115
XII. Əmək mühafizəsi haqqında məlumat
a) avadanlıqların qəzasız və etibarlı işinə verilən təhlükəsiz
mühəndisi tələblər;
b) insanın maşın və ətraf mühitlə qarşılıqlı təsiri şəraitində nor-
mal həyat fəaliyyəti və iş qabiliyyətini təmin edən və sanitariya
normaları ilə təyin edilən gigiyena tələbləri. Meteoroloji amillər:
səs-küy, titrəyiş, zəhərli maddələrin havadakı qatılığı və s. gigiyena
tələblərinə aiddir;
c) avadanlıqların insan bədəninin və onun üzvlərinin ölçü və
formasına uyğunluğu üçün antropometrik tələblər. Bu tələblər
icraçının səmərəli fizioloji vəziyyətdə fəaliyyət göstərməsini, iş
zamanı gərginlik və yorğunluğun törənməməsini təmin edir.
ç) avadanlıqların insanın hiss orqanlarının xüsusiyyətlərinə
uyğunluğunu ifadə edən psixi-fiziki tələblər;
d) avadanlığın insanın psixoloji xüsusiyyətlərinə uyğunluğunu
və iş zamanı icraçıya müsbət emosional təsiri ifadə edən psixoloji
tələblər.
Bütün bu tələblər layihələşdirmə, təkmilləşdirmə və ixtiraçılıq
işlərinin əsasını təmin edir.
Avadanlıqların hazırlanması və quraşdırılmasında, istismarında
iş şəraitinin təhlükəsizliyi tam təmin edilməlidir.
Maşın və avadanlıqların konstruksiyası təmir və xidmət işlərinin
rahat və təhlükəsiz şəraitdə aparılmasına, qəza törədikdə isə onun
qarşısının tez alınmasına və icraçıların təhlükəsizliyinin təmin
edilməsinə uyğun gəlməlidir.
Maşın və avadanlıqların hazırlanmasında standartlaşma
tələblərinə xüsusi diqqət verilir. Müxtəlif növ avadanlığın ölçü
və keyfiyyətcə eyniliyi olan nümunələrə əsaslanan məfhumuna
standartlaşma deyilir.
Standartlaşma normaları xalq təsərrüfatının bütün sahələri üçün
məcburi olan Dövlət standartları (DÜİST) əsasında hazırlanır. Bir
çox avadanlıqlar nazirliklər, baş idarələr və s. tərəfindən hazırlanmış
texniki normalar əsasında istehsal olunur.
Standartlar və texniki normalar avadanlıqlarla işlədilən hissələrin
ölçü, konstruksiya müxtəlifliyinin aradan qaldırılması və onlardan
mümkün qədər qarşılıqlı surətdə istifadə edilməsi tələblərini rəhbər
tutur.
Standartlaşma və vahidləşmə iqtisadi və texnoloji üstünlükdən
başqa, avadanlıqların istismarında təhlükəsizlik dərəcəsini artırmağa
imkan verir. Avadanlıqların təmiri standart maşın hissələri ilə daha
asan və tez həyata keçirilir.
Dostları ilə paylaş: