İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə29/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   66
Mirzacanzade Ixtisasa girish

VI. Zehni əməyin gigiyenası haqqında
Rejimi necə qurmalı? Gün ərzində 24 saatı necə bölüşdürməli? 
Səhərdən başlayaraq, yuxudan ayılıb tez ayağa durmalı, pəncərəni 
açıb səhər idmanını icra etməli. İdman yuxu əlamətlərini qovur və 
gümrahlığa səbəb olur. Sonra yuyunmalı, səhər yeməyindən son-
ra instituta getməli. Dərs qurtarandan sonra tələbə evə qayıdıb öz 
vaxtının sahibi olmalıdır. Bu vaxtdan səmərəli istifadə etmək üçün 
zehni əməyin məhsuldarlığının nədən ibarət olduğunu bilmək 
faydalı olardı. 
Uzun müddət elə hesab edilirdi ki, yorğunluq işdən son-
ra törəyən yeganə nəticədir. Hazırda məlum olmuşdur ki, iş 
prosesində yaranan əmək vərdişi əmək məhsuldarlığı və sağlamlıq 
üçün qiymətlidir. İşin başlanğıcında fikri cəmləyib işə girişmək 
müəyyən çətinliklə qarşılanır. Bunun əsas səbəbi beyin qabığının 
bəzi iş xüsusiyyətləri ilə izah edilir. Diqqəti işə cəlb etmək üçün 
hissiyyat orqanlarımıza təsir edən kənar qıcıqlandırıçı səbəblərə 
qalib gəlmək lazımdır. İşin başlanğıcında insanın əsəb sistemi 
bu işdən əvvəlki fəaliyyətin təsiri altında olur. Bəzən tormozlan-
ma prosesləri (səhər yuxudan duranda), digər hallarda əvvəlki 
hadisənin həyəcanlandırıcı təsiri (avtobusla yol gedərkən) özünü 
biruzə verir. Müxtəlif peşə sahəsində aparılan tədqiqatlar göstərir 
ki, iş qabiliyyətində müəyyən qanunauyğunluq müşahidə olunur. 
İlk mərhələdə 10–15 dəq ərzində işə alışma dövründən sonra əmək 
qabiliyyəti artır, 1.5–3 saat ərzində iş qabiliyyəti sabitləşir və sonra 
zəifləməyə başlayır. İş gününün axırında yorğunluğun artmasına 
baxmayaraq əmək məhsuldarlığı bir qədər artır. Bu hal işi tez və 
emosional ruh yüksəkliyi ilə qurtarmaq hissindən irəli gəlir. 
Təbiətdə bütün hadisələr müxtəlif dövrlərlə əlaqədardır. İlin 
fəsilləri, gecə və gündüz, dövrləşmə, gündəlik ritm bitki və canlılar 
aləminə öz təsirini göstərir. İnsan orqanizmi, onun funksiyaları 
ümumi gündəlik ritmə tabedir. Biomexaniki proseslərin maksimal 
fəallığı gündüz vaxtına uyğun gəlir, gecə vaxtı isə zəifləyir: Bun-
dan asılı olaraq gün ərzində işləmək qabiliyyəti də dəyişir. Əmək 
fəaliyyətində yüksək işləmək qabiliyyəti insan orqanizminin psix-
ofizioloji funksiyalarının həyat ritminin təbii həyat ritmlərilə 
uyğunlaşması şəraitində mümkündür. 
Bioloji ritmin optimal hədləri həyat fəaliyyətində fərdi xüsusiyyət 
daşıyır. Yüksək əmək məhsuldarlığı, işləmək qabiliyyəti bəzi ad-
amlarda səhər, digərlərində axşam vaxtlarında olur. Adamların 
əksəriyyətində yüksək əmək qabiliyyəti gün ərzində iki dəfə, saat 
9-dan 13-ə və 16-dan 18-dək olur. İşləmək qabiliyyəti həftə ərzində 
də dəyişən olur. Ən məhsuldar iş günləri həftənin ikinci, üçüncü 
və dördüncü günlərinə uyğun gəlir. Buna görə iş qrafiki tərtib 
olunarkən bu günlər nəzərə alınmalıdır. 
İşləmək qabiliyyətinə iş yerinin mikroiqlimi də, yəni tempera-
tur, nəmlik və havanın axın sürəti və s. təsir göstərir. 
İş yerinin havasının müntəzəm olaraq dəyişdirilməsi işləmək 


61
VI. Zehni əməyin gigiyenası haqqında
qabiliyyətinə müsbət təsir edir. 
Ciddi zehni işlə məşğul olduqda beynin qanla təchiz olunması 
8–10 dəfə və daha çox artır. Beynin qanla lazımi dərəcədə təchiz 
olunması üçün iş prosesində oturub işləmək məsləhətdir. 
Oturuş tərzinin düzgün vəziyyətdə olması işləmək qabiliyyətinə 
müsbət təsir edir. Dərslərə hazırlaşarkən iş yeri düzgün 
işıqlandırılmalıdır (işıqlıq 150 lk-dən az olmamalıdır). İş yerinin 
hər tərəfli, eyni dərəcədə işıqlandırılması üçün stolüstü lampadan 
əlavə otağın ümumi işıqlandırılması zəruridir. 
Zehni əməyin məhsuldarlığına təsir edən amillərdən biri də iş 
yeri və ətraf mühitin əlverişli olmasıdır. Bunun xüsusən yataqx-
anada yaşayan tələbələr üçün əhəmiyyəti böyükdür. Belə şəraitdə 
qarşılıqlı hörmət və qayğı iş qabiliyyətini və əsəb sistemini 
mühafizə edir. İşə tez girişməyin və diqqətin mərkəzləşməsində 
iş yerinin sabitliyinin əhəmiyyəti böyükdür. Əgər tələbə kitabx-
anada qiraət otağında işləməyə adət etmişsə, özü üçün daimi yer 
seçməli və onu dəyişdirməməyə çalışmalıdır. İş stolunun üzərində 
hər şeyin öz yeri olmalıdır. 
Yüksək işləmək qabiliyyəti və sağlamlıq üçün səmərəli yeməyin 
də əhəmiyyəti az deyildir. Yeməyin tərkibi cürbəcür və kafi kalorili 
olmalı, vaxtı isə düzgün rejimlə seçilməlidir. Şərait imkan verdikdə 
ən əlverişli 4 dəfəlik qidalanmadır ki, bu zaman səhər yeməyi ümu-
mi rasionun 25%-ni, ikinci səhər yeməyi 15%, nahar 35% və şam 
25% təşkil etməlidir. 
Müşahidələr göstərir ki, bəzən tələbələr dərsə səhər yeməyi 
yemədən gəlirlər. Belə tələbələrin iş qabiliyyəti azalır və 
tapşırıqların yerinə yetirilməsində müəyyən səhvlərə yol verirlər. 
Quru yemək mədə xəstəliklərinə səbəb olduğu üçün onu çay, süd 
və s. ilə qəbul etmək məsləhətdir. 
Papiros çəkmək və spirtli içkilər içmək insanın iş qabiliyyətini 
zəiflətməklə yanaşı, əsəb sisteminə və başqa şəxsi xüsusiyyətlərinə 
mənfi təsir göstərir. 
Yuxu dərin və 7–8 saat olmalıdır. Müstəqil işləməyin əsas prinsi-
pi sistemli çalışmaqdan ibarətdir. Semestrin əvvəlindən başlayaraq 
dərslərə müntəzəm olaraq hazırlaşmaq imtahan və məqbulların 
müvəffəqiyyətlə verilməsindən başqa dərin biliyə yiyələnməkdə 
böyük əhəmiyyətə malikdir. 
Tədqiqatlar göstərir ki, 17–25 yaşlarında zehni əməyin 
davametmə müddəti iş rejimi düzgün təşkil edildikdə gün 
ərzində 9–10 saat ola bilər. Bu o deməkdir ki, 6 saatlıq auditoriya 
dərslərindən sonra müstəqil işə 3–4 saat vaxt ayırmaq olar. 
Ali məktəb tələbələrinə tövsiyə olaraq aşağıdakı prinsipi 
xatırladaq: «bəlkə» əvəzinə «dəqiq hesab», «bir sayaq» əvəzinə 
«düşünülmüş plan», «necə oldu» əvəzinə «sistem», «nə vaxt olsa» 
əvəzinə «müəyyən edilmiş vaxt» zehni əmək üçün iş prinsipi 
olmalıdır. 


62
VII. Metrologiya nədir 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin