83
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
xassələrə malik olur. Hər bir maddənin
atomu başqa maddənin
atomu ilə ancaq müəyyən nisbətdə birləşə bilər. Məsələn, hidrogen
atomu ancaq bir atomla, karbon atomu isə dörd hidrogen atomu
ilə birləşə bilər. Deməli, hidrogen atomu ancaq bir rabitə, karbon
atomu isə dörd rabitə yarada bilər.
Bir karbon atomu ilə dörd hidrogen atomu birləşərək metan
qazını əmələ gətirir. Yanacaq kimi istifadə olunan təbii qazın çox
hissəsini metan qazı təşkil edir. Metanın kimyəvi formulu CH
4
-dür.
Metandan sonra, molekulunda iki karbon atomu olan etan
– C
2
H
6
, molekulunda üç karbon atomu olan propan – C
3
H
8
və bu
qayda ilə butan – C
4
H
10
, pentan – C
5
H
12
, heksan – C
6
H
14
, heptan –
C
7
H
16
, oktan – C
8
H
18
və s. alınır. Bu birləşmələrin ümumi kimyəvi
formulu C
n
H
2n+2
olub parafin, alifatik və ya metan sıralı doymuş
karbohidrogenlər adlanır. Karbohidrogenlərin molekullarında
karbon atomları bir-birilə birləşərək zəncir əmələ gətirir.
Bu zəncirlər düz və şaxəli ola bilər. Eyni miqdarda karbon və hi-
drogen atomlarının düz və ya şaxəli zəncirşəkilli olmasından asılı
olaraq əmələ gələn maddələrin xassələri də müxtəlif olur.
Molekuldakı karbon atomlarından
təşkil olunmuş zəncirləri
düz olan maddəyə – normal karbohidrogen birləşmə, şaxəli old-
uqda isə – izobirləşmə deyilir.
Molekullarında bir, iki, üç və dörd karbon atomu olan alifatik
karbohidrogenlər adi şəraitdə qaz halında olur.
Neftlə birlikdə
çıxarılan qazlar həmin bu karbohidrogenlərdən ibarətdir.
Yuxarıda göstərilən birləşmələrdə karbon atomları bir-birilə bir
rabitə ilə əlaqədardır. Lakin karbohidrogenlərin böyük bir qrupun-
da karbon atomları bir-birilə iki və üç kimyəvi rabitə ilə birləşir. Bu
karbohidrogenlərə «doymamış» karbohidrogenlər və ya olefinlər
deyilir.
Karbon atomları arasındakı rabitələrdən biri müvafiq şəraitdə
başqa bir atomla birləşmək üçün
sərbəst olduğundan bunlar
doymamış karbohidrogenlər adlanır. Bu halda cüt rabitə iki tək
rabitəyə ayrılır. Məsələn, etilenin molekulu nisbətən zəif rabitə
vasitəsilə bir hidrogen molekulu ilə birləşərək etan əmələ gətirir.
Sərbəst rabitə «doymamış» karbohidrogenlərə
başqa atom-
larla birləşmək üçün yüksək kimyəvi aktivlik verir. Odur ki, bu
birləşmələr müxtəlnf maddələrlə asanlıqla reaksiyaya girir.
Karbohidrogenlərin başqa əhəmiyyətli bir qrupuna aroma-
tik karbohidrogenlər deyilir. Bu birləşmələrin molekulları qapalı
struktur təşkil edərək altı karbon atomundan ibarətdir. Bu struk-
turda karbon atomları növbə ilə tək və cüt rabitələrlə birləşmişdir.
Aromatik karbohidrogenlərin ən sadə quruluşa malik olan
nümayəndəsi benzoldur.
Benzolun molekulunun hidrogenlərini
başqa qruplarla əvəz
etməklə yüzlərlə benzol törəmələri almaq olar. Buna misal olaraq
toluolu göstərmək olar.