İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə52/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   48   49   50   51   52   53   54   55   ...   66
Mirzacanzade Ixtisasa girish

X. ERQONOMİKA NƏDİR? 
İnsan bilikləri aləmində 2000-dən çox elmi fənlər mövcuddur. 
Bu fənlərin yarıdan çoxu bilavasitə insanı, onun bioloji və icti-
mai təbiətini, davranışını, ətraf mühitə, texnikaya uyğunlaşması 
məsələlərini, tarixini, mədəniyyətini və s. öyrənməyə həsr olunur. 
Erqonomika iş qanunları elmi olub (yunan dilində erqon – iş, no-
mos –qanun deməkdir), 30-dan çox nəzəri və tətbiqi elmləri (psix-
ologiya, fiziologiya, antropologiya, kibernetika, fizika, riyaziyyat, 
biomexanika, gigiyena, pedaqogika, iqtisadiyyat, texniki elmlər və 
s.) özündə cəmləşdirir. Erqonomika istehsalat proseslərində insan 
ilə texnikanın qırılmaz vəhdətini və bu vəhdətin hərtərəfli sintez 
və analizini izah edir. 
Erqonomika məsələ həllində bütün elmi üsullardan geniş istifadə 
edir. Onun tədqiqat predmeti olan insani əməyin, təfəkkürün və 
ünsiyyətin məhsulu kimi qəbul olunur. 
Neft və qaz sənayesində əmək şəraiti başqa sahələrə nisbətən 
daha sürətlə dəyişir. Bunun əsas səbəbi müasir istismar, qazma, 
nəqliyyat, neft və təbii qaz emalı, quyuların təmiri və s. texnika və 
texnologiyanın mürəkkəbliyi ilə əlaqədardır. 
Neft sənayesində insan fəaliyyətinin səmərəliliyi, etibarlılığı və 
təhlükəsizliyinə aid olan məsələlərin dərin, hərtərəfli elmi təhlili 
əmək məhsuldarlığının yüksəlməsi və daxili imkanlardan tam 
istifadə olunması üçün başlıca şərtdir. 
Aparılan tədqiqat işləri göstərir ki, iş prosesində qəza və 
təhlükəli halların 70%-i icraçının fiziki, psixoloji-fizioloji və psixi 
imkanlarının icra olunan işlə uyğunlaşdırılmamasından irəli gəlir. 
Son 30 ildə insan əməyi öz yerini sadə fiziki güc mühitindən 
mürəkkəb ağıl fəaliyyəti mühitinə vermişdir. Başqa sözlə, peşənin 
əsas ağırlığı mühərrikin biomexaniki mühiti üzərinə deyil, insanın 
psixologiyası üzərinə düşür. Beləliklə, əmək fəaliyyətinin əsas 
hissəsi ağılın mürəkkəb və gərgin işi, diqqət, yaddaş və təfəkkür 
vasitəsilə həyata keçirilir. 
Elmi-texniki inqilab ayrı-ayrı alətlərdən maşına, maşından – 
sistemə, sistemdən – biotexniki kompleksə keçərək yaranır. Bunun 
əsas səbəbi ondan ibarətdir ki, əməyin səmərəliliyi və təhlükəsizliyi 
artdıqca texnikanın kompleksliliyi və məlumatlılığı artır. 
Müasir insan özünün istehsalat funksiyasını mürəkkəb sistem 
və komplekslərin işlədiyi şəraitdə yerinə yetirir. 
İnformasiya mühiti şəraitində insane-operator özünün məsul 


97
X. Erqonomika nədir?
istehsalat funksiyasını yerinə yetirir. O, eyni zamanda bundan 
əvvəlki böyük həcmli məlumatı həm başa düşür, həm də həll edir. 
İnsan fiziki işinin mühüm hissəsini texnikaya həvalə edərək, özü 
böyük həcmli mürəkkəb zehni psixoloji fəaliyyəti qəbul edir. O, 
bu gün mürəkkəb biotexniki sistemləri proqramlaşdırır, onlara 
nəzarət edir və eyni zamanda obyektləri müəyyən məsafədən idarə 
edir. 
QİYŞ-in üzvü olan ölkələrin alim və mütəxəssislərinin erqono-
mik məsələrə dair Birinci Beynəlxalq konfrasında (1972-ci il) qeyd 
edilmişdir ki, erqonomika insanın əmək prosesindəki imkan və 
qabiliyyətini öyrənir. O, əmək fəaliyyətinin təşkilində elə şərtlər 
və üsullar yaratmalıdır ki, bunlar əməyi yüksək məhsuldar əməyə 
çevirərək eyni zamanda insanın fiziki və mənəvi inkişafına səbəb 
olsun, işçinin təhlükəsizliyini təmin etsin, onun sağlamlığını və iş 
qabiliyyətini mühafizə etsin. Buradan görünür ki, erqonomika öz 
məqsəd və məsələlərinə görə müasir əmək mühafizəsinə yaxındır. 
Erqonomika müasir cəmiyyətin ən sadə tərkibli istehsalat 
güclərini, insan-maşın sistemlərinin növlərini və biotexniki 
kompleksləri ətraflı tədqiq edir. 
Sistem dedikdə, erqonomika elə bir dinamiki quruluşu ifadə 
edir ki, o istehsalat mühitinin insan və maşın hissələrindən, onların 
həcmindən və yerləşmə şəraitindən ibarətdir. Prosesdə bu hissələr 
öz aralarında məqsədəuyğun qarşılıqlı təsir göstərərək, konkret 
məsələləri və fəaliyyət növlərini həyata keçirir. 
Erqonomika öz məsələlərini həll etmək üçün təhlil sistemlərinə 
kompleksli surətdə və elmi şəkildə yanaşmağı tələb edir ki, bu da 
öz imkan və məlumatları ilə tədqiq edilən obyektin mürəkkəbliyinə 
uyğun gəlir. 
İnsan–maşın–mühit sistemlərini kompleksi öyrənmək üçün er-
qonomika müasir gigiyena, fiziologiya, psixologiya antroologi-
ya və s. elmlərin ideya və nailiyyətlərini sintez edir. Erqono-
mika insanın konkret fəaliyyətini müəyyənləşdirən xassəsinin, 
imkanının, bacarığının, bir-birinə uyğunluğuna əsaslanaraq 
görülən işin quruluş və tərkibini, texnikanın və onu əhatə edən 
mühitin xassələrini aydınlaşdırır. 
İnsan–maşın–mühit sistemlərinin uyğunluğu erqonomik 
xüsusiyyət, komponentlərin tərkibi, texnikanın növü, fəaliyyətinin 
daxili və xarici mühiti, iş yerinin quruluşu, keyfiyyəti, forması, 
idarəetmə vasitələrinin ölçüsu və yerləşdirilməsi, iş sahəsi və s. 
amillərlə müəyyənləşdirilir. 
İnsanın erqonomik xassəsinə onun görmə qabiliyyəti, toxunma, 
iybilmə, səs duyğusu, qavrayış, həmçinin mürəkkəb hissi-hərəkəti 
və əhval-ruhiyyəsi, yaddaşı, təfəkkürü, diqqəti və s. təsir göstərir. 
Buradan görünür ki, əmək şəraitinin təhlükəsizliyinin təmin 
edilməsi məsələləri nə qədər mürəkkəb və hərtərəflidir. 
Öz məqsədlərinə görə erqonomikaya mühəndisi psixologi-


98

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin