104
XI. Ətraf mühitin və yer dərinliklərinin mühafizəsi problemi
onun sərvətlərini artırmaq zəruri məsələlərdən biridir. Təbiət təbii
vəziyyətdə insanın estetik tərbiyəsinə xoş təsir edir. Təbiəti sevmək
kifayət deyil, onu qorumaq, zənginləşdirmək, gözəlləşdirmək
və daha faydalı etmək lazımdır.
Ətraf mühitin və atmosferin
təmizlənməsində, sağlamlaşmasında meşələrin böyük əhəmiyyəti
vardır. Meşələrin ən böyük düşməni yanğındır. Meşələrin və torflu
sahələrin yanması qarşılıqlı əlaqədədir.
Cansız təbiət abidələri, xüsusən geoloji obyektlər böyük diqqətə
və mühafizəyə layiqdir.
Geoloji mühitdən səmərəli istifadə olunması, insanların həyat
və fəaliyyət şəraitinin yaxşılaşdırılması, geoloji proseslərin düzgün
dərk edilməsi ilə bərabər, müxtəlif texniki hadisələrin idarə
edilməsinə imkan yaradır.
Mineral xammalın istehsalı və emalı ilə əlaqədar olan zərərli
nəticələrin aradan qaldırılmasının proqnozlaşdırılması
və təsirli
tədbirlərin işlənib hazırlanması təbiətin qorunmasında zəruri
şərtlərdəndir.
Yer dərinliklərinin istismarı ətraf mühitdən təcrid oluna
bilməz. Ətraf mühitin qorunması və yaxşılaşdırılması partiya və
hökumətimizin daimi qayğısı altındadır. 1949-cu ildə SSRİ Nazirlər
Soveti «Atmosferin çirklənməsi ilə mübarizə və yaşayış yerlərinin
sanitariya-gigiyena şəraitinin yaxşılaşdırılması haqqında» qərar
qəbul etmişdir. Bu qərarın
məqsədi ətraf mühitin toz, qaz və
digər zərərli maddə tullantıları ilə çirklənməsi, tullantı şəklində
dəyərli olan kimyəvi və başqa maddələrin itirilməsi ilə mübarizəni
gücləndirmək idi.
1950-ci il yanvarın 1-dən başlayaraq külü, tozu, kükürdlü və
florlu
birləşmələri, kükürd qazını və bəzi başqa tullantıları tu-
tan qurğular tikməyi planlaşdırmayan sənaye müəssisələrinin
layihələri təsdiq olunmur. Bu tədbir havanın, torpağın və su
hövzələrinin çirklənməsinin qarşısını almaqla bərabər, həm də
sənaye tullantılarından yenidən isifadə edilməsinə yönəldilmişdir.
Metallurgiya, kimya və digər müəssisələrin buraxdığı qazların
tutulmasından əlavə, atmosferin
təmizlənməsində təbii qaz
emalından alınan tullantı materialından yanacaq kimi istifadə
edilməsi də əhəmiyyətli tədbirdir.
Ətraf mühitin mühafizəsində SSRİ Ali Sovetinin «Təbiətin
mühafizəsini və təbii sərvətlərdən səmərəli istifadə edilməsini
daha da yaxşılaşdırmaq haqqında» 1972-ci il 20 sentyabr tarixli
qərarı diqqətəlayiq tədbirdir.
Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin «Təbiətin
mühafizəsini gücləndirmək və təbii sərvətlərdən istifadə edilməsini
yaxşılaşdırmaq haqqında» 1972-ci il 29 dekabr tarixli qərarı bu
sahədə görülən mühüm tədbirlərdəndir.
Geoloji planlaşdırma və axtarışla məşğul olan mütəxəssislər
toxunulmamış təbiətlə ilk əlaqəda olurlar:
ona görə də təbiətə