Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

dəyərlərindən yan keçən, nə obyektiv, nə  də  hətta subyektiv həqiqətlərə 

sığmayan dil-ifadə şəkilləri, perifraz romantizmi  nəinki Türkmənistan kimi 

ortabab bir dövlətin prezidenti, hətta real və həqiqətən böyük dövlət başçısı 

modelindən çox-çox kənara çıxır, virtual reallığın sərhədlərini də  aşır. 

Zaman Hitlerin, Stalinin, Brejnyevin timsalında bu dil hökmlərini 

qətiyyətlə  rədd etdiyi kimi, sonradan bic analogiya kimi formalaşdırılmış 

“əbədi lider”, “bütün türkmənlərin atası”, “Türkmənistanın həmişəlik və 



 

 

 



468

yeganə prezidenti”, “Allah adı daşıyan rəhbər”, “iki əsrin prezidenti” kimi 

dil yanılmalarında müvəqqəti, saxta dil-gerçəklik konvensiyasını pozulmuş, 

buraxılmış elan etdi. Yalan sözü öz gerçəyinə - Saparmurad Niyazov 

reallığına qaytardı. Türkmənbaşı  nəinki türkmənlərin  əbədi, dəyişməz 

prezidenti ola bilmədi, taleyin, bəlkə də dilin qarğışı ilə heç adi, normal bir 

şərqli diktator ömrü və taleyi də yaşaya bilmədi. Danılan adlar, yıxılan 

heykəllər təkcə saxta, üfürülmüş tarixi gerçəklərin deyil, həm də müvafiq 

söz reallıqlarının təkzib faktlarıdır. 

Yalan dalğalarında efirə  çıxan yaltaq və böhtançını ifşa etmək, iç 

üzünü açmaq üçün onların istifadə etdikləri dil materiyasından obyektiv 

münsif, etibarlı dəlil-sübut ola bilməz. Biz nitqin dil toxumasından yapışa-

yapışa, səs materiyasından tuta-tuta yalançı  və  fırıldaqçının xarakterinə, 

psixikasına qismən daxil ola bilər, onlar haqqında heç olmasa minimum 

informasiya əldə edə bilərik. Türkmənbaşıya və hər hansı başqa bir müasir 

dövlətin prezidentinə,  ərəb kralı  və ya şahzadəsinə orta əsr düşüncəsi və 

itaətkarlığı ilə  fəqiranə münasibəti, lakey heyranlığını “Sənin ayağının 

altında dünyanın xəritəsi var”, “Yerin altı qitəsi gəlişinə müntəzirdir” kimi 

dil aldanışları, virtual, saxta mübaliğələrlə  bəyan etmək olar. 

“Türkmənbaşının ölümündən sonra dünya sanki kiçildi”, “Onu heç kəs 

əvəz edə bilməz”, “Rus xalqı artıq prezidentini seçib” kimi fatal 

mübaliğələr,  əsil dil saxtakarlığı “nümunələri” kimi bu gün dünya 

tərəfindən onsuz da ciddi bir fikir kimi deyil, yalnız sadəlövh-subyektiv 

mühakimələr məntiqi kimi qəbul olunur. Demokratik cəmiyyətlərdə 

sənədləri saxtalaşdırmaq kimi sözü saxtalaşdırmaq da cinayət kimi 

qavranılır və cinayət sayılır. Və burada saxtalaşdırma maddəsi üzrə  iş 

açılmasa da,  əsl sorğu-sual aparılar, ictimai qınaq mexanizmi işə düşər, 

istefalar verilər. Sözlərin, ifadələrin həqiqət dəyərləri ilə heç olmasa nisbi 

adekvatlığı, uyğunluq meyarlarının nəzərə alınması  tələb olunar. Heç kim 

şübhə etməz ki, ifrat-aşırı  təriflərdə, sürüşkən və qeyri-mütənasib dil 

formalarında, birbaşa insanın ləyaqətini, ölünün ruhunu təhqir edən 

məqamlar var. XX əsr yüksəkliyindən baxdıqda ümumiyyətlə  şəxsiyyətə 

pərəstişdə hər üç tərəfi – həm təriflənəni, həm də təriflədəni və tərifləyəni 

alçaldan, aşağılayan cəhətlər görmək mümkündür. Tərif, söz-qavrayış, 



 

 

 



469

idrak baxımından adlandırılana – referensiyaya və situasiyaya az-çox 

adekvat olmalıdır. Yoxsa “Ey şah, sənin atının nalından çıxan qığılcamların 

işığında korlar iynə saplaya bilər”; “Ey şah, XII İmamın özü sənin atının 

üzəngisindən aşağıdadır” tipli anarxonizm-mübaliğəlr yaranar. Müasir 

düşüncə  və idrak ifrat, əndazəsiz söz olçüsülüyünə  sığışmır. Artıq 

bütpərəstlik dövrünü, şəxsiyyətə  pərəstiş  rəzalətlərini yaşamış dünya 

yenidən kimlərinsə özünə söz bütləri yapmasını  qəbul etmir. F. Engelsin 

Göteyə münasibətdə (der größte Deutsche) (“ən böyük alman”) 

səciyyələndirməsindən, fövqəlxarakteristikasından fərqli olaraq miyana, 

gəldi-gedər diktatorlara münasibətdə gerçəkliyə heç olmasa bir qədər 

yaxınlaşmaq əvəzinə zaman keçdikcə ondan daha çox uzaqlaşan ifrat-aşırı 

mübaliğlərin işlənməsi az-çox real faktlarla, tarixi həqiqətlərlə təsdiq oluna 

bilmir. Və yaşamaq imkanını da sonadək saxlaya bilmir. Diktatorun öldüyü 

andaca və ya ondan müəyyən bir müddət keçdikdən sonra gerçək təəssürat, 

konvensional yalanlarla, zir-zibillə doldurulmuş yaddaşlara qayıdır və öz 

həqiqi yerini tutur. “İki əsrin prezidenti”, “dünyanın prezidenti”, “ən böyük 

türkmən”, “baş türkmən”, “əsrin siyasətçisi”  kimi uzun müddət vəsf 

olunan, xalqı və dövləti üçün həqiqətən xeyli işlər görmüş Türkmənbaşının 

yas mərasimində  səslənən bəzi fikirlərə, dəyərləndirmələrə  nəzər salaq. 

“Artıq bir neçə gündür ki, şəhərin baş meydanı bütün türkmən xalqının, 

bütün dünya xalqlarının müqəddəs ünvanı olub...” “Xalqımız 

Türkmənbaşını həmişə Peyğəmbər sayıb. Peyğəmbərimizin vəfatından ötən 

günlərdə yetim qalan xalqımız onun qədr-qiymətini daha yaxından dərk 

etməyə başlayıb...” “O, xalqımızın Günəşi idi. Bu Günəş heç vaxt 

batmayacaqdır”. “Türkmənbaşı tarixin siyasi möcüzəsi idi”. Cəvahirləl 

Nehrunun Stalinin ölümü münasibətilə Kremlə ünvanladığı telegramın 

mətni belə idi: “Yetim qalan sovet xalqına başsağlığı verirəm”. Sözdə real, 

substansional bir praqmatika ilə yanaşı, mistik, metaforik bir aldanış motivi 

də yaşayır. Və uzun müddət özünü göstərir.   

Müsəlman Afrika dövlətlərindən birinin prezidentinin 

“seçilməsindən” sonra məhşur din xadimlərindən biri demişdi: “Onun 

hakimiyyətə  gəlməsi Allahın buyruğu ilə olub. Ona qarşı  çıxanlar Allaha 

qarşı  çıxmış olurlar”. Bu gün ağıllı diktatorlar hakimiyyətə  gəlişi və ya 

qayıdışı daha sadə şəkildə - xalqın, millətin iradəsi və təkidli tələbi ilə izah 


 

 

 



470

edirlər. Dil işarələri gerçəkliyə uyğun gəlməsə, onunla əlaqəni tamamilə 

itirmiş olsa belə kütlə psixologiyasına təsirini, təlqin gücünü itirmir. “Xalq 

deputatları” isə “yüz minlərlə seçiciləri” təmsil etdiklərini, onların adından 

danışdıqlarını  təkrar etməyi xoşlayırlar. Kəmiyyət yayılanlığı, mübaliğə, 

şiddət qavrayışı kollektiv iradənin təkzibedilməz təsdiqinə  və  təmsilçisinə 

çevrilir. 

Totalitar rejimlərdə şəxsiyyətə pərəstişin geniş təbliği və hər vasitə 

ilə stimullaşdırılmasının  əsas məqsədi diktatoru və ya avtoritar rəhbəri 

cəmiyyətin, qanunun fövqünə    qaldırmaq, onun bütün hərəkətlərinə haqq 

qazandırmaqdan, lideri başqa, fərqli, nəsə qeyri-adi zaman və  məkan 

müstəvisinə daxil etməklıə ilahiləşdirmək və bütləşdirməkdən ibarətdir. 

Həyatı, hadisələri olduğu kimi deyil, istədiyi, arzu, təsəvvür etdiyi 

kimi görmək, yalnız tünd, ya kəsif rəngdə qavramaq, çoxsaylı 

qiymətləndirmə  və alternativlərin, aralıq və ara hədlərin üstündən adlayıb 

keçmək bir çoxfokuslu, çoxgözlü eynək effekti ilə gerçəkləri,  ən müxtəlif 

rəng və  rəng çalarlarını aydın və  təbii ölçüdə görməyə mane olur, insanı 

yeknəsəklik, yekrənglik zülmətinə salır.  İfadə forması adlandırdığı 

obyektdən, predmetdən, proses və hadisədən, işarələdiyi situasiyada önə 

keçdikdə gerçəklik dil formasını deyil, əksinə, dil gerçəkliyi təyin edir, bir 

varlıq, həqiqət statusu kəsb edir. Daha doğrusu, qeyri-dialektik, qeyri-

rasional dil-ifadə qavrayışının nəticəsi olaraq ən müxtəlif parametrlərlə, 

görüş bucaqları ilə özünü təqdim edən real gerçəklik deyil, deformasiyaya 

uğramış şüurun, dilin təqdim etdiyi gerçəklik gündəmə gəlir. Təsadüfi deyil 

ki, arzuolunmaz situasiyaların, reallıqların yarandığı  vəziyyətlərdə, nüfuz 

və  mənafe, mövcudluq uğrunda mübarizələrin amansız, barışmaz  şəkil 

aldığı dövrlərdə insanlar üçün ana dili dünyanın  ən anlaşılmaz dilinə 

çevrilir. Dil real gerçəkliyi sıxışdıraraq özü reallığa, real fakta çevrilir. 

Obraz predmetdən önə keçir. İnsanlar daha gerçək-rasional təfəkkürlə 

deyil, linqvistik təfəkkürlə qavrayır və  hərəkət edir. Qorxu, qəzəb, nifrət, 

qisas kimi instinktlər, cavab reaksiyaları tormozlanma effekti ilə deyil, fəal  

sürətlənmə, tələsmə effekti ilə cərəyan edir, dərketmə avtomatik, mexaniki, 

sürəkli xarakter alır.  İkinci siqnal sisteminə malik olmayan canlılardan 

fərqli olaraq biz insanlarda dil obrazları sanki maddiləşir, müstəqil 



 

 

 



471

substansiyaya, həm dərketmə obyektinə, həm də  dərketmə vasitəsinə 

çevrilir.  Şüurun xarici mənbəyini təşkil edən real gerçəklik sanki dil 

reallıqları qaşısında tutqun rənglər alır, şüurdan ayrılmış, abstraklaşmış dil 

obrazları  əslində olmayan, tamamilə yeni və  fərqli gerçəklər, hadisələr 

üzərinə proyeksiya olunur. Şərti işarələr sistemi olan dil yalnız real və şüur 

gerçəklərinin, dərketmənin yox, öz-özünün də fövqünə yüksəlir. Dil şüuru 

və dil vasitələri maqik, ramedilməz xarakter alır.  

Gerçəklik və dil gerçəkliyi nisbilikləri siyasi diskursla yanaşı, 

sosial və publisistik diskursda da geniş yayılanlıq, transformasiya 

illuziyaları formalaşdırır. Konkret situasiyalara uyğun gəlməyən, dillə 

konstruksiya edilən reallıqlar nəinki daha inandırıcı, hətta praqmatik 

cəhətdən daha təsirli və faydalı görünür  (Bax: V. Klemperer, 29). Böhtan, 

diffamasiya,  şər-yalan və aldanışlar həqiqətlərin yerinə keçir, onları daha 

müvəffəqiyyətlə  əvəz edir, həqiqətlərdən daha artıq həqiqət, gerçəklərdən 

daha artıq gerçəklik statusu kəsb edir. Təsadüfi deyildir ki, hər hansı bir 

mübahisəni həll etmək cəhdləri münaqişələrin daha artıq dərinləşməsinə 

gətirib çıxarır. Dil, dialoq təkcə barışıq yaratmır, həm də insanları 

mətləbdən uzaqlaşdırır, vəzifələrin həllini çətinləşdirir. Daha doğrusu, real 

zəmindən, konkret fakt və hadisələrdən, referensiyadan uzaqlaşmış dil – 

yalnız subyektiv maraqlara, fərdi həqiqətlərə tuşlanmış dil işarələri normal 

ünsiyyət və  dərketmə vasitəsi olmaqdan çıxır, fərdi iradənin, konkret 

praqmatik məqsədlərin lokomotivinə çevrilir. Belə hallarda predmetləri, 

hadisələri, faktları, mənafe və motivləri həquiqətdə olduğundan yüksək və 

aşağı, maksimal və minimal hədlərdə, yayğın və dumanlı göstərməyə 

imkan verən perifraz şəkilləri, mübaliğə formaları xüsusi əhəmiyyət və 

maraq kəsb edir. Deyilənləri yaxın keçmişimizə  - mübarizələrlə, 

çəkişmələrlə dolu Azərbaycan gerçəkliklərinə aid çoxlu faktlarala izah 

etmək mümkündür. Yeni və ən yeni dövr tarixinin şişirdilmiş, quraşdırılmış 

reallıqlarının  əvəzsiz yaradıcıları, fantastik yalan-aldanış ixtiraçıları olan 

bəzi üzdəniraq Azərbaycan siyasətçilərinin, iblisanə bir ehtirasla 

stimullaşdırılmış, azdırılmış bir çox elm və  sənət adamlarının, mediya 

mənsublarının dilində belə fraqmentlər kifayət qədərdir. 2000-ci ilin 

əvvəllərində guya “iqtidaryönlü” qəzetlərdən birinin ümumiyyətlə 



 

 

 



472

müxalifət və müxalifətçilik fəaliyyəti haqqında reallıqla  əlaqəsini itirmiş 

aşağıdakı düşüncələrinə nəzər salaq. “Müxalifət mitinqlərlə ölkədə sabitliyi 

pozmaq, mövcud ictimai-siyasi vəziyyəti daha da gərginləşdirməyə çalışır. 

Onların arasında xarici kəşfiyyat orqanlarına, birbaşa ermənilərə  işləyən, 

düşmən dəyirmanına su tökən qüvvələr var. Əgər üzdəniraq müxalifət 

zəhmətkeşlərin istirahət hüququnu kobudcasına pozan bu səs-küylü 

mitinqləri keçirməsə, yəqin ki, aldığı qrantlardan məhrum olar, öz 

ağalarının yanında üzüqara qalarlar”. Hamıya gün kimi aydındır ki, 

hakimiyyətin qoşa qanadlarından biri olan əsl müxalifətçiliyin mahiyyəti 

deyilənlərlə 

məhdudlaşmır. Azərbaycanda “erməniyə” deyil, 

Azərbaycanlıya işləyən çoxlu vətənpərvər qüvvələr var və onlar, yumşaq 

desək, heç də həmişə bədxah niyyətlər güdmür. Bu parçada  söhbət normal 

olaraq seçkiqabağı mitinq keçirən müxalifət partiyasının sərbəst toplaşma 

hüququnun təmin olunmasından gedirdi. Bunun üçün erməniyə qulluq 

etmək, qrant almaq, heç hakimiyyətə  gəlmək istəməmək də olar. Normal 

mitinqlər keçirmək, qanuni yolla hakimiyyətə  gəlməyə çalışmaq heç də 

erməniyə qulluq etmək va ya qeyri-vətənpərvərlik hərəkəti sayılmaz. Və 

heç bilavasitə iqtidara qarşı da çevrilməyə bilər, əksinə, dövləti qorumağa, 

möhkəmləndirməyə yönələr. Yalnız ifrat hədlərlə fikirləşən radikallar belə 

birtərəfli, məhdud mühakimələr yürüdər, dünyanı, qanunları  və öz 

vəzifələrini belə dar çərçivələrdə “düşməncəsinə” qavrayar. Heç bir 

demokratik dövlət, o cümlədən də demokratiya yolu ilə irəliləyən 

Azərbaycan   dövləti, qanun pozuntuları ilə müşayiət edilməyən mitinqləri, 

normal siyasi mübarizəni, siysi partiyaların sərbəst, azad fəaliyyətini başqa 

cür qiymətləndirə bilməz. Nəzərə almaq lazımdır ki,  radikal 

“təəssübkeşlik” radikal müxalifət qədər,  hətta ondan da qorxulu və 

zərərlidir. Radikallaşma, dözümsüzlük nəticə etibarilə radikal, birölçülü 

düşüncə tərzinin uğursuz bəhrələridir. Və əsl təhlükə mənbəyidir. 

Vəziyyəti gerçək, analitik təhlillərlə izah etmək, aydınlaşdırmaq 

mümkün və ya lazım olmayanda mübaliğə, yayğınlşadırma düşüncəsi ön 

plana keçir.   

2007-ci ilin əvvəllərində Azərbaycanda enerji daşıyıcılarının 

qiymətləri doğrudan da əsaslı surətdə artırıldıqda  iqtidar bu tədbiri 


 

 

 



473

“zəhmətkeşlərin sosial rifahinin daha da yaxşılaşdırılmasına yönələn 

tədbir”, “qiymət islahatının davamı”, müxalifət isə “zəhmətkeşlərin 

mənafeyinə total hücum” kimi təqdim etdi. Hər iki cəbhədə mübaliğə, aşırı 

düşüncə  tərzi, “ağır silahlar” işə düşdü. Təhlil, reallıqla onun 

qiymətləndirilməsi bir tərəfə atıldı.  Şəksiz ki, bütün dünyada birmənalı 

şəkildə qeyri-populyar addım kimi qiymətləndirilən, insanların xüsusilə 

kasıb hissəsinin haqlı narazılığına səbəb olan qiymət artımı “dağıdıcı” 

müxalifət tərəfindən eyni qisas fürsəti, eyni kəskin, ziddiyyətli və  sərt 

mövqi ilə qarşılandı. Və bu tamamilə  təbiidir, hadisələrin,  şeylərin 

məntiqinə uyğundur. Həmin tanış ifrat-mübaliğəli görüş və düşünüş tərzini 

“radikal” müxalifətin eyni əsəbi, qeyri-adekvat dil-ifadə reaksiyalarından, 

biryönlü, birqütblü mülahizələrindən aydın görmək olar: 

 



“Bu il nəinki 2 rəqəmli, hətta 3 rəqəmli inflyasıya da 

qaçılmazdır; 

 

Hökumət ermənilərə qarşı yox, öz vətəndaşlarına, dolanışığını 



güc-bəla ilə  təmin edən,  əksər hallarda isə buna nail olmayan 

dinc sakinlərə qarşı müharibə elan etdi; 

 

İndi büdcə  təşkilatlarında işləyən zavallılar ya acından, ya da 



kommunal xidmətlərindən imtina edib soyuqdan, 

xəstəliklərdən ölməlidirlər; 

 

Nazirlər naziri Heydər Babayevlə pensiyaçı Fatmanisə arvad 



eyni tariflə işıq pulu ödəyəcək; 

 



ABŞ-da  ən bahalı benzinin litri 0,64 dollar olduğu halda

Azərbaycanda benzinin yuxarı satış həddi 0,68 dollardır; 

 

Bu ilə  qədər kommunal ödənişlər yoxsul ailələrin gəlirlərinin 



yarıdan çoxunu “yeyirdisə”, bundan sonra gəlirlər son 

qəpiyinəcən kommunal ödənişlərə yönəldiləcək” və s. 

Göstərilən mülahizələr, təkliflər bir daha sübut edir ki, mübaliğə, 

şiddət qavrayışı yalnız dil-üslub fiquru kimi deyil, həm də fikir, ideya 

fiqurları kimi öyrənilməlidir. Qlobal, birmənalı, birqiymətli dərketmədə bu 

və ya digər dərəcədə mübaliğə,  şişirtmə  və yayğınlaşdırma elementi də 

olur. “Səlis” çoxluqlar qlobal qiymətləndirmələrlə düşünən insanları  

çaşdıran, dərketmə prosesini lüzumsuz olaraq sürətləndirən ilkin-emosional 



 

 

 



474

qavrayış  və semantik-koqnitiv assosiasiyalar oyadır. Belələri binar 

qarşılaşdırmalar instinktinə uyğun olaraq adətən “ağ” deyən kimi “qara”nı, 

“düz” deyən kimi “əyri”ni, “həqiqət” deyən kimi “yala”nı xatırlayır. Onlar 

arasındakı keçidlərə, pillələrə, müştərək nöqtələrə diqqət yetirməyə vaxt, 

psixi və intellektual enerji çatmır. Daha doğrusu, dialektik, geniş 

konseptuallaşdırma qabiliyyəti, düşüncə  tərzi çatmır.  İfrat qütblər bizim 

axtardığımız yeganə  şeylər, aktual semantik cütlər, sərhədləndirilmiş, 

sanksiyalaşdırılmış linqvistik şoxluqlar olduqda obyektiv qiymətləndirilmə 

məntiqini, dialektik perspektivi itiririk. Və bununla da  həyat motivasiyası, 

koqnitiv reallıq axtarışları  gələcək hadisələrə, təkrar dərketmə  və 

qiymətləndirmələrə qədər bitmiş, neytrallaşmış olur. 

Yalnız mütləq doğrunun və yalanın axtarıldığı yerdə sonsuz 

yanılmalr,  manipulyasiyalar, yanlış yanaşmalar, hətta  şər hərəkətləri, 

aldanış-aldanma təhlükələri başlayır. Böhtan və ya sadəcə olaraq yanlış 

reallıq saplantısı tam fərqli, arzuolunan həqiqətləri, xəyali, virtual reallıqları 

gündəmə  gətirir və qarşı  tərəfi  - rəqibi hələ cavab reaksiyasına qədər 

tərksilah edir. Düşüncəni iflic edir. Hər kəs öz həqiqətini, yalnız bircə 

həqiqəti, son yeganə variantı, bununla da saysız-hesabsız alternativləri, 

yalanları dövriyyəyə buraxmış olur. Çoxlu pozitiv variantları, imkanları 

əldən vermiş olur. Yalanın  ən irginc və ifrat forması, fərdi həqiqətlərin 

yaxın dostu, reallığın çoxluğu düşüncəsinin əks-sədası olan böhtan (və şər!) 

gerçək zəmindən məhrum olan, çox vaxt qeyri-real, quraşdırılmış, 

saxtalaşdırılmış, dəyişdirilmiş situasiyaya biçilmiş dil əsəri, praqmatik kəşf, 

ixtira kimi meydana gəlir. Rəqibə açıq döyüşdə gücü çatmayan və ya 

sadəcə olaraq onun müqavimət imkanlarını  zəiflətməyə çalışan siyasətçi, 

dövlət adamı min-bir kələk, dil-əməl oyunları fikirləşər, məqsədinə çatmaq 

üçün heç nədən çəkinməz. Bu dünyada xüsusi olaraq “intriqaçı”, 

“demoqoq”, “fırıldaqçı”, “qaragüruhçu”, “qarayaxa”, “ştatları” mövcuddur 

ki, bunlar da daim böhtan deyilən çirkli arxdan su içər. Böhtan daim canlı 

həyat, xəyali mövcudluq, mümkün pluralizm, çoxluq çeşməsindən 

qidalanar, nəyin bahasına olursa-olsun məqsədə çatmaq, qalib gəlmək 

enerjisi ilə  bəslənər.  Böhtançı qadın bir qayda olaraq sözlərinin təsir 

qüvvəsini artırmaq, ətrafdakıları inandırmaq və özünə cəlb etmək üçün real 

gerçəklikdə baş verməmiş, öz yerini almamış qurama, saxta bir situasiya 


 

 

 



475

təsvir edər,  şişkin, qabardılmış dil şəkilləri ilə  həqiqətdə olduğundan 

seçilən, lakin inandırıcı bir  gerçəkliyin  əksini, surətini yaradar. Çətin, 

çıxılmaz vəziyyətə düşən oğru ən ağıllı adamların, məşhur ixtiraçıların belə 

düşünüb tapa bilmədiyi  ən inannılmaz, fantastik situasiyalar quraşdırar, 

çeşidli, ağlagəlməz bəhanələr uydurar, eyni zamanda bütün bunlara uyğun 

tam adekvat, inandırıcı, çox hallarda, təbii, sanki tam əslinə uyğun 

gerçəklik şəkilləri yaradar və bu yolla özünü xilas etməyə çalışar. Və çox 

hallarda da xilas edər, bağırtıları ilə doğrunun bağrını çatladar. İnsana 

qorxu anında, dar ayaqda güc gəldiyi kimi, o özünüxilas məqamında dil 

səddini də asanlıqla aşar, sözlər, ifadələr bir refleks, təbii özünümüdafiə və 

özünütəsdiq aktı kimi doğular. Çox hallarda heç bir şübhəyə yer qoymaz. 

Görünür, dönüş anlarında, xüsusilə ömrün çətin məqamlarında, sərhəd 

situasiyalarında dilin fikir və düşüncələrin ifadə vasitəsi kimi 

doğulmasından çox avtomatlaşmış realizasiyadan, instinktlərin, reflekslərin 

müqavimətindən danışmaq daha doğru olar. Qeyri-standart, qəfil situasiya 

qeyri-standart, gözlənilməz dil hərəkətləri doğurar, onların istiqamətini, 

məzmunu təyin edər. Böhtan insanı  məhz belə gözlənilməz situasiyalarla 

üz-üzə qoyar. Böhtan elə bil sıxıntı, psixoloji diskomfort yaradar ki, onun 

əlindən və bəlasından yaxa qurtarmaq günahsiz, məsum və  məzlum adam 

üçün daha çətin olar, şübhə doğurmadan onu dəf etmək, özündən 

uzaqlaşdırmaq, günahsızlığını sübut etmək həqiqi vəziyyətdə ola 

biləcəyindən də  çətin və mümkünsüz görünər. Böhtanda mütləq  əslində 

olmayan, təbii bir təkid, bir koqnisiya, fikir, enerji və ehtiras qaynağı var. 

Günahkarlardan, öyrəncəlilərdən fərqli olaraq günahsızın dərhal dili 

dolaşar, cavab reflekslərinin işə düşməsi üçün daha çox vaxt və daha çox 

psixi gərginlik tələb olunar. Təşəbbüs, psixoloji üstünlük sadəlövh, binar 

qarşılaşmalarla deyil, geniş sahə məntiqi və alternativ çoxluqlarla düşünən 

böhtançının  əlində olduğundan o öz şərtlərini diktə edər. Bəzən elə 

ittihamlar oxuyar, elə şeylər fikirləşib tapar ki, varından yox olarsan, təkcə 

ağlını, səbrini yox, dilini də itirərsən, bütün psixi mexanizmlər tormozlanıb 

sıradan çıxar, mənəvi müvazinətini itirər, tamamilə  tərkisilah olarsan. 

Siyasətçi keçmiş oğru, böhtançı, dolandırıcı, alverçi, işbaz, fahişə qadın və 

bunların hamısı bir yerdə olduqda vəziyyət daha da qəlizləşir, mübarizə, 

qalib gəlmə şansları minimuma enir. Azərbaycanlılar bu məəttəl situasiyanı 


 

 

 



476

təkrarsız, dahiyanə bir müşahidə ilə “adımı  sənə qoyaram, səni də yana-

yana” kimi ifadə edirlər. Şəxsi həyatda böhtanın öz çətinlikləri olduğu kimi 

ictimai-siyasi həyatda da öz xüsusi üsul və vasitələri, ağrılı  cəhətləri, 

fəsadları var. Müasir mübarizə, savaş arsenalında siyasi opponentlərin 

sıradan çıxarılmasında provokasiyalar, təxribat və şantaj mühüm yer tutur. 

Təxribat hərəkətləri reallaşdırılarkən fikir tərtibçilərinin hamısı, hər bir 

kiçik dil elementi, reallıqdan, referensiyadan uzaqlaşdırılar, hər bir söz bir 

mübaliğə  və  şiddət sözü dərəcəsinə qalxar. Təəssüflə qeyd etmək lazım 

gəlir ki, bu gün rəqibi qaralama, piar texnologiyası daim genişlənib 

təkmilləşir, yeni, ağlasığmaz üfüqlər, linqvistik qiymətlər kəsb edir. 

Çoxdan mövcud olan bu “sınanmış” təcrübə müstəqillik, həm də yalan 

müstəqilliyi qazanmış bir sıra postsovet respublikalarında qısa bir 

müddətdə çeşidli eksperimentlərlə öz imkanlarını böyüdüb genişləndirdi, 

hakimiyyətə  gəlməyin asanlığı  və mümkünlüyü xülyaları, hakimiyyətdən 

sui-istifadənin hüdudsuz cazibələri maraqlıların, hər cür mübarizəyə hazır 

olanların, o cümlədən bunların önündə gedən siyasətçilərin sayını artırdı. 

Siyasi mübarizədə  ən sınanmış üsul, ən keçərli, samballı ittiham, “daşdan 

keçən” sübut isə “hakimiyyətə  gəlməyə çalışmaq”, “rus kəşfiyyatına 

işləmək”, “ermənilərlə  əlbir olmaq” idi. Qəribədir ki, bunu həqiqətən 

edənlərdən başqa hamı bu ittihama məruz qalır. Dövlətin özü hələ yox idi, 

amma “dövlət çevrilişlərinə  cəhd“ aramsızlıqla davam edirdi. Rusiyada, 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin