İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə37/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   66
Mirzacanzade Ixtisasa girish

4. Neftin axtarılması
Müəyyən bir sahədə neftin olması bəzən öz-özündən gözə 
çarpır. Buna yerin dərinliyində əmələ gəlmiş neft layı yer üzünə 
yaxınlaşanda və ya çıxanda təsadüf olunur. 
Yer üzünə yaxınlaşan neft laylarından neft sızıb yer üzünə çıxır. 
Qədim zamanlarda neft ancaq bu xarici əlamətə görə tapılırdı. 
Çox vaxt sızılıb yer üzünə çıxan neft havanın oksigeni ilə 
oksidləşərək bərkiyir və asfalt adlı qatı bir maddə əmələ gətirir. 
Buna misal olaraq Saxalin adasındakı üç hektar sahəsi olan asfalt 
gölünü göstərmək olar. 
Bəzən də yer üzünə sızılan neft qum və torpağa qarışıb hoparaq 
yaxşı tanıdığımız qırı əmələ gətirir. 
Yerin dərinliklərindən çıxan neft qazı həmin sahədə neft-
in olmasını göstərən ən etibarlı əlamətlərdən biridir. Buna görə 
də yerdən neft qazının çıxdığını tapmaq təqribən neft tapmaq 
deməkdir. Bu qaz demək olar ki, neftin həmişə onunla bir yerdə 
olan yoldaşıdır. 
Yerin altında neft olmasını göstərən mühüm əlamətlərdən biri 
də palçıq vulkanlarıdır. Bu vulkanlar həm quruda, həm də suyun 
altında püskürür. Abşeron yarımadasından cənuba doğru Kür 
çayınadək Xəzər dənizi o qədər də dərin deyildir. Xəzərin həmin 
bu sahil yaxınlığı hissəsində bəzən çox maraqlı hadisələr baş verir. 
On illərdən bəri sönmüş sualtı palçıq vulkanı birdən-birə oyanıb 


72
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat 
püskürməyə başlayır. Buna misal olaraq Kumani bankası adlanan 
sualtı palçıq vulkanını göstərmək olar. Bu palçıq vulkanı axırıncı 
dəfə 1950-ci il dekabrın 4-də püskürmüş və bu püskürmə ani 
bir partlayış ilə başlamışdır. Alışıb yanan neft qazının alovu 100 
metrdən artıq hündürlüyə qalxmışdı. Püskürmə nəticəsində Kum-
ani bankasının yerində uzunluğu 700 metr və eni 500 metr olan 
yeni bir ada əmələ gəlmişdir. Ada su səthindən 6 metr hündürə 
qalxmışdı. Onu da qeyd etmək lazımdır ki, Kumani bankasında 
son 90 il ərzində üç dəfə ada əmələ gəlmiş və bu adalar bir-iki 
ay müddətində Xəzər dənizinin dalğaları tərəfindən yuyularaq 
itib getmişdir. Belə palçıq vulkanlarına quruda daha çox rast 
gəlinir. Abşeron yarımadası rayonunda və Azərbaycanın bir çox 
rayonlarında onlarca palçıq vulkanı vardır. 
İndi sübut olunmuşdur ki, palçıq vulkanları neft yataqları ilə 
əlaqədardır. Harada palçıq vulkanı varsa, orada neft olmalıdır. 
Odur ki, Abşeron yarımadasının sahillərində və bu yarımadadan 
cənubda dənizin dibində böyük sahədə neft olduğu şübhəsizdir. 
Palçıq vulkanları Bakı rayonundan başqa Kerç və Taman 
yarımadalarında və eləcə də Türkmənistan SSR-də çoxdur. 
Çox vaxt yerin dərinliyində neftin olduğunu göstərən yuxarıda 
adları çəkilən əlamətlərə təsadüf olunmur. Bəs belə hallarda nefti 
necə axtarmaq olar? Min metrlərlə dərinlikdə neftin olmasını necə 
bilmək olar? 
Hazırda yerin dərin qatlarında olan nefti müxtəlif üsullarla 
axtarırlar. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin