İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə46/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   42   43   44   45   46   47   48   49   ...   66
Mirzacanzade Ixtisasa girish

IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat 
Qapalı quruluşa malik olan bir sıra doymuş karbohidrogenlər 
qrupu da vardır. Bu karbohidrogenlərin strukturunda cüt rabitə 
olmur və dövrə müxtəlif sayda karbon atomlarından təşkil olu-
nur. Bu qrupun ən sadə quruluşlu nümayəndəsi tsiklopropandır. 
Dövrə altı karbon atomundan təşkil olunduqda tsikloheksan mole-
kulu alınır. 
Bakı neftlərinin kimyəvi quruluşunu ilk dəfə tədqiq edən 
rus kimyaçısı V.V. Morkovnikov bu birləşmələrə naftenlər adı 
vermişdir. 
Neft – parafin, naften və aromatik karbohidrogenlər qarışığından 
ibarətdir. Bu karbohidrogenlərin miqdarından asılı olaraq neft 
müvafiq qruplara bölünür. 
Neft küllü miqdarda müxtəlif kimyəvi birləşmələrdən ibarət 
olan çox mürəkkəb maddələrdir. Kimyaçılar yüz ildən artıqdır 
ki, neftin tərkibini müəyyənləşdirmək üçün ciddi tədqiqat işləri 
aparırlar. 
Neftin ilk emalı 
Hər bir mayenin müəyyən qaynama temperaturu vardır. 
Məsələn, adi şəraitdə təmiz su 100°C, etil spirti (şərab spirti) isə 
78.4°C-də qaynayır. Bu iki mayeni bir yerə qarışdırıb təzədən spirt 
və suya ayırmaq üçün həmin qarışığı qızdırmaq lazımdır. Bu za-
man qarışıq əvvəlcə buxarlanacaq və temperatur 78.4°C-yə çatanda 
etil spirti qaynamağa başlayacaqdır. Qarışıqdan çıxan buxar əsas 
etibarilə etil spirti buxarından ibarət olacaqdır. Bu buxarı soyut-
duqda az miqdarda su və çoxlu miqdarda etil spirti alınacaqdır: Bu 
prosesə maye qarışığının distillə edilməsi deyilir. Bu proses daha 
təkmilləşmiş halda neftin ayrı-ayrı hissələrə ayrılmasında tətbiq 
olunur. 
Neft müxtəlif karbohidrogenlərin qarışığından ibarətdir. Təbiətin 
bir-birinə qarışdırdığı bu maddələri bir-birindən ayırmağa onların 
müxtəlif temperaturda qaynamaları kömək edir. Bundan istifadə 
edərək neftayırma zavodlarında xam nefti müxtəlif fraksiyalara 
ayırırlar. Hər fraksiya müəyyən temperatur intervalında alınır. 
Məsələn, benzin fraksiyasının temperatur intervalı 40–170°C-dir. 
Bu temperatur intervalı onu göstərir ki, benzinin tərkibinə daxil 
olan maddələr 40°C-də qaynamağa başlayır və 170°C-də benzin 
qaynayıb tamamilə buxar halına keçir. Liqroin fraksiyasının tem-
peratur intervalı 170–230°C, kerosininki isə 230–300°C-dir. 
Hazırda neftayırma prosesi aşağıdakı kimi aparılır. 
Mədəndən gələn neft təmizləndikdən sonra xüsusi sobada 
300°C-dən 325°C-yədək qızdırılır. Neft bu temperaturda qaynayır 
və onun çox hissəsi buxar halına keçir. Qaynayan neft və onun 
buxarları aşağıdan rektifikasiya kalonuna daxil olur. Rektifi-
kasiya kalonu olduqca hündür dəmir silindrdən ibarətdir. Onun 
hündürlüyü 40 m-ə çatır, diametri isə bir neçə metr olur. Kalonun 


85
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat 
daxilində onun bütün boyu uzunu üfüqi arakəsmələr – lövhələr 
yerləşdirilmişdir. Bu lövhələrin ortasında üstdən qapaqlarla 
örtülmüş deşiklər vardır. Rektifikasiya kalonunda, adətən, 30–40 
belə lövhə olur. Qaynamaqda olan neftlə birlikdə onun buxarları 
kalona daxil olduqda buxarlanmayan ən ağır tərkib hissələri ka-
lonun aşağısına çökür. 360°C-dən yuxarı temperaturda qaynayan 
bu qara, qatı və yağ kimi neft qalığına mazut deyilir. Neft buxarları 
kalon boyunca yuxarı qalxdıqda onun daxilindəki lövhələrdə soy-
uyub maye halına keçir. Əvvəl qaynama temperaturu yüksək olan 
və 300–360°C-də qaynayan fraksiyaya ayrılır ki, ona qazoyl deyilir. 
Sonra isə qaynama temperaturu 230–300°C olan kerosin və liqroin 
(170–230°C) fraksiyaları ayrılır. Rektifikasiya kalonunun ən yuxarı 
hissəsində isə buxar halında olan benzin toplanır. 
Benzin buxarlarının daxilində yerdən çıxan xam neftdə həll olan 
cüzi miqdarda neft qazı vardır. Bu qaz benzin buxarları ilə birlikdə 
kalondan çıxıb soyuducu cihaza daxil olur. 
Burada benzin fraksiyası maye halına keçərək neft qazından 
ayrılır. 
Hazırda neft emalı sənayesinin əsas məhsulu benzindir.
Qazoyl dizel mühərriki yanacağıdır. Bu yanacaqdan dizel 
mühərrikli yük avtomobillərində, ağır traktorlarda, teplovoz və 
teploxodlarda, dizel elektrik stansiyalarında və s. istifadə olu-
nur. Kerosin və liqroindən isə əsas etibarilə traktor yanacağı kimi 
istifadə olunur. 
Bəs mazut nəyə lazım olur? Mazutdan xammal kimi istifadə ol-
unur. 
Mazutu kimyəvi surətdə parçalamaqla ondan çoxlu miqdarda 
kerosin və benzin fraksiyaları almaq olar. Həmçinin, ondan yağ 
emalı zavodlarında qiymətli sürtkü yağları istehsal olunur. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin