4.2.
Yetkinlik yaşına çatmayanlara və onlar tərəfindən satış
Çərçivə Konvensiyası
Maddə 16. Yetkinlik yaşına çatmayanlara və onlar tərəfindən satış
1.
Daxili qanunvericiliklə, milli qanunvericiliklə müəyyən edilən yaş həddinə və ya on
səkkiz yaşına çatmamış şəxslərə tütün məmulatı satışının qadağan edilməsi üçün hər bir
Tərəf müvafiq hökumət səviyyəsində səmərəli qanunvericilik, icra, inzibati və digər
tədbirləri qəbul edir və həyata keçirir. Bu tədbirlərə aşağıdakılar daxil ola bilər:
(a)
bütün tütün məmulatı satıcılarının satış məntəqəsinin daxilində yaxşı görünən yerdə
yetkinlik yaşına çatmayanlara tütün məmulatının satışının qadağan olduğu barədə aydın
bir elanın yerləşdirilməsinə dair tələb, şübhəli hallarda isə onların tütün məmulatını alan
hər bir şəxsdən qanunda müəyyən edilən yetkinlik yaşına çatma haqqında sənədi
istəməsinə dair tələb;
(b)
tütün məmulatını bilavasitə götürə bilmə imkanını təmin edən bütün satış növlərinin,
məsələn, birbaşa mağaza rəflərindən satışın qadağan edilməsi;
(c)
tütün məmulatı formasında hazırlanan və yetkinlik yaşına çatmayanların diqqətini cəlb
edən konfet, qəlyanaltı, oyuncaq və digər əşyaların istehsal və satışının qadağan edilməsi;
və
(d)
tütün məmulatını satan öz yurisdiksiyasındakı avtomatların yetkinlik yaşına
çatmayanların istifadə dairəsindən uzaq olmasını və tütün məmulatının yetkinlik yaşına
çatmayanlara satışını təşviq etməməsini təmin edən bir vəziyyətin yaradılması.
2.
Hər bir Tərəf pulsuz tütün məmulatının əhali arasında, xüsusilə də yetkinlik yaşına
çatmayanlar arasında yayılmasını qadağan edir və ya qadağan edilməsinə kömək edir.
3.
Hər bir Tərəf siqaretlərin yetkinlik yaşına çatmayanlar üçün əldə edilə bilmə
imkanını artıran tək-tək və kiçik qutularda satışının qadağan edilməsinə çalışır.
4.
Tərəflər təsdiq edirlər ki, yetkinlik yaşına çatmayanlara tütün məmulatı satışının
48
qarşısının alınmasına dair tədbirlərin səmərəliliyini artırmaq məqsədilə lazımi hallarda
həmin tədbirlər bu Konvensiyanın digər müddəaları ilə əlaqəli şəkildə həyata
keçirilməlidir.
5.
Konvensiya imzalandığı, ratifikasiya edildiyi, qəbul edildiyi, təsdiq edildiyi vaxt və
ya ona qoşulduqda, yaxud bunlardan sonra hər hansı bir vaxt ərzində Tərəf məcburi
qüvvəyə malik yazılı bəyanatla tütün məmulatı satan avtomatların istismarını öz
yurisdiksiyası daxilində qadağan etmək üzrə öhdəlik götürdüyünü bildirə bilər və ya
tütün məmulatı satan avtomatları müvafiq hallarda tam qadağan edə bilər. Bu Maddəyə
əsasən edilən bəyanat Depozitari tərəfindən Konvensiyanın bütün Tərəflərinə çatdırılır.
6.
Hər bir Tərəf bu Maddənin 1-5-ci bəndlərində göstərilən öhdəliklərin yerinə
yetirilməsinin təmin edilməsi üçün səmərəli qanunverici, icra, inzibati və digər tədbirlər, o
cümlədən pərakəndə və topdan satıcılara qarşı sanksiyalar qəbul edir və həyata keçirir.
7. Hər bir Tərəf gərək daxili qanunvericiliklə, milli qanunvericiliklə müəyyən edilən
yaş həddinə və ya on səkkiz yaşına çatmayanlar tərəfindən tütün məmulatı satılmasının
qadağan edilməsi üçün müvafiq hallarda səmərəli qanunverici, icra, inzibati və digər
tədbirlər görsün və həyata keçirsin.
“Tütün və tütün məmulatı haqqında” Qanun
Maddə 15. Tütünün və tütün məmulatının ticarəti
... ...
15.3.6. 18 yaşına çatmamış şəxslərə satıldıqda;
15.3.7. avtomatlar vasitəsilə satıldıqda;
15.3.8. siqaret, papiros və siqarillalar ədədlə satıldıqda.
15.4. Zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq edən
sənədi tələb etmək hüququ vardır.
15.5. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və
yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir.
15.6. Tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18
yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün
məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır. -
(qismən uyğun gəlir).
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 9. Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ
Alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş
yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların
əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin,
tütün məmulatlarının istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı və
49
uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq
əməyinin tətbiq edilməsi qadağandır. - (uyğun gəlir).
Şərh:
Çərçivə Konvensiyasının 16-cı maddəsi yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının
satışının qadağan edilməsini tələb edir. “Tütün və tütün məmulatı haqqında” Qanun tütün və
tütün məmulatlarının 18 yaşına çatmayan şəxslərə satışını qadağan edir.
82
Eləcə də, həmin
Qanun zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq edən
sənədi tələb etmək hüququnu təsbit edir ki,
83
bu Konvensiyanın 16-cı maddəsinin 1 (a)-ci
bəndində əks olunmuş şübhəli hallarda satıcıların tütün məmulatını alan hər bir şəxsdən
qanunda müəyyən edilən yetkinlik yaşına çatma haqqında sənədi istəməsinə dair tələbə
uyğun gəlir. Ancaq elə həmin maddədə əks olunmuş “bütün tütün məmulatı satıcılarının satış
məntəqəsinin daxilində yaxşı görünən yerdə yetkinlik yaşına çatmayanlara tütün məmulatının
satışının qadağan olunduğu barədə aydın bir elanın yerləşdirilməsinə dair tələb” Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyində öz əksini tapmamışdır. Bu baxımdan hesab
edirik ki, “Tütün və tütün məmulatı haqqında” Qanunun sözü gedən maddəsi Çərçivə
Konvensiyasının müvafiq müddəasına qismən uyğun gəlir.
Konvensiyanın 16.3-cü maddəsi dövlətlərin üzərinə siqaretlərin tək-tək və kiçik qutularda
satışının qadağan edilməsi öhdəliyi qoyur, çünki siqaretin tək-tək və kiçik qutularda satışı
siqaretlərin yetkinlik yaşına çatmayanlar tərəfindən əldə edilmə imkanını artırır, siqareti onlar
üçün daha əlçatan edir. “Tütün və tütün məmulatı haqqında” Qanun siqaret, papiros və
siqarillaların ədədlə satışını qadağan edərək
84
bu tələbə uyğun gəlir.
85
Daha əvvəl də qeyd etdiyimiz kimi Konvensiyanın bütün maddələri bir-biri ilə sıx qarşılıqlı
əlaqədədir və bir-birini tamamlayırlar. Öz növbəsində, tütün məmulatları satan avtomatların
qadağan edilməsi yetkinlik yaşına çatmayanların tütün məmulatları əldə etmək imkanlarının
azaldılmasına xidmət edir. Qanun tütün məmulatlarının avtomatlar vasitəsi ilə satışını
qadağan edərək bu tələbə uyğun gəlir.
Eləcə də, Qanunun 15.5-ci maddəsi tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət
obyektlərində, habelə uşaq və malların satışı yerlərində tütün məmulatlarının satışını qadağan
edir ki, bu da Konvensiyanın tələblərinə uyğundur.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun
86
9-cu maddəsi tütün
məmulatlarının uşaqlara satılmasını, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən
82
Maddə 15.3.6, “Tütün və tütün məmulatı haqqında” Qanun.
83
Maddə 15.4, yenə orada.
84
Maddə 15.3.8, yenə orada.
85
Təəssüf ki, praktikada bu müddəanın pozuntusuna çox rast gəlinir.
86
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, № 499-IQ, 19 may 1998-ci il.
50
yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi
təsir göstərən gecə klublarında, barlarda, eləcə də tütün məmulatlarının istehsalı, daşınması,
satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi ilə bağlı və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına
təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsini qadağan edir. Bu maddə
yetkinlik yaşına çatmayanların tütün məmulatlarının satışında iştirakını qadağan edərək
Konvenisyanın 16.7-ci maddəsində əks olunmuş yetkinlik yaşına çatmayanlar tərəfindən
tütün məmulatlarının satılmasının qadağan edilməsi tələbinə uyğun gəlir.
87
Tövsiyə:
Qanunvericilikdə “bütün tütün məmulatı satıcılarının satış məntəqəsinin daxilində
yaxşı görünən yerdə yetkinlik yaşına çatmayanlara tütün məmulatının satışının
qadağan olunduğu barədə aydın bir elanın yerləşdirilməsinə dair tələb” öz əksini
tapmalıdır.
Eləcə də aşağıda bax: 5. Məsuliyyətlə bağlı məsələlər bölməsinin tövsiyələrinə
4.3.
Alternativ növlərin dəstəklənməsi və ətraf mühitin qorunması
Çərçivə Konvensiyası
Maddə 17. İqtisadi cəhətdən həyat qabiliyyətli fəaliyyətin alternativ növlərinin
dəstəklənməsi
Tərəflər digər Tərəflər və səlahiyyətli beynəlxalq və regional hökumətlərarası təşkilatlarla
əməkdaşlıq edərək, tütünün emalı və yetişdirilməsi ilə məşğul olan şəxslərin, müvafiq
hallarda isə ayrı-ayrı satıcıların maraqları naminə lazımi hallarda iqtisadi cəhətdən həyat
qabiliyyətli alternativlərə dəstək verirlər.
Maddə 18. Ətraf mühitin və insan sağlamlığının qorunması
Tərəflər öz ərazilərində tütünün yetişdirilməsi və tütün məmulatının istehsalı ilə əlaqədar
bu Konvensiyadan irəli gələn öhdəlikləri yerinə yetirərkən ətraf mühitin və ətraf mühitlə
əlaqədar insanların sağlamlığının qorunmasına dair məsələlərin lazımi şəkildə nəzərə
alınacağı ilə razılaşırlar.
Çərçivə Konvensiyasının 17 və 18-ci maddələrinin əsas hədəfləri tütün istehsalçılarına
alternativ məhsulların istehsalı üzrə dəstək verilməsi, bu sahədə işləyənlərin, eləcə də işləyib
işsiz qalanların yeni iş imkanları ilə təmin olunması, tütünün yetişdirildiyi və emal olunduğu
torpaqlarda ətraf mühitin və insan sağlamlığının qorunması üçün tədbirlər görülməsidir.
87
Praktikada bu müddəanın da pozulması hallarına çox rast gəlinir.
51
Xüsusi yaradılmış işçi qrupun Çərçivə Konvensiyasının 17 və 18-ci maddələri ilə bağlı
hazırladığı hesabatda dövlətlərə mövcud olan ən yaxşı təcrübələrə əsaslanmış iqtisadi
cəhətdən davamlı alternativ layihələri dəstəkləyən siyasət və proqramlar həyata keçirmək
tövsiyə olunur. Alternativ layihələr tütün istehsalçılarının və işçilərinin yaşayışının bütün
aspektlərini (sağlamlıq, iqtisadi, sosial, ətraf mühitlə əlaqədar və təhlükəsiz qidalanma
aspektləri) əhatə edən vahid çərçivə daxilində həyata keçirilməlidir.
88
Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində tütün yetişdirilməsi çox az yer tutsa
da tütün məhsullarının istehsalı ilə məşğul olan müəssisələr çoxdur. Azərbaycan
Respublikasında 2011-2015-ci illər üçün Tütünlə mübarizə üzrə Milli Strategiyanın
layihəsində bu istiqamətdə müəyyən tədbirlər nəzərdə tutulmuşdur. Ancaq Milli Strategiya
hələ qəbul olunmamışdır və bu istiqamətdə Azərbaycan Respublikasında hər hansı proqram
və ya siyasət qəbul edilməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, ÜST-nin işçi qrupu belə
proqramların hazırlanmasında mövcud olan ən yaxşı təcrübələrə əsaslanmağı tövsiyə edir.
Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi 2001-ci ildən
başlayaraq Alternativ Məhsul proqramını və 2006-cı ildən isə Ətraf Mühitlə əlaqədar Kənd
Təsərrüfatı Ərazilərinin Qorunması Layihəsini
89
həyata keçirir ki, Azərbaycan Respublikası
bənzər proqramların hazırlanmasında ən yaxşı təcrübə olaraq Türkiyənin təcrübəsindən
istifadə edə bilər.
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununu
90
ətraf mühitin
mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədi ilə
cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir. Ancaq sözü gedən Qanunda tütünün
becərilməsi və yetişdirilməsi ilə məşğul olan müəssisələrin ətraf mühitin mühafizəsini təmin
etməsini və həmin müəssisələrdə çalışan şəxslərin sağlamlığını nəzərə alacaq konkret
müddəalar yoxdur.
Onu da qeyd edək ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında
91
nəzərdə
tutulur ki, “ətraf mühitin mühafizəsinə dair qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübəyə
uyğun təkmilləşdirilməsi, səmərəli monitorinq və nəzarət mexanizmlərinin yaradılması
yönündə əməli addımlar atılacaqdır. Eyni zamanda, ekologiya və təbiətin mühafizəsi
sahəsində elmi araşdırma fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata keçiriləcək və
88
Economically sustainable alternatives to tobacco growing (in relation to Article 17 and 18 of the WHO
Framework Convention on Tobacco Control) Report by the working group. FCTC/COP/5/10. 17 July
2012.
P.11-12.
89
Alternativ Ürün Programı ve Çevre Amaçlı Tarım Arazilerinin Korunması Projesi. Daha ətraflı bax:
T.C.Gida Tarim ve Hayvancilik Bakanliği. Tütün Kontrolü Çerçeve Sözleşmesi. Ümit Bayram KUTLU
Genel
Müdür
Yardımcısı. 25 Haziran 2014, Ankara.
http://www.tarim.gov.tr/ABDGM/Belgeler/%C4%B0DAR%C4%B0%20%C4%B0%C5%9ELER/2014haziran/2.pdf
90
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, № 678-IQ, 8 iyun 1999-cu il.
91
“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası. Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
http://wwws.president.az/files/future_az.pdf
52
zəruri infrastruktur yaradılacaqdır. Ölkədə ətraf mühitin qorunması sahəsində beynəlxalq
əməkdaşlığın genişləndirilməsinə, ətraf mühitin mühafizəsi mədəniyyətinin aşılanması
məqsədi ilə ictimaiyyətin məlumatlandırılmasına xüsusi diqqət yetiriləcəkdir.”
92
Tövsiyələr:
-
Ən yaxşı təcrübə olaraq Türkiyə Respublikasının və digər ölkələrin təcrübəsinə
əsaslanaraq iqtisadi cəhətdən davamlı alternativ layihələri dəstəkləyən proqramlar
qəbul edilməsi tövsiyə olunur;
-
Ətraf mühitin mühafizəsinə dair qanunvericilik tütünün ətraf mühitə vurduğu zərərə
dair müddəaları da əks etdirərək daha da təkmilləşdirilməlidir.
5.
Məsuliyyətlə bağlı məsələlər
Çərçivə Konvensiyası
Maddə 19. Məsuliyyət
1.
Tütünə qarşı mübarizə məqsədilə Tərəflər zəruri olarsa, müvafiq hallarda
kompensasiya daxil olmaqla, cinayət və mülki məsuliyyət məsələlərinin həlli üçün
qanunvericilik tədbirlərinin həyata keçirilməsini və ya mövcud qanunvericiliyin inkişafını
nəzərdən keçirirlər.
2.
Tərəflər 21-ci Maddəyə müvafiq olaraq Tərəflərin Konfransları vasitəsilə məlumat
mübadiləsi sahəsində bir-biri ilə əməkdaşlıq edirlər. Bura həmçinin daxildir:
(a)
20.3 (a) Maddəsinə müvafiq olaraq tütün məmulatından istifadənin və tütün tüstüsünün
sağlamlığa təsirinin nəticəsi barədə məlumat; və
(b)
qüvvədə olan qanunvericilik və qaydalar, həmçinin müvafiq məhkəmə təcrübəsi barədə
məlumat.
3.
Müvafiq hallarda və qarşılıqlı razılaşmaya əsasən, Tərəflər milli qanunvericilik,
siyasət, hüquqi təcrübə və tətbiq edilən mövcud müqavilə mexanizmləri çərçivəsində bu
Konvensiyaya uyğun olaraq mülki və cinayət məsuliyyəti ilə əlaqədar prosessual
hərəkətlərin həyata keçirilməsində bir-birinə yardım göstərirlər.
4.
Konvensiya heç bir halda Tərəflərin bir-birinin məhkəmə orqanlarına müraciəti
hüququna toxunmur və ya onu məhdudlaşdırmır; bu hal belə qaydaların mövcud olduğu
şəraitdə mümkündür.
5.
Tərəflərin Konfransı müvafiq beynəlxalq forumlarda aparılmış işləri nəzərə alaraq,
məsuliyyətlə əlaqədar məsələləri imkan daxilində erkən mərhələdə nəzərdən keçirə bilər.
Bura həmçinin həmin məsələlərə lazımi beynəlxalq yanaşmalar və Tərəflərin xahişi ilə
onlara bu Maddəyə əsasən qanunvericilik və digər fəaliyyətlərində yardım göstərilməsi
üçün lazımi vasitələr də aiddir.
92
Yenə orada. Səh. 39.
53
“Tütün və tütün məmulatı haqqında” Qanun
Maddə 24. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulması nəticəsində
vurulan ziyanın ödənilməsi
24.1. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan
ziyanın həcmi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq müəyyən edilir.
24.2. Vurulan ziyanın ödənilməsi təqsirkar olan şəxsləri qanunvericilikdə nəzərdə
tutulmuş məsuliyyətdən azad etmir. - (qismən uyğun gəlir).
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanun
Maddə 57. Vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi
Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən
edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.
...
Ətraf mühitin
çirklənməsi nəticəsində vətəndaşların sağlamlığına vurulan ziyan
qanunvericilikdə müəyyən edilmiş qaydada ziyan vuran hüquqi və fiziki şəxslər tərəfindən
ödənilir. - (qismən uyğun gəlir)
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
Maddə 236. Etil (yeyinti) spirti və alkoqollu içkilər və ya tütün məmulatı ticarəti
qaydalarının pozulması
236.1. Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti
və alkoqollu içkilərin və ya tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə -
on manatdan otuz beş manatadək miqdarda cərimə edilir.
236.2. Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti
və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına
görə -
on beş manatdan qırx manatadək miqdarda cərimə edilir. - (qismən uyğun gəlir).
Maddə 134
.
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə -
yüz manat miqdarında cərimə edilir. - (qismən uyğun gəlir).
Maddə 148. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi
Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə -
xəbərdarlıq edilir və ya yeddi manatdan on üç manatadək miqdarda cərimə edilir. - (qismən
uyğun gəlir).
54
Maddə 150-2. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması
150-2.1. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının
pozulmasına, yəni:
150-2.1.4. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və
beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə;
qırx manatdan əlli manatadək miqdarda cərimə edilir. - (qismən uyğun gəlir).
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
Maddə 205-1. Saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma
Saxta aksiz markalarını satış məqsədilə hazırlama, habelə əldə etmə və ya satma –
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. - (uyğun gəlir).
Maddə 206. Qaçaqmalçılıq
206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük
nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi
vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan
etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və
digər əşyaların külli miqdarda keçirilməsi—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.2. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici,
radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov
silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş
sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın
silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük
sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və
avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq
qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət
olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar
və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma
yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi -
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
206.3.1. təkrar törədildikdə;
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə;
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə -
55
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.4. Bu Məcəllənin 206.1-206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil
dəstə tərəfindən törədildikdə -
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.- (uyğun
gəlir).
Çərçivə Konvensiyasında tütünlə mübarizə sahəsində daxili qanunvericilikdə məsuliyyət nəzərdə
tutulması və onun tütünə qarşı səmərəli mübarizənin təmin olunması istiqamətində əhəmiyyəti
dəfələrlə vurğulanır. Çərçivə Konvensiyasının 4.5-ci maddəsində göstərilir ki, “tərəflərin hər birinin öz
yurisdiksiyası çərçivəsində müəyyənləşdirdiyi kimi, məsuliyyətlə bağlı məsələlər tütünə qarşı hərtərəfli
mübarizənin mühüm hissəsidir.” Qeyd edək ki, Çərçivə Konvensiyasının 19-cu maddəsi daha çox
tövsiyə xarakteri daşıyır və tərəflərin üzərinə birbaşa konkret həyata keçirmə öhdəlikləri qoymur;
dövlətləri “cinayət və mülki məsuliyyət məsələlərinin həlli üçün qanunvericilik tədbirlərinin
həyata keçirilməsini və ya mövcud qanunvericiliyin inkişafını nəzərdən keçirməyə” dəvət
edir. 19-cu maddə konkret məsuliyyət qaydaları müəyyən etmir, zəruri olduqda müvafiq
hallarda kompensasiya daxil olmaqla, cinayət və mülki məsuliyyət məsələlərinin həlli üçün
qanunvericilik tədbirlərinin həyata keçirilməsini şərtləndirir.
93
Bu, Çərçivə Konvensiyasının
layihəsi hazırlanarkən beynəlxalq müqavilədə konkret məsuliyyət qaydalarının praktikada
ayrı-ayrı dövlətlər tərəfindən həyata keçirilməsində müəyyən çətinliklər yarada biləcəyi
kimi ağlabatan ehtimalın mövcudluğundan irəli gəlirdi. Əhəmiyyətlidir ki, 2001-ci ilin
aprel ayında ÜST tərəfindən Çərçivə Konvensiyasının 19-cu maddəsinin təbiətini və
miqyasını müəyyənləşdirmək üçün hüquq ekspertləri paneli çağırılmışdır.
Ekspertlərin apardığı tədqiqat əsasında belə qərara alındı ki, daxili hüquq sistemlərində tütünlə
mübarizə sahəsində məsuliyyətin müəyyən edilməsi ilə bağlı müddəalar yaxşı inkişaf etmədiyi üçün
Çərçivə Konvensiyasında beynəlxalq məsuliyyət rejiminin nəzərdə tutulması Konvensiyanın həyata
keçirilməsində çətinlik yarada bilər. O da vurğulandı ki, məsuliyyət rejiminin Konvensiyaya daxil
edilməsi dövlətlərin diqqətini tütünlə mübarizə sahəsində digər vacib məsələlərdən yayındıra bilər ki,
bu da onlar üçün ümumilikdə tütünə qarşı mübarizə proqramının həyata keçirilməsini çətinləşdirə bilər;
digər sahələrdə beynəlxalq məsuliyyət rejimini qəbul etməkdə dövlətlərin əvvəlki təcrübəsi yaxşı
olmadığı üçün konkret məsuliyyət rejimi müəyyən olunduğu halda Çərçivə Konvensiyasına çox az
dövlət qoşulacaq
94
.
Bu gün bəzi ölkələrin qanunvericiliyi tütün sənayesinin vurduğu zərərə görə kompensasiya nəzərdə
tutur. Bir sıra ölkələr (daha dəqiq desək 5 ölkə - Finlandiya, Yaponiya, Marşal Adaları, Norveç və
Panama) ÜST-yə təqdim etdikləri hesabatda tütün istifadəsindən dəymiş zərərə görə kompensasiya
93
İmplementation of Article 19 of the Convention: “Liability”. FCTC/COP/4/13, 24 September 2010. P. 1
94
WHO. Secretariat update on the WHO consultation on potential liability and compensation provisions for
the framework convention on tobacco control. A/FCTC/INB2/5 Rev.1, 6 July 2001. P. 3.
56
almağa yönəlmiş məhkəmə işləri haqqında məlumatlar da daxil ediblər. Ekspertlərin araşdırmasında o
da qeyd olunmuşdur ki, xəstəlik halında tütün istehsalçısına kompensasiya almaq üçün müraciət edə
bilmək imkanı tütün istehlakçılarını tütündən istifadə etməyə ruhlandıra bilər, belə ki onlar
xəstələnərlərsə kompensasiya alacaqlarından arxayın olacaqlar.
95
Azərbaycan Respublikasının qanunvericiliyində tütün və tütün məmulatları ilə bağlı qaydaların
pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
96
(daha sonra İnzibati Xətalar
Məcəlləsi) ilə müəyyən edilir.
Tütün məmulatı ticarəti qaydalarının pozulması
İnzibati Xətalar Məcəlləsinin 236.1.-ci maddəsi ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri
tərəfindən tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə 10 manatdan 35 manatadək
miqdarda cərimə müəyyən edir.
Tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satışı
İnzibati Xətalar Məcəlləsi 236.2.-ci maddəsi tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara
satılmasına görə 15 manatdan 40 manatadək miqdarda cərimə nəzərdə tutur.
İctimai nəqliyyatda siqaret çəkilməsi
İnzibati Xətalar Məcəlləsi hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret
çəkilməsinə görə 30 manatdan 40 manatadək, dəmir yol nəqliyyatında 5 manatdan
15 manatadək, dəniz və çay nəqliyyatında 7 manatdan 13 manatadək cərimə müəyyən edir.
İnzibati Xətalar Məcəlləsində tütünün ticarəti qaydaları və satışı ilə bağlı, eləcə də ictimai
nəqliyyatda siqaret çəkilməsinə görə cərimələr nəzərdə tutulsa da hesab edirik ki, həmin
qaydaların praktikada düzgün həyata keçirilməsinin təmin edilməsi üçün bu cərimələr daha
da artırılmalıdır.
97
Çərçivə Konvensiyasının 19.1-ci maddəsi dövlətlərin üzərinə tütünə qarşı mübarizə məqsədi
ilə cinayət və mülki məsuliyyət müəyyən edən qanunvericilik tədbirləri həyata keçirmək
öhdəliyi qoyur. Azərbaycan Respublikasının qanunvericiliyində bu sahədə cinayət və mülki
məsuliyyət müəyyən edən hər hansı müddəa yoxdur. Azərbaycan Respublikasının Cinayət
95
Yenə orada.
96
11 iyul 2000-ci il tarixli 906-IQ nömrəli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə təsdiq edilmişdir.
97
Müqayisə üçün qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 223-1-ci maddəsinə əsasən, “... qrant alan
Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması (verilməsi) haqqında
müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -
fiziki
şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş
yüz
manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir”.
57
Məcəlləsində
98
(daha sonra Cinayət Məcəlləsi) bir sıra müddəalar (saxta aksiz markalarını
hazırlama, əldə etmə və ya satma; dələduzluq) vardır ki, tütün və tütün məmulatlarına dair
qaydaların pozulması zamanı tətbiq oluna bilər. Bununla belə hesab edirik ki,
qanunvericilikdə daha spesifik və daha sərt cəza növlərinin nəzərdə tutulması tütünə qarşı
mübarizə istiqamətində daha səmərəli şərait yaradar və Çərçivə Konvensiyasının tələblərinə
uyğunluğu təmin edər.
Çərçivə Konvensiyası bu sahədə dəymiş zərərə görə kompensasiya müəyyənləşdirilməsinin
qanunvericilikdə təsbit edilməsini nəzərdə tutur. “Tütün və tütün məmulatı haqqında”
Qanunun 24-cü maddəsi, eləcə də “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanunu
99
müvafiq qanunvericiliyin pozulması nəticəsində vurulan ziyanın
həcmi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
müəyyən edildiyini göstərsə də müvafiq qanunvericilikdə tütün istehlakçısının onun
sağlamlığına vurduğu zərərə görə hər hansı tütün şirkətini məhkəməyə verib kompensasiya
ala biləcəyini təmin edən hər hansı mülki və ya cinayət qanunvericiliyi müddəası yoxdur.
Tövsiyələr:
-
Tütünə qarşı mübarizə məqsədi ilə cinayət və mülki məsuliyyət müəyyən edən
qanunvericilik tədbirləri həyata keçirilməlidir;
-
Qanunvericilikdə tütün istehlakçısının onun sağlamlığına vurduğu zərərə görə hər
hansı tütün şirkətini məhkəməyə verib kompensasiya ala biləcəyini təmin edən
müddəa əks olunmalıdır;
-
İnzibati Xətalar Məcəlləsində tütünün ticarəti qaydaları və satışı ilə bağlı, eləcə də
ictimai nəqliyyatda siqaret çəkilməsinə görə nəzərdə tutulan cərimələr artırılmalıdır;
-
Qanunvericilikdə tütün məmulatlarının satışı ilə əlaqədar bəzi müddəaların (məsələn,
siqaret və digərlərinin ədədlə satışı) qadağan olunsa da praktikada çox pozulduğunu
nəzərə alaraq İnzibati Xətalar Məcəlləsində spesifik olaraq bu müddəanın
pozulmasına dair daha yüksək cərimənin müəyyən edilməsi tövsiyə olunur;
-
Tütün istehlakının məhdudlaşdırılması haqqında Qanunun layihəsi qəbul edildikdən
sonra qanunvericiliyə tütün istehlakının məhdudlaşdırılması qaydalarının
pozulmasına görə məsuliyyət daxil edilməlidir.
98
Dostları ilə paylaş: |