117
XII. Əmək mühafizəsi haqqında məlumat
Yanğınla mübarizə texnikasının mühüm hissəsi olan yanğın
profilaktikası yanğının və partlayışın qarşısının alınması
və ləğvi
üçün vacib sayılan təşkilati və texniki tədbirlərlə vəhdət təşkil edir.
Bu tədbirlərə həm müəssisələrin layihələndirilməsi və inşası, həm də
istismarı zamanı yanğın təhlükəsizliyi daxildir.
Yanğınla mübarizədə təsirli tədbirlərin işlənib hazırlanmasında
yanma və partlayış haqqında nəzəri biliklərlə yanaşı istehsalatda bu
sahədə toplanmış təcrübi materialdan hərtərəfli və düzgün istifadə
olunmalıdır.
Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, neft sənayesində
təsadüf olunan alışma, yanğın və partlayış hadisələri aşağıdakı
səbəblərdən törəyə bilər:
1. Adi yanğın təhlükəsizliyi tələblərinin pozulması;
2. Texnoloji proseslərdə rejimin pozulması;
3. Elektrik avadanlığının və elektrik şəbəkəsinin nasazlığı, elektro-
texniki qaydaların pozulması;
4. Özbaşına alışma, statik elektrikləşmə, şimşək və başqa səbəblər.
Təcrübələr
göstərir ki, yanğınların böyük əksəriyyəti yanğın
təhlükəsizliyi qaydalarına əməl edilməməsi, müəssisə və sex
rəhbərliyinin diqqətsizliyi, təlimatın və əmək intizamının pozulması
nəticəsində törəyir. Neft və qaz sənayesi
müəssisələri yüksək
dərəcədə yanğın təhlükəli olduğundan hər bir kiçik ehtiyatsızlıq ağır
yanğına və partlayışa səbəb ola bilər.
Yanğın profilaktikası yanğın və partlayışların qarşısını almaq üçün
normativ əsasında işlənib hazırlanmış və sistematik tətbiq edilən
təşkilati-texniki tədbirlər kompleksidir. Şərti olaraq bu tədbirlər
dörd qrupa bölünür:
1. Texnoloji proseslərin və avadanlıqların təkmilləşdirilməsi (her-
metiklik, mexanikləşdirmə, avtomatlaşdırma, mühafizə vasitələrinin
və qoruyucu vasitələrin tətbiqi və s),
elektrik, ventilyasiya və
qızdırıcı avadanlıqlardan düzgün istifadə edilməsi, yanmayan inşaat
materiallarının tətbiqi, yanğın təhlükəsi yüksək olan yerlərdə ciddi
inzibati nəzarət və s;
2. Sənaye obyektlərinin düzgün planlaşdırılması, oda davamlı
tikintilərdən istifadə edilməsi nəticəsində yanğın və partlayışın
yayılmasının məhdudlaşdırılması;
3. Yanğın təhlukəli obyektlərdə mərtəbə və ərazi məhdudlanması,
çoxlu çıxış yollarının qoyulması, işçinin və qiymətli əşyanın yanğın
yerindən
tez köçürülməsi tədbirləri;
4. Yanğın söndürmənin texniki vasitələrindən tez və səmərəli
istifadə etmək üçün onların düzgün yerləşdirilməsi və heyətin
hazırlıq dərəcəsinin yüksəldilməsi.
Sənaye müəssisələrinin layihələndirilməsində və inşaatında «İnşaat
Norma və Qaydaları»nın (İN və Q) və «İnşaat Layihələndirilməsində
Yanğın Əleyhinə Texniki Şərtlər»in (İLYƏTŞ)
tələbləri nəzərə
alınmalıdır.