73
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
teriyalar vardır. Bu bakteriyalar neft və neft qazı ilə qidalanır. Buna
görə də onlar neft və ya neft qazının sızılaraq aşağıdan yuxarıya
çıxdıqları yerlərə yığılır.
Kəşfiyyatçı-bakterioloq çölləri dolaşaraq müxtəlif yerlərdən tor-
paq nümunələri götürür. Əgər bu nümunələrdə neft bakteriyası
tapılarsa, demək tədqiq olunan sahədə neft vardır.
Neft-qaz kəşfiyyat və bakterioloji üsuldan başqa nefti axtarmaq
üçün
geofizika kəşfiyyat üsulları da vardır. Bu üsullarda olduqca
həssas və dəqiq cihazlar vasitəsilə yer təbəqəsini təşkil edən dağ
süxurlarının müxtəlif fiziki xassələri: sıxlığı, maqnit və elektrik
xassələri partlayış zamanı əmələ gələn elastik dalğaların yayılma
sürəti və s. təyin olunur.
Geofiziki üsullardan biri qravimetrik kəşfiyyat üsuludur. Bu
üsulla süxurların xüsusi çəkiləri təyin olunur. Qolun bir ucuna na-
zik sapla kiçik bir yük (ağırlıq) asılır. Müvazinəti saxlamaq üçün
qolun o biri ucuna ikinci yük geydirilir. Nəticədə asılan tərəzi
alınır. Sonra bu tərəzi nazik metal sapdan asılır və bu qayda ilə bir
cihaz düzəldilir. Geoloq bu tərəzi ilə çölə kəşfiyyata çıxır. Əgər ye-
rin altındakı süxurlar xüsusi çəkiləri etibarı ilə eynidirsə yük sakit
durur və ona bağlanan sap vertikal vəziyyətdə dayanır. Kəşfiyyatçı
yerin dərinliyində qumdaşı və əhəngdaşı kimi neftli yüngül süxur-
lar olduğu yerə çatanda asılmış yük geriyə, kəşfiyyatçının keçdiyi
yerdə olan ağır süxurlara tərəf dartınmağa başlayır. Buna səbəb
odur ki, süxur nə qədər ağır olursa, asılmış yükü bir o qədər
qüvvətlə özünə tərəf çəkir. Asılmış yükün dartıldığı istiqamətlər
avtomatik olaraq tərəzinin özü tərəfindən yazılır. Beləliklə, altında
neftin mövcud ola biləcəyi yerlər tapılır.
Dostları ilə paylaş: