108
XII. Əmək mühafizəsi haqqında məlumat
1. Əmək qanunvericiliyinin əsasları,
2. Sənayedə əməyin gigiyenası və istehsalat sanitariyası,
3. Təhlükəsizlik texnikasının əsasları,
4. Yanğın profilaktikasının əsasları.
Bu bölgü əməyin mühafizəsi formalarının müxtəlifliyindən irəli
gəlir. Bu o deməkdir ki, işçinin əməyi qanunvericilik qaydası ilə,
tibbi və texniki yollarla mühafizə edilir.
Əmək mühafizəsinin sanitariya-gigiyena əsasları istehsalat
zərəri və onun törətdiyi peşə xəstəlikləri ilə məşğuldur.
Əmək gigiyenası əmək mühafizəsi elminin profilaktika fənnidir,
o iş şəraitinin və istehsalat mühitinin
insan orqanizminə təsirini
öyrənir.
Əməyin mühəndisi üsullarla mühafizəsi istehsalatda təhlükəli
anları, təhlükə zonalarını aşkara çıxarmaq və onlara qarşı mübarizə
tədbirləri görməklə məşğuldur.
Təcrübə göstərir ki, çox vaxt bədbəxt hadisələr iş yerində at-
mosfer şəraitinin pisliyi, təbii və süni işıqlanmanın qeyri-kaf-
iliyi,
yüksək səs-küy, gurultu, radioaktiv şüalanma təhlükəsi,
işçinin yorğunluğu, diqqətsizliyi və s. üzündən baş verir. Əmək
mühafizəsi elminin bu məsələlərini kimya, fizika, gigiyena,
fiziologiya, psixologiya, istehsalatın planlaşdırılması və təşkili ilə,
eləcə də mühəndis-texnoloji fənlərlə əlaqədar şəkildə öyrənmək
lazımdır.
Əmək mühafizəsi
elmi mühəndisi fəndir, o istehsalatda
bədbəxt hadisələri törədən təhlükəli halları aşkara çıxarıb öyrənir.
Sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqla məşğul olur.
Əmək mühafizəsi elminin məqsədi mövcud texnoloji prosesləri
araşdırmaqdan, əməyin təhlükəsizliyini təmin edən yeni isteh-
sal prosesləri, ağır və zərərli əməliyyatların mexanikləşdirilməsi
və avtomatlaşdırılması və s. kimi məsələləri «öyrənməkdən
ibarətdir. Bu və digər tədbirlər istehsalat
mədəniyyətinin və
əmək məhsuldarlığının yüksəldilməsinə səbəb olur. Məsələn, tur-
bin qazmasının tətbiqi nəinki qazma sürətini artırır, həm də tal
kanatının, qazma avadanlığının və qazma borularının tez sıradan
çıxmasının qarşısını alır, enerjiyə və materiala, qazmada təhlükəli
işlərdən sayılan qaldırma-endirmə əməliyyatına gedən vaxta
qənaət etməyə imkan verir. Deməli, sağlam və təhlükəsiz əmək
şəraiti yaranır, travmatizm təhlükəsi aradan qaldırılır.
Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması nəticəsində
müntəzəm surətdə həyata keçirilən tədbirlər müsbət nəticələr ver-
ir. İstehsalat travması səviyyəsi ən aşağı olan ölkələr arasında SSRİ
xüsusilə fərqlənir. Kapitalist ölkələrində isə əmək şəraiti tamamilə
başqadır. Bu zəhmətkeşlərin istismar edilməsinə əsaslanan kapi-
talizm quruluşunun öz təbiətindən irəli gəlir. Məsələn, 1972-ci ildə
ABŞ-da bədbəxt hadisə nəticəsində 14,2
min fəhlə həlak olmuş,
2320 min fəhlə zədə almışdır. Əmək şəraitinin sağlam olmaması
109
XII. Əmək mühafizəsi haqqında məlumat
ilə əlaqədar peşə xəstəliklərinin sayı durmadan artır. Əməyin
son dərəcədə gərginləşdirilməsi, zərərli amillərin təsirindən
kifayət qədər mühafizə olunmaq xəstəliklərin, o cümlədən psixi
xəstəliklərin artmasına səbəb olur.
Dostları ilə paylaş: