AZƏrbaycan respublikasinin müvafiq qanunveriCİLİYİNİN



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix09.03.2017
ölçüsü0,64 Mb.
#10816
1   2   3   4   5   6   7   8

Şərh: 

Çərçivə Konvensiyasının 12-ci maddəsi Tərəflərin üzərinə bütün mümkün ötürmə 

vasitələrindən istifadə edərək tütünə qarşı mübarizə sahəsində əhalinin məlumatlandırılması 

sisteminin möhkəmləndirilməsi və  dəstəklənməsi öhdəliyi qoyur. Həmin maddənin (c) 

bəndinə  əsasən dövlətlər tütün sənayesi haqqında  ən müxtəlif informasiyanın daxili 

qanunvericiliyə uyğun  şəkildə  əhali üçün əlçatan olmasını  təmin edəcək müvafiq tədbirlər 

həyata keçirməlidirlər. Təbii ki, bu tədbirlər içərisində qanunvericilik tədbirləri xüsusi yer 

tutur. Eləcə  də  həmin maddənin (f) bəndinə  əsasən, dövlətlər tütün istehsalı  və tütündən 

istifadənin insanların sağlamlığına mənfi təsiri, bu istifadənin mənfi iqtisadi və ekoloji 

nəticələri ilə bağlı məlumatların insanlar üçün əlçatan olmasını təmin etməlidirlər. 

Çərçivə Konvensiyasının 12-ci maddəsinin həyata keçirilməsinin Rəhbər Prinsiplərində qeyd 

olunur ki, Tərəflər ictimaiyyət üçün tütün sənayesinin və onun məhsullarının strategiya və 

fəaliyyəti haqqında dəqiq və düzgün informasiyanın açıq və ümumi əlçatan olmasını  təmin 

etməlidir.

52

  

Konstitusiya “hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, 



hazırlamaq və yaymaq azadlığı”nı  təmin edir.

53

 Azərbaycan qanunvericiliyi informasiyanı 



əldə olunma növünə görə iki müxtəlif kateqoriyaya bölür: 1) ümumi istifadə üçün açıq 

informasiyalar və 2) alınması  məhdudlaşdırılan informasiyalar. “İnformasiya  əldə etmək 

haqqında” Azərbaycan Respublikasının Qanununa (daha sonra “İnformasiya  əldə etmək 

haqqında” Qanun) əsasən əldə olunması məhdudlaşdırılan informasiyalar açıq informasiyalar 

sayılır.  Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə  məxfi 

və gizli (konfidensial) olur

54

. Bundan başqa, informasiya sahibi informasiyanı “xidməti 



istifadə üçün” nəzərdə tutaraq onun əldə olunmasına məhdudiyyət qoya bilər. Ona görə  də 

şəxs belə informasiyanı  əldə etmək istədikdə, informasiya sahibi, informasiyanı verməkdən 

imtina edərkən istənilən məlumatı  məhdudlaşdıran və ya xidməti istifadə üçün nəzərdə 

                                                            

52

  Guidelines for Implementation of Article 12 of the WHO Framework Convention on Tobacco Control 



 

(decision FCTC/COP4(7)), P. 13. Available at 

http://www.who.int/fctc/guidelines/Decision.pdf

  

53



 Maddə 50 (I), Azərbaycan Respublikasının Konstitusiyası, 12 noyabr 1995. 

54

 Maddə 34, “İnformasiya əldə etmək haqqında” Qanun. 



33 

tutulan informasiya olaraq təsnif edən qanuna istinad etməli, informasiyanı niyə xidməti 

istifadə üçün nəzərdə tutulduğunu əsaslandırmalı və bunun nə vaxta qədər davam edəcəyini 

bildirməlidir

55

.  


Azərbaycan qanunvericiliyinə  əsasən elə informasiyalar vardır ki, informasiya sahibləri 

həmin informasiyaları  əldə edilməsinə dair sorğu olmadan da yaymaq öhdəliyi daşıyırlar. 

Belə informasiyalar onun sahibi tərəfindən kütləvi-informasiya vasitələri, rəsmi nəşrlər, 

kitabxanalar, internet səhifələri və digər vasitələrlə ictimaiyyətə çatdırılmalıdır. “İnformasiya 

əldə etmək haqqında” Qanun belə  məlumatların çox geniş siyahısını  təqdim edir

56

. Həmin 



siyahıda tütün sənayesi və onun məhsulları haqqında məlumatlar ayrıca qeyd olunmasa da 

hesab edirik ki, “ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin fəaliyyətinə dair 

hesabatlar, onların gəlirləri və  xərcləri barədə  məlumatlar;  ətraf mühitin vəziyyətinə,  ətraf 

mühitə ziyan vurulmasına və təhlükəli ekoloji təsirlərə dair məlumatlar; ictimai funksiyaları 

yerinə yetirən hüquqi şəxslərin, həmçinin, normativ hüquqi aktlarla və ya müqavilə əsasında 

təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslərin 

bu funksiyaların yerinə yetirilməsi ilə bağlı malik olduqları informasiyalar”

57

 tütün sənayesi 



ilə bağlı  məlumatları da əhatə edir. Eləcə  də xidməti istifadə üçün nəzərdə tutulmuş hesab 

edilə bilməyəcək məlumatlar içərisində “ekologiyanın, səhiyyənin, ... və kənd təsərrüfatının, 

... vəziyyəti haqqında; informasiya sahibinin fəaliyyəti haqqında hesabatlar, o cümlədən 

vəzifələrin yerinə yetirilməsinin keyfiyyəti və buraxılan nöqsanlar barədə; informasiya 

sahibinin mülkiyyəti və mülkiyyət öhdəlikləri haqqında; istehlakçıların qanuni maraqlarının 

müdafiəsi ilə bağlı olaraq malların və xidmətlərin keyfiyyəti haqqında;  ətraf mühitə, 

insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin 

komponentlərində baş verən və ya baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, 

ətraf mühitin mühafizəsi və  səmərəli istifadəsinə yönəldilmiş  tədbirlər və  xərclər barədə”

58

 



məlumatların daxil edilməsi hesab edirik ki, tütün sənayesinə  və tütün məmulatlarının 

zərərinə dair məlumatlara da şamil edilə bilər.  

Qeyd edək ki, “Tütün və tütün məmulatı haqqında” Qanunun 11.4-cü maddəsinə  əsasən 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

59

 istehsalçılardan məhsulun tərkibində olan 



inqrediyentlər barədə  məlumatları istehlakçılara təqdim etməyi tələb edə  və ya özü çatdıra 

bilər. Bu müddəa “İnformasiya əldə etmək haqqında” Qanunla müəyyən ziddiyyət təşkil edir. 

Belə ki, “İnformasiya  əldə etmək haqqında” Qanunun yuxarıda qeyd olunan maddələri 

                                                            

55

 P.Bayramova. Azərbaycanda İnformasiya əldə etmək hüququna dair Bələdçi. Bakı, 2014. Səh. 9. 



56

 Maddə 29, “İnformasiya əldə etmək haqqında” Qanun. 

57

  Guidelines for implementation of Article 12 of the WHO Framework Convention on Tobacco Control 



 

(decision FCTC/COP4(7)). Available at 

http://www.who.int/fctc/guidelines/Decision.pdf

  

58



 Maddə 37, yenə orada. 

59

   “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 



 Azərbaycan Respublikasi Prezidentinin Fərmanının (3 sentyabr 2001-ci il, №73) 3-cü bəndinə  əsasən 

 

həmin Qanunun 11.4-cü maddəsində  nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın 



 

səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. 



34 

düşünməyə imkan verir ki, tütün məmulatlarının tərkibi ictimaiyyət üçün açıq 

informasiyalara daxildir və tütün məmulatı istehsalçıları özləri bilavasitə onun tərkibi 

haqqında məlumatın istehlakçılar və  hər bir kəs üçün açıq olmasını (sorğu olmadan belə) 

təmin etməlidirlər. Məhz bu ziddiyyətli məqamı nəzərə alaraq hesab edirik ki, “İnformasiya 

əldə etmək haqqında” Qanun konkret olaraq tütün istehsalçılarına  şamil oluna biləcək 

müddəaları  əks etdirməyərək Çərçivə Konvensiyasının tələblərinə  qismən uyğun gəlir.  Öz 

növbəsində “Tütün və tütün məmulatı haqqında” Qanunun 11.4-cü maddəsi də istehlakçıların 

tütün məmulatının tərkibi haqqında məlumatı  Səhiyyə Nazirliyinə sorğu göndərərək ala 

biləcəyi fikrini yaradır ki, bu da Konvensiyanın tələblərinə qismən uyğundur. 

Onu da qeyd edək ki, 12-ci maddənin həyata keçirilməsinin Rəhbər Prinsipləri dövlətlərin 

tütünlə mübarizə  məlumat bazasının yaradılmasını  və bu bazanın ictimaiyyət üçün açıq 

olmasını xüsusi vurğulayır. Tütünlə mübarizə  məlumat bazası yeli, milli, regional və 

beynəlxalq statistik məlumatları özündə  əks etdirməlidir

60

. Azərbaycan Respublikasında 



müvafiq məlumat bazası hələ yaradılmamışdır.  

Çərçivə Konvensiyasının 12-ci maddəsinin (e) bəndi tütünə qarşı mübarizə sahəsində 

proqramların və strategiyaların hazırlanmasında və  həyata keçirilməsində  vətəndaş 

cəmiyyətinin iştirakını xüsusi vurğulayır. Eləcə  də 12-ci maddənin həyata keçirilməsinin 

Rəhbər Prinsiplərində dövlətlərə  vətəndaş  cəmiyyətinin nümayəndələrinin bu prosesdə  fəal 

iştirakının təmin olunması tövsiyə edir. Əhəmiyyətlidir ki, 14 dekabr 2009-cu il tarixində 

İSİM, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası  və ABŞ-ın Cons Hopkins 

Universitetinin Blümberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi 

tərəfindən həyata keçirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın 

Hazırlanması” layihəsi çərçivəsində Tütünlə Mübarizə üzrə 1-ci Milli Konfransda Tütünlə 

Mübarizə üzrə  İctimai Koalisiya yaradılmışdır. Koalisiyanın yaradılmasında  əsas məqsəd 

Azərbaycan Respublikasında tütünlə mübarizə sahəsində müxtəlif dövlət, qeyri-hökumət 

təşkilatlarının səylərinin birləşdirilməsi idi

61

.  



Eləcə  də hesab edirik ki, Azərbaycan Respublikasında yeni qəbul olunmuş  və qüvvəyə 

minmiş  “İctimai iştirakçılıq haqqında” Qanunun

62

 düzgün  həyata keçirilməsi tütünlə 



mübarizə sahəsində strategiya və proqramlar hazırlanmasında vətəndaş cəmiyyətinin iştirakı 

üçün yeni imkanlar yaradacaq. Öz növbəsində Azərbaycan Respublikasının Səhiyyə 

Nazirliyinin yanında yaradılmış İctimai Şura bu istiqamətdə həlledici rol oynaya bilər. Onu 

da qeyd edək ki, vətəndaş  cəmiyyətinin tütünlə mübarizə sahəsində  iştirakçılığı  Çərçivə 

Konvensiyasının bir çox maddələrində xüsusi vurğulanmışdır. 

                                                            

60

  Guidelines for implementation of Article 12 of the WHO Framework Convention on Tobacco Control 



 

(decision FCTC/COP4(7)), p. 7. Available at http://www.who.int/fctc/guidelines/Decision.pdf p. 7. 

61

 Daha ətraflı bax: 



http://www.isim.az/isim/news.php?id=399

  

62



  İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu, № 216-IVQ, 22 noyabr 2013-cü ildə 

 

qəbul edilmiş və 1 iyun 2013-cü ildə qüvvəyə minmişdir. 



35 

Əhali arasında sağlam həyat tərzinin təşviq edilməsi və tütündən istifadənin sağlamlığa zərəri 

barədə maarifləndirmə tədbirlərinin keçirilməsi Azərbaycan Respublikasında İnsan Hüquq və 

Azadlıqlarının Müdafiəsinin Səmərəliliyini Artırmaq Sahəsində Milli Fəaliyyət 

Proqramında,

63

 2008-2015-ci  illərdə Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması 



və Davamlı İnkişaf Dövlət Proqramında,

64

 eləcə də Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə 



Dövlət Proqramında

65

 və Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin 2014-2020-ci illər 



üzrə Strateji Planında

66

 öz əksini tapmışdır. 



 

Tövsiyələr: 

-

 



“Tütün və tütün məmulatı haqqında” Qanunun 11.4-cü maddəsi dəyişdirilməli və 

tütün sənayesinə dair məlumatların əhali üçün əlçatan olmasını təmin edən müddəa 

əlavə edilməlidir; 

-

 



Ayrı-ayrı tütün məmulatlarının tərkibini əks etdirən məlumat bazasının yaradılmasına 

dair müvafiq sərəncam verilməlidir; 

-

 



Tütünlə mübarizə üzrə məlumat bazası yaradılmalıdır; 

-

 



Vətəndaş  cəmiyyətinin tütünlə mübarizə sahəsində daha yaxından iştirakını  təmin 

etmək üçün Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi və ya İSİM yanında tütünlə 

mübarizə üzrə İctimai Şuranın yaradılması tövsiyə edilir. 

  

2.6.



 

Reklam, satışın stimullaşdırılması və sponsorluq 

Çərçivə Konvensiyası 

Maddə 13. Tütün məmulatının reklamı, satışının stimullaşdırılması və sponsorluğu 

1.

 

Tərəflər təsdiq edirlər ki, reklamın, satışın stimullaşdırılmasının və sponsorluğun 

tam qadağan olunması tütün məmulatından istifadənin azalmasına gətirib çıxaracaqdır. 

2.

 

Hər bir Tərəf öz konstitusiyasına və ya konstitusiya prinsiplərinə uyğun olaraq, tütün 

məmulatının reklamına, satışının stimullaşdırılmasına və sponsorluğuna tam qadağa 

qoyur. Bu, hüquqi şərtlərə  əməl edilməsi və  Tərəflərin malik olduğu texniki vasitələr 

nəzərə alınmaqla, onun ərazisindən başlanğıc götürən transsərhəd reklamına, satışın 

stimullaşdırılmasına və sponsorluğa tam qadağa qoyulmasını  əhatə edir. Bununla 

əlaqədar olaraq Tərəflərdən hər biri bu Konvensiyanın həmin Tərəf üçün qüvvəyə 

                                                            

63

 Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2011-ci il tarixli, 1938 nömrəli Sərəncamı ilə təsdiq 



 edilmişdur.  

64

 Azərbaycan Respublikasının Prezidentinin 15 sentyabr 2008-ci il tarixli, 3043 nömrəli Sərəncamı ilə təsdiq 



 edilmişdir.  

65

 Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2011-ci il tarixli, 1621 nömrəli Sərəncamı ilə təsdiq 



 edilmişdir. 

66

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 aprel 2014-cü il tarixli, 30 nömrəli Əmri ilə təsdiq 



 edilmişdir. 

36 

minməsindən ötən beş il ərzində müvafiq qanunverici, icra, inzibati və/və ya digər tədbirlər 

həyata keçirir və 21-ci Maddəyə uyğun olaraq müvafiq hesabatlar təqdim edir. 

3.

 

Öz konstitusiyası və ya konstitusiya prinsipləri ilə əlaqədar olaraq tam qadağa tətbiq 

edə bilməyən Tərəf tütün məmulatına aid bütün reklama, satışın stimullaşdırılmasına və 

sponsorluğa məhdudiyyət qoyur. Bu, hüquqi şərtlərə  əməl edilməsi və  Tərəfin malik 

olduğu texniki vasitələr nəzərə alınmaqla, onun ərazisindən başlanğıc götürən və 

transsərhəd effektinə malik olan reklama, satışın stimullaşdırılmasına və sponsorluğa 

tətbiq edilən məhdudiyyətlərin və ya tam qadağanın tətbiq edilməsini əhatə edir. Bununla 

əlaqədar olaraq hər bir Tərəf müvafiq qanunverici, icra, inzibati və/və ya digər 

tədbirlər həyata keçirir və 21-ci Maddəyə uyğun olaraq müvafiq məruzələr təqdim 

edir. 

4.

 

Hər bir Tərəf öz konstitusiyasına və ya konstitusiya prinsiplərinə uyğun olaraq ən azı: 

(a)

 

yalan, yanlış  rəy formalaşdırma vasitəsilə  və ya tütün məmulatının xarakterik 

xüsusiyyətləri, sağlamlığa təsiri, təhlükəsi və ya onlardan ayrılan məhsullar barədə yanlış 

təsəvvür yarada bilən digər aldadıcı yollarla tütün məmulatının bazarda irəliləməsini 

təmin edən bütün reklam, satışın stimullaşdırılması  və sponsorluq formalarını qadağan 

edir; 

(b)

 

tələb edir ki, tütün məmulatının sağlamlıq üçün zərərli olması  və ya digər müvafiq 

xəbərdarlıq onun istənilən reklamını  və uyğun hallarda satışın stimullaşdırılmasını  və 

sponsorluğu müşayiət etsin; 

(c)

 

əhali tərəfindən tütün məmulatının alınmasını  təşviq edən birbaşa və ya dolayı 

stimullardan istifadəni məhdudlaşdırır; 

(d)

 

əgər tam qadağa tətbiq etməyibsə, müvafiq dövlət orqanlarından tələb edir ki, tütün 

sənayesinin hələ qadağan olunmamış reklama, satışın stimullaşdırılmasına və 

sponsorluğa çəkdiyi xərclər barədə informasiyanı açıqlasın. Bu orqanlar milli 

qanunvericiliyə uyğun olaraq 21-ci Maddənin icrasından ötrü həmin məlumatların 

ictimaiyyətin və  Tərəflərin Konfransının sərəncamına verilməsi barədə  qərar çıxara 

bilərlər; 

(e)

 

tam qadağan edir, yaxud öz konstitusiyasına və ya konstitusiya prinsiplərinə görə tam 

qadağan edə bilmədikdə radio, televiziya, çap kütləvi informasiya vasitələri, müvafiq 

hallarda isə, məsələn,  İnternet kimi digər informasiya vasitələri ilə tütün məmulatının 

reklamını, satışının stimullaşdırılmasını  və tütün məhsullarına sponsorluğu beş il 

müddətinə məhdudlaşdırır; və 

(f)

 

beynəlxalq hadisələr, tədbirlər zamanı  və ya bunların iştirakçıları arasında tütün 

məmulatına sponsorluq edilməsini qadağan edir, yaxud öz konstitusiyasına və ya 

konstitusiya prinsiplərinə görə qadağan edə bilmədiyi halda bu sponsorluğu 

məhdudlaşdırır. 

5. Tərəflər 4-cü bənddə  şərh olunmuş öhdəliklər çərçivəsindən kənara çıxan 

tədbirlərin həyata keçirilməsinə həvəsləndirilirlər. 

37 

6.

 

Tərəflər transsərhəd reklamının ləğvinə kömək üçün zəruri olan texnologiyaların və 

digər vasitələrin işlənib hazırlanması sahəsində əməkdaşlıq edirlər. 

7.

 

Tütün reklamının, satışın stimullaşdırılmasının və sponsorluğun bəzi formalarına 

artıq qadağa qoymuş  Tərəflər onun ərazisinə daxil olan belə transsərhəd reklamı, 

satışın stimullaşdırılması  və sponsorluğu qadağan etmək, daxili reklama, satışın 

stimullaşdırılmasına və sponsorluğa tətbiq etdiyi sanksiyaları öz milli qanunvericiliyinə 

uyğun olaraq, onun ərazisindən çıxan bu cür reklama, satışın stimullaşdırılmasına və 

sponsorluğa da tətbiq etmək kimi suveren hüquqa malikdir. Bu bənd konkret hər hansı 

sanksiyanın təqdiri və ya təsdiqi demək deyildir. 

8.

 

Tərəflər transsərhəd reklamına, satışın stimullaşdırılmasına və sponsorluğa tam 

qadağa qoyulması  məqsədilə beynəlxalq  əməkdaşlıq tələb edən müvafiq tədbirlərin  şərh 

olunduğu protokolun işlənib hazırlanması məsələsini nəzərdən keçirəcəklər. 

 

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu 

Maddə 17. Müxtəlif əmtəə növlərinin reklamının xüsusiyyətləri 

 

2. Tütün və tütün məmulatlarının reklamı qadağan edilir. - (qismən uyğun gəlir). 

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu 

Maddə 35. Reklamın yayılması 

35.10. Televiziya və radio ilə narkotik vasitələrin, psixotrop maddələrin, silahların, 

pornoqrafiyanın, tütün məmulatlarının, Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

reklamı qadağan olunan digər məhsulların, habelə saat 7.00-dan saat 23.00-dək spirtli 

içkilərin reklamına yol verilmir. - (qismən uyğun gəlir). 

“Tütün və tütün məmulatı haqqında” Qanun 

Maddə 20. Tütün məmulatının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması 

20.1. Tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında 

istehlakçıların həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir: 

20.1.1. kütləvi informasiya vasitələrində çap olunmuş  və ya elan verilmiş kupon 

sahiblərinə güzəştlərin tətbiq edilməsi; 

20.1.2. tütün məmulatının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat 

kimi verilməsi; 

20.1.3. tütün məmulatının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi 

təklif edilməsi; 

20.1.4. tütün məmulatının satışı  və istehlakı ilə bağlı uduşlu (o cümlədən siqaret 

qutularının və hissələrinin yığılması ilə) oyunların keçirilməsi. - (uyğun gəlir). 

20.2. Tütün məmulatının istehsalçıları tütünün və tütün məmulatının reklamını əks 

etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma 

adlarından maneəsiz istifadə edirlər. – (uyğun gəlmir). 

38 

Şərh: 

Çərçivə Konvensiyasının 13.1-ci maddəsinə əsasən tütün məmulatlarının reklamının, satışın 

stimullaşdırılmasının və sponsorluğun “tam qadağan olunması tütün məmulatından 

istifadənin azaldılmasına gətirib çıxarır”. 

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun

67

 (daha sonra “Reklam 



haqqında” Qanun) 17.2-ci maddəsi “tütün və tütün məmulatlarının reklamını qadağan edir.” 

Eləcə  də “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa

68

 

əsasən televiziya və radio ilə tütün məmulatlarının reklamına yol verilmir



69

. “Reklam 

haqqında” Qanun tütün və tütün məmulatının reklamını qadağan etsə  də bu müddəanın 

Çərçivə Konvensiyasının tələblərinə tam uyğun gəldiyini deyə bilmərik. Belə ki, Çərçivə 

Konvensiyasının 13.1-ci maddəsi tütün məmulatlarının reklamı ilə yanaşı onun satışının 

stimullaşdırılmasının və sponsorluğunun da tam qadağan olunmasını tələb edir.  

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində bu sahədə müəyyən məhdudiyyətlər 

əks olunmuş olsa da, tütün məmulatlarının satışının stimullaşdırılması və sponsorluğun tam 

qadağan edən müddəalar yoxdur. Öz növbəsində tütün məmulatlarının reklamı ilə onların 

satışının stimullaşdırılması bir-biri ilə  sıx qarşılıqlı  əlaqədədir. Rəhbər prinsiplərə  əsasən 

“satış  məntəqələrində tütün məmulatlarının göstərilməsi özlüyündə reklam və satışın 

stimullaşdırılmasıdır. Məhsulların göstərilməsi tütün məmulatlarının satışının 

stimullaşdırılmasının və tütündən istifadənin  əsas vasitələrindən, o cümlədən tütündən 

istifadənin sosial qaydada qəbul oluna bilən təsəvvürünü yaradan və tütündən istifadə 

edənlərin tərgitməsini çətinləşdirən səbəbli tütün satınalmaları üsullarından biridir. Gənc 

insanlar məmulatların təsvirinin stimullaşdırıcı  təsiri üçün xüsusilə  həssasdırlar”

70

. Çərçivə 



Konvensiyasının 13-cü maddəsinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə  əsasən 

dövlətlər satış  məntəqələrində tütün məmulatlarının görünüşünə  və istənilən təsvirinə tam 

qadağanı tətbiq etməlidirlər

71

. Azərbaycan Respublikasının qanunvericiliyi müvafiq qadağanı 



əks etdirmir. Öz növbəsində praktikada satış  məntəqələrində tütün məmulatları  ən nəzərə 

çarpan yerlərdə yerləşdirilir (məsələn, marketlərdə kassaların yanında və s.) ki, bu da 

reklamın bir növünü təşkil edir. Odur ki, müvafiq qanunvericiliyin tütün məmulatlarının 

reklamını tam qadağan etdiyini deyə bilmərik. Rəhbər prinsiplərə  əsasən tütün 

məmulatlarının satışını stimullaşdıran hər hansı element olmadan yalnız məmulatların mətn 

siyahısına və üzərilərində qiymətlərin göstərilməsinə icazə verilməlidir.  

                                                            

67

 Reklam haqqında Azərbaycan Respublikasının Qanunu, №376-IQ, 3 oktyabr 1997-ci il. 



68

 Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu, №345-IIQ, 25 iyun 2002-ci il. 

69

 Maddə 35.10, yenə orada. 



70

  Guidelines for Implementation of Article 13 of the WHO Framework Convention on Tobacco Control 

 

(decision FCTC/COP3(12)). Available at: 



http://www.who.int/fctc/guidelines/article_13.pdf?ua=1

  

71



 Yenə orada. 

39 

Öz növbəsində  Rəhbər Prinsiplər ticarət avtomatlarını reklam və satışın stimullaşdırılması 

üçün vasitə kimi xarakterizə edərək ticarət avtomatlarında tütün məmulatlarının satışının 

qadağan edir. “Tütün və tütün məmulatı haqqında” Qanun tütün və tütün məmulatlarının 

avtomatlar vasitəsi ilə satışını qadağan edərək bu tələbi təmin edir.

72

 Qanun, eləcə də siqaret, 



papiros və siqarillaların ədədlə satışını qadağan edir.

73

  



Öz növbəsində Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının 

və satışının tənzimlənməsi sahəsində  əlavə  tədbirlər haqqında Azərbaycan Respublikası 

Prezidentinin 5 fevral 1999-cu il, 90 nömrəli Fərmanı

74

 müəyyən edir ki, tütün məmulatının 



pərakəndə satışı yalnız kassa-nəzarət aparatları ilə təchiz olunmuş stasionar ticarət şəbəkələri 

vasitəsilə həyata keçirilə bilər. 



Brendin genişləndirilməsi və brendin eyni vaxtda istifadə edilməsinin qadağan olunması  

Rəhbər Prinsiplərə  əsasən brendin genişləndirilməsi o zaman baş verir ki, tütün məmulatı 

brendin adı, emblemi, ticarət markası, loqotipi və ya fərqləndirici ticarət nişanı, yaxud 

istənilən digər fərqləndirici xüsusiyyəti (rənglərin xarakterik ahəngi daxil olmaqla) hər hansı 

qeyri-tütün məmulatı və ya xidmətlə elə şəkildə birləşdirilir ki, tütün və qeyri-tütün məmulatı 

və ya xidmətinin birliyi formalaşır.

75

 Bu  müddəa Azərbaycan Respublikasının 



qanunvericiliyində  əks olunmadığı üçün deyə bilərik ki, qanunvericilik bu sahədə  Çərçivə 

Konvensiyasına uyğun gəlmir. 



Korporativ sosial məsuliyyətlə bağlı  aşağıda bax: 6. Dövlətlərin Konvensiya üzrə ümumi 

öhdəlikləri, 6.3. Korporativ sosial məsuliyyət. 

Tövsiyələr: 

-

 



Qanunvericilik tütün məmulatlarının reklamının qadağan olunması ilə yanaşı onun 

satışının stimullaşdırılmasını və sponsorluğunu da qadağan etməlidir; 

-

 



Qanunvericilik satış  məntəqələrində tütün məmulatlarının görünüşünə  və istənilən 

təsvirini tam qadağan etməlidir;  

-

 



Qanunvericilik brendin genişləndirilməsini və brendin eyni vaxtda istifadə edilməsini 

qadağan etməlidir; 

-

 



Qanunvericilik tütün məmulatı istehsalçılarına sosial, mədəni və  təhsil tədbirlərinin 

sponsorluğu və reklamını qadağan etməlidir. 

 

 

                                                            

72

 Maddə 15.3.7, “Tütün və tütün məmulatı haqqında” Qanun. 



73

 Maddə 15.3.8, yenə orada. 

74

  Fərmana 11 oktyabr 2001-ci il tarixli, 587 nömrəli; 24 avqust 2002-ci il tarixli, 767 nömrəli; 23 oktyabr 



 

2003-cü il tarixli, 966 və 980 nömrəli; 28 fevral 2007-ci il tarixli, 534 nömrəli; 12 sentyabr 2008-ci il tarixli, 

 826 

nömrəli fərmanlara əsasən dəyişikliklər və əlavələr edilmişdir. 



75

  Guidelines for Implementation of Article 13 of the WHO Framework Convention on Tobacco Control 

 

(decision FCTC/COP3(12)). Available at: 



http://www.who.int/fctc/guidelines/article_13.pdf?ua=1

  


40 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin