1.1.
Qiymət və vergi tədbirləri
Çərçivə Konvensiyası
Maddə 6. Tütünə tələbatın azaldılması üçün qiymət və vergi tədbirləri
1. Tərəflər təsdiq edirlər ki, qiymət və vergi tədbirləri əhalinin müxtəlif qrupları, xüsusən
də gənclər tərəfindən tütünün istifadəsinin azaldılması yolunda effektiv və mühüm vasitədir.
2. Tərəflərin vergitutma siyasətini müəyyənləşdirmək və təyin etmək sahəsində suveren
hüququna xələl gətirmədən Tərəflərdən hər biri tütünə qarşı mübarizə ilə bağlı özünün milli
səhiyyə məqsədlərini nəzərə almalı və müvafiq hallarda aşağıdakıları əhatə edə biləcək
tədbirləri tətbiq etməli və ya qüvvədə saxlamalıdır:
(a) səhiyyə sahəsində tütündən istifadənin azaldılmasına istiqamətlənmiş məqsədlərə nail
olunmasına kömək etmək üçün vergi siyasətinin və məqsədəuyğun olduqda, qiymət
siyasətinin həyata keçirilməsi; və
(b) beynəlxalq səfərlər edən şəxslərə vergidən və rüsumdan azad tütün məmulatı satışının
və/və ya onlar tərəfindən gətirilməsinin qadağan olunması və ya məhdudlaşdırılması.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Maddə 190. Aksizli malların siyahısı və vergi dərəcələri
190.1. Aşağıdakı mallar aksizli mallara aid edilir:
…. Tütün məmulatları; …
190.3. Azərbaycan Respublikasında istehsal olunan …. tütün məmulatlarına aşağıdakı
aksiz dərəcələri tətbiq eidlir:
…
190.3.7. siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar) - 1000 ədədinə
10,0 manat;
190.3.8. tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 4,0 manat. -
(bu maddə aksiz vergisinin tətbiqi tələbi baxımından qismən uyğun gəlir; vergilərin bütün
tütün məmulatları üçün eyni olması tələbi baxımından isə uyğun gəlmir)
Maddə 194. Aksizli mallar üzərində vergi nəzarəti
194.1. Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi
qaydaları müvafiq icra orqanı tərəfindən müəyyən edilir. Belə aksizli malları markasız idxal
etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və
qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur. - (uyğun gəlir)
11
Maddə 188. Azadolmalar
188.1. Aşağıdakılar aksizdən azad edilir:
188.1.1. fiziki şəxsin fərdi istehlakı üçün ... 600 ədəd siqaretin idxalı ... - (qismən uyğun
gəlir)
“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə14. Tütünün və tütün məmulatının idxalı və ixracı
14.1. Xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət reyestrində qeydiyyata
alınmış, müəyyən edilmiş qaydada verilmiş uyğunluq sertifikatı və ya onun tanınması barədə
şəhadətnaməsi olan və bu Qanunla müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən tütün
və tütün məmulatı idxal oluna bilər. ...
14.4. Tütünün və tütün məmulatın ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə və
beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir.- (uyğun gəlir)
Maddə 15. Tütünün və tütün məmulatının ticarəti
15.1. Azərbaycan Respublikasında keyfiyyət göstəriciləri normativ sənədlərin tələblərinə
və gigiyenik normativlərə cavab verən, müvafiq sertifikatları olan tütün və tütün məmulatı
ticarət dövriyyəsinə daxil edilə bilər.- (uyğun gəlir)
Şərh:
Çərçivə Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində tütünə tələbatın azaldılması
istiqamətində qiymət və vergi tədbirlərinin vacib və səmərəli vasitə olması xüsusi vurğulanır.
Həmin maddənin 2-ci bəndində vergitutma siyasətinin müəyyənləşdirilməsi və təyin
olunması istiqamətində hər bir dövlətin suveren hüquqa malik olması qeyd olunur. Çərçivə
Konvensiyası Tərəflərin üzərinə onların suveren hüququna xələl gətirmədən vergitutma
siyasətini müəyyənləşdirərkən tütünlə mübarizə məqsədlərini nəzərə almaq öhdəlik qoyur.
Çərçivə Konvensiyasının 6-cı maddəsi və 6-cı maddənin həyata keçirilməsinin Rəhbər
Prinsiplərinin layihəsi
11
həmin öhdəliyi reallaşdıra bilmək üçün dövlətlərin aşağıdakı bir sıra
tədbirləri həyata keçirməli olmasını müəyyənləşdirir:
-
Müvafiq vergi və qiymət siyasətinin həyata keçirilməsi;
-
Vergilərin bütün tütün məmulatları üçün eyni olması;
-
Tütün məhsullarının istehsalı üçün lisenziya verilməsi;
-
Tütün məmulatlarının fiskal markalanması;
-
Vergidən və rüsumdan azad tütün məmulatı satışının və onun ölkəyə gətirilməsinin
qadağan olunması və ya məhdudlaşdırılması.
11
Draft Guidelines for implementation of Article 6 of the WHO FCTC. FCTC/COP/6/7, 27 March 2014.
12
Müvafiq vergi və qiymət siyasətinin həyata keçirilməsi
Tütün məmulatlarının qiymətinin bahalaşdırılması dövlət tərəfindən tütündən istifadənin
azaldılmasına təsir göstərə biləcək ən səmərəli müdaxilədir. Öz növbəsində vergi tütün
məmulatlarının qiymətinə təsir etmək baxımından dövlətin əlində olan ən güclü vasitədir.
Yüksək tütün vergiləri gənc və yeniyetmələri tütündən uzaq tutmağa imkan verir, eləcə də
əhalinin az təminatlı təbəqəsinin tütündən istifadəsini azaldır. Çərçivə Konvensiyasının 6-cı
maddəsinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinin layihəsi tütün məmulatlarına aksiz
vergisinin
12
tətbiq olunmasını dəstəkləyir və aksiz vergisini tütün məmulatlarının satış
qiymətlərinin artmasına təsir edəcək ən əsas vasitə olaraq göstərir. Həqiqətən də aksiz vergisi
dövlətin öz ərazisində tütün məmulatlarının satış qiymətinin yüksəldilməsinə təsir edə bilmək
üçün sahib olduğu ən səmərəli üsuldur. Rəhbər Prinsiplərin layihəsində də qeyd olunduğu
kimi tətbiq oluna biləcək digər vergilər tütün məmulatlarının satış qiymətinin artmasına təsir
etsə də, məsələn, gəlir üzərində qoyulan vergi tütündən başqa digər mallara və xidmətlərə də
tətbiq olunduğuna görə, onların satış qiyməti ilə müqayisədə tütün məmulatının satış
qiymətinə heç bir təsir göstərmir. Bu baxımdan aksiz vergisi tütün məmulatlarına tətbiq
olunacaq ən yararlı vergi növü hesab olunur ki, aksiz vergisi spesifik olaraq tütün
məmulatlarına qarşı yönəldilərək tütün məmulatlarının satış qiymətinin nəzərə çarpacaq
dərəcədə artmasına təsir göstərir.
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara
aksizlərin tətbiqi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə
13
(daha sonra Gömrük
Məcəlləsi) və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
14
(daha sonra Vergi Məcəlləsi)
uyğun həyata keçirilir. Öz növbəsində tütündən tutulan vergi dövlət büdcəsinin əhəmiyyətli
hissəsini təşkil edir.
15
Azərbaycan Respublikasında gömrük orqanları tərəfindən alınan
gömrük rüsumlarından, əlavə dəyər vergisindən və aksizlərdən əldə edilən vəsait dövlət
büdcəsinə köçürülür.
16
Vergi Məcəlləsinə əsasən aksiz – aksizli malların satış qiymətinə daxil edilən vergidir.
17
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan
vergi tutulur.
18
Vergi Məcəlləsinin 190.1-ci maddəsi tütün məmulatlarını aksizli mallar
siyahısına daxil edir.
19
12
Aksiz dolayı vergi olub, aksizli malların satış qiymətinə daxil edilir. Çoxmərhələli ƏDV-dən fərqli olaraq,
aksiz aksizli malın istehsalçısı və ya aksizli malı respublikaya idxal edən şəxs tərəfindən büdcəyə bir dəfə
ödənilir və faktiki olaraq aksiz istehlakçısının üzərinə düşür. Daha ətraflı bax: Vəliyev D.Ə., Balakişiyeva
Y.N.,
Rəbibəyli İ.R., İmanov E.E., Qarabalov E.M. Vergi Hüququ. Bakı, 2003, səh. 285.
13
Azərbaycan Respublikasında Gömrük Məcəlləsinin təsdiq olunması haqqında Azərbaycan Respublikasının
Qanunu.
№ 164-IVQ, 24 iyun 2011-ci il.
14
11 iyul 2000-ci il tarixli 905-IQ nömrəli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının
Qanunu
ilə təsdiq edilmişdir.
15
Draft Guidelines for implementation of Article 6 of the WHO FCTC. FCTC/COP/6/7, 27 March 2014, page 2.
16
Maddə 396, Gömrük Məcəlləsi.
17
Maddə 182.1, Azərbaycan Respublikasının Vergi Məcəlləsi.
18
Maddə 182.2, yenə orada.
19
Maddə 190.1, yenə orada.
13
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan
Respublikasının Qanunu
20
10 yanvar 2015-ci il tarixində qüvvəyə minənə qədər
Azərbaycan
Respublikasında istehsal olunan bütün növ tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi
12,5 faiz idi. Qeyd edək ki, ÜST-nin Tütündən Vergitutma haqqında Texniki Bələdçisi tütün
məmulatları üzərində aksiz vergisinin tütün məmulatlarının pərakəndə qiymətinin ən azı
70 faizi qədər olmasını tövsiyə edir.
21
Vergi Məcəlləsinə 30 dekabr 2014-cü il dəyişikliyi
nəzərdə tutur ki, siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar) üçün - 1000
ədədinə 10,0 manat; tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üçün - 1000
ədədinə 4,0 manat aksiz dərəcəsi tətbiq olunur. Vergi Məcəlləsində daha əvvəl nəzərdə
tutulan 12,5 faiz aksiz dərəcəsi ilə müqayisədə yeni tətbiq olunan dərəcələr tütün
məmulatlarının qiymətinin daha da artmasına təsir etsə də yeni aksiz dərəcələri də Texniki
Bələdçinin tövsiyəsini tam əks etdirmir. Bu baxımdan hesab edirik ki, Azərbaycan
Respublikasının tütün məmulatlarına aksiz vergisinin tətbiq edilməsinə dair müddəaları
Çərçivə Konvensiyasının tələblərinə qismən uyğun gəlir (Eləcə də aşağıda bax: “Vergilərin
bütün tütün məmulatları üçün eyni olması”).
Azərbaycan Respublikasının ərazisinə gətirilən siqarlar, ucları kəsilən siqarlar, siqarilla
(nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üçün 1000 ədədə
(50 qutu) 1,8 ABŞ dolları aksiz dərəcəsi müəyyən edilmişdir.
22
Burada əsas məqsəd aksizli
malın gömrük dəyərindən asılı olmayaraq malın miqdarına müvafiq olaraq vergiyə cəlb
olunmasıdır. Hesab edirik ki, Çərçivə Konvensiyasına uyğunluğun tam təmin edilməsi üçün
bu aksiz dərəcəsinin daha da artırılması məqsədəmüvafiqdir.
Onu da qeyd edək ki, sənayedə emal olunmuş digər tütün və tütünün sənaye əvəzediciləri;
“homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütün; tütün ekstraktları və essensiyalarının idxal
rüsumu 1 kq üçün 1 ABŞ dollarıdır, tütün xammalı və tütün tullantıları üçün isə rüsum
gömrük dəyərinin 15%-ni təşkil edir.
23
Vergi tutulan əməliyyat vaxtı - Azərbaycan
Respublikası ərazisində istehsal olunan mallar üçün malların istehsal binasının hüdudlarından
kənara buraxıldığı vaxt, malların idxalı üçün isə aksizli malların gömrük xidmətinin
nəzarətindən çıxdığı vaxt hesab olunur.
24
Azərbaycan Respublikasında aksizli mallar idxal
20
Maddə 190.3.7., Vergi Məcəlləsi.
21
WHO Technical Manual on Tobacco Tax Administration. WHO, 2010, P. 53.
http://whqlibdoc.who.int/publications/2010/9789241563994_eng.pdf?ua=1
22
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 noyabr tarixli, 209 nömrəli qərarı ilə
təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri. Vergi
Məcəlləsinin 190.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasına idxal edilən aksizli mallara
aksizlərin dərəcələri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti)
tərəfindən müəyyən edilir.
23
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük
rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı.
24
Maddə 186, Vergi Məcəlləsi.
14
edildikdə aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada
tutulur.
25
Vergilərin bütün tütün məmulatları üçün eyni olması
Çərçivə Konvensiyasının 6-cı maddəsinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinin
layihəsi vergilərin bütün tütün məmulatları üçün eyni olmasını tövsiyə edir. Qeyd etmək
maraqlıdır ki, Tütün məmulatlarının aksiz dərəcələrinin dəyişdirilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 9 iyun 1998-ci il tarixli qərarı ilə müxtəlif dərəcəli
siqaretlər üçün müxtəlif aksiz dərəcələrinin tətbiq olunmasını aradan qaldırılmışdır.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 30 dekabr 2014-cü il dəyişikliyi ilə siqarlar,
ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar); və tütündən hazırlanan siqaretlər və onun
əvəzediciləri üçün fərqli aksiz dərəcələrinin nəzərdə tutulması
26
Çərçivə Konvensiyasının
tələblərinə uyğun gəlmir. Siqaretlərin dərəcələrinə görə fərqli aksiz tətbiq olunması aşağı
keyfiyyətli siqaretlərin daha ucuz olmasına və bununla da həssas qruplar üçün onların daha
əlçatan olmasına şərait yaradır. Rəhbər Prinsiplərin layihəsinə əsasən vergi sistemləri elə
qurulmalıdır ki, tütün məmulatlarından istifadə edənlərin qiymətdən asılı olaraq eyni
kateqoriyadan daha ucuz məmulatlardan istifadəyə keçməsini stimullaşdırmağı minimuma
endirsinlər.
27
Məhz bu baxımdan Vergi Məcəlləsinin 190.3.7 və 190.3.8-ci maddələri Çərçivə
Konvensiyasının vergilərin bütün tütün məmulatları üçün eyni olması tələbinə uyğun gəlmir.
Tütün məhsullarının istehsalı üçün lisenziya verilməsi
Çərçivə Konvensiyasının 6-cı maddəsinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinin
layihəsində tütünə vergi tətbiqinin səmərəli həyata keçirilməsi və tütün məmulatlarının
qanunsuz satışının aradan qaldırılması üçün lisenziya verilməsi sisteminin tətbiqinin
əhəmiyyəti qeyd olunur.
28
“Tütün və tütün məmulatı haqqında” Qanunun yuxarıda qeyd
olunmuş 14 və 15-ci maddələri, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 22 mart tarixli 24 nömrəli qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikası
ərazisində bütün növ etil (yeyinti) spirtinin istehsalı, saxlanması, alkoqollu içkilərin və tütün
məmulatının istehsalı üçün lisenziya verilməsi Qaydaları bu tələbə uyğun gəlir.
Tütün məmulatlarının fiskal markalanması
Çərçivə Konvensiyasının 6-cı maddəsinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinin
layihəsində tütün məmulatlarının fiskal markalanması vergi qanunlarının təmin olunmasının
möhkəmləndirilməsinin və tütün məmulatlarının qanunsuz ticarətinə nəzarətin həyata
keçirilməsinin uyğun vasitəsi kimi qeyd olunur. Azərbaycan Respublikasında tütün
25
Maddə 191.3, Vergi Məcəlləsi.
26
Bax yuxarıda: Maddə 190.3.7 və 190.3.8, Vergi Məcəlləsi.
27
Draft Guidelines for implementation of Article 6 of the WHO FCTC. FCTC/COP/6/7, 27 March 2014, page 1.
28
Səh. 12, yenə orada.
15
məmulatlarını markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər istisna olmaqla) və ya
satmaq qadağandır və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
29
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 2001-ci il tarixli 10 nömrəli Qərarı
ilə təsdiq edilmiş Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi
Qaydalarına (daha sonra Aksiz markalarının tətbiqi Qaydaları) əsasən tütün məmulatları aksiz
markaları ilə markalanmalıdır.
30
Aksiz markalarının üzərində Azərbaycan Respublikasının
simvolları, seriya, sıra nömrəsi, təyinatı (“daxili istehsal”, “idxal” və yaxud “müsadirə”) və
növü (“tütün məmulatı”) göstərilməlidr.
31
Eyni seriyaya malik olan aksiz markalarının sıra
nömrələri təkrarlanmamalı, “daxili istehsal”, “idxal” və “müsadirə” üçün nəzərdə tutulmuş
aksiz markalarının rəngləri bir-birindən fərqlənməlidir.
32
Tütün məmulatlarına - “tütün
məmulatı” aksiz markası tətbiq olunur.
33
Aksiz markaları markalanmalı malların şəffaf
selofan örtüyünün (istehsalda nəzərdə tutulubsa) altında (müvafiq dövlət orqanları tərəfindən
müsadirə olunmuş markalanmalı mallar istisna olmaqla) yapışdırılır. Məhsul istifadə üçün
açıldıqda, həmin markalar təkrar istifadə üçün
yararsız hala düşməlidir.
34
Tütün məmulatının qutusu bərk olduqda, aksiz markası onun arxa
tərəfinə yapışdırılmalı və qapağın bir hissəsini yan tərəfindən əhatə etməlidir. Tütün
məmulatının qutusu yumşaq olduqda, aksiz markası onun üst tərəfinin mərkəz hissəsinə və
hər iki tərəfin hissələrinə yapışdırılmalıdır.
35
Tütünün və tütün məmulatının satışı tütün
məmulatı aksiz markası ilə markalanmadıqda qadağan olunur.
36
Eləcə də, tütün məmulatı
aksiz markası ilə markalanmadıqda onun hüquqi və fiziki şəxslər tərəfindən idxalına yol
verilmir.
37
Aksiz markalarını digər şəxslərə ötürən, qanunsuz əldə edən və onları istifadə edən,
saxtalaşdıran, saxta aksiz markalarını istifadə edən və bu Qaydalara riayət etməyən şəxslər
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
38
İdxalçılara aksiz markaları, onların fəaliyyət göstərdikləri ərazilərdə yerləşən gömrük
orqanları tərəfindən satılır
39
. Hesab edirik ki, Azərbaycan Respublikasının qanunvericiliyi
tütün məmulatlarının markalanması ilə bağlı Çərçivə Konvensiyasının tələblərinə uyğun
gəlir.
29
Maddə 194.1, Vergi Məcəlləsi.
30
Bənd 2.1.4, Aksiz markalarının tətbiqi Qaydaları.
31
Bənd 3.1, yenə orada.
32
Bənd 3.2, yenə orada.
33
Bənd 4.2.4, yenə orada.
34
Bənd 4.7, yenə orada.
35
Bənd 4.10, yenə orada.
36
Maddə 15.3.2, “Tütün və tütün məmulatı haqqında” Qanun.
37
Maddə 14.3, yenə orada.
38
Bənd 5.2, Aksiz markalarının tətbiqi Qaydaları.
39
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 22 mart tarixli, 24 nömrəli qərarı ilə təsdiq
edilmiş Azərbaycan Respublikası ərazisinə idxal olunan alkoqollu içkilərə, etil (yeyinti) spirtinə və
tütün
məmulatına aksiz markalarının tətbiq olunması Qaydaları.
16
Vergidən və rüsumdan azad tütün məmulatı satışının və onun ölkəyə gətirilməsinin qadağan
olunması və ya məhdudlaşdırılması
Çərçivə Konvensiyasının 8.2-ci maddəsinin (b) bəndi dövlətlərin üzərinə beynəlxalq səfərlər
edən şəxslərə vergidən və rüsumdan azad tütün məmulatı satışını qadağan etmək və ya
məhdudlaşdırmaq öhdəliyi qoyur. Bu müddəa aeroportlarda rüsumsuz (duty free) dükanlarda
tütün məmulatlarının bir qayda olaraq vergidən və rüsumdan azad satılmasının qarşısını
almağa xidmət edir. Bu müddəa Azərbaycan Respublikasının qanunvericiliyində öz əksini
tapmamışdır, yəni mövcud qanunvericilik bu tələbi əks etdirməyərək Çərçivə Konvensiyasına
uyğun gəlmir.
Eyni zamanda 8.2-ci maddənin (b) bəndi dövlətlərin üzərinə beynəlxalq səfərlər edən şəxslər
tərəfindən vergidən və rüsumdan azad tütün məmulatlarının gətirilməsini qadağan etmək və
ya məhdudlaşdırmaq öhdəliyi qoyur. Azərbaycan Respublikasında fiziki şəxsin fərdi istehlakı
üçün 600 ədəd (30 qutu) siqaretin idxalı aksizdən azaddır.
40
Vergi Məcəlləsinin bu müddəası
Çərçivə Konvensiyanın tələblərini tam əks etdirmək üçün ya beynəlxalq səfərlər edən şəxslər
tərəfindən vergidən və rüsumdan azad tütün məmulatlarının gətirilməsini tamamilə qadağan
etməli, ya da fərdi istehlak üçün aksizdən azad siqaretin idxalının həcminin azaldaraq
məhdudlaşdırmanı daha da gücləndirməlidir. Bu baxımdan hesab edirik ki, bu müddəa
Çərçivə Konvensiyasının tələblərini tam əks etdirməyərək ona qismən uyğun gəlir.
Tövsiyələr:
-
Tütün məmulatları üçün nəzərdə tutulan aksiz dərəcələri daha da artırılmalıdır;
-
Bütün növ tütün məmulatları üçün eyni aksiz dərəcələri tətbiq olunmalıdır;
-
Qanunvericilik rüsumsuz dükanlarda (duty free) tütün məmulatlarının vergidən və
rüsumdan azad satışını qadağan etməlidir;
-
Qanunvericilik beynəlxalq səfərlər edən şəxslər tərəfindən vergidən və rüsumdan
azad tütün məmulatlarının gətirilməsini qadağan etməli və ya daha da
məhdudlaşdırmalıdır.
Dostları ilə paylaş: |