80
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
axmalıdır. Neft yatağında belə süni lay təzyiqi yaratmaqdan indi
geniş istifadə olunur. Buna
təkrar neft çıxarma üsulları deyilir. Bu
üsullardan biri də neft layına sıxılmış hava və ya qaz vurmaqdır.
Bir və ya bir neçə quyunu kip bağlayaraq onlara yüksək təzyiqdə
(50–60 atmosfer) qaz vurmağa başlayırlar. Bu qaz layda qalmış nef-
ti qonşu quyulara sıxışdırır. Bu qayda ilə neftini azaltmış quyuların
neft hasilatını artırırlar. Qazın əvəzinə laya hava da vurmaq olar.
Lakin laya hava vurulduqda neft havanın oksigeni ilə oksidləşərək
ağırlaşır, onun özlülüyü artır və buna görə də onun laydan quy-
uya axması çətinləşir. Layda qalmış neftin çıxarılmasının ən yaxşı
bir üsulu vardır ki, bu da qaz əvəzinə laya su vurulmasıdır. Suyu
da qaz kimi xüsusi quyulardan vururlar. Su layda yayılaraq qum
boşluqlarında qalmış nefti istismar quyularına sıxışdıraraq onu yer
üzərinə qaldırır.
Hazırda neft çıxarmanı intensivləşdirmək üçün bir sıra
mütərəqqi üsullardan (hidravlik yarılma, turşu ilə işləmə və s.)
geniş istifadə olunur.
7. Neft və qazın boru kəmərlərilə nəql edilməsi
Ölkəmizdə ümumi enerji tələbatının 65%-dən
çoxu neftin və
qazın hesabına ödənilir. Neft və qaz hasilatının artması əsasən
kəşf olunmuş yeni yataqların istifadəyə verilməsilə əlaqədar
olduğundan yeni yataqlarla mövcud neft-qaz emalı müəssisələri
arasında məsafənin artması yeni magistral
boru kəmərləri sis-
teminin yaradılmasını, mövcud olan nəqletmə sistemlərinin
məhsuldarlığının və işçi təzyiqinin artmasını tələb edir. Magis-
tral boru kəmərləri sistemləri ölkəmizin bütün iqlim zonalarını,
daimi donmuş süxurlu rayonlardan tutmuş tropik sahələrə qədər
əhatə edir. Demək olar ki, neft və qazın hamısı, emal olunan neft
məhsullarının böyuk əksəriyyəti boru kəmərlərilə nəql edilir.
1975-ci ildə ölkəmizdə qaz kəmərlərinin ümumi uzunluğu 100
min km, xam neft və neft məhsulları kəmərlərinin uzunluğu isə
50 min km idi. Onuncu beşillikdə bu rəqəmlər xeyli artmışdır.
Hazırda diametri 1000 mm-dən böyük
kəmərlər daha çox tətbiq
edilir. Qaz təchizatında neft və neft məhsullarının magistral
kəmərlərlə nəqlində texnoloji proseslərin diametri 1000 mm-dən
böyük kəmərlər daha çox tətbiq edilir. Kompressor stansiyalarının
gücü 25 min kVt-a çatdırılmışdır.
Xalq təsərrüfatının neft, neft məhsulları və qazla təmin olunması
proqramını yerinə yetirmək üçün, neftin nəqli və yığımı onun
hasilatı və emalı səviyyəsilə uyğun olmalıdır.
Neftin, neft məhsullarının və qazın nəql edilməsi neft-qaz emalı
zavodlarının və yığım məntəqələrinin yerləşdirilməsinə bilavasitə
təsir edir.
Xam neftin emaledici zavodlara
nəql edilməsi onun müxtəlif
81
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
məhsullarının nəqlindən ucuz başa gəldiyi üçün neft-qaz emalı
müəssisələrinin istehlak mərkəzlərinə yaxın yerləşdirilməsi
əlverişlidir.
Neft bazalarının yerinin seçilməsi nəqliyyat xərclərinin əsasını
təşkil edir.
Neft məhsullarının nəql edilməsi fasiləsiz, ucuz və minimal itki
şəraitində olmalıdır.
Qazın istehsalı və istifadə edilməsi zamandan və mövsümdən
asılı olaraq dəyişir. Bu şəraitdə xalq təsərrüfatının bütün sahələrinin
fasiləsiz olaraq qazla təmin olunması mühüm məsələdir.
Nəqletmə üsulları
Xam neft, neft məhsulları və qazı üç vasitə ilə: su, dəmir yolu və
boru kəmərləri ilə nəql edirlər.
Təbii qazlar ancaq borular vasitəsilə nəql olunur.
Alçaq tem-
peraturda (–100°C-dən az) mayeləşdirilmiş halda qazı külli miqd-
arda nəql etmək daha əlverişlidir. Lakin bu məsələnin bir sıra
texniki cəhətləri həll olunmadığı üçün mayeləşdirilmiş qazın boru
kəmərlərilə nəql olunması tətbiq olunmur.
Dəniz və okeanlarla əhatə olunmuş qitələr arasında qazı –160°C-
yə qədər soyudulmuş maye halında nəql etmək uçün gəmilərdən
istifadə olunur.
Xam neft, neft məhsulları, maye propan və butan yuxarıda qeyd
olunmuş hər üç növ nəqliyyat vasitələri ilə nəql edilir. Bu nəqliyyat
üsullarının hər birinin özünə məxsus xüsusiyyətləri vardır. Su
nəqliyyatında barj və tankerlərdən istifadə olunur. Su nəqliyyatı
boru kəməri və dəmir yolu nəqliyyatına nisbətən baha başa gəlir.
Dəmir yolu ilə neft və neft məhsulları sistern, bunker və yax-
ud yüngül tutumlarla nəql edilir. Boru kəmərləri çoxlu miqdarda
yanacağın bir tərəfli nəqli üçün istifadə olunur. Başqa vasitələrə
nisbətən boru kəmərilə nəqletmə bir çox üstünlüklərə malikdir:
1. Boru kəmərləri ilə çox böyük məsafələrə nəqletmə ən qısa yol-
la olur;
2. Boru kəməri vasitəsilə fasiləsiz nəql etmək mümkün olduğu
üçün xüsusi yığım məntəqələrinə ehtiyac olmur;
3. Başqa üsullara nisbətən boru kəmərlərində məhsul itkisi min-
imum olur;
4. Boru kəməri ilə nəqletmə prosesinin idarə olunması,
mexanikləşdirilməsi və avtomatlaşdırılması daha geniş miqyasda
mümkündür. Bu nəqletmə üsulunun əsas çatışmayan
cəhəti çox-
lu metal sərfi, nəqletmə istiqamətinin dəyişdirilməsinin mümkün
olmamasıdır.
Bunlardan başqa avtomobil nəqliyyat vasitəsindən də geniş
istifadə olunur.
Neft və qazla birlikdə laydan müxtəlif kimyəvi tərkibli lay suları
çıxarılır. Neftin tərkibində mineral duzlarla zəngin lay sularının
82
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
olması nəqliyyat xərclərini artırmaqla yanaşı neftin emalı pros-
esini mürəkkəbləşdirir və avadanlığın vaxtından əvvəl sıradan
çıxmasına səbəb olur.
Neftin yığımı və nəqledilməsi prosesində qiymətli məhsul
olan yüngül fraksiyaların buxarlanıb
itməməsi üçün tədbirlər
görülməlidir.
Neftin tərkibində müxtəlif mexaniki qarışıqların (qum və gil
hissəciklərinin) olması nəqletmə avadanlığı və emal qurğularının
çirklənməsinə, abraziv yeyilməsinə və xidmət müddətinin
qısalmasına səbəb olur və s. texnoloji çətinliklər yaradır.
1 litr havada 0.01 mq H
2
S qazı olduqda zəhərlənmə təhlükəsi
yaranır. Kükürdlü birləşmələr metalın surətli korroziyasına və
buraxılan məhsulun keyfiyətinin pisləşməsinə səbəb olur.
Neft və qazın sudan, mexaniki qarışıqlardan,
mineral duzlar
və s. kimyəvi birləşmələrdən təmizlənməsi prosesinə onların
hazırlanması deyilir. Neft və qazın hazırlanması prosesi müxtəlif
üsullarla aparılır.
Neft və qazın nəql etməyə hazırlanması mürəkkəb proses
olub bir sıra texnoloji qurğuların nasos, kompressor, nəzarət ölçü
cihazları, avtomatlaşdırma, tənzimləyici və s. avadanlıqların işi ilə
əlaqədardır.
Boruların vaxtaşırı parafin və s. çöküntülərdən təmizlənməsi,
hermetikliyin yoxlanması və s. profilaktik işlər boru kəmərlərinin
məhsuldarlığını yüksəldir və xidmət müddətini azaldır.
Dostları ilə paylaş: