9. Dənizdə neft və qaz hasilatının inkişaf perspektivləri
Xəzər dənizinin altında neft və qazın olması qədim zaman-
lardan məlumdur. Hələ XVIII əsrdə Xəzər dənizində püskürən
palçıq vulkanları, neft və qaz təzahürləri və s. əlamətlər neft və
qazlı strukturların olmasını aşkara çıxarmışdır.
Dəniz sahəsində ibtidai üsullarla neft çıxarılmasına keçən əsrin
əvvəllərində başlanmışdır. Dəniz yataqlarının sənaye tərzində
işlənilməsinə keçən əsrin axırında Bibi-heybət körfəzində neft
yataqlarının aşkar edilməsilə başlanmışdır.
Neft yataqlarının işlənilməsi üçün yatağın yerləşdiyi ərazinin
qurudulması nəzərdə tutulur. Bu layihə 1923-cü ildə Sovet
hakimiyyəti dövründə həyata keçirilmişdir.
Daha sonralar dəniz quyularının qazılması üçün taxta özül
tikintilərindən istifadə olunmağa başlanmışdır. Dünyada, ilk dəniz
quyusu 1925-ci ildə İliç buxtasında qazılmışdır.
1934-cü ildən Artyom adası, 1946-cı ildən Gürgan və başqa
Abşeron ətrafı dəniz sahillərində müxtəlif metal konstruksiyalı
özüllərdə qazma işləri aparılmağa başlanmışdır.
88
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
Xəzər dənizində Neft daşları, Gürgan-dəniz, Darvin bankası,
Qumadası, Qaradağ, Sənqəçal və s. böyük neft və qaz yataqları is-
tismar olunur.
Hazırda ada tipli, estakada növlü üzən və s. dəniz özülləri
və s. hidrotexniki qurğular və avadanlıqlar dəniz yataqlarının
işlənilməsində geniş istifadə olunur.
Neft mədənləri açıq dənizdə sahildən onlarla kilometr
məsafələrdə böyük sahələri əhatə edir və mürəkkəb təsərrüfata
malikdir.
Dənizdə neft və qaz hasilatının böyük əhəmiyyətini nəzərə
alaraq onların gələcək inkişaf məsələlərindən qısaca bəhs edək.
Quruda yerləşən neft və qaz yataqlarının ehtiyatının azalması ilə
əlaqədar olaraq 60-cı illərdən başlayaraq dənizdə geoloji-kəşfiyyat
və axtarış qazma işləri surətləndirilmişdir.
1980-ci ildə bütün dünya üzrə qitə şelfində 650 milyon ton
neft və 250 mlrd. kub. metr qaz istehsal olunmuşdur. Şelf, qitənin
sualtı davamı olub, quru ilə eyni geoloji quruluşa malikdir. Şelfin
kənarlarında su qatının dərinliyi 100–200 m, bəzən 1500–2000 m-ə
çatır.
Əsrimizin sonu üçün dənizdə neft hasilatı ümumdünya neft
hasilatının 50%-ni təşkil edəcəyi gözlənilir.
Bu məqsədlə üzən qazma qurğuları böyük əhəmiyyət kəsb edir.
Hazırda 463 ədəd belə qurğu dünyanın müxtəlif yerlərində neft və
qaz kəşfiyyatında istifadə olunur. 1979-cu ildə bu qurğuların sayı
42 ədəd artmış, 1985-ci ildə daha 150–170 ədəd artması gözlənilir.
Bu məqsədlə tətbiq olunacaq «özüqalxan» və «yarımqalxan» üzən
dəniz qazma platformalarının istehsalına 2 milyon tondan artıq
polad sərf olunacaqdır. Bunlardan əlavə dənizdə boru kəmərləri
quraşdırma texnikası və köməkçi gəmi təsərrüfatının sürətlə
inkişafı nəzərdə tutulur. Bu işlərin böyük əhəmiyyətini aşağıdakı
misaldan aydın təsəvvür etmək olar. ABŞ-da 1971–85-ci illərdə
dəniz neft sənayesinə 600 milyard dollar, o cümlədən kəşfiyyat və
istismar işlərinə 265 milyard dollar vəsait ayrılmışdır.
Hazırda dəniz neft və qaz ehtiyatlarının kəşf edilməsində
müxtəlif ixtisaslı müəssisə və elmi idarələr iştirak edir. SSRİ-nin
qitə şelfində neft və qaz ehtiyatlarının mənimsənilməsi ölkəmizin
yanacaq-enerji bazasının inkişafının əsas istiqamətlərindən biridir.
Sov.İKP-nin XXVI qurultayı qitə şelfində yeni neft və qaz
yataqlarının sürətlə kəşf olunmasını əsas məsələ kimi qarşıya
qoymuşdur.
Ölkəmizdə gələcəkdə, neft və qaz hasilatı inkişafının proqnoz
hesablamaları göstərir ki, dənizdə neft və qaz axtarış işlərinin
genişləndirilməsi zəruridir və onların həyata keçirilməsi üçün hər
cür imkanlar vardır.
SSRİ-nin qitə şelfinin sahəsi 6 mln. km2 olub başqa ölkələrdə
olduğundan daha genişdir. Alimlərin məlumatına görə bu sahədə
|