122
Son söz
yaraq dərslik kifayət deyildir. Tələbə fənnə və ixtisasa aid əlavə
dərs vəsaitindən, dövri ədəbiyyatdan istifadə etməli və həmçinin
təcrübi dərslərdə fəal iştirak etməlidir.
Tələbə evdə müəllimin izah etdiyi materialı bir daha işləməli,
hazırlamalı və özünə tam aydın şəklə salmalıdır. Sözsüz belə olan
təqdirdə dərs müvəffəqiyyəti və alınan imtahan qiymətləri yüksək
olacaqdır.
Tələbənin elmi tədqiqat işlərində, tələbə elmi cəmiyyətində fəal
iştirakı onun bilavasitə elmə qovuşması üçün ən həqiqi yoldur.
Müasir şəraitdə ali məktəbdə öyrənilmiş biliyin praktika-
da tətbiqindən başqa tələbənin sərbəst
olaraq belə məsələləri
qoymasına şərait yaradılır.
«Tələbə elmi dərnək və təşkilatları»nda fəal iştirak, sərbəst
elmi fəaliyyət, elmi materialların
təhlilində inam, alınmış elmi
nəticələrdən konkret məsələlərin həllində istifadə etmək və s.
tələbədə qeyri-məhdud imkanlar yaradır.
Ali məktəbdə tədris zamanı tələbə çoxlu miqdarda müxtəlif
məlumatlar alır. Bütün bunlar tədris prosesində tələbənin fəaliyyət
xüsusiyyətlərini müəyyənləşdirir. Hələ 200 il bundan qabaq böyük
rus sərkərdəsi A. V. Suvorov demişdir ki, insanın xatirəsi onun
zəka xəzinəsidir. Bu xəzinədə çoxlu arakəsmələr vardır və bu
arakəsmələrdə hər şeyi tez və öz yerinə yığmaq lazımdır.
Beləliklə, tələbə elmi və praktiki fəaliyyətə hazırlanma
prosesində əldə etdiyi məlumatları düşünərək təhlil etməli və on-
lardan yeri gəldikdə düzgün istifadə etməyi bacarmalıdır.
İşə vicdanlı
yanaşmaq məsuliyyət, prinsipiallıq, kommunist
əqidəsi sovet mütəxəssisinə xas olan keyfiyyətlərdir.
Tələbə seçdiyi ixtisasa uyğun bilikləri öyrənməyə can atan gənc
insandır. Ancaq hələlik öz ixtisası barədə təsəvvürü zəifdir. Tələbə
yaxşı oxumaq istəyir və başa düşür ki, yaxşı mütəxəssis olmaq,
cəmiyyətə xeyir vermək üçün ona biliklərə yiyələnmək lazımdır.
Ancaq heç də bütün bu təşəbbüslər asanlıqla icra olunmur. Dərslər
çoxdur, onları qavramaq üçün gərgin
və məqsədəuyğun olaraq
çalışmaq tələb olunur. Səmərəli planlaşdırılmış əmək tələbənin öz
vəzifə və tədrisinin öhdəsindən gəlməsinin rəmzidir. Tələbə nəyisə
nəzərdən qaçırmışsa, sonrakı tədris materialını mənimsəməkdə
çətinliklə qarşılaşacaqdır. Tələbənin şüarı, devizi, qayda və
qanunları əmək, əmək, yenə də əmək olmalıdır. Əməksiz biliyə
yiyələnmək mümkün deyildir. Əmək sevən tələbə yaxşı mütəxəssis
ola bilər.