, “Star der Stars” kimi formalar daxili semantik 

sıxlıq və intensivliyin qoruduğu praqmatik mobilliyə baxmayaraq, hətta ən 

adi normadan, standartdan tutmuş  ən yüksək keyfiyyət həddinə  qədər 

sıxılıb genişlənə bilər. 

Beləliklə, mübaliğənin,  şiddət sözlərinin həqiqilik, gerçəklik 

limitini təyin etmək həmişə mümkün olmur. Bizim bir-birimizə 

söylədiyimiz “mən səni canımdan da artıq sevirəm” mülahizəsi nə dərəcədə 



 

 

 



501

və hara, hansı  həddə  qədər doğrudur? “Həmişəcavan”, “həmişəbahar”, 

yaxud “analar anası”, “sonalar sonası” nə deməkdir? “Sən dünyanın 

(mənim üçün!) ən gözəl qızısan”, “Mənim sevgilim təbiətin yaratdığı  ən 

gözəl bir çiçək idi” təkliflərinə  hər dəfə, konkret vəziyyətdə olmasa da, 

ümumi halda təxmini, qeyri-həqiqi, həm də kifayət qədər doğru, səlis 

mülahizələr, təkliflər kimi yanaşmaq lazım gəlir.  İnsan gördüyünü, əvvəl 

qavradığını zaman keçdikcə unutmağa, yenini, gerçək anda daha aktual və 

zəruri olanı daha intensiv şəkildə qavramağa, hafizəsini yeni dəyərlər, 

təəssüratlarla zənginləşdirməyə, daim yaddaşını yüngülləşdirməyə 

meyllidir. Müqayisənin, təkrarsızlıq və qavranılmazlığın, dəfedilməzlik 

sindromunun da burada böyük rolu var. Aşıq Ələsgər gah “bütün gözəllərin 

gözəli Güllüdən”, gah ondan da qat-qat gözəl adlanmağa layiq olası və belə 

də  təsvir və  təsəvvür olunan Güləndamdan (hələ adın avantürizminə fikir 

verin!), gah sallana-sallana gələn və elə bu əlamətinə görə bütün gözəllərə 

meydan oxuyan Salatından, gah da yenə  də “dünya gözəli”, “gözəllər 

gözəli” Pəridən, Hürüdən bəhs edir. Aşıq  Ələsgər hər sözü, epiteti, hər 

metaforanı bir mübaliğə, fövqəlobraz, fövqəlgerçəklik mərtəbəsinə qaldırır. 

İnsanın, düşünən və sevən insanın, hətta Homo faber və Homo Demonsun 

həqiqətən gözəl olan Pəriyə  də, Hürüyə  də, Salatına da, Güllüyə  də, 

Güləndama və Qeyri-Güləndama da, Güləndam olanlara da,  Güləndam 

olmayanlara da, onların hər birinə “Sən hamıdan gözəlsən”, “Sən dünya 

gözəlisən”, “Sənin tayın-bərabərin  / əvəzin yoxdur” deməyə də tam haqqı 

var. Deyənin də, bunu deyə bilməyənlərin də tam haqqı var. Konkret halda 

bu versiyaların hər biri tam doğrudur, bütöv paradiqmada isə bu 

variantların yalnız biri doğru, qalanları yalan-yanılma olsa da, bu 

müddəaların, qiymətləndirmələrin hər birində mütləq yalan, ya qeyri-

həqiqət axtarmaq perspektivsiz bir işdir. Görünür, təkcə “gözəl”də deyil, 

“gözəl” sözünün özündə  də  qəribə bir sehr, aşırı qiymətləndirmə, öymə 

təəssüratı  və müəmması yaşayır. Dil gerçəklikdən, həqiqətdən yayınan, 

hisslərimizlə tam qavranıla və adlandırıla bilməyən belə söz və ifadələrlə 

doludur. Sözün obrazının onun özündən və adlandırdığı, işarələdiyi 

predmet və hadisələrdən qat-qat zəngin və geniş olmasına heç bir şübhə 

yeri qalmır. Bu, xüsusilə emosioanl leksikaya, semantik-ekspressiv üslub 

çalarlıqlı dil formalarına aiddir.  


 

 

 



502

Semantik nisbilik, funksional-praqmatik yayılanlıq, təxminilik 

qiymətləndirmənin xarakterinə  də ciddi təsir göstərir. Bəzən prinsipial bir 

maçtda həqiqətən güclü bir komanda ilə zəif bir komandanın oyunu Spiel 

der Spiele adlandırılır.  Əgər, məsələn, Almaniyanın “Borussiya” və 

“Bayern” komandaları arasında və ya 2008-ci ilin Avropa çempionatında 

güclü alman yığma komandası ilə açıq-aşkar zəif təsir bağışlayan Avstriya 

komandaları arasındakı oyun da Spiel der Spiele (oyunlar oyunu, futbol 

derbisi) adlanırsa, adlandırılırsa, söz-işarələrin dil istifadəçisnə 

münasibətdə müstəqilliyi şübhə altına düşür. Onu da qeyd etmək lazımdır 

ki, bütün başqa dil vasitələri kimi mübaliğə formaları da çox işləndikcə get-

gedə mülayimləşir, mötədilləşir, solğunlaşaraq öz ekspressivliyini tədricən 

itirir.  İlkin duyğu və  təəssüratlara edilən bütün əlavələr bəzən  əksinə, 

informasiyanın məzmunca yayğınlaşmasına və  təhrifinə  gətirib çıxarır. 

Həm Bakının, həm də Sumqayıtın, Parisin “şəhərlər  şəhəri”, hətta sadəcə 

“gözəl  şəhər” adlandırılması dil istehlakçısını çaşdırır, harmonik 

dərketməyə mane olur. Mövcud koqnitiv-praqmatik normalar, semantik 

sərhədlər arasındakı fərqlərin silinməsi ünsiyyət iştirakçılarını çaş-baş salır. 

Bununla da dilin, dilin işarələrinin, ifadə formalarının adekvatlığı, daha 

doğrusu, qeyri-adekvatlığı haqqındakı nihilizmi daha da dərinləşdirir. Hansı 

daha doğrudur, Parisin “şəhərlər şəhəri” olması, yoxsa Sumqayıtın? Məlum 

olur ki, dilin təqdim etdiyi versiyada hər ikisinin. Bu, konkret fərdin, 

məsələn, Sumqayıt vətəndaşının dünya haqqındakı biliklərindən, subyektiv 

qavrayış  və mövqeyindən də asılı olur. Ümumiyyətlə, semantikanın 

mənimsənilməsi daha çətin gedir, çoxlu yanılmalar, aldanışlarla müşayiət 

olunur. Dünyanı, ətraf aləmi yenicə dərk etməyə başlayan uşaq üçün hansı 

“daha artıq” babadır – 70 yaşlı ata babası, yoxsa 45 yaşlı ana babası? 

Balaca Fatimə ilk vaxtlar çaş-baş qalır, eyni sözlə adlandırılan bu iki 

müxtəlif,  əslində “yad” adamları  fərqləndirə bilsə  də, sözün aldanışından, 

müəmmasından baş aça bilmir. Ağlı  kəsdikcə yavaş-yavaş ana dilinin hər 

şeyə üstün gələn kosmopolitizminə uyğunlaşır, tədricən dilin təqdim etdiyi 

gerçəkliklərə alışaraq ona tabe olur. Dil varlıq və yoxluğu, həqiqi ilə qeyri-

həqiqini, reallıqla qeyri-reallığı, gerçəkliklə görüntünü, ilğımı,  əfsanəni, 

nağılı, mifi bərabərləşdirmək, eyni zamanda bütün referensial məzmunu, 

fərqləri ilə ayırmaq iqtidarındadır. Dilin gücü də məhz bundadır.  


 

 

 



503

Böyük şair, həm də bir vaxtlar Azərbaycanın “vəfalı dostu” Rəsul 

Həmzətov öz köyünü, aulunu, dünyanın  ən böyük və  ən gözəl 

şəhərlərindən, yaşayış  məskənlərindən üstün tutmaqla əsla səhv etmirdi, 

yalana yol vermirdi. Mübaliğə predmet və hadisələri praqmatik baxımdan 

danışana sərfəli olan hədlərdə böyüdür və ya kiçildir, ilkin-gerçək halından 

çıxarmaqla dərketmənin yeni üfüqlərini açır.    


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin