İXTİsasa giRİŞ


İstehsalatda sağlam əmək şəraitinə verilən tələblər



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə60/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   56   57   58   59   60   61   62   63   ...   66
Mirzacanzade Ixtisasa girish

3. İstehsalatda sağlam əmək şəraitinə verilən tələblər 
Gigiyena insanın xarici mühitlə qarşılıqlı təsirini və qarşılıqlı 
əlaqəsini öyrənən, həyatın və əməyin gigiyenik normativlərini, eləcə 
də onların həyata tətbiq edilməsi formalarını hazırlayan sağlamlıq 
elmidir. Gigiyena təbiət və tibb elmlərindən başqa, sosial-iqtisadi 
elmlərlə də sıx əlaqədardır. 
Əməyin gigiyenası əmək proseslərini və istehsalat şəraitini, 
onların orqanizmlə qarşılıqlı təsirini öyrənməklə bərabər, həm də 
ən sağlam əmək şəraiti yaradılması üçün praktiki üsullar hazırlayır, 
istehsalat zərəri haqqında xəbərdarlıq edib, onların aradan 
qaldırılmasına kömək edir. Əməyin gigiyenasının əsas məqsədi so-
sialist müəssisələrində ən əlverişli sanitariya-əmək şəraiti yarat-
maqdan ibarətdir. 
Əməyin gigiyenası əməyin təşkilini, istirahəti, onun forma və 
üsullarının əmək fəaliyyəti prosesində orqanizmin vəziyyətini, işçinin 
hərəkətinin xarakterini və xüsusiyyətini, iş vaxtı insan bədəninin 
vəziyyətini, əmək alətləri və vasitələrinin, işlədilən xammalın, pros-
esin texnologiyasının, istehsalat mühitinin fiziki, kimyəvi və bioloji 
amillərinin, əmək proseslərinin və mühitin müxtəlif şəraitinin işçiyə 
fizioloji təsirini öyrənir. 
Əhalinin sağlam əmək və həyat şəraitinin yaxşılaşdırılması üçün 
elmin gigiyenik tələb və nəticələrinə əsaslanan bütün praktiki üsullar 
sanitariya sahəsini təşkil edir. 
İstehsalat sanitariyası ümumi sanitariya sahəsinin bir bölməsi 
olub, istehsalat müəssisələrində zəhmətkeşlərə sağlam əmək şəraiti 
yaradılması üçün texnoloji proseslərdən və əməliyyatlardan düzgün 
istifadə edilmə üsullarından ibarətdir. Bu üsullar xarici mühitin gigi-
yenik normativlərinə (məsələn, mateoroloji şərait normaları, havada 
zəhərli maddələrin, tozların buraxılabilən qatılığı və s.) əsaslanır. 
İstehsalat sanitariyası bölməsinə istehsalat müəssisələri ərazisinin 
sanitariya cəhətdən abadlaşdırılması məsələləri, istehsalat binaları 
və qurğularının gigiyenik məsələləri, sanitariya-məişət qurğuları, 
ventilyasiya, işıqlanma, tullantı suların təmizlənməsi və s. daxildir. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin