Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzi
AZƏRBAYCAN RESPUBLİKASININ
MÜVAFİQ QANUNVERİCİLİYİNİN
"TÜTÜNƏ QARŞI MÜBARIZƏ HAQQINDA"
ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATININ
ÇƏRÇİVƏ KONVENSİYASINA UYĞUNLUĞUNUN
MÜQAYİSƏLİ TƏHLİLİ
Bakı - 2015
2
Təhlil Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı
üzrə Fəaliyyət Planına əsasən qeyri-infeksion xəstəliklərinin tütünçəkmə risk amilinin
qarşısının alınması və nəzarəti tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi
çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzi tərəfindən təşkil olunmuşdur.
Təhlil Azərbaycan Respublikasının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə
Konvensiyasına qoşulmasının 10 illik ildönümünə həsr edilir.
Müəllif: Pərvanə Bayramova, h.f.d.
Ekspert: Tofiq
Musayev
3
MÜNDƏRİCAT
Ön söz............................................................................................................................4
Giriş...............................................................................................................................6
1.
Tütünə tələbatın azaldılması ilə bağlı qiymət tədbirləri...........................................9
1.1.
Qiymət və vergi tədbirləri ................................................................................10
2.
Tütünə tələbatın azaldılması üçün qeyri-qiymət tədbirləri....................................16
2.1.
Tütün tüstüsünün təsirindən qorunma..............................................................17
2.2.
Tütün məmulatlarının tərkibi............................................................................18
2.3.
Tütün məmulatının tərkibinin açıqlanması.......................................................20
2.4.
Tütün məmulatının qablaşdırılması və markalanması.....................................23
2.5.
Tütün sənayesinə dair informasiyanın əlçatanlığı və ictimai iştirakçılıq .......30
2.6.
Reklam, satışın stimullaşdırılması və sponsorluq............................................35
3.
Tütündən asılılıq və tütündən istifadənin dayandırılması......................................40
4.
Tütün təchizatının azaldılması ilə bağlı tədbirlər...................................................41
4.1.
Tütün məmulatının qeyri-qanuni ticarəti.........................................................41
4.2.
Yetkinlik yaşına çatmayanlara və onlar tərəfindən satış..................................47
4.3.
Alternativ növlərin dəstəklənməsi və ətraf mühitin qorunması........................50
5.
Məsuliyyətlə bağlı məsələlər......................................................................................52
6.
Dövlətlərin Konvensiya üzrə ümumi öhdəlikləri.....................................................58
6.1.
Tütün sənayesinin inkişafını stimullaşdırmamaq.............................................59
6.2.
Preferensial rejimin tətbiq olunmaması...........................................................60
6.3.
Korporativ sosial məsuliyyət............................................................................60
6.4.
Maraqların münaqişəsinə yol verilməməsi......................................................61
6.5.
Milli koordinasiya mexanizmi..........................................................................62
7.
Elmi-texniki əməkdaşlıq və məlumatın çatdırılması...............................................62
Xülasə (azərbaycan, ingilis və rus dillərində)..............................................................68
İstifadə olunmuş sənədlərin siyahısı.........................................................................74
4
Ön söz
Tütün vaxtından əvvəl ölüm, xəstəlik və əlillik hallarının qarşısı alına bilən əsas səbəbidir.
Tütünçəkmə ürək xəstəlikləri və insult, ağciyər xərçəngi və xroniki obstruktiv ağciyər
xəstəliyi kimi əsas qeyri-infeksion xəstəliklər yaradır. Bu gün tütün dünyada böyüklər
arasında on nəfərdən birinin ölümünə səbəb olur və səkkiz aparıcı ölüm səbəbinin altısı üçün
risk amilidir. Hər il 6 milyonadək insan tütün tüstüsünün təsiri nəticəsində yaranan
xəstəliklərdən ölür, onlardan 600 min nəfər ətrafa yayılan ikincili tüstü ilə nəfəs alan
tütünçəkməyən insandır. XX əsrdə tütünlə bağlı səbəblərdən 100 milyon insan dünyasını
dəyişdi. Təcili tədbirlər görülməzsə, bu əsrin sonunadək tütün 1 milyarddan çox insanı məhv
edə bilər.
Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası bəşəriyyətin tütün
məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmasıdır.
O, Ümumdünya Səhiyyə Assambleyası tərəfindən 21 may 2003-cü il tarixdə qəbul edildi və
27 fevral 2005-ci il tarixdə qüvvəyə mindi. Həmin dövrdən başlayaraq Konvensiya Birləşmiş
Millətlər Təşkilatının tarixində ən geniş tanınmış sazişlərdən biri oldu. 2014-cü ilin 4 dekabr
tarixinə olan vəziyyətə görə onun 180 Tərəfi vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 20 sentyabr 2005-ci il tarixdə
Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmaq barəsində
Azərbaycan Respublikasının Qanununu imzalamışdır.
Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası tütün epidemiyasına qarşı
qlobal mübarizədə ilk addım oldu. Bu müqavilə tütün məhsullarına olan təklif və eləcə də
tələblərin azaldılması modelini ölkələrə təklif edir. Burada tütün epidemiyasının qarşısını ala
biləcək ən effektli yanaşmalar əks olunub ki, bunlardan tütündən istifadənin monitorinqi,
insanların tütün tüstüsündən qorunması, tütündən imtina olunması məqsədilə tədbirlər,
tütünlə bağlı təhlükələr barədə xəbərdarlıqlar, tütün məmulatlarının reklamı, satışının
stimullaşdırılması və sponsorluğuna qadağaların qoyulması, tütün məmulatlarına qoyulan
vergilərin artırılması və tütün məmulatlarının qablaşdırılması məsələlərini vurğulamaq olar.
Beləliklə, Çərçivə Konvensiyası tütünə qarşı mübarizə üzrə ən əhəmiyyətli və səmərəli
tədbirlər kompleksidir.
Eyni zamanda Çərçivə Konvensiyasının hər bir maddəsinin səmərəli işləməsi üçün ölkənin
müvafiq tələblərə cavab verən tütünlə mübarizə üzrə qanunvericilik bazası, cəmiyyətin
tütünlə mübarizədə həmrəy olması vacibdir. Bütün tütünlə mübarizə tədbirləri çoxsektorlu
yanaşma və siyasi iradə tələb edir.
Azərbaycanda tütünlə mübarizə sahəsində bir çox işlər görülüb, lakin hələ də bəzi
çatışmazlıqların aradan qaldırılması
və bu sahədə qanunvericilik bazasının
5
təkmilləşdirilməsinə ehtiyac vardır. Bu baxımdan Azərbaycan qanunvericiliyinin Çərçivə
Konvensiyasına uyğunluğunun müqayisəli təhlili xüsusi diqqət cəlb edir. Hazırkı təhlilin
məqsəd və vəzifələri tütünlə mübarizə sahəsində Azərbaycan qanunvericiliyinin Çərçivə
Konvensiyasına uyğunluğunun araşdırılması, çatışmazlıqların aradan qaldırılması üçün
məqsədyönlü rəy və tövsiyələrin hazırlanması və yekun nəticələrin ilk növbədə
Azərbaycanda tütünlə mübarizə sahəsində çalışan təşkilat və şəxslərə çatdırılmasıdır.
Təhlil Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı
üzrə Fəaliyyət Planına əsasən qeyri-infeksion xəstəliklərinin tütünçəkmə risk amilinin
qarşısının alınması və nəzarəti tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi
çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzi tərəfindən təşkil olunmuşdur və Azərbaycan Respublikasının Tütünə qarşı mübarizə
haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmasının 10 illik ildönümünə həsr edilir.
Təhlilin nəticələri Azərbaycanda qanunvericiliyin formalaşması və tütünə qarşı nəzarət və
mübarizə işinin təşkili ilə məşğul olan qərar qəbul edən şəxslər, millət vəkilləri, siyasətçilər,
aidiyyəti dövlət və ictimai təşkilatlar və fəallar, ictimai səhiyyə mütəxəssisləri, digər təşkilat
və fərdlərin fəaliyyətlərində nəzərə alına bilər. Aparılmış təhlilin başlıca məqsədi ÜST
tərəfindən epidemiya elan edilmiş və müasir dövrdə əhalinin sağlamlığının qorunması
sahəsində təhlükəli problemə çevrilmiş tütünə qarşı mübarizədə hökumət, qeyri-hökumət və
beynəlxalq təşkilatların, ayrı-ayrı vətəndaşların, bütövlükdə Azərbaycan cəmiyyətinin
səylərinin birləşdirilməsinə və bu istiqamətdə siyasi və ictimai dəstəyin təşkil olunmasına nail
olmaqdır.
Tütün epidemiyası təhlükəsi hələ də mövcuddur. Lakin bu epidemiyanı geri döndərmək
mümkündur. Bunun üçün Çərçivə Konvensiyasına qoşulan hər bir ölkənin öhdəlikləri tam
həyata keçirilməlidir.
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru
6
Giriş
Tütündən istifadənin geniş yayılmış asılılığa çevrilərək hər il milyonlarla insanın həyatını
əlindən alan və sağlamlığına zərər vuran qlobal epidemiya səviyyəsinə çatdığı bir dövrdə
tütünə qarşı mübarizə beynəlxalq ictimaiyyətin qarşısında duran vacib vəzifələrdən biridir.
Ümumdünya Səhiyyə Təşkilatı (daha sonra ÜST) tərəfindən qəbul edilmiş Tütünə qarşı
mübarizə haqqında Çərçivə Konvensiyası (daha sonra Çərçivə Konvensiyası və ya
Konvensiya) bu istiqamətdə atılmış ən vacib addımlardan biridir. Çərçivə Konvensiyası
tütünlə mübarizə sahəsində qəbul edilmiş ilk beynəlxalq müqavilədir və dövlətlər üçün tütünə
tələbatın və tütün təchizatının azaldılmasına yönəldilmiş məcburi hüquqi öhdəliklər
müəyyənləşdirir. Bu Konvensiyaya Tərəf olaraq dövlətlər tütünsüz bir dünyaya nail olmaq
yoluna qədəm qoyurlar ki, bu da milyonlarla insanın sağlamlığının qorunması baxımından
çox əhəmiyyətlidir. Çərçivə Konvensiyası Tərəflər üçün elə öhdəliklər müəyyən edir ki,
onları həyata keçirməklə dövlətlər yalnız tütündən istifadə etməyən şəxslərin həyat və
sağlamlığını qorumur, həm də tütün istehlakçılarını tütündən istifadəni azaltmağa və ondan
imtina etməyə sövq edir.
Dövlətlərə həmin öhdəlikləri yerinə yetirməkdə kömək etmək məqsədi ilə ÜST 2008-ci ildə
aşağıdakı 6 əsas strategiyanı müəyyən edən MPOWER
1
paketini hazırlamışdır:
Tütündən istifadənin və onun qarşısının alınmasının monitorinqi;
İnsanları tütün tüstüsündən qorumaq;
Tütünçəkmədən imtina etmək üçün yardım təklifi;
Tütünün törətdiyi təhlükələrə dair xəbərdarlıq;
Tütünün reklamının,
satışının stimullaşdırılması və sponsorluğunun qadağan
olunması;
Tütünə tətbiq olunan verginin artırılması.
Eləcə də Çərçivə Konvensiyasının 23-cü maddəsi əsasında təsis edilmiş Tərəflərin Konfransı
2
öz sessiyalarında Çərçivə Konvensiyasının ayrı-ayrı maddələrinin həyata keçirilməsinin
Rəhbər Prinsiplərini (daha sonra Rəhbər Prinsiplər) qəbul etmişdir ki, həmin prinsiplər
Çərçivə Konvensiyasının ayrı-ayrı maddələrinə aydınlıq gətirir və onların dövlətlər tərəfindən
düzgün həyata keçirilməsinə şərait yaradır.
1
Paket müəyyən edilmiş altı strategiyanın ingiliscə başlıq hərflərini birləşdirərək MPOWER adlandırılmışdır:
Monitor tobacco use and prevention policies; Protect people from tobacco smoke; Offer help to quit tobacco
use; Warn about the dangers of tobacco; Enforce bans on tobacco advertising, promotion and sponsorship; and
Raise taxes on tobacco.
2
Tərəflərin Konfransı Konvensiyanın rəhbər orqanıdır; Konvensiyanın həyata keçirilməsinin gedişini
müntəzəm olaraq nəzərdən keçirir və onun səmərəli tətbiq edilməsinə yardım üçün lazım olan qərarları qəbul
edir.
7
Azərbaycan Respublikası 20 sentyabr 2005-ci il tarixli Qanunu
3
ilə ÜST-nin Çərçivə
Konvensiyasına qoşulmuş və 1 noyabr 2005-ci il tarixində Konvensiyanı ratifikasiya
etmişdir. Əhəmiyyətlidir ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında
ölkədə qeyri-infeksion xəstəliklərin qarşısının alınmasına və nəzarətinə xüsusi yer ayrılıb.
Həmin sənəddə qeyri-infeksion xəstəliklərin yüksək risk faktorlarından biri olan tütünə qarşı
mübarizə məsələləri çox geniş əhatə olunub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
2014-2020-ci illər üçün Strateji Panı üzrə Fəaliyyət Planının
4
4.2-ci bəndində, tütünçəkmə
qeyri-infeksion xəstəliklərin risk amilləri içərisində xüsusi qeyd olunaraq, həmin amillərə
qarşı əhali arasında sübutlu və səmərəli tədbirlərin həyata keçirilməsinin gücləndirilməsi
nəzərdə tutulur.
Təqdim olunan tədqiqat Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin ÜST-nin
Çərçivə Konvensiyasının müddəalarına uyğunluğunu araşdırır. Onu da qeyd edək ki,
tədqiqatda müqayisəli təhlil aparılarkən Çərçivə Konvensiyası ilə yanaşı MPOWER paketi və
Rəhbər Prinsiplər də nəzərə alınır.
Azərbaycan Respublikasının Konstitusiyasında
5
(daha sonra Konstitusiya) yaşamaq hüququ
(maddə 27), sağlam ətraf mühitdə yaşamaq hüququ (maddə 39), sağlamlığın qorunması
hüququ (maddə 41) kimi əsas insan hüquqları öz əksini tapır. Eləcə də Konstitusiyanın
148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
Əhəmiyyətlidir ki, Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının daxili qanunvericiliyi
ilə (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) onun tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr arasında ziddiyyət yarandıqda, həmin beynəlxalq müqavilələr
tətbiq olunur..
6
Beləliklə, Konstitusiya ÜST-nin Çərçivə Konvensiyasını Azərbaycan
Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olaraq qəbul edir və
Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla daxili qanunvericiliklə
Çərçivə Konvensiyası arasında ziddiyyət yarandıqda Çərçivə Konvensiyasının tətbiq
olunacağını təsbit edir. Eləcə də “Tütün və tütün məlumatı haqqında” Azərbaycan
Respublikasının Qanununda
7
(daha sonra, “Tütün və tütün məmulatı haqqında” Qanun)
göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə tütün
və tütün məmulatına dair münasibətlərin tənzimlənməsi və keyfiyyətinin idarə edilməsi
3
“Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasına qoşulmaq barədə Azərbaycan
Respublikasının Qanunu, №989-İİQ, 20 sentyabr 2005-ci il. Qanun 16 oktyabr 2005-ci il tarixində
“Azərbaycan” qəzetində dərc edilmişdir.
4
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24.04.2014-cü il tarixli 30 nömrəli əmri ilə təsdiq
edilmişdir.
5
Azərbaycan Respublikasının Konstitusiyası, 12 noyabr 1995.
6
Maddə 151, Konstitusiya.
7
“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu 8 iyun 2001-ci ildə qəbul
edilmişdir, №138-IIQ.
8
barədə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə,
beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
8
Tədqiqat işində Çərçivə Konvensiyasının Tərəflərdən daxili qanunvericilikdə konkret
müddəaları əks etdirməsini tələb edən maddələrinə Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinin uyğun (tam və ya qismən) gəlib-gəlməməsi Rəhbər Prinsiplər (eləcə də
onların layihələri
9
) də nəzərə alınmaqla müəyyənləşdirilir və izah olunur. Yəni təhlil Çərçivə
Konvensiyasının bilavasitə qanunvericilikdə təsbit edilməli olan öhdəliklər müəyyən edən
maddələri əsasında aparılır. Həmin maddələr aşağıdakı mövzuları əhatə edir:
Tütünə tələbatın azaldılması üçün qiymət və vergi tədbirləri (maddə 6)
Tütünə tələbatın azaldılması üçün qeyri-qiymət tədbirləri (maddə 7)
-
Tütün tüstüsünün təsirindən qorunma (maddə 8)
-
Tütün məmulatının tərkibinin nizamlanması (maddə 9)
-
Tütün məmulatının tərkibinin açıqlanması işinin nizamlanması (maddə 10)
-
Tütün məmulatının qablaşdırılması və markalanması (maddə 11)
-
Maarifləndirmə, informasiyanın ötürülməsi, əhalinin hazırlanması və
məlumatlandırılması (maddə 12)
-
Tütün məmulatının reklamı, satışının stimullaşdırılması və sponsorluğu (maddə 13)
Tütün məmulatının qeyri-qanuni ticarəti (maddə 15)
Yetkinlik yaşına çatmayanlara və onlar tərəfindən satış (maddə 16)
Məsuliyyət (maddə 19)
Eləcə də Çərçivə Konvensiyasının tütünə qarşı mübarizə sahəsində dövlətlər üçün ümumi
öhdəliklər müəyyənləşdirən, konkret proqramların, planların və strategiyaların qəbul
edilməsini nəzərdə tutan aşağıdakı maddələri də nəzərdən keçirilir:
Ümumi öhdəliklər (maddə 5)
Tütündən asılılıq və tütündən istifadənin dayandırılması ilə bağlı tələbatın azaldılması
tədbirləri (maddə 14)
İqtisadi cəhətdən həyat qabiliyyətli fəaliyyətin alternativ növlərinin dəstəklənməsi
(maddə 17)
Ətraf mühitin və insan sağlamlığının qorunması (maddə 18)
Elmi tədqiqatlar, epidemioloji nəzarət və məlumat mübadiləsi (maddə 20)
Hesabat verilməsi və məlumat mübadiləsi (maddə 21)
Elmi-texniki və hüquqi sahələrdə əməkdaşlıq və müvafiq təcrübənin təqdim edilməsi
(maddə 22)
8
Maddə 2.2, “Tütün və tütün məmulatı haqqında” Qanun.
9
ÜST tərəfindən Çərçivə Konvensiyasının bəzi maddələrinə dair Rəhbər Prinsiplərin layihələri hazır olsa da,
hələ qəbul olunmamışdır.
9
Qeyd edək ki, Çərçivə Konvensiyasının bütün maddələri bir-biri ilə sıx qarşılıqlı əlaqədədir
və bir-birini tamamlayır. Maddələrdən birinin həyata keçirilməsi öz növbəsində digərinin də
tətbiqi üçün şərait yaradır, eləcə də bir maddənin düzgün həyata keçirilməməsi digərlərinin
də tətbiqini əngəlləyir.
Təqdim olunan tədqiqat işi Çərçivə Konvensiyasının hüquqi öhdəliklərlə bağlı əhatə etdiyi
mövzuları əks etdirən 7 bölmədən ibarətdir. Bəzi bölmələrin mövzusu çox geniş və hərtərəfli
olduğu üçün altbölmələrə bölünmüşdür. Hər bölmənin və altbölmənin əvvəlində
Konvensiyanın həmin mövzuya dair maddəsi və Azərbaycan Respublikasının müvafiq
qanunvericilik sənədinin konkret maddəsi və ya maddələri təqdim olunur. Daxili
qanunvericilikdən olan hər maddənin yanında onun Konvensiyanın müvafiq maddəsinə
uyğun gəlib-gəlməməsi (uyğun gəlir; qismən uyğun gəlir; uyğun gəlmir) göstərilir və şərh
hissədə müqayisəli təhlil əsasında bu qənaətin izahı verilir. Hər bölmənin və altbölmənin
sonunda Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin Çərçivə Konvensiyasının
tələblərinə tam uyğunluğunun təmin edilməsi üçün konkret tövsiyələr təqdim olunur.
Tədqiqat işi aparılarkən Azərbaycan Respublikasının tütün və tütün məmulatı üzrə
məsələlərin tənzimlənməsini həyata keçirən bütün müvafiq qanunvericiliyi (Azərbaycan
Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi,
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, “Tütün və tütün məmulatı haqqında”
Azərbaycan Respublikasının Qanunu, “Əhalinin sağlamlığının qorunması haqqında”
Azərbaycan Respublikasının Qanunu və s.) nəzərə alınmışdır.
10
1.
Tütünə tələbatın azaldılması ilə bağlı qiymət tədbirləri
Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının tütünə tələbatın
azaldılması istiqamətində əsas müddəaları 6-14-cü maddələrdə öz əksini tapmışdır. Çərçivə
Konvensiyası bu istiqamətdə tədbirləri qiymət və vergi tədbirləri və qeyri-qiymət tədbirləri
olaraq fərqləndirir. Qiymət və vergi tədbirləri dedikdə tütün məmulatlarının vergitutma
dərəcələrinin və qiymətinin artırılması vasitəsi ilə ondan istifadənin azaldılması nəzərdə
tutulur. Qeyri-qiymət tədbirləri dedikdə isə tütün məmulatlarından istifadənin azaldılmasına
tütün məmulatının xüsusi tələblərə uyğun şəkildə qablaşdırılması və markalanması, onun
reklamının qadağan olunması və s. kimi vasitələrlə nail olunması nəzərdə tutulur.
10
Bax aşağıda: İstifadə olunmuş sənədlərin siyahısı.
10
Dostları ilə paylaş: |