İXTİsasa giRİŞ


Kapitalist ölkələrində dənizdə neft, qaz və kondensat



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə51/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   47   48   49   50   51   52   53   54   ...   66
Mirzacanzade Ixtisasa girish

11. Kapitalist ölkələrində dənizdə neft, qaz və kondensat 
istehsalı 
70-ci illərin birinci yarısında kapitalist ölkələrini bürüyən en-
erji böhranı dəniz yataqlarının sürətli inkişafına təkan verdi. Bu 
dövrdə dənizdə yanacaq istehsal edən ölkələrin sayı 22-dən 35-ə 
qalxdı. Akvatoriyalarında neft və qaz axtarışları aparılan dəniz 
kənarı ölkələrin sayı 80-dən 100-ə qədər artdı. 
Kapitalist aləminin müxtəlif ölkələri sualtı neft və qaz 
yataqlarının istismarına başladılar. Bu işlər Böyük Britaniya və 
Zairdə 1975-ci, Hindistanda 1976-cı, Kamerunda 1977-ci, Qanada 
1978-ci, Çili, Filippin və Yeni Zelandiyada 1979-cu illərdə başlandı. 
1981-ci ildə bu ölkələr sırasına Hollandiya (Şimal dənizində 
Xelm və Xelder yataqları) və Benin Xalq Respublikası (Qviney 
körfəzisində Sem yatağı) daxil oldu. 
70-ci illərin axırlarında Cənub Çin dənizində sahildən 300 km 
uzaqlıqda, Meksika körfəzində dərinliyi 300 m-dən çox dəniz 
yataqları sənaye miqyaslı istismara başlandı. 
Əvvəlki onillikdə isə su qatı 100 m-ə qədər və sahildən 180 km 
uzaqlıqda olan yataqlar istismar olunurdu. 


94
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat 
Dəniz neft istehsalı 1960-cı ildə 110 mln. t olduğu halda 1970-
ci ildə 380 mln. t, 70–ci illərin axırında isə 600 mln. t-nu ötüb 
keçmişdir. 
1981-ci ildə nəşr olunmuş ilk məlumata əsasən dəniz neft və 
kondensat yataqlarının payına İspaniyada 94%, Avstraliyada 93%, 
Misirdə 90%, Anqolada 76%, Çilidə 75%, Trinidade və Tobaqoda 
74%, Qabonda və Neytral Zonada 71%, Bruneydə 70%, İtaliyada 
67%, Hindistanda 50%, Əbu-Dəbuda 49%, Qatarda 48%, Meksika və 
Venesuelada 47%, Braziliya və Yeni Zelandiyada 46%, İndoneziya 
və Tunisdə 34%, Nigeriyada 33%, Səudiyyə Ərəbistanında 31%, 
İranda 26% istehsal düşür. 
Sualtı neft yataqlarından alınan neft və kondensat istehsalı 
1970-ci ildə ümumi istehsalın 14%-ni təşkil edirdisə, 1982-ci ilin 
əvvəllərində 19%-ə çatmışdır. 
İnkişaf etmiş ölkələrin sahil sularında 480 dəniz və kontinental 
dəniz neft və kondensat yataqları istismar olunur. 
70-ci illərdən başlayaraq sürətlə inkişaf edən İran körfəzi 
akvatoriyası illik hasilata görə dünyada birinci yer tutur və hələlik 
bu birinciliyi qoruyub saxlayır. 
Son illərdə bu ölkələrdə dənizdən alınan neft hasilatı, 
qurudakından 2 dəfədən çoxdur. 
Hazırda İran körfəzi akvatoriyasında 1 ton neft istehsalına 2.6–
22 manat, yaxın və orta Şərq ölkələrinin kontinental rayonlarında 
isə 1.1–10 manat xərc çəkilir. Şəraitindən asılı olaraq ABŞ-ın sa-
hil sularında bu xərc 10–66 manata bərabərdir. ABŞ-ın quru 
rayonlarında isə 1 ton neft hasilatı 7–33 manata başa gəlir. Bir çox 
şelf rayonlarında neft-mədən işlərinin aparılması laya süni təsir 
vasitəsilə, neft hasilatı üsullarından ucuz başa gəlir. 
Məlumdur ki, üçüncü istismar üsulları vasitəsilə 1 ton neftin 
istehsalı bir çox rayonlar üçün 37–113 manat təşkil edir. Kanadada 
bitumlu qumların çıxarılması və neftin ayrılması xərcləri hər ton 
neftə 37–73 manat olduğu halda, yanacaq şistlərindən süni neftin 
alınması xərcləri hər ton neftə 66–131 manat olur. Akvatoriyanın 
dərinliyindən, sahildən uzaqlığından və başqa fiziki-coğrafi 
şəraitdən asılı olaraq dəniz neft istehsalı üçün qoyulan əsaslı 
xərclər müxtəlif miqdarda olur. 
Ancaq dəniz quyularının böyük hasilatla istismarı bu xərclərin 
az zaman ərzində ödənilməsinə şərait yaradır. 
250–330 m dərinlikdə yumşaq və sərt iqlim şəraitində neft 
istehsalına sərf olunan xərclər fərqi maksimum həddə (3–4 dəfə) 
çatır. 
Böyük dərinliklərdə (300 m-dən artıq) sualtı istismar qurğularının 
tətbiqi hidrometeoroloji şəraitin təsirini zəiflədir. Nəticədə dəniz 
neft-mədən işlərinlə (müxtəlif iqlim şəraitində) xərclər azalmağa 
doğru meyl edir. 
Dəniz neft yataqlarında xüsusi xərclər (yəni 1 çıxarılan neftə 


95
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat 
düşən xərc) neft layının məhsuldarlığından və çıxarılan neft 
ehtiyatından asılıdır. 
Kapitalist aləmində dəniz neft sənayesi ən çox gəlirli sahələrdən 
biridir. 
1900–1981-ci illərdə qoyulan xərclər 106 mlrd. manat olduğu 
halda, ancaq 1971–1980-cı illərdə maye yanacaq satışı 409 mlrd. 
manat təşkil etmişdi. 
Bu on illiyin sonunda illik neft və kondensat istehsalının kapi-
talist aləmində 900–1100 mln. ton, onun xüsusi həcminin müasir 
neft istehsalının 30%-dən, 90-cı illərin əvvəlində isə 35–40%-dən 
artıq olması gözlənilir. 
Kapitalist aləminin dənizdəki neft istehsalına aid perspektivləri 
Meksika ətrafı, Şimal və Norveç dənizləri, Şərqi Kanada və ABŞ 
sahillərində aparılacaq axtarış və kəşfiyyat fəallığından asılıdır. 


96
X. Erqonomika nədir? 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin