1. Əmək qanunvericiliyini yoxlayan və ona nəzarət edən
orqanlar
Əmək qanunvericiliyinin yerinə yetirilməsinə aşağıdakı dövlət
orqanları nəzarət edir:
1. Öz fəaliyyətlərinə görə müdiriyyətə və yuxarı təşkilatlara tabe
olmayan dövlət orqanları müfəttişliklərinin xüsusi müvəkkilləri,
2. Həmkarlar ittifaqlarının və onların tabeliyindəki orqanların
texniki və hüquq müfəttişlikləri,
3. Xalq deputatları sovetləri, onların sərəncam və icra orqanları,
4. Müvafiq nazirliklər və idarələr.
Əmək qanunlarına dürüst riayət olunmasına ali nəzarət SSRİ
Baş prokuroruna həvalə edilir.
SSRİ-də əməyin mühafizəsinə nəzarət edən dövlət orqanları
aşağıdakılardır:
a) SSRİ Nazirlər Soveti yanında Sənayedə İşlərin Təhlükəsiz
Aparılmasına Nəzarət və Mədən Nəzarəti Komitəsi:
b) SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin Dövlət En-
ergetika Nəzarəti:
c) SSRİ Səhiyyə Nazirliyinin Dövlət Sanitariya Nəzarəti:
ç) SSRİ Daxili İşlər Nazirliyinin Dövlət Yanğın Nəzarəti.
SSRİ Nazirlər Soveti yanında Sənayedə İşlərin Təhlükəsiz
Aparılmasına Nəzarət və Mədən Nəzarəti Komitəsi sənayedə
qazma qurğularında, buxar və isti su boru kəmərlərində qazın
istehsalı, nəql edilməsi və saxlanması işlərində, partlayış işlərində
və s. əmək mühafizəsi qanunlarının düzgün yerinə yetirilməsinə
nəzarət edir.
İşlərin xarakterinə görə həmin komitənin qazan nəzarəti, qaz
nəzarəti, mədən texniki nəzarəti və s. müfəttişlikləri vardır.
Dövlət Energetika Nəzarəti SSRİ Energetika və Elektrikləşdirmə
Nazirliyinin müəssisələrinə nəzarət edir. Onun əsas vəzifəsi na-
zirliyin və onun idarələrinin nəzdində olan elektrik stansiyalarına,
müəssisələrindəki elektrik və istilik qurğuları tikintilərinin texniki
vəziyyətinə, təhlükəsizliyinə və s. nəzarət etməkdir.
Dövlət Sanitariya Nəzarəti SSRİ-nin və müttəfiq respublikaların
səhiyyə nazirliklərinin sanitariya-epidemiologiya orqanları
tərəfindən həyata keçirilir. Bu nəzarət komitəsinə, ittifaq və
respublika səhiyyə nazirliklərinin baş sanitariya-epidemiologi-
ya idarələri, respublika, vilayət, şəhər, rayon sanitariya-epide-
miologiya stansiyaları daxildir. Bu idarələrin əsas vəzifəsi əmək
və məişətin sağlamlaşdırılması, xəstəliklərin qarşısının alınması
110
XII. Əmək mühafizəsi haqqında məlumat
tədbirlərini həyata keçirməkdir. Bu idarələrə nomenklaturaya
uyğun olaraq SSRİ, respublika, vilayət, şəhər və s. baş sanitariya
həkimləri rəhbərlik edirlər.
Sanitariya-epidemiologiya
xidməti
idarələri
təsərrüfat,
həmkarlar ittifaqları təşkilatları və müalicə profilaktika idarələri
ilə birlikdə müəssisələrdə əmək şəraitinin sağlamlaşdırılmasında
və əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsində fəal
iştirak edir. Onlar, həmçinin, peşə xəstəliklərinin azaldılması üçün
tədbirlər hazırlayır və bu tədbirləri həyata keçirir.
Əmək mühafizəsinə dövlət nəzarəti ictimai təşkilatların iştirakı
və nəzarəti ilə həyata keçirilir.
Əmək qanunvericiliyi və əmək mühafizəsi qaydalarının düzgün
həyata keçirilməsinə ictimai nəzarət və rəhbərlik həmkarlar
ittifaqları vasitəsilə həyata keçirilir.
Əmək mühafizəsinə nəzarətə ümumi rəhbərliyi Ümumittifaq
Həmkarlar İttifaqları Mərkəzi Şurasının Rəyasət Heyəti və müvafiq
istehsalat sahələrinin həmkarlar ittifaqlarının mərkəzi komitələri
nəzdində olan uyğun şöbələr yerinə yetirir.
Əmək şəraitinə nəzarət və rəhbərlik işində həmkarlar
ittifaqlarının texniki müfəttişliklərinin böyük hüquqları vardır.
Əmək təhlükəsizliyi, istehsalat sanitariyasının vəziyyəti və əmək
mühafizəsi qanunvericiliyinin qorunmasına dövlət nəzarəti həmin
müfəttişliyə həvalə olunmuşdur.
Texniki müfəttiş müəyyən bir istehsalat sahəsinə təhkim olu-
nur və sağlam əmək şəraiti, təhlükəsizlik texnikası və istehsalat
sanitariyası normalarına əməl olunmasına rəhbərlik edir. Bir çox
hallarda bu işdə ictimai əsaslar üzrə ştatdan kənar həmkarlar
ittifaqı komitəsinin texniki müfəttişi də iştirak edir.
Əmək mühafizəsi üzrə təşkilati, texniki və sanitariya-gigiyena
tədbirlərinin həyata keçirilməsinə geniş ictimaiyyətin cəlb olunması
üçün həmkarlar ittifaqı üzvlərindən ibarət əmək mühafizəsi
komissiyaları yaradılır. Əmək mühafizəsi komissiyası mudiriyyət
tərəfindən əmək mühafizəsi qanunvericiliyinin düzgün həyata
keçirilməsinə nəzarət edir, təhlükəsiz əmək şəraiti yaradılmasını,
baş vermiş zədələnmələrin səbəblərinin araşdırılmasını, aradan
qaldırılmasını və s.-ni idarə rəhbərliyindən tələb edir.
Əmək qanunvericiliyinin pozulmasında məsul olan vəzifəli
şəxslər dövlət qarşısında məsuliyyət daşıyırlar. Qanunun
pozulmasına görə onlar müxtəlif dərəcəli inzibati cəzadan
məhkəmə məsuliyyətinə qədər cəzalandırıla bilərlər.
Təhlükəsizlik texnikası xidmətlərinin vəzifələri. Onların
əsas vəzifəsi istehsalatda əmək şəraitini yaxşılaşdırmaq, isteh-
salat zədələnmələrini və peşə xəstəliklərini aradan qaldırmaq
üçün elm və texnikanın nailiyyətlərini istehsalatda tətbiq etmək,
müxtəlif təşkilati-texniki və sanitariya-gigiyena tədbirlərini
həyata keçirməklə istehsalat mədəniyyətinin yüksəldilməsinə
111
XII. Əmək mühafizəsi haqqında məlumat
çalışmaqdan ibarətdir.
Təhlükəsizlik texnikası xidməti öz fəaliyyətini təsdiq olunmuş
plan əsasında və bilavasitə müəssisənin baş mühəndisinin rəhbərliyi
ilə həyata keçirir. Bu xidmətin rəisi və yaxud təhlükəsizlik texnikası
mühəndisi bütün iş yerlərində avadanlığın və texnoloji prosesin
təhlükəsizliyini təmin edən şəraitin yaradılmasını tələb edir.
Bədbəxt hadisə baş verdikdə sex, yaxud bölmə rəhbərliyi ilə
birlikdə onu tədqiq edir, əmək şəraitinin yaxşılaşdırılması üçün
illik plan tərtib edir, işə yeni daxil olan şəxslərlə təhlükəsizlik
texnikasına dair təlimat aparır, vaxtaşırı təlimat, nəzarət və s. işləri
icra edir.
Təhlükəsizlik texnikası xidməti bütün bu vəzifələri həmkarlar
ittifaqı təşkilatı ilə sıx əlaqədə və geniş ictimai köməyə arxalan-
maqla yerinə yetirir.
Hər bir müəssisədə əmək mühafizəsi tədbirlərinə ayrılan mad-
di vəsait kollektiv müqavilədə nəzərdə tutulduğu şəkildə həyata
keçirilir.
Əmək mühafizəsi tədbirlərinin düzgün və vaxtında
planlaşdırılmasına və maddi təminata ayrılan vəsaitin düzgün sərf
edilməsinə nəzarət məqsədilə dövlət statistika idarəsinin və maliyyə
nazirliyinin həmkarlar ittifaqları ilə birlikdə hazırlayıb təsdiq
etdikləri «Əmək mühafizəsi tədbirlərinin tipik nomenklaturası»
rəhbər qəbul olunmalıdır.
«Əmək mühafizəsi nomenklaturası» istehsalatda təhlükəsizlik
texnikası və istehsalat sanitariyasına verilən tələbləri yüksəltməyə
yönəldilmiş məcburi rəhbərlikdir.
Nazirliklərin nomenklaturası əsasında hər bir istehsalat sahəsi
üçün ÜİHİMŞ ilə razılaşdırılmış əmək mühafizəsi tədbirlərinin
konkret nomenklaturası hazırlanıb təsdiq olunur.
Əsaslı qəbul olunmayan nomenklatura tədbirlərinə tələb olu-
nan vəsait müxtəlif maliyyə mənbələrindən (əlavə xərclər, amorti-
zasiya xərcləri və s.) sərf edilir. Başqa sözlə, istehsalatda texnoloji
proseslərin təkmilləşdirilməsi, əmək şəraitinin yüngülləşdirilməsi,
təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün pul
xərclənməsi hər vasitə ilə müəyyən edilir. Bütun bunlar fəhlə və
qulluqçuların normal və təhlükəsiz iş şəraitini təmin etməklə,
əmək məhsuldarlığının yüksəldilməsinə, zədələnmə və peşə
xəstəliklərini törədən müxtəlif səbəblərin aradan qaldırılmasına
yönəldilmişdir.
Fəhlə və qulluqçuların əmək vərdişlərinin və ixtisasının
yüksəldilməsi müxtəlif təlimatlar, əlavə kurslar, əyani vəsaitlər,
təbliğat və s. vasitəsilə həyata keçirilir.
112
XII. Əmək mühafizəsi haqqında məlumat
Dostları ilə paylaş: |