Dərinlik nasosları vasitəsilə neft çıxarmaq üsulu.Quyunun
kompressor istismarı dövrü də müəyyən müddət davam edə bilər.
Quyu işlədikcə neft layının təzyiqi azalır, quyuda neftin səviyyəsi
getdikcə aşağı düşür və nəticədə qaldırıcı boruları daha aşağı bu-
raxmaq lazım gəlir. Nəhayət quyuda neftin səviyyəsi o qədər aşağı
düşür ki, kompressor üsulu ilə neft çıxarılması daha əlverişli ol-
mur, çünki olduqca az miqdarda nefti çıxarmaq üçün çoxlu miqd-
arda sıxılmış hava və ya qaz sərf etmək lazım gəlir. Sıxılmış havanın
alınmasına isə çoxlu enerji sərf olunur. Odur ki, belə hallarda quyu-
nun kompressor üsulu ilə istismarı əvəzinə dərinlik nasosu ilə is-
tismar üsuluna keçirlər. Bu andan quyunun qocalıq dövrü başlayır.
Dərinlik nasosları neft quyularında necə işləyib? Nasos, nasos
boruları adlanan boruların ucuna bərkidilir və quyunun dibinə
buraxılır. Nasosun pistonunu (buna plunjer deyilir) yuxarı-aşağı
hərəkət etdirmək üçün onu ştanqlara birləşdirirlər. Ştanqların
yuxarı ucunu isə mancanaq dəzgahında birləşdirirlər. Elek-
trik mühərriki mancanaq dəzgahını hərəkətə gətirdikdə nasos
boruları içərisində olan ştanqlar yuxarı hərəkət edir. Bu zaman
plunjerin yuxarısındakı vurucu klapan bağlanır və plunjer nasos
borularının içərisindəki nefti yuxarı qaldırır. Eyni zamanda na-
sosun aşağısında olan sorucu klapan açılır və quyunun dibində
olan nasosun silindrinə daxil olur. Sonra nasos borularındakı neft
sütunun təzyiqi plunjeri aşağı hərəkət etdirir. Bu zaman sorucu
klapan bağlanır, vurucu klapan açılır və nasosun içərisindəki neft
plunjerdən keçərək nasos borularına daxil olur. Quyuya neftlə
birlikdə daxil olan qumun qarşısını almaq üçün nasosun aşağısına
xüsusi süzgəc qoyulur.
Sovet İttifaqında neft quyularının xüsusiyyətlərindən asılı
olaraq müxtəlif dərinlik nasosları hazırlanır. Məsələn, dayaz, orta
və dərin quyuların hər biri üçün ayrıca nasos vardır. Eləcə də
qazsız, qazlı, qumsuz və qum verən quyuların hər biri üçün xüsusi
nasos olur.
Dərinlik nasosu ilə çıxarılan neft hava ilə təmasda olmur və
buna görə onun çox qiymətli yüngül hissələri itib getmir, yəni bu
üsulda da neft qapalı yolla çıxarılır.
Dərinlik nasosları neftin səviyyəsi aşağı olan quyuların istismarı
üçün daha çox əlverişlidir.