İXTİsasa giRİŞ


XI. ƏTRAF MÜHİTİN VƏ YER DƏRİNLİKLƏRİNİN



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə54/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   50   51   52   53   54   55   56   57   ...   66
Mirzacanzade Ixtisasa girish

XI. ƏTRAF MÜHİTİN VƏ YER DƏRİNLİKLƏRİNİN 
MÜHAFİZƏSİ PROBLEMİ 
Yer qabığı biosferin mineral əsasıdır, bütün təbiət kimi onun da 
mühafizəyə böyük ehtiyacı vardır. 
Faydalı qazıntıların istehsalı və başqa vasitələrlə yerin 
dərinliklərinə insanın təsiri təbiətə və ətraf mühitə qayğı ilə 
yanaşmağı tələb edir. Faydalı qazıntıların istehsalı bilavasitə bir-
birilə əlaqədar iki problemin həllini tələb edir: 
1. Yerin dərinliklərinin mühafizəsi və mineral sərvətlərdən 
səmərəli istifadə olunması; 
2. Ətraf mühitin mühafizəsi – torpağın, su hövzələrinin və at-
mosferin çirklənməsinin qarşısını alan tədbirlər, qazıntı sahəsində 
yer səthinin bərpa edilməsi. 
Bu problemlərin düzgün həll edilməsi təbii sərvətləri qoruyur 
və israfçılığın qarşısını alır. Nəticədə nəinki bu günün tələbləri 
ödənilmiş olur, eləcə də gələcək nəslin ehtiyacları nəzərə alınır. 
Təbiətə və onun sərvətlərinə qayğı və qənaətlə yanaşmaq bizim 
Lenin partiyamızın qərarlarından irəli gəlir. 
1975-ci ildə SSRİ-nin və 1976-cı ildə müttəfiq respublikaların 
yeraltı sərvətlərinin qorunması barədə qanunvericilik əsaslarının 
qəbul edilməsi bu tədbirlərin nə qədər böyük dövlət əhəmiyyəti 
olduğunu göstərir. 
Yer dərinliklərinin mühafizəsi, sözün tam mənasında, yer 
qabığından və ondakı faydalı qazıntılardan səmərəli və elmi 
əsaslarla istifadə olunması, bu maddi sərvətlərin texniki, iqti-
sadi cəhətdən əlverişli və itkisiz əldə edilməsi, eləcə də ətraf 
mühitə zərərli və mənfi təsirin aradan qaldırılması deməkdir. 
Yer dərinliklərinin mühafizəsi dağ-mədən sənayesinin inkişafı 
mənafeyinə uyğundur. 
Doğrudur, ölkəmizdə inqilabdan əvvəl də faydalı qazıntılardan 
və maddi sərvətlərdən səmərəli istifadə edilməsi üçün ayrı-
ayrı təşəbbüslər göstərilmişdir. Mütərəqqi ictimaiyyət və rus 
alimləri məhsuldar qüvvələrin inkişafı və maddi sərvətlərin 
qorunması qayğısına qalmışlar. M.V. Lomonosov dağ-metallurgiya 
sənayesinin inkişafını təbiətə qayğı ilə ayrılmaz vəhdətdə hesab 
etmiş, D.İ. Mendeleyev və başqa rus alimləri təbiətin qorunması 
sahəsində böyük xidmətlər göstərmişlər. Lakin çar Rusiyasında bu 
məsələ xalq və dövlət mənafeyi səviyyəsinə qaldıra bilməmişdir
çünki xüsusi mülkiyyət və şəxsi varlanma şəraiti təbiətə və ətraf 


102
XI. Ətraf mühitin və yer dərinliklərinin mühafizəsi problemi 
mühitə qayğı ilə yanaşmağa imkan verə bilməzdi. Bu problem öz 
həllini tapmağa başlamış və ona münasibət kökündən dəyişmişdir. 
Yer dərinliyinin mühafizəsi məsələlərı aşağıdakılardan ibarətdir: 
1. Faydalı qazıntıların istehsalı ilə əlaqədar olmayan 
sahələrdən istifadə olunmasında ətraf ərazinin zəhərlənməsi, de-
formasiya, radioaktiv və başqa zərərli istehsal tullantılarının 
basdırılması, eləcə də müxtəlif yeraltı mühəndis tikililəri zamanı 
dağıntı və çirklənməyə yol verilməməlidir. Elmi cəhətdən qiymətli, 
təbii və geoloji abidələr, ərazilər qorunub saxlanmalıdır. 
2. Faydalı qazıntı yataqları ərazisinin sənaye və yaşayış 
binaları ilə tutulması, sənaye tullantıları ilə çirklənməsi və onlardan 
su hövzələri yaratmaq üçün istifadə edilməsi yol verilməzdir. 
3. Dağ-mədən sənayesi müəssisələrinin layihələndirilmə və 
inşası zamanı faydalı qazıntılar mühafizə edilməli və onlardan 
səmərəli istifadə olunması təmin edilməlidir. 
4. Neft və qaz yataqlarının istismarında mütərəqqi üsull-
ardan istifadə olunmalı, açıq fontanların qarşısı alınmalı, yatağın 
sulanmaması və korlanmaması üçün tədbirlər həyata keçirilməlidir. 
Neftin və qazın ətraf əraziyə sızmasının qarşısı alınmalı, neft itkiləri 
aradan qaldırılmalı, torpaq, hava və su hövzələrinin çirklənməsinə 
yol verilməməlidir. Yeraltı layların, xüsusən sənaye əhəmiyyətli su 
laylarının çirklənməməsi üçün tədbirlər görülməli, tullantı sular 
təmizlənməlidir. 
5. Bərk faydalı qazıntı yataqlarında yeraltı yanğınların 
törənməsi və süxurların dağılması ilə mübarizə aparılmalıdır. 
6. Çıxarılmış, lakin tərkibində faydalı qazıntıları olmayan 
süxurlardan və istehsalat tullantılardan mümkün olan faydalı 
komponentləri ayırıb uyğun məqsədlər üçün istifadə edilməlidir. 
Həmin süxurların özbaşına atılmasının qarşısı alınmalı və onlardan 
tələb olunan yerlərdə inşaat materialları kimi istifadə edilməlidir. 
7. Dağ-mədən müəssisələrinin bağlanması və ləğv edilməsi 
zamanı yer dərinliklərinin mühafizəsi qaydalarına əməl 
olunmalıdır. 
8. Bərk faydalı qazıntıların və filizlərin zənginləşdirilməsi 
prosesində əsas maddələrdən əlavə, başqa mineral xammalın da 
itməməsini nəzərdə tutmalı, yuyucu su və şlak təmizlənməlidir. 
Hasil edilmiş mineral xammalın və onun məhsullarının xalq 
təsərrüfatında səmərəli işlədilməsi dövlət əhəmiyyətli tədbirdir. Bu 
zaman səmərəli texnoloji prosesin tətbiqi, istehsal tullantılarından 
təkrar və digər məqsədlər üçün istifadə edilməsi metalın qənaətlə 
sərfi, nəqliyyat işlərində mineral xammalın, yanacağın və səpələnən 
maddələrin itkilərini azaltmaq əsas şərtlərdəndir. 
Texniki məqsədlər üçün süni minerallar (almas, dağ billuru
pyezokvars, yaqut və s.) istehsalının inkişafı maddi sərvətlərdən 
qənaətlə və səmərəli istifadəyə şərait yaradır. 
Ölkənin su ehtiyatına qayğı ilə yanaşılmalıdır. Bununla 


103

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin