92
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
mayaraq dəniz və okeanlardan neft istehsalı çox gəlirlidir. Bu
xərclər axtarış-kəşfiyyat işlərindən başlamış neft və qazın sahilə
nəql edilməsinə qədər bir çox problemlərin kompleks həlli ilə
əlaqədardır.
Dəniz və okeanlarda aparılan işlər su qatının qalınlığından,
külək və dalğa rejimlərindən, axınlardan, buzəmələgəlmə və başqa
təbii iqlim şəraitindən asılıdır. Bir çox ölkə dənizlərində tətbiq olu-
nan ənənəvi stasionar və üzən dəniz qazma platformaları açıq dəniz
və okeanlarda tətbiq oluna bilmir. Məsələn, Şimal dənizində olan
fırtına Xəzər dənizindəki dalğalanma ilə müqayisə edilə bilməz.
Şimal dənizində fırtına bəzən nəhəng polad qurğuları uzun
müddət silkələyir. Külək vasitəsilə dəniz axınları çoxlu su kütləsini
hərəkətə gətirir. Bu zaman su kütləsinin sürəti külək sürətinin 3%-
ni
təşkil etməsinə baxmayaraq, suyun sıxlığının havanınkından
800 dəfə çox olduğuna görə suyun dəmir dəniz qurğularına təsir
qüvvəsi küləkdən azı 25 dəfə çox olur. Bundam əlavə okean və açıq
dənizlərdəki qabarma və çəkilməni, güclü su axınlarını da nəzərdə
tutmaq lazımdır. Bu axınların istiqamət və qiymətcə dəyişkən
olmasına baxmayaraq onları hesablamaq mümkündür. Ancaq
güclü dalğalanma zamanı dalğa qüvvəsinin dəniz qurğularına
təsirini hesablamaq qeyri-mümkündür. Bəzən bu dalğalar 10–20 m
hündürlüyə malik olur. Bu cür dalğaların zərbə qüvvəsi və tezliyini
qabaqcadan bilmək mümkün olmur. Bir çox hallarda çoxmərtəbəli
ev boyda nəhəng şaquli su divarı dəniz qurğularına hücum edir və
qurğunu öz zərbəsi ilə hər tərəfdən əhatə edir. Belə təhlükəli an-
larda dəniz buruqlarında iş dayandırıla bilməz. Hər hansı boş day-
anma qəza və mürəkkəbləşmələrə şərait yarada bilər.
Xəzər dənizində külək rejimi onun coğrafi vəziyyəti və ölkəmizin
Avropa və Asiya ərazilərindəki atmosfer prosesləri ilə əlaqədardır.
Külək axınlarının formalaşmasına dənizin fiziki-coğrafi vəziyyəti
təsir göstərir və bu hal yerli hava dövranına,
küləyin fəza qeyri-
müntəzəmliyinə səbəb olur. Xəzər hövzəsi ərazisinin müxtəlif
yerlərində 15 m/san sürətli küləkli günlərin sayı müxtəlifdir.
Məsələn, Səngi-Muğan, Sumqayıt, Şevçenko Fortu,
Astara
müşahidə məntəqələri üçün belə günlərin sayı uyğun olaraq orta
hesabla bir il ərzində 132; 125; 74,7 olur. Küləyin surətinin fəzada
paylanmasının xarakterik xüsusiyyətlərindən biri güclü və fırtına
qüvvəli küləklərin tez-tez zəif küləkli sahələrə yayılmasıdır.
Məsələn, belə sahələrə Astara rayonunun ətraf sahələri (5 m/san
sürətli küləkli günlər ilin 93%-ni təşkil edir), Siyəzən-Dərbənd
sahəsi (uyğun olaraq 76–86%) və s. sahələri göstərmək olar.
Xəzər dənizində ən yüksək orta sürətli külək
Abşeron
yarımadasında və Şevçenko Fortunda (Manqışlaq yarımadasında)
təsadüf olunur. Bu rayonlar üçün illik orta külək sürəti 7.4–7.7 m/
san olur. Xəzər dənizində fırtına küləklərlə yaranan dəniz dalğaları
dəniz buruq qurğularına təsir edən əsas qüvvədir. Abşeron
93
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
arxipelaqında, Türkmənistan sahələrində ən böyük orta dalğa 4–5
m olur.
Kəskin qış mövsümündə Xəzər dənizinin Şimal və Şimal
Qərbində yaranan üzən buzlar dəniz hidrotexniki qurğuları üçün
böyük təhlükə törədir. Belə buz qaymaları bəzən sürətli kuləklərlə
Abşeron arxipelaqına qədər hərəkət edir. Xəzər dənizində buzlaşma
dövrü 60–100 gün olur.
Xəzər dənizində maksimal axın sürəti Ciloy adası ilə Neft daşları
arasında 5 m dərinlikdə 1.22 m/san olur.
Təbii iqlim şəraiti müxtəlif yerlərdə hidrotexniki qurğulara olan
tələbatı dəyişdirir. Məsələn, Şimal dənizinin təbii şəraitində yarı
sualtı dəniz platformalarının tətbiqi daha əlverişli hesab olunur.
Burada üzərində neft platforması
yerləşən üç, yaxud 40 metrlik
boruşəkilli dayaqlar içi boş olan üzgəc–pantonlara birləşdirilir.
Üzgəclərin qaldırıcı qüvvəsi elə tənzimlənir ki, dayaqlar daim yarı
suya dalmış vəziyyətində olsun. Belə şəraitdə buruq qurğuları
və başqa avadanlıqlar yerləşən platforma daha çox dəyanətli
vəziyyətdə olur.
Dəniz mədənlərində əsaslı xərclərin böyük hissəsi neft və qazın
nəql edilməsi probleminə sərf olunur.
Şelf sahələrində neft və qaz yataqlarının işlənməsi, neft və qaz
istehsalının səmərəli sürətləndirilməsi, layların verim qabiliyyətinin
yüksəldilməsi işlərinə aid texniki-texnoloji xüsusiyyətləri nəzərdə
tutan avadanlıq və texnologiyanın yaradılması əsas şərtlərdəndir.
Dostları ilə paylaş: