2. Zədələnmə, bədbəxt hadisə və peşə xəstəlikləri haqqında məlumat Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat
sanitariyası təlimatlarının, qayda və normalarının pozulması iş
zamanı zədələnməyə, zəhərlənməyə və peşə xəstəliklərinə səbəb
olur.
Xarici təsir nəticəsində qəflətən baş vermiş zədələnməyə trav-
ma deyilir. Zədələnmələrə əzilmə, yaralanma, sümüklərin sınması,
kimyəvi və yaxud termiki yanma, donma, istivurma, kəskin
zəhərlənmə, elektrik cərəyanı ilə zədələnmə və s. misal ola bilər.
Travma hadisəsi çox zaman bədbəxt hadisələrlə eyniləşdirilir.
Bədbəxt hadisələr istehsalatla əlaqəli və əlaqəsiz olur. Müəssisə
ərazisində, yaxud ondan kənarda xidməti vəzifənin, yaxud müəssisə
rəhbərliyinin göstərişinin icrası zamanı baş verən hadisələr ist-
ehsalat travması adlanır. İstehsalatla əlaqədar olmayan bədbəxt
hadisələrə sərxoşluq, oğurluq, işlə əlaqədar olmayaraq şəxsi əşyaların
hazırlanması, yaxud idarə rəhbərliyinin icazəsi olmadan digər hal-
larda törənən zədələnmələr aiddir.
İdarə rəhbərliyi istehsalatla əlaqədar olan bədbəxt hadisələr üçün
məsuliyyət daşıyır.
Əgər hadisə müəssisədə təhlükəsiz əmək şəraitinin təmin
edilməsindən əlavə, fəhlə, yaxud qulluqçunun ehtiyatsızlığı, müəssisə
daxili intizamı pozması ilə əlaqədardırsa, onda qarışıq məsuliyyət
vəziyyəti yaranır. Bu zaman maddi təminat hər iki tərəfin təqsir
dərəcəsindən asılıdır. İstehsalatla əlaqədar olan bədbəxt hadisələrin
maddi kompensasiyası qanunvericiliyə əsasən müəssisə hesabına
ödənilir.
İstehsalatda sanitariya normalarının pozulması nəticəsində
yaranan istehsalat zərəri peşə xəstəliklərinə səbəb ola bilər.
Ağır və zərərli iş şəraitində baş verən xəstəliklər peşə xəstəlikləri
adlanır. Belə xəstəliklərə atmosfer təzyiqinin dəyişilməsindən
törəyən kesson xəstəliyi, dağ xəstəliyi, istehsalat tozlarının təsirindən
yaranan pnevmokonoz xəstəliyi, zəhərli maddələrin təsirindən əmələ
gələn dəri xəstəlikləri və s. aiddir.
Bizim sosialist cəmiyyətində istehsalat zədələnmələri və peşə
xəstəlikləri dözülməz hadisədir və onlar əsasən təşkilati və texni-
ki səbəblərdən törəyir. Ona görə də hər bir bədbəxt hadisə, peşə
zəhərlənməsi və xəstəlikləri ölkəmizdə mövcud qanunlar əsasında
ciddi tədqiq olunur.
Bədbəxt hadisələrin və peşə xəstəliklərinin araşdırılması və uçota
alınması bütün müəssisələr üçün vahid sistemlə aparılır və həmin
hadisələrin səbəbləri vaxtında aradan qaldırılır.