116
XII. Əmək mühafizəsi haqqında məlumat
Neft sənayesindəki texnoloji proseslər öz xarakterinə görə
müxtəlif və mürəkkəb olduğu üçün
hələ indiyə qədər bir çox
əməliyyatlar əl ilə yerinə yetirilir. Çox zəhmət tələb edən işlərin
qismən yüngülləşdirilməsi üçün müxtəlif konstruksiyalı kiçik mex-
anizasiyadan istifadə olunur. Bunun təmir işlərində əhəmiyyəti daha
böyükdür.
Hazırda quyuların qazılması texnologiyası,
neft və qaz
istehsalındakı müxtəlif proseslər xeyli mexanikləşdirilmiş və
avtomatlaşdırılmışdır. Nəticədə neft sənayesində bədbəxt hadisələrin
sayı son illərdə azalmışdır.
Aşağıdakı əsas şərtlər yerinə yetirildikdə
istehsal proseslərinin
kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması əmək
məhsuldarlığının yüksəldilməsinə və təhlükəsizliyin artırılmasına
kömək edir:
a) mexanizmlərdən və avtomatlaşdırma vasitələrindən tez-tez
təkrar olunan mürəkkəb və ağır proseslərlə yanaşı, köməkçi və ik-
inci dərəcəli işlərdən də (yükləmə-boşaltma, təmir, quraşdırma və s.)
geniş
istifadə etmək;
b) mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən əməyin
düzgün təşkili
şəraitində istifadə etmək;
c) mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinə, onların ayrı-
ayrı hissələrinə və cihazlarına ixtisaslı heyətin sistematik nəzarətini
və s. həyata keçirmək.
Texnoloji proseslərin avtomatik tənzimlənməsi,
parametrlərin
məsafədən və avtomatik ölçülməsi,
müxtəlif klapan, qoruyucu,
məhdudlaşdırıcı, siqnallayıcı vasitələrdən istifadə olunması əmək
mühafizəsi cəhətdən əhəmiyyətli tədbirlərdir.
Dostları ilə paylaş: